SÖZ
Xaıqımızın sevimli şairi Ağacəfər Həsənlinin
70 illik yübileyi münasibəti ilə yazılmış şeir.
Dağlardan düzlərə endirir səni,
Ömrün dərəsində, hamarında söz.
Məhəmməd Fizuli dindirir səni,
Qaynayır qanında, damarında söz.
Zülmət qaranlıqda yanan şölədir,
Ömrün kitab-kitab yükdür,şələdir.
Kağızlar üstündə bitən lalədir,
Yaşayır ömrünün baharında söz.
Leysana çevrilib üstünə yağır,
Ocağına yağır, tüstünə yağır.
Üzündə, gözündə Cəngəsər dağı,
Alışır, közərir damağında söz.
Şeir arxan olub, dayağın olub,
Şeirsiz keçən gün bayağı olub,
Mənayla, məntiqlə ürəyin dolu,
Azalmır şairin tabağında soz.
Dilində adı var neçə nəhəngin,
Qəlbin məbədidir dözəl ahəngin.
Verib cavabını topun, tüfəngin
Dayanıb qılıncın qabağında söz.
Hörmətlə: Şahin Həmidi
Yunus Oğuzun bloqu
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru