Məhərrəmli Fərid Əlirəhman oğlu 1999-cu il aprel ayının 3-də Samux şəhərində anadan olmuşam. Azərbaycanlıdır. 2006-cı il sentyabr ayının 15-də Samux şəhər Səhrəddin Əliyev adına 2 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2018-ci ildə Azərbaycan Dövləq Aqrar Universitetinin Zoomühəndislik ixtisasına qəbul olmuşdur.. 2022- ci ildə isə bakalavr təhsilini başa vurmuşdur. Həmin ildə Azərbaycan Dövləq Aqrar Universitetinin “Baytar-sanitar ekspertizası” ixtisasına qəbul olmuş, 2024-cü ildə magistr təhsilini başa vurmusdur.. 12.12.2024 – cü ildə ilk romanı olan “Setralı” çapa imzalanmışdır. Kitabdakı “qəribəliklər” haqqında izah tələb edən əziz oxucular üçün: Yazıçı qeyd edir ki; Əvvəla qeyd edək ki, adların qəribə və tanış olmaması təbiidir. Çünki kitabdakı hadisələr, “tarixi öncəsi” deyilən dövrdə baş verir. Yeri gəlmişkən qeyd edim ki, tarixçilər arasında “tarix öncəsi” deyildikdə, e.ə. 3200 cü ildən əvvəlki dövr nəzərdə tutulur. Çünki arxeoloqların tapdığı ilk yazılı lövhələr, məhz həmin dövrə aiddir. Hansı ki, bu günkü Suriya, Misir, İraq və ətraf bölgələrdən tapılmışdı. Qədim Misirdə daha qədim, lakin inkişaf etmiş sivilizasiyaların yaşadığı teoremi isə, hələ də mübahisəli olaraq qalır. Hətta qədim “Misir tanrıları” nın, əslində qeyri-insan sivilizasiyasına aid olan, inkişaf etmiş varlıqlar olduğu, cəhalət səbəbindən də “tanrı” olaraq qəbul edildiyi teoremi də mövcuddur. Məsələn, ölüm tanrısı “Set” və günəş tanrısı “Ra” kimi. Kitabın adının niyə “”SetRa” lı” olduğu, kitabın sonuna doğru, hadisələrin gedişatı ilə paralel şəkildə əziz oxuculara aydın olacaq. Bütün bunlarla yanaşı, kitabdakı Kuron dilindəki adlardakı hər hərf, Azərbaycan dilindəki başqa bir hərfə işarədir. Məsələn” Jelkosek” “Yalquzaq” deməkdir. Əsərdə Kuron dilində yazılmış dialoqların bəzisinin tərcüməsi verilsə də, bəzilərinin tərcüməsi verilməmişdir. Beləcə, daha diqqətli olan oxucular, digər oxucuların başa düşmədiyi dialoqların da mənasını anlayaraq, ümumi oxucuların almadığı bəzi mesajları almış olduqlarından, üzlərində təbəssüm oyanacaq deyə düşünürəm. ” Kuron” sözünə gəldikdə isə, “yeddiillik müharibə” (1756-1763, Böyük Britaniyanın və Fransanın Şimali Amerika və Ost-Hindistanda müstəmləkəçilik rəqabəti, və Prussiyanın aqressiv xarici siyasətinin Rusiya və Avstriyanın xarici maraqları ilə toqquşmasından yaranan müharibə) zamanı döyüşlərdə iştirak edən “irokez” adlı qızıldərili qəbiləsinin bir qolu olan “Kuronları” ( Quron və ya Huron kimi yazı formaları da mövcuddur) və Baltik dənizi yaxınlığındakı “Kuron Laqunu (Laqun (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ayrılmış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su hövzəsi.) haqqında məlumatı olan oxucular, Kladiusun fəlsəfəsində bəzi işarələri sezdikdə, yenə də, onda xoş bir təbəssüm yaranacaq. Bu xırdalıqlara ehtiyac varmı deyə sual verə bilərsiniz. Mən də deyərəm ki, “Dünyamız sirrlərlə doludur, bəs axı niyə?”. Qısa bir düşüncə sonrası siz əzizlər də deyərsiniz ki, “əgər bütün həqiqətlər dərhal görüləcək qədər açıq olsaydı, insanlar onları mənimsəmək istəməz, qiymətsiz hesab edərdi. Məsələn Arximed işarəni oxuya bildikdə “Evrika” deyə qışqırarkən hiss etdiyi sevinci, heç vaxt hiss etməzdi və bu həqiqət Arximedin daxilini kifayət qədər işıqlandırmazdı.” Bəli, insan hansısa sirri özü açarsa, onu daha doğru və daha tam şəkildə mənimsəyər. Ümumiyyətlə,” Setralı kitabı ilə oxucuya hansı fikirləri çatdırmağa çalışmışam? ” sualına gəldikdə isə, bir psixoloqdan eşitdiyim cümləni bölüşmək istəyərəm : Bir rəssamı incitmək istəsəniz, “bu portret ilə bizə nə çatdırmağa çalışmısınız?” deyə sual verin.” Bəli, rəssam dil ilə ifadə edilməyəcək düşüncələrini boyalar ilə ifadə edir. Ondan bu qədər zəhmət çəkdikdən sonra, əsərini anlamağa çalışmaq yerinə, aylarını sərf etdiyi əsərini bir neçə cümlə ilə ifadə etməsini istəmək, onu incitməkdən başqa bir şey deyil. Lakin mənim üçün kitabla bağlı suallar çox xoşdur və saatlarla da sualları cavablandıra bilərəm. Amma neyləmək olar ki, günlərlə, gündüzlər və gecələr boyunca yazdıqlarımın açıqlamasını, bir neçə saatda vermək mümkün deyil. Yazmağa başlayanda, düşüncələrimi kitab vasitəsilə ilə ifadə etməyə çalışırdım. İndi isə, düşüncələr vasitəsi ilə kitabı açıqlamaq lazım gəlir. Elə isə, yaxşı olmazmı ki, bu iksi paralel şəkildə bir-birini izah etsin? Arif şəxslərdən biri deyib ki, “biz də hamı kimi kitab oxuyuruq, bir fərqlə ki, tez-tez kitabı örtüb, düşünürük.” Əziz oxucuya bu qədər baş ağrısı verdikdən sonra, bu yazdıqlarımı iki cümlə ilə ifadə edərək deyirəm ki, “İnsan kitabı, kitab düşüncələri, düşüncələr isə insanı açıqlamağa çalışır. Amma qəzavü-qədər elə gətirir ki, üçü də eyni anda addım atmasa, heç biri irəliləyə bilmir.”
Və son olaraq bir Latın atalar sözünə istinad etmək istəyirəm: Nullus est liber tam mallus, ut non aliqua parte prosit. Heç bir kitab elə pis ola bilməz ki, onun bir faydalı hissəsi olmasın. İnanıram ki, bu kitabı oxuyan oxuyucular içərisində elə şəxslər olacaq ki, təfəkkür sayəsində, mənim çatdırmaq istədiyim məqamlardan daha ali məqamları belə düşünəcək, daha çox qaranlıqları aydınladacaqlar. Elə kitabın başında da dediyim kimi, təsadüf deyə bir şey yoxdur və əmanətlər, gec tez sahiblərinə çatır. Vəssalam əziz oxucu, Setralı artıq sənə əmanətdir.
Uğurlar, gənc yazıçı- Fərid Məhərrəmli və uğurlar, “Setral”!
Yaradıcı insanlar xəyalpərəst olur, oxumağa, yazmağa, çəkməyə bir bəhanə axtarır.Bu, sanki onları əhatəsində olan insanlardan daha da xoşbəxt edir.Amma hər yaradıcı insanda insani keyfiyyətlər, həqiqi şəxsiyyət kimi formalaşmaq, vicdan və mərdlik anlayışı olmur.Ən azından insan yaşadıqca, yaşa dolduqca bu qənaətə gəlir. Barəsində yazacağım şəxs 29.08.1998-ci ildə Qax rayonunun Ağçay kəndində anadan olan, Cavidan İsaqlıdır.Onun şəxsi həyatı barədə çox yazmayacağam.Amma oxucuların nəzərinə çatdırım ki, 27 yaşlı gəncin həyatda gördüyü hadisələri, içində özünü tapdığı nüansları 10-umuzdan 5-imiz görməmişik.Hər şeyə rəğmən isə Cavidan məğrur dayanmağı, həyatla mûbarizə aparmağı bacarıb, hələ də bacarır.Çoxları kimi, qeyri-səmimi rəftarla, “day-day” kimi mənasız və şablon, iyrənc məsələlərlə bu yerlərə gəlib çatmayıb.Öz əməyi, xüsusi səs tembri, əzmi ilə daim qazanıb.Ayağından bassalar da, yoluna tikan əksələr də hər kəsə qalib gəlib. Gəlin, onun ilk yaradıcılığa başladığı illərdən yazım, siz də oxuyun.Şeirləri ilə sinif yoldaşların, müəllimlərinin qəlbini ovsunlayırdı.Musiqiyə olan həvəsi isə onu daha da inkişaf etdirirdi.Şagird olduğu, tələbə olduğu dövrdə müxtəlif dôvlət tədbirlərində, müsabiqələrdə iştirak etdi.Fəxri fərmanlar, sertifikatlarla təltif olundu.Bəli, baxın, indi isə o Qaxın gənc və yenilməz starına çevrilib.Hərçənd ki, yenə vurğulayıram, o bu zirvəyə öz iradəsi ilə çatıb. Bu yaxınlarda sôzləri, şairə Şəlalə Məmmədovaya məxsus “sevgi qadını” mahnısının təqdimatı oldu.Mən deyərdim ki, Qaxda belə bir formatda, maraqlı bir klip yayınlanmayıb…
Mən sadəcə dəyərli gənc dostumuza uğurlar arzu edirəm.Daha da yüksəklərə, lap yüksək zirvələrə ucalsın!Ədəbi, tərbiyəsi, əxlaqi keyfiyyətinin göstəricisi kimi!
Bu gün qazimiz, vətən uğrunda canını heçə sayıb, odun, alovun içində addımlayan, keçmiş hərbçi, 44 günlük müharibədə böyük şücaətlər göstərmiş, Azərbaycanın qüruru İdris Şahmalıyevin oğlu, balaca İlyas balamızın doğum günüdür! İgidimizin balasını ilk yaşı münasibətlə təbrik edir, ona atası kimi mərd, qorxmaz, haqq adamı olmağı Allahdan arzu edirik!
Qeyd: İdris Üzeyir oğlu Şahmalıyev 1995-ci il, iyul ayının 30-u, Qax rayonunun Şotavar kəndində anadan olmuşdur.Döyüşə, 2017-ci ildən Daxili Qoşunların Xüsusi Təyinatlı dəstəsində xidmət edib.27 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində Cəbrayıl, Füzuli, Hadrut, Şuşa istiqamətində gedən dôyüşlərdə iştirak edib.26 Oktyabr Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində gedən dôyüşlərdə sol qolundan və sağ çiynindən qəlpə yarası alıb.”Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, ” Şücaətə görə” və sair. medallarla təltif olunub. Vətən yolunda özünü qurban edənləri, yarı şəhid- qazilərimizi unutmayaq!
Gôydə Allah, yerdə həkimlər! Bəlkə də yaxınlarımızın, özümüzün səhhətində ciddi problem olan kimi bu ifadəni nə qədər işlətmişik, elə deyilmi? Kimdir həkim? Əlini qəlbində daşıdığı vicdanın üstünə qoyub, öz psixologiyasını heçə sayıb, pasientlərinin nəinki səhhətindəki problemlərlə, həmçinin həyatında onun sağlamlığına ziyan verə biləcək bütün dərdləri ilə maraqlanan ağ xalatlı mələk! Günümüzün reallığı budur ki, hər ôzünü həkim adlandıran, hər o diplomu götürəndə and içən kəs həkim deyil. Barəsində yazacağım şəxs həqiqi, dürüst vicdanlı həkimlərdəndir.Onun alicənablığı, pasientlərin şikayətlərini gülərüzlə dinləyib cavablandırması, heç bir halda bezməməsi, işini sevməsi, doğrusu, diqqətimdən yayınmadı. Söhbət dəyərli həkim Vüsal İbrahimovdan gedir. Vüsal həkim 1995-ci ildə Şəki şəhərində anadan olub. 2013-2019-cu illərdə Rusiya Federasiyası Sankt-Peterburq şəhəri I.I.Mechnikov adına Şimal-Qərb Dövlət Tibb Universitetində təhsil alıb. 2019-2021-ci illərdə Azərbaycan Respublikası dövləti hesabına Moskva N.İ. Pirogov adına Rusiya Milli Tədqiqat Tibb Universitetində ordinatura oxuyub. O, 2021-ci ildə Rusiyanın Moskva şəhərində 115 saylı şəhər poliklinikasında, 2021-2023-cü illərdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində oftalmoloq vəzifəsində çalışıb. Hazırda Şəki Rayon Mərkəzi Xəstəxanasının oftalmoloqudur. 2022-ci ildən Rusiya Fedarasiyası Səhiyyə Nazirliyi – Rusiya Tibbi Fasiləsiz Peşəkar Təhsil Akademiyasının Oftalmologiya kafedrasında Azərbaycan Respublikası dövləti hesabına aspirantura təhsili alır. O, hər zaman öyrənmək, bilmək, insanların dünyanı tam fərqli, aydın gözlə görməsi üçün çalışır.Vüsal həkim bir sıra təkmilləşdirmə kurslarında və seminarlarda iştirak edib, sertifikatlarla təltif edilib. O, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin, Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin üzvü, eləcə də Türk Oftalmoloji Dərnəyinin fəxri üzvüdür. Həmişə sadəliyi, səmimiliyi, biliyi ilə seçilən həkim Vüsal İbrahimova işlərində uğurlar arzu edirik!
Qara sentyabr ayı… 2020-ci il… Xalq olaraq, ölkə olaraq psixologiyamızın alt-üst olduğu həmin dôvrlər…Kimi atasını, kimi qardaşını, kimi yoldaşını, kimi balasını itirdi… Heç biri də geri qayıtmadı… Onların yanında olan, bütün bu fəlakətləri, ağrı-acıları görən canlı şəhidlərimiz, canlı qəhrəmanlarımız, adlarını belə cəmiyyətə çatdırmaq istəməyən dəyərli, məğrur oğullarımız qəlbimizi bir az sakitləşdirdi… Belə igidlərimizdən biri də, Qax rayonunun Turaclı kəndində doğulub, boya-başa çatan Ramazanlı Sərxan Məzahir oğludur.Müharibəni görən Sərxan hadisələrin onda yaratdığı situasiyadan o qədər təsirlənib ki, vətən onun həyatının bir parçasıdır.Vətənlə bağlı musiqilərə, mahnılara qulaq asmaq, onun əvəzedilməz hobbisidir… İgidliklərini, şücaətlərini gizlətməyə çalışan Sərxan bir çox medallara təltif olunmuşdur, evlidir, bir oğlu var. Balaca Emil də, atasının yolunu davam etdirəcək, buna şübhəmiz yoxdur.
Vətənimiz üçün qızğın dôyüşlərdən keçən hər kəs, canını vətən uğrunda fəda edən hər oğul bizim üçün qürurdur, fəxrdir!
Qax rayonunun Cəlayir kəndinin istedadlı balacalarından biri də Nəzirli Şəkər Bəxtiyar qızıdır. Şəkər 6-cı sinifdə təhsil alır. Hələ körpəliyindən şeirə, rəqsə, mahnıya marağı olan Şəkər müxtəlif müsabiqələrdə iştirak etmiş, təltif olunmuşdur.
Bu yaxınlarda isə Zəfər gününə həsr olunmuş müsabiqədə birinci yeri tutmuşdur. Biz də məktəbli istedadlı şagirdimizə uğurlar arzu edirik!
Fərda Miqdad Qax rayonunun növbəti istedadlarından biri də Fərda Miqdaddır.Fərda ilə, hardasa iki həftə əvvəl kiçik dioloqumuz oldu.Fərda deyir ki, mən şairlərə yox, şairlərin şeirlərinə üstünlük verirəm.Bu cümlə sadə görünsə də, əslində ədəbiyyat aləmindəki bütün reallığı ortaya qoyur.Şəxsiyyətə pərəstiş etmək, yəqin ki, yaradıcı adamların-şairlərin, yazarların, bəstəkarların yazdıqlarından, bəstələdiyi musiqilərdən başlayır.Axı, onlar əsərlərində öz mənəvi dünyalarını çılpaqlığı ilə biruzə verirlər.İnsan kimdirsə, daxili nədirsə, onu içində bəsləyər, onu yazar, onunla birlikdə böyüyər.Mənfi xüsusiyyətli, mənfi auralı insan dünyanın ən yaraşıqlı, ən gözəl qadını olsa belə ona pərəstiş edə bilməzsən. Fərdanın şeiriyyata həvəsi, onu şeir yazmağa da sövq etdi.O, məktəb illərindən ədəbi, əxlaqı ilə seçilən və sevilən şagird olub.İndi isə tələbədir.Tələbəlik illəri onu, şeirlərini sevdiyi şair Ramiz Rövşənlə qarşılaşdırır.Fərdanın qiraət etdiyi, səsləndirdiyi, sevdiyi şeirlərin müəllifi- nəhəng Ramiz Rövşən! On doqquz yaşlı bu gənc oğlanın daxili aləmi olduqca zəngindir, həssasdır, azca da soyuqqanlı.Onub həvəskarcasına yazdığı şeirlərin əksəriyyəti valideynlərinə həsr olunub.Anaya məhəbbətini, ataya sevgisini şeirlərə sığdırmayan, ədəbiyyatı, incəsənəti sevən gənc qiraətçiyə uğurlar arzu edirik!
Milli Mətbuat gününüz qutlu olsun, dəyərli, Zaur USTAC! HƏSƏN BƏY ZƏRDABİ necə ki, “Əkinçi”nin əsasını qoydu, milləti aydınlatdı, siz də “Yazarlar”ı yaradıb, neçə-neçə istedadlı simaları tanıtdırıb, onlara uzun yol açdınız! Siz “ziyalı” titulunu həqiqətən əməlinizlə sübuta yetirənlərdənsiniz. Ürəyi vətən eşqi ilə alışıb yanan, torpaqlara qovuşmaq üçün çabalayan, qovuşduqdan sonra sevincini bölüşmək üçün hər anını bizimlə bölüşən, millətini sevən əqidədaş! Sizin tək insanlar çox olsun gərək. Baxın, onda vətən basılmaz, vətənin çörəyi də bol olar, zəkası ilə cahillərə meydan oxuyan insanları da! Var olun! Allah sizi qorusun!