Etiket arxivi: 31 MART SOYQIRIM GÜNÜ

BƏŞƏR TARİXİNDƏ ƏN QANLI FACİƏ

BƏŞƏR TARİXİNDƏ ƏN QANLI FACİƏ

31 Mart soyqırımı hadisəsi təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir
Daha əvvəl Qafqaz xalqları sırasında olmayan ermənilərin indiki Ermənistan adlanan əraziyə yayılmaları mürəkkəb bir tarixə malikdir. Qonşu xalqların torpaqlarını zəbt edərək “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədi güdən ermənilər tarix boyunca soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Bu soyqırım hadisələrinin ən dəhşətlilərindən biri də daşnak-bolşevik silahlı dəstələri tərəfindən 1918-ci ilin mart-aprel aylarında qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə kütləvi şəkildə qətlə yetirilmiş, işgəncələrə məruz qalmışdır. Bir çox qədim binalar, tarixi abidələr, o cümlədən ziyarətgahlar, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binası top atəşinə tutaraq dağıdılmışdır. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri tərəfindən 30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdur.
Bu soyqırımı hadisəsi tək Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biri hesab olunur. Bu faciədə dinc, silahsız türk-müsəlman əhali ilə yanaşı, minlərlə ləzgi, tatar, talış, avar, kürd və digər xalqların nümayəndələri, o cümlədən uşaqlar, qadınlar, qocalar etnik mənsubiyyətlərinə görə amansızcasına qətlə yetiriliblər. Ermənilər uşaqlara acımadıqları kimi yaşlılara və gənc qadınlara da rəhm etməyiblər.
Planlı şəkildə Azərbaycan xalqına qarşı törədilmiş bu kütləvi soyqırımı faciəsində “Daşnaksutyun” partiyasının iştirakı danılmazdır. Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsinin iştirak etdiyi soyqırımında dinc sakinlərin yaşadığı məhlələrə qəflətən basqınlar edilərək uşaqdan böyüyədək hər kəs qətlə yetirilmişdir. Bu bir daha onu göstərir ki, Bakı Soveti əslində daşnakların və erməni zabitlərinin rəhbərlik etdiyi cinayətkar hərbi-siyasi rejim idi.
Bu faciədə öz miqyasına, qurbanların sayına və vurduğu maddi-mənəvi ziyanın ölçüsünə görə Şamaxı və Quba hadisələri ayrıca yer tutur. Yerli tədqiqatçılarımızın apardığı araşdırmalara əsasən Şamaxı qırğınları zamanı ermənilərin tərəfindən 15 mindən çox dinc sakin öldürülüb, 18 min nəfərdən çox insan öz yurd-yuvasından didərgin düşüb, bütün məscidlər, tarixi abidələr yerlə-yeksan edilib, şəhərin məşhur Cümə məscidi oraya sığınmış uşaqlar, qadınlar və qocalarla birlikdə yandırılıb. Quba qırğınları zamanı isə qətlə yetirilmiş insanların sayının 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Araşdırmalar zamanı məlum olan faktlar göstərir ki, öldürülmüş insanların baş nahiyəsindən balta ilə vurub sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Öz vəhşi əməllərindən əl çəkməyən ermənilər bəzi insanları başına mismar vurmaqla qətlə yetirmişlər. Bu qırğınlar zamanı öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülmüşdür.
Müstəqillik illərindən sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart Soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya çatdırılması işinə başlanılmışdır. Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 1998-ci il martın 26-da Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Fərman imzalamışdır. Ümummilli lider Heydər Əliyev 31 mart – “Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”. İmzalanmış bu Fərmandan sonra 1918-ci il soyqırımı hadisələrinin öyrənilməsi istiqamətində xüsusi işlər görülmüş, çoxlu əsərlər yazılaraq xarici dillərə tərcümə olunmuşdur. Həmin Fərmanın icrasının davamlı şəkildə həyata keçirilməsi məqsədilə Ulu Öndər Heydər Əliyev tərəfindən 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq edilmişdir.
Quba soyqırımı məzarlığı 2007-ci ildə şəhərdə stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri zamanı aşkar edilib. Məzarlıqda 500-dək insan kəlləsi var. Bu insanların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı zamanı öldürüldüyü sübuta yetirilib. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“-nin yaradılması və abadlıq işlərinin aparılması barədə qərar vermişdir. Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş həmin Memorial kompleks 2013-cü il sentyabrın 18-də açılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalanmışdır. Bu sərəncamın imzalanmasında əsas məqsəd 100 il əvvəl Erməni-bolşevik silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha ətraflı çatdırılması idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diplomatiyalar nəticəsində Ermənistanın dövlət səviyyəsində yeritdiyi terrorçuluq və hərbi təcavüz siyasəti ifşa olunur, Azərbaycanın haqq səsi daha ucadan eşidilir.

Ceyhun MƏMMƏDOV,

Milli Məclisin deputatı

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

YAMAN OLUR YADDAŞ AĞRISI

QAN YADDAŞI: 31 Mart azərbaycanlıların soyqırımı günüdür
YAMAN OLUR YADDAŞ AĞRISI
Yaxın günlərdə M.S.Ordubadinin “Qanlı sənələr” əsərini yenidən oxuyarkən 1905-ci ilin hadisələri gözlərimin qarşısında canlandı. Soydaşlarımızın milli münaqişələr zəminində şahidi olduqları hadisələri güzgü kimi əks etdirən mənzərə – Qərbi Azərbaycanda, Bakıda, ölkəmizin bir sıra bölgələrində ermənilər tərəfindən törədilən iğtişaşlar, başımıza gətirilən faciələr haqqında yerlərdən göndərdikləri məlumatlar, xəbərlərlər qəlbimi ağrıdırdı. Kitabı yeni nəzərlərlə gözdən keçirdikcə, hələ o vaxtlardan ermənilərin ürəklərində toxum kimi cücərtdikləri “Böyük Ermənistan” yaratmaq arzularının, torpaqlarımızın hesabına ərazilərini genişləndirmək, yeraltı və yerüstü sərvətimizə sahib olmaq iddialarının bir daha şahidi olurdum…
XX əsr Qərbi azərbaycanlıların yaddaşına “didərgin”, “köçkün”, “qaçqın” kimi yazıldı. Ermənilər havadarlarının gücü, köməyi ilə bütöv bir əsrdə nə qədər qan tökdü, kəndlərimizi, qəsəbələrimizi yandırdı. Milləti qarlı-çovğunlu günlərdə evlərindən çıxarıb düzlərə, dağlara qovdu. Xalqa soyqırımı faciəsini yaşatdılar. Doğma yurdu, el-obanı isə heç vəchlə unutmaq olmur… O itirilmiş torpaqlarda babalarımızın ruhu dolaşır. İsti ocaqlarından, barlı-bəhrəli torpaqlarından əli üzülmüş soydaşlarımızın taleyi, yurd yerlərinin nisgili, itkilər fiziki, həm də mənəvi ağrılarımızdır.
Yaman olur yaddaş ağrısı…

Ötən əsrdə minlərlə soydaşımız kimi köküm-nəslim də erməni-müsəlman münaqişələrində dədə-baba torpaqlarımız olan Qərbi Azərbaycandan üç dəfə köçürülərək Şimali Azərbaycanın müxtəlif bölgələrinə səpələniblər. İrəvan ziyalılarından olan babam, yazıçı-publisist Məmmədəli Nasir 1918-ci ildə bu hadisələrin mahiyyətindən, soydaşlarına edilən zülmlərdən bəhs edən yazılarla Bakı mətbuatında çıxışlar edir, eyni zamanda, belə bir qarışıq vaxtda İrəvanda yerli ziyalılardan Mirməhəmməd Mirfətullayev və tələbə Rza Tağıyevlə birgə açdığı “Cavanlar şurası” qəzetində düşmənçiliyə geniş meydan açan daşnaqsütun partiyasının qanlı əməllərini ifşa edirdi. Elə həmin vaxtlarda daşnakların təqibinə məruz qalan M.Nasir Gəncəyə gəlmiş, ictimai və yaradıcı fəaliyyətini burada davam etdirmişdir. O, həmin dövrdə Gəncədə, Qazaxda, Ağdaşda İrəvan mühacirlərinin acınacaqlı həyatını görür, müşahidə edir. Bütün bunlardan ürəyi ağrıyan yazıçı-publisist gördüyü hadisələrdən dəhşətə gələrək Bakı mətbuatına həyəcanlı məktublar göndərirdi. Belə məktubların birində müəllif yazırdı: “İki ildən artıqdır ki, daşnakların növbənöv zülm və təərüzlərinə düçar olan İrəvan dairəsinin işçi və kəndçiləri Azərbaycanın hər tərəfinə səfil, ac, çılpaq dağıldıqları kimi, bir çoxları da Gəncədə yaşayırlar. Bir bölük insan kütləsinin hazırkı məişət və diriliklərini görsək olursaq, o zavallıların nə dərəcədə əskik həyat sürdüklərinə hökm etməliyik. İki ildən ziyadə paltar, yemək, rahatlıq, yataq görməyən biçarələr qapısız, akoşkasız daxmalarda yaşayırlar. Qaranlıq, rütubətli daxmalarda yaşayan kəndçilər tif-vaspalenka mərəzinə mübtəla olaraq, divarlar dibində açıq havada can verərək ölürlər, günlərcə kəfənsiz, dəfnsiz qarın, boranın qabağında qalırlar. Gəncə stansiyalarının yanmış odalarında həkimsiz, dərmansız acından zarıldayan zavallı bədbəxtlər hər kəsin gözləri önündədir… Əgər səsimizi eşidən, fəryadlarımıza çatan, bir bölük məzlum insanlara mərhəmət, şəfqət edən varsa, uca bir səslə deyirik: bu gün hər yerdə, Azərbaycanın şəhər və qəsəbələrində İrəvan mühacirləri acından, soyuqdan və xəstəlikdən tələf olub gedir. İmdadə mərhəmət! Şəfqət ediniz, dəhşət və fəlakətlərə məruz qalan bir bölük zavallı insanlara!” (“Azərbaycan füqərası”, 2 fevral 1920).

Bu, ötən əsrdə xalqımızın yaşadığı ikinci böyük faciə, doğma torpaqlarından qovulan soydaşlarımızın acı taleyinin açıq-aşkar görüntüsü idi. Çox təəssüf ki, xainlərin xəyanətkarlığının dönə-dönə şahidi olsaq da qonaqpərvərliyimiz, ürəyi yumşaqlığımız əsrlər boyu gözümüzün qarşısına pərdə çəkib. Ötən tarixlərdə “barışıqların” havası arxayın salıb bizi, unutqan olmuşuq. Odur ki, itkilərimiz – soyqırımı faciələrimiz yaddaşımızı ağrıdır…

1948-1950-ci illərdə “könüllü köçürülmə” adıyla yenə Azərbaycanın və Gürcüstanın rayonlarına, kəndlərinə köçürülənlər arasında 1950-ci ildə Mil düzünə gələn, Beyləqanda məskunlaşan valideynlərim də köçkünlüyün acısını, qırılıb-itən doğmalarının həsrətini ömürləri boyu ağır dərd kimi ürəklərində daşıdılar…

1988-ci ildə İrəvanda bütün eli, obasıyla qovulan, məşəqqətlər içində canını və balalarını götürüb qaçan insanların içərisində kökümün, nəslimin qalan qol-budaqları əzəli torpaqlarından didərgin düşdülər. Üstündən azca ötmüş doğma Qarabağımızın başı üstündən qara yellər əsdi. Erməni işğalçıları havadarlarının yardımı, köməyi ilə soydaşlarımızı böyük itkilərə, qanlı faciələrə məruz qoydular. Vətənin içində tərki-vətən olduq. Mədəni abidələrimiz dağıdıldı, talan edildi…

Qərbi Azərbaycanda bir nəfər də olsa soydaşımızın qalmaması səbəbindən o yerlərdən əlimizin üzülməsinin gələcək nəsil tərəfindən unudulacağı fikri məni yaman qorxudur. Vaxt-zaman ötdükcə unutqanlığımız yaranarsa, necə olar halımız… Amma nə yaxşı ki, tarixin yaddaşı etibarlıdır. İllər, qərinələr, hətta minillər ötsə belə, əsrlərin daş yaddaşı heç şübhəsiz, unutqanlığa yol qoymayacaq…

Bu gün bizin nəslin çiynində bir yük, vəzifə borcu var. Biz o yerlərdə kök atmış şəcərəmizi, ədəbi-mədəni abidələrimizi zaman-zaman tədqiq etməli, mənəvi dəyərlərimizi üzə çıxarmalı, onların yazılı tarixini yaratmalıyıq. Bu istiqamətdə heç olmasa ermənilərin həmişə ehtiyat etdikləri sonrakı ağlımızın gücünü səfərbər edib iş görməliyik. Orda yaşayıb-yaratmış insanların, ziyalı nəsillərin, ədəbi şəxsiyyətlərin həyatını, ictimai fəaliyyətini öyrənməliyik. Bu istiqamətdə müəyyən işlər görülsə də, səyimizi daha da artırmalıyıq. Ötüb-keçən tarixə, babalarımızın taleyinə işıq salmalıyıq. Çünki, dədə-baba torpaqlarımızdan qovulmağımız heç vəchlə ədalətə, məntiqə sığan deyil! Biz bu ictimai ağrının kökünü aramalı, haqqımızı bərpa etməliyik. Unutmayaq ki, Qərbi Azərbaycanla Qarabağ problemi bizim bütöv ağrımızdır.

Qarabağ dərdimiz qaynarlığından düşməyən qəlbimizi yandırıb-yaxan bir mövzudur. Ümumiyyətlə, torpaqlarımızın iyirmi faizinin işğalı, bir milyondan çox qaçqınımızın yurd-torpaq sızıltılarıyla yaşadığı acı taleyi, haqqımızın tapdalanması tarixi bir faktdır. Dünya bu ədalətsizliyə sussa da, işğalçı bir dövlətin çirkin siyasətinə göz yumsa da, haqqın tərəzisi göz qabağındadır… Biz heç vaxt qonşu dövlətlərin ərazisinə xain gözlə baxmamışıq, özgə torpaqlarının hesabına torpağımızı artırmamışıq. Amma ürəyimizin genişliyindən, açıqlığından, humanistliyimizdən, insansevərliyimizdən yersizə yer verib, ən ağır günlərində onlara həyan olmuşuq. Sözümüzə qüvvət olsun deyə, ermənilərə səxavətlə qucaq açdığımız, qayğı göstərdiyimiz, onların aşla, özümüzün daşla qarşılandığımız vaxtlardan saysız-hesabsız nümunələr, misallar gətirə bilərik. Ancaq bu məlum həqiqətləri xatırlatmaqdan ötərək, son iki əsrdə xalqımızın üzləşdiyi faciələrin kökü elə burdan başlayır, deməkdə israrlıyıq.

Təəssüflər olsun ki, ötən əsrdə daşnakların başımıza gətirdiyi faciələrdən uzun müddət bəhs edə bilməmişik. Çünki o zamanın ideologiyasına uyğun olaraq Hayastanla Azərbaycan “qardaş” idi. Əzilən, döyülüb-öldürülən, yurdları viran qoyulan soydaşlarımız zaman-zaman faciələr yaşasalar da biz yenə də dostluqdan, qardaşlıqdan yazmağa məhkum idik. Bir tərəfdən də informasiya blokadasına alınmışdıq. Amma bu gün gənclərin, tələbə jurnalistlərin, bütövlükdə qələm əhlinin üzünə tarixi həqiqətləri əks etdirən mətbuat, xəbər portalları açıqdır. Biz bu füsətdən həmişə, hər yerdə yararlanmalıyıq. Biz bu gün işğalçı dövlətin haqsızlığının qarşısına keçməli, onu durdurmalı, aşıb-daşan iştahlarına, iddialarına son qoymalıyıq. Onların nəzərində “unutduğumuz” Qərbi Azərbaycan torpağındakı hüquqlarımızın bərpası yolunda da çalışmalıyıq. İrəvan xanlığının sakinləri olaraq yerimizin, ata-baba ocaqlarımızın hesabını çəkməliyik.

Dünənimizlə müqayisədə bu gün hadisələrə daha ayıq nəzərlərlə baxmağa çalışırıq. Bunun başlıca səbəbi, heç şübhəsiz, milli oyanışımızın səbatlı bir axara düşməsidir. Unutmamalıyıq ki, Qərbi Azərbaycan itkilərimizlə Qarabağ ağrılarımız bütöv dərdimizdi. Qarabağ mövzusu mətbuatımızda, ədəbiyyatımızda əbədi olan bir mövzudur. Bu gün mətbuata gələn gənc qələm sahibləri Qarabağ mövzusunda yazarkən həssas olmalı, xalqımızın yaşadığı tarixi hadisələri dərindən öyrənərək araşdırmalıdırlar. Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsində rus siyasətinin iyrəncliklərindən xəbərdar olmalıdırlar. Onlar 1905-1907, 1915-1918, 1948-1953, 1988-ci illərdə baş verənləri bilmədən, öyrənmədən bu siyasi hadisələri obyektiv şəkildə işıqlandıra, qiymətləndirə bilməzlər. Başqa bir tərəfdən, bu münasibətlər gözlədiyimiz təsiri, nəticəni verməz.

Yeri gəlmişkən, I Pyotrun 1725-ci ildə yazdığı vəsiyyətnaməsindən indi çoxumuz xəbərdarıq. Çarın bu məktubu ilə illər öncə klassik mətbuatımızı araşdırarkən “Dirilik” jurnalının 1916-cı ildəki saylarının birində tanış olmuşdum. O, həmin məktubunda övladlarına Rus səltənətinin bütün dünyaya hökmran olması yollarını göstərmiş, Türkiyəni Avropadan ayırmağı tövsiyə etmişdir. Demişdir ki, Rusiya dövlətini o zaman dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı Asiya və Avropa xəzinələrinin açarı olan İstanbul olsun. İstanbula sahib olan çar İlahi çar olacaqdır…

Aydındır ki, vərəsələri I Pyotrun vəsiyyətlərini bir təlimat kimi qəbul edərək yüzillər boyu mərhələ-mərhələ ona əməl etməyə çalışmışlar.
Biz, I Pyotrun öz varislərinə vəsiyyət etdiyi, dünyaya hakim olmaq kimi cəfəng iddialardan çox-çox uzağıq. Lakin belə-belə təlimatlardan özümüz üçün heç olmasa bu nəticəni çıxarmalıyıq ki, vətənimizin, torpaqlarımızın tam hüquqlu sahibi olmalı, onu canımız qədər qorumağı bacarmalıyıq. Bir də “didərgin”, “köçkün”, “qaçqın” kimi qəlb incidən, ürək göynədən adlarla dədə-baba oçaqlarından ayrı düşən, bu dərdlərə dözməyib dünyasını dəyişən soydaşlarımızın ruhu bağışlamaz, dara çəkər bizi.
Yaman olur yaddaş ağrısı…
PS. Məqalə 30 mart 2019-cu ildə “Azərtac”ın Mədəniyyət saytında yayımlanıb və “Respublika” qəzetində dərc olunub.

Müəllif: Şəfəq Nasir

Şəfəq Nasiirin digər yazıları

SƏDAQƏT KƏRİMOVANIN YAZILARI

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

AKİF ABBASOV : ERMƏNİ ƏSİRLİYİNDƏ

ERMƏNİ ƏSİRLİYİNDƏ

(“Aldanma sözlərə” romanından)

Şər qarışmışdı. O, başı aşağı, fikirli, dərd-qəm içərisində meşənin içərisilə addımlayırdı. Birdən maşın səsi eşitdi. Cəld aşağı əyilib özünü ağacların birinin arxasına verib gizləndi. İki maşın idi. Ondan bir az aralıda maşınları saxladılar. Beş-altı qadın və kişi maşınlardan tökülüşdü. Kefli idilər. Yanlarında iki it də vardı. Səməd acı təəssüflə fikirləşdi: “İtlər duyuq düşsələr, əllərindən yaxa qurtara bilməyəcəyəm”. Belə görünürdü ki, ermənilər meşəyə kef çəkməyə gəlmiş¬dilər. Maşınların işığını yandırdılar. Hərəsi bir qadının qolundan tutub kolun dibinə çəkdilər. İtlər maşının yanını kəsdirib dur¬muş¬dular. Səməd bir anlığa fikirləşdi: «İtlər olmasaydı, maşınlardan biri¬nə minib yola çıxardım». İtlər, sanki onun fikrini oxudular. Ağız-ağıza verib hürməyə başladılar. Tanış olmayan qoxunu hiss etmişdilər. Ermənilərdən kimsə itlərə acıqlandı. Onlar səslərini kəsdilər. Az sonra yenə başladılar. Erməni donquldandı: – Bu çər dəymişlər də vaxt tapdılar hürməyə… Yəqin onlar da tamaha düşüblər … – qəh-qəhə çəkdi. Birdən itlərdən biri yerindən qopub Səməd tərəfə götürüldü. Səməd bayaqdan tapançanı ayağa çəkib gözləyirdi. Əlacsız qalıb atəş açdı. İkinci it də irəli cumdu. Növbəti güllə onu da aşırdı. Artıq ermənilər də döyüş vəziyyəti almışdılar: – Ara, bu supa oğlu kimdirsə, itlərin nəfəsini kəsdi… Ara, siz də atın… Güllə hər tərəfdən yağdırıldı. Səməd yerini dəyişdi. Onu gördülər və gülləyə tutdular. Kiminsə səsi gəldi: – Ara, bu harada varsa – türkdür… Səmədin vur-tut beş gülləsi qalmışdı. Qənaətlə işlətməli idi. Onu bilirdi ki, ermənilərin əlindən yaxa qurtara bilməyəcək. Odur ki, güllələri havaya sovurmaq istəmirdi. Ən azı beş erməni öl¬dürməli idi. Nişan alıb atdı. Ermənilərdən biri sinəsini tutub yıxıldı: – Ara, supa oğlu öldürdü məni. Ermənilərdən birinin gülləsi Səməndin çiynini qana boyadı. O, sürünə-sürünə yerini dəyişdi. İri gövdəli ağacın arxasına keçdi. Ermənilər mühasirə həlqəsini daraltdılar. Deyəsən, qadınlarda da silah vardı. Onlar da atırdılar. Səməd: – Bu da Gözəlin qisası, – deyib alnından bir qadını nişan aldı. Qadın qışqırıb kökündən baltalanmış ağac kimi yerə sərildi. İşin tərsliyindən maşının fənərləri Səmədə sarı tuşlanmışdı. Onun gizləndiyi yeri və ətrafı işıqlandırırdı. Ayağa qalxıb qaçmaq istəsəy¬di, ¬mütləq onu vuracaqdılar. Fənərləri gülləyə tutsaydı, gülləsi qurtaracaqdı. Birdən ağlına gələn fikirdən sevindi. Əlini atıb yerdən bir daş götürüb atdı. Daş maşının farasına dəyib sındırdı. İşıqlardan biri söndü. İkinci daş o biri maşının işıqlarından birini keçirdi. Tez sürünüb yerini dəyişdi. Güllə açıldı. Əgər cəld yerini dəyişməsəydi, güllə onu tutacaqdı. Üç gülləsi qalmışdı. Fənərlərdən ikisini güllə ilə söndürsəydi, ətraf zülmətə dönəcək və o, meşənin qaranlığında yoxa çıxacaqdı. Atdı. Güllə sərrast oldu: «Qaldı biri: Tapançanı tuşlamaq istəyirdi ki, birdən arxadan başına nə isə endirildi. Gözləri qaraldı, tapança əlindən düşdü. Ermənilərdən biri onun arxasına keçə bilmiş, tapançanın qundağı ilə onun başına möhkəmcə bir zərbə endirmişdi. Onu güllə ilə də vura bilərdi. Görünür, diri tutmaq istəyirmiş. * Səmədi maşına basıb kəndə gətirdilər. Meyitləri də sahib¬lərinə çatdırdılar. İki evdə şivən qopdu. Ölənlərin yaxınları, qohum-əqrəbası hücum çəkib Səmədi tələb etdilər. Gecə ilə onu didik-didik etmək istəyirdilər. Lakin onları sakitləşdirib dedilər ki, sabah kənd camaatının gözü qarşısında istədiyiniz cəzanı verər¬siniz. Çünki Səməd bir-iki adamın yox, hamının düşmənidir. Gə-lən¬lər dağılışıb getdilər və sabahı gözləməyə başladılar. Sergey qabağa keçdi. Onun göstərişi ilə Səmədi tövlələrdən birinə salıb ağzını bağladılar. Amma əvvəlcə möhkəmcə əzişdir¬dilər. Təpiyə, yumruğa tutdular. Yaralı çiyninə dəyən zərbələrdən huşunu itirib hərəkətsiz qaldı. Sergey: – Bunun atası Samveli öldürmüş, məni də yaralamışdı, dedi: O cəzasını aldı. İndi növbə oğlunundur. Sergey axşam evə lül-qənbər qayıtdı. Kefi kök idi. Roza ilə meşədə təbiətin qoynunda eyş-işrətdə olmuşdu. Türk zalım oğlu keflərinə soğan doğrama¬say¬dı, günü lap xoş keçəcəkdi. Hələ allah üzünə baxdı ki, sağ-salamat qurtardı. Güllələrin biri ona dəyə bilərdi. Amma Səmədi tutduqları üçün artıq olub-keçənləri, qanıqaraçılığı unutmuşdu. Ermənilərin ölümü onu yandırmırdı. Bir türkə işgəncə verməkdən ötrü on erməninin ölümünə razı olardı. İki erməninin atışma zamanı öldürülməsindən Siranuşun da xəbəri vardı. Amma bu hadisənin Sergeyin vecinə olmaması onu təəccübləndirdi. – Yenə nədir, kefin ala buludlarda gəzir… heç olmasa, öldürəni tutdunuz? – Sergey qrafindən stəkana su süzüb başına çəkdi: – Tutdunuz nədir, atasını yandırdıq. İndi yarımcan Aşotun tövləsində özü üçün kef edir. – Tanıya bildin? Kimdir? Sergey özündən razı: – Kim olacaq? Nizamın yetimçəsi Səməddir də… Sabah camaatın gözü qabağında işinə əncam çəkəcəyik. Siranuş Səmədin adını eşidib tutuldu. Nəfəsi daraldı. Lakin bunu büruzə verməməyə çalışdı. Sonra nə isə düşünüb: – Birdən gecənin bir aləmi durdu qaçdı… – Qaçmağa halı olsa – qaçar. Yaralıdır, həm də malcan çırpmışıq. Sonra da Aşotun tövləsi daşdandır. Pəncərəsinə dəmir barmaqlıq vurub. Qapısı da dəmirdəndir. Keçən il mal-heyvanı oğurlanandan sonra Aşot işini ehtiyatlı tutub. Düz deyirlər ki, iş-işdən keçəndən sonra qarı tuman bağısını bərkidir. Bundan başqa, mən Aşot-maşota bel bağlayan deyiləm. Qapını qıfıllayıb açarını özümlə götürdüm… * Sergey ayaq üstə güclə dayanırdı. Siranuş ayaqqabılarını, şalvarını çıxarmaqda ona kömək etdi. Sergeyin çarpayıya uzanmağı ilə yuxuya getməyi bir oldu. Siranuş da paltarını çıxarıb onun yanında uzandı. Lakin gözlərini yumsa da yuxuya gedə bilmədi. Dağı arana, aranı dağa apardı. Səmədin qaynar gözləri, iri əzələli qolları, bədəni, nüfuzedici baxışları gözləri yadına düşdü. Sergey dərin yuxuya getmişdi. Xorna çəkirdi. O, kefli olanda onun bax beləcə div yuxusuna getdiyini, bir də səhər oyandığını Siranuş yaxşı bilirdi. Üsulluca yorğanı üstündən kənara çəkdi. Çarpayıdan düşüb əlini onun şalvarının cibinə saldı. Gecə yarısı idi. Siranuş həyətə çıxdı. Ətrafa göz gəzdirdi. Kənd dərin yuxuda idi. Uzaqdan ağlaşma səsi gəlir və ətrafın qərib sakitliyini pozurdu. Siranuş ehtiyatla Aşotun evinə yaxınlaşdı. Darvaza bağlı idi. O, pişik kimi sıçrayıb hasarı aşdı. Heyvərə it dərhal onun qarşısında peyda oldu. Lakin hürmədi. Siranuş Aşatoun arvadı Marfa ilə rəfiqə idi. Bu evə tez-tez gəlib getdiyindən it onu tanıyırdı. Siranuşun qoxusunu aldığından, ona toxunmadı. Qadın itin başını tumarladı. İt yalmandı. Siranuş tövləyə sarı getdi və qapını açdı. İçəridə xeyli mal-qara vardı. O, tövləni işıqlandırdı. Səməd gözə dəymirdi. Qapını təzədən bağlayıb tövlənin o biri qarşısına yaxınlaşdı və açarı qıfıla saldı. Səmədin zarıltısı gəlirdi. Siranuş özünü ona yetirdi. Başını qaldırıb dizinin üstünə qoydu: – Samad, ay Samad… Səməd güclə göz qapaqlarını aralayıb baxdı. Fənərin solğun işığında Siranuşu görüb təəccübləndi. Onu geri itələdi. – Samadcan, gəlmişəm səni qurtarım. İstəyirsən özüm də səninlə gedim. Bu Sergey canımı boğazıma yığıb. Supa kimidir. Arvadbazlıqdan başı ayılmır. – Əl çək, qancıq… Yaxşısı budur öldür məni… – Samadcan, sən bilirsən ki, man sani çox istəyirəm. Siranuş tö¬kməbədənli qadın idi. Ağ-appaq bədəni, iri gövdəli, yoğun baldır¬ları vardı. Yeriyəndə az qalırdı yeri dağıda. Yanlarını oynada-oyna¬da gedərkən arxadan baxanları tamaha salırdı. Səməd yoldaş¬la¬rından eşitmişdi ki, erməni arvadları başqa bir candır. Yataqda on¬lara çatan yoxdur. Kənddə Səməd də tay-tuşlarından görkəmcə fərqlənirdi. Qara¬buğdayı, iri sümüklü, enli kürəkli gənc idi. Başqasının arvadına, qız-gəlininə gözünün ucu ilə də baxmazdı. «İnsan öz namusunu qorumaq istəyirsə, gərək başqasının da namusuna toxunmaya». Onun qənaəti belə idi. İnsan, xüsusən, qadınlar qəribə xislətli olurlar. Eşq-məhəbbət, maraq, meyl kimi hisslər müxtəlif təzadlarla müşayiət olunur. Görürsən ki, biri dərdindən ölür, ona məhəl qoymursan, sənə biganə olanın birisinin həsrətini çəkirsən. Siranuş hələ qız vaxtlarında çoxlarının ürəyinə od salanda onu heç kim yox, yalnız Səməd maraqlandırırdı. Nə qədər bəzənib-düzənsə, xoş münasibət göstərsə də Səmədi özünə cəlb eləyə bilmədi. Axırda kar aşmayacağını görüb acığa düşüb Sergeyə ərə getdi. Sergeyi sevmirdi. «Ad olsun, ərə getdi» prinsipinə söykənib ailə qurdu. Amma kefindən də qalmadı. Gözü tutanın yatağına girdi. Fikirləşdi ki, dünya beş günlükdür. Adama da gördüyü kef qalır bu fani, vəfasız dünyada. Fikirləşdi ki, Səməd onu almadı-almadı, zövqü-səfa çəkməyə nə sözü. Arada ona atmaca atdı, qandırmağa çalışdı. Kar aşmadığını görüb dilə gəldi, yenə xeyri olmadı. Neçə illər arzusu gözündə qaldı. Səməd ailə qurdu, özünü ailəsinə, ev-eşiyinə həsr etdi. Sira¬nuş, çətin olsa da, Səmədi unutmağa çalışdı. Lakin bacarmadı. İndi Səmədi, sadəcə, görmək, dindirməklə də olsa təsəlli tapırdı. Er¬mə¬nilər türklərin evlərini yandıranda, onları qovub çıxaranda Sira¬nu¬şun bütün ümidləri puça çıxdı. Nizam kişi, Gözəl öldürülmüşdü, Fatma arvaddan xəbər yox idi. Səmədlə Əzizə də hələ bu hadisədən əvvəl çıxıb Bakıya getmişdilər. Daha buralara dönəsi deyildilər. O, Səmədlə bir də qiyamətdə görüşəcəkdi. İndi Səmədin kənddə əsirlikdə olduğunu eşidəndə, ürəyi yerindən oynamış, ölən ümidləri çiçəkləməyə başlamışdı. O, Səmədi ermənilərin əlindən qurtara bi¬lər¬di. Səməd də bunu qiymətləndirərdi. Səmədə olan münasibəti erməni olduğunu sanki Siranuşa unutdurmuşdu. Səmədlə keçirəcəyi xoş dəqiqələrdən ötrü ölümdən keçməyə belə hazır idi. Kərəm Əslinin yolunda olmazın əziyyətlərinə qatlaşdı. Kərəm türk, Əsli erməni idi. İndi rollar dəyişmişdi. Siranuş Səməddən ötrü dəli-di¬vanə idi. O, nəyin bahasına olursa-olsun gənci dardan qurtarmaq istəyirdi. Həm də anlayırdı ki, əllərinə fürsət düşən kimi ermənilər heyf çıxmağa, türklərdən nə isə qoparmağa çalışır. Bir yandan torpaqlarını tutur, digər yandan da Ermənistandakı ev-eşiklərindən qovurdular. Səməd özündə-sözündə deyildi. Huşunu itirmişdi. Köynəyi cırıl¬dığından əzələli sinəsi çöldə qalmışdı. Siranuş əli ilə onun tüklü sinəsini tumarladı. Səməd yarımcan vəziyyətdə də əzəmətli, yeni¬lməz görünürdü. Siranuş yaxasının düymələrini açdı. İri döşləri kənara çıxdı. O, əyilib ağappaq döşlərini Səmədin tüklü sinəsinə sürtməyə başladı. Bədəninə yumşaq bir şeyin dəydiyini hiss edən Səməd göz qapaqlarını aralayıb baxdı. Baxışları Siranuşun məhəbbətdən alışıb-yanan gözlərinə sataşdı. Əli ilə onu geri itələdi. Siranuş onun bu hərəkətindən qətiyyən incimədi. Yadına düşdü ki, vaxt azdır. O, Səmədi qurtarmalıdır. Odur ki, yaxasını düymələyə –düymələyə: – Dur, Samad, dur, Sergey oyansa, özünü bura çatdıracaq, qaç¬maq lazımdır. Sabah ətini şişə çəkəcəklər. Bizimkiləri ki, tanıyırsan… * Sergey arxası üstə uzanmışdı. Xorultusu evi başına götür¬müşdü. Birdən böyrü üstə çevrilib əlini irəli uzatdı. Arxadan Siranuşun dolu əndamını qucaqlayıb yatmağı xoşlayırdı. Lakin bu dəfə Sergeyin əli boşa getdi. Özünü bir az irəli verdi və təəccüb içərisində gözlərini açdı. Siranuş yerində yox idi. Sergey harayladı. Cavab gəlmədi. Əlini atıb siqaret götürdü və yandırdı. Bir-iki qullab vurub fikrə getdi. Siranuşun yanında Səmədin adını çəkməkdə ehtiyatsızlıq etmişdi. Səmədlə arvadının eşq macəraları qulağına çatmışdı. Lakin nə qədər çalışmışdısa, onları bir yerdə tuta bilməmişdi. Rastlaşdıqda Sergeyin ona qanlı-qanlı baxdığını görən Səməd başa düşürdü ki, Sergey arvadını ona qısqanır. Odur ki, onu saxlayıb, inandırmağa çalışmışdı ki, Siranuşla onun arasında heç bir yaxınlıq yoxdur. Eşitdikləri yalandır. Amma Sergey inanmaq istəsə də, özü ilə bacara bilməmiş, ürəyinə xal düşmüşdü. «Od olmasa, tüstüsü çıxmaz». Ona görə də Səmədin Bakıda olmasından istifadə edib Sam¬veli də götürüb onların evinə getmişdi. Məqsədi Səməddən heyf çıx¬maq üçün bir gecəliyə də olsa Gözəli ələ keçirmək idi. Bu da yadınızda varsa, baş tutmadı. İndi Səməd özü onun əlində idi. Töv¬lənin açarını da Səmədlə haqq-hesabı çürütmək üçün götürmüşdü. Siranuş gəlib çıxmaq bilmirdi. Sergeyin ürəyinə nə isə damdı. Tez əlini atıb şalvarını götürdü. Tövlənin açarı yerində yox idi. O, cəld geyindi: – Qancığı görürsən? Yekə dalını Səmədin hüzuruna aparıb… Həyət qapısı arxadan qıfıllanmışdı. Samvel iti addımlarla həyətə girdi. İt hürə-hürə onun üstünə cumdu. Səsə Aşot çıxdı və itə acıqlandı. Sergey tövlənin qapısını açdı. İçəri boş idi. – Supa oğlu supa! Tıs vurub yatmısan. Sənə deməmişdim gözün bu türkdə olsun. İndi başınla cavab verəcəksən. Səhər tezdən onun yerinə səni şişə keçirəcəyik. Cəld dalımca gəl… Sergey itin yanından keçəndə ona bir təpik vurdu: – İt ki, it… Türkü yola salır, mənim üstümə cumur. Endirilən təpik itin sür-sümüyünü əzişdirdiyindən Sergeyin üstünə atıldı və ayağından onu qapdı. Sergey qışqırıb söydü. Aşot tez yod, tənzif gətirdi. Sergey qışqırdı. – Ay eşşək, tez maşını işə sal… Türk cəhənnəmə, arvad da əldən getdi… Aşot tədbirli tərpəndi: – Maşının səsini eşidib gizlənərlər. Gərək piyada gedək… Sergey üz-gözünün turşudaraq: – Piyada getsək, çatmarıq. Onda gərək velosipedə oturaq. Bu təklif Sergeyin ağlına batdı: – Di, tez ol, velosipedi gətir… Tapança da götür. Onlar ikisi də – qabaqda Aşot, arxa oturacaqda Sergey velosipedə əyləşdilər və yola düşdülər. Səməd yaralı olduğundan çox da uzağa gedə bilməmişdi. O, tək idi. Siranuş gözə dəymirdi. Sergey öz-özünə deyindi: “Yəqin qan¬cıq özünü dincəldib evə qayıdıb. Eybi yox, onunla sonra danışaram”. Səməd ac idi. Taqətdən düşmüşdü. Yarası ağrı verirdi. Odur ki, yorulub yolda qalmışdı. Onu bir kolun dibində tapdılar. Ser¬geylə Aşotu görəndə durub qaçmaq istədi. Amma başının üstünü aldılar.

AKİF ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutun elmi katibi,

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim



GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

HEYDƏR ƏLİYEV SİYASƏTİNDƏ İNCƏ MƏQAMLAR. LƏTAFƏT BEYBUTOVA.

LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZININ YAZILARI

HEYDƏR ƏLİYEV SİYASƏTİNDƏ İNCƏ MƏQAMLAR

(Azərbaycanlıların soyqırımlarına verdiyi hüquqi-siyasi qiymət)

Azərbaycan tarixinin  Heydər Əliyev dövrü, tariximizin böyük inkişaf və  möhtəşəm   quruculuq  dövrüdür. Onun  rəhbərliyi  altında  əldə  olunan   uğurların ən mühümü  məhz qurub yaratdığı  müstəqil  Azərbaycan dövlətidir. Azərbaycanda  dövlət  quruculuğu dövlətçilik,  milli və mənəvi  dəyərlərin  qorunub saxlanılması,  iqtisadiyyatın, elmin, mədəniyyətin, bir sözlə  həyatın ən müxtəlif  sahələrində  böyük  nailiyyətlərin  qazanılması, coşqun  bir  tərəqqi  dövrü  məhz  Heydər  Əliyevin   uzaqgörən,  qətiyyətli  siyasəti   nəticəsində   yaşanmışdır. 

Ötən əsrin 90-cı ilin əvvəlində  müstəqilliyini bərpa edən Azərbaycan ərazisinin bir hissəsinin Ermənistanın  təcavüzünə məruz qaldığı, xarici təzyiqlərin və daxili çəkişmələrin tüğyan etdiyi bir dövrdə xalqının səsinə səs verən Heydər Əliyev  ölkəmizi dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini  itirmək  təhlükəsindən  xilas  edərək dövlətin dayanıqlı siyasi və  iqtisadi  inkişaf  yolunu  müəyyən  etmişdir. 

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini  yaratmaq  imkanını  əldə  etməsi məhz  Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində olmuşdur. Uzun illər gizli saxlanılan, üzərinə qadağa  qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl  qiymətini  alırdı.  Azərbaycan və ümumən Qafqazın  tarixinin  təhrif  olunması  həmin  proqramların  mühüm  tərkib  hissəsini  təşkil  edirdi.  “Böyük  Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni   qəsbkarları  1905-1907-ci illərdə azərbaycanlılara  qarşı  açıq  şəkildə  geniş miqyaslı qanlı aksiyalar  həyata  keçirdilər.  1918-ci ilin mart  ayından etibarən əks-inqilabçı  ünsürlərlə   mübarizə şüarı altında Bakı  Kommunası tərəfindən  ümumən   Bakı  quberniyasını  azərbaycanlılardan   təmizləmək  məqsədi  güdən  mənfur  plan  həyata  keçirilməyə  başlandı.  Böyük  dövlətlərin  yeritdikləri  imperiya  siyasətinin  icraçısı olan  ermənilərin əli ilə dəfələrlə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti  yeridilmiş, yüz minlərlə dinc azərbaycanlı  milli  mənsubiyyətinə  görə  məhv  edilərək  öz ata-baba  yurdlarından  didərgin salınmışdır.  Azərbaycanın qədim  yaşayış  məskənləri xarabalığa  çevrilmişdir. Sonralar  tarixi dovr 30-cu illərin  ağir  represiyaları  ilə  müşayət  olunaraq  Azərbaycanin ziyalı genofondunun  məhvinə  nail  olunmuş,  bunun  ardınca 1948-53-cü illər  azərbaycanlıların   kütləvi  deportasiya dalğası, 80-ci illərdən başlayaraq   Dağlıq   Qarabağ  probleminin  yenidən  süni  şəkildə  qızışdırılması,  1990-cı il  20  yanvar  faciəsi  və  1992-ci il Xocalı  soyqırımı  demək olar ki,  bu faciələrin  pik nöqtəsi oldu. 

 Heydər Əliyevin  keçmiş hadisələrə hüquqi-siyasi qiymətin verilməsi istiqamətində  qərarları və  deyərdim ki, ən vacibi 1918-ci il mart soyqırımının öz siyasi qiymətini tapması oldu. Tarixə nəzər salsaq görərik ki, 1919 və 1920-ci illərdə martın 31-i Azərbaycan  Xalq  Cümhuriyyəti  tərəfindən  ümumilli  matəm  günü  kimi  qeyd edilib. Əslində bu,  azərbaycanlılara  qarşı törədilən  soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosseslərinə tarixdə ilk dəfə siyasi  qiymət vermək cəhdi  idi. Lakin,  Azərbaycan  Xalq  Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan  Respublikası  bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırımı   hadisələrinə  siyasi qiymət  vermək  borcunu tarixin  hökmü   kimi  qəbul  edir.  Məhz bütün bunları  nəzərə alan Heydər Əliyev 1998-ci il martın 26-da “31 martı  Azərbaycanlıların  Soyqırımı günü” kimi qeyd  edilməsi haqqında fərman imzalamışdır.  Fərman  imzalandığı  vaxtdan  hər il 31 Mart respublika səviyyəsində qeyd edilir və soyqırımı  qurbanlarının  xatirəsi ehtiramla anılır.  Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş  etdirən  xalqımız  əmindir  ki, əsası ulu öndərimiz  Heydər Əliyev tərəfindən  yaradılan müstəqil dövlətimizin  inkişafı  etibarlı əllərdədir.

Müəllif: LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZI

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”

Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin müdiri              

Mob: 055 543 55 28, qubatovaltaft@gmail.com

LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Səriyyə Abidova. QUBA QƏZASININ MÜDAFİƏÇİLƏRİ

SƏRİYYƏ ABİDOVANIN YAZILARI

Quba şəhərində “Soyqırımı Memorial

Kompleksi”nin Elmi araşdırmalar,

ekspozisiyası və fond şöbəsinin əməkdaşı.

QUBA QƏZASININ MÜDAFİƏÇİLƏRİ

         Aprel ayının 28-də 1920-ci ildə Azərbay­canda Sovet hakimiyyəti qurulsa da, Quba qəzasının  müdafiə dəstələri 8 il bu hakimiyyətə qarşı mübarizə aparmışlar. 1920-ci ilin avqustunda Quba qəzasında son dərəcə geniş vüsət alan antisovet hərəkatını 140-dan çox kəndin əhalisi tamamilə, qalan kəndlərin əhalisi isə qismən dəstəkləyirdi. Bundan qorxuya düşən bolşeviklər 1920-ci ilin avqustunda Qubada hərbi vəziyyət elan etdilər.

Sentyabrın 9-da MK-nın plenumu Quba qəzasında əksinqilabi hərəkatı ləğv etmək üçün qərar qəbul etdi. Həmin qərardan sonra Azərbaycan Xalq Hərbi Dəniz komissarı Ə. H. Qarayev, İnqilab Komitəsinin müvəkkili L. D. Qoqoberidze, H. Ə. Həmidov və başqaları Qızıl Ordu hissələrinə rəhbərlik etmək və yardım göstərmək üçün Qubaya gəldilər. Bunu görən əhali qəzanın müxtəlif yerlərində Sovet hərbi hissələrinə inadlı müqavimət göstərməyə başladı. Antisovet çıxışlara görə qəza əhalisindən qisas alan bolşeviklər Qubaya əlavə olaraq təpədən- dirnağadək silahlanmış 5 min əsgər səfərbər etdilər. Ümumiyyətlə, qəzanın müxtəlif nahiyələrində yerli müqavimət dəstələri ilə döyüşlərə 10 minədək əsgər səfərbər olmuşdur.

Bütün bunlara baxmayaraq, Qızıl Ordu antisovet çıxışlarını yatırmaqda çətinlik çəkirdi. Hatəm ağa öz dəstəsi ilə bolşeviklərlə amansızcasına vuruşaraq Düztahir kəndində İnqilab Komitəsinin sərəncamında olan silah və patronları ələ keçirdi. Kuzunda Mohubəli əfəndi öz döyüşçülərinin sayını artıraraq 4-cü Qafqaz polkunun Terentyevin rəhbərlik etdiyi 3-cü eskadrionunu mühasirəyə aldı. Xeyli itkiyə yol verərək mühasirəni yaran əsgərlər ertəsi gün əlavə kömək aldıqdan sonra yenidən hücuma keçmək üçün Zindanmuruq kəndinin yaxınlığında birləşdilər.

Möhubəli əfəndi köməyə gəlmiş Şıxlar kəndi bəyləri ilə birlikdə pusqu quraraq sovet əsgərlərini yenidən mühasirəyə aldı. Əsgərləri pulemyot atəşinə tutan ləzgilər qanlı döyüşə girişərək, Terentyev başda olmaqla 22 əsgəri və bir milis işçisini məhv etdilər. 5 nəfər ağır yaralandı. Sağ qalan əsgərlər onların tərəfinə keçən kəndlilərin müşayiəti ilə Qusara qayıtmağa məc­­bur oldular.

Kuzunda döyüşlərin baş verdiyi bir vaxtda Həmdulla əfəndi də 2 min nəfər silahlısı ilə boışeviklərə qarşı savaşa başladı. Ona qardaşı Şəmsəddin əfəndi, İsmayıl Əli əfəndi, Səttar Əfəndiyev, keçmiş müsavat zabitlərindən Şükürbəy İsmayılbəyov, Arif əfəndi Şıxzadə də öz dəstələri ilə kömək göstərirdilər.

Artıq Buduq kəndində də əhali ayağa qalxmışdı. Bolşeviklər Həmdulla əfəndinin tərəfinə keçmiş əhalidən qisas almaq üçün Rük kəndinə 20 nəfərdən ibarət kəşfiyyatçı dəstəsi, Buduq dağlarına isə İ. Miluninin komandanlığı altında 420 nəfərlik hərbi hissə göndərdilər. Rük çayı ətrafında qızğın döyüşlər başlandı. Xeyli atışdıqdan sonra müqavimət dəstələri hərbi hissəni mühasirəyə aldı. Güclə mühasirəni yaran və xeyli itki verən hərbi hissənin sağ qalan əsgərləri çox çətinliklə Qubaya qayıtdı. Bundan sonra bolşeviklər Buduq kəndinə güclü süvari dəstələri göndərdilər. Sayca qat-qat çox olan süvarilər iki günlük döyüşlərdən sonra güclə burada antisovet çıxışlarına son qoya bildilər.

Bundan ruhlanan bolşevik koman­dirləri yenidən Qusar nahiyəsində qayda-qanun yaratmağa çalışdılar. Onlar Kuzun kəndindən sonra Çiləgir, Urva, Yuxarı Ləgər, Xuray, Əniğ kəndlərini ələ keçirdilər. Müqavimət dəstəsinin başçısı Mehdi Şeydabəy oğlu həbs olundu.

Kuzun kəndinə tərəf irəliləyən hərbi hissələr Laza kəndi ətrafında ikinci böyük döyüşə girişməli oldu. İki günlük vuruşmadan sonra üstünlük qazanan hərbi hissələr müqavimət dəstələrini dağlara çəkilməyə məcbur etdilər. Həmin vaxtda Şıxlar kəndi bəylərinin dəstələri ilə döyüşmək üçün Müşkür nahiyəsinin Güdəkli kəndinə 4-cü Qafqaz polkunun 2-ci eskadrionu göndərildi. Burada əlavə hərbi hissələrin köməyi ilə Şıxlar kəndi bəylərinin dəstələri məğlub edildi.

Bundan sonra sovet əsgərləri yenidən Möhubəli əfəndinin və Həmdulla əfəndinin dəstələrini ləğv etməyə çalışdılar. Bu məqsədlə iki polk, bir süvari dəstəsi, iki briqada səfərbər edildi. Eyni vaxtda əsgərlərə Qaçaq Mayılın dəstəsini də ləğv etmək tapşırılmışdı. Bu döyüşlərdə hər iki tərəfdən çoxlu insan həlak oldu. Sırt Çiçi və Dərə Çiçi kəndləri ətrafında Qaçaq Mayılı tutmaq üçün Rustov nahiyəsindən 28-ci, Dəvəçidən isə 82-ci briqadalar oraya yeridildi. Döyüşlər zamanı dinc əhalidən də xeyli insan qırıldı. Böyük itkilərə məruz qalsalar da, bolşeviklər qəzanın müxtəlif nahiyələrində yerli müqavimət dəstələri ilə döyüşlərə həddindən artıq əsgər səfərbər etdilər.

Ayrı-ayrı illərdə Qusarın Kuzun, Cağar, Düztahir, Kiçan, Hil, Yuxarı Kalunxür, Çiləgir, Ləçət, Yasab, Həzrə kəndlərində, Qubanın Qımıl, Buduq, Rük, Kömür, Sırt Çiçi, Dərə Çiçi, Təngəaltı, Qonaqkənd, Xaçmazın Şıx­­­­lar, Güdəkli, Ağa­şirinoba, Dəvəçinin Gən­­dov, Qalagah, Zöh­ramlı, Dağ Bilici, Zeyvə kəndləri ətrafında və başqa yerlərdə gedən ağır döyüşlərdə bolşe­viklər minlərlə əs­gər və çoxlu texnika itirdilər. Rəsmi məlumata görə təkcə 1920-ci ilin sentyabrın 7-də qəzanın igid oğlu Həmdulla İsmayıl oğlu Əfəndiyevin dəstəsi ilə Leyti kəndi ətrafında gedən döyüşlərdə bolşeviklər 1 komandir, 12 əsgər, 10 at itirmiş, onların 7 komandiri və 60 əsgəri ağır yaralanmışdı . Əslində isə itki döyüşlərə rəhbərlik etmiş bolşevik cəlladı, 4-cü Qafqaz polkunun komandiri Moravskinin sonralar etiraf etdiyinə görə qat-qat çox olmuşdu.

Arxiv materiallarından göründüyü kimi, 1920-1928-ci illərdə Quba qəzasında Sovet hakimiyyətinə qarşı çıxış edən silahlı dəstələrlə döyüşlərə Moravskinin rəhbərliyi ilə 4-cü Qafqaz polku, Roqalevin başçılığı altında 246-cı atıcı polku, komissar Lordikipanidzenin hərbi hissələri, Smirnovun hərbi hissələri, 10 süvari dəstə, 32-ci diviziyanın 245-ci atıcı polku, Şalomovun hərbi hissələri, 4-cü süvari polku, 28-ci və 82-ci briqadalar, Meyerin hərbi hissələri, R. D. Qoqoberidzenin rəhbərlik etdiyi Qızıl Ordu hissələri, Qusar qarnizonu və başqa hərbi qüvvələr cəlb olunmuşdu.

Bolşeviklərin cəhdlərinə, bu qədər iri hərbi qüvvələri səfərbər etmələrinə baxmayaraq, onlar Quba qəzası əhalisinin Sovet hakimiyyətinə qarşı mübarizəsini qısa müddətdə yatıra bilmədilər. Bu mübarizə 8 il davam etdi və əsl müharibəyə çevrildi. Uzun illər bu qəhrəmanlıq mübarizəsinin üstündən xətt çəkilsə də, tarix uzun illərdən sonra qəza əhalisinin bolşevizmə qarşı mübarizəsinin uzaqgörən və ədalətli mübarizə olduğunu bir daha sübut etdi.

Qeyd edək ki, 1920-1928-ci illərdə bu mübarizəyə Dəvəçi nahiyəsində Həmdulla əfəndi, onun qardaşı Şəmsəddin əfəndi, Şəttar Əfəndiyev, Şükürbəy İsmayılbəyov, Arif əfəndi Şıxzadə, pirəbədilli Məm­məd əfəndi və Molla Məhəm­­məd bəy Ağadadaş bəy oğlu, Şıxlar kəndinin bəy­ləri – Həsən bəy, İbra­­him bəy, Mürsəl bəy, əs­lən Dağısta­nın Mis­kincə kəndindən olan Ləz­­gi Məhəm­məd, Os­man Mayıl oğlu, polkov­nik Məmmədbəy Məmmədbəyov, Qubada Əli bəy Zizikski (ilk mərhələdə), Rustov nahiyəsində məşhur qaçaq Mayıl Zahirov, buduğlu Hacıbəy Osmanbəy oğlu, Möhüclü Mirzəli Hacıisa oğlu, Qusar nahiyəsində Cağar kəndinin sakini, polkovnik Hatəm Sərkərov, kuzunlu Möhubəli əfəndi Mahamadov, urvalı Mehdi Aydayev, gədəzeyxürlü Gülməmməd Nurəli oğlu, kuzunlu qaçaq Rəsul, düztahirli İdris Çubanan, Şahbala Muruğvi və başqaları rəhbərlik edirdi.

                                              Ədəbiyyat siyahısı:

1.Azərbaycan SSR OİMDA, fond 27, siyahı 5, iş 97, vərəq 2

2 “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” II cild səh 9-12

3. Vikipedia.az

4. Solmaz Rüstəmova-Tohidi. Quba. Aprel-May 1918-ci il. Müsəlmanqırğınlarısənədlərdə, Bakı, 2013, s.110-144

5. Xalq qəzeti 25.05.2016-ci il. Səh 2-3

MÜƏLLİF: SƏRİYYƏ ABİDOVA

Quba şəhərində “Soyqırımı Memorial

Kompleksi”nin Elmi araşdırmalar,

ekspozisiyası və fond şöbəsinin əməkdaşı.

SƏRİYYƏ ABİDOVANIN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru