Fəth etdiyin zirvədən uca zirvə yox daha, İndi həmin zirvədən xalqın baxır sabaha! Xalqın bütöv bir ordu, Sən Alı Baş Komandan! Tarixdə ən möhtəşəm Zəfəri Sən çalmısan! * * * Sən ey Ölkə Rəhbəri, Sən ey Dövlət Başçımız, Başımızda əbədi qalibiyyət tacımız! Sən ey Odlar Yurduma Yeni Bir Tarix Yazan, Sən ey əbədiyaşar, cahanşümul Qəhrəman! * * * Heydər dühası olub əsrə yol xəritəmiz, Qəlbimizdə yaşayan ən əziz xatirəmiz! Xalqının taleyinə günəştək doğulmusan, Əzminlə sübut etdin, Ulu Öndər oğlusan! * * * …Şöhrətin sığan deyil bir şeirin çərçivəsinə, Milyonlar qoşulacaq Atəşinin səsinə! Sən bütün varlığınla Vətəninə bağlısan! Güclüsən, çünki daim ədalətlə, haqqlasan!