Etiket arxivi: GƏRAY GÖYYURD

Gəray Göyyurdun doğum günüdür!

GƏRAY GÖYYURD

Bu gün dəyərli qələm adamı, sevimli şairi Gəray Göyyurdun doğum günüdür! Şad günü münasibətilə onu təbrik edir yeni-yeni nailiyyətlər arzulayırıq! Allah can sağlığı versin.


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GƏRAY GÖYYURD YENİ KİTABINI TƏQDİM EDİB

GƏRAY GÖYYURDUN YAZILARI

GƏRAY GÖYYURD BU GÜN AYB-DƏ “DÖVLƏTİM VAR, ORDUM VAR” ADLI YENİ KİTABINI TƏQDİM EDİB. TƏDBİRDƏN FOTOLAR VƏ VİDEO:

Gəray Göyyurdun kitabı

GƏRAY GÖYYURDUN YAZILARI


“XƏZAN” JURNALI 

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GƏRAY GÖYYURD ZİYADAR MÜKAFATINA LAYİQ GÖRÜLÜB

DİPLOMU DO\RULAMA LİNGİ >>>LAUREATLAR

Salam olsun, çox dəyərli oxucular! Gəray Göyyurd “Dövlətinm var, ordum var” adlı yeni kitabının işıq üzü görməsi münasibətilə “Ziyadar” Mükafatına layiq görülüb. Təbrik edirik!!! Təqdimat 17 May saat 14:00-da AYB-nin Natavan klubunda baş tutacaq. Məlumatı oxuyan hər kəs tədbirə dəvətlidir. Şair bir neçə kitabını oxuculara təqdim edəcək. Giriş sərbəst.

YAZARLAR

GƏRAY GÖYYURDUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GƏRAY GÖYYURDUN ŞEİRLƏRİ

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

HƏSRƏTİN TAXTA ÇIXIBDIR
Baxışların şimşək kimi
Çaxıb başımda -sevmişəm .
Mən səni aprel ayında
On dörd yaşımda sevmişəm .
* * *
O vaxtdan sevgin Gərayın
Canı , qanı ,iliyidir .
Bilirsənmi sevgimizin
Bu aprel qırx illiyidir ?
* * *
Sanki indicə sevmişəm .
O günlər lap dün kimidir.
Gözlərimdə inan mənə
Bu qırx il qırx gün kimidir .
* * *
O vaxtkıtək sevən qəlbim
Eşqin yanan ocağıdır .
Dəli -dolu sevgimizin
İndi ən müdrik çağıdır !
* * *
Həsrətin taxta çıxıbdır ,
Qırmızı geyib əyninə .
Qəzəblə çağırır səni
Eşqimizin yubileyinə !
31.03.2017.

ÖLÜM NEYLƏSİN
Nanə yarpağıtək əsməsin ürək ,
Saçlarına dəyən əlim neyləsin ?
Sənin həsrətindən , gözəlliyindən,
Yanmasın ağzımda dilim , neyləsin ?
* * *
Bu necə taledi , həyatdı , gülüm ?
Səndən ayrı düşmək zülümmüş ,zülüm !
Kərəm xoşbəxtiymiş qovuşdu külü ,
Sənə qovuşmayan külüm , neyləsin ?
* * *
Görüşdük , çox yaxşı , gedirsən niyə ?
Dünyamı tarımar edirsən niyə ?
Qəlbimi tərlantək didirsən niyə ?
Haraya çatmasın ölüm , neyləsin ?

QURBAN SƏNƏ,MƏNİ DİNLƏ !
Sığışmırdım bu dünyaya ,
Sığışdırdın öyə məni .
Allahım , Tanrım , bağışla ,
Yerə məni , göyə məni !
* * *
Sevgini et ,başıma tac ,
Qapıları üzümə aç ,
Sənə olum , etmə möhtac ,
Şaha , xana , bəyə məni .
* * *
Halal yerdən ver ruzimi ,
Qara eyləmə üzümü ,
Külə döndərmə ,közümü ,
Yandır , döndər , neyə məni !
* * *
Qurban sənə , məni dinlə ,
Qəmini ver. gözəlinlə ,
Canımı al , mərd əlinlə ,
Qiyma , namərd əyə məni .
* * *
Qoy vətənim olsun abad ,
Millətimi görüm azad .
Düşmənləri sən etmə, şad ,
Dərdlə döyə -döyə məni .
* * *
Nə olar yetiş , haraya ,
Məlhəm göndər, hər yaraya !
Yiyə dur ,şair Gəraya ,
Ucalt , öyə -öyə məni !
04.04.2020 .

GƏL BAŞDAN , TƏZDƏN BAŞLAYAQ
Dünya , bu oyun olmadı ,
Gəl başdan , təzdən başlayaq .
Qismət ola , ya olmaya ,
Beş arşın bezdən başlayaq .
* * *
Baş vurdum dərdi -sərinə ,
Heyran qaldım hünərinə !
Çox da getməyək dərinə ,
Dayazdan ,üzdən başlayaq .
* * *
Bəhrələnməyək talandan ,
Uzaq dolanaq yalandan ,
Mayada olub -qalandan ,
Doğrudan , düzdən başiayaq .
* * *
Qılıncı çıxaraq qından ,
Vətən üçün keçək candan!
Qarabağdan , İrəvandan ,
Hətta Təbrizdən başlayaq .
* * *
Təzələnək gəl bu gündən ,
Söz açaq insafdan , dindən ,
Uca vətən sevgisindən ,
Eşq adlı közdən başlayaq .
05.04.2020.

ƏYDİ GƏL
Cana gəldim ürək üzən dözümdən ,
Zalım həsrət axır məni əydi ,gəl .
İnan , dünya tamam çıxdı gözümdən ,
Yeri – göyü bir- birinə dəydi , gəl .
* * *
Kim qarğadı görən belə qarğışı ,
Gətirmədi bu sevdanın naxışı .
Tutdu yenə həsrətinin yağışı ,
Dərdin məni dolu kimi döydü , gəl !
* * *
Həyacandan az titrə , az əs, gülüm ,
Neynək , tale gətiribdir nəs , gülüm ,
Sən məndən yox , öz bəxtindən küs ,gülüm ,
O gileyin , o güzarın nəydi , gəl ?!
* * *
Dünya bənzər nemət dolu zəmiyə ,
Bir suyu yox dəyirmandı kimiyə .
Daha bıçaq işləyibdir sümüyə ,
Ölüm sənsiz yaşamaqdan iydi , gəl !
* * *
Duyğularım aşıb -daşan pətəkdi ,
Bu dünyada bənzərsizdi , o təkdi ,
İndi cismim başdan -başa ürəkdi ,
İndi Gəray nəğmə dolu neydi , gəl !

Müəllif: Gəray GÖYYURD

GƏRAY GÖYYURDUN YAZILARI


“XƏZAN” JURNALI 

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Gəray Göyyurd – Mənim Bu Bahardan Umacağım Var

GƏRAY GÖYYURDUN YAZILARI
  • GƏLƏRSƏN
    (Sevənlərə bayram töhvəsi)
    Belə gözəlliklə, işvəylə , nazla
    Qorxuram nəzərə , gözə gələrsən .
    Öyünmə cüyürtək dağda dolanıb
    Gün gələr sevgimlə düzə gələrsən .
    * * *
    Mehmanı olaram ənbər telinin ,
    Bülbülü olaram açan gülünün ,
    Şəhdinə bataram şəkər dilinin ,
    Şirin söhbətində məzə gələrsən .
    * * *
    Yüz ilin doğması , dostu olarsan ,
    Bulaqtək qaynayar , daşar , dolarsan .
    Axtarıb , arayıb məni bularsan ,
    Ürəkdə duyğular təzə gələrsən !
    * * *
    Sinəmi qəmzənlə oxla , nişanla ,
    Sevən ürəyimi yarala , qanla !
    Sonra sarımağa toyla – nişanla ,
    Geyib ağ donunu bizə gələrsən !
    * * *
    Eşqi , məhəbbəti dərk eyləyərsən ,
    Hicranı , həsərəti tərk eyləyərsən,
    O qədər sevərsən , ərk eyləyərsən ,
    Hərdən də Gərayla sözə gələrsən !

    MƏN İLK GÖZÜNÜ SEVMİŞƏM
    İllərin həsrətlisiyik ,
    Özünü gizləmə məndən .
    Bilirəm sən də yanırsan,
    Közünü gizləmə məndən .
    * * *
    Sənsiz ürəyim qəmdədir,
    Gözlərim daim nəmdədir ,
    Dağların bu sinəmdədir ,
    Düzünü gizləmə məndən.
    * * *
    Görmürsənmi sən halımı ?
    Puç etmə xoş xəyalımı !
    Daldalama camalını ,
    Üzünü gizləmə məndən .
    * * *
    Nanə yarpağıtək əsək ,
    Özümüzü asaq, kəsək .
    Yaxına gəl kəlmə kəsək ,
    Sözünü gizləmə məndən .
    * * *
    Gülər üzünü sevmişəm ,
    Şirin sözünü sevmişəm ,
    Mən ilk gözünü sevmişəm ,
    Gözünü gizləmə məndən !

    GEDİRƏM
    Sinəm yanıq -yanıq olan vələsdi ,
    Qəlbimi tonqal tək çatıb gedirəm.
    Yanan ürəyimi pərvanə edib
    Alova , atəşə atıb gedirəm.
    * * *
    Ömrümü -günümü mən bilə-bilə ,
    Sal kimi salmışam qanlı bir selə !
    Günləri , ayları verirəm yelə ,
    İlləri illərə çatıb gedirəm .
    * * *
    Zalım zaman divan tutur Gəraya ,
    Bir kimsə yetişmir haya , haraya .
    Bilmirəm üzümü tutum haraya ?
    Tanrım ,göz görəti batıb gedirəm !

    TUMURCUQLADI
    Bir qız baxışından, yaz yağışından,
    Tale qismətindən, bəxt naxışından
    Qəlbimdə bir sevgi tumurcuqladı.
    * * *
    Qönçə ümidlərim gözünü açdı,
    Bir göyqurşağının dalınca qaçdı,
    Qəlbimdə bir sevgi tumurcuqladı.
    * * *
    Dayandı üstümdə tanrının əli,
    Ürəyimə axdı ayın nur seli,
    Qəlbimdə bir sevgi tumurcuqladı.
    * * *
    Başdan ayağadək nur içindəyəm,
    Sehirli,ofsunlu qor içindəyəm,
    Qəlbimdə bir sevgi tumurcuqladı.
    * * *
    Özüm də bilmirəm heç nədir adı,
    İlk eşqə bənzəyir ləzzəti, dadı,
    Qəlbimdə bir sevgi tumurcuqladı.

    HARAYA GEDİRSƏN ?
    Zalım qızı , kəklik kimi
    Səkib haraya gedirsən ?
    Məni məhşər ayağına
    Çəkib haraya gedirsə ?
    * * *
    Qıyma mənə bu sitəmi ,
    Qurumaz gözümün nəmi!
    Qəlbimə kədəri , qəmi
    Əkib haraya gedirsən ?
    * * *
    Sən soyuqsan -sanki qar=buz ,
    Mən yanıram ulduz – ulduz ,
    Baxışınla yarama duz
    Töküb haraya gedirsən?
    * * *
    Baxdım sənə güman kimi ,
    Yapışdım bir saman kimi ,
    Gözlərimə duman kimi
    Çöküb haraya gedirsən ?
    * * *
    Dağları basma sinəmə ,
    Gözümü öyrətmə nəmə .
    Ürəyimi ilmə -ilmə
    Söküb haraya gedirsən?
    * * *
    Dərd üstümə alar ayaq ,
    Gecələrim keçər oyaq .
    Gərayı bir kaman sayaq
    Büküb haraya gedirsən ?

    MƏNİM BU BAHARDAN UMACAĞIM VAR
    Çayına qoşulub axdım bəlkə də ,
    Şimşəyinə dönüb çaxdım bəlkə də ,
    Yağışıyla göyə çıxdım bəlkə də ,
    Mənim bu bahardan umacağım var .
    * * *
    Zülümü , zilləti yorub çıxacaq ,
    Bir şir qəfəsini qırıb çıxacaq ,
    Ədalət torpağı yarıb çıxacaq ,
    Mənim bu bahardan umacağım var .
    * * *
    Torpağım yad gözdə quma dönəcək ,
    Sevgi ək , ürəyim şuma dönəcək ,
    Bu bahar daşlar da muma dönəcək ,
    Mənim bu bahardan umacağım var !
    * * *
    Qoy toruna düşüm bir dilbilməzin ,
    Ayağına gedim gülün , nərgizin .
    Allahda gizli döy , sizdən nə gizlin ,
    Mənim bu bahardan umacağım var .
  • Müəllif: Gəray GÖYYURD

GƏRAY GÖYYURDUN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GƏRAY GÖYYURD – ŞEİRLƏR

Gəray Göyyurd – şair.

GƏLDİ TÜRKÜN ORDUSU ,
GƏLDİ AZƏRBAYCANA

Könlüm gül -çiçək açdı ,
Düyünüm , toyum gəldi .
Saralan ümidlərə
Can verən suyum gəldi .
Dostum , doğmam , qardaşım .
Köməyim , hoyum gəldi !
Sevindi ana vətən ,
Həmd olsun Yaradana !
Gəldi Türkün ordusu ,
Gəldi Azərbaycana !
* * *
Sevincimdən uçuram ,
Quşam , yoxdu qanadım !
Dostlar baxıb sevinsin ,
Çatlasın yağım , yadım !
Arzularım gül açdı ,
Hasil oldu muradım !
Allahıma min şükür
Bu boyda mutluluğu
Qismət elədi mana !
Gəldi Türkün ordusu ,
Gəldi Azərbaycana !
* * *
Cənnətə dönəcəkdir
Düşmən xaraba qoyan
Vətənim , yurdum mənim .
Yox olacaq tezliklə
Vətən , millət , yurd adlı
Ən ağır dərdim mənim !
Qanın yerdə qalmadı ,
Əziz şəhidim mənim !.
Vətən gülzar olacaq ,
Daş da gələcək cana !
Gəldi Türkün ordusu ,
Gəldi Azərbaycana !
* * *
İki cumhur başqanı
Dostluğunda pir oldu .
İki qardaş birləşdi ,
Yumruq kimi bir oldu !
Nə gözəl əhdi -peyman ,
Nə gözəl tədbir oldu !
Şair təşəkkür edir
İki böyük liderə –
İlham Heydər oğluna
Və Sayın Ərdoğana !
Gəldi Türkün ordusu ,
Gəldi Azərbaycana !
01.02.2021.

RƏCƏB TAYYİB ƏRDOĞANA SAYĞILARLA

Böyük türk millətinə
Töhvəsisisən Allahın .
Qələbə müjdəsisən
Gələn nurlu sabahın .
* * *
Sənlə çatır dünyaya
Müsəlmanın haqq səsi .
Sətir sətir yazılır
Şərəfli salnaməsi .
* * *
Bu günün ,gələcəyin
Canlı əfsanəsisən .
Sən böyük insanlığın
Çox uca zirvəsisən .
* * *
Qəlbində Allah eşqi ,
Zəkan dərindən dərin .
Ruhu səndə yaşıyır
Minlərlə peyğəmbərin .
* * *
Müsəlman dünyasına
Günəşsən haqdan doğan !
Haqq – ədalət hamisi
Rəcəb Tayyib Ərdoğan
* * *
Dövlətimin , xalqımın
Sən ey dostu ,dayağı
Hızırtək köməyə çat ,
Qaytaraq Qarabağı !
03.04.2019.

XOŞ GƏL ,SƏFALAR GƏTİR

(Rəcəb Tayyib Ərdoğana sayğılarla)
Səni Hızır sayağı
Çağırdım Qarabağa .
Yetdin dada ,haraya,
Ürəyim döndü dağa !
Sənə yazdığı şeri
Hüzurunda oxumağa
Sevgi ilə , sayğıyla
Göyyurd səni gözləyir ,
Canım ,gözüm bu vətən ,
Bu yurd səni gözləyir .
* * *
Uca Türk millətinin
Böyük , azman başqanı .
Mərdliyin , ədalətin
Mat eyləyib cahanı !
İnşallah çox yaxında
Quracaqsan Turanı !
Ən ali ,ən möhtəşəm
Zəfər səni gözləyir ,
Al şəfəqli gündüzlər ,
Səhər səni gözləyir .
* * *
Çaldığın hər zəfərə
Qoy dünya heyran olsun .
Ayaqların dəyən yer
Abad , firavan olsun .
Yurduma hər gəlişin
Toy olsun , bayram olsun !
Toy -bayram eyləməyə
Millət səni gözləyir .
Ürəyində məhəbbət ,
Hörmət səni gözləyir !
* * *
Qələbəyə köklənib
Xalqın ruhu , əhvalı .
Dəf etməyə hazırıq
Hər cürə qeylü -qalı.
Yollarına göz dikib
Xankəndiylə Xocalı !
Ağdərə axşam -sabah ,
Hər vaxt səni gözləyir .
Türkə aid hər qarış
Torpaq səni gözləyir .
* * *
Polad iradəsiylə
Yağı düşməni əyən ,
Dostluğu , qardaşlığı
Ucada tutan , öyən .
Dünyaya bəyan edib
Sənə qardaşım deyən
Ali Baş Komandanım ,
Paşam səni gözləyir .
Bu dünyanın cənnəti –
Şuşam səni gözləyir !
14 .04. 2021.

SIĞIN TÜRKÜN QEYRƏTİNƏ

(Rəcəb Tayyib Ərdoğana sevgilərlə)
Sirrini ver sirdaş kimi ,
Dərdini böl yoldaş kimi ,
Güvən ona qardaş kimi ,
Sığın türkün qeyrətinə!
* * *
Yanar odda , qorda ,gələr ,
Donmaz qışda , qarda ,
Qoymaz heç vaxt darda , gələr ,
Sığın türkün qeyrətinə !
* * *
Dağlar aşar yellər ilə ,
Coşar , daşar sellər ilə ,
Qarşıla tər güllər ilə ,
Sığn türkün qeyrətinə !
* * *
İgidlikdir kökü , himi ,
Mərdlikdir qəlbinin simi !
Tanrıya sığınan kimi
Sığın türkün qeyrətinə !
2011.

YOLUNU GÖZLƏYİR TURAN

(Rəcəb Tayyib Ərduğana sayğılarla )
Yaşa , uca Türk milləti ,
Sağ ol , Ərdoğan , Ərdoğan !
Əməliylə ətir saçan
Bağ ol , Ərdoğan , Ərdoğan !
* * *
Bu millətçün şam kimi yan ,
Yolunu gğzləyir Turan !
Şər önündə dağtək dayan ,
Dağ ol , Ərdoğan , Ərdoğan !
* * *
Ucalıb dön Tur dağına ,
Sahib çıx Türk torpağına !
Haqq-ədalət çırağına
Yağ ol ,Ərdoğan ,Ərdoğan !
* * *
Nur ələ , yer kürəsinə ,
Səs ver , sən haqqın səsinə !
Düşmənlərin sinəsinə
Dağ ol , Ərdoğan , Ərdoğan !
Var ol ,Ərdoğan , Ərdoğan !
Sağ pl , Ərdoğan , Ərdoğan !
04 .08.2020.

BU GƏLƏN TÜRK ORDUSUDU
(Ərdoğan Tozoğlu bu şerimə Mahur türkü bəstələyib)
İgidlikdi əhdi , andı ,
Hər biri bir qəhrəmandı !
Şər üstə əsən tufandı ,
Bu gələn Türk ordusudu !
* * *
Güc alar Tanrıdan , haqdan ,
Zalımları salar taxtdan !
Qan tökməz heç vaxt nahaqdan ,
Bu gələn Türk ordusudu !

Unutmaz , pozmaz ilqarı ,
Allah özü olar yarı !
Məzlumların xilaskarı
Bu gələn Türk ordusudu !
* * *
Məhmətcik dursun keşikdə ,
Sülh olsun hər ev-eşikdə ,
Körpələr yatsın beşikdə ,
Bu gələn Türk ordusudu !
* * *
Pişvazına çıxsın ellər ,
Yollarına səpsin güllər !
Tellənsin telli sünbüllər ,
Bu gələn Türk ordusudu !
18.08.2020

Müəllif: Gəray GÖYYURD

GƏRAY GÖYYURDUN DİGƏR YAZILARI



Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Gədəbəyin şair övladı – Yasəmən ATƏŞ

Gəray Göyyurd – şair.

GƏRAY GÖYYURDLA MÜSAHİBƏ

1. Göyyurd nədən Göyyurd bu təxəllüs sizə nə verdi…

Göyyurd mənim doğulub boya-başa çatdığım Gədəbəy rayonunda bir yaylağın adıdı Biz hər yay o yaylağa köçərdik Ona görə də bu yaylağın adını özümə təxəllüs götürdümBu təxəllüslə ədəbi aləmdə tanındım  Yeddi ədəd şeir kitabının müəllifiyəm ,,Mübarizi olan millət “adlı şerim rus bölməsi üçün nəzərdə tutulan 8 -ci sinif Azərbaycan dili dərsliyində tədris olunur.

2. Ən gözəl şeiriniz hansıdır Oxucularnız sizi hansı şeirlə daha çox tanıyırlar?

Bu mənim üçün  çətin sual oldu  Şeir  şair üçün övlad kimidi seçim etmək olmur  Mən bütün şeirlərimi ürəyimin diktəsiylə yazdığımdan hamısı mənim üçün əzizdi  Qaldı ki , oxuculara onu deyə bilmərəm .

3. Ədəbiyyat sizə nə verdi nə qazandınız qazandığınızdan itirdikləriniz çox oldu…yoxsa

Ədəbiyyat indiki dövrdə sözün əsl mənasında maddi cəhətdən qazanc mənbəyi deyil  , amma mənəvi cəhətdən çox şey   qazandırdı  Ürəyimin ən mərhəm hisslərini oxucularımla bölüşə bildim  Yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində az da olsa mənim də rolum var deyə bilərəm Vətən müharibəsində qəhrəmanlıq göstərən oğullarımız orta məktəbdə dərs kimi mənim də şerimi oxuyub öyrəniblər Yəqin ki , müəyyən qədər təsiri olub.

4. İşıq üzü görmüş kitablarınızdan hansı sizə daha çox doğmadır…Şair üçün hamısı doğmadır amma içlərində biri olmalı sizə daha çox doğma olan.

Sonuncu kitabım .,Dövlətim var ,ordum var “Bakı , ,,Nərgiz “nəşriyyatı ,2020. 352səh .bu kitabımı dövlətimizin , millətimizin ,ordumuzun qələbələrinə həsr etmişəm . Burada toplanan bütün şeirlər vətənə , millətə ,ordumuza yazılan şeirlərdir .Müharibənin ilk günlərindən nəşriyyata təqdim etdim və nəhayət 01.11.2020.çapa imzalandı .Vətən müharibəsində qələbəmizin elan olunmasından bir neçə gün sonra kitabım çapdan çıxdı.

5. Çox gözəl hansı nəşiryyatlar sizi qane edir bir nəşiryyatla işləyəsiniz həmin nəşiryyatın işlərini bəyənmisiniz….

Kitablarım ,,Şur”, ,,Elm və təhsil “və ,,Nərgiz “nəşriyyatlarında çap olunub. Bu nəşriyyatların hər birindən  özümə sağı və ehtiram görmüşəm və hər birinə təşəkkür edirəm . sayğı 

6.  Kitabın qalınlığına önəm vermisiniz yoxsa sözə dəyərniz sevginiz daha çox olub….

Kitabın qalınlığı sözü qiymətdən salmır  Zəif şeir elə nazik kitabda da zəifdir  Yaxşı şeir də həmçinin.

7. Öldalarınız Atalarını oxuyurmu olubmu desin sizə  şeirlərini bəyənmirəm Ata zövqümə uyğun deyil…

Bəli ,oxuyurlar , kiçik oğlum  Ömər 11 yaşı var şeirə daha çox maraq göstərir .Şeir ruh məsələsidi ,ona görə də hər kəsin bəyənməyi mümkün deyil .Şeirlərimin hamısı bəyənilmir ,amma mən buna təbii baxıram .

8. 11 yaşlı ömər özü nəsə yazıbmı Atasına baxsın həvəslənsin yazdığını sizə göstərsin…belə bir şey olubmu?

Yazmaq istəyib ,amma alınmayıb Bəlkə gələcəkdə yazar .

9. Kimləri bəyənirsiniz kimləri oxuyursunuz sevdiyiniz hər hansı bir əsər varmı??

Yaxşı şeirləri məmnuniyyətlə oxuyuram  kimin yazmasından aslı olmayaraq Klassiklərimizdən üzü bəri çox böyük şairlərimiz var Azərbaycan ədəbiyyatı dünyanın ən zəngin ədəbiyyatıdır  Bu ədəbiyyat bu gün də yaranır və zənginləşir  Bu gün kü ədəbiyyata gələcək nəsillər daha doğru qiymət verəcək .

10. Yeni kitab düşünürsünüzmü…

8-ci şeir kitabımın şeirləri hazırdır .2015 -ci ildən bəri vətənpərvərlik mövzusundan əlavə yazdığım bütün şeirlər kitab kimi çap olunmayıb. İnşallah ,imkan olanda çapa təqdim edəcəm. 

11. Nə demək istərdiniz oxucularınıza hansı şeiri paylaşardınız bizimlə…

Ahlar içində 

Ahım Allaha çatarmı,

Bu boyda ahlar içində?

İnsan necə xoşbəxt olar 

Saysız günahlar içində.

* * *
Nahaqq haqqı basıb udur 

Israfil çalacaqdır sur.

Ulu Tanrı unudulur, 

Xırda Allahlar içində. 

* * *

Ümidlərim gün gələcək, 

Yamac-yamac göyərəcək. 

Gəray, yerin görüncək 

Aydın sabahlar içində. 


Söhbətləşdi: Yasəmən ATƏŞ

YASƏMƏN ATƏŞİN DİGƏR YAZILARI

GƏRAY GÖYYURDUN ŞEİRLƏRİ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru