
1. Xoş gördük biraz sizi tanıyaq, Dilguşə Gülümcan?
Əslən Qazaxlıyam.
BDU və Moskva meşə təsarrufatı univetsitetini bitirmişəm.
Uzun müddət müxtəlif vəzifələrdə işləmişəm. Əlbəttə SSRİ dövründə.
2. Öhdəsindən gələ bilmisiniz o vəzifələrin?
Bəli, həm də çox yaxşı. Öhdəsindən gələ bilməsəydim yəqin ki, o vəzifələrdə qalmazdım.
3. SSRİ ni görmüsünüz indi iyirmi birinci illə ayaqlaşmaq çətin olmadı ki, sizin üçün?
Xeyir, İnsan hansı dövrdə olursa olsun onunla ayaqlaşmağı bacarmalıdır. Mən həmişə mübariz olmuşam. SSRİ dağıldıqdan sonra xalqımın, Vətənimin azadlığı uğrunda mübarizəmi bu günə qədər də davam etdirirəm. Yəqin ki, bunu şeirlərimdə də oxumusunuz.
4. Əslən qazaxlıyam dediniz qazax şairlərlə aşıqlarla tanınır havasından suyundanmı qazaxlısansa ya yazmalısan ya oxumalısan?
Yəqin ki, torpağındandı. İnsan torpaqdan güc alır.
5. Ailə də neçə uşaq idiniz? Dilguşə xanım…
Üç bacıyıq, mən böyük bacıyam.
İki bacım ekizdilər.
6. Evdə bir ədəbiyyaçı sizsiniz yoxsa sizdən başqada var ədəbiyyatla məşğul olan?
Mən ədəbiyyatçı deyiləm, kimyaçıyam, Atam ədəbiyyatçı olub. Uzun müddət məktəb direktoru işləyib. Qaldı ki, şeir yazmağıma, məncə şeir yazmaq üçün ədəbiyyatçı olmaq şərt deyil. Şairlik Allah vergisidir.
7. Səf eləmirəmsə dörd kitab müəllifisiniz necə qarşılandı? Kitablarınız…
Bəli dörd kitab müəllifiyəm. Beşinci kitabımı hazırlayıram.
Oxucularıma sonsuz təşəkkür edirəm. müsbət qarşılanmasaydı, yəqin ki, kitab çap etdirməzdim. yazar üçün ən önəmli olan onun oxucularıdır.
8. Məktəb də necə şagird olmusunuz müəllimlərinizi xatırlayırsınızmı?
20 şagird olmuşuq. doqquz oğlan, on bir qız.
bütün müəllimlərimi xatırlayıram. onların hamsının xatirəsi mənim üçün çox əzizdir. qazandığım bütün uğurlar üçün onlara borcluyam.
9. Atanız həm ədəbiyyatçı həm də məktəb direktoru olduğunu dediniz evdə necə biri idi atanız yazırdı yoxsa?
Atamın da şeirləri var idi. Amma çap etdirməmişdi. Atam rəhmətə gedəndə mən çox gənc idim və onun yazdıqlarının sonralar tapa bilmədim. Ata qayğısından çox tez məhrum olduğum üçün anamı həm ata, həm də ana bildim. Anam atazızlığımızı bizə o qədər də hiss etdirmədi. Çox zəhmətkeş insan idi anam.
10. Ruhu şad olsun indi hal-hazırda sizi ən çox düşündürən mövzular hansılardır?
Məni indi ən çox düşündürən mövzular xalqımın rifah halının yaxşılaşması, Dağlıq Qarabağımızın ruslardan və erməni daşnaqlarından azad olmasıdır. İnanın ki, bu mövzular mənim ən yaralı yerimdir.
11. Bilirsiniz indi nəşiryyatların sayı hesabsızdır özəlliklə işlədiyiniz nəşiryyatlar var qane edir sizi nəşiryyatlar?
Sizinlə tam razıyam.
Mən kitablarımı ayrı ayrı nəşiriyyatlarda çap etdirmişəm. Ona görə bu sualınıza çətinlik çəkirəm cavab verməyə.
12. Gənc yazarlar necə bir şair kimi sizi qane edirmi? Yoxsa sadəcə söz xətrinə yazırlar?
Gənc yazarlar arasında çox istedadlı gənclərimiz var. Sizə deyim ki, bir deyim var deyərlər ki, heç kim anadan doğulanda Molla Pənah doğulmur. İnanıram ki, gənclərimiz söz xətrinə yazmırlar. Qızılı nə qədər palçıqlasan da parıltısını itirməz. Demək istedadlı gənclərimiz kölgədə qalmazlar.
13. Çapa hazırladığınız kitabda şeirlər kitabıdır təqdimat düşünürsünüz yeni kitabınıza?
Mən təqdimatı sevmədiyim üçün heç bir kitabımı təqdimat etməmişəm. Ona görə bir söz deyə bilmərəm.
14. Təxəllüsünüz ,gülüm can , özünüz seçmisiniz?
Soyadım Gülümcanovadır, ona görə Gülümcan təxəllüsnü seçdim.
15. Son olaraq sizə öz minnətdarlığımı bildirirəm darıxdırmadıq sizi oxucularınıza sözünüz nə olardı?
Mənim yaradıcılığımla və həyatımla maraqlandığınız üçün mən də sizə çox təşəkkür edirəm.
Oxucularıma tək bir sözüm var nə qədər ki, mənim şeirlərimi oxuyurlar o qədər də mənim ömrümü uzadırlar. Allah bütün oxuculardan razı olsun. Yazarları oxuduqca onlara yazıb yaratmaq stimulu verirlər.
Söhbətləşdi: Alik DƏNİZSEVƏR
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru