ANA DİLİM Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.
Dilimin adını kim verib görən? Onun “Ol” dediyi andanmı gəlir? Tarixə sığmayan tarix yaradan Fatehlər doğuran qandanmı gəlir? Şumerdənmi gəlir? Hundanmı gəlir? Dilimin adını kim verə bilər? Sönmüş ocaqlara od verən mənəm! Qitədən-qitəyə axan çaylara, Yurdlara, ellərə ad verən mənəm! Başımın üstündən göy çəkilməmiş, Ayağım altından Yer qaçmayınca… Kimliyim, varlığım, ruhum, vücudum Soyuq məzarlara yol açmayınca… Şəhid qanı kimi son damla qanım Vətən torpağına hopana qədər. Bilin! Yürüdükcə ərzin zamanı, Dünya məhvərindən qopana qədər Dilimin adı da yalnız Türkdür, Türk! Amalım dünyanın özündən böyük! …Kəhər atlarımın dırnaqlarından Qopan daşlar belə türkcə danışır. O mavi səmanın ənginliyindən Uçan quşlar belə türkcə danışır. Əlçatmaz zirvələr, keçilməz dağlar, Yaxınlar, uzaqlar türkcə danışır. Kükrəyən dənizlər, sısqa bulaqlar, Çiçəklər, yarpaqlar türkcə danışır, Türk varan torpaqlar türkcə danışır! Yarıb neçə-neçə qaranlıqları – Ruhundan yol alan bir gündüzü var. Fəth edib əlçatmaz ucalıqları! Hər yerdə, hər yerdə Türkün sözü var. *** …Şirin layla səsi, telli saz səsi, Qolça qopuz səsi – Türkün dilidir! Haqqa əsgər olan Uca Millətin Əbədi nəğməsi – Türkün dilidir! Gah həzin, axıcı… bir bulaq kimi, Gah alov püskürər gur ocaq kimi… Dillər arasında durub dağ kimi! Dillərin zirvəsi – Türkün dilidir! Hər sözü İlahi – Cana can gəlir, Hər sözün içində bir ümman gəlir… Ruhu göydən gəlir, səmadan gəlir Tanrı möcüzəsi – Türkün dilidir
“Ey öz doğma dilində danışmağı ar bilən, fasonlu ədabazlar…”- BƏXTİYAR VAHABZADƏ
Türük oğuz begleri, bodun, eşidinq!
Azərbaycan dili Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dağıstan Respublikasının rəsmi dövlət dilidir:
İran, İraq, Gürcüstan, Rusiya, Suriya və Əfqanıstanda yaşayan azərbaycanlılar öz aralarında əsas ünsiyyət vasitəsi kimi Azərbaycan dilindən istifadə edirlər. Bugün dünyada Azərbaycan dilinin daşıyıcılarının sayı 50 milyondan çoxdur. Azərbaycan dili türk, türkmən, qaqauz və Xarəzm dilləri ilə birgə Altay dilləri ailəsinin türk dilləri qrupunun oğuz qoluna daxildir.
Azərbaycan yazılı dilinin tarixi mövcud materiallara görə XIII əsrdən başlasa da, dilimiz böyük inkişaf yolu keçmiş ən qədim dillərdən biridir. Bunu sübuta yetirmək üçün bir nümunəyə nəzər salaq: “Öze Kök Tenqri, asire yağiz jer qılıntaqude ekin ara kişi oğulu qılınmış. Kişi oğulınta öze eçüm apam Bumın qağan, İstemi qağan olurmış. Olurupan türük budunığ elim törüsün tuta bermiş iti bermiş. (Üstdə Göy Tanrı, aşağıda qonur yer qılındıqda ikisinin arasında kişi oğlu – insan nəsli qılınmış. Kişi oğlunun – insan nəslinin üstündə əcdadım Bumın xaqan, İstemi xaqan olmuş. Türk xalqını elimin törəsiylə tutub aparmışlar – idarə etmişlər).”
Yuxarıdakı sətirlər, VIII əsrin birinci yarısına aid Orxon-Yenisey yazılarındandır. 1300 il keçsə də, türk dilinin indiki daşıyıcıları bu sözlərin mənalarını asanlıqla anlayırlar. Digər dillərin böyük əksəriyyəti belə bir xüsusiyyətə malik deyildir. Bu, demək olar ki, dəyişməyən, zamanın və məkanın təsirinə məruz qalmayan əbədi bir dildir.
Böyük hökmdar, sərkərdə, əfsanəvi bahadır, alim, şair və övliya Şah İsmayıl Səfəvinin qurduğu Səfəvilər dövlətinin saray və ordu dili Azərbaycan dili idi. Rus alimi V.V.Bartold yazır: “Səfəvilər xanədanının təşəkkül tapdığı yerdə Azərbaycan əhalisi türkcə danışırdı və nəticədə türkcə Səfəvilər dövlətində saray və ordu dili olaraq qaldı”.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan az sonra Azərbaycanda kargüzarlığın türk (Azərbaycan) dilində aparılması ilə bağlı qərar qəbul edildi. Bu faktlar ona dəlalət edir ki, müxtəlif dövrlərdə mövcud olmuş Azərbaycan dövlətləri bir-birinin davamı, ardıcılı olaraq təşəkkül tapmışlar.
ANA DİLİM Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! Müəllif: Zaur USTAC
ANA (Anamın ad günü münasibəti ilə) Qayğımıza qalan, anadır, ana. Varmı bu dünyada, anadan əziz?! Dünyanın bəzəyi, anadır, ana. Ananın özüdür, anadan əziz… *** Harda bir bala var, orda ana var, Analar olmasa, bala da olmaz! Dünyanı sözüylə bəzər analar, Analar olmasa, dünya da olmaz!!! 27.10.2018.
ANA DİLİM Bu şip-şirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.