Etiket arxivi: AYB QƏBUL

Həmid Herisçi Azərbaycan Yazıçılar Birliyinin üzvü oldu.

Həmid Herisçi Azərbaycan Yazıçılar Birliyinin üzvü oldu.

Bu haqda məlumatı Azərbaycan Yazıçılar Birliyinin katibi, Qəbul Komissiyasının sədri Səlim Babullaoğlu öz izləyiciləri ilə bölüşüb: “Həmid Herisçi müstəqillik illəri poeziyamızın, bütövlükdə ədəbiyyatımızın bənzərsiz nümayəndəsidir. I naşirlər forumunda görüşdük, Birliyə üzv olması təklifini verdim. Bu haqda danışdıq, xeyli məsələləri müzakirə elədik. Düşünürəm ki, Həmidin Birliyə üzv olması hökmən ədəbi iş baxımından maraqlı, ciddi və fərqli, ortaq layihələrlə nəticələnək. Birliyin sədri, Xalq yazıçısı Anarla görüşdük, çox maraqlı yaddaqalan söhbət elədik, çox maraqlı fikir mübadiləsi oldu onların arasında həm də.

Yeri gəlmişkən məhz Yazıçılar Birliyinin xətti ilə dəfələrlə xaricdə yeni ədəbiyyatımız müxtəlif dillərə tərcümə edilərək çap olunub. Həmid əksər vaxtlarda bizim hazırladığımız siyahılarda təqdim və təmsil olunub, Anar müəllim həmişə buna təbii və geniş ürəklə yanaşıb. AYB nəşrlərinin qapıları həmişə onun üzünə açıq olub. Deməyim odur ki, Yazıçılar Birliyi milli ədəbiyyatımızı təmsil edən ən mötəbər, ən yaşlı və dövlətin də etibar etdiyi ən təcrübəli qurumdur, bir növ institusional klassikadır. Mənim fikrimcə Həmid də yeni dövrün və yeni ədəbiyyatımızın klassikidir. Odur ki, onun üzvlüyü hətta gecikmiş olsa da təbiidir. Yaxın günlərdə, həftə sonu Həmid Herisçinin öz gəlişi və görüşü ilə bağlı yazısı “Ədəbiyyat qəzet “ndə çap olunacaq. Bu gün vəsiqəsini aldı. Necə deyərlər xeyirli olsun. Ad günü münasibətiylə əziz Həmid Herisçini də ayrıca təbrik edirəm…”

Mövzuya uyğun fotolar:

YAZARLAR.AZ olaraq, HƏMİD bəyi təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

HƏMİD HERİSÇİNİN YAZILARI

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

TUNCAY ŞƏHRİLİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AYB-nin yeni üzvünün təəssüratları – Sevinc!

AYB-nin yeni üzvü Mirnəzər Mirkazımlı: “Doğrusu, tələbəlik dövründən üzübəri, çox sayda yazarlarla salam-kalamım olsa da, Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq heç yadıma düşməmişdi, üzv olub-olmamaqda əlahiddə fərq də hiss etmirdim. Fəqət, bir təsadüf nəticəsində ərizə verdim.
Qəbul olunduğumu çoxdan bilirdim, AYB Qəbul komissiyasının katibi Məlahət xanım məlumat vermişdi. Dünən komissiyanın sədri, sevimli şair-tərcüməçi Səlim Babullaoğlu ilə görüşdüm, xatirə şəkli çəkdirdik.
Yazıçılar Birliyinin sədri hörmətli Anar müəllim başda olmaqla, qəbul üzrə komissiya üzvlərinə təşəkkür edirəm.”

“Yazarlar” olaraq, təbrik edir, bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AYB QƏBUL KOMİSSYASI ELAN EDİR

Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq istəyən yaradıcı şəxslərin nəzərinə çatdırırıq ki, 2023-cü ilin aprel ayının 14-dən may ayının 5-ə qədər üzvlük üçün tələb olunan sənədləri AYB Qəbul komissyasına təqdim edə bilərlər. Təqdim ediləcək sənədlərin siyahısı ilə “Ədəbiyyat qəzeti”nin növbəti sayında tanış olmaq mümkündür. 

İlkin mənbə: ayb.az


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru