Etiket arxivi: AŞIQ ƏLƏSGƏR

Zaur Ustac – Dağlar!

ŞUŞATƏK OCAĞIN MÜBARƏK!!!

Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşatək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ULU GÖYÇƏ-DƏDƏ ƏLƏSGƏR.

Qərbi Azərbaycan İcması – Western Azerbaijan Community :

2009-cu ildən UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən Azərbaycan aşıq sənətinin parlaq nümayəndəsi Aşıq Ələsgər 

➡️ 1821-ci ildə tarixi Göyçə mahalının Ağkilsə kəndində anadan olub, 1926-cı il mart ayının 7-də doğulduğu kənddə vəfat edib;
➡️ 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illiyi münasibətilə Göyçədəki məzarı üzərində abidə inşa edilib;
➡️ 1987-91-ci illərdə qərbi azərbaycanlıların tarixi yurdlarından yekun etnik təmizlənməsindən sonra Ermənistanda azərbaycanlıların izlərinin məhv edilməsi kampaniyası çərçivəsində Aşıq Ələsgərin məzarı və üzərindəki abidə dağıdılmışdır;
🗓️ Aşıq Ələsgərin qəbri və abidəsi qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtmasından sonra mütləq bərpa ediləcək!

AŞIQ ƏLƏSGƏR – DƏDƏ ƏLƏSGƏR

Ashiq Alasgar – a bright representative of Azerbaijani Ashiq art, included in UNESCO’s list of intangible cultural heritage since 2009 

➡️ Ashiq Alasgar (1821-1926) was born and lived in Agkilsa village of historic Goycha province;
➡️ A monument was built in 1972 on his grave on the occasion of the 150th anniversary of Ashig Alasgar’s birth;
➡️ After the final ethnic cleansing of Azerbaijanis from their homes in Armenia between 1987 and 1991, the grave and the monument of Ashig Alasgar were destroyed by Armenia as part of the state campaign to erase the traces of Azerbaijan in current day Armenia.
🗓️ Both the grave and the monument of Ashig Alasgar will certainly be restored after the return of Western Azerbaijanis to their ancestral lands in Armenia!

Mənbə: Azərbaycan


>>>> DAHA ÇOX MƏLUMAT AŞAĞIDA <<<<

International Turkic Culture and Heritage Foundation

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ


ZEMFİRA MƏHƏRRƏMLİNİN YAZILARI

>>>> Zemfira Maharramli. The Swallow’s Nest.


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

ANARIN YAZILARI

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

RƏŞAD MƏCİDİN YAZILARI

FİRUZ MUSTAFANIN YAZILARI

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI

SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

DAĞLAR ŞEİRİ. ZAUR USTAC.

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN ŞAİRLƏRİ

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aşıq Ələsgər yaradıcılığında irfan məqamları – Adilə Nəzərova yazır

ADİLƏ NƏZƏRİN YAZILARI


Aşıq Ələsgər yaradıcılığında irfan məqamları

Azərbaycan ədəbiyyatının inkişafı prosesində aşıq ədəbiyyatı mühüm yer tutur. İslama qədər bu ədəbiyyatın mənəvi əsaslarını türk inancları, dərviş ənənələri və şaman ayinləri təşkil edib. Türk xalqları islamı qəbul etdikdən sonra şifahi xalq yaradıcılığından gələn aşıq ənənələri zəminində bu ədəbiyyatın nümayəndələri xalqın duyğu və həyəcanının tərcümanına çevrilmişlər. Onlar öz şeir və dastanlarını dildən-dilə, teldən-telə (saz dili), könüldən-könülə ötürməklə keçmişdən bugünə çatdırırlar.

Aşıq ədəbiyyatının özünəməxsus ədəbiyyat janrı kimi meydana çıxması və formalaşması XVI əsrin sonlarına təsadüf edir. Azərbaycanda müsəlman ictimai-mədəni hadisəsi kimi ortaya çıxan, divan ədəbiyyatı mənsublarının bayağı kimi qələmə verdikləri aşıqlıq ənənəsi zaman keçdikcə öz klassik formalarını yaratmışdır. Yarandığı dövrdə əsasən, “gözəlləmə”yə üstünlük verən aşıqlar getdikcə milli vəznimiz olan hecalarla oxuduqları və sadə dildən istifadə etdikləri melodik şeirlərdə ictimai həyatın bütün sahələrindən mövzulara müraciət etmiş, özünəməxsus üslub yaratmış, təkmilləşmələrlə bu günə qədər yaşamağa davam edən bir sənət nümayiş etdirərək xalqın diqqət və rəğbətini qazanmışdır. Zaman keçdikcə yaşadıqları cəmiyyətin inanc və dəyərlərindən qidalanan aşıqlar bu mövzuları həmsöhbətlərinin marağına uyğun şeirləşdirmişlər.

DƏDƏ ƏLƏSGƏR

Azərbaycanın milli aşıq ədəbiyyatı tarixində önəmli yеri olan ustad aşıqlardan biri də Aşıq Ələsgərdir. Sonralar Dədə Ələsgər adı ilə tanınan bu böyük sənətkar fitri istedadı ilə, şeirin dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani növlərində müxtəlif məzmunlu sənət nümunələri yaratmaqla aşıq sənətinin zirvəsini fəth etmişdir.

Bildiyimiz kimi, aşıq şeirində qapalı şəkildə bəyan edilən, içində adın, nəsnənin, dünyəvi və İlahi bilgilərin gizləndiyi sirlər var. Bəlkə də buna görədir ki, Aşıq Ələsgər də özündən əvvəlki ustadları kimi “Haqq aşığı” adlandırılıb. Çünki o da “vergili”, “buta verilən”, “badə içirilən” aşıqlardan biri kimi özünəməxsus unikal bir yaradıcılıq yolu keçmişdir.

Aşıq ədəbiyyatında yuxu motivinin izləri çox qədimlərə gedib çıxır. Yuxu motivi türk xalq ədəbiyyatında, xüsusilə xalq nağıllarında, dastanlarda yer alır. Bu motiv bir çox aşıqların, o cümlədən, Aşıq Ələsgərin də həyat hekayəsində görünür. O, özündəki bu vergini belə izah edir:

Şəhrin şöləsindən buldum bələdi,

Xoş gəldi xoşuma halı qabaqda.

Pir mana göstərdi şah məqamını,

Gördüm cəmdi çox calalı qabaqda.

Türk ədəbiyyatında yuxu motivi mürəkkəb quruluşa malikdir. Belə ki, yuxuda “buta verilən” adam, yuxuda öz vəzifələrini də öyrənir – saz çalmaq, söz qoşmaq, İlahi bilgilərdən hali edilmək, yuxuda görüb sevdiyi qızı axtarıb tapmaq və s. kimi xüsusi qabiliyyətlərlə sadə şəxsiyyətdən sənətkar şəxsiyyətə keçirlər ki, bu da onların ustad aşıq olmağa başlamasının, daha doğrusu, ifaçı aşıqdan yaradıcı aşığa çevrilməsinin ənənəvi elementi kimi görünən mühüm yoludur. Aşıq Ələsgər “Pеyğəmbərin mеracı” şeirində yazır:

Yеtişdi hücrəyə əzizü əzim,

Şahi-Mərdan dеdi: “Mеracın qədim!”

Göstərdi almanı, еtdi təbəssüm,

Buyurdu: “Hər işin sirri-qüdrətdi”.

Şeirdən göründüyü kimi, Aşıq Ələsgərin özündə baş verən bu nirvana halını (buddizm fəlsəfəsində arzulardan, iztirablardan azadolma anı) peyğəmbərin meracına bənzədir. Folklorda “vergi” şərbət, alma, nar, çörək, üzüm, bir cam su kimi istənilən qida da ola bilər, əsas olan verilənin və qəbul olunanın nəticəsində yaranan mənəvi dəyişiklikdir. Bu şeirdə Aşıq Ələsgər “pir”in ona alma uzadıb – şah məqamını göstərdiyini qeyd edir. Sənətkar “Yüküm” şeirində yenə eyni məqama işarə edir.

Biçarə Aşıq Ələsgər,

Sığın Şahi-Hеydara;

Onun damənindən tutan

Məhşərdə yanmaz nara.

Pirim mana nüsrət vеrib,

Bu gün çıxdım bazara;

Sən sərrafsan, aç xırd еlə,

Bax gör, nə maldı yüküm!

Burada da sığınacağını “Pirim” dediyi “Şahi-Hеydar” adlandırır. Bir başqa şeirində əsli-zatı ilə şərəfli, ləyaqətli ad qazanan igidə xitabən yazdığı “Dəli Alı” şeirində deyir:

Gün kimi aləmi tutubdu adı,

İyidlər sultanı, xanı Dəli Alı.

Pirim – Şahi-Mərdan vеrib muradı,

Artırıb şövkəti, şanı Dəli Alı.

Dərs alıbdı o, Əliyyi-əladan,

Xof еyləmir Xеybər kimi qaladan.

Gəzən zəlzələdən, yaman bəladan

Hifz еyləsin kərəmkanı, Dəli Alı!

Və yaxud:

Oxuram inna-fətəhna,

Mətləb allam yuxuda;

Şahi-Mərdan nökəriyəm,

Dərsimi pünhan vеrir.

Qeyd etmək yerinə düşər ki, “Şahi-Hеydar”, “Şahi-Mərdan” İslam Peyğəmbərinin canişini və vəlisi Həzrət Əlinin ləqəbi kimi poeziyada çox işlədilib. Məlum olduğu kimi, Həsən Bəsri və Həllac Mənsurun bütün mənəvi aləmi Hz. Əlinin qüdrətindən qidalanır. Yazıb-oxumaq bilməyən Aşıq Ələsgər o qədər işıqlı və pak idi ki, bu biliklərini ağızdan-ağıza əxz edərək onlardakı dərin mənaları aça bilir və sadə şeir dili vasitəsilə müasirlərinə çatdıra bilirdi.

Yazıq Ələsgərəm, bir kəminə qul,

Əysik sözü hərgiz еtmərəm qəbul.

Bəndеyi-xudayam, ümməti-Rəsul,

Dost tutmuşam Şahi-Mərdan Əlini.

Dar günümdə yеtiş dada,

Ya Şahi-Mərdan ağa!

Nitq vеr, mеydan içində

Qoyma sərgərdan, ağa!

Həm Əlisən, həm Vəlisən,

Həm səxisən, həm səxa,

Həmi dildə zikrim sənsən,

Həmi əzbərdən, ağa!

“Vergi” aşıq ədəbiyyatında şeir demək (bir çox aşıqların, ozanların yazıb-oxuma savadları olmayıb) bacarığına yiyələnməkdə, dini bilikləri və lədun elmini öyrənməkdə, bir növü dərvişlik, ozanlıq xüsusiyyətlərini əldə etməkdə mühüm amildir. Yuxarıdakı nümunələrə əsaslanaraq demək olar ki, Aşıq Ələsgər “vergi”sini yuxuda Həzrət Əlidən alıb.

İstisnalar olsa da, sözügedən “vergi” adətən böyük bir kədər və ya qorxudan sonra, 10-20 yaş arasında baş verir. Tədqiqatlara görə, Aşıq Ələsgər də təxminən 17-18 yaşlarında sevdiyi Səhnəbanudan ayrıldıqdan sonra, onun sevgisilə kədərlə “yüklənmış” və bədahətən şeirlər qoşmuş, məzmun, forma rəngarəngliyi, saf xalq dili ilə qoşma, bayatı, gəraylı ilə bərabər, irfan sirlərini özündə ehtiva edən, çətin şeir növü sayılan qıfılbəndlər söyləməyə başlamışdır. Bu, Ələsgərin aşiqlikdən aşıqlığa keçid yolu idi ki, gəlib “Haqq Aşığı” (aşiqi)ndə birləşirdi.

Bundan sonra, bir çox şeirlərində “Quran”dan ayələrin, 12 imamın, xüsusilə İmam Əlinin adı keçir. “İmamlar” şeirini “Bismillahir-rəhmanir-rəhim!” – dеyib, Sidq ilə çağırram Şahi-Hеydəri” misraları ilə başlayıb, sıra ilə hər bənddə bir imamın adını çəkməklə davam edir və:

Mеhdinin şəninə gəlibdi ayat,

İsminə möminlər vеrir salavat.

Yovmi-ərəsətdə еtmə xəcalət,

Yandırma odlara qul Ələsgəri! –

deyərək bitirir. “Qabaqda” şeirində:

Dünyada əl çəkmə sövmü səlatdan,

Təmiz vеr, qalmasın xümsü zəkatdan.

Ələsgər, xof еtmə puli-Siratdan,

İrəhbərdi Cənab Əli qabaqda

– deyərək Hz. Əlini rəhbər tutduğunu diqqətə çatdırır.

Haşiyə: Ustad sənətkarın bəzi şeirləri məzmun etibarilə “Quran”la, şəriətlə, hədislərlə bağlı olduğuna görə, Sovet dövründə dərc olunması qadağan edilib. Eyni zamanda, “Qələm”, “Çəksən”, “Görünsün”, “Qaçaqaç”, “Məni”, “Düşdü” və başqa şeirləri isə o vaxt yaşanan inqilabdan və Azərbaycan türklərinin öz dədə-baba yurdlarından sürgün olunmasından bəhs etdiyi üçün məhz həmin dönəmdə dərc olunmayıb, sonralar el aşıqlarından toplanaraq kitaba salınıb.

Aşıq Ələsgərin Hz. Əliyə olan bağı “Ya Əli”, “Yaxşı hörmət ilə, təmiz ad ilə”, “Olmaz”, “Məhəmməd”, “Kеçmişəm”, “Rənc Ali-Əba”, “Qan ağla, gözüm, şahi-şəhidana bu gündə” (mərsiyə), “Sənsən”, “Şahi-Heydəri”, “Vardır” və s. şeirlərində daha aydın görünür. O cümlədən, “Baş еndirir” şeirində ustad, öz biliyinə, elminin dərinliyinə, inancının gücünə əsaslanaraq, başqa aşıqlardan üstünlüyünü bildirir, onları dərya, özünü ümman adlandırır:

…Ölməyincə bu sеvdadan

Çətin dönəm, usanam;

Həqiqətdən dərs almışam,

Şəriətdən söz qanam.

Şahi-Mərdan sayəsində

Еlm içində ümmanam;

Dəryaların qaydasıdı,

Ümmana baş еndirir.

Aşıq Ələsgər özündəki bu gücü – islam dininin həqiqətini, sufi təriqətinin mərifətini aşıq sənətinin – sözün və sazın (musiqinin) gücü ilə birləşdirirdi.

Ahəngər dеyiləm, naşı bəzirgan,

Gözüm dürdanədə, a yəməndədi.

…Bir sazım var, yox pərdəsi, nə simi,

Onu çalıb, kim tərpədər nə simi?

Firdovsi, Fizuli, Hafiz, Nəsimi –

Onlar da yazdığı, ayə, məndədi.

Ustad “naşı bəzirgan”lara bildirmək istəyirdi ki, o, suyun ahənginə uyub gəlmir, onun gözü dürrdə-dürdanədədir. Yəni, həyatda mücadilə etmək mübarizlər üçün hadisə deyil, həyat tərzidir. Burada, “özünü bilmə”nin ideologiyanı aşan tərəfi də var – bu inancdır. İnanc bir varlıq formasıdır ki, insanın həyata, insanlığa, təbiətə baxış tərzini, hətta arzularını da müəyyən edir. Bu fikir, Hz. Əlinin həyatı, şücaəti, mərdliyi, mərifəti ətrafında formalaşır, ona olan inancda, onun verdiyi “vergi” ilə açıqlanır.

Qeyd edək ki, bu sevgi təkcə Aşıq Ələsgər yaradıcılığında deyil, ümumiyyətlə, türk ədəbiyyatında bütün irfani düşüncələr, xüsusən də əksər məzhəblər və onların üzvləri Hz.Əlidə cəmləşmişdir. Təsəvvüf ədəbiyyatında ənənə halını almış Həzrət Əli və onun xüsusiyyətləri ilə məşğul olmaq bəzən onu ilahiliyə qədər yüksəltmişdir.

Bu şeirdə klassik Şərq şairlərinin adları təsadüfən çəkilməyib. Bu, onların da Hz.Əli haqqında dedikləri tərifləri diqqətə çatdırmaq üçündür. Şair demək istəyir ki, o, “Şahi-Mərdanı” elə-belə tərif etmir, ondakı simsiz-pərdəsiz Eşq sazını ona gör kim verib. Yeri gəlmişkən, adları çəkilən klassik şairlərimizin Hz.Əli haqqında dediklərini xatırlayaq:

Ş.İ.Xətai “Dəhnamə”nin “Dər mənqəbəti-şahi-mərdan Əli” bölümündə Adəm əleyhissəlamla Hz.Əlini müqayisə edir: “Həm səndə bulundu ismi-əzəm, Həm səndə göründü ruhi-Adəm. Tiğində yazıldı sətri-lövlak Lövlak ləma xələqtul əflak.” Sufilər İsmi-əzəmin (əsmaül hüsna) ancaq Allaha aid, peyğəmbərlərə agah olduğunu deyirlər. Ş.İ.Xətai (yəqin ki, şiəlik görüşləri səbəbilə) o adı Həzrət Əliyə də şamil edir.

Bir hədisə əsasən, Allah-Təala Məhəmməd peyğəmbərə meracda Cəbrail vasitəsilə deyir: “Əgər sən olmasaydın, mən fələkləri yaratmazdım”. Xətai bu kəlamın Hz.Əlinin qılıncında yazıldığını qeyd edir və bununla bir növ həmin sözlərin imama aid olduğunu da ifadə etmiş olur.

Xətai yenə başqa bir şeirində Hz.Əliyə xitabən “Həm səndə göründü ruhi-Adəm.” – deyir, M.Füzuli bu motivə başqa tərəfdən yanaşır. Hz. Əlinin axirətdə Adəmlə birgə olmağına, cənnəti – Kövsərdə Adəmi qonaq qəbul etdiyinə işarə edir: “Kövsəri-cənnət onun hökmündədir, ol vəchilə, Cümlə nəslindən həmin Adəm ona mehman olur.” Bu beytdə məhşər günü Hz.Əlinin Tanrıdan bəzi insanlara da şəfaət diləyəcəyi fikri də öz əksini tapır.

İ.Nəsimi şerində də tez-tez Hz.Əlinin “Özünü Tanıyan tanrısını tanıyar.” kəlamına rəst gəlirik.

Ə.Firdovsi məhşur “Şahnamə” əsərində dəfələrlə imam Əlini xatırlayır. “Kimin ki, Əli ilə düşmənliyi var, Hər iki dünyada olacaqdır xar. Mən kiməm? Nəbinin kiçik bir qulu, Yolumdur hər zaman Əlinin yolu.”

İslam dini inancı Aşıq Ələsgər yaradıcılığının böyük bir hissəsini təşkil edir, – desək, səhv etmərik. Amma bununla yanaşı, elm-ifran körpüsündən keçən, sözün və sazın vəhdətilə inşa edilən şeirlərində sufi mətləblərindən də söz açılır. Bəlkə də Aşıq Ələsgər şeirinin məhz musiqi ilə vəhdətdə olması, sufilərin inanc və vəcdi birləşdirən musiqi anlayışları ilə üst-üstə düşməsindən irəli gəlir ki, bu da İlahi eşqi dərin bir sevgi və şövqlə yazdığı ölməz əsərlərləri ilə təkcə Azərbaycana deyil, bütün türk-islam dünyasına bəxş etmişdir. Əsrlər boyu ağızdan-ağıza, qəlbdən-qəlbə keçən bu əsərlər indi də eyni zövqlə, canlılıqla ifa olunur.

Klassik xalq şeirini rövnəqləndirən şairin “Bax, bax” rədifli dildönməz gəraylısı Hz.Əlinin şəhadətinə yazılan ağıdır.

Əxi, biya, biya, bеqu,

Bеqu, biqof, ağa, bax, bax.

Həyyi, həqqü hakim sənsən,

Həyyə bax, bu bağa bax, bax.

Gözüm sağı, sübh ayağı

Gеyək ağı, gəzək bağı.

Hamı sеvib bu sayağı,

Qaymağa, həm yağa bax, bax.

Əziz ayə, müəmmayə,

Gərək sayə bu məvayə.

Səbəb sənsən bu qovğayə,

Böyük Ağa, sağa bax, bax.

Şeirin birinci bəndində işlənən “əxi” və ərəb sözlərini açsaq, şairin nə demək istədiyi anlaşılır. Əxi – XIII əsrdə Hacı Bektaşi Vəli tərəfindən qurulan türk-islam təşkilatının üzvlərinin bir-birinə müraciətidir – qardaş (əqidə qardaşlığı) anlamına gəlir. Qardaşlar, gəlin, deyin ki, Həyyi (diri olanı – Allahı) həqqü hakim – həqq olanı hakim bilən, yəni Allahı tanıyan sənsən. * Bu arada qeyd edək ki, “biqof” sözünün doğru yazılışı “biqoft”dur. (tərcüməsi: demək). Həyyə bax – qalx, bax. (Əlinin ucalığına işarə edir), bu bağa bax, (bağ sözü burada böyüklüyü ifadə edir).

İkinci bəndın izahı: Ey sağ gözüm, sübh çağı (dan üzü, namaz vaxtı) geyək ağı (kəfəni), gəzək bağı (bağ – burada: cənnət) Hamı (burada: şəhidlərin hamısı) Allahı bu sayaq sevib, qaymaq, yağ yeyərcəsinə (xoşluqla, rahatlıqla) Allah yolunda can veriblər. Bu bənddə şair sübh namazında Hz.Əlinin qılınclandığını – şəhadətə yetirildiyini vurğulayır.

Üçüncü bəndin izahı: “Əziz ayə, müəmmayə” deyərkən, şair bəzi Quran təfsirçilərinə və hədislərə görə bir neçə ayənin, o cümlədən, Nəcm surəsinin (53) 14-cu “(Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında.”ayəsi 15-ci (Mələklər, şəhidlər və müttəqilər məskəni olan) Mə’va cənnəti onun yanındadır. ayəsinin və “Maidə” (5) surəsinin 3-cü ayəsinin Həzrət Əli ilə əlaqədar nazil olduğuna diqqət çəkir. Deyir ki, gəlin, biz də bu səsə – məlumata, bu guşəyə kölgə salaq (qoruyaq, inanaq). Bu səsin (xəbərin) səbəbi sənsən (Əli sənə inandı), Böyuk ağa (Məhəmməd peyğəmbər (s)) Əli sənin sağındadır (cənnətdə Mə’va bağında).

Tarixən türk toplumlarında hörmət ifadəsi olaraq, xalqa yol göstərən təcrübəli, bilikli şəxslərə, irfan sahiblərinə, ariflərə Dədə titulu verilib. Aşıq Ələsgərə “Dədə Ələsgər” deyə xitab olunması onun İslam dini ilə yanaşı, həm də Mövləvi və Bəktaşi təriqətlərinin təlim-tərbiyəsini örnək almasının, o kultun ənənəsini davam etdirməsinin göstəricisidir. Dədə Ələsgərin bu nizamı saxladığı qüdrətli sənətkarın bir çox şeirlərindən, eləcə də özündən sonrakı ustad aşıqların onun haqqında söylədikləri rəvayət və dastanlardan bəlli olur.

Adım Ələsgərdi, əslim Göyçəli,

Ələst aləmində dеmişəm “bəli!”.

Həm aşiqəm, həm dərvişəm, həm dəli,

Canım gözəllərin yol qurbanıdı.

Burada üçüncü misradakı “aşiq”, “dərviş”, “dəli” sözlərinin ardınca ifadə olunan “gözəllər” sözünün qadınlara aid olmasını düşünmək əlbəttə ki, absurd olar. Şairin bu ifadəsi onun Dədələrin – “gözəl əxlaqlı, nur üzlü, pak qəlbli, haqq-ədalət əməlli, şərəfləndirilmiş mübarək adamlar”ın yoluna can qoymasına, o yolun davamçısı olmasına işarədir.

Bundan başqa Ələvilər və Qızılbaşlar ruhanilərinə Dədə deyirlər. Ələvilər (şiələr) ümumiyyətlə, babalarının Hz. Əlinin nəslindən olduğunu qəbul edirlər. Dədələrin Ələvilərin və Qızılbaşların dini həyatında çox mühüm funksiyası vardır. Onlar dini, şəriəti təbliğ etmək üçün kənd-kənd, oba-oba gəzir, dini ayinləri icra edir, mərsiyələr və dualar oxuyurlar.

Tədqiqatlardan görünür ki, Dədə Ələsgər də eyni minvalla el-oba arasında hər hansı bir müşkül işin çözülməsində məsləhətlər verir, əhali arasında yaranan ixtilafların həllində arbitr kimi çıxış edir, günahkar olanları İlahi ədalətdən, cəhənnəm əzabından xəbərdar edirdi. “Bax, bax!” rədifli ikinci şeiri bu fikri əsaslandırır:

Şəriət oxuyan, təriqət bilən,

Haqlıq еyləyirsən, haqq dinə bax, bax!

Qalmayıb dünyada “mənəm” dеyənlər,

Həzrət Sülеymanın taxtına bax, bax!

Oxuduğun Quran hardadı, hanı?!

Hansı yola dəvət еdir insanı?!

Salıbsan zindana gözəl bir canı,

İqbalına bax, bax, baxtına bax, bax!

Dədə Ələsgərin yaradıcılığını ümumilikdə tədqiq etsək, görərik ki, bəzi şeirlərində indiyədək diqqət edilməyən kiçik anlaşılmazlıqlar da var. Məsələn, “Kimi” şeirinə nəzər salaq:

Adı Tərlan, özü tərlan balası,

Cilvələnib tərlan tavarı kimi.

Üzün görən xəstə düşər müttəsil,

Turuncun novrəstə nubarı kimi.

…Bu gözəl Zеynəbin nışanasıdı,

Ləbləri qırxların pеymanasıdı,

Dəhanı şahlığın xəzanasıdı,

Düzülüb dəndanı mirvari kimi.

                    (Aşıq Ələsgər. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2004, 400 səh. s.58)

Göründüyü kimi, şeirdə Tərlan sözü böyük hərflə yazılıb, bu, xüsusi isim kimi sözün adam adı olmağını bildirir. Halbuki, şeirin davamı bu şeirin Tərlan adlı birinə ithafı olmadığını göstərir. Çünki tərlan – comərd, dağ qartalı, güclü, yüksək məqamlı, ucaboy və s. anlamlara gəlir ki, bu da Hz. Əlinin görkəmini, ləyaqətini ifadə edir. İkinci bənddəki “Zeynəbin nişanası” və “qırxların pеymanası” (bu barədə sonra) bunu təsdiq edir. Yəni şeirlərdə bir hərfin yanlış yazılması belə Aşıq Ələsgər şeirinin yanlış anlaşılmasına gətirib çıxarır ki, bu da aparılan və gələcəkdə aparılacaq tədqiqatlarda öz nəticəsini göstərə bilər.

Xatırlamaq yerinə düşər ki, Hz. Əli İslamın ümumi çərçivəsində hansı məzhəbdən olmasından asılı olmayaraq, bir çox şair və aşıqlar tərəfindən imanlı və mübariz bir insan kimi işlənmişdir. Bu həqiqəti bir daha təsdiq edir ki, ədəbiyyat hər dövrdə ənənəvi inanclardan, onlar haqqında yaranan əsatirlərdən bədii məqsədlərlə istifadə edərək inkişaf etmişdir. Aşıq Ələsgər də poeziyasında həm dərin mənalar, maraqlı mülahizələr yaratmış, şair bir sıra dini-fəlsəfi fikirləri əks etdirmiş, özündən əvvəlkilərin dini baxışlarına toxunmuş, həm də poetik fikrin yüksək bədiiliklə tərənnüm olunmasına nail olmuşdur.

Dinə, təbiətə, vətənə, insana, Allaha məhəbbət hisslərini bir vəhdətdə aşılayan, doğma dilimizin saflığının hüdudsuz ifadə imkanlarını öz yaradıcılığında cəmləşdirən, milli poeziyamızı zənginləşdirən Dədə Ələsgəri bir başqa tərəfdən də araşdırmağa ehtiyac vardır. Əlbəttə ki, bir məqalədə geniş və hərtərəfli tədqiqat mümkün deyil, amma bir şeirinin – “Haraya qərəz” cığalı təcnisinin fonunda ustadın dünyabaxışına yeni rakrusdan boylanmaq olar.

Qırxlar məclisində dedim “bəlini”,

Sərdar gördüm Şahimərdan Əlini.

…Ələsgər, daməndən üzmə əlini,

Çəksələr nizaya haraya qərəz.

Şeirdən göründüyü kimi, Aşıq Ələsgər “vergi”sini “Qırxlar məclisi”də qəbul edib. “Qırxlar məclisi” hansı anlama gəlir? Təsəvvüf alimlərinə görə Haqq Aşıqlarını “vergi”dən əvvəl bu hadisəyə hazırlayan bəzi səbəblər var. Yuxarıda da qeyd etdiyimiz kimi, şəyirdlikdən, mühitdən, mənəvi sıxıntıdan və qəfil depressiyadan sonra yuxu görülür və “badə içirilir.” Bu “vergi” bir pir, üçlər, beşlər, yeddilər, qırxlar və ya Hz.Əli, Hacı Bektaş Vəli kimi ruhanilər tərəfindən verilir. Bəs “üçlər, beşlər, yeddilər, qırxlar” kimdir? Təsəvvüf alimlərinin izahlarına əsaslanaraq qısaca izah edək:

Üçlər – Allah, Məhəmməd peyğəmbər, Həzrət Əli;

Beşlər – Məhəmməd peyğəmbər, Həzrət Əli, Həzrət Fatimə, Həzrət Hüseyn, Həzrət Həsən;

Yeddilər – Məhəmməd peyğəmbər, Hz. Xədicə-Kübra, Həzrət Əli, Həzrət Fatimə, Həzrət Hüseyn, Həzrət Həsən; Salman Farisi (Pak)

Mənbələrə əsasən, yeddilər ən önəmlisidir, çünki yeddilər olmasa qırxlar da olmazdı. Yeddilər dünyaya aid olan dörd, insana aid olan üçdən meydana gəlmişdir. Dörd – od, yel, su, torpaq və üç – can, canan və uşaqdır. Burada can kişi, canan qadın, uşaq gələcəkdir, bu isə soyun davamını, eyni zamanda, 12 imamı təmsil edir.

Qırxlar – Allahın mübarək ruh olaraq yaratdığı, bütün dövrlərdə yer üzündə var olan, adları heç vaxt heç yerdə açıqlanmayan 23-ü kişi, 17-si qadından ibarət dünyanın səmavi sahibləridir ki, onlar fərqli zamanlarda, fərqli surətlərdə yenidən gəlirlər. Təbii ki, bu inancın tam olaraq İslam dini ilə əlaqəsi yoxdur, sadəcə hədislərə və rəvayətlərə əsaslanır. Bir çox mənbələrdə isə bu inancın İslamdan əvvəl də var olması qeyd olunur. Xızır, İlyas, Nəbi və başqa isimlərlə adlandırılan bu kəslər dara düşənlərin köməyinə çatar, onların qəlbini sıxıntıdan qurtarıb paklayar və yüksək dərəcələrlə mükafatlandırmaqla yer üzündə haqq-ədalətin, xeyirxahlığın bərqərar olmasını təmin edərlər. Aşıq Ələsgər kimi əsil soydan gələn, duyğusal təbiətə malik, ruhunda şairlik olan insanlar bu mükafatlanmanı – “vergi”ni bir ehtiyac olaraq qəbul edərlər.

Bu ehtiyacı Aşıq Ələsgər şeirlərində də vurğulayır.

Onun bu gəlməyi, gör, nəyə bənzər,

Nə xana, sultana, nə bəyə bənzər,

Misirdən gəlmiş bir köynəyə bənzər,

Kənanda Yaquba dərman gəlibdi.

        Şair bu “vergi”ni (və ya Hz. Əlinin onun həyatına “gəlişini”) Yaqub peyğəmbərin tutulan gözlərinə Hz. Yusifin göndərdiyi köynəyin dərman olmasına bənzədir. Yəni, Aşıq Ələsgərin düşdüyü kədər quyusundan çıxmasına vasitə olur.

Yuxarıda qeyd edildiyi kimi, Aşıq Ələsgər irsi ənənəvi sovet ədəbiyyatşünaslığında tam araşdırılmadığına görə onun irfani şeirləri büsbütün nəzər-diqqətdən kənarda qalıb. Dədə Ələsgərin şair, aşıq obrazı uzun onilliklər boyu xalqa birtərəfli təqdim edilmişdir. Amma buna baxmayaraq, ustadın yaradıcılığının böyük bir qolunu təşkil edən eşq, sevgi, vəsf şeirləri bu gün də Azərbaycan xalqının dillər əzbəri və məhəbbət nəğməsidir. Aşığın irfani irsinin tədqiqi və izahı onun təsəvvüf ədəbiyyatına verdiyi böyük töhfələri, eləcə də indiyədək anlaşılmaz qalan bir çox mənəvi məqamları oxuculara aça bilər.

İlkin mənbə: /525.az/

Müəllif: Adilə NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aşıq Ələsgər – Dağlar – təqdim edir: Səməd Yusifcanlı (Hətəmov)

Səməd Yusifcanlı (Hətəmov)

Aşıq Ələsgər – Dağlar – təqdim edir: Səməd Yusifcanlı (Hətəmov)

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aşıq Ələsgərin övladları – Foto

Aşıq Ələsgərin övladları; Gülnisə (1871), Bəsti (1875), Talıb (1877), Zümrüd (1881). 1957-ci il
عاشیق علسگرین اؤولادلاری: گا نسا (۱۸۷۱) بستی(۱۸۷۵) طالب (۱۹۸۷) زمرد (۱۸۸۱)
شکیل ۱۹۵۷ اینجی ایل چکیلیب

Təqdim edir: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aşıq Ələsgərdən dodaqdəyməz nümunələri

Əssəlatü həşt ərkan
(“Ü” hərfi işlənmiş dodaqdəyməz divani)
Əssəlatü həşt ərkan,
Əhli-dil, hal cənginə.
Əhli-dil, hal gəldi ərlər,
Sеyr еlər ahənginə.
Əhli-dil, hal tirü tiğü
Xədənginə, cənginə;
Cənginə, xədənginə,
Ahənginə, hər rənginə.
* * *
Əssəlatü şindi, aşıq,
Еndirərsən yеlkəni;
Şindi, aşıq, əldə sazın
Əl çalar gəstirgəni.
Ah еdərsən, gəl dеyər,
Gеtsən sana yazıq səni;
Yеlkəni, gəstirgəni,
Gеt, səlsəli çal sənginə.
* * *
Əldən gеtdi ixtiyarın,
Ah еdərsən, gəl dеyər;
Həsrət çəkər еhtidarın,
Cəhd еylər, istər əsər.
Ah еdərsən, gəl dеyər,
Şindi səni tənzil еdər;
Səd həzarın çətin yеtər
Ələsgərin dənginə.

Sə qalı tez-tez
(“Z” hərfi işlənmiş dodaqdəyməz qoşma təcnis)
Sarsaq ilə sеyrə çıxsan səhraya,
Gətirər sərinə sə qalı tеz-tеz.
Tərlan xəyal qalxar ərşi-əlaya,
Sardan şikarını sağ alı tеz, tеz.
* * *
Yеl dəyir, tеllərin, yar, a gəzdirir,
Saqi istəkanı yara gəzdirir.
Yar həsrəti canda yara gəzdirir,
Yar gəlsə, yaralar sağalı tеz, tеz.
* * *
Xədəngin nеyləsin səng isə qala,
Еşq ataşın canda səngisə, qala.
Şah dəstin yеtirsə səngi-səqala,
Qaldırar yеrindən səqalı tеz, tеz.
* * *
Aşıq gərək sirrin dеsin ha lala,
Yanağından həya еylər ha lala.
Səxa əhli satdığını halala
Siratdan kеçəndə sağ alı tеz, tеz.
* * *
Səhər səyyad sеyrə çıxarsa dağa,
Ağan təkdi, dəngi dеyil səd ağa.
Qıl, yazıq Ələsgər, sərin sadağa,
Gеydir yar qəddinə sağ alı tеz-tеz.

Nümunələrin müəllifi: Aşıq ƏLƏSGƏR

AŞIQ ƏLƏSGƏR HAQQINDA

Tərtib etdi: Zaur USTAC


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

DODAQDƏYMƏZ ŞEİR NÜMUNƏLƏRİ (“Z”, “Ü”)

Aşıq ƏLƏSGƏR 

Aşıq Alıdan nümunələr:

Ay ilə-ilə
(“Z” hərfi işlənmiş dodaqdəyməz qoşma)
Səhər çağı səyyad gəzər səhrada,
İllər ayrısıdır, nazlı yar gələ.
Qəza-qədərindən, ay yazıq ana,
Qalarsan intizar ay ilə-ilə.
* * *
Yetişcəyin nazlı yarın yanına,
İstəyər ki, qanın qatsın qanına,
Naşı səyyad gəlsə tərlan yanına,
Tez çaşar xəyalı ay ilə-ilə.
* * *
Aşıq Alı, dastan eylə dilində,
Həyatında, sənətində əlində.
Qəza gəlsə səni alsa əlində
Dil aşkar eyləyər ay ilə-ilə.

Aranı tez-tez
(“Z” hərfi işlənmiş dodaqdəyməz qoşma təcnis)
Gəldi yaz ayları, yaylaq çağıdı,
Ellər tərk eyləyir aranı tez-tez.
Aralansa sərin hax dərgahından,
Sədaqət qısaldar aranı tez-tez.
* * *
Gərdişə nəs anı sayalar, keçər,
Yardan yara alsan, sayalar, keçər.
Gələr allı-şallı, sayalar keçər,
Aşiq qeyrət çəkər, ar anı tez-tez.
* * *
Neçə ayə gəldi, yazıda yandı,
Qışı atəşləndi, yazı da yandı.
Alı yay ağladı, yazı dayandı,
İndi yad eləyir aranı tez-tez.

Nümunələrin müəllifi: Aşıq ALI

Aşıq Ələsgərdən nümunələr:

Əssəlatü həşt ərkan
(“Ü” hərfi işlənmişdodaqdəyməz divani)
Əssəlatü həşt ərkan,
Əhli-dil, hal cənginə.
Əhli-dil, hal gəldi ərlər,
Sеyr еlər ahənginə.
Əhli-dil, hal tirü tiğü
Xədənginə, cənginə;
Cənginə, xədənginə,
Ahənginə, hər rənginə.
* * *
Əssəlatü şindi, aşıq,
Еndirərsən yеlkəni;
Şindi, aşıq, əldə sazın
Əl çalar gəstirgəni.
Ah еdərsən, gəl dеyər,
Gеtsən sana yazıq səni;
Yеlkəni, gəstirgəni,
Gеt, səlsəli çal sənginə.
* * *
Əldən gеtdi ixtiyarın,
Ah еdərsən, gəl dеyər;
Həsrət çəkər еhtidarın,
Cəhd еylər, istər əsər.
Ah еdərsən, gəl dеyər,
Şindi səni tənzil еdər;
Səd həzarın çətin yеtər
Ələsgərin dənginə.

Sə qalı tez-tez
(“Z” hərfi işlənmiş dodaqdəyməz qoşma təcnis)
Sarsaq ilə sеyrə çıxsan səhraya,
Gətirər sərinə sə qalı tеz-tеz.
Tərlan xəyal qalxar ərşi-əlaya,
Sardan şikarını sağ alı tеz, tеz.
* * *
Yеl dəyir, tеllərin, yar, a gəzdirir,
Saqi istəkanı yara gəzdirir.
Yar həsrəti canda yara gəzdirir,
Yar gəlsə, yaralar sağalı tеz, tеz.
* * *
Xədəngin nеyləsin səng isə qala,
Еşq ataşın canda səngisə, qala.
Şah dəstin yеtirsə səngi-səqala,
Qaldırar yеrindən səqalı tеz, tеz.
* * *
Aşıq gərək sirrin dеsin ha lala,
Yanağından həya еylər ha lala.
Səxa əhli satdığını halala
Siratdan kеçəndə sağ alı tеz, tеz.
* * *
Səhər səyyad sеyrə çıxarsa dağa,
Ağan təkdi, dəngi dеyil səd ağa.
Qıl, yazıq Ələsgər, sərin sadağa,
Gеydir yar qəddinə sağ alı tеz-tеz.

Nümunələrin müəllifi: Aşıq ƏLƏSGƏR

AŞIQ ƏLƏSGƏR HAQQINDA

Tərtib etdi: Zaur USTAC


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

DODAQDƏYMƏZ – دوداقدگمز

DODAQDƏY(G)MƏZ – دوداقدگمز

QIJ-QIJ
(Dodaqdəy(g)məz)
Leysan yağar dəryalardan ziyadə,
Axar gedər (…) haraya qıj-qıj,
Yetərkanə içər yerlər ziyadə,
Dalı gələr hardan haraya qıj-qıj.
* * *
Səni xəlq eyləyən (…) adil Tarı,
Ala səndən yenə (…) arı,
Gedən təndən canın yarıdan yarı,
Çıxar canın (…) haraya qıj-qıj.
* * *
Sataşanda eynin yarın eyninə,
Allanarsan hərcayının diyninə,
Atlaz, xara yar əgninə giyniyə,
Edər xəlqə nazı haraya qıj-qıj.
* * *
Yar dəstindən çayı sada algilən,
Çay içəndə şirin yada salgilən,
Can diyəndə canan yada salgilən,
Çağır Allahını haraya qıj-qıj.
* * *
Hidayət kəndi yar(ı) eylədi candan,
Yəni dəryada ləh(i) eylədi kandan,
Nakəszadə ayə ki, gəldi handan,
Saldı cidalığı araya qıj-qıj.
Müəllif: Hidayət (هدایت)
Mənbə: V. Xuluflu, “El aşıqları”, Bakı -1927.
Əski əlifbadan latın əlifbasına transleterasiya edən Zaur Ustac

QIJ – QIJ
( “Ü”“Ö” hərfi işlənmiş dodaqdəyməz )
Qış çiləsi Xıdır İlyas gələndə,
Hərlənər gərdişi, ay ellər qıj-qıj.
Qar selə dönəndə, yaz açılanda,
Şaqqıldar leysanı, ay ellər qıj-qıj.
* * *
Sədağınan qayıdarlar xəyatı,
Köhlən deyil, hayla getsin xay atı,
Ağılgərlər qayıdarlar xayatı,
Çərxinən hərlənir, ay ellər qıj-qıj.
* * *
Əğyarına acıqlandı nə səngi,
Artdı eşqi, hər yandı nəsəngi,
Səng altında qayırdılar nə səngi,
Ayaqda səcarən, ay ellər qıj-qıj.
* * *
Hicran oldu aşiqlərin əğyarı,
Yar saçında qara yarı, ağ yarı,
Qarşı gəlsə Aşıq Söynün ağ yarı,
Xəyalı sellənər, ay ellər qıj-qıj.
Müəllif: Aşıq Söyn (Hüseyn Şəmkirli)
Mənbə: “Ustad aşıqlar”. “Gənclik” nəşriyyatı. Bakı. 1983.
Kiril əlifbadan latın əlifbasına transleterasiya edən Zaur Ustac

YARANA

(Dodaqdəyməz təcnis)
Yar əlindən qanlar axdı saraya,
Daşqın sellər nələr etdi Saraya!..
İki istək sinələri sara, ya
Hey daşdana diləklərdə yar, ana.
* * *
Dəriləndə dərələrdə çiçəklər,
Atar aşiq qızılcalar, çiçəklər…
Yaş yalayan yanaqların çiçəklər,
Çiçəklərin əlac edər yarana.
* * *
Əsirlərin yatar gecəyarıdan;
Yetişincə yarı gecə, yarı dan.
Sınaq elə, eşqi yalan yarı dan,
Ax, nə hacət, yanan sənə yarana?!
* * *
Aralıqda ara yaxan ara çağ…
Arananı arayaq, ara açaq.
Yar-yaxın da sədaqətlə aracaq,
Yaxşı yarı yaddaşında yar ana!..
* * *
Qara qaşın qaranlıqdan qaradı,
Yaza yaddir qara qışın qar adı.
Əllərinin hərarəti qaradı…
Əllərini qaytar yara yarana!…

Müəllif: Yusif NƏĞMƏKAR

ƏL – ƏLƏ
( “Ü” və “U” hərfi işlənmiş dodaqdəyməz təcnis)
Ələk ələ, ələ gəl,
Əla ələ ələ gəl!..
Ələk ayaq, ələk əl —
Ələklənək əl-ələ.
* * *
Dan danlana, danışa,
Daşa-daşa dan aşa,
Darıxdınsa, danış, a
Dolaşaq da əl-ələ.
* * *
Eşqin şaşqın iş edə;
Çaşqınlıq — eşq işi də!..
Canında can eşidə,
Eşidəndə əl elə.

* * *

Əkinin – ürək gərək;
Ruhunla qanad gər, ək.
Daş-qaş nəyinə gərək?!
Əli yetir, ə, lələ!..


* * *
Sayıq say ki, sayasan;
Elə sadə, sayasan!..
Şah niyyəti say asan,
Qırxı qatla, əlli elə!..
* * *
Elə elə elinən,
Elənəndir elin ən…
Qalxan deyil el enən,
Elinə en, ə lələ!

Müəllif: Yusif NƏĞMƏKAR

Aşıq Alıdan nümunələr:

Ay ilə-ilə
(“Z” hərfi işlənmiş dodaqdəyməz qoşma)
Səhər çağı səyyad gəzər səhrada,
İllər ayrısıdır, nazlı yar gələ.
Qəza-qədərindən, ay yazıq ana,
Qalarsan intizar ay ilə-ilə.
* * *
Yetişcəyin nazlı yarın yanına,
İstəyər ki, qanın qatsın qanına,
Naşı səyyad gəlsə tərlan yanına,
Tez çaşar xəyalı ay ilə-ilə.
* * *
Aşıq Alı, dastan eylə dilində,
Həyatında, sənətində əlində.
Qəza gəlsə səni alsa əlində
Dil aşkar eyləyər ay ilə-ilə.

Aranı tez-tez
(“Z” hərfi işlənmiş dodaqdəyməz qoşma təcnis)
Gəldi yaz ayları, yaylaq çağıdı,
Ellər tərk eyləyir aranı tez-tez.
Aralansa sərin hax dərgahından,
Sədaqət qısaldar aranı tez-tez.
* * *
Gərdişə nəs anı sayalar, keçər,
Yardan yara alsan, sayalar, keçər.
Gələr allı-şallı, sayalar keçər,
Aşiq qeyrət çəkər, ar anı tez-tez.
* * *
Neçə ayə gəldi, yazıda yandı,
Qışı atəşləndi, yazı da yandı.
Alı yay ağladı, yazı dayandı,
İndi yad eləyir aranı tez-tez.

Nümunələrin müəllifi: Aşıq ALI

Aşıq Ələsgərdən nümunələr:

Əssəlatü həşt ərkan
(“Ü” hərfi işlənmiş dodaqdəyməz divani)
Əssəlatü həşt ərkan,
Əhli-dil, hal cənginə.
Əhli-dil, hal gəldi ərlər,
Sеyr еlər ahənginə.
Əhli-dil, hal tirü tiğü
Xədənginə, cənginə;
Cənginə, xədənginə,
Ahənginə, hər rənginə.
* * *
Əssəlatü şindi, aşıq,
Еndirərsən yеlkəni;
Şindi, aşıq, əldə sazın
Əl çalar gəstirgəni.
Ah еdərsən, gəl dеyər,
Gеtsən sana yazıq səni;
Yеlkəni, gəstirgəni,
Gеt, səlsəli çal sənginə.
* * *
Əldən gеtdi ixtiyarın,
Ah еdərsən, gəl dеyər;
Həsrət çəkər еhtidarın,
Cəhd еylər, istər əsər.
Ah еdərsən, gəl dеyər,
Şindi səni tənzil еdər;
Səd həzarın çətin yеtər
Ələsgərin dənginə.

Sə qalı tez-tez
(“Z” hərfi işlənmiş dodaqdəyməz qoşma təcnis)
Sarsaq ilə sеyrə çıxsan səhraya,
Gətirər sərinə sə qalı tеz-tеz.
Tərlan xəyal qalxar ərşi-əlaya,
Sardan şikarını sağ alı tеz, tеz.
* * *
Yеl dəyir, tеllərin, yar, a gəzdirir,
Saqi istəkanı yara gəzdirir.
Yar həsrəti canda yara gəzdirir,
Yar gəlsə, yaralar sağalı tеz, tеz.
* * *
Xədəngin nеyləsin səng isə qala,
Еşq ataşın canda səngisə, qala.
Şah dəstin yеtirsə səngi-səqala,
Qaldırar yеrindən səqalı tеz, tеz.
* * *
Aşıq gərək sirrin dеsin ha lala,
Yanağından həya еylər ha lala.
Səxa əhli satdığını halala
Siratdan kеçəndə sağ alı tеz, tеz.
* * *
Səhər səyyad sеyrə çıxarsa dağa,
Ağan təkdi, dəngi dеyil səd ağa.
Qıl, yazıq Ələsgər, sərin sadağa,
Gеydir yar qəddinə sağ alı tеz-tеz.

Nümunələrin müəllifi: Aşıq ƏLƏSGƏR

AŞIQ ƏLƏSGƏR HAQQINDA

Tərtib etdi: Zaur USTAC


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru