Etiket arxivi: Dəyanət Osmanlı

“Məzarım  alınmaz bir ürək” deyərkən….

AFƏT ŞAHİDDƏYANƏT OSMANLI

“Məzarım  alınmaz bir ürək” deyərkən….

 İnsanın dəyəri onun fikirləri ilə ölçülür. Dəyərli fikir sahibi olan tanınmış şair Dəyanət Osmanlının  “Məzarım alınmaz bir ürək” şeiri  vətəni, torpağı öz anası bilib müqəddəs sayan, uğrunda canını fəda edən qeyrətli oğullarımızın daim qəlbimizdə yaşayacağını ifadə edən qiymətli nümunələrdən biridir.

Vətəni ana bilən əsgər öz balasını da Vətənə etibar edir, inanır ki, o, olmasa da balası əmin əllərdədir. Bu inam o qədər qüvvətlidir ki, heç kim qəhrəmanı YOLundan döndərə bilməz:

Bir əsgər vətənini

anasıyla al-dəyişik salmışsa

bu vətən uğrunda savaşdığında

balasının ana ovucunda

               özgür yaşayıb

onurlu öləcəyinə inanmışsa

Tanrı da döndərəmməz onu ölümdən

 “Tanrı da döndərəmməz onu ölümdən” deməklə əsgərin qərarının qəti olduğunu vurgulayır və Tanrı özü onu qəbuluna çağırır. Biz insanlar  seçim  hüququna  malık yaradılmışıq. Cüzi iradə hüququmuz var. Bu hüququndan istifadə edib insan öz yolunu seçib bu yolda qərarlıdırsa,  Allah bu yolu onun üçün açır. Yolundan öz iradəsi ilə dönmək istəməyən adamı Allah da döndərmək istəməz.

Qərar qətidir. Hakim(ALLAH) Hökm vermiş, qələm qırılmışdır.

SON UCda Allah Ona tərəf gələnin yolunu açar:

Şəhidlər Cənnət ətirli olar. Onları qoynuna alan Torpa(k)q da bu ətir sayəsində müqəddəsləşər, qiymətli olar. Və başqaları da bu yolda  hər şeydən keçər.

Lakin bu ölümlər öz nəticəsini  almayıb. Çünki torpaqlar hələ də əsirlikdədir:

Üstündən saysız  illər keçib

kiminçün yaşayıb

kiminçün öldüyüm yadımda deyil

dağilmiş bir qurd yuvasında

kimliyim unudulub ,-

deməklə uzun müddət erməni terroristlərinin tapdağı altında viran qalmış torpaqlarımıza və orada amansızcasına, xüsusi  vəhşiliklə öldürülmüş türk övladlarına işarə edir.

30 ilə yaxın erməni işğalına məruz qalmış torpaqlarımızda narahat ruhlar gəzir. Bu ruhlar həm də küskündürlər:  torpaq əsl sahibini gözləyir.

Bu üzdən:

Məzarım alınmaz bir qala

daşım susmaz bir tribuna

torpağım inləyir ürək kimi

küskün ruhların ayaqları altında.

 Haqq sonunda öz yerini tutdu.  

Nəhayət, tam olmasa da, torpaq uğrunda tökülən QIZIL QANlar hesabına əsirlikdən  azad olundu.

 QƏLƏBƏ – işgəncədən sonra yaranan  YARAların  ACIsını, AĞRIsını MƏLHƏM kimi sarır.

Qələbənin dadı uzun sürsün.

Türkün ÜZÜ hər zaman ALLAHa doğru yönələr. Allaha əmanət olun.

Müəllif: AFƏT ŞAHİD

AFƏT ŞAHDİN YAZILARI

DƏYANƏT OSMANLININ YAZILIARI

MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru