Etiket arxivi: Feyruz Muradov

Feyruz Muradov: – Xalq artisti Rübabə Muradovanın atası kim olub?

Mən Mirzə Xəlilin  qız ovladı Ruhəngiz Muradovanın oğluyam.Anam ailə albomunda atasının şəkillərini qoruyub saxlayır.Hərdən onun haqqında danışır.Odur ki, bir gün bunları yazmağı qərara aldım.Necə olmasa uzun illərdir Azərbaycan Jurnalistlər İttifaqının üzvüyəm.

Mirzə Xəlil İşraği 1896-cı ildə Lənkəran şəhərinin Hacılı qəsəbəsində anadan olub.Atası Hacı Murad fermer idi.İimkanlı şəxs olub.Çünki Mirzə Xəlil qəsəbələrindəki mədrəsədə fars dilində təhsil alandan sonra Lənkəran şəhərində dərslərini davam etdirməyə göndərib.Bu isə kasıb adam üçün mümkün ola bilməzdi.O, Mirzə Xəlilin nüfuzlu  ruhani görmək istəyirdi.Mirzə Xəlilin dərslərini yaxşı oxuması hacı Muradı ruhlandırırdı..Onun həmin dövr üçün yüksək təhsilə malik olması üçün heç nəyi  əsirgəmirdi.Atasının məsləhəti ilə Mirzə Xəlil 1914-cü ildə Bakıya yollanır.Burada Təzə Pir məscidindəki mədrəsədə ərəb dilində təhsilini davam etdirir və 1917-ci ildə təhsilini uğurla bitirir.Mədrəsədə dərs deyən din xadimlri Mirzə Xəlilin yüksək zehni qabiliyətini görüb atası Hacı Murada məsləhət görürlər ki, onu ali dini təhsil almaq üçün Tehrana göndərsin.Hacı Murad onların məsləhətinə qulaq asır və bu təkliflə razılaşaraq oğlunu Tehran şəhərinə təhsilini davam etdirməyə göndərir.Elə həmin il Mirzə Xəlil Təzə Pir məscidinin axundlarının tövsiyəsi ilə Tehran şəhərinə yola düşür və bu onun həyatında yeni bir dövrün başlanğıcına olur.

Mirzə Xəlil fars , ərəb dillərində mükəmməl danışa və yaza bilirdi.Tehran şəhərində ali dini təhsil aldıqdan sonra o daha sonra Xorasan şəhərində tibbi təhsil alıb  həkimlik ixtisasına da yiyələnir.

 Təxmin etmək olar ki, Mirzə Xəlil Tehran şəhərində dini təhsilini bitirdikdən sonra axund  kimi  məsciddə fəaliyyətə başlayıb.Çünkü atası bu qədər müddətdə onun maddi tələbatlarını təmin edə bilməzdi.Mirzə Xəlil 1928-ci ildə Xorasan şəhərlərindən Ərdəbil şəhərinə gəlir və bu şəhərdə ailə həyatı qurur.

O, 1929-cu ildə Ərdəbil şəhərində Siddiqə Hacı Qafar qızı ilə evlənib. Burada özünə ev-eşik qurur.Həyatının ən xoşbəxt günlərini burada yaşayır.1930-cu ilin mart ayında ilk övladı Rübabə dünyaya gəlir.

Onu da  xatırladım ki, Mirzə Xəlilin ailə qurduğu Siddiqə yaşca  ondan xeyli kiçik olub.Onun  33 yaşı olduğu halda Siddiqənin cəmi 16 yaşı olub.Siddiqə atası Hacı Qafarın tövsiyəsi ilə Mirzə Xəlilə ərə gedib.Hacı Qafar Mirzə Xəlil yaxşı tanıyır onun Ərdıbildə tanınan , nüfüzlu bir adam olduğnu bilirdi . Odur ki qızını ona ərə getməsini məsləhət bilmişdi.Zaman  göstərdi ki o bu qərarıda heç də yanılmamışdı.

Dini fəaliyyətlə yanaşı Mirzə Xəlil Ərdəbil şəhərindəki xəstəxanada həm də həkim kimi işləyir.Bu da ailəsinin yaxşı yaşamasına səbəb olur.Əbəs deyil ki , Rübabə xanım sonralar ərdəbil şəhərindəki evlərini , həyətlərini, ordakı xoşbəxt uşaqlıq və gənclik günlərini həsrətlə xatırlayacaqdı.

Rübabədən sonra ailədə başqa ovladları dünyaya göz açdılar.1933-cü ildə Ənvər,1942-cvi ildə qızı Ruhəngiz,1944-cü ildə isə Mahrux,1946-cı ildə kiçik oğlu Əşrəf dünyaya gəldilr.Siddiqə xanım həmişə kiçik oğlu Əşrəfin dünyay gəlməsini bir qədər gileylə xatırlayır  və adətən belə deyirdi:

—Yaxşı yaşayırdıq.Əşrəf doğular-doğulmaz dünya qarışdı.Hər şey alt-üst oldu.

Siddiqə xanım bunu deməklə ,məhz həmin ilin dekabr ayında yurd-yuvalarından didərgin düşərək, siyasi mühacir kimi şimali Azərbaycana köçüb gəlməyə məcbur olduqlarını nəzərdə tuturdu.Hərçəndi ki, məhz həmin il  Əşrəfin dünyaya gəlməsinin buna heç bir aidiyyəti yox idi.Siddiqə xanım bununla yalnız öz ürək ağrısını şatdırmaq istəyirdi.Amma ailənin İrandan mühacirət etməsinin əsas səbəbi onun həyat yoidaşı Mirzə Xəlilin siyasi fəaliyyətə qoşulması idi.

Məsələ bunda idi ki,1945-ci ildə ikinci dünya müharibəsi Sovet Hökümətinin qələbəsi ilə bitmişdi.Stalin yaranan siyasi şəraitdən faydalanaraq İranda müstəqil Azərbaycan dövləti qurmaq fikrindı idi.bu səbəbdən də o İranda azərbaycanlıların milli azaddlıq hərakatının alovlanmasına rəvac verdi.Pişəvərinin başçılığı ilə azərbaycanlıların azadlıq hərakatı vüsət aldı.Təbriz şəhərində Azərbaycan demokratik firqəsi yaradıldı.Ərdəbildin tanınmış ziyayılarından olan Mirzə Xəlil Bu hərakatın əsas təşkilatçılarından  və Demokratik Firqənin Ərdəbil şəhər filialının yardıcılarından biri idi.Mirzə Xəlil firqəınin Ərdəbil  şəhər şöbəsinin sədr müavini vəzifəsini tuturdu.Demokratik hərəkat qələbə çalandan sonra ,1945-ci ilin dekabr ayında Təbriz şəhərində ilk qurultay keçirildi.Mirzə Xəlil Ərdəbil şəhərinin təmsilçilərindən biri kimi bu qurultayda iştirakçılardan biri olmuşdu.Onları qarşıda azad həyat gözləyirdi.lakin siyasi proseslər başqa istiqamətə yönəldi.beynəlxalq qüvvələrin təsiri nəticəsində covet qoşunları İranı tərk etdi.Şah rejimi İranda yenidən hakimiyyətə gəldi.Bundan sorra azadlıq hərakatının iştirakşılarının təqib olunması başlandı.Mirzə Xəlil şah rejimi gələndən sonra həbs olundu.Bir müddət sonra şah Rza şah siyasi məhbuslara azdalıq verdi.Onları həbsdən  buraxdı.Amma bu xarici qüvvələri razı salmırdı.Onlar şah rejimi ilə inqılabçılar arsında təxribata əl atdılar.Təxribata uyan şah rejimi yenidən həbslərə və edamlara başladı.Bunu görön Mirzə Xəlil 7 nəfərdən ibarət ailə üzvləri ilə İranı tərk etdi.Onlar 1946-cı ilin soyuq dekabr ayında arazı keçərək  Şimali Azırbaycana üz tutdular.Burada onları yeni mühüt , yeni həyat gözləyirdi.

Sərhəddi keçəndən sonra Mirzə Xəlilin ailəsi əvvəlcə O vaxtkı Cəliliabad  rayonunda məskunlaşırlar.Bir il bu rayonda yaşadıqdan sonra 1948-ci ilin əvvəllərində Səlyan rayonuna köçüblər.Mirzə Xəlil  Səlyan xəstəxansında göz həkimi vəzifəsinə işə düzəlib.O iilər Azərbaycanda dini qadağalar güclü idi.Dövlət tərəfindən din adamlarına yaxşı baxılmırdı.Bu səbəbdən Mirzə Xəlil yeni mühütdə özünü rahat hiss edə bilmirdi.Onun uzun illər yaşadığı İranda dinə münasibət başqa idi.Burada ,Sovet dövlətində isə dinə qarşı sərt mövqe hökm sürürdü.Lakin xalq gizlində də olsa dini ayinlərə əməl edirdi.Xalq öz dinini əzəz tuturdu və yüksək dini təhsil görmüş Mirzə Xəlilə hər cür hörmət göstəriridi.Məhz Səlyan rayonunda Mirzə Xəlilin daha iki övladı dünyaya gəliblər.1948-ci ildə Səlyan rayonunda qızı Tahirə .1953-cü ildə isə sonbeşiyi Pərvin doğulduiar.

Mirzə Xəlil 1960-cı illərin ağsaqqalları arasında .Mirzə Xəlil ortada əyləşıb.

Mirzə Xəlil onu təklifini qəbul edir və elə həmin il Əli Bayramlıya gəlir.Birinci katib vədinə sadıq qalır .Burada Mirzə Xəlil torpaq sahəsi alır , ailəsi üçün ev tikir.o 1957- 67-ci illərdə Əli Bayramlının axundu olur.Sonralar Əli Səfərov birinci katiblikdən getsə də ondan sonra vəzifəyə gələn Məmməd Məmmədov da ,Bilal Kərimov da hər biri Mirzə Xəlilə böyük hörmət göstərirlər.

O bir vaxtlar cavanlıqda  Ərdəbil  şəhərində qurmuş olduğu ev və həyət kimi Əli Bayramlı şəhərində  ailəsi üşün yeni ev , həyət qurur.Böyük oğlu Ənvəri evləndirir.Ona həyət alır.Ənvər  ticarət sahəsində işə düzəlir.Kiçik oğlu Əşrəf Unversitetin tarix fakultəsini bitirir və tarix müəllimi işləyir.Böyük qızı Rübabə azərbaycanın xalq artisti adına layiq görülür.İrandan mühacir kimi gəldiyi üçün onun qarşısında bir çox sədlər çəkilir.Xarici ölkələrə qastrol səfərlərinə icazə verilmir.Əgər bu qadaqğalar olmasaydı Rübabə bəlkə də dünya şöhrətli müğənni ola biləcəkdi.

Mirzə Xəlil 1967-ci ildə Əli Bayramlıda dünyasını dıyişib və burada dəfn olunub.O keçməkeşli həyatının son on ilini Əli Bayramlıda yaşadı.Yaşlılardan eşitdiyim söhbətlərdən öyrənmişəm ki, onun  dəfni həddən artıq izdihamlı keçib.Onun dəfnində və hüzür mərasimində şəhərin bütün tanınmış adamları iştirak ediblər.Məclisə gələn Birinci katib Bilal Kərimov göstəriş verib ki, onun yaşadığı küçəyə təcili asfalt çəkilsin və küçə dərhal işıq sistemi ilə təmin olunsun.Qısa vaxt ərzində bu məsələlər operativ həll olunur.

                               Mirzə Xəlilin Şirvan  şəhərindəki məzarı.

Müəllif: Feyruz MURADOV

FEYRUZ MURADOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Feyruz Muradov. Oğru qadın.

Oğru qadın

  Anam yaşlı qadındır.Köhnə şəhərdəki ata-baba evimizdə qalır.Mən isə təzə şəhərdəki hökümət evində qalıram.Hərdən gedib anamın yanında iki-üç gün qalıram ki, çox darıxmasın.Amma həmişə buna imkanım olmur.Öz qayğılarım da var.Öz qayğı  və problemlərimə də vaxt ayırmalıyam.Ona görə də bəzən iki-üç gün gedib anama dəyə bilmirəm.Anam narazı qalır.Təkliyə o qədər davamı yoxdur anamın.Uzun illər doğum evində qapıçı işləyib, daim adam arasında olub.İndi isə təqaüdə çıxdığı səbəbindən evdə oturmalı olub.Mən olmayanda evdə tək qalır.Sıxıntı keçirir.Yaş da öz sözünü deyib.Daha əvvəlki sağlamlığı da qalmayıb.

  Qonşuluğumuzda yaşayan Çiçək ( ad şərtidir) adlı  bir gəlin anama qayğı göstərməyə başlamışdı.Bunu görəndə xeyli sevinmişdim.Həmişə anamı evlərinə dəvət edirdi.Bildirirdi ki, o da təkdir ,darıxır.Qaynanası təzə rəhmətə gedib.Anam gəlib olarda otursun ,bir stəkan çay içsin,söhbət etsinlər.Anam hərdən gedirdi Çiçəkgilə.Hərdən də getişinə ara verirdi. Tez-tez qonşu evinə getməyə üzü gəlmirdi.Çiçək də buna görə onu qınayırdı.O özü də ara-sıra anama baş çəkməyə gəlirdi.Bəzən o gələndə mən də evdə olurdum.Çiçəyin anama hansı dərmanı, nə vaxt , nə qədər içmək lazım olmasını izah edib, öyrədirdi.Amma onun sözlərində nə isə bir etinasızlıq, baxışlarında bir laqeydlik var idi.Lakin anamın yanına heç kim gəlmədiyinə görə onun bu gizli etinasızlığına göz yumurdum.

 Bir dəfə yolda mənimlə rastlaşan Çiçək bildirdi ki, narahat qalmayım ,mən olmaynda o anama baxacaq.Əslində bir qədər təəccübli idi onun belə deməsi.Onu anama baxmasını mən  deməmişdim.Baxacam deməsi bir qədər böyük çıxırdı.Həm də süni .Axı o anamın yanına gəlməklə nə isə böyük ,ağır bir iş görmürdü.Sanki Çiçək bizi idarə etməyə başlayır, öz xırda qulluq göstərməsini böyük bir iş kimi qələmə verməyə çalışırdı..Buna baxmayaraq mən hərdən özümü saxlaya bilməyib, anamın mənə qarşı çox tələbkar olduğundan Çiçəyə gileylənirdim.O isə “-qoca arvaddı , nə edəsən”- deyirdi.

  Çiçək anamın yanına gələndə onun hansı dərmanlər aldığı,nə qədər pul verməsi ilə də maraqlanırdı.Hərdən zarafatla anama deyirdi ki, “öləndə səni mən yuyacam”.Sanki anam bir müştəri gözü ilə baxırdı.Mən anama tapşırmağı lazım bildim ki, o Çiçəklə bir qədər ehtiyatlı olsun.Söz düşəndə Çiçəyin nəzərinə çatdırırdım ki, anamın ölməyinə hələ çox qalıb və o hələ tələsməısin.

 Hərdən anam pulu olmadığını bildirirdi.deyirdi ki, pulum qurtarmışdı gedir qonşu Kamıldən 30 manat borc götürdüm ki, təqaüd alana qədər çatsın.Mən bundan təəccüblənirdim.Axı anam nə almıçdı ki, pulları yoxa çıxmışdı.Şübhələnirdim ki, bəlkə anam pulunu kiməsə verib.Aldadıb pulunu əlindən alıblar.Anam and aman edirdi ki, heç kəsə pul verməyib.Çiçək isə bunu eşidəndə sakitcə deyirdi  ki, –“ pul harda olacaq ki, yəqin anam pulunu harasa qoyub və qoyduğu yeri un udub.Pul harad olsa  burad olacaq”-

 Bu cür anamın pulsuz qalması ardıcıl olaraq təkrarlanmağa başlamışdı.Mən pulun harada olmasını  soruşanda anam deyirdi ki, pulunu xərcləyib.Amma nəyə xərcləyib soruşanda  tutatlı bir cavab gəlmirdi.Bilirdim ki, anam nəyisə məndən gizlədir.Nəhayət bir gün anam ötən ay 400 manat pulunun evdən oğurlandığını etiraf etdi.Şörək pulu qalmadfığından gedib Çiçəkdən 30 manat borc rul almışdı.O pulunun  oğurlanmasında  qonşumuz İlhamdan şübhələnirdi.Çoxdan idi İlhamla aralarında narazılıq var idi.Güman edirdi ki, İlham  qapımızın açarından bir nüsxə çıxartdırıb və xəlvəti evə daxil olaraq pulları oğurlayır.Mən  anama  bildirdim ki, bu İlhamın işi ola bilməz.İlham işləyirdi və kifayət qədər də pulu var idi. Anamın pulunu oğurlamaq onun nəyinə lazım idi? Evimizə gəlib- gedən adamları bir -bir gözümün önündən keçirdim.Bu vaxt Çiçək yadıma düşdü.Onun qapı açıq olanda gözlənilmədən gəlməsi.Etinasız baxışları,saymazyana hərəkətlərini xatırlayarkən şübhələrim baş qaldırmağa başladı.Anam qonşumuz İlhamdan şübhələnirdi, mən isə qayğıkeş, canıyanan obrazı yaratmış Çiçəkdən şübhələnirdim.

  Sonuncu dəfə anamı tərk edib, evimizdən çıxanda tapşırdım ki, Çiçəkdən göz olsun.Onun hər bir hərəkətini izləsin.Anam təzəcə təqaüd almışdı.Tutulmadığını görən oğru şirniklənmişdi.O götürdüyü pulları xərclədikdən sonra yenidən ova gələcəkdi.Buna əmin idim. Onun şikarı isə anam idi.

  Bir gündən sonra geri qayıtdım.Anam evdə yox idi.Harasa  getmişdi.Qaz yanmırdı.Elə bildim umumi olaraq qaz sönüb.Qonşulardan soruşdum.Onların qazı gəlirdi.Küçəyə çıxdım ki, qaz xəttımızin açıq olub-olmadığını yoxlayım.Kim isə qaz xəttini dibdən bağlamışdı.Yəqin ki , kim isə anamı bütün günü qazsız qoymuşdu.Bilirlər ki. Anam belə işlərdən baş aça bilmir.Mən qaz təttimizi açıb həyətə gəlmək istəyəndə gördüm ki, küçənin o başından qızı ilə gələn Çiçək məni səsləyir.Dayanıb onu gözlədim.Tələsik mənə yaxınlaşıb anamdan şikayətlənməyə başladı.

–Daha ananıza baxmayacağam.(Guya ki, anama nə isə böyük bir iş görmüşdü.)Mən ona öz anam kimi baxırdım.O isə mənə deyir ki, pulumu sən oğurlamışam.Yaxşı deyil , camaat eşidər,birdən inanarlar .Onda mən nə edəcəm?

 Mən onu dinlədim və dedim:

–Ay Çiçək anam pulu itəndə elə mənə də deyir ki, pulimi sən götürmüsən.Bu onun xasiyyətidir.Mən ona nə deyim?

-Hər halda tapşırın.Deməsin ki, pulunu mən oğurlamışam.Siz desəz eşidər.

Evə gəldim.Qaz gəlirdi. Yemək hazırladım.Bir azdan anam da gəldi.O gec gəldiyimi görüb dalımca yollanmışdı.Anam üçün də yemək qoydum.Onun üzündə bir neçə aydan bəri görmədiyim bir sakitlik və rahatlıq var idi.O diqqətlə ,sakit-sakit mənə baxıb , soruşdu:

–Çiçək sənə nə deyilrdi?

_Çiçək bildirdi ki,sən pulunun onun  oğurladığını deyirsən.Yaxşı deyil.Sənə tapşırım ki , belə deməyəsən .O pul oğurlamayıb.Yəqin sən özün pulunu evdə  harasa qoymusan,yadından çıxıb.Odur ki, səhfən Çiçəyi  ittiham edirsən.

 Anam fikrə getdi.Sonra asta-asta dedi:

–Oğru tapıldı, bala.Oğru Çiçək özüdür.Bu qədər vaxtda pullarımı oğurlayan o imiş.Özünü canıyanan , qayğıkeş göstərməklə şübhəni özündən uzaqlaşdırırmış.

Hadisə belə olmuşdu.Mən gedəndən sonra Çiçək anamın təqaüd aldığını bilərək onun yanına gəlib.Nə kömək lazım olması ilə maraqlanıb.Əslindəsə məqsədi bu dəfə da anamın pullarını oğurlayıb qaçmaq idi.Anamın ayağına yod çəkib.Deyib uzansın,dincəlsin.Özü isə içəri evə girib.Guya evi təmizləyirmiş.Bir az sonra çıxıb və tələsik getmək istəyiub.Mənim sözlərim anamın yadına düşüb.Anam Çiçəyin qəfil getməyindən şübhələnib.Mən ona tapşırmışdım –“Çiçəyə göz qoy” Anam da Çiçək çıxan kimi tez içəri evə keçib.Pulu gizlətdiyi yeri yoxlayıb.Pul yerində yox idi.Bu anamın bir aylıq təqaüdü idi.Çörək pulu idi.Gözünü dikdiyi çörək pulu idi.Onu da Çiçək hər dəfə gəlib xəlvəti oğurlayıb xərcləyirdi.Bu dəfə də belə etmişdi.Anam isə pulsuz qalırdı,ondan-bundan borc alırdı.Utandığından pulun oğurlanmasını mənə bildirmirdi.Çünkü mən ona hər dəfə tapşırırdım ki, Çiçək etibarlı adama oxşamır.O isə mənim sözümə məhəl qoymurdu.

 Pulun yerində olmadığını görən anam tələsik,qışqıra-qışqıra Çiçəyin dalınca qaçır.Qapının ağzında onu yaxalayır.Qışqıra-qışqıra pulları verməsini tələb edir.Çiçək pulların onda olmamasını desədə anam əl çəkmir.Onun yaxasını-başını axtarır.Anam 300 manat pulunu Çiçəyin sinəsinin altından çıxarır.Onu həyətdən çıxararaq, bir də bu evə gəlməməsini tapşırır.İndi anam daha rahat olub.Çünkü kömək etmək adı ilə, bizim əzab-əziyyətimizə səbəb olan insanları  qovmaqla həyatımızı xilas etmiş oluruq.

 

Müəllif: Feyruz MURADOV

FEYRUZ MURADOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Feyruz Muradov. Acınacaqlı  ölüm.

Acınacaqlı  ölüm

(Hekayə)

Həyat dəyişir.Bəzən sürətlə,bəzən isə ləng.Bəzən biz bu dəyişikləri hiss edirik , bəzənsə yox.Bəzən bu dəyişiklərə hazır oluruq , bəzən isə hazır olmuruq.Bu kimi düşüncələr keçmiş tanışım Məmmədin ölümünü xatırlarkən şüurumda dolanır.İndi də onun acınacaqlı ölümünü unuda bilmirəm.

  Onunla tanışlığımız redaksiyadan başlanmışdı. O illər sovet hökümətinin dünyaya meydan oxuduğu illər idi.Məmməd rayonun rusdilli qəzetində fotomüxbir işləyirdi.Çox dilli-dilavər, fəal, işgüzarlığı ilə gözə çarpan adam idi.Mən isə azərbaycan dilində çıxan yerli qəzetlə əməkdaşlıq edir və müxtəlif mövzuda yazılar yazırdım.Qəzetlər bir binada  yerləşdiyindən  tez-tez Məmmədlə üz-üzə gəlrdik.Salamlaşır, hal-əhval tuturduq. Lakin Məmməd adamlarla çox da yaxın münasibət qurmağı sevməzdi.Eləcə də mənimlə.Bunu   işinə çox vaxt sərf etmək məcburiyyətində qallması ilə əlaqələndirirdi ki, bu da onun hörmətini artırırdı.

   Məmməd fəhləlikdən fotomüxbirliyə gəlmişdi.Redaksiyada işə düzəlnə qədər o neftçi olmuşdu.  Bəxti gətirmişdi və onu qəzetə işə qəbul etmişdilər.O zamanlar fotoqrafiya ilə məşğul olmaq üçün gərək xüsusi avadanlıqlar alıb, həmin avadanlıqlarla işləməyi bacaraydın.indiki kimi şəkil çap edən lazer avadanlıqları mövcud deyildi. Fotoaparat almaq üçün də  xeyli  xərc tələb olunurdu.Məmməd bunların hamısının öhdəsindən gəlmişdi.Odur ki, onun ulduzu parladı.Onu rayonun rusdilli qəzetinə fotomüxbir qəbul etdilər.Bir müddət redaksiyada işlədikdən sonra Məmməd maşın da aldı.Redaksiyadan ona ev də verdilər.Gözəl iş, yaxşı qazanc, gözəl ailə.Məmmədin həyatı belə idi.O vəzifəli adamları ətrafında dolanar,lazım gələndə ona  problemlərinin həllində köməklik göstərərdilər. Bir məsələ də var idi ki, vəzifəli,imkanlı adamlarla işgüzar görüşlər yeyib-içmək məclisləri olmadan keçmirdi. Məmməd də tədricən belə məclislərə alışırdı.Düzdü o ağıllı adamlarla içirdi  və  ağılla içirdi .Böyüklərin məsləhət etdiyləri kimi normasını da gözləyirdi.Bir də ki, əgər içməsəydi, ona pis baxardılar, qınayardılar.Həm də içki gözəl və  maddi təmin olunan həyatın atributlarından biri kimi qəbul olunurdu.Məmmədin iki oğlu var idi.O övladlarına yaxşı təhsil verdi.Hər iki oğlu ali təhsil aldı.Amma böyük oğlan   rayon yerində yaşamaq istəməyib paytaxta üz tutdu.Kiçiyi isə valdeynlərindən uzaq olmasın deyə rayonda qaldı.

  Məmməd həm də ov həvəskarı idi.Tüfəngi vardı.Hərdən tüfəngi götürüb vəzifəli dostları ilə meşəyə ova gedərdilər.Balıqçılıqla da arası yaxşı idi.İmkan tapanda balıq tutmağa da gedirdi.Bütün bu mərasimlər içki məclisləri olmadan keçməzdi.Həm də Məmməd bu istirahətlər zamanı fotoaparatını da götürər, bir neçə mənzərə şəkilləri çəkib qəzetlərində dərc etdirərdi.Öz təəssüratlarını şəhəri gün redaksiyada iş yoldaşları ilə bölüşürdü.Bu tipik sovet həyat tərzi idi.Məmməd isə tipik sovet adamına xas həyat tərzi keçirirdi.Amma o zaman heç kimin ağlına gələ bilməzdi ki, belə həyat sona çatar bilər. Sovet hökümətinin sütunları laxlamağa başlayar.Lakin hamının əbədi mövcud olacağını düşündüyü sovet hökuməti tədricən dağılmağa başladı və çökdü.Rayonun rusdilli qəzeti bağlandı.Rusdilli qəzetin keçmiş əməkdaşları rayonu tərk edib Bakıya getdilər.Onların çoxları Bakıdan gəlmişdilər.Məmməd isə rayonlu idi.Rayonda da qaldı.Daha redaksiyada  fotomüxbir deyildi. Adi fotoqraf idi.Adi fotoqraflar kimi gedib şəkil çəkib pulunu qazanırdı.Amma qazancı, hörməti əvvəlki səviyyədə qalmamışdı.Elə bil ki, tale onunla oyun oynamağa başlayırdı.Tərs kimi xarici ölkələrə sərhədlər açılması səbəbindən ölkəyə fotolentləri yuyan həm lentlərdəki  kadrları çap edən lazer aparatları gətirdi . Şəkil çəkmək üçün ucuz fotoaparatlar da peyda oldu.İndi hamı özü şəkil çəkib,  çap etdirmək imkanı qazanmışdı.Məmmədin fotolarına  əvvəlki təlabat qalmamışdı.Bir məsələdə bəxtı gətirmişdi ki,artıq təqaüd yaşı yetişmişdi.Təqaüd alıb dolana bilirdi.Övladları da yeri gələndə ona maddi yardım göstərirdilər.Lakin bu Məmmədin gözlədiyi həyat deyildi.Əvvəlki , sovet dövründə sürdüyü həyatı indi ona yuxu kimi görünürdü.İndiki həyatsa sönük,maraqsız bir mövcudluğu xatırladırdı.Məmməd bunu gözləmirdi.Heç yatsa yuxusuna belə girməzdi ki, nə vaxtsa belə bir güzarana gələ bilər.Məmməd zahirdə bunu buruza verməsə də daxilində bu sarsıntıları keçirirdi.Fikrini bir qədər dağıtmaq,  həm də bir-iki balıq tutub yemək  üçün tez-tez balığa gedirdi.Hərdən ova da gedirdi.Amma daha əvvəlki vəzifəli dost-tanışları yanında olmurdular.Tutduğu balıqlardan, ovladığı quşlardan bir qismini qonşulra satırdı.Qalanlarını isı özü istifadə edirdi. Məmmədin yaşı artıq 70-i ötmüşdü.Yaşına görə sağlam və gümrah  görünürdü.Sən demə bu aldadıcı təəssürat imiş.

  Bir gün axşamüstü gəzməyə çıxarkəna tanışlardan eşitdim ki, iki gün əvvəl  kür çayında  balıq tutmağa gedən  bir nəfər  suya yıxılaraq ölüb.Suda boğulanın kim olduğunu bilmirdilər.Bu xəbərə elə də əhəmiyyət vermədim.Fikirləşdim ki, yəqin hansısa piyanıskanın biri imiş.Ağlı başında olmadığından suya yıxılıb.Amma heç də belə deyilmiş.Ölən Məmməd imiş.Məmmədin son vaxtlar ürəyində problemlər yaranmışdı.Bu səbəbdən də həkimlərin tövsiyəsi ilə içkidən imtina etmişdi.Adəti üzrə tez-tez balıq tutmağa gedirdi.Özü də adətən adam az olan yerlərdə çadırını qurarmış ki, ovu yaxşı olsun. Onun olduğu yerdə kim isə gəlib tilov atmaq istəyəndə, onları qovurmuş.Hamı bilirdi ki, xasiyyəti tünddür. Xasiyyətini bildiklərindən heç kim onun yaxılığında tilov atmağa getmirdi.Deyirdilər ki, Məmməd  harada balığın yaxşı çıxdığına çox gözəl bilirdi.Balığa gedəndə özü ilə yeddi-səkkiz tilov aparırdı.Həmin gün də ovu yaxşı olub.Balığa gedəndə özünü saxlaya bilməyib bir qədər araq da götürüb.Həkimlərin qadağalarına  baxmayaraq o ara-sıra  qadağaları pozurdu. Adətən belə ara-sıra içki qəbul etməsi ağır nəticəyə səbəb olmurdu.Bu da onu ürəkləndirirdi. Lakin son dəfə balıq ovu zamanı içkinin təsiri ayrı cür olur.O tilova balıq düşdüyünu görür.Qalxıb tilovu çəkmək istəyərkən ürəyindən kəskin ağrı qopur.Əlindəki tilov balıqla birlikdə suya düşur.Nə qədər müvazinətini saxlamağa cəhd etsə də buna nail ola bilmir.Suya yıxılır.Suyun onu aparacağını anlayıb var gücü ilə çayın kənarındakı qamışlardan yapışır.Axar suyun onu apara biləcəyi qorxusu hər şeyə üstün gəlir.Ölmək bir yana,  əgər su onu aparsaydı heç meyidi də tapıla bilməzdi.O son nəfəsində çayın kənarıdakı qamış kollarında var gücü ilə  yapışaraq və nəyin bahasına olursa olsun  suyun onu aparmamsı  uğrunda mücadilə aparırdı.Onun son nəfəsindəki son istəyi yalnız bu idi.Onu səhəri gün bir balıqçı tapır.O  çayın kənarı ilə keçərkən  Məmmədin maşınını hələ də burada olduğunu görüb heyrətlənir.Axı o indiyə çoxdan getmiş olmalı idi.Yaqin nə isə var ki, Məmməd hələ getməyib. Yoldan ötən balıqçı bunu aydınlaşdırmaq məqsədi ilə təpədən çayın kənarına enir.Bu vaxt o nə Məmmədin çayın kənarındakı kollardan iki əlli yapıçaraq qalmasını görür.Məmmədi çağırsa da ona hay vermir. Anlayır ki, o sağ deyil.Balıqçı hay-haray salaraq camaatı yığır.Meyiti sudan çıxarırlar.Gələnlər baş verən hadisənin nə səbəbdən baş verməsini müzakirə edirlər.Axı bu vaxta kimi çay kənarında belə ölüm halı baş verməsinin şahidi olmamışdılar.Balıqçılar deyirdilər ki,o yaxınlığa heç kəsi qoymurdu.Əgər qoysaydı ona vaxtında kömək göstərərdilər və bu hadisə baş verməzdi.O ölməzdi.

Müəllif: Feyruz MURADOV

FEYRUZ MURADOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru