
MÜHARİBƏ MÖVZUSU
Hərdən mənə sual verirlər: Müharibə “Niyə bizim yaradıcı ziyalılar: yazıçı, şair, rəssamlar müharibə mövzusuna bu qədər çox əhəmiyyət və yer verirlər. Axı müharibədən 35 il keçib… tamaşaçı, dinləyici, tənəzzövçü yorulub bu mövzudan. Bəs deyilmi? Yox bəs deyil… müharibənin xalqlarımıza vurduğu yara elə böyük, onun nəticələri bu günkü gənclik üçün o qədər dərin tərbiyəvi, əxlaqi əhəmiyyətə malikdir ki, bu mövzu hələ bizə neçə nəsil yaradıcı ziyalı məşğul edəcək. Hələ bir neçə nəsil nasir, şair, rəssam bu mövzuya müraciət edəcəkdir. Neyçünmü? Buyurun. Vaxtı ilə bir ərəb müxbirin eynilə beləcə sualına verdiyi cavaba bənzər bir cavab verim: Axı hələ indi də bir üzü qız bir üzü gəlin ikən, ölüncə ana olmaq dadını bilmədiyi halda qarıyıb nənəyə çevrilən, hələ də gözlərini nişanlısının getdiyi yollara dikən sədaqətli qızlar göz önündədir. Atası gedəndə sonra dünyaya gətirdiyi yeganə övladını ögey ata etməyib, hörüyünü birini ağ – birini qara hörmüş, dulluq qurşağını bərk bağlamış, bircə balasını min ata zəhməti ilə böyüdən gəlin analar göz önündədir. Axı bürüşük yanaqlarında 41-ci ilin yaşı hələdə qurumayan oğulların cəbhələrdə, qanlı hərbin udduğu, amma indi də buna inanmayıb nişan üzüyü, örpəyi yığılmış boğçanı titrək əllərlə sığallayan müqəddəsə çevrilmiş analar göz qabağındadır və bütün bunlar öz əslini, nəsəbini xaricdən gəlmə bir cındıra dəyişməyə hazır olan bəzi para cavanlar üçün əbədiyyət heykəli kimi örnəkdir. Məgər biz müharibə mövzusundan belə asanlıqla ayrıla bilərikmi?
Mənim əziz dinləyicilərim müharibədən keçən bu otuz beş il ərzində haqqında heç danışmayan bir kənd haqqında sizə danışmaq istəyirəm. Vətənpərvərlik mövzusundan canlı mücəssəməsidir bu kənd. Bu kənddə çox olanda on altı, az olanda on beş ev var idi. Səbəbi də bu idi kənd sakinləri Şahbala sözü üzə deyən qardaşı pəhləvan. Bəybaladan tez-tez küsür, bir saat içində evini, bir çətən külfətini də götürüb dəvəyə yükləyir, köçüb harasa gedərdi. Hirsi soyuyanda pəhləvan qardaş gedib onun köçünü yenə dəvəyə yükləyib əvvəlki yurduna gətirərdi. Qardaşların arvadları küləş Fizzə ilə Mehriban Bəyim bir qazan südü aş bişirib elliklə yeyər, yenə də can bir qəlbdə yaşardılar. Kənddə məmə yeyəndən pəpə deyənəcən bir-birini nəinki yaxşı tanıyırdı, hətta bu gecə şam eləyib – eləmədiyini, yuxuda nə gördüyünü də bilərdi. Gah on beş , gah on altı evlik kənddə əhalinin sayı əllini heç etməmişdi, məktəbi yox idi. Xırdaca kolxoz zor-bəla öz əkərini əkə, biçərini biçə bilsin deyə onları gah bu, gah da o biri qonşu kolxoza, ayrıca briqada kimi qoşardılar. Kənddə nə radio var idi, nə də hətta neftlə yanan pilətə, çıraq da yox idi. Axşam olcaq mal heyvan farağatlanana kimi yerlərinə girər, dan üzü ayılıb iş-güclərinə başlardılar. Nə traktor var idi, nə yük, nə minik maşını, hər şey əl ilə görülürdü, yaba, şana, kürək, bel, vəl-kotan, bütün “texnika”da bundan ibarət idi. Elə bilməyin ki, mən inqilabdan əvvəlki kənddən danışıram, yox, lap Böyük Vətən müharibəsi başa çatanacan da kəndi belə görmüşdüm. Kəndə əl çatmırdı, ün yetmirdi. Göydən bir gilə yağış düşən kimi yollar dizəcən lehməyə dönürdü. Zarafatca “Azərbaycan Kamçatkası” adlandırılan bu kəndə gediş-gəliş kəsilirdi. Yayacan taxıl əkər, heyvan bəslərdilər. Meyvənin üzünü bazarda görərdilər. Hər şey taxılla bağlıydı. Bütün xəbərlər bura gec çatırdı. Amma dava xəbəri elə həmin gün çatdı. Qara xəbərin ayağı yügrək olar – deyib babalar. Elə həmin gün səfərbər oldu. Qazıməmməd rayonunun Tağılı kəndi. – Sovet ordusuna, döyüşən cəbhəyə nəyi vardısa verdi. Şahı ana bircə balası Rüstəmi bağrına daş basıb Hacıqabulacan yola saldı. Qayıtmadı Rüstəm, elə Rüstəm deyə-deyə köçdü dünyadan Şahı ana. Ayxanım ana iki oğlunu Qardaşxanla Zülfüqarı, Nurxanım ana Ağasəfərlə Fətixanı(Fətulla), gəlin yaşmaqlı Güləbətin körpəsi Zöhrəni kürəyinə sarıyıb istəkli əri-kəndin cavan kolxoz sədri İsfəndiyarı, onu əvəz edən qoca kolxoz səbri Məmmədşah kişi oğlu İbrahim, qaynı Balayrəhimi, bütün kəndin cavanları Əlbabanı, Əzizi, Seyfullanı… və ümumiy-yətlə bu on iki evli xırdaca kənd böyük Vətən müharibəsi cəbhələrinə 16 döyüşçü yola saldı. Hər ev başına biri düşürdü. Kəndin bütün qız gəlini, qarısı əli çomaq tutan uşağın qurşağını daha da bərk bağladı və bu kənd onun işçi qüvvəsi üçün ağlasığmaz dərəcədə çox ərazidə taxıl əkməyə, dövlətə verməyə başladı. Arvad-uşaq elə döşlərdə yollarda kotan sürüb löhran yer şumlayırdı ki baxanın başı gicəllənirdi. Dö-yüşən orduya taxıl da verdi, ət də. Yun köynək, corabda toxudu verdi, mis qazanlarda sərinc də yığdı. Əlindən gələni elədi. Müharibə illərində də onlarla əlaqəm kəsilməmişdi. Ara-bir gedərdim. dərd-sərlərinə şərik olardım. Dava qurtardı. Tağılı kəndi Pirsaatın o biri sahilinə köçdü. İndi burada evlər nar, heyva, sərv, çinar, ağacları içində yaşıllığa qərq olub. İliç lampaları kəndə televizor, soyuducu gətirib. On altı ev otuz beş olub, əhalisi üç yüzə çatıb. çoxuşaqlı qəhrəman analar, zəhmətsevər atalar… səkkiz illik məktəb, yüz yerli klub… İndi yenə burdayam. Müharibə veteranı Zülfüqar kişinin qonağıyam.
Albomu vərəqlədikcə acılı-şirinli əski xatirələr məni kövrəltmişdi. Axtardığımı tapa bilmirdim, amma tanış simalar indi uşaqlıq cizgilərini itirmiş, üzləri güclə xatırladırdı. Birdən bu alboma və onun sahibinə xas olmayan iki şəkil nəzərimi cəlb etdi. Birində ağ saçlı bir rus qadını, ikincisində Moskva Kremli fonunda çəkilmiş dörd gənc şəkil. Çevirdim, baxdım. Gənclərin şəkilinin arxasında heç nə yox idi. Qadının əksinin ardında solğun mürəkkəblə bu sözlər yazılmışdı. “На память о Пензе: нерусскому сыну от русской матери” Tarix də yox idi, ad da. Zülfüqar kişinin üzünə baxdım, dinməzcə oturub gözlərini mənim baxdığım şəklə zilləmisdi. Bir aləm ömür yaşamış, dünyanın acısını, şirinini görmüş bu gözlər mənə elə gəldi ki, nəmlənib, onlardan biri nəvaziş, mehribanlıq oxunurdu. Sualımı gözləmədi. Həzin bir nağıl danışan kimi sözə başladı:
– Anamı tanımasaydın doğmaca anamdı deyərdim; amma indi ikinci anamdı deyirəm. O şəkildəki cavanlar, oğlu, gəlini və nəvələridi. Səni yorsamda tarixcəsini bir az uzaqdan başlamalıyam. Cəbhəyə yerlilərimizlə birgə getmişdim. Əvvəl Şimal Qafqazda 90-cı ehtiyat polkunda polkovnik Hüseynovun komandanlığı ilə hazırlıq keçdik. Sonra ikinci Ukrayna cəbhəsində döyüşlərə girişdik. 379-cu atıcı polkda idim. Əl pulemyotu atırdım. Xarkovdan Dnepro-Petrovskacan bir aydan da çox vuruşa-vuruşa keçdik. Dneprin keçilməsindən Dnepropetrovskin azad edilməsində, Kirovoqrad uğrunda vuruşmalarda mənim də payım var. Mənim də qanım orda axıb. Əvvələ yüngül qəlpə yarası aldım, döyüşlərdəcə sağalıb yenidən pulemyotumun dəstəyindən yapışdım. 27 noyabr 1943-cü ildə Kirovoqrqad uğrunda vuruşmalarda ağır yaralandım. Məni Penza qosbitalına göndərdilər. Həkimlərimiz sağ olsun, sağaltdılar məni, ancaq daha döyüşə bilməzdim. Odur ki, Penzada fəhlə şəhərində silah zavodunda çalışmağa başladım. Elə ikinci ana adlandırdığım Valentina Qriqoryevna Sadovnikova ilə də orda tanış oldum.
O mehriban gözlərlə əlindəki şəklə baxıb sözünə davam etdi:
– Valentina Qriqoryevna silah zavodunda sex rəisi işləyirdi. Əsli Moskvadan idi, zapodla bura köçmüşdü. Mən də qospitaldan təzəcə çıxmışdım, çox qan itirmişdim, yara-larım hələ tam sağalmamışdı. Valentina Qriqoryevna məni öz evinə aldı. Mənə əsil analıq etdi. 1946-cı ildəordudan tərxis olana kimi məni bəslədi. Az payının çoxluğu mənə saxladı, yedirtdi, qulluq elədi. Yaram sağaldı, qana-cana gəldim. Ayrılıb Bakıya gələndə həmin şəkli mənə bağışladı. Kəndimizə qayıdan kimi məni kolxoza sədr seçdilər. Az keçmədi evləndim, oğul-uşaq sahibi oldum. Amma Valentina Qriqoryevna ilə bir-birimizi unutmadıq. Yazışırıq, ailəmizin birgə şəklini doğma diyarımın ətirli nemətləri ilə ona göndərirəm. Bu gördüyün də onun övladlarının şəklidir. Təkcə özü yox, bacısı Klavdiya Qriqoryevna Sadovnikova da məni unutmayıb. Stalinqrad uğrunda qəhrəmanlıqla vuruşan bu igid qadın indi Moskvada yaşayır və mənimlə yazışır. Valentina Qriqoryevna 1968-ci ildə vəfat etmişdisə də ailəsilə əlaqəmiz kəsilməyib. Onun oğlu İqor Moskvada mühəndisdir. Mənimlə ailəvi dostluq edir, mənə qardaş deyir. Anamız Valentina Qriqoryevnanınxatirəsini yad edir, gediş gəlişimiz də var Ümumiyyətlə dost barəsində mənim bəxtim gətirib. Elə 1943-cü ildə əvvəlcə yaralananda aldığım qəlpə bədənimdə qalmışdı çox əziyyət verirdi mənə. Sədr işləyirdim. O za-manlar maşın-zad yox idi. At üstündə gəzdikcə, qəlpə də in-cidirdi məni. Axırı on ildən sonra 1953-cü ildə yıxdı məni, yaman yıxdı. O zaman bizim bu Udulu sovetliyi Qazıməmməd rayonuna baxırdı. Məni Hacıqabul stansiyasındakı xəstəxanaya gətirdilər. Cərrah İsrafilov çətin əməliyyat aparıb müharibə yarasının-qəlpəsini bədənimdən çıxartdı. “Al, yadigar saxla, dost” dedi. Elə o gündən də dostluğumuzun təməli daşı o qəlpəynən qoyuldu. İndiyəcən Qazıməmməd Dəmiryol xəstəxanada cərrah işləyən İsrafilovla dostluğumuz davam eləyir.
O zaman mənim cəbhə yoldaşlarım olan Tava kəndindən Hüseynov Məmməd, Ağayev Teymur, Salyandan Əliyev Həsən Rəşid oğlu, öz kəndimizdən Məmmədov Əziz, Qocayev Rüstəm, Qədirov Mehdi, Əliyev Əlibala, Salmanov Seyfulla… kimi deyim təkcə bizim kənddən gedənlərdən onu qayıtmadı. On altı evli balaca bir kəndən on nəfər! Cəmi əlli nəfər də əhalisi yox idi. On qurban verdi bizim kənd. Hər dörd-beş nəfərdən biri. Lap Belorusiya kimi. Sonra incikliklə əlavə elədi:
-Hamıdan hər yerdən yazırlar, amma bizim boyuna görə bu qədər qurban vermiş kənddən yazan yoxdur. Unudublar bizi deyəsən.
– Yox – dedim – heç kim və heç nə unudulmayıb. Darıxma, sizin kənddən də, anaların böyük faciəsindən, oğulların əf-sanələrə sığmaz qəhrəmanlarımızdan yazarlar. Heç kim unudulmayıb.
Müəllif: ƏZİZƏ CƏFƏRZADƏ
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru


