Etiket arxivi: FOTO

Akif Əli – Bir şəklin tarixçəsi

Bir şəklin tarixçəsi
1981-ci il idi. Azərbaycan Radiosunun Ədəbi-dram verilişləri Baş redaksiyasında “Satira və yumor” şöbəsində redaktor işləyirdim. Sovet dövrünün sərt senzurasına baxmayaraq, bəzi nöqsanları satirik dillə tənqid etmək çətin və riskli olsa da, mümkün olurdu.
Ruhuma yatan Mirzə Cəli, Sabiranə üslubunda yeni veriliş açmaq arzusunda idim. Düşünüb “Molla Nəsrəddin” adlı satirik proqram hazırlamaq qərarına gəldim. İlk buraxılışın ssenarisini yazıb Baş redaktorumuz Mailə Muradxanlıya təqdim etdim. Hər zaman gəncliyin mütərəqqi addımlarını dəstəkləyən və geniş meydan verən istedadlı, cəsarətli, yüksək zövqlü peşəkar jurnalist Mailə xanım ssenarini oxudu və bəzi qeydlərlə verilişin efirə çıxmasına etiraz etmədi.
Mən bundan əvvəl çalışdığım Kinodakı dostlarımı proqramın hazırlannması üçün Radioya dəvət etdim. Ssenariyə uyğun olaraq Şahmar Ələkbərova – “Molla Nəsrəddin”, Səfurə İbrahimovaya – “Mətanət xanım”, Hamlet Xanızadəyə – “Pəjmürdə” və Yaşar Nuriyə – “Hərdəmxəyal” obrazlarının mətnini təqdim etdim. Proqramın ideyası, məqsəd və məramı barədə qısa müzakirədən sonra, səsyazma studiyasına getik.
Rejissor Nazim Yüzbaşov böyük məharətlə aktyorların ifasını lentə yazdırıb montaj etdi. Mailə xanımla biz Radio üzrə sədrin müavini Tahir Paşazadənin yanında ilk buraxılışı dinlədik. Tahir müəllim də proqramı bəyəndi və aprelin 7-də ilk verilişimiz efirə getdi.
Sonralar bir neçə il davam edən verilişdə hər dəfə ssenarini məhz bu obrazlar ətrafında qururdum və bu istedadalı aktyorlar öz mətnlərini böyük ustalıqla ifa edirdilər. Onların hər biri yüksək peşəkar, geniş ampluaya malik bənzərsiz sənətkar idi. “Molla Nəsrəddin” satirik Radio jurnalının tezliklə geniş dinləyici audiotoriyasının rəğbətini qazanmasında onların da xidməti danılmazdır. Xüsusən dərin elmi diliyə malik hazırcavab, müdrik Molla Nəsrəddin obrazını canlandıran Şahmar Ələkbərovun məxməri səsini dinlədikcə doymaq olmurdu…

Fotonun orijinaı

Bu foto həmin dövrün yadigarıdır. Məndə onun ağ-qara çəkilmiş orijinalı var. Ancaq indi jurnalist Anar Tağıyevin səhifəsində həmin fotonun yeni texnologiya ilə rənglənmiş variantını gördüm və sənətsevər dostlar üçün maraqlı olacağını düşünərək, mən də fotonu paylaşmaq qərarına gəldim.
Böyük sənətkarların ruhu şad olsun!
13.08.2026

Mənbə: Akif Ali

Müəllif: Akif ƏLİ

AKİF ƏLİNİN YAZILARI

Digər: “21 – XXI ƏSRİN 21 AYDINI”

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Cəfər Cabbarlının oğlu Aydın və Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanım Cavanşir

Cəfər Cabbarlının oğlu Aydın və Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanım Cavanşir.

Mənbə və müəllif: Qərbi Azərbayca

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Əli Rza Xələfli, polkovnik Vaqif Məhərrəmov və Ceyhun Məmmədov

Şair publisist Əli Rza Xələfli, Rayon Ağsaqqallar şurasının sədri, sabiq polis polkovniki Vaqif Məhərrəmov, Milli Məclisin üzvü Ceyhun Məmmədov.
Cəbrayıl şəhəri – aprel 2026.

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Tanrı dağları – Şərqi Türküstan

Амина (Amina)

AMİNANIN DİGƏR YAZILARI

ДРУГИЕ СТАТЬИ АВТОРА

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Tarixi foto: Musa Yaqub və Azər Turan

Etibar Əbilov:

“Bu şəkildən nəsə çox xoşum gəlir. Ona görə ki, necə, kim tərəfindən çəkildiyindən nə mənim,nə də Azərin xəbəri olmayıb. Səhv etmirəmsə 2017- ci ilin may ayıdır. İsmayıllıda,”Qız qalası” istirahət mərkəzində, cənnətmisallı təbiətin qoynunda Musa Yadubun 80 illik yubileyidir. Məclisi Sabir Rüstəmxanlı aparırdı. “Ədəbiyyat qəzeti”nin baş redaktoru olan Azərə söz verməmişdən əvvəl, Sabir müəllim mənim haqqımda da bir neçə xoş söz dedi. Azər danışmamışdan əvvəl rəhmətlik Musa Yaqub atamı da xatırladı. Şəkildə Azər “Ədəbiyyat qəzeti”nin Musa müəllimə ünvanladığı təbriki oxuyur. Musa müəllimin sol tərəfində Sabir Rüstəmxanlı əyləşib. Sağ-görünməyən tərəfində isə Anar müəllim idi. Azər danışanda Anar müəllim məndən nəsə soruşdu… Bu şəkil də məhz həmin vaxt çəkilib…
Yubileydən bir müddət sonra Neftçaladan Musa Yaquba zəng etmişdim,söhbət əsnasında Musa müəllimdən yubiley kasetini istədin. Musa müəllim mənə:
-Yaxşı yadıma saldın – dedi- Həmin kaseti televiziyada göstərmək üçün (çox məşhur bir jurnalistin adını çəkdi) məndən aldı. Hələ də göstərməyiblər… Üstəlik həmin kaseti geri də ala bilmirəm. Sən Azərə de, gör o kaseti həmin jurnalistdən ala bilər…
Az sonra Musa müəllim xəstələndi…
Kasetin taleyindən də xəbərim olmadı…”

Müəllif və mənbə:  Etibar Əbilov

Əbilin gündəliyindən

ƏBİL ƏBİLOVUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qulu Ağsəs, Çingiz Abdullayev və Vasif Qurbanzadə – Foto

Qulu Ağsəs, Çingiz AbdullayevVasif Qurbanzadə – Azərbaycan yazarları

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Seyran Səxavət və Pərvanə Bayramqızı – yazarlar

Seyran Səxavət və Pərvanə Bayramqızı

Soruşur: — Bilirsən, səni niyə çox istəyirəm?
Deyirəm, təxmin edirəm, amma özünüz izah edin.
— Gözütoxsan, təmənnasızsan, yaltaqlanmırsan. Gənclərin çoxu adama nəyəsə nail olmaq üçün yaxınlaşır. İki kəlmə xoş söz deyir, ardınca nəsə xahiş edirlər, səndə bu yoxdur.
— Bunu hiss etdiyinizə çox sevindim, Seyran müəllim.
Yadıma düşür, haqqında bir neçə dəfə yazmış, özünə bildirməmişəm. Yazıların dərcindən üç-dörd il sonra bir gün zəng elədi. “Alo” deyən kimi:
— Pərvanə, əməllərindən xəbər tutmuşam — dedi. Xoşbəxtlikdən pis əməlim olmadığından həyəcanlanmadım, amma təəccübləndim. Düşündüm, yəqin qulağına çatdırıblar ki, soyuqdır, heç nəyə qarışmır, tədbirlərə gedən deyil və s. Tərəddüddə olduğum məqamda güman qarışıq sualı ilə məni sakitləşdirdi:
— Deyəsən, heç buralara gəlmirsən?
AYB-ni nəzərdə tuturdu. Fikirləşdim ki, “əməllərim bu imiş”, düz tapmışam, amma mətləbə keçməklə yanıldığımı bildirdi:
— Haqqımda yazdıqlarını topla mənə çatdır. Yaxşı?
Dərindən nəfəs aldım:
— Oldu, Seyran müəllim.
— Belə xəlvət işlər görmə.
— Ona söz vermirəm.
Yaxşı ki, söz vermədim. Yoxsa gərək həmişə əsərlərindən hissələr paylaşdığımı, harda olsa “Nekroloq”dan danışdığımı özünə söyləyim.
Əslində, bu şeyləri deyib könlünü şad eləməliyəm, qorxduğum odur ki, qarşılıq gözlədiym anlaşılar.
Seyran Səxavət tükü tükdən seçən adamdır, bilir hər şeyi. Bilir ki, təmənna etmək mənlik deyil. Ona görə aramızdakı söhbəti arxayınlıqla qələmə aldım.

Dünənin söhbəti deyil ee, bizim eradan əvvəlin xatirəsidir.

Müəllif: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Pərvanə Bayramqızı digər mənbələrdə

SEYRAN SƏXAVƏİN YAZILARI

VAQİF OSMANLININ YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I