Etiket arxivi: Giya Paçxataşvili

YENİ ŞƏHADƏTNAMƏN MÜBARƏK, GİYA PAÇXATAŞVİLİ!

YENİ ŞƏHADƏTNAMƏN MÜBARƏK, GİYA PAÇXATAŞVİLİ!

Dəfələrlə demişik ki, poeziya zamanın ən qaynar hücrələrində bir neçə həqiqətlə əks edir: mifik, real, tarixi, mental əsaslı, şüurüstü, yaradıcı, qismən də formal. İnsan (oxucu) qəlbi bu həqiqətləri bir xarakterdə ehtiva etsə də, dövr, mühit ayrı-ayrı səmtlər tapır. Lakin poetik düşüncə sahibləri zaman boşluğunda burulğanlara düşən gerçəkləri yox olmaq təhlükəsindən qurtarır, bununla yeni bir ideoloji işin əsasını qoyurlar. Yaddaşımızda Ağ Adam obrazında qalan şair Giya Paçxataşvili də balanslaşmış orbitlərdə fərqli atmosfer tapmaq üçün zamana, real faktlara söykənərək leqal əhatəli fikirlər kəsb edir, kodlaşmış mənaları zehni təfəkkürə cəmləşdirir. Onun tutarlı, sanballı qələm nümunələrində ən başlıca komponent gerçəyə tapınmaqdır; o, mifik deyil, real fikrə ekskurs edir, duyğusal məqamları belə poetik-inandırıcı vahidlərə uyğunlaşdırır. Bəlkə də bu səbəbdən Allah onun görkəminə ağ rəngi daha çox yaxıb…
Giya Paçxataşvilinin fikir xəritəsində poetik an duyğusal tərənnümlə deyil, gerçək nüanslarla başlayır. Ağ şair pünhan məcralarda təlatümə uğrayan çırpıntıları bir anın içində daşlaşan gerçəklərə yük edir. Onun adi fikirlərində belə ictimai mənalar ürəkyaxıcı, mənəvi zərurətlərə xasdır. Giyanın 2025-ci ildə “CN Poliqraf” MMC-də çap olunan “Doğum şəhadətnaməsi” adlı yeni kitabında da bu ədəbi rakurslar düşündüyümüz təsnifatdadır. Müəllif, seçilmiş əsərlərindən ibarət olan bu kitabda səmimi-konkret fikirlərin kompozisiya və ictimai-ədəbi məğzini maraqlı statuslar kimi təqdim edib, cəmiyyət üçün (əsl zahirdə) yanlış kimi görünən məcraları həqiqət libasında göstərib. Belə deyək, Giya yeni kitabında ədəbi proseslərə sözləri şifrələməklə deyil, real təsəvvür verməklə nüfuz edib. Bu da oxucuda belə bir təsəvvür yaradır ki, dil ünsürləri bir çevrə daxilində (və xaricində) tarixi həqiqətlərə sərrast çıxışdır.
Əslində, Giya Paçxataşvilinin yeni kitabındakı şeirlər, oradakı zərrəvi zəmin bizə həyatın ədəbi-coğrafi komponentləri barədə doğru-dürüst düşünmək cəsarəti verir. O, bu şeirlərdə insanı düşündürən bütün istiqamətləri müfəssəl ehtiva edib. Biz bu kitabdakı şeirləri müəllifin əvvəlki kitablarında da oxumuşuq. Nədənsə, həmin şeirlər bu kitabda daha canlı və daha təravətli görünür.
Kitabın adı xüsusi diqqət çəkir: “Doğum şəhadətnaməsi”. Bu kitabı biz də Giya Paçxataşvilinin ömür gündəliyi kimi xarakterizə edirik.
…Belə anlaşılır ki, Giya eynən olduğu kimi, ağ görkəmdə təzəcə doğulub və Allah ona doğum haqqında şəhadətnamə verib. Burada Giyanın ömür xətti, həyatı və taleyi aşkar (şəkildə) əks edir.
Giya Paçxataşvili, zənnimizcə, xəyalpərəst deyil. Onun xəyal qatarı yoxdur. Lakin o, özü gerçək nüansları təmiz, saf ənginliklərə aparan lokomotivdir. Onun insan surətindəki doğmalıq ruhunun işıqlı, qəlbinin saf, vicdanının bütöv olmasını ifadə edir. İçindəki ləngər, çılğın haray, dəlisov-düşüncəli məmnunluq, bir də həqiqət hissi bizi ciddi olmağa təhrik edir. Yeni kitabını oxuya-oxuya elə zənn edirik ki, o, zülmətin işığından sıyrılmağa can atan ağ sevdaların köçünə qoşulub. Çöhrəsindəki Allah eşqi saf qəlbinə işıq salır. Bu, o, anlama gəlir ki, o, pak dualarının hənirində bir ömür cilalayır, varlığında təcəlla edən həyat duyğuları oxucularının yaddaş qapılarına parıltı səpir.
İllər keçib, zamanın köçü Giya Paçxataşvilini ömrünün ən mükəmməl çağına çatdırıb. Bu müdrik anın fəhmindəki dürüstlük tarixlərin yaddaşında çırpınan gerçəklərə çağırışdır. Əslində, çoxları ömrün bu yaşına yetişir, lakin hər kəs bu həyat vadisində sərrast ifadə ilə diqqət çəkmir. O isə ağ vücudundakı ağlığı pərişan təlatümlərə sipər edib, könül aləmini Vətən sevgisi ilə rəngləyib.
Yeni kitabındakı şeirlər də göstərir ki, Giya Paçxataşvili “mən” iddiası etmir, Allah nə veribsə, ona da “Amin” deyir…
Bu hal (isə) onu uzaqdan görünən başı qarlı dağlar qədər uca və məğrur göstərir…
Giya Paçxataşvili doğrudan da aydın hücrədir, onun geniş təqdimata zərrə ehtiyacı yoxdur. Biz də onun yeni kitabındakı şeirləri məhz bu prizmadan tədqiq etmədik. O şair ki, öz ovqatını qəfil bir sıçrayışla görünməzliyə sövq edən insan surəti kimi diqqət çəkir, onun yazdıqlarını sadəcə, könül xoşluğu ilə oxumaq gərəkdir.
Yeni kitabın – yeni şəhadətnamən mübarək, Giya Paçxataşvili!

Müəllif: Hikmət MƏLİKZADƏ

Şair-ədəbiyyatşünas

HİKMƏT MƏLİKZADƏNİN YAZILARI

GİYA PAÇXATAŞVİLİNİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hikmət Məlikzadə – Giya Paçxataşvili – poeziyamızın «Ağ adam» obrazı

HİKMƏT MƏLİKZADƏNİN YAZILARI

Giya Paçxataşvili – poeziyamızın «Ağ adam» obrazı

(Bəzən) elə zənn edirlər ki, poeziya (sadəcə) zahiri gözəllikləri vəsf etmək prosesidir (buna da şeiri «poetik yalan» hesab edənlər zəmin verib). Unudurlar ki, poeziya real vəziyyəti bir qədər qabarıq – olduğu həcmdə, lakin obrazlı, məzmunlu ehtiva etmək çək-çeviridir; şeir də «poetik yalan» olsaydı, onda tarixdə bu qədər ədəbi salnamə qalmazdı. Nə isə…

Məqsəd sözə sevgi ilə tapınmaq, onun hansı çəkidə olduğunu bilməkdir. Bir növ, sözə (həm də) ehtiyatla yanaşmaq lazımdır; (zatən) o, sənin kim (nəçi) olduğunu (onsuz da) faş edir. Füzuli demişkən: «…Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz…»

Əslində, sözə tapınmaq, poetik təlatümlərin qarşısında duruş gətirə bilmək Allahın təqva yükünü (az da olsa) daşıya bilmək mənası verir. Bu yazıda sözə Bismillahsız əl uzatmayan Xatirə Əzizqızının yaradıcı ovqatından, daha dəqiqi, onun istedadlı şair-publisist, tərcüməçi, ədəbiyyatımızda «Ağ adam», «Ağ div» kimi obrazlaşmış Giya Paçxataşvili haqqında yazdığı kitabdan bəhs etmək niyyətindəyik.

Bir qədər diqqətlə nəzər yetirəndə, görürük ki, Xatirə xanım (əslində) kitab boyu Giya Paçxataşvili haqqında dediyi fikirləri əvvəlcə kündə kimi ovxalayıb, ununu-urvasını (yəni, bədii çalarını, ifadə tərzini, hətta eyhamını) qədərində səpib, sonra oxucu qənşərinə çıxarmaq üçün cəhdlər edib.

Görək ilk baxışdan kitab bizə nəyi təlqin edir? Müəllif Baş Obrazın zahiri görkəmində təcəlla edən ağayanalığı təqdir edib və bu timsalda bizə aşağıdakıları duymaq qənaəti verib:

1.Əlbəttə, insan ömrü xatirələrlə zəngindir. Ömürdən ötən hər il öz duyğu selində təmtəraq qurur. İllər qoşun çəkdikcə xatirələr azalır, ömür daha da şirin olur. İnsan müdrik, yetkin çağında yaşadığı ömürdən çox az xatirə tapır…

2.İllər insanı çox vaxt doğmalarından, hətta qoynunda göz açdığı yurd-yuvasından uzaq salır. Hansısa xoş bir günə vaxt-vədə yetişəndə biz yaddaşımızda ilişib qalan xatirələrə müraciət edirik. O xatirələrə ki, uşaq çağlarımızı bir rəngdə, yeniyetmə vaxtlarımızı başqa bir rəngdə. Sonrakı illəri də tamam fərqli göstərir…

3.İnsanın yaşadığı anlar yaddan çıxsa da, bəzi acı-şirin həqiqətlər yaddaşa möhür vurur. Biz o narahatlığı çox vaxt şirin duyğu kimi dadırıq və s.

Bu paradokslar kitabla bağlı təəssüratlarımızı doğru-dürüst cilalayır. Anlayırıq ki, insanın (bir) pünhan məcra olması mifik deyil, gerçək zərurətdir. Kimin ki, surətində həya qızartıları çox olur, onlar Allah sevgisində səmimi və məqbuldurlar. Abrında, həyasında bütövlər də bu kateqoriyaya aid edilirlər. Xatirə Əzizin təqdimatı ilə razılaşıb biz də Giya Paçxataşvilini bu sırada görürük. O, doğrudan da (surətcə) aşkar bir fövqəllik kəsb edir… (Özü qədər) utancaq, söz deyəndə ağ sifətinə narıncı həya çaları enən Giya – bu Ağ Adam duvağını üzünə çəkib farağat dayanan qəlb sızıltılarının hənirini hamıdan gizlətsə də, biz o acıları dadırıq. Xatirə xanımın o acılara qatdığı bədii tutum bizim təhlil-tədqiq səmtimizi əxz və idrak edə bilir…

Kitabda razı qaldığımız nüanslar çoxdur. Məsələn, müəllif (əvvəlcə) Giya müəllimin şeiri necə yazmasından daha çox şeirdə nə qədər məsafə qət etdiyinə diqqət çəkir. Sonra onun həyatdan aldığı ağır təsirləri, içində qövr edən ağrı-acıları oxucuya giley şəklində ifadə etməməsini, dərin mükalimə yürüdə bilən qəlb sahibi, özünü dürüst tədqiq edən israrçı olduğunu mühüm təsisat kimi şərtləndirir.

Yaxud, o, Giyanı içində (həvəslə) həyat sevdası cücərdən, sonra da acı təəssüratların «xatirələrini» dadan insan qismində görür, bu qədər zülmə müntəzirkən asi düşməməsindən heyrətlənir. Bəzən çoxumuzda belə hallarda səbr öz ümdə vəzifəsini itirir. Giya Paçxataşvili isə qulluğunda müsəlləh əsgər kimi durduğu həyatın əks həmlələrinə sinə gərir, öz sevda limanında rahat üzən gəmilər kimi ləngərsiz görünür.

Xatirə xanım Giyanın şeiriyyətindəki kövrək məftunluğu bizə ağır salxarda təqdim edir, onun fikir qatarının gözüqıpıq olmadığına eyham vurur. Biz dərhal bu ədəbi çaları qəbul edirik, çünki özümüz də dərdin hansı rəngdə olduğunu bilirik. Giyanın da nəfs xatirinə ömür sürən insan olmadığına (dəfələrlə) şahidlik etmişik. Əksinə, o, həmişə ali duyğularla pərvaz etmək, uca məqamlara əl toxundurmaq hissində var-gəl edib. Ola bilər, taleyin vurduğu yaralar onu bir az fikirli, bir az da küskün qoyub, ancaq çöhrəsində qoruyub saxladığı fövqəl tərbiyə onun poeziyasının ən vacib nüansı kimi bizi məmnun edib.

Xatirə Əziz təkcə publisistik yazılarında deyil, həm də bir neçə şeirində Giya Paçxataşvilinin çəkdiyi iztirabları, yaşadığı acıları bir həyat zərurəti kimi bəlli edib, onu əhatə edən təsisatları sadəcə formal status kimi gözdən keçirməyib, həm də bədiiləşdirib. Bu anlamda müəllifin Baş Obraz(ın)a həsr etdiyi şeirlərdə (də) şəxsiyyət amili əsas götürülüb:

…Vətən oğlu, məni dinlə,

Yandırdığın çıraq sönməz.

***

Xatirə haqdan söz dərdi,

Şair, sözüm ləldi, dürdü.

Şairlik əzəldən sirdi,

Ömür yaşa, var ol, şair!

***

…Taleyini kim yazdı?

Bəxtində sevinc azdı.

Baharın da ayazdı,

Söylə, xəbərin varmı?

***

Haqdan gəlir dürr sözün,

Qəlb ovudur hər sözün.

Ruha məlhəmdir sözün,

Uca Adam, Dağ Adam,

Şair Adam, Ağ Adam!

Bu parçalarda Giya Paçxataşvilinin insan surəti, yaradıcı ovqatı məzmun kəsb edir. Xatirə xanımın Giya müəllim haqqında yaratdığı təfərrüat oxucunu bir az ehtiyatlı olmağa təhrik edir, onu elə bu çevrədə «Ağ adam»ın ağ dünyasına «səyahətə» aparır.

Bundan başqa, kitabda diqqətimizi çəkən nüanslar daha çoxdur: məsələn, (əsas obraz) Giya Paçxataşvili sadə insan kimi çalar tapır; hər iki məkanda – həm Azərbaycanda, həm də Gürcüstanda eyni miqdarda sevilir, əzizlənir; özünün ağ dünyasına çəkilib oradan həyatın hansı gərdişdə pərvəriş etdiyini aydın görür və s. Belə deyək, kitabda Giya müəllimin həyatı, fəaliyyəti, insan münasibəti və yaradıcı ruhu mümkün qədər təfsilata cəlb olunub.

Ən əsası da, bəhs etdiyimiz kitabda Giya Paçxataşvili poeziyamızın «Ağ adam» obrazı kimi məna tapa bilib. Bu da Xatirə Əzizin ədəbi uğurudur.

Müəllif: Hikmət MƏLİKZADƏ

HİKMƏT MƏLİKZADƏNİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru