Etiket arxivi: AZƏRBAYCAN

Həcər Atakişiyevanın “Əhməd bəy Ağaoğlunun ədəbi-tənqidi görüşləri”


Milli düşüncənin aynası: Əhməd bəy Ağaoğlu
Azərbaycan ədəbiyyatşünaslığında və ictimai fikir tarixində mühüm yer tutan simalardan biri də Əhməd bəy Ağaoğludur. Onun zəngin yaradıcılığı, çoxşaxəli fəaliyyəti və xüsusilə ədəbi-tənqidi baxışları milli ideologiyanın formalaşmasında mühüm rol oynamışdır. Bu mənada Həcər Atakişiyevanın “Əhməd bəy Ağaoğlunun ədəbi-tənqidi görüşləri” adlı tədqiqat əsəri həm elmi, həm də publisistik dəyəri ilə seçilən mühüm bir mənbədir.
Kitab təkcə bir mütəfəkkirin yaradıcılığını təhlil etməklə kifayətlənmir, eyni zamanda bütövlükdə bir dövrün ideoloji, mədəni və ədəbi mənzərəsini canlandırır. Müəllifin araşdırmasında Ağaoğlunun şəxsiyyəti yalnız ədəbiyyatşünas kimi deyil, həm də filosof, publisist, siyasətçi və kulturoloq kimi çoxcəhətli şəkildə təqdim olunur. Bu yanaşma əsərin əsas üstünlüklərindən biridir.
Həcər Atakişiyeva əsərində göstərir ki, Əhməd bəy Ağaoğlu üçün ədəbi tənqid sadəcə estetik mülahizələr sistemi deyildi. O, ədəbiyyatı cəmiyyətin inkişafına təsir edən mühüm vasitə kimi qəbul edirdi. Onun fikrincə, ədəbiyyat xalqın maariflənməsi, milli şüurun formalaşması və tərəqqinin təmin olunması üçün əsas amillərdən biridir .
Ağaoğlu ədəbiyyata yalnız milli çərçivədə deyil, dünya kontekstində yanaşırdı. O, həm Şərq, həm də Qərb ədəbiyyatını müqayisəli şəkildə təhlil edir, klassiklərin yaradıcılığını analiz edərək ümumbəşəri dəyərlərin önəmini vurğulayırdı. Bu baxımdan Atakişiyeva onun ədəbi-tənqidi görüşlərini sistemli şəkildə araşdıraraq oxucuya aydın bir mənzərə təqdim edir.
Kitabın diqqətçəkən məqamlarından biri də Ağaoğlunun dini dünyagörüşü və qadın məsələsinə münasibətinin geniş şəkildə işıqlandırılmasıdır. Müəllif göstərir ki, Ağaoğlu İslam dinini tərəqqiyə mane olan amil kimi deyil, əksinə, cəmiyyətin inkişafında mühüm rol oynayan bir sistem kimi dəyərləndirmişdir.
Onun “İslama görə və islamda qadın” əsərinə əsaslanan fikirlərində qadın hüquqlarının müdafiəsi, onların cəmiyyətdə aktiv iştirakının vacibliyi xüsusi vurğulanır. Ağaoğlu qadının təhsil alması, sosial həyatda iştirak etməsi və hüquqlarının qorunmasını müasir cəmiyyətin əsas şərtlərindən biri hesab edirdi .
Atakişiyeva bu məsələləri təhlil edərkən həm tarixi konteksti, həm də müasir yanaşmanı nəzərə alaraq Ağaoğlunun ideyalarının aktuallığını əsaslandırır.
Əsərin mühüm hissələrindən biri də Əhməd bəy Ağaoğlunun kulturoloji baxışlarına həsr olunmuşdur. Müəllif göstərir ki, Ağaoğlu mədəniyyəti “həyat tərzi” kimi dəyərləndirir və müxtəlif mədəniyyətlərin qarşılıqlı təsirini tərəqqinin əsas şərti hesab edirdi .
O, Şərq və Qərb mədəniyyətlərini müqayisə edərək Qərbin elmi-texniki üstünlüyünü qəbul edir, lakin eyni zamanda milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini də vurğulayırdı. Bu yanaşma onun düşüncəsində balanslı və realist mövqenin göstəricisidir.
Atakişiyeva bu ideyaları geniş şəkildə şərh edərək Ağaoğlunun kulturoloji konsepsiyasını elmi əsaslarla təqdim edir və onun müasir Azərbaycan kulturologiyası üçün əhəmiyyətini ön plana çıxarır.
Kitabın ən mühüm cəhətlərindən biri də onun üslubudur. Elmi araşdırma xarakteri daşımasına baxmayaraq, əsərdə publisistik ruh aydın hiss olunur. Müəllif faktlara əsaslanmaqla yanaşı, mövzuya emosional və ideya baxımından da yanaşır. Bu isə əsəri yalnız mütəxəssislər üçün deyil, geniş oxucu auditoriyası üçün də əlçatan edir.
Həcər Atakişiyevanın “Əhməd bəy Ağaoğlunun ədəbi-tənqidi görüşləri” əsəri Azərbaycan ədəbiyyatşünaslığında mühüm yer tutan fundamental tədqiqatlardan biridir. Bu kitab vasitəsilə oxucu təkcə Əhməd bəy Ağaoğlunun ədəbi-tənqidi baxışları ilə deyil, həm də onun dünyagörüşü, ideoloji mövqeyi və milli düşüncə sistemindəki rolu ilə yaxından tanış olur.
Əsər həm elmi dərinliyi, həm də publisistik təsir gücü ilə seçilərək Azərbaycan ictimai fikir tarixinin öyrənilməsi baxımından əvəzsiz mənbə kimi qiymətləndirilə bilər. Bu kitab, eyni zamanda, milli kimlik, mədəniyyət və ədəbiyyat məsələlərinə maraq göstərən hər bir oxucu üçün düşünməyə vadar edən dəyərli bir əsərdir.
Ülviyyə Nəriman qızı Hüseynova,
Filologiya üzrə elmlər namizədi

Ülviyyə Hüseynovanın digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Adilə Nəzər – BU GECƏ (БУЛ КЕЧТЕ)

BU GECƏ

Bu gecə ulduzları boyayıb kül rənginə,
Adımı asa billəm bir nəğmənin notuna.
Söykənib gözləyərkən bir əcəlin zənginə,
Uyub gedə bilərəm səssizliyin qatına.

Nə var düşürə billəm bu gecə gözlərimdən,
Yarpaq üstdən şeh kimi buxarlanıb çəkilləm.
Bir anlıq inad edib dönərəm sözlərimdən,
Həyat səhifəsinə son cümlə tək əkilləm.

İçində eşq olmayan ömür deyil, gün deyil,
Yaşanmış olsa belə, o gün yaşanmış deyil.
Sevgisiz dünən heçdir, bugün də bugün deyil,
Açan bu çiçək deyil, ötən də o quş deyil.

…Mən yazı çox sevirəm, Ay işığı – haləni,
Doldurub qədəhimə içmiş ola bilərəm.
Əgər sevgi ölməksə uğruna sevilənin,
Bu gecə sənə, bir də yaza ölə bilərəm.


Müəllif: Adilə NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

БУЛ КЕЧТЕ

Бул кечте жылдыздарды гүлгө боёп,
Ыр күүсүнө атымды салсам толот.
Ийкемдүү коңгуроосун чалса убакыт,
Түнкү уйкуга бейкапар кетсем болот.

Менде эмне бар, карегимден көрсөң болот,
Шүүдүрүмдөй жалбырактан төгүлгөн,
Өжөрлөнүп баштагыдай кеп айтпасмын,
Ал элестер күзгү сымал көрүнгөн.

Жашоо, күн да сүйүүсүз кызык эмес,
Өмүр жолум өткөргөн узак эмес.
Кечээки күн, бүгүн да махабатсыз,
Өткөн нерсе соолуган гүлдөй элес.

Ай нурунун жарыгында жазгым келет,
Сүйүү балын толтуруп таткым келет.
Сүйүү үчүн эгер өлүм керек болсо,
Сен үчүн мен бүгүн кечте өлгүм келет.

Кыргызчага которгон: С.К.Шейшекеева

ADİLƏ NƏZƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Hərbi şərəf və rütbəyə uyğun davranmalı

Hərbi şərəf və rütbəyə uyğun davranmalı

Azərbaycan Silahlı Qüvvələri intizam qaydalarını ehtiyatda və ya istefada olan zabitlərə də tətbiq edir. Onlar hərbi şərəf və rütbəyə uyğun davranmalı, rütbədən sui-istifadə və ya intizam qaydalarını pozduqda məsuliyyətə cəlb oluna bilərlər. Bu qaydalar yalnız aktiv xidmət zamanı deyil, ehtiyat və istefa dövründə də onlara şamil olunur.
Hərbi ierarxiyada bir birinə açıq təhqir və ya söz atmaq çox ciddi nəticələrə gətirib çıxara bilər. Bu, intizam qaydalarını pozur, peşə etikasına ziddir və nəticədə disiplin tədbirlərinə səbəb ola bilər. Buna görə də bu cür münasibətlər rəsmi və nəzakətli şəkildə həll olunmalıdır.
Əslində, bu cür münaqişələr çox incə bir məsələdir. Yəni, hərbi xidmət keçmiş zabitlər , təxris olmuş zabitlər, sosial şəbəkədə bu cür mübahisələrdən uzaq durmalıdır. Çünki bu, həm peşəkar nüfuzlarına, həm də ordunun ciddi qaydalarına ziddir. Yəni, bu cür mübahisələrin aradan qaldırılması daha çox məxfi və rəsmi kanallarla olmalıdır.
Əslində, bu, bir şəxsin peşəkar və ya hərbi nüfuzuna, hörmətinə, vəzifə mövqeyinə açıq şəkildə zərər vermək deməkdir. Yəni, bu, bir başqasının şəxsiyyətinə, liderliyinə və ya statusuna hörmətsizlik edərək, onun ciddiliyini və etibarlılığını sual altına qoyur.
Məncə, onlara ən önəmlisi, dərhal sosial şəbəkə mübahisələrini dayandırmağı, rəsmi kanallarla, və ya cavabdeh qurumlar vasitəsilə danışmağı tövsiyə etmək lazımdır. Onlar öz aralarında birbaşa əlaqə saxlasalar, vəziyyəti daha konstruktiv və nəzakətli şəkildə həll edə bilərlər.
Azərbaycan Silahlı Qüvvələri intizam və şikayət mexanizmləri əsasən Silahlı Qüvvələr Qanunu və intizam nizamnaməsi ilə tənzimlənir. Hərbi qulluqçular şikayətləri ilk olaraq rəsmi olaraq yazılı şəkildə bildirməlidirlər, daha ciddi hallar üçün isə hərbi prokurorluğa və ya mülki məhkəmələrə müraciət etmək mümkündür. Sosial şəbəkədə şikayətləri açıq paylaşmaq isə risklidir, ona görə də rəsmi, yazılı və qurumlar vasitəsilə şikayətlərin həllini tövsiyə edilir.
Əks halda bu, həm onların peşəkar nüfuzuna, həm də hərbi intizam qaydalarına zidd ola bilər. Ən yaxşısı, bütün anlaşmazlıqları daxili, rəsmi yollarla, qurumların nəzərdə tutduğu prosedurlar çərçivəsində həll etməkdir.
Əslində, bu, başqasının mövqeyindən, nüfuzundan və ya təsirindən öz maraqlarını və ya öz mövqeyini gücləndirmək üçün istifadə etmək deməkdir. Yəni, bu, adətən manipulyasiya, təzyiq və ya qeyri-adi üstünlük əldə etmək cəhdləri ilə bağlı olur.
Ən yaxşısı, bu cür halları aşkar edəndə, açıq və şəffaf şəkildə sübutlarla yanaşmaq, rəsmi qurumlara məlumat vermək və şəxsi maraqlardan kənar qalmaqdır. Yəni, faktlara söykənərək, emosional reaksiya vermədən və şəxsiyyətə yönəlmədən, prinsipial və obyektiv davranmaq lazımdır.
Bu, adətən peşəkar intizam və ierarxiya qaydalarının pozulması deməkdir. Hərbiçilər arasında bu cür ziddiyyətlər, həm nüfuz itkisinə, həm də insanların ruhdan düşməsinə zərər verə bilər. Bu səbəbdən də, belə hallar adətən rəsmi qaydada, daxili intizam prosedurları vasitəsilə həll olunmalıdır.

Məlumatı hazırladı: Anar Quliyev,

polkovnik-leytenant, müharibə veteranı.

I>>RAQUF ORUCOV HAQQINDA

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – Övladıyam

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ZAUR USTAC VƏ TURANÇILIQ

ZAUR USTAC VƏ TURANÇILIQ

Zaur Ustacın “MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM!!!” şeiri, sadəcə bir vətənpərvərlik nümunəsi deyil, eyni zamanda böyük bir coğrafi və tarixi yaddaşın hayqırtısıdır. Müəllif bu misralarla oxucunu lokal hüdudlardan çıxarıb, daha geniş bir məfkurəyə — Turan və Bütöv Azərbaycan ideallarına doğru aparır.
​Zaur Ustacın yaradıcılığında vətən mövzusu statik bir anlayış deyil; o, daim hərəkətdə olan, böyümək istəyən və ədalətin bərpasını gözləyən canlı bir ruhdur. “Mən zəfərə təşnəyəm!” nidası ilə başlayan bu əsər, xalqın qəlbindəki gizli arzuların poetik manifestinə çevrilir.
​Şair Dərbənddən Borçalıya, Kərkükdən Mosula qədər uzanan geniş bir coğrafiyanı xatırladır. Bu, təsadüfi seçilmiş adlar deyil; bura türk ruhunun nəfəs aldığı, lakin tarixin gərdişi ilə ayrı düşmüş məkanlardır. Müəllif “unuduruq həmişə” deməklə milləti öz tarixi köklərinə sahib çıxmağa, coğrafi yaddaşı diri saxlamağa çağırır. İrəvanın və Zəngəzurun “beş sətirlik kağızla” peşkəş edilməsinə olan etiraz, tarixin saxtalaşdırılmasına qarşı çıxan bir vətəndaş səsidir.

​Şeirdə Araz çayı sadəcə bir su hövzəsi deyil, ayrılığın və “qarğışın” simvolu kimi təqdim olunur. Lakin müəllif bu bədbinliyi zəfər ümidi ilə əvəz edir. Bayrağın Təbrizdə dalğalanması, Urmu gölünün dirçəlişi, Xoyda, Mərənddə, Ərdəbildə “üzü ağ” qonaq olmaq arzusu Azərbaycanın mənəvi bütövlüyünə olan sarsılmaz inamın ifadəsidir. Bu misralar oxucuda həm bir həsrət, həm də o torpaqlara qayıtmaq üçün güclü bir motivasiya yaradır.
​Şairin son bənddəki “Neynim, mayam belədir” etirafı çox mühümdür. Bu, zəfər çalmaq istəyinin müvəqqəti bir hiss deyil, insanın yaradılışından, kökündən gələn bir ehtiyac olduğunu göstərir. Zəfərə təşnə olmaq — haqqın bərpasına, parçalanmış bütövün birləşməsinə və milli ləyaqətin tam bərpasına təşnə olmaqdır.
​Nəticə olaraq, Zaur Ustac bu şeiri ilə bizə xatırladır ki, zəfər sadəcə bir döyüşün bitməsi deyil, o, milli ruhun öz mənzilinə — Qarsdan Qaşqayadək, Dərbənddən Tehranadək uzanan o böyük hədəfə çatmasıdır. Müəllifin qələmində vətən sevgisi bir “təşnəlik”dir və bu təşnəlik ancaq bütövlük suyu ilə doya bilər.
Əllərinizə sağlıq Zaur Ustac!

MüəllifSüleymanova Ümmü İsmayıl qızı
Şəki şəhəri 14 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi,
AJB-nin üzvü, “Qızıl Qələm” media mükafatçısı.

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Azerbaycan’da yaşayan Türk boyları

Azerbaycan’da yaşayan Türk boyları

Azerbaycan’da yaşayan Türk boyları 3-4 bin yıl önce çeşitli kollara ayrılmış, bir kolu Türkistan’a göç etmiş, diğer kolu ise Urmiye Gölü havzasında kalmıştır. Doğuya göç eden Türkler, 5. yüzyıldan sonra Büyük Göktürk İmparatorluğu’nu kurdular. Bu Türkler hakkında Çin kaynaklarında, Orhun-Yenisey anıtlarında ve diğer kaynaklarda yeterli bilgi bulunmaktadır. Eski Azerbaycan’da Türk adı verilen boylar, M.Ö. 3. binyılda kurulan Aratta, Guti ve Lullu devletlerinin kuruluşunda diğer boylarla birlikte yer aldılar.
Akad yazıtlarında adları “turukki” olarak okunan toplulukların Türk olduğu düşüncesi doğrudur. Dicle Nehri’nin yukarı kolunda Subariler’e ait Turkhu adlı bir kentten daha sonraki Asur yazıtlarında da söz edilmektedir. Mari topraklarında adı geçen Türkler, Urmiye Gölü yakınlarında Dicle’nin sol kıyısında yaşıyorlardı. Guti Devleti’nin yıkılmasından sonra Türk adı verilen kavimler, Guti, Lulu, Subar ve Kuman adlı diğer Türk kavimleriyle birlikte 2. bin yıl boyunca bu topraklarda Asur, Hurri-Mitanni, Kassit, Babil ve Elam devletlerine karşı mücadele ettiler.
Z. Yampolski, Azerbaycanlı tarihçiler Yusif Yusifov ve S. Alyarov da Asur metinlerinde adı geçen Turukku veya Turukki boyunun Türk olduğunu kabul etmişler ve bu ismin farklı zamanlarda ve farklı dil yazılarında türük//török//turuk//türki şeklinde kullanıldığını ispatlamışlardır.

Fotoğraf: Azerbaycan Türklerin yoğun olarak yaşadığı bölgeler. Batı Azerbaycan’dan (şimdiki Ermenistan) Azerbaycan Türklerinin zorla çıkarılması nedeniyle bu bölgeler haritada gri renkle gösterilmiştir.

Kaynaklar:

^ Fritz Hommel – Geschichte Babyloniens und Assyriens, 2016 (ilk yayınlanma tarihi: 1885)
^ F. Jalilov – Azer Halkı, II. Bakü’de yayınlandı, 2006
^ G. Geybullayev – Azerbaycan Türklerinin oluşum tarihinden, Bakü, 1994
^ Z. Bunyadov, Y. Yusifov – Azerbaycan Tarihi, Bakü, 2006
^ Azerbaycan Tarihi, Bakü, 1994, s.80.
^ Ziyafet Eyvazova – “LATİN ALFABESİNDEN KİRİL ALFABESİNE, KİRİL ALFABESİNDEN LATİN ALFABESİNE GEÇİŞ SÜRECİNDEKİ AZERBAYCAN BASINI” – Ankara-2008. s.26.
^ Ziyadhan Nyabibyayli – “ЗЯАНЕЯЗУРУН АЛТУН ТАЪЫ ЛАЧYN” – Bakü – 2009. s.156, 253.
^ Azerbaycan Milli İlimler Akademisi El Yazmaları Enstitüsü ve “İlim ve Eğitim” yayınevi – Filoloji yayınları No. 8. Bakü – 2013. ISSN 2224-9257. s.6-13.
^ Kazymov G.Ş. Çağdaş Azerbaycan dili. Morfoloji. Bakü, “Nurlan”, 2010. s. 4-6.
^ Alman Arkeoloji Enstitüsü. Tahran Bölümü, Archaeologische Mitteilungen aus Iran, Cilt. 19, Dietrich Reimer, 1986, s. 90
^ F. Jalilov – Azer Halkı, 2. baskı Bakü, 2006, s. 40 – 46
^ Y. Yusifov – Eski Doğu Tarihi, Bakü, 1994.

GÖKTÜRK QRUPU

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Anamın arğacından keçdi dünya – Zaur Ustac

ANAM
Adına palaz deyib,
Atdı ayağımızın altına dünyanı…
Adına gəbə deyib,
Asdı gözümüzün qabağına dünyanı…
Dünyamız gəbə qaldı,
Biz anlayana qədər naxışlarda…
Ata sözünü öz dilində çatdırdı bizə Anam…
Kimə çatdı, kimə hələ yüz ildən sonra çatacaq…
Hər iki halda fayda var Anamın sözündə,
Sirli tarixim yatır;
Anamın hər ilməsində,
Hər naxışında,
Hər palazında,
Hər gəbəsində…
Ata sözünü cejimlərə toxuyub,
Xurcunlara doldurdu Anam…
Övladlara sovqat olsun deyə…
İlmə-ilmə, fərş-fərş, xalı-xalı
Gözümüzün önünə sərdiyi dünyanın
İpliyi, yunu olduğunu anlatdı Anam…
Kimi anladı, kimi yüz ildən sonra anlayacaq…
Hər iki halda fayda var Anamın sözündə,
Sirli tarixim yatır;
Anamın hər ilməsində,
Hər naxışında,
Hər palazında,
Hər gəbəsində…
Ərşi ərişlərə köçürdü,
Zəmini bükdü dükcələrə…
İpin ucunu biləyimizə bağladı,
Kələfin ucunu itirməyək deyə…
Bir nişanı min dəfə kirkidlədi,
Qulağımızda sırğa olsun deyə….
Dünyanı çeşni-çeşni tanıtdı bizə Anam…
Simgə-simgə, damğa-damğa
Anamın arğacından keçdi dünya…
Atamın toqqasından Anamın çeşnisinə köçdü dünya…
Dünya hər zaman gəbədir yeni dünyaya!!!

05.07.2023. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Yarını gözləyir hər gün Lütfiyar

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!

Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!

Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!

Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!

Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

ARAZ

Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

Çəkib acıları, yığıb suyuna,
Sakitdir, bələddir hamı huyuna,
O da qurban gedib fitnə, oyuna,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

NADANLIQ

Urmu axan göz yaşımdı,
Yanağımda duz olubdu…
Urmu, Urmu söyləməkdən
Bağrım başı köz olubdu…

Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?

Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…

Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…

Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…

Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…

Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM!!!

Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!

Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…

Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!

İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…

Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…

İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…

Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…

Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!

Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!

SEVİN, A TƏBRIZ!

Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!

Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…

Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!

İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!

Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Бошқача тус олар бу йилги Наврўз

Fotoda: Südabə Mətanətli (Məmmədova)

НАВРЎЗ!

1.
Боғларда баҳорнинг нафаси эсар,
Олам жаннатидан завқланади кўз.
Қалбларда шодиёна шукуҳи кезар,
Бошқача тус олар бу йилги Наврўз.

Яна учиб келар оппоқ лайлаклар,
Қалдирғоч айвонга ин қўяр қайта.
Бирма-бир ушалар барча тилаклар,
Ёш-қари қувонар шукрона айта.

Офтобни эркалар зангори осмон,
Булутни савалар силкитиб чақмоқ.
Ёмғир майсаларга тутқазаркан жон,
Ғафлатдан уйғотар момоқалдироқ.

Қишнинг қирқ ямоқли оқиш яктаги,
Идраб чок-чокидан кетар ситилиб.
Яшил рангга кирар қирлар этаги,
Кўпчийди пурсилдоқ ерлар етилиб.

Деҳқон шошилади қўлида кетмон,
Шудгор даласидан умидлари мўл.
Чумолилар қишдан чиқдик деб омон,
Ризқини термоққа излашади йўл.

Чуғурчуқлар шохдан шохга қўнишар,
Занжирдай тизилиб келар турналар.
Соғинганлар дийдор завқин туйишар,
Унут бўлар барча араз, гиналар.

2
Ўзгача касб этар бу йилги Наврўз,
Жонажон юртимда ажиб тароват.
Табиат кўркини қилмоқда кўз-кўз,
Беминнат кўрсатиб меҳр-саховат.

Келажак дарахти гулга кирмоқда,
Чаманзор айлади юртни ободлик.
Истиқлол ниҳоли мева бермоқда,
Инсонлар юзида табассум, шодлик.
3
Янги йил, янги кун, янгича ҳаёт,
Шу кундан бошланар борлиқ аслида.
Кексалар тилайди ёшларга сабот,
Коинот жонланар баҳор фаслида.

Кишини кун сайин ортар ҳаваси,
Бодроқдай бодраган боғларда Наврўз!
Борлиқни забт этар уйғониш саси,
Лолага бурканган тоғларда Наврўз!

Кўнгилни кўтарар гавжум сайллар,
Кўпкари от чопган қирларда Наврўз!
Миллий қадриятни қайтарди йиллар,
Юртим , деб яшаган дилларда Наврўз!

Шоирлар мадҳ этар, қўшиқчи куйлар,
Раққоса ноз ила айлайди хиром.
Бор бўлсин ўзбекча баҳорий тўйлар,
Бор бўлсин, муҳаббат, баҳор ва илҳом!

Müəllif: Зуҳра Бегим

Zuhra Begim <<<< >>>> Зуҳра Бегим

Mustafa Müseyiboğlu adına kitabxana

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Azərbaycan, Azərbaycan!

Fotoda: Zaur USTACAYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist

AZƏRBAYCAN

Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan;
Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sınamışam dostu, yarı

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən.
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hansı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!

Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.

Dağlarının başı qardır,
Ağ örpəyın buludlardır.
Böyük bir keçmişin vardır;
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.

Sıra dağlar, gen dərələr,
Ürək açan mənzərələr…
Ceyran qaçar, cüyür mələr,
Nə çoxdur oylağın sənin!
Aranın, yaylağın sənin.

Keç bu dağdan, bu arandan,
Astaradan, Lənkərandan.
Afrikadan, Hindistandan
Qonaq gəlir bizə quşlar,
Zülm əlindən qurtulmuşlar…

Bu yerlərdə limon sarı,
Əyir, salır budaqları;
Dağlarının dümağ qarı
Yaranmışdır qarlı qışdan,
Bir səngərdir yaranışdan.

Lənkəranın gülü rəng-rəng,
Yurdumuzun qızları tək.
Dəmlə çayı, tök ver görək,
Anamın dilbər gəlini!
Yadlara açma əlini.

Sarı sünbül bizim çörək,
Pambığımız çiçək-çiçək,
Hər üzümdən bir şirə çək
Səhər-səhər acqarına,
Qüvvət olsun qollarına.

Min Qazaxda köhlən ata,
Yalmanına yata-yata,
At qan tərə bata-bata,
Göy yaylaqlar belinə qalx,
Kəpəz dağdan Göy gölə bax!..

Ey azad gün, azad insan,
Doyunca iç bu bahardan!
Bizim xalı-xalçalardan
Sar çinarlar kölgəsinə,
Alqış günəş ölkəsinə!

Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan;
Axşam üstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.

Bir dön bizım Bakıya bax,
Sahilləri çıraq-çıraq,
Buruqları hayqıraraq
Nərə salır boz çöllərə,
İşıqlanır hər dağ, dərə.

Nazlandıqca sərin külək
Sahillərə sinə gərək,
Bizim Bakı – bizim ürək!
İşıqdadır qüvvət sözü,
Səhərlərin ülkər gözü.

Gözəl Vətən! O gün ki, sən
Al bayraqlı bir səhərdən
İlham aldın…yarandım mən.
Gülür torpaq, gülür insan
Qoca Şərqin qapısısan.

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən.
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Müəllif: Səməd VURĞUN

SƏMƏD VURĞUNUN YAZILARI

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I