Etiket arxivi: BAYRAM BAYRAMOV

Bayram Bayramov 1918-ci il dekabrın 11 (Ağdam)

BAYRAM BAYRAMOV

Bayram Bayramov 1918-ci il dekabrın 11-də Cavanşir qəzasının Şıxavənd kəndində (indiki Ağdam rayonunun Əlimədədli kəndi) ziyalı ailəsində anadan olmuşdur. Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir (1934–1938). Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim (1938–1940), Müsəlmanlar kəndində natamam orta məktəbin tədris hissə müdiri (1940–1941), Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri (1941–1942) işləmişdir. Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır (1942). Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik etmişdir. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluq etmişdir.
Tərxis olunub doğma kəndlərinə qayıdarkən burada pedaqoji fəaliyyətini davam etdirmişdir: Yeddiillik Əlimədətli orta kənd məktəbinin müəllimi (1944–1945) işləmişdir. 1945–1950-ci illərdə ADU-nun Filologiya fakültəsində təhsil almışdır. Sonra N.K.Krupskaya adına kitabxanaçılıq texnikumunda müəllim (1948–1955), radionun “Ədəbi dram verilişləri redaksiyası”nda məsul redaktor (1956–1958), “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi (1958–1960), Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi (1960–1963) işləmişdir. Bir müddət yenə bütün qüvvəsi ilə yaradıcılıqla məşğul olmuşdur. Dövlətnəşrkomda sədr müavini kimi çalışmışdır (1966–1971). Qarabağa Xalq Yardımı Komitəsinin sədri vəzifəsində işləmişdir (1989-cu ildən). Azərbaycan Yazıçılar Birliyi Şurasının üzvü seçilmişdir (1991).
Fəal ictimaiyyətçi, Azərbaycan KP 26 Bakı komissarı rayonu Partiya Komitəsinin büro üzvü (1960), Bakı Şəhər Xalq Deputatları Sovetinin (1961, 8-ci çağırış) deputatı və rayon Sovetinin (1959, 7-ci çağırış), Müstəqil Azərbaycan Respukliası Milli Məclisinin deputatı olmuşdur. “Şərəf nişanı” ordeni (1968), “Xalqlar dostluğu” ordeni (1978), “Böyük Vətən müharibəsi” ordeni (1985), “Qırmızı əmək bayrağı” ordeni (1988), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı (1967) və medallarla təltif edilmişdir. Əsərləri SSRİ-də, eyni zamanda xarici ölkələrdə tərcümə və nəşr olunmuşdur.
1994-cü il noyabrın 9-da Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Yaradıcılığı
Bayram Bayramov bədii yaradıcılığa 1950-ci ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Körpü” adlı ilk hekayəsi ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. Bayram Bayramov ilk əsərlərindən başlayaraq, müasir Azərbaycan kəndinin həyatına, məişətinə dərindən bələd olan bir yazıçı kimi tanınmışdır. 60-cı illərin sonlarına doğru bilavasitə şəhər mövzusunda, əsasən intelektual peşə adamlarının həyatından bəhs edən romanlar yazmışdır. Yazıçı ondan artıq roman, çoxlu hekayə və on beşdən çox povest yazmışdır.
Ədibin ilk povesti olan “Tək adam” 1954-cü ildə qələmə alınmışdır. Yazıçı povestin mövzusunu kənddən almışdır. Həmin povesti qələmə alanda bir neçə hekayəsi və oçerki çap edilmişdir. Ədibin ikinci povesti olan “Müqəddəs vəzifə” 1955-ci ildə qələmə alınıb. Kollektivləşmə dövrünün hadisələrindən bəhs edən “Yasəmən” povesti istisna olmaqla, ədibin, demək olar ki, bütün əsərlərinin mövzusu müasir həyatdan, əsasən, yazıçının şahidi olduğu hadisələrdən, yaxşı tanıdığı adamların həyatından alınmışdır.
Bayram Bayramovun “Karvan yolu” epopeyasında görkəmli yazıçı-demokrat Cəlil Məmmədquluzadənin həyatına müraciət edilmişdir. Ədib “Mən ki gözəl deyildim” povestində namuslu əməyin, halal zəhmətin və alıntəri ilə qazanılan çörəyin insana gətirdiyi sevinci və qürur hissini öz müsbət qəhrəmanlarının timsalında əks etdirmişdir.
Müəllifin 1960-cı ildə çap olunan “Gördüyümüz günlər” povestində sosializm mühitinin, onun bərqərar etdiyi birgəyaşayış prinsiplərinin müsbət, tərbiyəedici təsiri qabarıq göstərilmişdir. “Gördüyümüz günlər” povestində də “Mən ki gözəl deyildim…” və “Sənsz” povestlərindəki kimi konkret bir gəncin həyat tarixçəsi, daha doğrusu, həyatının bir mərhələsinin təsviri və tənqidi öz əksini tapmışdır. Povestdə hadisələr Böyük Vətən müharibəsi illərində Bakıda cərəyan edir. Həmçinin “Mən ki gözəl deyildim…” və “Sənsz” povestlərində də hadisələr müharibədən sonrakı ilk illərdə baş verir.
1957-ci ildə qələmə alınan “Onun gözləri” povestində Bayram Bayramov müasirlərin həyatını müxtəlif tərəflərdən və müxtəlif problemlər müstəvisində əks etdirmişdir. Müəllifin 1962-ci ildə qələmə aldığı “Sevirsə qayıdacaq” povestində əxlaqi-mənəvi məsələlərə toxunmuşdur. Nasirin 60-cı illərdə qələmə aldığı povestlərindən biri də “Qoz ağacı” povestidir. Həmin povestdə köhnə adət-ənənə, vaxtı keçmiş əxlaq normaları, “atalar və oğullar” problemindəki mühafizəkarlıq əleyhinə yazılmış əsərdir.
Bayram Bayramovun əsərlərində qadın surətləri xüsusi yer tutur. Yazıçı “Sərinlik” povestindəki Firəngiz surətində Azərbaycan sovet nəsrinin qadın surətlərinə münasibətdəki qırx illik təcrübəsini ümumiləşdirmişdir. Yazıçı həmçinin “Oğul həsrəti” əsərində Azərbaycan qadınlarının Böyük Vətən müharibəsində iştirakından bəhs edir.
1967-ci ildə çapdan çıxan “Üç gün, üç gecə” kitabına ilk dəfə daxil edilmiş eyniadlı povest Bayram Bayramovun yaradıclığında mövzu yeniliyi baxımından fərqlənir. Belə ki, Böyük Vətən müharibəsində alman faşizminə qarşı döyüşlərdə iştirak edən yazıçının “Üç gün, üç gecə” povestini istisna etməklə, demək olar ki, müharibə ilə bağlı mövzuya yaradıcılığında çox az rast gəlinir. “Üç gün, üç gecə” povestində Bayram Bayramov Azərbaycan nəsrinin müharibə ilə bağlı ənənələrini yaradıcılıqıa davam etdirmişdir. Povestdə yazıçı diqqəti, əsasən, iki gəncin taleyi üzərində cəmləşdirmişdir. Ədib onların çətin sınaqlardan necə çıxdıqlarını, vətənpərvərlik, mərdlik və igidlik nümunəsi göstərdiklərini müharibə səhnələri fonunda əks etdirməyə çalışmışdır.
Yazıçının 70-ci illərdə qələmə aldığı “Qaşsız üzük” əsəri müasir nəsrimizdə publisist povestin nümunələrindən biridir. Əsər on bir hekayədən ibarətdir. Bu hekayələrin hər birində müəllif konkret bir mövzunun üzərinə işıq salaraq, oxucuları ictimai və mənəvi həyatdakı ibrətamiz və üzərində düşünüb-danışmaq tələb olunan hadisələrlə tanış edir. Yazıçı “Oğul həsrəti” və “Sarı baba” povestlərində Böyük Vətən müharibəsi dövrünün hadisələrini diqqət mərkəzinə çəkir.
Əsərləri:
Romanları
“Xəzinə”
“Yarpaqlar”
“Mənim bəlalı sevgim”
“Fəhlə qardaş”
“Cıdır düzü”
“Tək palıdın kölgəsi”
“Şəhərdən gələn qız”
“Gün batanda”
“Yazılmamış kitab”
“Arakəsmələr”
Povestlər
“Sənsiz”
“Bələdçi”
“Sərinlik”
“Qoz ağacı”
“Ayna”
“Sevirsə qayıdacaq”
“Gördüyümüz günlər”
“Mən ki gözəl deyildim…”
Kitabları
“Tək adam”. Bakı: Uşaqgəncnəşr, 1956, 160 səh.
“Üç gün, üç gecə”. Bakı: “Gənclik” nəşriyyatı, 1967.
“Yarpaqlar” (roman). Bakı: Uşaqgəncnəşr, 1961, 312 səh.
“Sənsiz” (povestlər). Bakı: Azərnəşr, 1963, 266 səh.
“Onun gözləri” (roman). Bakı: Azərnəşr, 1964, 408 səh.
“Xəzinə”. “Bəlalı sevgim” (romanlar). Bakı: Azərnəşr, 1965, 438 səh.
“Arakəsmələr” (roman). Bakı: Azərnəşr, 1966, 569 səh.
“Üç gün, üç gecə” (povestlər). Bakı: Gənclik, 1967, 472 səh.
“Seçilmiş əsərləri” (iki cilddə). I cild. Bakı: Azərnəşr, 1968, 514 səh.
“Seçilmiş əsərləri” (iki cilddə). II cild. Bakı: Azərnəşr, 1968, 431 səh.
“Yasəmən”. Bakı: Gənclik, 1969, 298 səh.
“Arakəsmələr” (roman). III, IV kitab. Bakı: Azərnəşr, 1971, 435 səh.
“Fəhlə qardaş”. Bakı: Gənclik, 1975, 217 səh.
“Qaşsız üzük” (povestlər). Bakı: Azərnəşr, 1977, 404 səh.
“Yazılmamış kitab”. Bakı: Yazıçı, 1978, 488 səh.
“Cıdır düzü”. Bakı: Yazıçı, 1979, 476 səh.
“Gün batanda”. Bakı: Yazıçı, 1981, 448 səh.
“Seçilmiş əsərləri” (üç cilddə). I cild. Bakı: Yazıçı, 1984, 328 səh.
“Seçilmiş əsərləri” (üç cilddə). II cild. Bakı: Yazıçı, 1984, 324 səh.
“Şəhərdən gələn qız”. Bakı: Yazıçı, 1984, 488 səh.
“Seçilmiş əsərləri” (üç cilddə). III cild. Bakı: Azərnəşr, 1985, 431 səh.
“Karvan yolu” (roman). I cild. Bakı: Yazıçı, 1986, 798 səh.
“Çox sözdən sonra” (povest və hekayələr). Bakı: Yazıçı, 1989, 294 səh.
“Üzlü-astarlı günlər” (roman-xatirə və publisistik məqalələr). Bakı: Gənclik, 1992, 392 səh.
“Karvan yolu” (roman). II cild. Bakı: Azərnəşr, 1993, 430 səh.
Filmoqrafiya
Mən ki, gözəl deyildim (film, 1968)
Firəngiz (film, 1975)
Onun bəlalı sevgisi (film, 1980)

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bayram Bayramov – Foto

Xalq şairi Süleyman Rüstəm, Xalq yazıçısı Mehdi Hüseyn və gənc Azərbaycan ziyalıları. Ayaq üstə dayananlardan ortadakı Salam Qədirzadədir. Sağ tərəfdəki isə (Mehdi Hüseynin arxasındakı) Bayram Bayramovdur.

Məlumatı hazırladı : Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Milli Mətbuat və Jurnalistika Günü münasibətilə jurnalist – yazıçı dostlarımız Fərhad Əsgərov, Araz Şəhrili və Terane Demir “Bayram Bayramov” mükafatına layiq görülüb.

Salam olsun, dəyərli Dostlar! Milli Mətbuat və Jurnalistika Günü münasibətilə jurnalist – yazıçı dostlarımız FƏRHAD ƏSGƏROV, ARAZ ŞƏHRİLİTƏRANƏ DƏMİR “Bayram Bayramov” mükafatına layiq görülüb. Onları və onların timsalında əli qələm tutub, sözlə uğraşan hər kəsi təbrik edirəm. Gününüz mübarək, xeyirli-ugurlu olsun inşəAllah!!! Var olun. Allah Sizi qorusun!!! Nə yaxşı ki, varsınız!!!
Qeyd:
Diplomlar tezliklə – uyğun vaxtda təqdim olunacaq. İnşəAllah!

ARAZ ŞƏHRİLİNİN YAZILARI

FƏRHAD ƏSGƏROVUN YAZILARI

TƏRANƏ DƏMİRİN YAZILARI

Hörmətlə: Zaur USTAC

Ziyarət edin>>>: YUNUS OĞUZ ( olaylar.az )

YUNUS  OĞUZUN  BLOQU – CIĞIR

YUNUS OĞUZUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yazarlar: Sumqayıt – 75

Yazarlar: Sumqayıt – 75

Xalq yazıçıları Əli Vəliyev və Bayram Bayramovla trestdə görüşdən sonra. Əyləşənlər (soldan): Umud Vəliyev, Xudaverdi Məmişov, Ərşad Kərimov, Gülbahar Vəliyeva, Bayram Bayramov, Əli Vəliyev. Ayaq üstə duranlar (soldan): Rəhim Əliyev, Sucəddin Abdullayev, trestin adını bilmədiyim əməkdaşı, Vaqif İbrahim, Əkbər Bayramov, Eyruz Məmmədov, Rafiq Yusifoğlu, Xasay Cahangirov və Mahirə Abdullayeva.

Arxiv – Mənbə: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

ÜZEYİR HACIBƏYOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Faciəvi tarixi olan “Mən ki gözəl deyildim” filmi

BAYRAM BAYRAMOV

 

Faciəvi tarixi olan “Mən ki gözəl deyildim” filmi

“Mən ki gözəl deyildim” bədii filmi 1968-ci ildə yazıçı Bayram Bayramovun eyniadlı povesti əsasında çəkilib. Ekran əsərinin quruluşçu rejissorları Tofiq Tağızadə, Ağarza Quliyev, Ramiz Əsgərov, bəstəkarı Fikrət Əmirov, operatoru Aleksey Polkanov, rəssamı Kamil Nəcəfzadədir. Bir çox çəkilişlər Daşkəsən rayonunun Bayan kəndində, həmçinin Gəncədə, Lənkəranda aparılıb.

Filmdə hadisələr İkinci Dünya müharibəsi illərini (1939-1945) əhatə edir. Baş qəhrəman dağ kəndlərindən birində yaşayan 15 yaşlı Səidədir. O, anasını itirib, müharibə başlayanda isə atasını cəbhəyə yola salır. Ekran əsərində, həmçinin arxa cəbhədəki insanların məişəti və dövrün mühiti göstərilir.

Əmisi Qurbanın himayəsində yaşayan Səidəyə hər kəs uşaq kimi yanaşır. Əhvalatın əvvəlində poçtalyon Şərif sərt gerçəyə hazır olmayan Səidəyə atasının ölüm xəbərini demir. Səidə poçtalyon işləyəndə böyüyür və güclənir. Onun bu xəbərə hazır olduğunu görən Şərif həqiqəti deyir.

Səidənin atasının ölüm xəbərini aldığı səhnə alınmırdı. Buna görə rejissor aktrisaya bacarıqsız olduğunu, Səidənin taleyini yaşaya bilmədiyini deməklə onu ağladır və beləliklə, səhnə alınır.

Çəkilişin 13-cü günü, Dneprin alınması səhnəsi Lənkəranda lentə alınırdı. Həmin vaxt çaya iki qayıq buraxıldı. Birində aktyorlar, digərində çəkilişin texniki heyəti idi. Partlayış səhnəsində pirotexnik ehtiyatsızlığından həqiqi partlayış baş verir. Nəticədə rejissor Ramiz Əsgərov, operator və iki kino işçisi həlak olur. Yaradıcı heyətin bir qismi ekran əsərindən imtina edir. Sonradan filmə başqa heyət cəlb olunur.

Filmə Xuraman Qasımova (Səidə), İsmayıl Osmanlı (Şərif), Sadıq Hüseynov (Qurban) gəncəli aktyorlar Şahmar Ələkbərov (Məzahir), Ələddin Abbasov (İmran) və digərləri çəkiliblər.

Xuraman Qasımovanın ekran əsərinə çəkilən zaman 16 yaşı var idi. O, Gəncəyə çəkilişə anası ilə gəlmişdi və 3-4 ay burada qalası olmuşdu. Anası aktrisanın dərslərdən geri qalmaması üçün onu Gəncədə məktəbə yazdırmışdı.

Film müharibə mövzusunda çəkilən ən yaxşı ekran əsərləri sırasına daxil edilib. 1969-cu ildə Kiyevdə kinofestivalda Xuraman Qasımova “Qadın rolunun ən yaxşı ifası”na görə birinci yerə layiq görülüb.

Mənbə: Сабина Расим


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BAYRAM BAYRAMOV MÜKAFATI

BAYRAM BAYRAMOV MÜKAFATI

“BAYRAM BAYRAMOV” MÜKAFATI

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ ın təşkil etdiyi müxtəlif tədbir və layihələrin gedişində həvəsləndirmək məqsədi ilə təqdim olunur. Mükaft dəyərli alim, tənqidçi, professor Qurban Bayramovun xeyir-duası ilə ərsəyə gəlmişdir.

“BAYRAM BAYRAMOV” MÜKAFATININ LAUREATLARI:

2020 – Cİ İL

  1. QƏLƏNDƏR XAÇINÇAYLI N: 001  18.01.2020. – BAKI.
  2. İLDIRIM  ƏKBƏROĞLU  N: 002  10.07.2020. – BAKI.
  3. LİLPAR  CƏMŞİDQIZI   N: 003  10.07.2020. – BAKI.
  4. TƏRANƏ  MƏMMƏD  N: 004  10.07.2020. – BAKI.
  5. NAZİM  YAQUBOĞLU  N: 005  10.07.2020. – BAKI.
  6.  ƏSMƏR  HÜSEYN  XAN  N: 006  10.07.2020. – BAKI.
  7. SONA  AMAL (TEYMURBƏYLİ) N: 007  10.07.2020.
  8. SONA  ABBASƏLİQIZI (İSMAYILOVA) N: 008  10.07.2020. – BAKI.
  9. ADİL  CƏFAKEŞ  N: 009  10.07.2020. – BAKI.
  10. ƏBÜLFƏT  MƏDƏTOĞLU  N: 010  10.07.2020. – BAKI.
  11. AYSEL  XANLARQIZI – SƏFƏRLİ  N: 011  10.07.2020. – BAKI.
  12. ÜLKƏR  NİCATLI  N: 012  10.07.2020. – BAKI.
  13. TƏVƏKKÜL  GORUSLU (MƏMMƏDOV) N: 013  10.07.2020. – BAKI.
  14. AYSEL  NAZİM (ƏLİYEVA) N: 014  10.07.2020. – BAKI.
  15.  ETİBAR  HƏSƏNZADƏ  N: 015 22.07.2020. – BAKI.

2021 – Cİ İL.

  1. VİDADİ  AĞDAMLI   N 016  16.05.2021. BAKI
  2. ƏSGƏR ORDUBADLI N: 017  21.08.2021. – BAKI.
  3. ÜLVİ  AYDIN  N: 018  28.08.2021. – BAKI.
  4. TƏRANƏ  TUNAR  N: 019  09.11.2021. – BAKI.
  5. ŞƏFƏQ VİLAYƏTQIZI N: 020  09.11.2021. – BAKI.
  6. SƏADƏT  CABBARQIZI  N: 021  09.11.2021. – BAKI.

2022 – Cİ İL.

  1. EYVAZ  MƏMMƏDOĞLU  N 022  20.02.2022. BAKI
  2. İBRAHİM  NOVRUZ  N 023  20.02.2022. BAKI
  3. ƏDALƏT  FƏHMİ  QARABAĞLI  N 024  10.07.2022. BAKI
  4. SƏYYARƏ  KÖNÜL  N 025  10.07.2022. BAKI
  5. AYƏTXAN  ZİYAD  (İSGƏNDƏROV)  N 026  12.07.2022. BAKI
  6. NURANƏ  RAFAİLQIZI  N 027   14.08.2022. BAKI
  7. MEHRİ AĞDAMLI N 028   04.11.2022. BAKI
  8. SƏMA MUĞANNA N 029   06.11.2022. BAKI
  9. ƏLİ BƏY AZƏRİ N 030   11.12.2022. BAKI

2023 – CÜ İL.

  1. MİNA RƏŞİD   N 031  21.07.2023. BAKI
  2. İSLAM SADIQ N 032 19.12.2023. BAKI.

2024 – CÜ İL.

  1. TƏRANƏ DƏMİR № 033 22.07.2024. BAKI.
  2. FƏRHAD ƏSGƏROV № 034 22.07.2024. BAKI.
  3. ARAZ ŞƏHRİLİ № 035 22.07.2024. BAKI.
  4. NƏZAKƏT EMİNQIZI N: 036 17.12.2024. BAKI.

2025 – Cİ İL.

  1. Hacı Əkbər Rüstəmov N: 037 21.12.2025. Bakı.
  2. Qarayeva Radə Nadir qızı N: 038 21.12.2025. Bakı.

================================================


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru