Uşaqkən bilməzdim dünyada nə var, Sinəmdə yatırmış min-min arzular. Bilmirdim yağacaq saçlarıma qar, Ömrüm xatirəyə dönəcək bir gün.
Dünyanın vəfası yoxdu əzəldən, Mən də ilham aldım bir şux gözəldən. Heyif ki, cavanlıq tez çıxdı əldən, Ömrüm xatirəyə dönəcək bir gün.
İnsan da çiçəktək açılıb solur, Buludtək hərdən də boşalıb dolur. Dünyadan köçəndə xatirə qalır, Ömrüm xatirəyə dönəcək bir gün.
Dünyada olmasın heç vaxt nəsh illər, Dolanacaq aylar, illər, fəsillər. Məni oxuyacaq gələn nəsillər, Mənim də həyatım sönəcək bir gün, Ömrüm xatirəyə dönəcək bir gün.
AY BUDAQ TƏHMƏZ Nə yaxşı tapışdıq, tanıdım səni, Gördüm uca dağsan, ay Budaq Təhməz! Bir budaq olmuşdun bir kök üstündə, İndi min budaqsan, ay Budaq Təhməz!
Saçın ağarsa da ruhun cavandı, Şəkərli, şərbətli dilin rəvandı. Şair var – şeiri quru, yavandı, Sən balsan, qaymaqsan, ay Budaq Təhməz!
Azərbaycan ədəbiyyatına ağır itgi üz verib. Ağsaqqal ustad şair Budaq Təhməz ömrünün 87-ci yayında həyatla vidalaşıb. Allah rəhmət eləsin. Amin.
Budaq Təhməz 2022-ci ildə ”Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə verilən ”Ziyadar” mükafatı ilə təltif olunub. “Xəzan” jurnalı redaksiya heyətinin üzvü idi. Mərhumun ölümündən kədərlənir, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Əli bəy Azəri, Ramiz İsmayıl, Məhəmməd Əli, Hafiz Əlimərdanlı, Ələsgər Talıboğlu, İbrahim Yusifoğlu, Rafiq Oday, Aləm Kəngərli, Kəmaləddin Qədim, Bəxtiyar Abbas, Ayaz İmranoğlu, Süleyman Abdulla, Mahir Cavadlı, Damət Salmanoğlu, Zaur Ustac, Əyyub Türkay və başqaları;
Azərbaycan ədəbiyyatına ağır itgi üz verib. Ağsaqqal ustad şair Budaq Təhməz ömrünün 87-ci yayında həyatla vidalaşıb. Heç bir xəstəliyi yox idi. Sağlam həyat tərzi yaşayırdı. Vaxtaşırı şair dostları ilə çay süfrəsi arxasında aparılan ədəbi müzakirələrə qoşulurdu. O, 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində anadan olub. Naxçıvan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib. 1970-ci ildə yaradıcılığa başlayıb. Şərurda ”İşıqlı yol” qəzetinin nəzdində ”Şərur qönçələri” ədəbi dərnəyinin yaradıcılarından və təşkilatçılarından biri olmaqla yanaşı həm də uzun illər dərnəkdə fəaliyyət göstərib. ”Aşıq Nabat” kitabının tərtibçisi olmuş Budaq Təhməzin şeirləri Türkiyə və İran mətbuatında dəfələrlə çap olunub. ”Mən vətənin oğluyam”, ”Şair ürəyi” və ”Kəndimizə bir qız gəlib şəhərdən” şeirləri Türkiyə türkcəsinə uyğunlaşdırılaraq Türkiyə ”Ədəbiyyatçılar və kültür adamları” ensiklopediyasında dərc edilib. Silsilə şeirləri filologiya elmləri namizədi Şamil Zaman tərəfindən fransız dilinə tərcümə olunub. Bir çox şeirinə musiqi bəstələnən şair aşıq və folklor yaradıcılığı barədə bir çox elmi məqalələrin müəllifidir. “Şair ürəyi”, “Mən vətənin oğluyam”, “Vətən dərdi”, “Çətin dövran əzə məni”, “Ötən günlərim”, “Gəmiqayaya salam”, “Qönçəbəyim”, “Naxçıvandan doğan Günəş” və s. kitabların müəllifi, “Qarabağ sinəmdə açılan şırım” şeirlər kitabının həmmüəllifi, “Aşıq Nabat” kitabının isə tərtibçisidir. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü olan Budaq Təhməz bir neçə şeir müsabiqəsinin qalibi olmuş, Azərbaycan Azad Qələmlər Cəmiyyətinin ”Qızıl qələm” mükafatına, milli mənəvi dəyərlərimizin və Məmməd Araz poeziyasının təbliğində göstərdiyi xidmətlərə görə ”Məmməd Araz mükafatı laureatı” diplomuna layiq görülüb. “Seçilmiş əsərləri”nin II cildliyi nəşr olunub. Ramiz İsmayıl onun həyatından bəhs edən “Ömür dastanının qıfılbəndləri” kitabını çap etdirib. Budaq Təhməz 2022-ci ildə ”Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə verilən ”Ziyadar” mükafatı ilə təltif olunub. “Xəzan” jurnalı redaksiya heyətinin üzvü idi. Mərhumun ölümündən kədərlənir, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Əli bəy Azəri, Ramiz İsmayıl, Məhəmməd Əli, Hafiz Əlimərdanlı, Ələsgər Talıboğlu, İbrahim Yusifoğlu, Rafiq Oday, Aləm Kəngərli, Kəmaləddin Qədim, Bəxtiyar Abbas, Ayaz İmranoğlu, Süleyman Abdulla, Mahir Cavadlı, Damət Salmanoğlu, Zaur Ustac, Əyyub Türkay və başqaları;
ÖLMƏYİB, YAŞAYIR HEYDƏR ƏBƏDİ Qoymadı tökülə millətin qanı, Qorudu, saxladı Azərbaycanı, Gəzdi qitələri, gəzdi dünyanı, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * “Ümid körpüsü”dür gözlərin nuru, Orda qərar tutub Heydər qüruru, Nura qərq elədi qədim Şəruru, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * Hər an qalib çıxdı siyasətində, Milləti qoymadı darda, çətində, Vətəni yaşatdı öz qeyrətində, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * Onun əsəridir Bakı – Ceyhanım, “Qara qızıl” verən Azərbaycanım, Sabaha inamla qaynayır qanım, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * Hər yerdə Heydərin izi görünür, Söhbəti görünür, sözü görünür, Hər kənddə, şəhərdə özü görünür, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * Mən Budaq Təhməzəm, yazan əlim var, Xoşbəxtəm, müstəqil, azad elim var, Üçrəngli bayrağım, ana dilim var, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! 13.10.2004.
Şair Ramiz İsmayılın “Ömür dastanının qıfılbəndləri” adlı kitabı çap olunub. Vaxtilə “Mingəçevir işıqları” və “Oqni Minqeçaura” qəzetlərinin, Mingəçevir yerli radio verlişləri redaksiyasının fəal ictimai müxbiri olan R.İsmayıl şeir yaradıcılığı ilə yanaşı nəsrdə də bir çox ədəbi nümunələr yaradıb. “Payızda xatırla məni” adlanan ilk kitabı 2000-ci ildə işıq üzü görüb. “Gözü yolda qalan var” sənədli povesti birinci Qarabağ müharibəsi dövründə Xramorddakı Qriqorian kilsəsində bir həftəyə yaxın erməni “boevikləri” ilə təkbaşına vuruşan Natiq Səlim oğlu Qasımovun döyüş yolu və həyatından bəhs edir. “Ömür dastanının qıfılbəndləri” kitabı isə şair-publisist, Məmməd Araz mükafatı laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Budaq Təhməz haqqındadır. “Şair ürəyi”, “Mən vətənin oğluyam”, “Vətən dərdi”, “Çətin dövran əzə məni”, “Ötən günlərim” və digər kitabların müəllifi B.Təhməzin Türkiyə və İran mətbuatında da şeirləri çap olunmuşdur.
R.İsmayıl şair dostunun həyat yolunu, yaradıcılığını, dostluqlarının ilk tarixini, ədəbi söhbət və müzakirələrini oxuculara geniş şəkildə çatdırır. Kitabda hər ikisinin qıfılbəndləri ilə yanaşı B.Təhməzin ayrı-ayrı vaxtlarda qələmə aldığı deyişmələr və ömrünün müəyyən məqamlarını əks etdirən fotoları da yer alıb. Şairin səksən beş illik yubileyi münasibətilə yazılan, “İmza” Nəşrlər evində ərsəyə gətirilmiş kitabın ön söz müəllifi yazıçı, “Xəzan” jurnalının redaktoru Əli bəy Azəridir.
Şair Ramiz İsmayılın “Ömür dastanının qıfılbəndləri” adlı kitabı çap olunub. Vaxtilə “Mingəçevir işıqları” və “Oqni Minqeçaura” qəzetlərinin, Mingəçevir yerli radio verlişləri redaksiyasının fəal ictimai müxbiri olan R.İsmayıl şeir yaradıcılığı ilə yanaşı nəsrdə də bir çox ədəbi nümunələr yaradıb. “Payızda xatırla məni” adlanan ilk kitabı 2000-ci ildə işıq üzü görüb. “Gözü yolda qalan var” sənədli povesti birinci Qarabağ müharibəsi dövründə Xramorddakı Qriqorian kilsəsində bir həftəyə yaxın erməni “boevikləri” ilə təkbaşına vuruşan Natiq Səlim oğlu Qasımovun döyüş yolu və həyatından bəhs edir. “Ömür dastanının qıfılbəndləri” kitabı isə şair-publisist, Məmməd Araz mükafatı laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Budaq Təhməz haqqındadır. “Şair ürəyi”, “Mən vətənin oğluyam”, “Vətən dərdi”, “Çətin dövran əzə məni”, “Ötən günlərim” və digər kitabların müəllifi B.Təhməzin Türkiyə və İran mətbuatında da şeirləri çap olunmuşdur. R.İsmayıl şair dostunun həyat yolunu, yaradıcılığını, dostluqlarının ilk tarixini, ədəbi söhbət və müzakirələrini oxuculara geniş şəkildə çatdırır. Kitabda hər ikisinin qıfılbəndləri ilə yanaşı B.Təhməzin ayrı-ayrı vaxtlarda qələmə aldığı deyişmələr və ömrünün müəyyən məqamlarını əks etdirən fotoları da yer alıb. Şairin səksən beş illik yubileyi münasibətilə yazılan, “İmza” Nəşrlər evində ərsəyə gətirilmiş kitabın ön söz müəllifi yazıçı, “Xəzan” jurnalının redaktoru Əli bəy Azəridir.
Budaq Təhməzin səksən beş illik yubileyi münasibətilə yazılan, “İmza” Nəşrlər evində işıq üzü görmüş kitabın redaktoru və ön sözün müəllifi yazıçı, “Xəzan” jurnalının baş redaktoru Əli bəy Azəridir.
“Qarabağ sinəmdə açılan şırım, Xocalı köksümə düşən ildırım. Mən bu ağır yükü necə qaldırım? Tapdaq altındadır Kəlbəcər, Şuşa, Vətən oğulları qalxın döyüşə!”
Salam olsun, çox dəyərli oxucum! Bilirəm ki, söhbətə yazılarıma xas olmayan bir üslubda başlamaqla sənin təəccübünə səbəb oldum. Ancaq bu cür misralar günümüzdə elə salama bərabərdir. Bəlkə də bir neçə mərtəbə ondan yüksəkdə dayanır. Hələ illər öncə “Qarabağ sinəmdə açılan şırım, …” – deyə dünyaya haray salan Budaq Təhməzin “Vətən oğulları” şeirində qaldırdığı ağır yüklü problemlərin bir çoxu artıq həllini (Şuşa, Kəlbəcər indi azaddır) tapsa da, ancaq Xocalı kimi yaralarımızın sadəcə üstü qaysaq bağlayıb. Qaysaq altında irinləmiş bu yara hər gün daha şiddətlə sancır. Yaşadığımız son günlərdə rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə baş verən özbaşınalıqlar bunu bir daha sübut edir. Budaq Təhməz yaradıcılığı bu kimi konkret faktlarla öz aktuallığını, zamanla səsləşməsini sübut etsə də onun qələmindən həyat qazanmış kəlamları, fikirləri məhdud zaman çərçivəsi ilə məhdudlaşdırmaq düzgün olmazdı. Geniş şərhə keçməzdən əvvəl istərdim ki, Budaq Təhməzlə yaxından tanış olaq. QISA ARAYIŞ Budaq Təhməz 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində anadan olub. Naxçıvan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib. 1970-ci ildə yaradıcılığa başlayıb. Şərurda ”İşıqlı yol” qəzetinin nəzdində ”Şərur qönçələri” ədəbi dərnəyinin yaradıcılarından və təşkilatçılarından biri olmaqla yanaşı həm də uzun illər dərnəkdə fəaliyyət göstərib. ”Aşıq Nabat” kitabının tərtibçisi olmuş Budaq Təhməzin şeirləri Türkiyə və İran mətbuatında dəfələrlə çap olunub. ”Mən vətənin oğluyam”, ”Şair ürəyi” və ”Kəndimizə bir qız gəlib şəhərdən” şeirləri Türkiyə türkcəsinə uyğunlaşdırılaraq Türkiyə ”Ədəbiyyatçılar və kültür adamları” ensiklopediyasında dərc edilib. Silsilə şeirləri filologiya elmləri namizədi Şamil Zaman tərəfindən fransız dilinə tərcümə olunub. Bir çox şeirinə musiqi bəstələnən şair aşıq və folklor yaradıcılığı barədə bir çox elmi məqalələrin müəllifidir. “Şair ürəyi”, “Mən vətənin oğluyam”, “Vətən dərdi”, “Çətin dövran əzə məni”, “Ötən günlərim”, “Gəmiqayaya salam”, “Qönçəbəyim”, “Naxçıvandan doğan Günəş” və s. kitabların müəllifi, “Qarabağ sinəmdə açılan şırım” şeirlər kitabının həmmüəllifi, “Aşıq Nabat” kitabının isə tərtibçisidir. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü olan Budaq Təhməz bir neçə şeir müsabiqəsinin qalibi olmuş, Azərbaycan Azad Qələmlər Cəmiyyətinin ”Qızıl qələm” mükafatına, milli mənəvi dəyərlərimizin və Məmməd Araz poeziyasının təbliğində göstərdiyi xidmətlərə görə ”Məmməd Araz mükafatı laureatı” diplomuna layiq görülüb. Budaq Təhməz 2022-ci ildə ”Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə verilən ”Ziyadar” mükafatı ilə təltif olunub. Şair hal-hazırda Bakı şəhərində yaşayıb yaradır.
QƏLƏM DOSTLARI ONU NECƏ XARAKTERİZƏ EDİR?
Söhbətimizi elə qaldığımız yerdən davam etdirək. Qeyd etdik ki, şairin müraciət etdiyi mövzular həmişə aktual və düşündürücüdür. Bu özlüyündə o deməkdir ki, Budaq Təhməz zamanın fövqündə dayanan laməkan qələm adamıdır. Şair təbiət gözəlliklərinə, yurd yerlərinə, tanınmış insanlara əsərlər həsr etsə də, yaradıcılığının əsas mövzusu ”Vətən mövzusu” olmuşdur. Keçən əsrin 70-ci illərində bir çox yazıb yaradanlar kimi Budaq Təhməzin də mövzularından biri Cənubi Azərbaycan haqqında olmuşdur :
O tayın qeyrətin çəkməliyəm mən, Ayrılıq odundan gözüm dolubdur. Bakı da Vətəndir, Təbriz də Vətən, Kim deyir günahkar Araz olubdur?”
… və təbii olaraq mövzu bu gün də aktualdır. Bütün bunlar bir daha yuxarıda qeyd etdiklərimizi təsdiqləyir. Budaq Təhməz sözünün qüdrətini göstərir. Şairin böyük söz, qələm adamı olmasını isbat edir. Şairin ”Şərurum”, ”Darı dağ”, ”Maxta”, ”Siyaquta qayıtmışam”, ”Ordubadı gəzərkən”, ”Arpaçayı aşdı-daşdı”, ”Naxçıvan torpağı”, ”Axura” və s. şeirlərində Azərbaycanın ayrılmaz torpağı olan Naxçıvanın gözəlliyi tərənüm edilir. Müasirləri, onu yaxından-uzaqdan tanıyan, qələminə bələd olanlar başqa-başqa vaxtlarda Budaq Təhməz sözü barədə öz fikirlərini bildiriblər.Gəlin onlardan da bir neçə nümunə ilə tanış olaq. Budaq Təhməzin yaradıcılığı barədə əməkdar elm xadimi, akademik Bəkir Nəbiyev ”Kommunist” qəzetinin 25.10.1983-cü il tarixli sayında, habelə akademik İsa Həbibbəyli onun şeirləri haqqında müsbət fikirlərini bildirmişdir. Filologiya elmləri doktoru Muxtar Kazımoğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Hikmət Mahmud, filologiya elmləri namizədi Sona Vəliyeva, Xalq şairi Balaş Azəroğlu, şair Rafiq Oday və başqaları şairin yaradıcılığı haqqında maraqlı fikirlər söyləmişdilər. Filologiya elmləri doktoru Muxtar Kazımoğlu yazır: “Budaq Təhməzin yaradıcılığına şairlərimizdən ən çox Səməd Vurğunun təsiri var. Sözün səlis dildə şairanə ifadəsi təbii bir cazibə yaradır və bu cazibə hesabına Səməd Vurğuna bağlanan hər hansı şair (o cümlədən, şair Budaq Təhməz. B.İ.) istər-istəməz hadisələrə eynilə Səməd Vurğun üslubunda yanaşmağa başlayır”. Geologiya-mineralogiya elmləri doktoru, professor Hikmət Mahmud isə şair Budaq Təhməzin yaradıcılığını belə qiymətləndirir: “Budaq Təhməz öz fərdi üslubu ilə seçilən şairlərimizdəndir. Poeziya şairin taleyinə düşən alın yazısıdır. O, öz fikrini istənilən formada ifadə edə bilir.” Filologiya elmləri namizədi Sona Vəliyeva şairin yaradıcılığına fəlsəfi nöqteyi-nəzərdən yanaşır: “Vətən sevgisi, sərhəd genişliyinin üfüqlərinə gedən yolun başlanğıc nöqtəsi doğulduğumuz evdən, həyətdən, bölgədən başlayır. Ağlımız, təfəkkürümüz böyüdükcə Vətən sərhəddinin sevgi hüdudlarını da həmin ölçüdə dərk edirik. “Şərurum” şerinin işığında sadə bir insanın, duyğulu şairin boya-başa çatdığı yurduna məhəbbətini gördüm:
Arpaçayı sinən üstə yol eylər, Tarlaların məhsulunu bol eylər, Günəş baxar, üfüqlərdən əl eylər, Əyilməyən dağ vüqarım, qürurum, Doğma yurdum, anam mənim Şərurum.”
Xalq şairi Balaş Azəroğlu isə Budaq Təhməzə olan məhəbbətini belə ifadə edir: “Mən Budaq Təhməzin söz dünyasına nəzər saldıqda hiss etdim ki, onun şeirləri də özü qədər səmimi və ürəyəyatandır. Onda ilhamlı bir şair ürəyi var, hər kəlməni, hər misranı ürəyinin süzgəcindən keçirərək yazır. Sözə qiymət verən oxucunu inandıran əsl söz adamıdır.” Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, tarix elmləri namizədi, NDP-nun ”Qeyrət”nəşriyatının direktoru işləmiş yazıçı Vaqif Məmmədov yazırdı: “Böyük Mövlanın bir kəlamı var: – “Ya göründüyün kimi ol, ya olduğun kimi görün…” Mən tam səmimiyyətlə deyərdim ki, Budaq olduğu kimi görünən və göründüyü kimi olan şairdir. Budaq bir sifətli insandır.O, yarım əsrdən çoxdur ki, şeirimizin əli qabarlı fəhləsi kimi bu yolda külüng vurur. Mənim Budaq Təhməz yaradıcılığına bir tədqiqatçı kimi, folklorumuzun, xalq yaradıcılığımızın, aşıq şeirimizin bilicisi kimi də böyük hörmətim var.” “Əgər çağlamasa ilham sinəmdə” müəllifin ən yeni qələm nümunələrindən biridir. Seçmə şeirlərdən ibarət olan 360 səhifəlik kitab 2022-ci ildə Bakı şəhərində (“Ecoprint”) işıq üzü görüb. Şair özü bu kitabını həm də “Seçilmiş əsərlərinin II cildi” kimi təqdim edir. Seçmə şeirlərdən ibarət olan kitabdan müəllifin öz seçimlərindən biri olan, kitabın üz qabığına çıxarılmış misra ilə başlayan bir bəndi diqqətinizə çatdırmaqla söhbətimi yekunlaşdırmaq istəyirəm:
Əgər çağlamasa ilham sinəmdə, Alışar sinəm də, yanar sinəm də. Məhəbbət olmasa elə sinəmdə, Mən eldən, obadan yaza bilmərəm.
Allah uzun ömür, can sağlığı versin. Yazın, yaradın. Dünya durduqca Budaq Təhməz sözü yaşasın! Şairin sözü yaşadıqca onun canından çox sevdiyi eli, obası onun sözlərində yaşayacaq! Var olsun, o taylı, bu taylı Azərbaycan! Yaşasın bütöv Azərbaycan!