Etiket arxivi: Azərbaycan Kitabxanaları

Şagirdlər Milli Kitabxanada ekskursiyada olublar

Xətai rayonu Ə. Abbasov adına 257 nömrəli tam orta məktəbin müəllimi Şənay Muxtarova 3-cü sinif şagirdləri ilə Milli Kitabxanada ekskursiyada olublar

Uşaqları mütaliəyə həvəsləndirmək, asudə vaxtlarını kitablarla keçirmək vərdişlərini aşılamaq və onları kitabxanaya cəlb etmək məqsədilə təşkil edilən tədbirdə kitabxana əməkdaşları məktəblilərə kitablar, kitabxana və ondan istifadə qaydaları haqqında məlumat veriblər.

Məktəblilər əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirə guşəsini ziyarət ediblər.

Sonra şagirdlər kitabxananın mütaliə zallarında olub, Kitabxana muzeyi və nadir kitablar şöbəsində, həmçinin kitabxananın sərgi zalında nümayiş olunan kitablarla tanış olublar:

Uşaqlar üçün nəzərdə tutulmuş uşaq otağı və uşaq istirahət guşəsində müxtəlif uşaq jurnalları və kiçikyaşlı uşaqlar üçün çap olunmuş illüstrasiyalı məlumat kitablarını mütaliə ediblər.

Məlumatı hazırladı: Günnur Ağayeva

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Eyvaz Zeynalov Bərdədə kitabxananın qonağı olub

Kitabxanaçılarla görüş

Tanınmış yazıçı Eyvaz Zeynalov Bərdədə kitabxananın qonağı olub:

“21.09.2024-cü ildə Bərdə şəhərindəki S. Vurğun adına Mərkəzi kitabxanada oldum, kitabxanın işçiləri ilə görüşdüm, bir neçə kitabımı kitabxanaya hədiyyə etdim.”

Kitabxanalar və Kitabxanaçılar

Yazarlar kitabxanalarda

Məlumatı hazırladı : Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru