Etiket arxivi: Əlizadə Əhmədli

Xarizmatik şəxsiyyət Əlizadə Əhmədli yaradıcılığı barədə

Əlizadə Əhmədli yaradıcılığı haqqında

Bildiyimiz kimi poeziya dili duyğuları canlandıran ümdə funksiyadır. Bu nöqteyi-nəzərdən də qəlbə duyumlu sözlər Əlizadə Əhmədli poeziyasının söz dəryasına səyahət etmək üçün bizə kifayət edər.
İstedadlı şairin poetik üslubu duyğuları formalaşdıran, mənəvi zövq verən dünyadır.
Əsərlərindəki fəlsəfi düşüncə, humanizm hissi, həyati fon, orijinal ifadələr yazara ən yeni dövr Azərbaycan ədəbiyyatında əhəmiyyətli yer vəd edir.

“Bir şirin yuxutək çıxsam qarşına,
Düşərəm sevginin yaz yağışına”.

Şair sevgi mövzulu bu şeirində ömrün səhifələrini vərəqə dolğun düşüncə ilə yansıtmışdır. Sənətkarın məhəbbət məzmunlu əsərlərində müxtəlif keyfiyyətləri özündə birləşdirən estetik nümunələr yaradılmışdır.

“Dönər bayatıya, qüssəli səsə,
Bir sevgi ağlayar içimdə nəsə”.

Real həyat hadisələrini, romantik düşüncələrini, xəyal dünyasının orijinallığını yüksək səviyyədə ifadə edən Əlizadə Əhmədli müxtəlif mövzulara toxunmaqla oxucuda özünə rəğbət qazandırmışdır.
Mövzulara və əsərlərə nümunələr ilə yanaşsaq görərik ki, yazarın yaradıcılığında vətən profili əhəmiyyətli yer tutur.

“Nəğməsi dilimdə elə həzindir,
Döyünən ürəyim, coşan səsimdir”.

İstedadlı şəxsiyyət ədəbi fəaliyyətində bir çox mövzuya toxunmuşdur, bunlardan biri də ictimai şeirləridir ki, yazar bu əsərlərində dövrün problemlərini yüksək məharətlə qələmə almışdır.

“Bir dərdi ödəmir neçə min fikir”.

“Namərdi atlıdır, mərdi piyada,
Keçəl Həmzələri həddən ziyadə”.

Ədəbiyyat xadiminin sosial mövzulu əsərlərində də bədiilik və həyatilik balansı qorunulur, belə şeirlərdə folklor nümunələrinə və modernizmə üz tutmuşdur.
İstedadlı şairin poeziyası həm də humanizm ideyalarını təbliğ edən söz sərvətidir. Xüsusilə insanlara, oxuculara yaşamaqla, düzgün amalla irəliləməklə əhəmiyyətli pillə tutacağına inandırır.

“Həyat təbiətin ərməğanıdır,
Həyatın qədrini biləsən gərək”

Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı içərisində olduqca mühüm yer tutur və məzmun rəngarəngliyi ilə də yüksək pillədə qərarlaşır. Müxtəlif obyektlərə, canlılara əsərlər ifadə olunur, hələ ta qədimdən nəzər salsaq, şifahi xalq ədəbiyyatında demək olar ki, bütün heyvanlara, canlılara, quşlara müxtəlif əsərlər həsr edilmişdir. Müasir dövrə gəldikdə isə Səməd Vurğunun ceyrana, Əliağa Kürçaylının qaranquşa və.s bu sıranı sonsuz sayda artıra bilərik. Onlarda biri də “Bülbül” şeiridir ki, istedadlı yazar bülbülü elə canlandırmış və elə gözəl ruh vermişdir ki, əsrarəngiz quşun təkcə səsi yox onun daxili aləmi də üzə çıxmışdır.

“Nə ağlarsan, nə sızlarsan?
Səsin düşüb elə bülbül”.

Sözə incə dəyər verməyi bacaran şairin əsas xüsusiyyətlərindən biri də sözdən nəsə ummamasıdır. Çünki çoxsaylı oxucuların anlayışlı mütaliəsi görkəmli şairi oxucuları üçün ziyalıya çevirmişdir. Biz bu gün dövrün düşüncəsinə bələd, dolğun düşüncəyə sahib Əlizadə Əhmədli poeziyasına çox qısa şəkildə nəzər saldıq və oxucularda bu nöqteyi-nəzərdən məlumat ifadə etmiş olduq. Şübhəsiz ki, şairin yaradıcılığı olduqca genişdir, böyükdür, mövzu rəngarəngliyi isə olduqca zəngindir, növbəti məqalələrdə isə şairin yaradıcılığı mövzu əhatəsinə görə daha dərindən tədqiq edilərək oxuculara çatdırılacaqdır, mühüm, incə, çox vacib məsələlərə toxunulacaqdır. Xarizmatik şəxsiyyət Əlizadə Əhmədliyə yaradıcılığında uğurlar arzu edirik.

Müəllif : Elşən Təhməzov

Qiraətçi, şair Azərbaycan ədəbiyyatı üzrə tədqiqatçı.

Elşən Təhməzoun yazıları

Əlizadə Əhmədlinin yazıları

SƏLİM BABULLAOĞLUNUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru