Etiket arxivi: Əzimov Səlim Köçəri oğlu

Ramiz MƏMMƏDZADƏ – DOSTLUĞUN DİRİJORU

56 il fasiləsiz məktəb direktoru işləmiş, Əməkdar müəllim, QızıI Qələm mükafatı laureatı Əzimov Səlim Köçəri oğlunun Əsrə bərabər ömür kitabına istinadən.
Bir insan ömrünü girov qoymuşam,
Bir müəllim ömrünü yaşatmaq üçün.”
Səlim Köçəri oğlu

1 FƏSİL PUBLİSİSTİK MƏQALƏLƏR

DOSTLUĞUN DİRİJORU

Əməkdar müəllim Səlim Əzimovun “Xatirələrdə yaşanan ömür” kitabı ətrafında düşüncələr

Kitab bağlamaq böyük mədəniyyətdir. Və bu mədəniyyət böyük səbir, hövsələ, həvəs, daxili bir ehtiyac, ən əsası isə bildiklərini, çoxlarına məlum olmayan (lap elə az da olsa, məlum olan) əhvalatları, həyəcanları, kədər və sevincləri, həyati hadisələrə münasibəti, arzu va xəyalları və s. və i. a. qələmin gücüylə ağ vərəqlərə köçürərək, adamları inandırmaq hər oğulun hünəri deyil. Dünyanın ən çətin işlərindən biridir, məncə, kitab yazmaq. Qələmi əlinə götürüb səni gözləyən vərəqlərlə dərdləşmək asan məsələ deyil…

Nədən yazmalı və necə yazmalı sualı həmişə yazanları düşündürüb, narahat edib və əslində insan dünyaya təbii bir möcüzə ilə necə gəlirsə, kitab da insan zehninin, yaddaşının, qayəsinin, iç dünyasının bənzərsiz balasıdır, övladıdır desək, bizi qınamazlar. Kitab ömrün izləri solmayan həmişəyaşar davamıdır, deyə də bilərik.

İstəkli dostumuz Səlim müəllim də kitab bağlamaq məsuliyyətinin çətinliyində uğurlar qazanmağı bacaran kişilərdən biridir. Bu, belədir. Bu, faktdır.

Ömrünün yarım əsrdən çox payını yeni nəslin formalaşmasına səfərbər etmiş, cənnət Qarabağın, füsunkar Ağdamın, doğma Novruzlu kəndinin hünərli, işıqlı, istiqanlı övladı kimi Səlim müəllimin bütün istedadını və mənəvi sərvətini insanlığa həsr etməsi qətiyyən təsadüfi deyil.

Səlim Əzimovun, əməkdar müəllimin, bütün varlığı həyat eşqilə çağlayan, sabaha, Qarabağın sabahkı günlərini böyük nikbinliklə gözləyən və hər sözünün nidasında “Ağdamda görüşmək azusu ilə” haray çəkən bu cəsarətli və qoçaq eloğlumun yeni kitabı qarşımdadır və bu qeydlərimdə Səlim müəllimin növbəti kitab bağlamaq hünərindən söz açmaq niyyətindəyəm…

2018-ci ilin payızında nəşr olunmuş kitabın redaktoru hamımızın sevimli dostu, sirdaşı, dərin zəkası və təbii istedadı ilə doğmalara, dostlara məhəbbəti, sədaqəti ilə, böyük rəhbərimiz Heydər Əliyevin siyasi xəttinin, yaradıcı təşəbbüslərinin reallaşması, yurdumuzun daha da qüdrətlənməsi yollarında məxsusi dəst-xətti olmuş əsl ziyalı deyib nümunə göstərə bildiyimiz hörmətli Sadıq Murtuzayevdir.

Yeri gəlmişkən, bu nurlu şəxsiyyətin mənim də o qədər zəngin olmayan həyatımdakı rolunu, qayğısını, doğma münasibətini həmişə dönə dönə deməyi özümün şərəf işi hesab edirəm.

Salim müəllimin bu yeni kitabına “Xatirələrdə yaşayan ömür” adını verib. Bir az romantik, bir az mistik, bir az həzin bir ad. Bəlkə ona görə bu adı seçib ki, sinəsi doludur, xatirələr bitib-tükənməzdir, dünənkı günlər, ötən çağlar, xatirələr Səlim müəllimin tərcümeyi-halında dipdiridir, canıdır, yamyaşıldır, saralıb solası deyil, həmişəbahardır.

İstəkli Sadıq müəllim kitabın girişində Səlim müəllimin zəhmətinə çox yüksək (layiqli!) qiymət verərək yazır: “Əziz dost! Digar kitablarımızda olduğu kimi, bu kitabınızda da oxucuları ensiklopedik bir toplu ilə sevindirmisiniz. Bu kitab da qaynar həyatınızın, sizin tükənməz həyat eşqinizin, böyük qəlbinizin əks-sədasıdır. Bir-birinin ardınca darc etdirdiyiniz kitablarınız sizin bu yaşda – doxsanı haqlayanda da tükənməz yaradıcılıq potensialınızdan, zəhmətkeşliyinizdən və həyat eşqinizdən xəbər verir”.

Bu möhəşəm fikirlərdən sonra daha nə demək olar, görəsən…. Məxsusi qeyd

Kitabdakı yazılar həqiqətən ensiklopedik çalarları ilə seçilir, necə
deyərlər, mövzular standart ardıcıllıqla verilməyib. Bəlkə elə bu səbəbə görə də əlinə götürüb vərəqlədiyin bu kitab istər yazıların mövzu istiqamətləri, istərsə də əsasən son illərin foto şəkilləri marağa səbəb olur, diqqəti cəlb edir.

“Səlim Əzimov fenomeni və onun “Ömür keçir, gün keçir” kitabı haqqında” adlı yazıda hörmətli Sadıq müəllim Səlim müəllimi böyük məhəbbətlə təqdim edir, konkret faktlara istinad edərək bu hünərvər
kişinin portret cizgilərini çəkir.

Əgər mən kitabdakı yazıların adını bir-bir çəkib məzmunu barədə söhbət açası olsam, onda gərək yeni bir kitab nəşr etdirək, bu da məncə, o qədər maraqlı olmaz. Yəni demək istəyirəm ki, bu yaraşıqlı kitabı oxumaq.
yenə də oxumaq gərəkdir. Kitabdan öyrəniləsi məlumatlar, bilmədiyimiz əhvalatlar,
tərbiyəmizin, mədəniyyətimizin, əxlaqımızın inkişafına vacib olan məsələlər yetərincədir. Dini adət-ənənələrimizlə bağlı tövsiyələr, müqəddəs din xadimlərinin mübarək kəlamları, həkim məsləhətləri, bizi saflığa, düzgünlüyə, insanların əlindən tutmağa, xeyirxah, xoşəməl olmağa, təmiz yaşamağa çağırır.

Bu cümləni yazanda hardasa 30 il avvət İstanbulda bir gecə göydən asılmış işıqlı bir yazı yadıma düşdü, nədənsə. Həmin yazı beləydi: “Təmiz ol!”

“Poeziya nümunələri” bölməsində verilmiş şeirləri də qəbul etmək mümkündür, çünki fikirləri şeir formasında qafiyələndirib yazmağın özü də mədəniyyətdir, insanım dünyagörüşünün formalaşmasına işarədir. O da
təbiidir ki, hər şeir yazan şair deyil. Rəsul Rza demişkən: “Şairlik bir sənətdir, bacarmayana dərddir”.

Bununla belə, kitabdakı şeir nümunələrini qəbul etmək mümkündür. Həyatdan nigaran və nisgilli getmiş çox istiqanı şair Şahmar Əkbərzadənin şəkli və şeiri ürəyimi ağrıtdı, kövrəldim

İtirə-itrə gedirik, Şahmar. Götürə-götürə gedə bilmədik.

Bu sirri-xudanın kökləri harda Bilmədik, ay Şahmar,
dada, bilmədik Hərdən təklənəndə, şərə düşəndə

Səni Ağdam bilib üstünə gəldim.
Üstünə gedəsi Ağdamım yoxdu…

Doğmalarını sevməyən vətənini, millətini sevə bilməz. Bu mənada, kitabda verilmiş ailə şəcərəsi nəyə desən dəyər: ata-ana, bacı-qardaş, ömür-gün yoldaşı, övladlar, gəlinlər, nəvələr, nəticələr… Nə gözəl!

Səlim müəllimin yeni kitabı, bu mənada, daha qiymətlidir. gərəklidir, bizlərdən sonra qalanlardandır.

Qarabağ müharibəsində bilavasitə iştirak etmiş, yaralanmış, həlak olmuş həmyerlilərimizin xatirəsinə bu formada bəlkə də heç kəs belə nəcib duyğuyla, həssaslıqla yanaşmağı bacarmayıb, məncə.

Tək Novruzlu kənd orta məktəbinin Qarabağ müharibəsində həlak olmuş məzunları haqqında kitabda getmiş bioqrafik məlumata görə Səlim müəllimə “Var ol!” demək bizim hamımızın borcudur.

Azərbaycanın Milli Qəhrəmanı Natiq Əhmədovu, “Azərbaycan bayrağı” ordenli Rizvan Məmmədhüseynovu, İsgəndər Xankişiyevi və digər həlak olmuş eloğlularımızı bir daha yad eləyən Səlim müəllimin aşağıdakı sözlərini həyəcanla, kədərlə, ağrıyla oxuyub murdar ermənilərə “ölüm!”, “məhv olsun!” deməmək mümkün deyil.

Şəhid olmuş cavanlarımızın yaralı ruhuna üz tutan müəllif yazır.

“Sizin hər birinizin adını yazanda mən Ağdamın səsini eşidirdim. Üzümə
Ağdamın mehi vururdu, Ağdamın göz yaşları üzümə tökülürdü, Ağdamın
həzin musiqisini eşidirdim, şəhidlərin siyahısından Ağdamın, kəndimizin
qoxusu gəlirdi, səsi gəlirdi, kəndimiz ağlayırdı, sizi çağırırdı”… Insafınız olsun, ay Səlim müəlim, ürəyimizi parçalayan bu sözləri necə yaza bildiniz?.. Allah sizə insaf versin, bizlərə rəhminiz gəlmədimi, yazıq deyilikmi…

Səlim müəllimin könlündə dostlara, tanışlara qarşı bir məhəbbət, səmimiyyət çeşməsi qaynamaqdadır. Əməkdar jurnalist qardaşımız, Ağdamın görkəmli ziyalıları arasında seçilib-sayılan Bəbir Hüseynov, iqtisadçı professor Əli Həsənov və digər şəxslər haqqında ürəkdolusu danışmağı bacaran Səlim müəllimin alicənablığı, diqqəti, isti münasibəti,
obyektiv mövqeyi də təqdirəlayiqdir, qəbulediləndir, təbiidir. Bir vaxtlar rəhbərlik etdiyi şəhər və rayonlarda yaradıcılıq, quruculuq potensialı, şəxsi təşəbbüsləri, mədəniyyəti, dünyagörüşü, səmimiyyəti, ən başlıcası isə xalqa, millətə, ölkə başçısına sədaqətilə fərqlənmiş, ad-san qazanmış istəklimiz Sadıq Murtuzayevlə dostluq, qardaşlıq münasibəti, mehribanlığı bir ayrıca mövzudur və hər birimiz bu nümunəvi dostluğun sirrini öyrənə bilsək, daha da zənginləşərik, artarıq…

Səlim müəllim dostluq dirijorudur. Adamları bir çağırışla toy məclislərinə, hüzr yerlərinə, yubileylərə, adi görüşlərə belə toplamağı bacaran və adamlar arasında ünsiyyət körpüsü yaratmağa qadir olan bir kişidir.

Səlim müəllimin dostluq fəlsəfəsi böyük Nazim Hikmətin dostluq haqqındakı məşhur bir fikrilə üst-üstə düşür.

Nazim Hikmət şeirlərinin birində buyurmuşdur:

“Dostluq ağac kimidir.

Əgər o ağac qurusa,

bir daha göyərəməz”..

Səlim müəllimin dostluq dünyasının kökləri torpağın darin qatlarında, gövdəsi polad kimi möhkəm, budaqları sağlam, yarpaqlan yamyaşıl, kölgəsi sərin, çiçəkləri ətirli, meyvəsi tamlı bir ağaca bənzəyir. Bu ağac solası, quruyası deyil.

Səlim müəllim şairlər demişkən, bu vəfasız dünyadan köçmüş keçmiş iş yoldaşlarının bir-bir adını çəkir, qısa məlumat verir ki, bu özü bizlərdən əvvəl vəfat etmiş şəxslərin yada salınıb xatırlanması üçün çox vacib olan əlamətlərdən

Səlim müəllim çox maraqlı bir şəxsiyyətdir. Bu şəxsiyyətin
üfüqlərinə hər əl çatası, səs yetəsi deyil, sonu bilinməzdir… Və günlərin bir günündə həsrətini çəkdiyimiz doğma Qarabağ Günəşinin boy verəcəyinə, yolları, dağları, dərələri, budaqları, göyləri, buludları, fəsilləri… bütün kainatı xoşbəxt günlərə qovuşduracağına inanıram…

Mən onu da bilirəm ki, Siz də o Günəşin parlayası gününü gözləyirsiniz.

Ramiz MƏMMƏDZADƏ,
15 dekabr 2018-ci il. Şüvəlan

“Təzadlar” qəzeti 18.12.2018-ci il.
Ardı var.

Əzimov Səlim Köçəri oğlu

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əzimov Səlim Köçəri oğlununun “Əsrə bərabər ömür” kitabı

56 il fasiləsiz məktəb direktoru işləmiş,Əməkdar müəllim,Qızıl qələm mükafatı laureatı Əzimov Səlim Köçəri oğlununun “Əsrə bərabər ömür” kitabına istinadən.
Bir insan ömrünü girov qoymuşam,
Bir müəllim ömrünü yaşatmaq üçün.
Səlim müəllim.

ÖN SÖZ

BÜTÖVLÜK MÜCƏSSƏMƏSİ

Böyük dostum Səlim müəllimin növbəti kitabı haqqında “Ön söz” yazmaq barədə düşünərkən bu adı seçməyim təsadüfü deyil.Bu mənim illər boyu keçirdiyim müşahidələrin nəticəsidir.Mənim 90 ildən yuxarı ömür yolum çox keşməkeşlərlə zəngin olmuş,iş belə gətirib ki,həyatımda vəfəaliyyətimdə on minlərlə adamlarla təmasda olub onları bacardığım qədər saf – çürük etmişəm və həm də hər zaman bütöv şəxsiyyət axtarmışam və buna çox nadir hallarda nail ola bilmişəm.Zira, bütöv şəxsiyyət fenomeni elə bir anlayışdır ki,onun deyərdim ki,saysız – hesabsız atributları vardır və bunların bütöv daşıyıcılarını tapmaq çox çətindir.

Səlim müəllimlə uzun illər tanışlığım və xüsusən son illər gündən günə möhkəmlənən dostluğumuzla bela qənaətə gəlmişəm ki, o məhz bütöv səxsiyyət fenomeninin daşıyıcısıdır və bu tapıntıdan qürur duyuram Zahirən görünən bir fakt onun 56 il məktəb direktoru işləməsi ( buna görə o, yəqin ki, Gennesin rekordlar kitabuna düşə bilər ) dəlili əsl bunun üçün kifayətdir. Mən əmək fəaliyyətimə pedaqoq, müəllim kimi başladığıma görə bunun necə bir amil olduğunu yaxşı bilirəm.

Lakin bütöv şəxsiyyət fenomeni yuxarıda dediyim kimi çox mürəkkəb bir anlayışdır ve onun mahiyyətinə varmaq üçün elə keyfiyyətlər var ki, bunları saf çürük etmək də çox böyük axtarış tələb edir. Səlim müəllimin nəşrinə hazırladığı bu kitabını məhz belqə bir axtarış üçün çox zəngin mənbə kimi dəyərləndirmək olar.

Kitabda özünə yer tapan 35 yazımın hər biri Səlim müəllimin bu va ya digər keyfiyyətinə işıq salıb onu bu bütövlüyə yaxınlaşdırır və sonda tamamlayır.

Kitabın epiqrafında verilən

“Bir insan ömrünü girov qoymuşam,

Müəllim ömrünü yaşatmaq üçün”

sözləri elə bu bütövlüyün başlanğıcıdır. Zira, dünyada müəllim peşəsindən dəyərli bir peşə olmadığını kim bilmir?

Kitab gözəl şairimiz və publisistik yazılarında məndə çox görkəmli bir ədəbiyyatşünas alim təəssüratı yaradan dostumuz Ramiz Məmmədzadənin “Dostluğun dirijoru” yazısı ilə başlayır ki, bunun üçün də Səlim müəllimə əhsən demək olar. Bu yazı kitabın ən dəyərli və Səlim Əzimov şəxsiyyətini işıqlandırımaq baxımından ən tutarlı yazısı olduğuna görə yəqin ki, belə seçim edilib.

Ramiz Məmmədzadənin yazısı Səlim müəllimin “Əsrə bərabər Ömür kitabına verdiyi şərhdir və bu kitabına da həmin adı seçməsi ( bu yerdə dünyaca böyük qırğız yazıçısı Cingiz Aytmatovun sovetlər dönəminin ən ali mükafatına Lenin mükafatına layiq görülən kitabına nəzirə kimi səsləndiyini də dilə gətirmək olar ) də diqqətəlayiqdir. Səlim müəllimin ömür yolunun 90 illiyi olsa da, o, bəlkə də öz məzmununa
bir neçə belə ömür yaşamışdır. Ramiz müəllimin yazısı başdan ayaga Səlim Əzimov səxsiyyətini açmaq üçün ciddi cəhddən ibarətdir. Bu mənada gəlin onun açmalanin fikir verək

Müəllif onu kəndinin hünərli, işıqlı, istiqanlı övladı, bütün istedadını və mənəvi sərvətini insanlığa sərf etmiş bir şəxsiyyət kimi dəyərləndirir Mənim də elə həmin kitaba yazdığım “qaynar həyat, tükənməz həyat eşqi ilə yaşayan bir insan olduğunu iqtibas etməsini də alqışlayıram. Müəllif yazır: “Səlim müəlimin kəlamları bizi saflığa, düzgünlüyə, insanlarım əlindən tutmağa, xeyirxah, xoşəməl olmağa, təmiz yaşamağa çağırır Müəllifin Səlim müəllimin bir hikmətini “doğmalarını sevməyən
vətənini, millətini sevə bilməz” kəlamını iqtibas etməsi də təqdirə layiqdır. Bu yerdə Səlim müəllimin nəsil şəcərəsi barədə yazılanları bunun gözəl nümunəsidir.

Müəllif Qarabağda şəhid olmuş məzunlar haqqındakı biografik məlumata görə Səlim müəllimə “var ol” deyir. Səlim müəllimin bu
şəhidlər haqqında dediklərini oxuyub kövrəlməmək mümkün deyil. Ramiz müəllimin bu barədə yazısını mən də təkrar etməyi vacib bilirəm. “Sizin hər birinizin adını yazanda mən Ağdamın səsini eşitdim. Üzümə Ağdamın mehi vururdu, Ağdamın göz yaşları üzümə tökülürdü, Ağdamın kəndimizin qoxusu gəlirdi, səsi gəlirdi, kəndimiz ağlayırdı, sizi çağırırdı” Bu sözlər Ramiz müəllimi də kövrəldir və deyir. “Insafınız olsun, ay
Səlim müəllim, ürəyimizı parçalayan bu sözləri necə yaza bildiniz, Allah sizə insaf versin, bizə rəhminız gəlmədimi, yazıq deyilikmi?”

Müəllif yazır. “Səlim müəllimin könlündə dostlara qarşı məhəbbət,
səmimiyyət çeşməsi qaynamaqdadır”.

Əhsən sizə, Ramiz müəllim, Səlim müəllimin bu əvəzsiz keyfiyyətini nə gözəl tutmusunuz. Sonda müəllifin Səlim müəllim haqqında dediklərinə mən də ürəkdən qoşulub onları təkrar edirəm: “Səlim müəllim çox maraqlı bir şəxsiyyətdir. Bu şəxsiyyətin üfüqlərinə hər əl çatası, səs yetəsi deyil, sonu bilinməzdir.

Kitabın digər yazılarında da Səlim müəllimin şəxsiyyətinə işıq salan məqamlara toxunmaq istəyirəm.

Səlim müəllimin riyaziyyatçı alım, hindşünas Tofiq Əliyev (Tofiq Mükes) yazısı görkəmli alimin diqqətə layiq fəaliyyəti ilə yanaşı onun dostları olması hind aktyoru Radj Kapurun, Rəşid Behbudovun, bir sıra dünya şöhrətli alimlərin xatirəsinə işıq salaraq görkəmli publisist qələminin məhsulu kimi oxunur

Onun “Dilimizi qoruyaq” yazısı hər zaman, hər kəs üçün aktualdır. dilimizə yatmayan yad ünsürlərdən onu qorumaq mənasında qiymətlidir. Burada niyə yad ünsürlərdən sözlərini işlətməyim ona görədir ki, saysız- hesabsız dünya dilləri arasında elə birisi yoxdur ki, onun tərkibində elə saysız-hesabsız alınma sözlər olmasın. Məsələn dünya dilləri arasında ən çox yayılan ingilis dilində belə məşhur isveç alimi Şarl Balli yazır ki, onun tərcüməsində olan sözlərin 75%-i alınma sözlərdir.

Məsələ bundadır ki, dilimizdə doğmalaşmış sözləri qoyub başqa dillərdən yeni sözləri gətirmək yolverilməzdir və Səlim müəllimi də narahat edən bu məqamdır. Onun “dillə zarafat etmək olmaz, günahdır, onu əzizləmək, oxşamaq, sevmək gərəkdir” sözləri diqqətəlayiqdir. Səlim müəllimin “Özü getdi, sözü qaldı” yazısında verilən “ölüm
qorxulu deyil, əziz dostlar, qorxulu unudulmaqdır, dostları unutmayın” sözlərinin böyük müdrikliyinə söz ola bilərmi?

“Dostuma məktub yazısının müəllifi Cəfər Qanlı (Tərtər) yazır: “Səlim müəllim neçə alimin, mühəndisin, xalqına layiq övlad olan yüzlərlə insanın inam yeri, söykəndiyi ziyalı ağacıdır. Səlim müəllimin “Təlim-tərbiyə məsələləri” yazısı insan fəlsəfəsinin
zənginliyindən xəbər verən bir fəlsəfi traktatdır. Onun insan üçün vacib bildiyi hədəflərə fikir verin: başqalarına gərəklik, özünü təsdiq, mümkün qədər çox iş görmək, çox eşitmək, çox öyrənmək, daha geniş dairədə adamlarla əlaqə saxlamaq, ad-san qazanmaq, daha çox yaxşı işlərə yaramaq, onu tanıtmaq, kişiliyini, mənliyini qorumaq və s. Bu keyfiyyətlərin hər biri Səlim müəllimin şəxsiyyətində çox qabarıq şəkildə öz əksini tapmışdır.

Bu yazıda onun dünya müdriklərindən seçib təqdim etdiyi kəlamların hər biri insan fəlsəfəsinin ən dərin qatlarına gedib çıxan hikmətlərdir.

“Tarixi abidələrimiz, uca boylu bağlarımız” yazısı ilə ağsaqqalın ürək çırpıntılarını eşitməmək mümkün deyildir.

“Ağdamda görüşmək arzusu ilə” yazısı böyük tarzən Ramiz Quliyevin şərəfinə səsləndirdiyi sözlərin hikmətinə də fikir verin: “Şərəfli ömrünün kövrək cığırları – böyük yola çıxan, özü isə böyük həyat amalı və
nurlu əməlləri ilə insanlığın, şəxsiyyətin, ləyaqətin, sənətın işıqlı yoluna çevrilən, mötəbər, nüfuzlu bir bəşər övladı”. Bu sözləri dilə gətirən Səlim müəllimin özü də bu gözəliyin parlaq timsalıdır.

O , bu yazısında Ağdamın şərəfinə söylənmiş şeirlərdən gətirdiyi nümunələri oxuyarkən böyük Səməd Vurğunun bir beyti yadıma düşdü “Qurbanı olduğum çinar kölgəsi,

Mənim də şeirimin qibləgahıdır.” Bəli əziz dostum “Qurban olduğun Ağdam torpağı, mənim də qəlbimin qibləgahıdır”

Əsrə bərabər ömür yazısında bu nurani kişinin ən çox zövq- şəfa duyğuları övladları, nəvə və nəticələridir. Bu da bir daha onun ucalığına dəlalət edir. Zira, hər bir insan övladının ən böyük qayəsi yaxşı övladlar yetişdirməsidir. O, bu məramına nail ola bilibsə, bu, onun bütövlüyünə dalalət edir.

” Xatirələrdə yaşanan ömür ” yazısında mənim həyat yoluma işıq salan Səlim müəllimə, bu əvəzsiz dostuma dərin minnətdarlığımı bildırırəm Yeri gəlmişkən deyim ki, ömür yolumda yaxşı olan nə varsa
sizin kimi insanları özümə dayaq, arxa seçməyim olub. “Həbsxananın bir addımlığında” yazısı Səlim müəllimi görkəmli bir ədəbiyyatşünas alim səviyyəsinə qaldırır.

“Qardaş nisgili” yazısı qardaş faciəsinə (Saday qardaşının xəstəliyinə) həsr olunur və burada da Səlim müəllimin bu sevgidən doğan böyüklüyünün şahidi oluruq.

“O, dəyərli ziyalıdır” yazısı Ağdamın
sayılıb-seçilən ziyalısı Çimnaz
xanım Əliyevaya həsr olunub və Səlim müəilimin insan sərrafı kimi şəxsiyyətini bir daha büruzə verir. Kitabın II fəsli dünyadan vaxtsız köçən gözəl şairimiz Şahmar Əkbərzadənin xatirəsinə həsr olunmuşdur. Səlim müəllimin onu
istedadlı şair olmaqla yanaşı, həm də xeyir-şər yaraşığı adlandırması çox orijinaldır və bu da onun bütöv insan amilini dəyərləndirməyin zirvəsində dayandığına dəlalət edir. Onun şairə üz tutub dediyi bir kəlamını iqtibas etməmək mümkün deyil: “Duz-çörəyə, dostluğa sədaqət, onun kişilik simvolu idi”. Əziz dostum, düz deyirsən, siz özünüz bu simvolun gözəl nümunəsisiniz.

Kitabın III fəsli Səlim müəllimin ensiklopedik dünyagörüşündən xəbər verir. Burada onun Allaha bağlılığı ilə yanaşı insanı yaşadan sağlamlıq amillərinə dair əks etdiyi hikmətlər, məsləhətlərdir.

Kitabın IV fəsli dünyanın ən məşhur dövlət xadimləri barədə çox maraqlı məlumatlarla yanaşı ömür-gün yoldaşı Zabilə xanıma olan sonsuz
məhəbbəti, onu itirməsilə sankı dünyasını itirməsi və çırpınan qəlbinin ah zarını eşitməmək olmur. Bu da bir daha onun bütövlük dünyasından xəbər verir.

Burada müəllifin hər cümləsini, hər sözünü oxuyub həyəcan keçirməmək mümkün deyil.

Əziz dost! Yazıların hər birin Ağdamda görüşmək arzusu ilə tamamlayırsınız. Böyük Yaradan bu arzunuzu tezliklə çın eləsin. Kitabın son cümləsini oxuyub iqtibas edirəm:

“Əziz oxucular! Bacardığınız qədər yurd yerlərini xatırlayın, yada salın, gecə yatanda yönü Ağdama tərəf yatın, şəhidlərimizə rəhmət oxuyun, bu gün yaşayanların qədrini bilin, bir-birinizə hörmət edin, kömək edin, arxa durum”.

Bu sözlər bir daha Səlim müəllimin bütövlük mücəssəməsinin parlaq
ifadəsidir.

Dostun: SADIQ MURTUZAYEV

Filologiya üzrə falsəfə doktoru. “Qızıl qələm” mükafatı laureatı

25.11.2019

ƏZİMOV SƏLİM KÖÇƏRİ OĞLU

SADIQ MURTUZAYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru