Etiket arxivi: Əlimərdan bəy Topçubaşov

Parisin fəthi davam edir!

Parisin fəthi davam edir!
Fransa dünya mədəniyyəti xəzinəsinə əvəzsiz incilər bəxş edən ölkədir. Elmin, incəsənətin, ədəbiyyatın elə bir sahəsi yoxdur ki, dünya şöhrətli fransız müəlliflər həmin sahələrdə ölməz əsərlər yaratmasın. Amma eynən ümumbəşəri dəyərlərə Fransa qədər zərbə vuran ikinci ölkə də tapmaq çətindir. Hiyləgər və simasız fransa keşişləri səlib yürüşlərinə, milyonlara günahsız insanların qanına bais olmalarına imza atmış, məzlum və suçsuzların ah-nalələri üzərində öz çürük taxtlarında xanədanlıq edən hökmdarları isə təkcə Fransanın yox, eləcə də bəşəriyyətin üzqaraları kimi tarixə düşmüşdür. Dünyada günahsızların ən kütləvi qanı axıdılan dini zəmində ən böyük qətliam da məhz 24 avqust 1572-ci ildə Parisdə baş vermişdir. Vorfalamey gecəsində Paris küçələrində bir gecədə 30 min insan öldürülmüşdür. Satqınlıq, dönüklük simvolu kimi yenə də fransız keşişləri hətta öz doğma torpağını qoruyan sadə kəndli qızı Janna Darkı yadellilərə satmışdır. Bəlkə də ziddiyyətlər burulğanı bütün zamanların tarixi boyu fransadakı kimi dünyanın heç bir bölgəsində özünü bunca çılpaqlığı ilə göstərə bilmməmişdir. Heç cürə inanmaq olmur. Necə olur ki, əsrlər boyu insanlığa sevgi bəsləyən fransız mədəniyyəti bu qədər çirkab içərisdən pərvaz etmişdir. Dünən və bu gün uşaqdan böyüyə hamının bildiyi həkimlik ən hümanist peşədir sadə həqiqəti fransada təzadın özünü belə heyrət içində boğmuşdur. İxtisasca həkim olan Gilyotin insan başı kəsmə “ixtirası” ilə bəşər tarixinin ən qanlı “kəşfinə” imza atmışdır.
Patrik Süskindin “Parfümer” əsərində canlandırılan XVIII əsr Fransası, ələlxüsus Parisin üfunət içində boğulması əfsuslar olsun ki, bu gün daha dəhşətli formada özünü göstərir. Sözün həqiqi mənasında çırkab qoxuyan Paris öz siyasi yetiklilərinin sərsəm siyasətində də miskinliyinin pik məqamını yaşayır. Yüz milyonlarla vəsait xərcləyib dünyanın ən mötəbər idman yarışına açılış yapır. Amma necə!
İnsanlığın indiyə qədər nail olduğu, oturuşmuş mənəvi dəyərlərini aşağılanması ilə. Sanki Yelisey kurarlarındakı söz sahiblərinin mənəviyyatı hər gün çirkab köpüklü Senada yuyunaraq bir az da artıq üfunət qoxuyur. Paradoksun özü belə təəccüb içində. Dünyanın valehedici ətirlərini istehsal edən Fransa mənəvi çirkinliyin içərisində üfunət qoxuyur.
Bəlkə də təəccüblü deyil, Əlcəzairdə milyonlarla insanı qətlə yetirənlər Xocalı cəlladlarına qucaq açır. Sülhə, barışa meydan oxuyur. Görünür xislət naqisliyi onların qanına hopub.
ABŞ-nin siyasi orbitində vurnuxan müasir Fransa, daha doğrusu müasir Fransanın siyasi kursunu həyata keçirənlər bütün bəşəri dəyərləri ayaqlamaqdan çəkinmir. Haqsızlıq, utanmazlıq sindromunun ağuşunda çabalayan fransa siyasi yetikliləri əslində ilk növbədə fransız xalqına, bütün qaranlıq dönəmlərinin çirkab bataqlığından əsil mədəniyyəti, ülvi dəyərləri cücərdən öz dahilərini də aşağılayır. Gerçəkdən onların ruhunu simasız davranışları ilə təhqir edir.
Ölkəmizə, xalqımıza qarşı çirkin maraqlarının doğurduğu siyasəti sərgiləyən Yeliseyin mövqeyinə əhəmiyyət vermədən azərbaycanlılar Fransanı, tərəqqipərvər Fransanı, yaxşı dəyərlər yaradan Fransanı, elmin, incəsənətin, ədəbiyyatın inkişafına maraqlı olan Fransanı fəht edir.
Fransanın 54-ci baş naziri Jorj Klemanso hələ 1918-ci ildə qətiyyətlə Azərbaycan istiqlalını tanımaqdan imtina etdiyi halda Böyük siyasətçi, XX yüzilliyin nəhəng diplomatı Əlimərdan bəy Topçubaşovun siyasi gedişləri qarşısında geri çəkilib, əvvəl inkar etdiyini iqrar etdi. Necə ki əvvəl heç cür qəbul edilməyən görkəmli şərqşünas professor Məhəmməd Sadıq bəy Ağabəyzadəni Faransada şərqşunaslığın sütunu adlandırlmaqla onun elmi naliyyətlərinə baş əydilər. Heç şübhəsiz zəngin ənənələrə malik fransız ədəbiyyatı Ümbülbanu qələminin qüdrətinə pərəstiş etdi. Generalını əsgər zəfərinin kölgəsində addımlağa diqtə edən əfsanəvi Əhmədiyyə Cəbrayılov igidliyinə təzim edən Fransa eynən də rəssamlıqda əsrlərlə şedevrlər yaradan fransız rəngkarlığı Toğrul Nərimanbəyov fırçasının sehrinə alqış dedi, bu gün də siyasət, elm, ədəbiyyat, incəsənət sferasındakı fəht marafonunu idmanda da öz şahanəliyini yaşadı.
Hidayət Heydərov 33-cü yay olimpiya oyunlarının qızıl medalını qazanmaqla, Topçubaşov və məsləkdaşlarının vaxtı ilə siyasi meydanda əldə etdikləri uğurun təntənəsi, Azərbaycan Bayrağını Parisdə dalğalandırdı. Məhz bu azərbaycanlı bahadırın sayəsində dahi Üzeyir bəyin nakam Əhməd Cavadın sözlərinə bəstəsi, himnimiz səslənərək bizləri qürurlandırdı.
Biz sevinirik, fəht edirik, qürbət səmalarında dolaşan Əlimərdan bəyin, Seyhun bəyin ruhlarını şad edirik, biz şərə düz yolla, əsil Qafqaz insanına xas mərdliklə qalib gəlirik.
Eloğlu, vətən adını uca edən Hidayət özündən əvvəlki siyasət, elm, ədəbiyyat, şücaət, incəsənət fatehlərinin fəht sıralamasını idmanda dedi.
Fikrimcə müasir fransa qeyrimüəyyənliyində narahatçılıqda olan Əlimərdan bəy, Ümbülbanu, Seyhun ruhları da Hidayətin qalibiyyət təntənəsinə alqış deyir. Eşq olsun:

Müəllif: Pərviz YƏHYALI

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru