Etiket arxivi: Dürdanə Qaraşova

Tariyel Abbaslı təqdim edir

ŞƏHİD ANASI

Gözünün yaşına qurban olduğum,
Sil o yaşları, düşmən sevinməsin.
Sən elə bir zirvə, elə bir dağsan,
Qəddin əyilməsin, ruhun sönməsin.

Sən qundaq yerinə bayraq bükmüsən,
Bu yurda fədakar vətən balası.
Sən övlad yox, bir vətən böyütmüsən,
Səbri polad olan şəhid anası.

​Gözün dumanlansa, qəlbin ağlasa,
Dik tut başını ki, yağı görməsin.
Könlün bu acıyla min yol dağlansa,
Ruhun əyilməsin, dizin çökməsin.

Bilirəm, hər dərddən ağırdır bu yük,
Gözündə nisgil var, qəlbində həsrət.
Şəhid anasısan, qürurun böyük,
Sənin mətanətin xalqa bir ibrət.

Baş əymə dünyanın dərdinə əsla,
Şəhid qanı ilə ucalıb torpaq.
Oğlun yaşayacaq zəfər ruhuyla,
Bu yurd var olduqca sönməyəcək haqq.

CANIM XALQA FƏDA OLSUN

Bir azəri qızıyam mən,
Canım xalqa fəda olsun.
İlham aldım bu vətəndən,
Vətən mənə ana olsun,
Canım xalqa fəda olsun.

Vətən mənim vuran qəlbim,
Millətimdi hər an səsim.
Bu vətəndə yoxdu dərdim,
Vətən mənə ana olsun.
Canım xalqa fəda olsun.

Yurd yuvamdı sağim solum,
Bu vətəndən necə doyum?
Gələcəyim azad yolum.
Vətən mənə ana olsun.
Canım xalqa fəda olsun.

Qucağına gələcəyik,
Torpağında öləcəyik,
Dərdi sizlə böləcəyik.
Vətən mənə ana olsun.
Canım xalqa fəda olsun.

SƏRƏFİM, VUQARIM EY ANA VƏTƏN

Hər tərəfin bağlı bağatlı yurdum,
Şərəfim, vüqarım ey ana Vətən!
Səndən ilham alıb sənlə yaşadım,
Şərəfim, vüqarım ey ana Vətən!

Dağların vüqarlı, düzlərin barlı,
Övladın qeyrətli, namuslu, arlı.
Tarixin şərəfli, nurlu, vüqarlı,
Şərəfim, vüqarım, ey ana Vətən!

Yolunda can versəm ufda demərəm,
Hər yerdə səninlə mən öyünərəm,
Balanam demişəm, yenə deyirəm,
Şərəfim, vüqarım ey ana Vətən!

Sənin hər daşında şəhid qanı var,
Bu igid xalqımın böyük şanı var.
Hər qarış torpağın bir dastanı var,
Şərəfim, vüqarım, ey ana Vətən!

Mən sənə bağlıyam, səndə elimə,
Bu gün fərəh qənub bu gözlərimə,
Ordum əlac etdi kədərlərimə,
Şərəfim, vüqarım ey ana Vətən!

Ucaltdın göylərə sən bayrağını
Qoy duman almasın o dağlarınl
Candan çox sevirəm hər bucağını
Şərəfim ,vüqarım ey ana Vətən

Müəllif: Dürdanə Qaraşova

Təqdim etdi: TARİYEL ABBASLI,

Filologiya üzrə fəlsəfə doktotu, Prezident təqaüdçüsü, AYB və AJB-nin üzvü.

TARİYEL ABBASLININ YAZILARI

Dürdanə Qaraşovanın digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<

“Cəbrayıl şəhidləri” kitabının təqdimat mərasimi keçirilib

“Cəbrayıl şəhidləri” kitabının təqdimat mərasimi keçirilib

Yazıçı-şairə Dürdanə Qaraşovanın Cəbrayıl şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Cəbrayıl şəhidləri” kitabının təqdimat mərasimi keçirilib.

Yazarlar.az   xəbər verir ki, 1 saylı Cəbrayıl qəsəbə klubunda baş tutan mərasim rayon icra hakimiyyəti başçısının müavini, Fəridə İbayevanın təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri Fəridə İbayeva, Tapdıq Nəsirov, Filologiya elmləri üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Yazıçı-publisist Tariyel Abbaslı, Ədəbiyyatşünas alim, Filologiya elmləri üzrə fəlsəfə doktoru Tahir Şirvanlı, YAP Cəbrayıl Rayon Təşkilatının sədr müavini Məhəmməd Əliyev, şairlər Hidayət Səfərli, Kamal Fərhad, Musa Aslanxanlı,
Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin sədri, Azərbaycan Bayrağı ordenli qazi Tahir Məmmədov və müavinləri, birliyin Cəbrayıl rayon şöbəsi sədri qazi Səməd Atakişiyev, Qarabağ çəmiyyətinin nümayəndəsi Cəlal Xudiyev və birlik üzvləri, mədəniyyət işçiləri, ictimai birliklərin nümayəndələri, yazarlar, şəhid ailələri, müharibə əlilləri və veteranlar, həmçinin 8 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra çıxış edən natiqlər kitabın tarixi əhəmiyyətindən və şəhidlərimizin göstərdiyi qəhrəmanlıq nümunələrindən, onların xatirəsinin daim uca tutulmasının vacibliyindən bəhs edib, bu cür əsərlərin gələcək nəsillər üçün böyük mənəvi dəyər daşıdığını vurğulayıblar.

Təqdimat zamanı kitab haqqında geniş məlumat verilib və müəllifin şəhidlərə həsr etdiyi əsərin ərsəyə gəlmə prosesi üzrə gördüyü işlər haqqında iştirakçılar məlumatlandırılıb. Qeyd olunub ki, “Cəbrayıl şəhidləri” kitabı Vətən uğrunda canından keçmiş qəhrəman övladlarımızın həyat yolunu, döyüş şücaətini və əbədi xatirəsini yaşatmaq məqsədi daşıyır, və tarixi əhəmiyyətə malik olan bu kitab gələcək nəsillərə çatacaq müqəddəs bir əmanətin miras qoyulmasına bir töhfədir.

Sonda tədbir iştirakçılarına təşəkkür bildirilib, şəhid ailələrinə dərin ehtiram ifadə olunaraq və xatirə şəkilləri çəkdirilib. Tədbirdən fotolar:

Yazarlar.az olaraq, biz də öz növbəmizdə Dürdanə Qaraşovanı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlumatı hazırladı: Leyla Mahirqızı

AYSEL ƏLİYEVANIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I