Etiket arxivi: Bəhram FƏRMANOV

ƏSƏD CAHANGİR – 55

ƏSƏD CAHANGİR – 55

ƏSƏD
(Dəyərli tənqidçimiz Əsəd Cahangirin 55 iliyinə)

Dərsindən aldığın qoşa beşləri
Ömrünün tağına düzmüsən Əsəd.
Fələyi “aldadıb” müəllim əvəzi,
Özünə “qoşa beş” yazmısan Əsəd.
* * *
Hər beşin gül ətri, gül çəməni var,
Göz ol, bu ömürün fələk dilindən.
Zaman da bir ogey anaya dönüb,
Xatirə dəftəri düşmür əlindən.
* * *
Bu “qoşa beş”lərin qoşa çinardı
Yığıb kölgəsinə sözü, kəlamı.
Nəğməyə dönübdü könül bulağın,
Durub səcdəsinə dincəlir hamı.
* * *
Bu kağız ömürün, bu yaz ömürün,
Günəş nəfəsindən doymaq çətindi.
Sən sözün tanrısı, sözün mələyi,
Səni Tanrı qədər duymaq çətindi.
* * *
Sözün bağrın yarıb qoydun mizana,
Mizanın gözünü əymisən bu gün.
Bəzəyib dünyanı söz atəşinə
Sözün libasını geymisən bu gün.
* * *
Əlli beş aldığın ömür payından,
Hər kəsin yoluna bir işıq saldın.
Tanrıya çox şükür, bu gəlişinlə
Ədəbi aləmə yaraşıq saldın.
Müəllif: Nəcibə İLKİN

ƏSƏD CAHANGİRƏ
(İnsan mənzərələri silsiləsindən)

Səni bir şəhər tanıdım,
küçəsi, xiyabanıyla…
Səni bir şəhər tanıdım,
çayı da axar yanıyla.
* * *
Çayqırağı söyüd, çinar,
küçəsində göyrüşləri,
Gecə başına yığışar,
abdalları, dərvişləri.
* * *
“Səs”di, “Söz”dü, “Rəng”di deyim
şəhərin xiyabanları…
Cin iynədən qorxan kimi
qorxutdun qulyabanları.
* * *
Heç kəslə işin olmadı,
özün özünlə çarpışdın,
Sən həmişə yükümüzün
ağır tayından yapışdın.
* * *
Köçün köç içindən keçər,
köçün köçlərə qarışmaz,
Özünü yorma! – bilirsən
qar ilə günəş barışmaz.
* * *
Qələmin döyüş atıdı,
kimi qorxdu, kimi ürkdü.
Kümbəzin quşqonmazında
cah-cəlalın mübarəkdi.
* * *
Göydən hansı qatdan gəlir,
yazıb hansı qatda qoydun?!
Dədəmiz Qorqud namıyla
yazarlara ad da qoydun.
* * *
Sənə “Dayanma!” söyləyən
o Allahın zalım olsun!
Qələmin üstünə düşən
kölgəliyi qalın olsun!
30.06.2021.
Müəllif: İlham QƏHRƏMAN

QAYTAR MƏNİ DƏNİZLƏRƏ
(Əsəd Cahangirə)

Ulu Tanrım, dünya məni
Gəlişimə kiritmədi.
Duzlu olur dəniz suyu,
Saxladığın çürütmədi.
Qaytar məni dənizlərə.
* * *
Göy suların arasında
Əzizləsin yosun məniə
Gözlərimin qarasında
Su pərisi yusun məni.
Qaytar məni dənizlərə.
* * *
Çay olmağı diləyirəm,
Sal qayalar yar-yara.
Mən qovuşmaq istəyirəm
Dəryalara, ümmnalara.
Qaytar məni dənizlərə.
* * *
Hər nə olum, hər kim olum,
Bezmişəm Yer deyiləndən.
Balığına qoy yem olum
Adamların əyiləndən.
Qaytar məni dəzinlərə.
* * *
Təmizliyin itiriməyir,
İstəyirəm təmiz olum.
Suyu çirkab götürməyir,
İstəyirəm dəniz olum.
Qaytar məni dənizlərə,
Qaytar məni dənizlərə.
Müəllif: Bəhram FƏRMANOV

İlham QƏHRƏMANƏsəd CAHANGİR

NƏCİBƏ İLKİN , İLHAM QƏHRƏMAN , BƏHRAM FƏRMANOV
ƏSƏD CAHANGİRİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru