Etiket arxivi: GÖYƏRÇİN KƏRİMİ

Xocalının gecəsi. Göyərçin Kərimi.

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

Xocalının gecəsi

Donub bütün cığırlar, dərə, təpə, arzular;

Laxtalanmış çeşmələr düzülüb yamaclara,

Yarpaq, torpaq ağlayır.

Ölüm – faniliyin sonu

çox qorxulu deyilmiş, amma (Haray!) qorxulu.

Bu çərşənbə axşamının Ayı belə tutulu,

Aydınlığa can atmır,

Mərmilər işıqladır yeri, göyü – qırmızı,

Xocalı dörd bir yandan güllələnir ansızın,

Ölənin, can verənin, kor olanın, halsızın… 

Iliyinə işləyir fəslin qatil soyuğu.

Ağacda quş oyuğu boyda xəlvəti yer yox,

Qaçıb gizlənə şəhər,

Sağ qala sübhə qədər.

Zamanın gicgahına dayayıblar qəməni,

Dəyişib qətnaməni edam hökmü yazıblar.

Söhbət var ki, kütləvi məzarlıqlar qazıblar.

Insanlıq tarixinin ən böyük faciəsi,

Havadar qəsbkarın nizə uclu pəncəsi,

Bir də ağlamaq səsi,

Bayquşların söyləməsi:

“Qan gölündə boğulur Xocalının gecəsi”.

Müəllif: Göyərçin KƏRİMİ

AYB-nin üzvü

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Hüquqlar və vəzifələr nisbəti. Göyərçin Kərimi

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

Hüquqlar və vəzifələr nisbəti

        Qanun nədir? Qanun mütəxəssislər tərəfindən kağız üzərində yazılan cansız maddə və alt maddələr məcmuudur ki, əməl və hərəkətlərin tənzimlənməsi baxımından canlı qüvvəyə çevrilir.  

        Qanun insan üçündür. Bəs insan nədir? İnsan deyəndə vətəndaşlığından, əcnəbiliyindən, vətəndaşsızlığından asılı olmayaraq hüququn subyekti başa düşülür. Amma bu arada adamın ağlına başqa fikir gəlir. Mirzə Ələkbər Sabir demişkən, fəhləni, başqa sözlə, vəzifəsi, pulu, arxasında dayananı olmayan hər kəsi insan adlandırmaq olarmı? Görəsən,  köməksizlər və çarəsiz vəziyyətə salınmışlarla hər yerdə və həmişə insanla olduğu kimi davranılırmı? Bax, bu ciddi sualdır, həm də ciddi adamlara ünvanlanıb.  

        Baxmayaraq ki, qanunun bütün növləri insan üçün nəzərdə tutulub, “insan hüquqları” mövzusu bir az fərqlidir, yəni sudan, havadan və s. istifadə etmək qaydalarını əks etdirmir,

birbaşa insanın varolma hüququnun bələdçisi kimi çıxış edir.   

        Bildiyimiz kimi, hər kəsin mənsub olduğu xalq qul və quldar dövrünün sosial bərabərsizliklər sistemini adlayıb. Nə yazıq ki, qul və quldar cəmiyyətlər qədimdə qalsalar da, rüşeymi əbədi inkişafdadır. Qul elə bütün dövrlərdə quldur. Hüququndan istifadə edə bilməyən, dərdi dinlənilməyən, sözü eşidilməyən hər kəs öz ölkəsində quldur. Qul statusu ilə razılaşmamaq mümkün deyil, çünki razılaşmaqdan başqa müraciət forması nəzərə alınmır.         

        Zooloji aləmdə hüquq anlayışı yoxdur, amma qul üzvlər də yoxdur. Quşlar qibtəediləcək qədər uzaqlara uça, heyvanlar bir meşədən ayrı meşələrə, hətta bir ölkədən ayrı ölkələrə vizasız, pasportsuz hərəkət edə bilərlər. İnsan, nə təəssüf ki, ruhuna görə Allaha yaxın yerlərdə qərar tutsa da, bədəninə görə heyvandan da aşağı imkanlara malikdir.   

        Hüquq insanın müəyyən çərçivə daxilində azadlığıdır. Əlbəttə, insanın sonsuza qədər azadolma, yəni təfəkkür və düşüncəsinə görə sərhədsiz azadlıq xüsusiyyəti var ki, bunu heç cürə hüquqla əlaqələndirmək və məhdudlaşdırmaq mümkün deyil. Sərhədsiz azadlıq o demək deyildir ki, o, öz əməllərinin zəruriliyini və sərhəddini anlamır, əksinə, ən böyük azadlıq insanın özünün özünə təlqin etdiyi dərk olunmuş sərhəddir.

        Hegelə görə “hüquq ideyası azadlıq deməkdir, onun əsl mahiyyəti o zaman başa düşülür ki, bu anlayış mövcud varlığın timsalında dərk ounur”.

        Əlbəttə ki, Hegel haqlıdır, lakin bir şərtlə. Bu o şərtdir ki, hüquqi cəhətdən azad olan və eyni zamanda əməllərinin sərhəddini dərk edən müdrik insan da haqsızlığa məruz qalmaq,  özündən, yolundan zorla uzaqlaşdırılmaq üsulu ilə iflasa uğrayır. Yəni əqidəyə təcavüz etmək birbaşa əlçatan olmasa da, əqidə sahibinin həyat yollarına daş düzməklə onu sarsıtmaq həmişə mümkündür və buradan belə nəticəyə gəlmək olar ki, “mövcud varlığın timsalında” dərk olunmuş azadlığın hüquqi müstəvidə davamlılıq müddəti kənar müdaxilələrdən asılıdır.   

        “Hüquq müəyyən çərçivə daxilində insanın azadlığıdır” deyirik də, amma o, əslində, vəzifələr məcmudur; tabeçilik hökmlərinin diqtəsidir. İnsan hüquqları ilə tanış olduqca vəzifələrini öyrənir. Məsələn, öyrənir ki, yaşadığı ölkənin konstitusuyasının, qanunlarının və digər qanunvericilik aktlarının tələblərini pozmamalı, xalqın adət və ənənələrinə hörmətlə yanaşmalıdır, amma hüquqlarının müdafiəsinə qalxmaq imkanından qismən məhrumdur.

        Əslində, insanın hüququ olmur, ona görə ki, qanun yaradılışdan irəli gələn funksiyalara uyğun yazılmır, əksinə, təbiətə qarşı yönəlir. Hüquqlar bəzən kağız üzərində qalır, həm də onu situasiyanın, şəraitin tələbinə, icraçının istəyinə müvafiq olaraq tez-tez dəyişirlər. Deməli hüququndan istifadə yerində, anında, müəyyən zaman çərçivəsində qəfildən gerçəkləşməsə, uzun zamana hesablanan məsələlərin həllinə davam gətirmir.           

        Spinoza deyir ki, heç bir cəmiyyət hakimiyyətsiz, qüvvəsiz, insanların ehtiras və aşıb-daşan istəyini idarə edən qanunlarsız yaşaya bilməz, amma insan təbiəti özünün qeyri-məhdud şəkildə  istismarına dözmür, bu mənada qanun o zaman müsbət nəticə verir ki, müəyyən həcmdə insanın istək və arzularını əhatə edir. O, azadlığı dərk edilmiş zərurət adlandırır.

        Spinoza da Hegel kimi qanunun vacib amil olması fikirlərinə görə haqlıdır, ona görə ki,        qanunsuz yaşayan cəmiyyətin fəsadları ilə heyvan sürüsünün özbaşınalığını qarşı-qarşıya gətirmək ölçüyəgəlməz şəkildə yanlış müqayisədir, axı insan düşünən varlıqdır, istənilən qədər müdhiş və mənfur əməllərə imza ata bilər; amma o da “azadlıq  dərk edilmiş zərurətdir” deyərkən cəmiyyətləri yox, “mövcud varlığın timsalında” tək-tək insanları nəzərdə tutduğu üçün hüquqi status anlayışını kölgədə qoyur.  “Azadlığı dərk edilmiş zərurət” kimi mənimsəmək hüquq yaradıcısı, qanun mücəssəməsi olmaq deməkdir ki, həmin bu tək-tək insanların taleyi, güc strukturlarında çalışanlar xaric, yadelli müdaxilələrə məruz qalan cəmiyyətlərdə ağla sığmayacaq qədər acınacaqlı ola bilər.   

        Hollandiyalı filosofun fikrinə görə, azadlıq qanun daxilində mövcuddur, yəni azad insan qanuna riayət etməlidir. Qanuna riayət etmək məsələsi də elə dolayısı ilə qanunların icra olunma məcburiyyətidir. Doğrudur, filosof hər kəsin söz azdlığından da bəhs edir, lakin söz azadlığı hüquq sahibi olmaq deyil, çünki sözdən daha mühüm olan deyilənlərin həyata

keçirilmə prinsipidir. Hüquq insanın cəmiyyətdən öz haqqını alması, vəzifə, əksinə, borcunu ödəməsidir.    

        İnsanların mənsub olduqları cəmiyyətlər, yaxud ayrı-ayrı hökümətlər tərəfindən, həm ölkədaxili, həm də ölkəxarici münasibətlərin tənzimlənməsi öhdəliyi zamanı mütəmadi olaraq hüquq pozuntusu baş verir. Müxtəlif dövlətlər müxtəlif vaxtlarda Vyana, yaxud Avropa İnsan Hüquqları  Konvensiyasının şərtlərini pozur. Son vaxtlar adət halına gətirilmiş səfirliklərə hücum tendensiyası deyilənlərə əyani misaldır və əgər…  

        Əgər “Avropa insan hüquqları hüququ”, “Diplomatik əlaqələr haqqında Vyana konvensiyası”nın və s. maddəsi dünyanın gözü qarşısında açıq-aydın pozulur və cəzasız qalırsa, onda tək-tək insanların hüququndan danışmağın əhəmiyyətlilik dərəcəsi sıfra enmirmi?

        Məlumdur ki, insanın ləyaqət hüququ bütün hüquq və azadlıqların məzmununa sirayətedici təsir göstərir, amma “cinayət tərkibi yoxdur” mühakiməsilə çox vaxt müdafiədən kənarda qalır, yaxud insanın yaşamaq hüququna onu cismən öldürmədən öldürücü təcavüzlər edilir.    

        Göründüyü kimi, Beynəlxalq qanunlar təkcə ölkələr, uluslararası münasibətlərin tənzimlənməsi, idarə olunması səbəbindən yox, həm də istənilən dövlətdə hər hansı vətəndaşın, yaxud əcnəbinin, vətəndaşlığı olmayan şəxsin  hüquqlarının müdafiəsi üçün nəzərdə tutulur və insan hüquqları məsələsində nəzəri cəhətdən “ölkənin daxili siyasətidir” deyə bir anlayış yoxdur. Emprik cəhətdən…tam bunun əksinə.          

        Tutalım, Almaniyada Miqrasiya Xidməti əcnəbi almana “dövlət dilini bilmir” deyə nöqsan tutur, təəssüf ki, o, xarici vətəndaş olsa da, almandır və alman dilində bütün öyrəndiyi dillərdən yaxşı danışır. Yaxud eyni statuslu alman haqqında yazırlar: “vəzifələrini bilmir”, halbuki o, otuz ildir Almaniyada yaşayır, əgər vəzifələrini bilməsəydi, tramvaydan belə istifadə etməsi mümkünsüz olardı. Üçüncü qərarda artıq həmin əcnəbi almana “hüquqlarını bilməmək” statusu tətbiq edilir. Həqiqəti əks etdirməyən yalan qərarlardan sonra bu üçüncü cümlə adama şapalaq kimi toxunur və sual doğurur: – Bu əcnəbinin hüququ olsaydı, əvvəlki  iki müddəadan onun əleyhinə istifadə etmək baş tutardımı?

        Avropa insan hüquqları hüququnun «Kompensasiya etmə» kimi tanınan sahəvi prinsiplərindən biri də insan hüquqlarının pozulması nəticəsində vurulan zərərin əvəzinin ödənilməsidir.  Yəni illərlə uzana biləcək məhkəmə yolu ilə… təəssüf ki.

        Gəldiyimiz son qənaət belədir ki, vəzifələr bütün dünyada eynidir, onu bilmədən insan bir gün də yaşaya bilməz, elə hüquqlar da eynidir, lakin tək-tək insanın hüququ qarşı tərəfin məsələyə münasibətindən asılı olaraq, ya var, ya qismən mövcuddur, ya da… bərkə düşəndə heç yoxdur. Bu mənada “Hüququnu bilmir” maddəsinin, yaxud bəndinin tətbiqi qeyri-müəyyən ittiham və ya, sadəcə, ittihamdır.

        Hüquqların vəzifələrlə nisbətini balıq və balıqçının timsalında aşağıdakı kimi şərh etmək olar: “Balıqçının vəzifəsi suya salladığı tilovun qarmağına yem keçirib balıq ovlamaqdır. Balığın hüququ qidalanmaqdır, yem qarmağın ucunda olsa belə… ”

Müəllif: Göyərçin KƏRİMİ

AYB-nin üzvü

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Göyərçin Kərimi. İstanbul.

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

İstanbul

Sayğılı İstanbul!

Gördüyüm, görmədiyim şəhərlərin ən gözəli,

Sevdirdin özünü mənə.

Yenidən küsməyi, darıxmağı öyrətdin,

Eşq dilində oxumağı öyrətdin.

Yenidən “can içində can” oldu, Niyazi Misridənqalma

“ol canan imiş” qəzəli,

Yenidən göy qurşağı toxuyuram sənə.

Yaşadığım sənsizlik ağrısını, yəqin ki, hiss etdin.

Ruhumu qısqanc sevgili kimi həbs etmisən,

Bütün sevdiyim şəhərləri ötmüsən!!!

Qayğılı İstanbul,   

Barmaqlarımın ucunda gəzdirdiyim həsrət yuvasının

məhvərinə toxun,

Qoy bizim xeyrimizə işləsin zamanın “geriyə” oxu.

Mən, həm qanayan rəngimlə gülə bənzəməyi qəsd etmişkən,

Istəklərdən arınmış kimiyəm,  

Həm də çat verdiyim o susuz sahillərdəki

boşluğu doldurmaq üçün yük gözləyən gəmiyəm.

                26 dekabr, 2022.

Müəllif: Göyərçin KƏRİMİ

AYB-nin üzvü

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Göyərçin Kərimi. Heydər Əliyev ömrü.

Heydər Əliyev ömrü
Öz həyat salnaməsi üstə qərar tutdu O,
Gəlişilə məmləkət dirçəlməyə başladı.
Ədavəti fikrindən daim kənar tutdu O,
İnsanda insanlığa məhəbbət aşıladı.
* * *
Heydər Əliyev ömrü Azərbaycan deməkdir,
Vəhdətə sədaqəti azadlığın rəhnidir.
Böyük həqiqət üçün əngəllər keçən bir-bir,
Günəş kimi parlayan zəkasıdır, zehnidir.
* * *
Keçmişin bilicisi, gələcəyin hamisi,
İslahatdan başlandı milli qurtuluş yolu.
Müstəqil Azərbaycan dövlətinin banisi,
Qurucu qayəsilə çoxuna örnək oldu.
* * *
Yada salın o dövrü! Qayıdışı ölkədə
Hərc-mərcliyə son qoydu, yatırdı iğtişaşı.
Əkinçiyə payladı torpağı hər bölgədə,
Bir mərkəzdə topladı neçə cür ixtisası.
* * *
Çox kitablar yazıldı ömür yoluna dair,
Kitablara sığmadı amma könül dünyası.
Sanki aramızdadır, bizimlə gəlib-gedir,
Uğurlara zəmanət verir xeyir-duası.
* * *
Göz yolda, qulaq səsdə, əvvəl, ya son nəfəsdə
Anılacaq bir ad var – adların ən ucası!
Qələmindən süzüldü tarixə yeni səsdə –
“Azərbaycan!” şeirinin qafiyəsi, hecası.
* * *
Açdığı cığırlarla sabahlara gedirik,
Tövsiyyəsi, öyüdü işimizə köməkdir.
“Həmişə fəxr etmişik, bu gün də fəxr edirik”–
Heydər Əliyev ömrü Azərbaycan deməkdir!
12 dekabr, 2015.

Mütərcim: Göyərçin KƏRİMİ

AYB-nin üzvü

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Xristianlıqda pessimizm və optimizm

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

                      Xristianlıqda pessimizm və optimizm

                            N. A. Berdyayevdən tərcümə

        Ser Çetverikov ataya minnətdar olmalıyam, ona görə ki, “Müasir dövrdə insanın taleyi” kitabımı yüksək səslə oxuyandan sonra öz məktubu vasitəsilə bəzi fikirlərimi səmimi və daha aydın söyləməyimə imkan yaratdı. Məni tez-tez yaxşı başa düşmürlər və dünyagörüşümün ziddinə xarakterizə edirlər. Buna, yəqin ki, səbəbkar özüməm. Çünki anlaşılmazlığı antinomiya, ziddiyyət, paradoks və faciəvi mübahisələrlə müqayisəli təhlil edirəm. Mən araşdırmaları özümün qəti inamımla aparıram, o inamla ki, dünyanın quruluşuna, hətta varlığın dərinliyinə antinomik-paradoksal düşüncə tərzi uyğun gəlir. Bu mənada dünyanı mütəsna olaraq nə pessimist, nə də optimist kimi qəbul etmək olmaz. Diqqətə çatdırmaq üçün onu da əlavə edim ki, ilahiyyatçı deyiləm, filosofam və dilim ilahiyyatçıların dilindən fərqlidir.  

        Adı çəkilən kitabımda ümidsizlik və inamsızlıq, Çetverikov atanın mənə yazdığı kimi, möhür vurulmuş şəkildə deyil. Doğrudur, həyatın pisliklərinə, bu pisliklərdə insanın acınacaqlı iştirakına qarşı məndə çox güclü və əzabverici hisslər var; amma həyatın Mənasına olan inamım bundan güclüdür. Gizlətmirəm, məndə xristianlığın həddən artıq mərhəmətli, alicənab, faciəsiz, ürəyiyumşaq başa düşülməsinə qarşı güclü müqavimət var. Hər halda o, dünyanı kilsə daxilində təhlükəsiz, sevincli, işıqlı – xilasedənlərə, və kilsə xaricində gizli, təhlükəli, əzabverici – məhv olanlara ayırır. Bax belə bölgü sistemi və kilsə daxilindəkilərin uyğun düşüncə tərzi mənə görə İncilin ruhuna uyğun gəlmir. Məsihin Incil obrazı başqa cürə öyrədir. Məsihin yolu ilə getmək ona gətirib çıxarır ki, biz vergi yığanlarla, fahişələrlə, düyada ölənlərlə bir yerdə olacağıq və əzab içində qıvrılacağıq. Başa düşmək çətindir, axı necə olar bilər ki, kilsə daxilində özünü sakit və firavan xilaskar kimi hiss edib dünyanın əzab-əziyyətinə şərik çıxmayasan. Farisey özbaşınalığının qorxusu həmişə var.  Məni təəccübləndirən ata Çetverikovda mənim kitabımdan yaranan yanlış təəssüratdır ki, guya Allah tarixə təsir göstərmir, O, dünyanı tərk edib. Həqiqətdə isə, Allahın tarixə təsiri olmasaydı, onda nə mənim kitabım, nə də  yazdıqlarım olardı. Heç kitabın əsas mövzusunu təşkil edən ali hakim də olmazdı. Lakin Allahın tarixə təsiri gizlidir və rasional şərhə tabe olmur. Allah tarixə təsir edir, necə ki, təbiət və insan təsir edir. Buna görə də tarix Allahın təbiətin determinasiyası və insanın azadlığı ilə birgə istehsalıdır. Tarix üzərində Allahın təsiri yolun immanent nəticələrə görə aşkarlanmasıdır, əks yol Allahın hökmranlığına aparır. Məhkəmə Allahın cəzası deyil, belə düşüncə antropomorf  və ekzoterikdir, məhkəmə Allahı unutmanın nəticələrini aradan qaldırmaq üçündür. Ata S. Çetverikov nəyə görəsə məni o məsələdə qınayır ki, fikrimə görə, guya Allah mühakimə edən və cəza verəndir, Allah sevgisi yoxdur. Həqiqətdə isə, cəza Allahdan gəlmir, dilimizin qüsuru aldadıcıdır. Mən ancaq  Allahın sevgisinə inanıram, əzab və qorxu verən Allaha inanmıram. Lakin Allah sevgisi qaranlıq stixiyada mənasını dəyişib; od kimi də təsir edə bilər, əzab kimi də yaşanar. Tarix üzərində immanent mühakimə dünya və insan üzərində mühakimənin sonuncusu deyil.  

         Ən başlıca problem ki, mənə əziyyət verir; bu şərin baş verməsi və şərə görə cavabdehlik məsələsidir. Pisliklərə görə Allahın cavabdeh olması fikrilə razılaşmaq çətindir. Hər şey Allahın əlindədir, Allah hər yerə təsir edir, Allah xeyirxah məqsədlər naminə şərdən yararlanır, Allaha münasibətdə heç kim, heç nə azad deyil. Kalvin tədrisdə ardıcıl və radikal nəticələrini əvvəlcə bu kimi fikirlərə görə əldə etmişdi. Allah şərə, yaxud şərdən keçən əməllərə təsir edirmi? Cavab “bəli”dirsə, o zaman dünya əzabına və şərə görə məsuliyyət Allahın üzərinə düşür. Yox, əgər “yox”dursa, onda Allaha və Onun münasibətindən azadolma baş verir ki, Allahın təkhakimiyyətliliyinə kölgə salır, sanki Onu şərə qarşı (mən düşünürəm ki, bütün bunlar dilin problemidir) gücsüz edir. Bu təhlükəsiz və optimist həllə imkan vermədiyi üçün problemlərin ən çətinidir. Dostayevski bundan əziyyət çəkirdi. Teodiseyanın böyük hissəsi, Bl. Avqustindən Leybnitsə kimi, nəinki qaneedici deyil, birbaşa təhqiredicidir, Allaha və insana qarşı hörmətsizlikdir. Əlbəttə, burada xalis aqnostik mövqedə dayanıb etiraf etmək olar ki, biz rasional dərk mümkün olmayan son dərəcə gizli işlə məşğul oluruq. Bu nöqteyi-nəzər daha yaxşıdır, nəinki rasional teodiseyalar ki, ilahiyyatda da, metafizikada da sona qədər duruş gətirə bilməyiblər; necə də olsa həmişə həssas vicdanlar üçün əlverişsiz mənzərə yaradıblar. Kilsə müəlliminin çoxu öyrədir ki, pislik mövcud deyil. Amma sona qədər fikirləşəndə etiraf etmək lazım gəlir ki, şərin mənbəyi varlıqdan kənardadır, harada ki, Allah qüdrəti hökm sürür, daha doğrusu, qeyri-mövcudluqda və olmayan azadlıqdadır. Bu, fəlsəfi təfsirdir, sonuncu sirr haqqında azadlıq və şər ilə əlaqəli fəlsəfi ifadədir. Dünyanı dərk etmə və görmənin faciəvi mənbəyi budur. Buna səbəb dünyanın şər və əzabının təcrübəsi, yaradıcılıq təcrübəsi, yeni nəyinsə yaradılmasıdır. Şərdən çıxış yolu Allahın öz əzabındadır, daha doğrusu, Məsihdədir, hakimi-mütləq Allahda deyil, bağışlayan, sevgi qurbanı Allahdadır. Mən düşünürəm ki, xristianlığın mahiyyəti budur.  

        S. Çetverikov ata mehriban Allahın insan həyatında rolunu belə təsvir edir ki, guya o, ancaq kilsə civarında qərar tutanlara, daşqın zamanı gəmidə olanlara aiddir. Lakin insanlıq tarixinin böyük hissəsi, ələlxüsusus, bizim dövrümüzdə, nə kilsə daxilindədir, nə də gəmidə, dünyanın quduz okeanlarında boğulur. Bu o anlama gəlir ki, Allah dünyanın və insanın böyük hissəsindən əl çəkib? Mömin xristianlar necə özlərini dünya əzabından qoruyub, kilsəxarici əzab və işgəncənin onlara dəxli olmadığını iddia edə, yaxud dünyanın vəziyyətindən doğan pessimizmə laqeydlik göstərib optimist ola bilərlər? Bu məhəbbətin hökmlərinə görə günah olardı. Andre Jidanın “Leretour del`enfant podigue” novellasında, hansı ki, incilin obrazını fikir azadlığı ilə təfsir edir, israfçı oğuldan onun bu dünyada ata evindən kənarda nə etdiyini soruşurlar, belə cavab verir: əzab çəkdim. Bu kimi cavabı həqiqət və doğruluq axtarmaq, xoşbəxtlik və həyat həzzi tapmaq səbəbindən ata evini tərk edənlər də söyləyə bilər. Məsihilər ata evini tərk edənlərin əzablarına, dünya acısı çəkmələrinə laqeyd ola bilməzlər. Ata evini tərk edənlərə diqqət xristianlığa döndərmək cəhdi və kilsəyə qaytarmaq işilə tamamlanmalı deyil; xristianlar onlardan çox şey öyrənə bilərlər.

İnsanın dünyadakı taleyinə xüsusi diqqət, onları sınaq və əzablara ayırmaq üçün icazə lazımdır. Xristianlıq müasir insana fəlakət zamanı kömək edə bilər, xüsisilə, o zaman ki, əgər insan müasir ruhun sınaq və suallarına müstəsna əhəmiyyət verir. Amma bu, kifayət  deyil, görünür, kilsə dairələrində zamanın hərəkətinə lazımi həssaslıq göstərilmir, onlar düşünürlər ki, bu günün adamı beş yüz, min il bundan əvvəlin adamı ilə eynidir. Mənim kitabımdan narahat olan S. Çetverikov ata heç vəchlə kilsədən imtinanın hayında deyil. Lakin kilsə tarixi krizis yaşayır və onun üzərində mühakimə labüddür. Kilsə cəhənnəm cəfənglərinin qarşısını ala bilmir, çünki Məsihə üstün gəlmək gücündə deyil, lakin cəhənnəm adıyla, nəinki kilsə xarici qüvvələri, hətta kilsədaxili qüvvələrin də qarşısını almağa çalışır, hansılar ki, xristanlıqda insanlığın xeyrinə düzəliş ediblər. Müasir ateizmdə təkcə ateistlər günahkar deyillər, ilk günahdan üzü bəri həmişə “Allah, Allah” deyə səslənənlərdir ki, Allaha etiqad və ibadəti təhrif ediblər. Kilsə onun ikili anlayışa malik olduğunu etiraf etməklə müdafiə olunar. Bəzi kilsəyə görə Məsihin mistik varlığı canlı, guya həqiqi davam edən təcəssümdür. Bəzi kilsələrin tərkibi sosial institutlar kimi günahkar insanlardır və bu mənada, həm sosial mühit, onun təsiri, təlqini ilə, həm də öz hüquqları, iqtisadiyyatlarına uyğun hökümətlə müəyyən əlaqədədirlər. İkinci mənada kilsə özündə məhdudiyyət və bütün baş verənlərin sosial nizamla tənzimlənməsi məsuliyyətini daşıyır. Tarixdə sosial hadisələr kimi kilsənin ən böyük günahı onun səcərə və qeyri-ruhanilərinin şəxsi günahları deyil, günah yanlışlıqda, təhrif edilmələrdə, xristianlığın əsas prinsiplərinin insan mənafeyinə uyğunlaşdırılmasında, inancın özündədir. Ruhani və müqəddəs adlandırılmış o qədər günahkar adamlar var ki… Bax, bunun üzərində düşünmək lazım gəlir. Allah həmişə dünyaya təsir edir və bu faydalı təsir heç vaxt insanın qəddarlıq, şəxsiyyətə zidd, amansızlıq kimi mühakimələrinə bənzəmir. Həm insan azadlığı, həm də dünyanın qaranlıq stixiyası mənada Allahın dünyaya təsiri bizim üçün müstəsna dərəcədə çətin və anlaşılmazdır. Bu təsir heç vaxt kənardan və zorakı ola bilməz. Dünyanın üzərində Allah mühakiməsi rəhimsizcəsinə ola bilməz, məxsusən, ona görə ki, Allah insan azadlığına hörmət edir və zoru sevmir.  

        Insan yeni yollar arayanda, iztiraba dözmək məcburiyyətində qalanda, əzab çəkəndə eynən İovanın taleyini yaşayır. Məni hər şeydən çox İovanın təsəlliverənlərinə çevrilmək qorxusu narahat edir. İova Allahla mübarizədə Allah tərəfindən bəraət qazandı, amma onun dindar təmsilçiləri məzəmmət olundular. Xristianlar tez-tez İovanın təsəlli verənləri kimi mühakimə yürüdürlər. Onlar elə bilirlər ki, insanın və dünyanın hədsiz əzablarına baxmayaraq bu üsulla optimist olmaq mümkündür. Qoy “bədxahlar” əzabda qovrulsunlar, bu onların haqqıdır, “xeyirxahlar” isə bunun nəticəsində razılıq hissi yaşasınlar. Bu məsələni heç vəhclə qəbul edə bilmirəm. Çünki heç kəs özünü dünyanın, bəşəriyyətin ümumi taleyindən ayıra bilməz və heç kəs özündən razı şəkildə iddia edə bilməz ki, o, düzgün yoldadır. Mən, əlbəttə, yaxşı bilirəm ki, S. Çetverikov ata xilas yolunun qaçılmaz əlaməti olaraq özünü ləyaqətsiz və günahkar hiss edir. Təəssüf ki, bir çox xristianlar özlərini ləyaqətsiz və günahkar hiss etmək düşüncəsilə xristian aləmində ritorik – şərti üsullar əldə etdilər.

S. Çetverikov ata, əlbəttə, bunu yaxşı bilir. Mənim nəzərdə tutduğum problem başqadır. Söhbət bütün xristianlar üçün səciyyəvi olan özünü ləyaqətsiz və günahkar hiss etmədən getmir, dünyanın, başqa insanların sualını özününkü kimi qəbul edib, əzabı-əziyyətini  bölüşməkdən, gedir. Hamı hər kəs üçün cavabdehdir. O insanlar ki, nə vaxtsa dünyanı monastıra getmək üçün tərk edirdilər, onlar bunu fədakarlıq xatirinə edirdilər. İndi bu dünyada yaşamaq özü fədakarlıqdır. Allahla mübarizə bəzi vaxtlarda Allah üçün daha münasibdir, nəinki Allaha ibadətin başqa formaları və təqva. İova Allahla mübarizə aparırdı, onun təmsilçiləri isə mömin idilər. İova da, onun təmsilçiləri, daha doğrusu, ittihamçıları indi də var. İova pessimizm anları yaşadı, lakin onun təmsilçiləri optimist idilər, çünki bütün baş verənlərin ədalətli olduğuna inanırdılar. Hər halda Allahın mühakiməsi bizim düşündüyü-müzdən gizli baş verir və rasionallaşdırıla bilməz, baxmayaraq ki, bu, teoloji rasionalizasiya olardı. 

        Mən optimist deyiləm, lakin pessimist kimi xarakterizə olunmağım da düzgün olmaz. Qəti pessimizm xristianlıqla uzlaşmır, bu varlığın əksinə – yoxluğa doğru meyletmədir. Passiv pessimizmi təəccüblə qarşılayıram, amma pessimizmin mənim payıma düşən cəhətini  aktiv pessimizm, yaxud pessimizmlə mübarizə kimi dəyərləndirmək olar. Mən insana, onun ilahi təbiətinə, yüksək ləyaqətinə, dünyada sülhü davamlı qoruyan yaradıcılıq işinə hər kəsdən çox inanıram. Bütün yazdıqlarım buna şahididir. Lakin bu heç də insan təbiətinin

J. J. Russo ruhunda lütfükar təmizliyinə xoşniyyətli inam və ya optimist münasibət deyil. Insan ruhuna xas olan azadlıq və yaradıcılıq onun həyatını faciəvi edir.

        İnsan var olmaq və olmamaq uçurumu ilə üz-üzə qoyulub. O, bu uçurumu təkbaşına, öz gücü ilə dəf edə bilməz, yuxarının köməyinə ehtiyac var. Bu isə ilahi işdir. Əgər bizim əsrdə insanın varlığı özü təhlükədədirsə, insan çürüyürsə, bu məhz ona görədir ki, o, ancaq özünün, öz gücünün ixtiyarına buraxılıb. İnsan bəlkə də öz varlığının ən təhlükəli dövrünü yaşayır. Lakin mən düşünmürəm ki, insanın taleyi tamamilə çarəsizlik olmuşdur. Axı çarəsizlik bu dünyaya aiddir, o biri dünyaya yox. Məgər biz bilmirik ki, dünyanın tarixi sonsuz deyil, dünya bir gün dağılacaq, tarix bitəcək. Buradan isə belə nəticəyə gəlmək olur ki, bu dünyada, bu torpaqda, bu dövrdə sonun olacağı labüddür. Dünyəvi çarəsizliyin səbəbi bununla izah  olunur. Çarəsizlik düşüncəsi insanın yaradıcı işinə, onun bu dünyada həqiqəti işıqlandırmaq istəyinə mane olmamalıdır; çünki yaradıcılıq insanı son nəticəyə qədər təqib edir. Allah-insan işinin sonuna. Axırıncı söz ki, Allaha şamil olunub, insan sözünə də aid olur. Mütləq və qəti pessimizm artıq tənqidlərə dözmür, ona görə ki, dünyanın və insan həyatının cəfəngiyatına və şərinə dair hər bir mühakimə daha yüksək bir Mənanın mövcudluğunu nəzərdə tutur; aşağı həyatın da hər bir hökmü, mühakiməsi tək olan Tanrının varlığını şərtləndirir. Bu mənada demək olar ki, şər və şər adı ilə tanınan mövcudluq Allahın varlığını təsdiq edir.    

Mütərcim: Göyərçin KƏRİMİ

AYB-nin üzvü

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Göyərçin Kərimi. Var bir dərdim ki…

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

                           Var bir dərdim ki…

        Dünyada nitqin, hər hansı hadisədən bəhs etmənin üç qaydası var. Birincisi, kütlənin dilidir ki, bu rəngarəng təbiəti olan okeana bənzəyir; ünsür müxtəlifliyi olsa da, üslub eynidir, yaxud üslub yoxdur. Kütlənin dili göz ilə gördüklərini, qulağı ilə eşitdiklərini nəql edər. İkincisi, ziyalı və alimlərin dilidir ki, onlar daha çox təcrübədə sınadıqlarına, idraka və mənəviyyata əsaslanarlar. Üçüncü növ dil nəql edənin gördüyünə, eşitdiyinə istinad etmir, hər bir prosesi immanet qavrayışdan ayırıb minllərlə hadisənin baş vermə səbəbi kimi nəzərə çatdırır. Birinci dilin tərkibi “zəngindir”. Bura narkoman, dustaqxana və s. bu qəbildən olan jarqon dillər 

daxildir. Ikinci dilin strukturuna ixtisas təmayüllü terminləri də əlavə edirlər. Üçüncü dil tərkib və ya strukturuna görə əvvəlki ünsiyyət formalarından fərqlənir. Bu dilin dərinliyini, yaxud ucalığını adi idrak vasitəsilə ölçmək mümkün deyil, çünki transendentliyin təcəssümüdür. Fərdiliyini dəf etməmiş idrak sonuncunu ancaq təsəvvür formasında, yaxud da immanent qavraya bilər. Üçüncü dil hərflərin, sözlərin, söz birləşmələrinin məna yükünə uyğunlaşdırılması, fərdin idrak sferasının xaricində yerləşdirilməsi baxımından əruz vəzninə bənzəyir. Məsələn, əruzu bilməyən oxucu qəzəli, rübaini heca vəznində yazılmış şeir nümunəsindən ayıra bilməyəcək. Çünki vəzndən, misraların bərabər hissələrinə mütabiq olan səs tezliyindən xəbərsizdir. Bu vəzndə şeir yazan ölkələrin hamısında təhsil görmüş hər kəs terminin adı ilə tanışdır, amma əksəriyyət üçün “İcazə ver mənə, könlüm səninlə həmbahar olsun” misrası ilə “Mənə icazə ver, səninlə həmbahar olsun könlüm” misrasının fərqi yoxdur. Əgər söhbət heca vəznində yazılmış şeirdən gedirsə, fərq olmaya bilər, yox, əgər mövzu əruz vəznidirsə, ikinci misra heç bir təfilə ardıcıllığına uyğun gəlmir. İnsan suyun üzərində qalmağı tədricən öyrəndiyi kimi, əruz vəzninin sirrinə də ahəngin xüsusiyyətindən xəbərdar olduqca yiyələnir.

        Üçüncü dildən agah ola bilməyənlər xitab, rəsm, heykəltəraşlıq, ədəbiyyat və s. mənada əsl əsərlərin mahiyyətini anlaya bilmirlər.  

        Üçüncü dil mövzusu tərcümə sənətində də aktualdır. Məsələn, türkiyəli mütərcim Senail Özkanın tərcüməsilə doğma türk dilində işıq üzü görən C. V. Hötenin “Faust” əsəri, fikrimə görə, orijinal versiyasından o qədər də fərqlənmir. Çünki hər sətirdə, hər parçada, hər bölümdə müəllifin üçüncü dil vasitəsilə qələmə alınmış yaradıcı qayəsi insan ruhuna türkün şirin ləhcəsində vücudu  titrədəcək qədər sirayət edir. Senail Özkan Hötenin fikirlərinə onun bütün əzəmətini hopdurub. Elə bu xüsusiyyətinə görə əsəri türk dilində danışanlar üçün böyük xəzinə hesab etmək olar.  

        Mən üçüncü dil deyəndə ədəbi dilin beş funksional – bədii, elmi, publisistik, məişət, rəsmi-işgüzar üslübunu nəzərdə tutmuram. Üçüncü dil birinci üç üslub üçün keçərlidir. Yəni bu dilin köməyilə bədii, elmi əsərlər, publisistik məqalələr yazmaq olar. Lakin bədii, elmi əsərlər, yaxud publisistik məqalələr, əsasən, bu dili bilmədən yazılır. Üslubla üçüncü dilin fərqli olduğunu Kafka Şopenhauerin timsalında belə açıqlayır: “Təkcə üslubunun gözəlliyinə görə Şopenhaueri oxumaq lazımdır”. Bu o deməkdir ki, onsuz da üçüncü dildə yazan Şopenhauerin üstəgəl üslubu da gözəldir. Buradan belə nəticəyə gəlmək olar ki, üçüncü dil və gözəl üslub terminləri bir-birini tamamlamaya da bilərlər.

        Hər bir yazıçı ədəbi dilimizin fonetik, leksik və qrammatik normalarına tabe olan üslubda gözəl əsərlər yaza bilər, amma üçüncü dil qaydalara tabe olan üslub demək deyil, bəlkə də ən düzgün qaydaların tətbiqi ilə “qayda pozuntusudur”.

        Məhəmməd Füzuli yazır:

        “Var bir dərdim ki, çox dərmandan artıqdır mənə,

        Qoy məni dərdimlə, dərman eyləmə, var, ey həkim”.

         S. Özkanın Faustu deyir:

        “Mən iyiləşmək istəməm, düşüncəmin hakimiyim,

        Yoxsa şimdi ben de başkaları gibi alçağın tekiydim.

         Füzulinin dərdi ilə Faustun dərdi, göründüyü kimi, eynidir; onlar eyni dünyanın ortaq sakinləridir və hər kəsə məlumdur ki, mənəvi aləmin, maddi və cismani dünyanın əzabları arzuedilən deyil. Bu əzablardan qurtulmaq üçün Şopenhauer mümkün qədər arzulardan imtina etməyi məsləhət görürdü. Bəs o hansı dərd, hansı xəstəlikdir ki, insan sağalmaq istəmir? Bu, dünyanın dərk olunmasıdır və dünyaya ağalıq etmək fikrində olan uzun-uzun adam siyahılarından heç birinin düşüncə tərzinə mütabiq deyil. Çünki dünyanın dərki onun özündə deyil, kənarındadır. O kəslər üçün ki, maddi dünyanın hadisələri mühüm əhəmiyyət kəsb edir, onlar Füzulinin, Faustun dərdindən baş aça bilməzlər.                                      

        Görünənlər aləminin faniliyi baxımından dünyanın dərk olunması böyük dərddir. O zaman bu qədər böyük dərd niyə dərman olsun ki? Bunun sirri üçüncü dilin mahiyyətindədir. Qələm sahibi insan üçüncü dilin köməyilə nəhayətə varır, dünyanın üstünə qalxır; milyonlarla dünyanın hərəkət çevrəsinə mərkəz olur.   

        Yəqin heç kimə sirr deyil ki, həzz almaq üçün biri alkoqollu içki içir, digəri narkotik vasitələrdən istifadə edir, başqası ləzzətli xörəklər, meyvələr yeyir, musiqiyə qulaq asır, intim əlaqəyə üstünlük verir və i. və s. Bu zövqlər hamısı müvəqqətidir, həmişə təkrarına ehtiyac duyulur, amma dünyanın dərk olunma vəcdi zövqlərin ən yüksəyi, alisidir, həm də insanı heç vaxt tərk etmir.   

        Bəzi insanlar özləri haqqında yüksək fikrə düşərək Füzuli dərdindən xəbərdar olduqlarını bəyan edirlər, amma bəyan etdiklərini şəxsi nümunələr vasitəsilə təsdiqləyə bilmirlər, ona görə ki, eşitdiklərdən bəhs etməklə yaşadıqlarından söz açmaq bir-birindən əsaslı şəkildə fərqlənir.     

        Sonda üçüncü dili xaraxterizə etmək üçün belə bir müqayisə aparaq. Bu dilin vasitəsilə ərsəyə gəlmiş bədii əsərləri oxumaq təyyarədə uçmağa bənzəyir; tez-tez dağın, ormanın üstündən keçirmiş kimi səciyyəvi ləngərlər vurursan; axı bu, fiosofların dilidir.

Mütərcim: Göyərçin KƏRİMİ

AYB-nin üzvü

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Göyərçin Kərimi. Qadınlar.

Göyərçin KƏRİMİ

«Parerga und Paralipomena»
XVII başlıq: Qadınlar haqqında
A. Şopenhauerdən tərcümə

Mətnlə müxalifət təşkil edən fikirlərimi
“Psixoloji anlaşmazlığın bədii ədəbiyyata təsiri”
məqaləmdə göstərmişəm. Mənbə: “Məhəbbət
və doqquz görüş” kitabı.
Mütərcimdən

§ 362
Viktor-Jozef Eten de Juidən bir neçə söz: “Sans les femmes, le commencement de notre vie serait prive de secours, de milieu de plaisirs, et la fin de consolation”[1] ifadəsi daha yaxşıdır, nəinki Şillerin antiteza və ziddiyyət əsasında yazılmış “Wurde der Fraue”[2] şeiri ki, qadınları ürəkdən tərifləyir. Bundan daha təsirli şəkildə Bayron “Sardanapal” [akt 1, səhnə 2] pyesində deyir:
The very first
Of human life must spring from woman’s breast,
Your first small words are thought you from her lips,
Your first tears quench’d by her, and your last sighs
Too often breathed out in a woman’s hearing,
When men have shrunk from the ignoble care
Of watching the last hour of him who led them. [3]
Bu və ya digər parçalarda qadının qiyməti düzgün tərənnüm olunmuşdur.
§ 363
Qadının görünüşündən nə böyük zehni, nə də fiziki əmək üçün yaranmadığı bəllidir. O, həyati borcunu müəyyən fəaliyyətlə yox, doğuş əzab-əziyyətilə, uşağa baxmaqla, ərinə tabe olmaqla, hansı ki, ona səbr və ruhlandırıcı həmrahlıq etməlidir, ödəyir. Böyük sevinc və kədər, güc nümayişi qadın təbiətinə uyğun deyil; onun ömrü kişiyə nisbətən sakitcə, nəzərə çarpmadan, mahiyyətcə, nə çox xoşbəxt, nə də çox bədbəxt, iddiasız axıb keçməlidir.
§ 364
İlk uşaqlıq illərimizdən qayğımıza qalmaq və bizi tərbiyə etmək qadına xas xüsusiyyətdir, məhz ona görə ki, özləri də uşaq kimidir: deyingən və korafəhm, bir sözlə, ömürləri boyu uşaqla əsl insan olan kişinin arasında uşaq kimi də qalırlar. Bir qızın bütün günü uşaqla necə oynayıb, əylənib mahnı oxumağına nəzər salın və sonra da onun yerində, ən xoş niyyətli olsa belə, bir kişini təsəvvür edin.
§ 365
Təbiət qızların, buna dramaturq dillə “gurultulu effekt” də deyirlər, ömürlərinin bir neçə ilini qalan illəri müqabilində gözəllik, məlahət, füsunkarlıqla bolluca təmin edib ki, bu illər ərzində kişi təxəyyülünü əhatə edib doldursunlar və onları bir ömür öz qayğılarına qalacaq qədər həvəsləndirsənlər: görünür, bu addım düşüncənin məhsulu deyil, əks halda bu qədər zəmanətlə təmin ola bilməzdi. Beləliklə, təbiət qadını da ehtiyacı olduğu müddətcə öz varlığını qorumaqdan ötrü başqa varlıqlar kimi silah və vasitələrlə yaradıb, əks halda özlərinəməxsus qənaətcillikləri olardı. Eynilə döllənmədən sonra dişi qarışqalar artıq onlara lazım olmayan və yumurtalara qulluq göstərməyə maneə yaradan qanadlarını itirir, çox güman ki, eyni səbəbdən, qadınların da əksəriyyəti bir, ya iki doğuşdan sonra gözəlliklərini qoruyub saxlaya bilmirlər. Buna görə də, gənc qızlar ürəklərinin dərinliklərində ev və əl işlərinə nəsə ikinci dərəcəli münasibət bəsləyir, ola bilsin, hətta onları bir əyləncə hesab edirlər, yeganə olaraq üstünlüyü, məhəbbəti, ancaq bunlarla bağlı olan hər şeyi ciddi qəbul edirlər, məsələn, geyim, rəqs və s.
§ 366
Hər hansı yaradılış nə qədər alicənab və nöqsansız olarsa, o qədər də gec kamilləşər. Kişi zehni yetkinliyə və mənəvi qüdrətə iyirmi səkkiz yaşında güclə çatır, qadın isə on səkkiz. Lakin onun bu yetginliyi son dərəcə zəif ölçülü ağla mütabiq olur. Bu səbəbdən qadınlar bütün ömürləri boyu uşaq kimi qalırlar, ancaq yaxını görürlər, bu gündən yapışırlar, şeylərin mahiyyətinə varmaqdansa, mühüm hesab etdikləri xırdalıqlara üstünlük verirlər. Ağıl məhz odur ki, sayəsində insan heyvandan fərqli olaraq yalnız indiki zamanda yaşamır, diqqətlə keçmişi və gələcəyi də düşünür; onun ehtiyatlılığı, qayğıkeşliyi, vaxtaşırı narahatlığı da bununla bağlıdır. Qadın öz ağlınin zəifliyindən bu kimi üstünlük və ya çatışmazlıqlarda nisbətən az iştirak edir; amma mənəvi cəhətdən korafəhm varlıq sayılsa da, hissi qavrama və onun məntiqi əsasında yaxını yaxşı görür, əlbəttə, görüş dairəsi məhdud olur, uzaq hədəfi nişan ala bilmir, buna görə də, bütün yerində olmayanlar, keçmişdə qalanlar, gələcəkdə olacaqlar onlara bizlərdən az təsir edir; zərif cinsdə tez-tez, bəzən ağılsızlıq həddinə qədər baş verən israfçılıq həvəsi də eyni Δαπανηρά φύσει γυνή [4] mənşədən qaynaqlanır. Qadınlar ürəklərinin dərinliklərində əmindirlər ki, kişinin təyinatı pul qazanmaq, özlərinin işi, əksinə, mümkün olduğu qədər ərinin sağlığında, olmasa, ölümündən sonra onları xərcləməkdir. Kişinin təsərrüfatın idarəçiliyi üçün pul ayırması onlardakı bu inamı daha da qüvvətləndirir. Bütün bunlar özlüyündə ziyanla nəticələnsə də, hər halda üstün cəhəti də var: onlara zamandan daha çox istifadə etmək imkanı yaranır, nəinki bizə və buna görə də, qadınlar bir az ehtiyatla tərpənsələr, daha çox zövqə sahib olarlar ki, ehtiyac zamanı narahat bir kişiyə istirahət vermək, təsəlli bəxş etmək kimi işə yarayan qadın sevincinin əsasını məhz bu təşkil edir.
Qədim almanların çətin vəziyyətlərdə qadınları məşvərətə çağırmaları kimi adətlərinə laqeyd yanaşmaq olmaz: sonuncuların gerçək hadisələri qavramaq qabiliyyəti bizim eyni cəhətimizdən fərqlidir, ən əsası da odur ki, qadınlar məqsədə yaxın yolu tez mənimsəyirlər, ümumiyyətlə, yaxında olana diqqət yetirirlər, halbuki biz burnumuzun ucunda baş verən hadisələrin böyük hissəsini görə bilmirik, sadə və uyğun nöqteyi-nəzər əldə etməkdən ötrü yenidən geriyə qayıtmağımız lazım gəlir. Nəticə etibarı ilə qadınlar gerçəkliyi bizdən daha ayıq seyr edirlər, eyni vaxtda biz baş verənləri, ya ayıq ehtirasla böyüdür, ya da asanlıqla təxəyyülümüzün məhsuluna çeviririk.
Eyni səbəbdən qadınlar, kişilərə nisbətən, daha çox rəhmli, insansevər və bədbəxtlərə qarşı mərhəmətli olurlar, əlbəttə, ləyaqətli, düzgün, vicdanlı olmaq məsələsində ikincilərdən geri qalmaq şərtilə. Ona görə ki, düşüncə qabiliyyətinin zəifliyinə görə onların üzərində bu günki, əyani, vasitəsiz gerçəkliklər daha çox hökmə sahibdir; mücərrəd fikirlər, daimi məqsədlər, qəti qəbul edilmiş qərarlar, ümumiyyətlə, keçmiş və gələcək, gözlə görünməyən, uzaqda olanlar haqqında düşüncələr nadir hallarda uyğun təsirə malik olur. Buna görə də, qadınlar yaxşılıqlar üçün əsl mövcudiyyət olaraq birinci yeri tutsalar da, ikinci dərəcəli, lazımi vasitələrdən məhrumdurlar. Uyğun səbəbə görə onları ödü olmayan qaraciyərə bənzətmək olar. Bu məsələyə görə oxuculara “Əxlaqın əsasları haqqında” yazımın 17-ci paraqrafına nəzər salmağı məsləhət görürəm. Qadın xüsusiyyətinin əsas çatışmazlıqlarından biri də ədalət hissinin yoxluğudur. O, dərrakəli və düşüncəli olmamaqla yanaşı zəif təbiətinə uyğun xüsusiyyətilə güc göstərməyə yox, hiyləgərliyə meyilidir ki, instinktiv məkrliliyə və dəf olunmayan yalana səy göstərməsi məhz bu cəhətindən qaynaqlanır. Necə ki, təbiət şiri caynaq və dişlə, fili xortumla, qabanı çığırtı ilə, öküzü buynuzlarıyla, mürəkkəbbalığını suyu bulandıran maye ilə təchiz edib, buna oxşar olaraq qadını da qorunma və özünümüdafiə üçün hiyləgər yaradıb və bütün bu qabiliyyətlər kişidə cismani möhkəmlik və dərrakə şəklində təzahür edirsə, qadında danışmaq istedadı ilə özünü göstərir. Demək olar ki, riyakarlıq qadının təbiətindədir, ağılsızında olduğu qədər də ağıllısındadır. Ondan hər fürsətdə istifadə etmələri hücum qaşısında heyvanların öz müdafiə silahlarını işə salmaları qədər təbiidir və bu anlarda özlərini hüquqlarından müəyyən həddə qədər yararlanırmış kimi hiss edirlər. Bu mənada qadının tamamilə ədalətli, yaxud səmimi olması kafi həddə deyil. Bəlkə də bu səbəbdən qadınlar yalanı daha asan aşkarlayırlar; hər kəs ki, aidatmaq kimi cəhdlərlə onlara yaxın düşmək istəyir, nəticəsi yaxşı olmur. Yalançılıq, sədaqətsizlik, xəyanət, nankorluq və s. kimi cəhətlər yuxarıda göstərilən dezavantajdan irəli gəlir. Qadınlar, kişilərlə müqayisədə andlarını daha çox pozurlar. Vaxtaşırı şahidi olduğumuz hadisələrdən biri də qadının ehtiyacı olmadığı təqdirdə mağazadan gizli (Əlbəttə, kişilər oğurluq etməyəcək qədər müqəddəsdir. G. K) nəsə götürməsidir.
§367
Təbiət insan nəslinin davam etməsi, degenerasiyanın əngəllənməsi üçün gənc, sağlam və gözəl kişilər yaradır. Təbiətin qəti iradəsi bununla izah olunur; qadın ehtirası isə bu iradəyə xidmət edir. Bu qanun güc və uzunömürlülüyünə görə digərlərindən üstündür. Kədərlisi odur ki, qadınlar qarşılarında kimin haqq və maraqlarını hiss etsələr, nə təəssüf, ola-olmaya, danışıla-danışılmaya, onu ilk lazımi şəraitdə rəhmsizcəsinə ayaq altına alırlar. Çünki qadının gizli, ağlasığmaz, düşünülməmiş fitri əxlaqı belədir: “Fərd olaraq bir az qayğımıza qaldıqlarına görə növün üzərində ağalıq etmək fikrinə düşənləri aldatmaqda haqlıyıq. Qohumluq və bu səbəbə görə növün doğmalar vasitəsilə rifahı baxımından özümüzdən əmələ gələn nəsli bizim ixtiyarımıza, qayğımıza əmanət edirlər: biz onu vicdanla yerinə yetiririk”. Lakin qadınlar bu yüksək əsas qanunu in conkreto olaraq dərk edir, heç bir halda in absrtacto kimi başa düşmürlər, münasib şəraitlərdə baş verən davranışlarını nəzərə almasaq, ifadə etməyə ayrıca sözləri belə yoxdur; buna baxmayaraq vicdanları bizim təsəvvür etdiyimizdən daha rahatdır, yəni onlar ürəklərinin dərinliyində anlayırlar ki, individə münasibətdə öz öhdəliyinə laqeydlik göstərməklə daha geniş hüquqa sahib olan növə nisbətən öz işlərini yaxşı yerinə yetirirlər. Bu barədə daha ətraflı məlumatı mənim əsas sayılan əsərimin ikinci cildinin 44-cü paraqrafından əldə etmək olar.
Qadınlar mahiyyətcə nəslin çoxalması üçün nəzərdə tutulublar, hansı ki, təyinatları bununla da tamamlanır, eyni səbəbdən də onlar həmişə individdən çox, nəsil üçün yaşayırlar, nəslin tələblərini özlərinə daha yaxın hiss edirlər, nəinki fərdin. Bu isə onların bütün mövcuddiyyətinə, özlərini sadələövh aparmalarına kişidən əsaslı şəkildə fərqlənən bir istiqamət verir ki, hətta normal hesab edilən çoxsaylı boşanmaların və kəbin mübahisələrinin əmələ gəlməsinə də səbəb yaradır.
§368
Kişilər arasında təbiətən laqeydlik, qadınlar arasında anadangəlmə düşmənçilik hökm sürür. Yəqin ki, bunun səbəbi odium figulinum [5] (peşəkar bədxahlıq) sənətinə sahib insanların kişilər arasında məhdud olmasıdır, qadınlarda isə bu bütün cinsi əhatə edir, çünki onların hamısı eyni peşəlidir. Artıq küçədə görüşdükləri zaman onlar bir-birinə gvelflər və gibelinlər (İtaliyada XII–XV əsrlərdə müxalif siyasi hərəkatlar) kimi nəzər salırlar. Dəqiqi belədir ki, birinci tanışlıqda iki qadından biri digərinə tam sərhəd çərçivəsində və artıq dərəcədə qeyri-səmimi yanaşır, nəinki uyğun şəraitdə iki kişi. Eyni səbəbdən iki qadın arasında qarşılıqlı komplementlər də gülməli alınır, kişilər arasında təbii. Digər tərəfdən istənilən kişi, hətta fərq olunacaq qədər özündən aşağı olan birilə humanizm və qaydalara uyğun hörmətlə danışır, lakin əksər hadisələrdə kübar qadının özündən aşağıda olanla, xidmətçiləri olmadıqlarına rəğmən, dözülməz şəkildə təkəbbür və nifrətlə danışmasının şahidi oluruq. Bu, ona görə baş verir ki, mövqe sahibi olmaq kişilərə rəğmən qadınlar üçün daha çətindir; mövcud fərq çox tez-tez dəyişə, yox da ola bilər, çünki bizim fikrimizi yüzlərlə məsələnin miqyası dolduran vaxt onlarda həlledici amil kimi hansı kişinin xoşuna gəlmək istəyi çıxış edir; xanımlar mövqe fərqliliyini əqidələ baxımından bir-birinə kişilərdən daha yaxın olduqları üçün qabardırlar.
§369
Balacaboy, çiyni dar, genişombalı, qısa qıçlı cinsi ancaq cinsi instinktdən beyni dumanlanmış bir kişi gözəl adlandıra bilər: elə bu instinktlə də qadının keyfiyyəti tamamlanır. Qadın cinsini ecazkar və qeyri-estetik adlandırmamaq böyük haqla mümkündür. Onlar musiqiyə, poeziyaya, heykəltəraşlığa həqiqi meyil və həssaslıqla yanaşmırlar; əgər incəsənətin növlərindən həyəcana gəldiklərini göstərməyə çalışırlarsa, bu ədabazlıq, gözə kül üfürmək istəyindən savayı heç nə deyil. Nəticə etibarı ilə qadınlar, nə olursa, olsun, obyektiv düşünə bilmirlər, bunun səbəbini, fikrimcə, növbəti cümlədə axtarmaq olar. Kişi, həqiqətən, hər kəsin və hər şeyin üzərində onları başa düşdüyünə, yaxud üstün olduğuna görə ağalıq etməyə cəhd göstərir. Qadın isə həmişə və hər yerdə dolayısı, yəni məhz kişinin köməyilə ağalıq etməyə məcburdur, çünki yalnız onlar vasitəsiz göstərişlər verə bilirlər. Buna görə də qadınlar təbiətən hər şeyə kişiləri fəth etmək vasitəsi kimi nəzər salmağa meyillidir; onların başqalarına maraqları istehzalı, ikibaşlıdır və s. Həmişə də naz-qəmzə, əzilib-büzülməklə başa gəlir. Artıq Russonun da qeyd etdiyi kimi: “Les femmes, en général, n’aiment aucun art, ne se connaissent à aucun, et n’ont aucun génie” [6] (letter à d’Alembert, note XX). Hər kəs ki, aldadıcı görkəmdən uzaq görür, yəqin ki, söylənənlərin fərqindədir. Fikrin doğruluğunu bilmək üçün onların konsertdə, operada və teatrdakı davranışına, əsərlərin çox gözəl yerində uşaqcasına söhbət aparmalarına nəzər salmaq kifayət edər. Əgər yunanlar, həqiqətən, öz teatrlarına qadınları buraxmırdılarsa, onlar tərəfindən bu, çox müsbət hərəkət sayılmalıdır, azından sözü gedən tamaşalarda nəsə eşitmək mümkün olurmuş. Bizim zəmanəmizdə «Taceat mulier in ecdesia» [7] cümləsi «Taceat mulier in theatro» [8] cümləsilə əvəz edilməli və böyük hərflərlə səhnənin pərdəsi üzərinə həkk olunmalıdır. Diqqət etsək ki, qadınların ən zəkalıları belə incəsənət sahəsində gerçəkdən gözəl, orijinal, həqiqi heç nə yaratmayıblar, ümumiyyətlə, dünyaya bir dəfə də olsa, ölməz əsər bəxş etməyiblər, deməli onlardan bundan artıq nəsə gözləmək düzgün deyil; hətta səylə məşğul olduqları və sənət texnikası baxımından kişilərdən o qədər də geri qalmadıqları nəqqaşlıqda belə, ortaya böyük rəsm əsəri çıxarmayıblar; çünki subyektivlikdən uzaqlaşa bilmədiklərindən rəssamlıqda daha çox tələb olunan obyektivlik hissindən məhrumdurlar. Buna uyğun olaraq kütləşüurlu qadınların, hətta rəssamlığı dəyərləndirmək qabiiyyəti də yoxdur: çünki natura non facit saltus. [9] Budur, Huarte üç yüz il bundan əvvəl məhşurlaşan “Examen de ingenios para las sdendas” (Amberes, 1603) kitabında qadınların ali qabiliyyətə malik olmalarına mübahisəli yanaşır. Hətta giriş (p.6) hissədə o, deyir: “La compostura natural, que la mujer tiene en el celebro, no es capaz de mudio ingenio ni de mucha sabiduria”. [10] Daha sonra 15-ci başlıqda filosof davam edir(p. 382): “Quedando la mujer en su disposition natural, todo genero de letras y sabiduria, es repugnante a su ingenio” [11]; (p. 397, 398) : “Las hembras (por razoh de la frialdad y humedd de su sexo) profundo: solo veemos que hablan con alguna aparencia de habilidad, en materias livianas y faciles” etc.[12] Tək-tək, natamam istisnalar məsələni dəyişmir, belə ki, qadınlar ən dərin və sağalmayan münafiqlərimiz olaraq qalırlar. Bu səbəbdən də onlar qüvvədə olan son dərəcə axmaq qanuna görə adını və mövqeyini bölüşməklə kişilərin layiq olmadıqları şöhrətpərəstliyin həmişəlik törədicisinə çevrilirlər; uyğun xüsusiyyətlər baxımından müasir cəmiyyətdə qazandıqları ağalıq və ton sonradan həmin cəmiyyətlərin korlanmasına bais olur. Bir qayda olaraq mövcud olana nisbətən Napoleonun hökmünə riayət etmək lazım gəlir: “Les femmes n`ont pas de rang”[13], amma Şamfor bu məsələyə daha ədalətli yanaşır: “Elles sont faites pour commercer aves nos faiblesses, avec notre folie, mais non aves notre raison”. II existe entre elles et les hommes des sympathies d`epiderme, et trés-peu de sympathies d`esprit, d`ame et de caractére6.[14] Onlar sexus sequior, [15] bütün münasibətlərdə geri qalmış ikinci cinsdirlər, hansı ki, zəifliklərinə ehtiyatla yanaşmalıyıq, lakin qadınlara nə zaman həddən çox ehtiram bəsləyirik, bu bizi gülməli edir və onların gözündə alçaldır. İnsan cinsini ikiyə ayıranda təbiət xətti ortadan çəkməyib. Bütün əksliklərdə müsbət qütb ilə mənfi arasındakı fərq təkcə keyfiyyət deyil, həm də kəmiyyət baxımından inkişaf edir. Bu keyfiyyətləri nəzərə alaraq həm qədim xalqlar, həm də Şərq əks cinsin nümayəndələrinə layiq olduqları yeri daha düzgün göstəriblər, nəinki qədim fransız nəzakəti və gülünc qadın ehtiramı ilə biz; xristian-alman səfehliyinin belə yüksək şəkildə çiçəklənməsi onların daha da xudbin və təkəbbürlü olmasına xidmət göstərib ki, yadımıza tez-tez ülvilik, toxunulmazlıq düşüncəsilə özlərinə hər işi rəva bilən müqəddəs Benares meymunları düşür.
Qadın Qərbdə, xüsusilə də, “xanım” fause position [16], çünki onlar qədimilərin haqlı olaraq adlandırdıqları kimi ancaq sexus sequior cinsdir, heç vəchlə şərəf və hörmətimizin predmeti olmamalı, başlarını kişilərdən uca tutmamalı, bizimlə eyni hüquqları bölüşməməlidirər. Biz bu fausse position ifadəsinin nəticəsini kifayət qədər görürük. Buna görə yaxşı olardı ki, ikinci dərəcəli hesab edilən insan cinsinin Avropada da təbii yerini təyin edib, qadın ifratçılığına son qoysunlar; hansı ki, buna nəinki bütün Asiya, hətta Yunanıstan, Roma da gülər, təklif olunan tədbir ictimai yerlərdə, mülki və siyasi münasibətlərdə saysız-hesabsız fayda verə bilər. Necə ki, sali qanunlarında artıq truism`e [17] tamamilə ehtiyac yoxdur. Əslində avropa qadınları adlandırılan varlıqlar belə tanınmalı deyillər, ev sahibəsi, yaxud ev sahibəsi olmaq istəyən qızlar olmalıdırlar ki, onlara da təkəbbür yox, evdarlıq, təvəzökarlıq öyrətmək lazımdır. Xüsusilə, ona görə ki, Avropada aşağı sinifdən olan xanımların, daha doğrusu, qadınların əksəriyyəti Şərqə nisbətən müqayisə olunmaz dərəcədə pis şəraitdə yaşayırlar. Lord Bayrona (Letters and Journals – Məktub və jurnallar by Th. Moore, vol.2, p. 399) diqqət edək: “Thought of the state of üomen under the ancient Greeks – convenient enough. Present state, a remmant of the barbarism of the chivarlry and feudal ages – artificial and unnatural. They ought to mind home – and be üell fed and clothed – but not mixed in society. Well educated, too in religion – but to read neither poetru nor politics – nothing but books of piety and cookery. I have seen them mending the roads in Epirus with good success. Why not, as well as hay-making and milking?” [18]
§370
Evlənmək bizim dünyanın təkarvadlılıq hissəsində hüquqların yarıya bölünməsi, cavabdehliyin iki dəfə çoxalması deməkdir. Bir halda ki, qadına kişilə eyni hüquq verilir, o zaman onlar kişi zehni ilə də təmin olunmalıdır. Təcrübədə isə qadınlar üçün qəbul edilmiş qanunlar şərəf və hüquqdan çox onların təbiətini üstələyir, xüsüsilə də, bu öz üstünlüklərdən həqiqi mənada istifadə edənlərin sayını o dərəcədə azaldır ki, layiq olmayanlar layiq olanların haqqını mənimsəmiş olurlar. Çünki qadının qeyri-təbii tək arvadlılıq, yaxud qanuni nigahla ona əlavə olunan əlverişli mövqeyi, hansı ki, kişilə qadına eyni prizmadan yanaşılır, uyğun əlaqədə olmayan ağıllı və ehtiyatlı kişiləri qeyri-bərabər şərtlərlə yekunlaşan böyük qurbanvermələrdən çəkindirir. [19] Çoxarvadlılığın geniş yayıldığı xalqlarda istənilən qadın özünə müdafiəçi tapa bilir, lakin təkarvadlılığın hökm sürdüyü xalqlarda nigahlı qadınların sayı məhduddur və bu mənada nigahda olmayan çoxluq köməksiz qalır, hansılar ki, yuxarı təbəqələrdə qarımış qız timsalında məqsədsiz ömür sürür, aşağılarda ağır zəhmət, ya da onun ağırlığı qədər çətin olan fahişəliklə məşğul olurlar; şərəfsiz olduğu qədər də sevincsiz, lakin eyni səbəbdən mötəbər sinif kimi tanınan, xüsusilə də, taleyin məhvolma təhlükəsilə üz-üzə qalan ərli, ya da özünə ər seçmək ümidində olan xoşbəxt qadınları mühafizə etmək məqsədilə rəsmi şəkildə kişilərə lazım olan həyatı yaşayırlar. Təkcə elə Londonda 80 min fahişə var. Onlar qadın kimi yox, monoqamiyanın dəhşətli şəkildə cəzalandırdığı məhkumlar kimi təmsil olunurlar; bunlar monoqomiya qurbangahına gətirilmiş həqiqi qurbanlardır. Qeyd edildiyi kimi, belə axmaq vəziyyətə düşən qadınlar avropa qadınlarına qarşı onların təkəbbür və iddiaları ilə yanaşı qaçılmaz müxalifət yaradırlar. Ümumiyyətlə, poliqamiya qadın cinsinə qarşı xeyirxah əməldir. Digər tərəfdən, bunun ağlabatan izahı yoxdur ki, arvadı xroniki xəstəlikdən əziyyət çəkən, yaxud sonsuz olan, yaxud da onun üçün tədrici qocalığa məruz qalan kişi nəyə görə ikinci qadınla evlənə bilməz? Mənim fikrimə görə, mormonluğu qəbul edənlər başqa tərəfdarları kimi qeyri-təbii saydıqları monoqomiyanı aradan qaldırmağa çalışırlar. [20] Eləcə də, qadınlara qeyri-təbii hüquqların tətbiqi onların üzərinə qeyri-təbii ökdəliklərin qoyulması deməkdir ki, pozulması, heç nəyə baxmadan, bədbəxtliyə səbəb olur. Bu mənada əksəriyyət kişilər üçün nigah, əgər vəziyyəti yüngülləşdirən hər hansı amil yoxdursa, sinfi və maddi baxımdan arzuedilən deyil. Bu sayaq kişilər şəxsi imkanlarına münasib – ehtiyaclarını ödəyən, özünün və uşaqlarının yaxşı təmin olunması şərtlərinə uyğun gələn qadınla bir arada olmağa çalışırlar. Tutaq ki, bu şərtlər ədalətli, münasib, ağıllı olsun, yaxud qadın nigahın onlara vəd etdiyi əndazəsiz hüquqlardan istifadə etməsin, yenə də vətəndaş cəmiyyətinin əsasını təşkil edən evlilik şərəfsiz bir şəkildə sevincsiz bir həyata gətirib çıxaracaq; axı insan başqalarının fikrinə həddən ziyadə əhəmiyyət verəcək bir təbiətdə doğulub. Əgər qadın nigahdan kənar münasibətlərlə razılaşmasa, onu qanuni şəkildə sevmədiyi kişiyə arvad olmaq, ya da qarımış qız kimi qocalmaq təhlükəsi gözləyir: çünki mövqeni müəyyənləşdirmək üçün tələb olunan vaxt çox qısadır. Bu cəhətin təfsilatına varmaqdan ötrü bizim monoqamiya institunun böyük alimi Tomazinin yüksək səviyyədə yazılmış “De conncubinatu” əsərini oxumaq lazımdır: oradan görünür ki, konkubinat bütün mədəni xalqlarda həmişə olmuş, lüter Reformasiyasına qədər qanuni sayılmışdır, yəni qanunla tanınmışdır və institut tərəfindən şərəfsizlik kimi dəyərləndirilməmişdir, lakin lüter Reformasiyası onu öz pilləsindən aşağı endirmişdir, Lüter bunu din xadimlərinin evliliyinə haqq qazandırmaq kimi qəbul etdiyindən katolik tərəf öz işini onun əksinə davam etdirməyi münasib saymamışdı.
Poliqamiyanı müzakirə etmək yox, hər yerdə baş verən fakt kimi qəbul etmək lazımdır; məsələ onun düzgün tənzim olunmasındadır. Həqiqətən, monoqom olan kimsə varmı? Biz hamımız həmişə əsas hissəsini poliqamiya təşkil edən müəyyən vaxtlarda yaşayırıq. Əgər kişi çox qadınla münasibətdə olursa, bu onlara verilən azadlıq, hətta çox qadının qayğısına qalmaq vəzifəsi kimi ədalətli işdir. Bu zaman qadın da öz təbii və həqiqi – tabe olan varlıq vəziyyətini bərpa edəcək ki, avropa sivilizasiyasın möcüzəsi və xristian-alman səfehliyinin nəticəsində yaranan ehtiram və hörmətlə bağlı gülünc iddialı xanımlar yer üzündən yox olacaq, ancaq qadınlar qalacaq, daha bütün Avropanı ağzına alan bədbəxt qadınlar olmayacaq. Mormonlar haqlıdır.
§ 371
Hindistanda asılı olmayan qadın yoxdur, orada istənilən qadın, Manu, başlıq 5, səh.148 qanununa uyğun olaraq atasının, qardaşının, oğlunun, yaxud ərinin himayəsində yaşayır. Əlbəttə, qadınların ərlərinin cəsədi ilə birlikdə yandırılması zalımanədir, daha dəhşətlisi isə onların sevgililərilə ölmüş ərlərinin sərvətini israf etmələridir ki, ömürləri boyu çətin zəhmət hesabına uşaqları üçün toplayıblar. Mediam tenuere beati. [21] Ana məhəbbəti ilkin vəziyyətində eynən heyvanlarda olduğu kimi instinktivdir və bu o zamana qədər davam edir ki, uşaqlarda fiziki cəhətdən köməksizlik başa çatır. Bu vaxtdan başlayaraq onun yerini vərdiş və zehnə əsaslanan məhəbbət tutur ki, bu da öz növbəsində ərini sevməyən qadınla həmişə baş vermir. Atanın övladına sevgisi onu öz daxili varlığı kimi tanıdığı üçün tamamilə fərqli və müqayisəedilməz dərəcədə möhkəmdir: metafizikidir.
Demək olar ki, bütün qədim və müasir xalaqlarda, hətta hottentotlarda da [22] torpaq, mülkiyyət məhz kişi irsilə mirasa yetişir; zadəganlıq xaric, təkcə Avropa bu adətdən yayınmışdır. Beləliklə, kişilər tərəfindən ağır, davamlı və acınacaqlı zəhmət hesabına toplanmış vəsait qadınların əlinə keçir, onlar da ağılsızlıqları ucbatından az müddət içində onu havaya sovururlar, ya da hansısa başqa üsulla xərcləyirlər ki, bu, ədalətsizlik qədər mühüm hadisədir, hansı ki, qadının miras və mülkiyyət hüququnu məhdudlaşdırmaqla bunun qarşısını almaq olar. Mənə belə gəlir ki, ən yaxşısı dul qadınlar və qızlar üçün, əgər kişi cinsindən varis yoxdursa, qayda tətbiq olunmalıdır ki, mirası ömürlərinin sonuna qədər qətiyyən mülkiyyət və kapital formasında yox, ipoteka ilə təyin olunmuş gəlir şəklində alsınlar. Vəsait qazananlar kişilərdir, qadınlar deyil, bu mənada sonuncuların qeyri-şərtsiz sahiblik və əmlakı idarə etmək hüququ da olmamalıdır. Qadınlar heç vaxt sərbəst şəkildə miras kimi əldə etdiklər vəsaiti, o cümlədən, evi, kapitalı, əmlakı, sözün həqiqi mənasında, idarə etməli deyillər. Həmişə mühafizəçiyə ehtiyacları var deyə onlara heç öz uşaqlarının da qəyyumluğunu etibar etmək olmaz. Qadınlarda şöhrətpərəstlik, hətta kişilərdən çox olmasa da, tamamilə maddiyatla əlaqəli olduğu üçün pis cəhətdir, onların gözəllikləri, o cümlədən, cazibələri, geyimləri, bər-bəzəkləri də məhz bu keyfiyyətdən qaynaqlanır. Buna görə də cəmiyyət qadın üçün əsl stixiyadır. Onların, xüsisilə, israfçılıq meyilləri düşüncəli olmadıqlarından irəli gəlir ki, artıq bu barədə qədim müdriklər söyləyiblər: Δαπάνηρόν φύσει γυνή. [4] Şöhrətpərəst kişi isə, əksinə, maddiyata həvəs göstərmədən ağla, biliyə, qətiyyətə və s. doğru ictiqamətlənir. Aristotel Politika kitabının II hissəsinin 9-cu başlığında qadınlara həddən ziyadə hüquq verdikləri (Onlar mirasdan, cehizdən və azad fəaliyyətdən yararlanırdılar.) üçün spatanların böyük ziyana uğradıqlarını söyləyir, hətta izah edir ki, bu hal Spartalıların tənəzzülünə də öz güclü təsirini göctərmişdir. Bəlkə də Fransada saray və hökümətin tədricən dağılmasına səbəb XIII Lüdovikin vaxtından başlayaraq artan qadın nüfuzudur ki, əvvəl inqilaba və sonra da çevrilişə gətirib çıxardı. Hər halda qadın cinsinin xanım qismində öz parlaq ifadəsini tapan yalançı mövqeyi cəmiyyətin orqanik qüsurudur və ölümcül təsirini onun ürəyindən başlayıb qalan hissələrə də yayır.
Qadının itaətə məhkum təbiəti hər məsələdə özünü göstərir; onlardan kimsə təbiətlərinə xas olmayan tam müstəqil mövqeyə yetişsə belə, dərhal özünə idarəçi və hakim ola biləcək kişi tapmağa çalışır, çünki rəhbərə ehtiyacı var. Əgər qadın cavandırsa, bu rəhbər onun üçün sevgili, yaşlıdırsa, rahib olacaq.
Mündəricat:
1. Qadınlarsız həyatımızın əvvəlində köməkdən, yarısında zövqdən, sonunda təsəllidən
məhrum olardıq.
2. «Qadın ləyaqəti»
3. «İnsan həyatına ilk güc bəsləyən – qadın sinəsidir,
Birinci sözləri sizə öyrədən – onun dodağıdır.
İlk göz yaşlarınız, son ahlarınız
Qadın tərəfindən aram olunur.
Nəfəsinizi ən yaxından hiss edən – onun qulağıdır.
Həvəslə olmasa da, idarəçi kişilərə
axır anlarında gözətçidirlər».
4. Bədxərclik qadının təbiətindədir. (yun.)
5. Peşəkar bədxahlıq, yaxşı qazananlara paxıllıq. (lat.)
6. Ümumiyyətlə, qadınlar incəsənəti başa düşmədikləri üçün sevmirlər, onların arasından
dahi çıxmır.(fr.)
7. Kilsədə qadınlar susmalıdır. (lat.)
8. Teatrda qadınlar susmalıdır. (lat.)
9. Təbiət sıçrayışlar etmir. (lat.)
10. Qadın beyninin təbii quruluşu onun ağıllı qərarlar verməsinə və əksər elmlərə
yiyələnməsinə qarşılıq vermir.
11. Qadın təbiətinə məxsus meyillər saxlandığı qədərilə elmin və ədəbiyyatın
istənilən növü onun ruhuna yaddır.
12. Qadınlar öz yarısoyuqluq və gözyaşlarına görə ruhun bütün dərinliklərini əhatə edə
bilməzlər, onların əhəmiyyətsiz və çətin olmayan hadisələr və s. haqqında hansı iddia və
bacarıqla danışdıqlarını görürük. (isp.)
13. Qadınların rütbəsi və dərəcəsi olmur. (fr.)
14. Qadınlar bizim zəifliklərimiz və dəliliklərimizдə uyğun gələ bilərlər, lakin ağlımızla yox.
Qadınlarla kişilər arasında ancaq zahiri rəğbət var, əqli, ruhi, xüsusiyyət baxımından
oxşarlıq cüzidir.
15. Onlar dəyərsiz cinsdirlər.
16. Kinayəli vəziyyətdədirlər. (ώr.) ?
17. Qarışmış, çeynənmiş frazadır. (φr.)?
18. Qadınların vəziyyəti qədim Yunanıstanda normal olmuşdur, lakin bizdə hələ də cəngavər və feodal barbarlığının qalıqları kimidir: – süni, qeyri-təbii; qadının yeri evdir, cəmiyyət yox. Qadın ev işlərini idarə etməli, gözəl geyinməli, yaxşı tərbiyə almalı, sağlam və dindar olmalıdır; siyasət və poeziya zərif cinsin işi deyil, əvəzində mətbəx və dinə aid kitabları qiraət etməli, musiqi, rəsm, rəqs, bir az da əkinçilik və bağçılıq öyrənməlidir; Epirdə onlar yolları müvəffəqqiyyətlə təmir edirlərsə, bu işə bərabər tutulan saman yığımı və inək sağımı ilə niyə məşğul olmasınlar?(ing.)
19. Lakin nigaha girmək imkanı olmayanların sayı da kifayət qədər çoxdur. Bu kimi kişilər yaşlı qızların sayını da artırırlar: sonuncular, əsas etibarı ilə, təchizatsız qalırlar və böyük ehtimalla, öz cinsinin həqiqi nümayəndəsi olmaq arzularına yetişmirlər, az, ya çox, fərqi yoxdur, onlar bədbəxtdirlər. Digər tərəfdən evlənəndən sonra bəzi kişilərin arvadları 30 il davam edən xroniki xəstəliyə tutlur, belələri nə etməlidir? Başqalarının arvadları çox qocalır, daha başqalarının ki, əsaslı nifrətə səbəb olur. Asiya və Afrikadan fərqli olaraq Avropada ikinci arvad almaq mümkün deyil. Və əgər təkarvadlı cəmiyyətlərdə sağlam və güclü kişinin cinsi instikti həmişə… Наес nimis vulgaria et omnibus nota sunt [Həm də bayağı olmaqdan çox, hamıya məlum şəkildə. (lat.)]
20. Diqqət yetirsək, görərik ki, cinsi əlaqə qeyri-təbii təkarvadlılığa görə dünyanın bir hissəsi olan Avropa kimi amoraldır, başqa heç nə.
21. Qızıl orta qaydasına əməl edənlər xoşbəxtdir. (lat.)
22. “Chez les Hottentots, tous les biens d’un père descendent a l’aîné des fils, ou passent dans la même famille au plus proche des mâles. Jamais ils ne sont divisés, jamais les femmes ne sont appelées à la succession”. Hottentotlarda atanın bütün mülkiyyəti böyük oğula, yaxud da həmin ailənin ən yaşlı kişisinə yetişir. Heç vaxt əmlak bölgüsü və qadınların miras hüququ olmur.(fr.) [Ch. G. Leroy. Lettres philosophiques sur l’intelligence et la perfectibilité des animaux, avec quelques lettres sur l’homme. Nouvelle édit. Paris, an X (1802), p. 298)]
Mütərcim: Göyərçin KƏRİMİ

AYB-nin üzvü

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Göyərçin Kərimi – İşğaldan otuz il sonra

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

                                          İşğaldan otuz il sonra

        İki min ikinci il olardı. Günü, ayı, fəsli dəqiq yadımda qalmayıb. Bakıda şadlıq evlərindən birini işlədən tanışımın yanına getmişdim. Qapıya yaxınlaşanda həmin şəxsi harasa tələsən gördüm. Gözləyib, gözləməyəcəyimə qərar vermək üçün nə vaxt qayıdacağını soruşdum. O, sualımı yarıda saxlayıb dedi: “İçəridə kabinetlərin birində Altay bölgəsindən BŞBPİ –nə ezam olunmuş iki polis nahar edir. Get yanlarına, həm çörək ye, həm də onlarla söhbət elə. Ola bilsin ki, səni maraqlandıran hansısa suala cavab tapdın”. Mən onun dediyi kimi də etdim. Təqribən 27-28 yaşlarında olan polislər tək deyildilər, müdirlə ortaq tanışımız da kabinetdə idi. Mən də nahar süfrəsinin arxasında əyləşdim. Onların mənə xitabən səsləndirdikləri ilk cümləni olduğu kimi yazmağı özümə borc bilirəm: “Bakıya ezam olunmazdan əvvəl bizi mərkəzə – Barnaula çağırıb bərk-bərk tapşırdılar ki, siz Azərbaycana gedirsiniz, son dərəcə ehtiyatlı olmalısınız, orada başınızı da kəsə bilərlər”. Mən çox sakit halda, xaricilərin yanında emosiyalarımı bacardığım qədər gizlətməyə çalışıram, soruşdum:

– Bəs siz gəlib burada nə gördünüz?

– Tamam əksini, – deyə cavab verdilər. 

        Dünyada bu kimi ictimai fikirləri kimlər formalaşdırır və formalaşdırmaqda maraqlıdır?

        1988-ci il hadisələrindən sonra ak. A. D. Saxarov, Q. Starovoytova və başqalarının həyəsızcasına Bakıdan Qarabağ ermənilərinə müstəqillik tələb etmələri o vaxta təsadüf edirdi ki, Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlı çöllərdə yaşayırdı. Bir ovuc erməni separatçılarının qeydinə qalan mənfur siyasi qüvvələr Azərbaycanın düşdüyü çıxılmaz vəziyyət barədə düşünmək belə istəmirdilər. Bu adamlar Ermənistanın da dostu deyildilər, sadəcə, iradəsinə tabe olduqları beynəlxalq təşkilatın quluna çevrilmişdilər. Belələri üçün öz vətəni, özgə vətəni deyə məfhum yoxdur, dağıdıcılıq, pozuculuq missiyası var. Həm də dağıdıcı ideologiya-nın sahibləri təslim etmək naminə sıralarını durmadan böyüdürlər.

        Həmin illərdə ünvanını bilmədiyim yerlərdən Azərbaycana heç nəyə yaramayan yardımlar göndərilirdi.

        Xatırladım ki, Altay polisləri Bakıda olduqları müddətdə, baxmayaraq ki, qarşılayan tərəfin belə bir mükəlləfiyyəti yoxdur, pulsuz yeyib-içirdilər.  

        O vaxt V. Putin hakimiyyətə təzə gəlmişdi.

        20 yanvar, 1990-ci il gülləbaranını, Xocalı qətliamını, evindən, dədə-baba yurdundan qaçqın düşmüş bir milyon insanın acınacaqlı vəziyyətini görmüş biri kimi mənim də suallarım antisovet mövqeli Qorbaçov, dağıdıcı Yeltsin hakimiyyətindən sonra ölkəyə başçılıq edən Putin barəsində idi.

        Altay bölgəsindən gəlmiş polislər mənimlə açıq söhbət etməkdən çəkinmədikləri üçün səmimi danışırdılar. Onların Vladimir Vladimiroviç haqqında fikirlərinin ümumi məcmuu təxminən belə idi: “Putinin hakimiyyətə gəlməsi ölkədə vəziyyəti qısa müddətə sabitləşdirdi və Yeltsinin dağıdıcı fəaliyyəti zamanı baş alıb gedən korrupsiyaya, ölkə sərvətlərinin talanmasına son qoydu. O, milli maraqları qoruyub ön plana gətirdi. Putin hakimiyyəti dövründə iqtisadi stabillik və dinamik inkişaf əldə olundu”.         

        Əcnəbi polislər Putin haqqında öz qənaətlərində haqlı idilər. Əgər iqtisadi sabitliyə, dinamik inkişafa nail olmasaydı, bu gün Rusiya Ukrayna və onun timsalında bütün güc dövlətlərilə müharibə apara bilməzdi. Müharibənin başlanma səbəblərinə diqqət yetirək.

        Əlbəttə, Rusiya Ukrayna ilə mənim versiya hesab etmədiyim səbəblərdən də döyüşə bilər.

        Görəsən, Rusiya Ukrayna və onu silahla təchiz edən ölkələrlə döyüşür, ya SSRİ-nin dağılmasına rəvac verən müdhiş ideologiya ilə? Əgər məhvedici ideologiya ilə mübarizə aparırsa, müharibəni uduzsa belə qalib dövlətdir. Bu o deməkdir ki, V. Putin ölkəsinin maraqlarından üstün heç bir ideologiya tanımır.

        Müharibə təhlükəsizliyin təmin olunması məqsədilə də aparıla bilər. Rusiya öz milli təhlükəsizliyini qorumaq üçün sərhəd dövlətlərinin təhlükəsizliyini təmin etmək fikrindədir. Bu ölkələrdən biri də Ukraynadır. Zahirən belə görünür ki, Ukraynanın tərəfdaşları çoxdur, əslində, tərəfdaş kimi çıxış edənlərin heç biri tərəfdaş deyil. Ukraynanı silahla təchiz etmək hələ bu dövlətlə tərəfdaş olmaq anlamına gəlmir. Onlar alışan tonqalın üstünə çırpı atırlar ki, müharibə uzansın və Rusiya zəifləsin. Buradan belə çıxır ki, Rusiyanın zəiflədilməsi Ukraynanın məhvindən keçir. Tanış mənzərədir.

        Gözümün önünə ayaqlarında qaloş, başında rəngi solmuş yaylıq, kürəyində uşaq şələsi,  hiddətindən gözləri bərəlmiş, əlini sual işarəsi olaraq gicgahına dayamış, aclıq və susuzluqdan yerə çökmüş evsiz-eşiksiz Xocalı sakini – ahıl bir qadın gəlir. Təsvir vicdanı olan insanın ürəyini parçalayır. Amma bu ideologiyanın müəllifləri əməllərindən çox məmnundurlar. Axı hələ də Qarabağda mülki azərbaycanlıların bu və ya digər şəkildə qanı axıdılır. Bu gün özlərini Ukraynaya tərəfdaş kimi sırıyan bəzi ölkələr dünən Ermənistanın yanında idi, onlar hələ də oralarda vurnuxur, işğalçı dövləti elə müdafiə edirlər ki, ədalətin üzərinə ömürlük kölgə salırlar. Bu ona bənzəyir ki, güllə yarası almış hamilə qadının halına acımaqdansa, güllə atanın tüfənginə növbəti cinayət üçün patron yerləşdirməyə çalışırlar. Məsələn, ABŞ-ın, Fransanın, İngiltərənin Azərbaycan xalqının iradəsinə zidd münasibətləri bu mənada təəssüf doğurur. 

        Qarabağ münaqişəsini SSRİ-ni böyrü üstə aşıran ideologiya yaratdı, Ermənistanın silahlan-masını özgə vəsaiti hesabına təmin olundu ki, nəticədə bir milyona yaxın qaçqın-köçgün işsiz, evsiz-eşiksiz qaldı. Otuz ildən sonra Azərbaycan höküməti ədaləti bərpa etməyə çalışır, işğalçı ideologiyanın müəllifləri səs-səsə verirlər ki, amandır, öz torpaqlarınızı silahlı separatçılardan  təmizləməyin. Nədir-nədir, bu bizim siyasətimizə uyğun gəlmir.  

        Mən Ukraynanın da, Rusiyanın da, Qarabağda tez-tez minaya düşən həmvətənlərimin də halına acıyıram, amma B. İ. Oleynikin “Qaranlıq knyazı” kitabından bir cümləni xatırlatmaqdan savayı əlimdən heç nə gəlmir. Müəllif Qarabağa, Sumqayıta, Bakıya, Oşa, Fərqanəyə, Tiraspola, Tiflisə, Tsxinvaliyə işarə edərək yazır: “İnanın, mən son dərəcə səhv etmək istəyərdim, amma ssenari hər yerdə eyni və həmindir: faciə baş verir…”

 

Müəllif: Göyərçin KƏRİMİ

AYB-nin üzvü

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Göyərçin Kərimi – Eyham və kinayə

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

Eyham və kinayə
Ey iman gətirənlər! Bir qövm digərini lağa
qoymasın. Ola bilsin ki, lağa qoyulanlar lağa
qoyulanlardan daha yaxşı olsunlar. Bir-birinizə
tənə etməyin və bir-birinizi pis ləqəblərlə
çağırmayın.

Əl-Hücurat surəsi

Fikri çatdırmağın müxtəlif yolları, hər fikrin öz müraciət forması var. Bunların yerinin, bilərəkdən, ya bilməyərəkdən, dəyişik salınması qarşı tərəfdə haqlı olaraq zahiri, yaxud da daxili etiraza səbəb olur. Bilməyərəkdən fikrini lazımsız əlavələrlə söyləmək kinayə təsiri bağışlasa da, kinayə xarakteri daşımır. Ona görə ki, bu kimi eyhamlar səsləndirənin yox, «qız evində toydur, oğlan evinin məsələdən xəbəri yoxdur» misalı, eşidənin həssaslığı ucbatından müzakirəyə yol açır.
Demək istəyib də, deyə bilmədiyi sözləri dağınıq ştrixlərlə söyləmək əsl eyhamdır. Eyham hadisə zamanı qıcıqlanan duyğuların təcəssümü zamanı öz münasibətini dolayısı ifadə etmək qəsdilə edilmirsə, yaxud tərəflərə əvvəlcədən məlum olan məsələni ümumi işin xeyrinə yada salmaq səciyyəsi daşımırsa, sadəcə, tərəf-müqabilin narahatlığına hesablanırsa, kinayədir. Eyham o zaman kinayə statusu qazanır ki, hədəf kinayəçinin məqsədindən xəbərsiz olur.
Məsələni eyhamın ayrı-ayrı növlərində araşdıraq:

a) Məqsədsiz eyham
b) Məqsədli eyham
c) Kinayə
d) Həyat və ya tale ironiyası

Məqsədsiz eyham kiminsə qəlbini yaralamaq, yaxud başına nəyisə qaxınc etmək qəsdilə baş vermir. Bu eyhamın özü də bir neçə alt çoxluğa bölünür ki, biriciyə hadisənin mahiyyətini anlamamaq, ikinciyə həmsöhbətin refleksiyasını nəzərə almamaq, üçüncüyə özünü qarşı tərəfin yerində hiss edə bilməmək, dördüncüyə isə söz xatirinə söz demək səbəb olur. Mümkündür ki, eyham məqsədsiz olsun, amma onun məqsədsizliyini sübut etmək o qədər də asan deyil, bu səbəbdən nəticə qarşı tərəfin reaksiyasına uyğun olaraq dəyişir. Məsələn, biri bu kimi eyhamı çoxmənalı gülüşlə cavablandırar, o biri məhkəmədə araşdırmaq istəyər. Sonuncuya «əyləşdiyin yerdə işə düşmək də» demək olar, ona görə ki, məqsədsiz eyham diqqət zəifliyindən daha çox, dünyagörüşün azlığı ucbatından ortaya çıxır.
Söhbətin bu yerində «Qatırçının qatırını hürkütmək olmaz» atalar sözünü yadımıza salsaq, o zaman qarşı tərəfin istənilən refleksiyasını təbii qəbul etməyə borcluyuq.
Ötəri, keçici olduğu, davamlı xarakter daşımadığı üçün məqsədsiz eyham yorucu fəsadlara yol açmır.
Məqsədli eyham, adından da bəlli olduğu kimi, məlum bir niyyətin funksiyalar məcmusuna deyilir. Eyhamın bu növündən ən dəhşətli faciələrdən başlamış ən xoşbəxt hadisələrə qədər yararlanmaq mümkündür. Məqsədli eyham qarşı tərəfə hansısa bir hadisə haqqında ismarıc ötürür. Ismarıcın yaxşı, yaxud pis olması ötürənin niyyətindən asılıdır. Bu kimi proseslər mobil telefonlar vasitəsilə indi o həddə qədər sürətlənib ki, ümumiyyətlə, mənfur hadisələrin əngəllənməsi müşgülə çevrilib.
Məqsədli eyhamın növləri də müxtəlifdir: xəbərdarlıq, diqqəti yönəltmə, ayıq salma, xatırlatma, başa qaxınc etmə və s. Məqsədli eyhamdan, əsasən, məsələnin mahiyyətini ətrafdakılardan gizlətmək üçün istifadə edirlər.
Eyham əvvəlcədən razılaşdırılmış bir söz, yaxud cümlə də olar, təsadüfi məsələlərdə anidən də ağla gələ bilər, amma sonuncu baş vermiş məlum bir hadisəyə istinad etməklə gerçəkləşir. Məsələn, meymunlar arasında təhlükədən xəbər verən siqnal forması mövcuddur. Canlıların uyğun növünü araşdıran tədqiqatçını nəzərə almasaq, bu siqnalın nəyə işarə etdiyini meymunlardan savayı heç bir ins-cins bilmir. Buna müvafiq olaraq məqsədli eyham, ya tərəflər arasında mənası dəqiq başa düşülən parol xarakteri daşıyır, ya da tərəf-müqabilin fəhminə ünvanlanan xatırlatma mexanizmini işə salır: sözü hamı eşidir, lakin işarənin mahiyyəti gizlidir. Buradan belə nəticəyə gəlmək olar ki, əvvəlcədən nəzərdə tutulmamış eyhamların müsbət nəticə verməsi tərəf-müqabilin onu necə başa düşməsindən asılıdır.
Milli təhlükəsizlik, bank və s. bu kimi əməliyyatları həyata keçirmək üçün istifadə olunan məxfi sözlər vacib rekvizitlərdir, eyham deyil. Eyham ixtiyaridir, istifadəsi mütləq mənada vacib sayılmır.
İzah etdiyimiz kimi, eyhamın məqsədliliyi hansısa məsələdə uğur qazanmaq işinə xidmət edir. Fərqi yoxdur hansı işin, istək boşuna çəkilmiş əməyin səbəbsiz təntənəsi olmur. Əlbəttə, kimi isə boşuna əsəbləşdirməyin özü də boşuna olmur; insanın ölümünə hesablanır. Bu səbəbdən məqsədli eyham praqmatik adamların iş prinsipinin tərkib hissəsinə aiddir.
Harada ki, eyham keçici dünyanın bədbəxtlikləri və ruhi iztirabların yumşaldılması işinə xidmət göstərir, onun bu növündən hər kəs istifadə etməyə borcludur. Hətta tərzinə, məzmununa, vaxtına görə yerinə düşən eyham insanın zövqünü oxşayır.
Məqsədli eyham insana məxsus əməldir, əlbəttə, bu və ya digər şəkildə heyvanların qıcıqlandırıcı hərəkətlərini nəzərə almasaq.
Kinayə eyhamın bir formasıdır. Kinayə ictimai xarakter daşıyib, böyük məqsədləri əhatə etmirsə, daha doğrusu, ümumi təhlükəni və buna bənzər digər proseslərin ifşasını nəzərdə tutmursa, şeytanlıqdır. Bunu dəqiq fikirlərlə belə ifadə etmək olar. Məsələn, biz qırx dörd– 44 günlük müharibədə döyüşməyə məcbur qaldığımız oyundankənar qüvvələrin öz xeyirlərinə əl atdıqları siyasi taktikanı kinayə ilə qarşılayır və qarşılamaqda davam edirik. Bu kimi kinayələr məqsədli eyhamdan fərqlənsə də, onun tərkib hissəsinə çevrildiyi üçün qəbul ediləndir. Məqsədli eyham kinayədən ona görə fərqlənir ki, birinci hikkə, qəzəb nümayişi yox, müəyyən işi icra etmək funksiyası daşıyır. Özünü hikkə və qəzəbin nişanəsi olaraq büruzə verən kinayə ayrısının həyatına dil uzatmaq vasitəsi sayıldığı üçün qəbul edilməyəndir. Qəbul edilməyən kinayə insanlığı olmayan, eləcə də, müəyyən səbəblər daxilində onu müvəqqəti, yaxud həmişəlik itirən kimsənin təsir formasıdır. Məsələn, həyatına təcavüz edilmiş bir qızın, yaxud qadının, kişinin yadına salmaq ki, onun başına nə vaxtsa bu və ya digər şəkildə çirkin bir hadisə gəlib, qəbul edilməyən kinayədir. Əgər qəbul edilməyən kinayə gözügötürməzlik, başına qaxınc etmək məqsədi yox, hansısa əməlin qarşılığında, kiminsə ipə-sapa yatmayan hərəkətinin müqabilində gerçəkləşərsə, kinayəçini bir-iki faiz başa düşmək olar.
Insanın özü istəmədən, başqasının təzyiqi ilə kinayə etməsi, əgər çarəsizlikdən deyilsə, qəbul edilməyəndir.
Kinayə etmək ona görə doğru əməl sayılmır ki, insana kinayəçinin vulqar əlamətlərinə qarşı öz hisslərini hazırlamaq məcburiyyəti aşılayır.
Eyhamın bütün cəhətləri, kinayədən savayı, bütün kateqoriyadan olan insanlara müxtəlif nisbətlərdə də olsa, eyni dərəcədə aiddir. Lakin kinayə ən yaxşı formada özünü ancaq bədii ədəbiyyatda doğruldur, çünki dialoq obrazlar arasında gedir, insanlar arasında yox. Rəssamlıqda da kinayədən istifadə olunur, amma burada məsələ ona görə mürəkkəbləşir ki, karikatura sənəti hədəfi müstəqim seçdiyindən seçimin doğruluğunu həmişə sual altında saxlayır.
İstər ədəbiyyatda olsun, istər rəssamlıqda, fərqi yoxdur, dahinin kinayə mexanizmi ümumi səciyyə daşıdığına görə təqdirəlayiqdir. Dahilik səviyyəsinə qalxmayan əsərlərdə kinayə o vaxt əhəmiyyətli olur ki, obyekt aydın ştrixlərlə həyatda olan insanı simvolizə etmir. Bu məsələni öz sələfinin timsalında Artur Şopenhauer belə izah edir ki, əgər Kant sağ olsaydı, könlünə toxunmamaq üçün müəllifi olduğu «Xalis zəkanın tənqidi» traktatını təhlil etməzdim, amma indiki vəziyyətdə əsərin nöqsanları haqqındakı qeydlərimi gizlədə bilmərəm.
Göründüyü kimi, Şopenhauer üçün birinci növbədə Kantın refleksiyası və səhhəti dayanır. Insanlara bu sayaq qayğı İNSAN-a məxsus keyfiyyətdir. Bəlkə eyni səbəbdəndir ki, əsərlərə əsl qiymət yarandığı dövrdə yox, sonrakı illərdə verilir.
Bu bizə nəyi söyləməyə əsas verir? Onu söyləməyə əsas verir ki, şəxsi müstəvidə kiməsə kinayə etmək, hətta həmin hadisə həqiqətən baş vermiş olsa belə, insana yaraşmayan əməldir. Digər tərəfdən eyni proses insanın xəbisliyi ucbatından şər və böhtanın nəticəsi olaraq da inkişaf etdirilə bilər. Şərhə, izaha, sübuta ehtiyacı olan istənilən məsələni kinayə obyektinə çevirmək qorxaqlıq və acizlikdir: sözünü üzə deyə bilməmək qorxaqlığı, ədalətli ola bilməmək acizliyi. Başqa sözlə, kinayəçinin seçdiyi hədəf müəyyən şəxsdirsə, bu onun paxıllığından, qibtəsindən, həsədindən irəli gəlir və son dərəcə cılız olan bu adamın niyyəti təmiz deyil, yoxsa özünə aid olmayan hadisəni əziz xatirə kimi hafizəsində gəzdirməz.
Eyham mövzusu haqqında yazmağıma gəlincə, buna səbəb kiçik bir dialoq oldu. Bu günlərdə özünə zəng vurmağa cəsarət etmədiyim müəllimimi ən yaxın dostundan xəbər aldım. Cavab nə olsa yaxşıdır: – Zəng etməyə çətinlik çəkirsiniz, ona «whatsapp»da yazın, səs göndərin, musiqi yollayın. Qədimilər demişkən, matım-mutum qurudu, axı söhbət pərəstiş etdiyim ustad-alimdən gedirdi, sevgilidən yox. Düzü nəyə işarə etdiyini anlamadım, amma belə nəticəyə gəldim ki, bəzi alim, professor, müxbir üzv – «çlenkorr», şair və yazıçılar arasında da kinayə ilə danışanlar var imiş… deməli və təəssüf!
Kinayə, əsasən, qeybət səciyyəsi daşıdığı üçün eyhamın ən arzuolunmaz növüdür. Səbəb nə olur-olsun, böyük insanlar bu kimi ucuz vasitələrdən yararlanmağı, nəinki özlərinə sığışdırmır, onların xislətində kinyaə etmək olmur.
Həyat və ya tale ironiyası deyilən bir mövzu da mövcuddur ki, birbaşa insanın iradəsilə bağlıdır, amma baş verənlər nəzərdə tutulanın ziddinə yönəlir. Insanın iradəsilə ona görə bağlıdır ki, qərarları o özü qəbul edir, lakin ölçüb-biçmədən, hərtərfli düşünmədən. Bu kimi hadisələr məqsədsiz eyhama da bənzəyir və hər kəsin həyatında yaşana bilər, amma günahı insandan kənarda – taledə, fillanda axtarmaq doğru olmaz.
Yazıya Quranın əl-Hücurat surəsinin on birinci ayəsilə başladıq, sonuncu ayəsi ilə də sona yetirmək istəyirik: “Şübhəsiz ki, Allah göylərin və yerin qeybini bilir”.

Müəllif: Göyərçin KƏRİMİ

AYB-nin üzvü

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GÖYƏRÇİN KƏRİMİ – DİN HAQQINDA

GÖYƏRÇİN KƏRİMİ

DİN HAQQINDA
(Artur Şopenhauerdən tərcümə)

Əsasən, sxolastika dövrü və ondan sonra Allahı mümkün olan xassələrlə az-az geyindirmişdilər, ancaq maariflənmə dövrü geyindirdikləri libasları bir-birinin ardınca yenidən çıxarmağa başladılar və əgər paltarların altında heç nə tapmamaq qorxusu olmasaydı, onu bütünlüklə soyundurardıllar. Lakin Allahın bir-birindən seçilməyən iki xassəsi – soyundurula bilməyən şəxsiyyət və səbəbiyyət kimi iki əsas cəhəti mövcuddur ki, bu əlamətlərsiz onun haqqında nəsə danışmaq mümkün olsa da, özünü təsəvvür etmək imkan daxilində deyil.
Söylədiyim odur ki, bu hissi, müvəqqəti, ancaq bir təsəvvürdən ibarət olan dünyada, şübhəsiz, həm şəxsiyyət və səbəbiyyət, həm onlara ehtiyac var. Lakin məni yüksək şüur elə bir dünyaya yüksəldir ki, orada artıq nə şəxsiyyət-səbəbiyyət, nə də subyekt-obyekt mövcuddur. Öz ümid və inamım onunla nəticələnir ki, bu yüksək (ən həssas, zamandan kənar) təfəkkür mənim üçün Tək olandır; elə bu səbəbdən də düşünürəm Allah yoxdur. Ola bisin, Allah terminindən məhz bu yüksək idrakı, yaxud ad tapa bilmədikləri ayrı nəyi isə adlandırmaq naminə simvolik istifadə etmək istəyirlər, o zaman buyursunlar, lakin filosofların arasında yox.
Yeni fəlsəfədə Allah öz işlərini rahat və maneəsiz həyata keçirmək üçün majordom dövrünün boş adlar saxlayan Frank hökmdarlarına bənzəyir.
Tövbə yaxşı ideyadır, çünki həqiqətən bizim hər birimiz özümüzü xeyrə və şərə dəqiq bələd olan, xeyri sevib şərə nifrət edən müqəddəs, səriştəli əxlaq hakimi hesab edirik, amma hədəfimiz öz deyil, özgə əməllərini tədqiq etmək olur ki, icra etmənin ağırlığı yad çiyinlərin üzərinə düşür. Buna görə də hər kəs tövbə edən qismində Allahın nümayəndəsi ola bilər.
Əgər biz fərz etsək ki, (Yevangeliyada başlıca müddəalar kifayət qədər etibarlı və tamamilə həqiqidir) İisus Xristos bütün pislik və günahkar meyllərdən tamamilə azaddır, onda (əslində, bədənə, qiymət və günaha meyillilik də lazımdır, bundan əlavə o, təcəssüm etdirilmiş günahkar meyillərin şəkil görüntüsündən başqa heç nə deyil) İisusun bədəni bütün ehtimalların əksinə xəyali olmalıdır. [2] Bir insan haqqında bütün günaha meyletmələrdən tamamilə azad, xəyali bədən daşıyıcısı, qız tərəfindən doğulmuş kimi düşünmək, həqiqətən, gözəldir. Hətta uzaqdan bu təzahüratı fiziki şəkildə də göstərmək mümkündür. Xatırladığım qədər müəyyən heyvanlarda, xususilə, bəzi həşəratlarda belə xüsusiyyət var ki, mayalanmanın baş verməsilə əmələ gələn döl özü də balalıqda bala vermək üçün yumurta qoyur, baxmayaraq, sonuncu ilə mayalanma hadisəsi baş vermir. Bu bir dəfə yalnız bir insanın başına gəlib mümkün hesab edilən hadisə ki, necəsə, nə vaxtsa, həqiqətən, bütün günahlardan təmizlənmiş insan olmuşdur və sonuncuya icazə veririk, onda bədən təcəssümü ilə bütün canlı varlıqların başa düşülən xarakteri, çoxsaylı meyletmələrin irsi-xarakterik xüsusiyyətləri arasındakı heç hansı ağılla anlaşılmayan harmoniyanı da, tamamilə, birinci hadisəyə aid etmək olar.
1. Paulus ad Romanos 8, 3: “Deus filium suum misit in similitudinem carnis peccati” (“Tanrı öz oğlunu günahlı bədənə oxşar bədəndə göndərmişdir”) – Müqəddəs Avqustin bunu liber 83 quastionum quaestio 66 – da belə izah edir: “Non enim caro peccati erat, quae non de carnali delectatione nata erat: sed tamen inerat ei similitudo carnis pessati, quia mortalis caro erat”, “çünki bədən günahlı idi, baxmayaraq ki, cismani ehtirasdan doğulmamışdı, hər halda onda günahlı bədənə oxşar bədən vardı, bədən isə ölümsüz deyil”.
2. “Alii” Valentinum secuti historiam generationis Christi totam converterunt in allegoriam; cui se opposuit ex orthodoxis İrenaues. Post hunc Appelles aliique Christum verum hominem esse negarunt, Phantasma sine corpore esse affirmantes. Conta quos disputavit Christum esse Deum”; Hobbs, “Leviathan”, § 46. “Bəzi valentinçilər İsusun doğulma tarixini alleqoriyaya çevirdilər, buna ortodokslardan İriney qarşı çıxdı. Onun ardınca Apelles və başqaları etiraz etdilər ki, yox, Xristos, həqiqətən, bədənsiz görünüşə malik insan idi. Tertullian “bədənsiz varlıq yoxdur” arqumentinə əsaslanaraq buna tənqidi yanaşdı. – Eres Ariya inkar etdi ki, yox, Xristos Allahdır”.
Teistlər ateistlərdən, spinozaçılardan, fatalistlərdən ona görə fərqlənir ki, birincilər dünyanın ixtiyari prinsipinə əsaslanırlar, ikincilər təbiətə; birincilər onun hansısa iradənin təsirilə meydana gəldiyinə inanırlar, ikincilər müəyyən səbəbdən qaynaqlandığına. Səbəbi zərurət yaradır, iradə azaddır. Lakin dərkolunmayan motivlər əsasında iradə də səbəbsiz təsir kimidir. Elə motivsiz iradə özü də səbəbsiz fəaliyyət kimi mümkünsüzdür. Əgər dünya yaranıbsa, ateistlərin fikrincə, onda birinci növbədə onun səbəbi bilinməlidir, ona qədər heç nə olmalı deyil, nəyin təsirilə yaranıb, nəyin təsirilə hərəkətə gəldiyi məlum olmalıdır ki, izahı mümkün olsun: o, başqa asılı olmayan səbəbdən yox, doğrudan da, mütləq zərurət ilə mütləq zəruru öhdəlik əsasında hərəkət edir, bu isə məna etbarı ilə fatalizmdir. Nə vaxt teistlər hər hansı iradənin motivsiz təsiri haqqında düşünürlər, onda fatalizmə oxşar olaraq mənasız nəticə alınır, məxsusən də, əsassız istəmək, əsası olmayan vəzifə zəruriliyi.
Əksəriyyət adamlar əsassız istəklə daha çox qane olurlar, nəinki əsassız zəruriyyətlə, bu isə olduqca qəribədir. Bəlkə də ona görə ki, hər hansı səbəb özlüyündə tədqiqə uyğun gəlir, amma hər motiv yox; çünki iştirakçı şəxs öz motivini gizlədə, gizli niyyətini pərdə arxasından da həyata keçirə bilər.
Hər iki baxışı o zaman səsə qoymaq olar ki, iradə ilə səbəbiyyətin, azadlıq ilə təbiətin eyni olduğunu başa düşək. Bu yol mənim yeni nəzəriyyəmə doğru yön alır, ələlxüsus, ona ki, bədən iradənin obyektidir və buna baxmayaraq, o, özü olaraq əsas, cism etibarı ilə səbəbiyyət qanununa tabedir. Belə ki, nə qədər iradə varsa, bədən də var və buna uyğun olaraq motivasiyanın təyin olunduğu qədər də səbəbiyyət mövcuddur.
Əlavə: – Motiv insanın tələbatını təmin etməyə yönələn hərəkəti şərtləndirmək üçün düşünülmüş meyldir, motivasiya isə istəyin motivlərlə təyin edilməsidir. Birinci təbiətə – yaradılışa aiddir, ikincisi, insanın özü və istəkləri arasındakı prosesə. [G. K]
Necə ki, qədim allahlar qədərə tabe olurdular, eləcə də, xristian filosofları öz allahları üzərində aeternas veritates, daha doğrusu, metafiziki, riyazi, məntiqi həqiqətlərə istinad edirlər [1], hansı ki, onlar Allah iradəsinin vasitəçiliyilə təsirlənmirlər və ondan asılı deyillər, əksinə, öz təsirlərini onun üzərində genişləndirirlər.
1. Onlardan bəziləri, hətta əxlaq qanunlarına əsaslanır.
Dinin imkan verdiyi ən sanballı kömək xidmətkar obyektin səmimi inamıdır ki, həyatın boşluq və bayalığını mükəmməl doldurur; gerçək dünya ilə yanaşı görünməyən ikinci bütöv dünya və ikinci dünyanın mövcudiyyətilə ünsiyyətdə olan yüksək ruh bəxş edir. Qədim vaxtlarda mömin hindlini, yunanı, katoliki öz tanrısı və müqəddəslər məşğul edirdi, hansılar ki, qurbanlar gətirir, dualar oxuyur, məbədlər ucaldıb zinətləndirir, tövbələr yerinə yetirir, kilsə xidmətlərini tənzimləyir, ayinlər həyata keçirir, ikona bəzəyir, ziyarətlərə gedirdilər və s. Həyatın bütün hadisələri bu varlıqların təsiri kimi dəyərləndirilirdi; belə ki, onlarla ünsiyyət daha maraqlı olur, az qala yarım ömrü əhatə edirdi ki, bu məsələdə daimi cazibədarlıq bəxş edən, həmişə ümidi qoruyan poetik illiyuziyanın da öz yeri vardı. Hər halda illizüya hər cür xoşbəxtlik deməkdir. Beləsini, əlbəttə, ciddi inamla xidmət edən din yarada bilər, hansı ki, ilkin tanrı arzuları ilə zəngindir və çoxlu mərasimlər tələb edir, həm də səthi yox, mücərrəd, qəti monoteist, idraka dayanıqlı protestantizmlə, başqa sözlə, Hötenin öz tərcümeyi-halında katolik və protestantların sirlərindən düzgün olaraq bəhs etdiyi şəkildə. Din bu möcüzəvi cazibədən bizim vaxtımızda uzaq qalıb, tamamilə, öləziyib. Lakin səhvlərdən xilasolma xoşbəxtlik gətirdiyi üçün həmişə arzu olunandır.
Katolik dini özlüyündə göyü dilənçiliklə necə əldə etmək göstərişi təqdim edir, çünki onu qazanmaq o qədər də rahat deyil. Keşişlər də bu dilənçiliyə ortaqdır.
Hər kəs bu, yaxud o biri dünyada, öz əməlləri müqabilində mükafat axtarır, eqoistdir. Onu bu dünya üzərində hökmran olan təsadüfü qüvvələrin gücü ilə burada, yaxud gələcək dünya haqqındakı boş arzuların təsirilə orada itirir, fərqi yoxdur, hər iki hal səbəbdir ki, insan arzu və məqsədə çatmadan xilas olsun. Yox, artıq kiminsə məqsədini eqoizm təşkil edir, bu halda mənim ona hörmətim artır, ona görə ki, tərəf məqsədinə Makivelli üsulu ilə can atır və çalışır ki, ona ağılla, motiv və səbəbi dərk etmək yolu ilə yaxınlaşsın, hansı ki, hərəkətlə nəticələnir; nə vaxtsa, hamısının on qat əvəzini almaq və o biri dünyada varlı kimi dirilmək ümidilə çoxlu sədəqə paylayır. (Hər iki üsul arasında ağla əsaslanmadan ayrı fərq yoxdur.) Əgər mən bu insanın hansısa bədbəxtə kömək etməsinə sevinirəmsə, onda mənim sevincim həmin bədbəxtə bu və ya digər hadisənin, yaxud tapılmış xəzinənin köməyindən duyduğum sevinclə tamamilə eyni olacaq.
Buna baxmayaraq unutmaq olmaz ki, başqası təmiz sevgi və yaxşı niyyətlə bəxşiş verir (bu mərhəmətdir) və nə vaxt bu mükafat haqqında öz ağlına hesabat vermək istəyir, biliyin və həqiqi fəlsəfənin çatışmazlığı üzündən fikrini müxtəlif tipli ehkamlarla sakitləşdirir. Bu tamamilə təfavütsüzdür; onun təşəbbüsünü həqiqi məna və qiymətdən məhrum etmir.
Ruhun köçürülməsi haqqında əsatir tərkibcə o dərəcəyə qədər zəngin və mühümdür ki, nə vaxtsa yaradılan bütün miflərdən fəlsəfi həqiqətə bilavasitə yaxındır və mən onu mifik görüntünün non plus ultrası adlandırıram. Eyni səbəblə Pifaqor və Platon da onu beləcə dəyərləndirib qəbul etmişlər, lakin o xalqlarda ki, bu, milli inamın predmeti olaraq ümumi hökmranlıq kimi istifadə olunur və həyata həlledici təsir göstərir, həmin xalqı, ən qədim dövrlərdə olduğu kimi, yetgin hesab etmək lazımdır.
Məlum olmayan bir dildə yazılmış “Desatir” (Ser V. Cons, əlbəttə, səhv olaraq o kitabı bütün məşhur kitabların ən qədimi hesab edir) kitabında ruhi köçürmələr aşağıya- bitkilərə, hətta metal və minerallara da aid edilir. Bombay transact. Vol. 2, § 355 [1]
1. [Sonradan:] kitab ingilis dilində 1818-ci ildə Bombeydə peyda olub.
Əlavə edirəm ki, “Desatir” deyərkən A. Şopenhauer Zərdüştün “Avesta” kitabını nəzərdə tutur və mən, əlbəttə, kitabın qədimliyi barədə Ser V. Consun fikrilə razıyam. Kitab fars – qədim pəhləvi dilində yazılıb. [G. K]
Çətin xüsusiyyəti ram etmək, qəddarlıq və ədalətsizlikdən uzaq tutmaq üçün həqiqət işə yaramır, çünki bu sayaq adamlar onu başa düşmürlər, deməli belələri üçün aldanma, nağıl, parabola lazımdır. Faydalı dini tədrislərə ehtiyac bu səbəbdən vacibdir.
Təbii din, yaxud indiki dəblə onu dini fəlsəfə adlandırırlar, öz nəticələrinə görə hansısa müsbət din ilə üst-üstə düşən fəlsəfi sistem kimi ifadə olunur, məhz bu vəziyyətin ikisi də təsdiqini bu və ya digər davamçıların gözündə doğru olan kimi tapır.
“Dini fəlsəfə” “təbii dini” ifadə etməkdən ötrü dəbdə olan sözdür. Həqiqətdə isə “təbii din” yoxdur və onlar hamısı süni məhsuldur.
İstənilən müsbət din o zaman taxt-taca sahib olur ki, fəlsəfənin xüsusi tərkib hissəsinə çevrilir. Buna görə də birincilər filosoflara həmişə düşmən münasibəti bəsləyirlər, kaş ki, sonuncular da bu qaçılmaz kinə əksər adamların ruh zəifliyinə qarşı istifadə etdiyi qoltuq ağacı kimi baxaydılar…
Əgər dünyanı hən hansı allah yaradıbsa, o zaman pislikləri ürəyimi parçalayan bu dünyanın allahı olmaq istəməzdim.
“Deistlər” – bunlar sünnət olunmayan yəhudilərdir.
Necəsə Allah-Yaradan haqqındakı ehkam insan azadlığı ehkamına uyğun gəlmir, hansı ki, essedə yaşamalıdır, eləcə də o, ölməzlik nəzəiyyəsilə də ziddiyyət təşkil edir; buna görə də Allah-Yaradan termininin ixtiraçıları – yəhudilər ölümdən sonrakı həyatı qəbul etmirlər, əksinə, ölməzlik nəzəriyyəsi barbar, kobud yəhudi inamına yad element kimi daxil olur, Hindistan, Misir, yaxud yunan miteriklərinin etdiyi dəyişikliklər qətiyyən işə yaramır, görünür, İsus Xristos tərəfindən keçirilmiş islahat uyğunluq səbəbinə görədir ki, onda saxlanılır.
Beləliklə, əgər bizim ilahiyyatçılar – “din filosofları” həmişə “Allah və ölməzliyi“ bir yerdə, bir-birinə bağlı iki fikir, iki hadisə, guya bir-birilə yaxşı yola gedirmişlər kimi, nəzərdən keçirirsə, onda bunu yalnız köhnə adətlərin və əqli çatışmazlığın hesabına yazmaq lazımdır. Çünki yuxarıda işarə olunmuş kobud, yöndəmsiz, mənfur yəhudi ehkamları nə ölümsüzlüyə uyğundur, nə də iradə azadlığına.
“Allah” sözü mənim ürəyimi bu həddə qədər ona görə bulandırır ki, zahirdə olan batinlə dəyişik salınır. Eyni nöqteyi-nəzərdən deyə bilərik ki, teizm ilə ateizm arasındakı fərq məkan xarakteri daşıyır. Onda belə çıxır ki, allah mahiyyətinə görə subyekt deyil, obyektdir; deməli allah ehtimal edilən kimidirsə, onda mən heç nəyəm.
Subyekt və obyektin eyniliyini təsdiq etməklə, teizmlə ateizmin eyniyyəti də təsdiq olunur. Əlbəttə, bütün ziddiyyətlər nisbidir və onların hər birindən ümumi – ziddiyyət olmayan nəzər-nöqtəyə yetişmək olar. Lakin bu yolla biz heç nə qazanmarıq.
O ki, hamıda özünü həyat iradəsi kimi tanıdır, həm də varlıq və onunla əlaqəli əzablardan xilas olmaq üçün həyat iradəsini inkar edir. Əgər ona bizdən fərqli və ayrı, özünü həyat iradəsinin təsdiqi kimi təmsil edən sonuncu xüsusiyyət nöqteyi-nəzərindən diqqət etsək və istəsək ki, “allahın” yaratdığı dünyanın (hansı ki, həyat iradəsi təsdiq ounub) əksini heç nə adlandıraq, onda bu həmin ifadədən əl çəkmək istəməyən adamların nəfinə olacaq, eyni zamanda nəticəni qarşılığı inkar olan naməlum X təşkil edəcək; məhz iradəni inkar edən də, artıq qeyd etdiyimiz kimi, bizdən və dünyadan fərqlənən, digər tərəfdən bizimlə də, dünya ilə də eyniyyət təşkil edən, Odur. Təsdiq etdiyi kimi inkar edən də məhz odur.
Yeni anlayışları izah etmək üçün köhnə ifadələrdən istifadə etmək qarışıqlıq yaradır və bu mənada söylənilən, guya, “tanrı” dünyanı istəmir ifadəsi yanlışdır, çünki “tanrı” anlayışının əsasında dünyanın varlığının istənilməsi düşüncəsi dayanır.
Məgər məsələ sözdə, daha doğrusu, “allah” terminindədir? Bir halda ki, sizə fiziki olmayan, fizika qanunlarına boyun əyməyən metafiziki nəsə lazımdırsa, o zaman bunu həyat iradəsilə də əldə etmək olar. Nə qədər gizlədələr, bəzəyələr, allah sözü bütün insani dillərdə dünyanı yaradan mənasını verir.
Mübahisədən qaçmaq üçün bu sözdən istifadə etməyə lüzum yoxdur. Fəlsəfədə anlayış onsuz da çətin başa düşülür, onu eyhamlarla daha da ağırlaşdırmaq caiz deyil.
Belə bir tanrı haqqında bizim başqa dini nəzəriyyəmiz yoxdur, bundan əlavə, əsasını ancaq mühakimə təşkil edən “Theologia mystica” – mistik teologiyada Dionis Aeropaqit deyir: Allaha dair bütün predikatları inkar etmək olar, ancaq birini də isbat etmək mümkün deyil, ona görə ki, o, bütün varlıq və bütün dərketmənin sərhədləri xaricindədir, üstəlik Dionis nəyi epeceina adlandırırsa, digər tərəfdən onu bizim şüurumuza tamamilə uyğun gəlməyən kimi xarakterizə edir. Bu, dini nəzəriyyə olaraq yeganə həqiqətdir, lakin o da mahiyyətdən uzaqdır. Sözün doğrusu, o heç nə danışmır, heç nə öyrətmir, sadəcə, bir məktubla özünün hər şeyi yaxşı bildiyini və bunun ayrı cürə doğru olmadığını ehtimal şəklində bizə ötürür.
Foluk Məhəmməd mistiklərinin gözəl tərcüməsində və bu tərcüməyə aid xristian, teistik, mənfi və panteizmlə polemikləşən qeydlərində xədimə bənzəyir; hansı ki, hərəm gözətçisi timsalında çıxış edərək, oranın bütün gözəllərini ən faydalı şəkildə təsvir edir, lakin özü onlarda, tamamilə, yaxşı heç nə tapmır, buna baxmayaraq öz sənətindən də hələlik əl çəkmir. Onu hollandlılara da bənzətmək olar, hansılar ki, (Jan Polun ifadəsinə görə) özləri gülməli vəziyyətə və oyuna düşmədən fransızların ağıllı və azad düşüncəli yazılarını öz xeyirlərinə çap etmişdilər.

Folukun “Şərq mistikləri antologiyası”nda aşağıdakı mövzular çox mühümdür:
1. Saqilərin timsalında allahın tərifi, səh.218
2. Attar Mütləqi tərənnüm edir, səh.260
3. İnsanın ləyaqəti, səh. 266
4. Dünyanın dəyəri, səh. 273
5. Gənclik, səh. 274
6. Xristianlığın mistik mənası, səh. 221

Zahidlik və mistiklik bəyənilmiş nəzəriyyə arxasında saxlanılan hər hansı məzhəb deyil, bir dəfə və həmişəlik qəbul edilmiş ehkamdır ki, onun qorunub inkişaf etdirilməsi üçün bütün üzvlər öz aralarında birlik yaradırlar.
Lakin daxili təcrübə ki, onun əsasında, yaxud haqqında azından hamı danışır, belədir: biz və başqaları onu səsləndirməyi və bu minvalla araşdırmağı bacarmırıq. Həm də o, sadəcə, seçilmiş bir neçə şəxsin payına düşür; ona görə də bu daxili təcrübə alilik adını qazanıb. Onu bizim üçün şübhəli edən də məhz hamı üçün əlçatan olmamasıdır.
Bundan başqa, əgər müxtəlif vaxtlarda dünyanın çox müxtəlif yerlərində sosial statusları, yaşı, cinsi yetərincə fərqlənən insanlar özləri tanıdıqları, lakin bizə məlum olmayan hər hansı ölkə haqqında danışsalar, doğru sözylədiklərini sübut etmək üçün bizim imkanımız olmayacaq, yox, əgər bu adamlar, yuxarıda qeyd etdiyimiz böyük fərqlərə, bizim, həm onlara, həm də onların mənsub olduğu göstəricilərə açıq-aşkar nabələd olmağımıza baxmayaraq, aramızda heç bir ümumi bağlılıq olmayan həmin məmləkət haqqında yenə danışsalar, onda da adı çəkilən ölkənin varlığı və başlıca xüsusiyyətləri haqqında şübhəyə əsasımız olmayacaq. O yerdə ki, vasitəsiz təcrübə sayəsində müvəffəqiyyət əldə edə bilmirik, onda başqalarının şahidliyinə qane olmalıyıq, ancaq qənaətimizin şübhəli olub-olmadığını yoxlamaq şərtilə.
O güc ki, bizi varlıq olmağa səsləyir, şübhəsiz, kordur. Çünki görən qüvvə xarici olsaydı, ancaq qəddar iblis olmalı idi, amma daxili, yəni biz özümüz olaraq da heç vaxt özümüzü belə dəhşətli vəziyyətə salmalı deyildik. Özünü bu yolla obyektləşdirən təmiz, həyat iradəsinin dərkindən azad, kor-koranə cəhd həyatın özəyini təşkil edir.
Əgər məndən soruşsaydılar ki, dünyanın daxili mahiyyətinin intim dərkinə, özündə şeyə, hansı ki, mən həyat iradəsi adlandırmışam, harada yetişmək olar; yaxud bu mahiyyət bütün aydınlığı ilə harada şüura daxil olur və ya özünün həqiqi açılışına nail olur, mən birləşmə aktının şirinliyini nişan verərdim. Ordadır! Bütün şeylərin həqiqi mahiyyəti, özəyi, bütün varlıqların məqsədi və təyini ordadır. Baxın, nəyə görə o, canlı varlıqların məqsəd və fəaliyyətlərinə subyektive xidmət göstərir, lakin dünyanın əsaslandığı faktoru objektive şəkildə təqdim edir, çünki üzvi olmayan dünya idrakın gücü ilə üzvi dünyaya birləşir. Lingam və Phallis qarşısındakı hörmət bu səbəbdəndir.
Bəs o bizdə hansı təsəvvürü oyadır? – Bunun cavabını V. Şekspir 129-cu sonatında vermişdir.
Bu günlərdə fəlsəfi yazılar yazan axmaqlarda heç cürə şübhə etmədikləri dərin və qəti inam var ki, sonuncu məqam və hər hansı mücərrəd mühakimə qabiliyyəti Allahın dərkidir, həqiqətdə isə bu özünü dərketmədən başqa heç nə deyil, həm də bu barədə delfi məbədlərindən oxuya, azından Kantdan öyrənə bilərdilər, çünki sonuncu da eyni təsiri göstərəcəkdi, hətta onlardan yüz il sonra yaşamış olsa belə.
Hər halda mən istəyərdim ki, onlar tərifli Allahı tərənnüm etməzdən əvvəl, heç olmasa, bir az öz ətraflarına nəzər salaydılar və şahidi olaydılar ki, bu gözəl dünyada işlər necə gedir. O zaman onlardan soruşardım ki, bu dünya müdrikliyin, xeyirxahlığın, qadir olanın yaratdığına daha çox bənzəyir, yoxsa kor həyat iradəsinin.
Əgər dünya nə vaxtsa vicdanlı olmaq dərəcəsinə qədər düzəlsə ki, on beş yaşına çatmamış uşaqlara Allah Qanunlarını öyrətməsinlər, bundan sonra ona məlum ümidi bəsləmək olar.
Hərçəndi onun dərk olunma intellekti anadangəlmədir, sonuncunu cism və materiya kimi təqdim etmir, bu da, əslində, fitri ideyaların öyrədilməsindən xəbər verir, hansı ki, varlığını Lokk inkar, Karteziy ilə Leybnis təsdiq etmişdir. Nəticə etibarı ilə buna, bu ideyalara münasibətdə intellekt, həqiqətən, hansısa tabula rasa – ağ kağız vərəqi kimi olur. Təbiət onun üzərində əvvəlcə qayda yaratmalı, sonra şüur, anlayış yazmalıdır, həm də bu sonuncular daha dəqiq və güclü ştrixlərlə yazılmalıdır ki, intellekt və fəaliyyətin bələdçi ulduzuna çevrilsin.
Beləliklə, (vicdansız və biabırçı şəkildə) ortaya çıxıb altı yaşlı uşaqda tabula rasanın üzərinə pozulmayan kobud xətlə dinin müsbət olması anlayışını yazırlar və bununla da onun gözəl ağ vərəqinin təbiətini həmişəlik korlayıb, gənc zəkanı mücərrəd başlanğıc, bəzi fərdi və dünya səbəblərinin dəhşətli konsepsiyası kimi fikirlərlə öz təbətinin və təşkilinin ziddinə yönəldirlər. Məhz bu yolla doğru olmayanı öyrətməkdən ötrü ona sərbəst bünövrə qurur, yalanı mənimsətmək üçün zehnini yararlı vəziyyətə gətirirlər.
Qarsena de Tassinin Quran barəsində gizli ziddiyyətlərlə ifadə olunmuş “Exposition de la foi Musulmane” əsərinin şərhlərindən yaxşı, baxmayaraq, bütünlüklə xristanlığa uyğun gəlir, teizmin dəhşət və cəfəngiyatını izah etmək olmaz, həm də o, “xristianlar qəti şəkildə Allah Atanı qəbul etməlidirlər” sözündən savayı heç nə demir, ona görə ki, bu fikir bütün yəhudi məzhəbləri üçün ümumidir, həm də onlardan başqa heç yerdə ifadə olunmur. Lakin xristianlar bu aydın ifadədən könüllü qaçaraq mistisizmin arxasında gizlənirlər, hansı ki, qaranlıqda mücərrədlik itməli, beş rəqəmi cüt kimi başa düşülməlidir.
Parslar, yəhudilər, məhəmmədilər Yaradana ibadət edirlər, induslar, buddistlər, yainlər, əksinə, üst dünyaya, həm də onun haqqında görünən mənanı aşağılayaraq. Aydındır ki, xristianlıq öz mənasına, yaxud Yeni İncil xristianlığına görə ikinci sinfə aiddir [dinin], lakin tarix boyu onu zor və cəfəng şəkildə dinin birinci sinfinə calaşdırıblar.
Ateizm kəlməsində necə də hiyləgər saxtakarlıq və qəddar iftira yatır(!), guya teizm, özlüyündə ötəri bir şeydir.
Hər teistə dilemmatik sualla müraciət edilməlidir: “Sizin tanrınız fərddir, ya yox?” Əgər o suala mənfi cavab versə, bu allah demək deyil, təsdiq etsə, onun cavabından qəribə şeylər çıxır.
Gənclikdən başlayan daimi təlqinetmə insanı beyindən silinməyən xurafata sürükləyə bilər, eynən zəhlətökən ideya kimi. Lakin daha vacib olan budur ki, belə aşılanmış bezdirici ideya nəhayətdə ov itlərinin təlimi kimi bir nəticəyə gətirir; əgər aşılama uzun müddətə nəsildən nəslə təkrarlanırsa, irsi xarakter daşıyır və o zaman, həqiqətən, anadangəlmə ideyaya zəmin olur. Bu qayda ilə onu izah etmək olar ki, dünyanın bir yarısı məlum anlayışı fitri və zərurət kimi tanıtsalar da, eyni vaxtda başqaları bunu inkar edir. Yeri gəlmişkən, onu da fərqləndirmək lazımdır ki, bu zaman həqiqi təsəvvür ancaq iradədir.
Allah kəlməsi altında avropalılların böyük çoxluğu, həqiqətən, insan kimi bir fərdi başa düşür. O kəslər ki, məlum təhsilin təsiri altındadır, təhsilin səviyyəsinə uyğun olaraq bununla razılaşmır, verilən adın altında getdikcə az düşünürlər, nəhayətdə daha təhsillilər, yaxud, sadəcə, natura naturans, əlbəttə bu ad ona pis yaraşır, daha dəqiq bir fikir yürüdə bilmirlər, lakin ürəklərinin dərinliyində təhvil aldıqları bu addan çox möhkəm yapışırlar, hansı ki, onunla bütün qüsur və günahlarına etibarlı müdafiə taparaq gələcək xoşbəxtliklərini əbədi təmin edəcəklərinə ümid edirlər: sadə döyüş vəziyyəti. Burada da əsas işi kozır hesab etdiyi kartdan yapışan iradə görür.
Yəhudi miflərinə rəsmi hücum “heç nədən yarandı və heçliyə qayıtmalıdır” müddəasına istinad etməlidir, ona görə ki, doğru və həqiqi olan təzahür etməz, heç məhv də ola bilməz.
Əgər köhnə ifadəyə bağlılıqdan qurtarmaq üçün istəsək ki, (onu ki, bəyənmirəm) onu tanıdığımız həyat iradəsi kimi adlandıraq, bunun əksinin (nirvana) – həyat iradəsinin ziddinə yönəlmənin necə baş verməyindən xəbərimiz olmayacaq, (belə ki, şüurumuz onu bu dönüşə qədər izləyə bilir) əgər bu xəbərimiz olmayan x-i, yaxud y-i allahın yerinə işlədib, qısaca, desək ki, allah bizim dünya olmadığımız vaxt təsəvvür etdiyimizdir, onda bu vasitə ilə sözün ilkin mənasını deyil, özünü xilas etmiş olarıq və allahı dünyadan, hətta sonuncunun inkarı qədər ayırarıq.
Teizmə gəldikdə isə Almaniyada alimlər arasında onun mənasını işin tamamlanmış həddində nəzərdən keçirsələr də, sözdən ayrılmaq istəmirlər və bu güclə hakimiyyətdən ayrılan karolların tituldan ayrıla bilməməsinə bənzəyir, belə ki, hələ də Avstriya imperatoru özünü Yerusəlim karolu hesab edir, ingilis karolu özünü fransız karolunun titulu ilə çağırır.
Əgər din ən rəzil fikirlərin pərdələnməsinə xidmət edirsə, bu ona qədər də baş verən gündəlik hadisələrdəndir ki, heç kimi təəccübləndirə bilməz; lakin bunun fəlsəfə ilə, heç vaxt, heç yerdə həqiqətdən başqa heç nə axtarmayan müqəddəs göy qızı ilə baş verməsi, – bu bizim dövrün qismətinə düşüb.
Allah, azadlıq və ölümsüzlük metafizikanın əsas məqsədinin böyük hissəsi hesab olunur, lakin birinci iki sonrakıları mümkünsüz edir. Belə də demək olar: birinci, antoloji, yəni essentia var, existentia yoxdur, ikinci, existentia var, essentia yoxdur kimi sübut olunmalıdır.
Geniş yayılan saxta doktrina həqiqətin yolunu hasarlayıb özünü iyrənc bir məxluq kimi aparır, istər o, min nəsillərin səlahiyyətini qazana , istər insan irqinin əxlaqi tərbiyəsi işində ölçüyəgəlməz fayda gətirə, – mən ona aman verməyə, yaxud öz nifrət və ikrahımı dəf etməyə səbəb görmürəm. Biz həqiqətə çatmaq istəyirik və peşman (remorse) olmadan yalanın viviseksiyasına da əl atmalıyıq.

Teizm növbəti ehtimallardan birini qəbul etməlidir:
1. Allah dünyanı heç nədən yaratdı; bu bütünlüklə səhih həqiqətə ziddir, belə ki, heç nədən heç nə yaranmaz.
2. O dünyanı özündən yaratdı; sonra, ya özü panteizmdə qaldı, ya da öz hissəsindən yaratdığında, hansı ki, ondan ayrılıb: emanasiya.
3. Tutaq ki, tanrı tapılmış materiyanı müəyyən formada emal edib, onda özü kimi bu sonuncu da əbədidir, belə olan təqdirdə o, sadəcə???

Kütlə hər zaman ancaq inanmağa qadir olacaq, başa düşə bilməyəcək. Inamın asanı, çətini yoxur, ikisi də eynidir. Buna görə də ona inam obyekti olaraq məntiq və həqiqət verin, sonuncunu təbiət haqqında yalan və ləyaqətsiz təsəvvür yaradaraq zahiri saxtalıq səviyyəsinə qədər alçaldan təlimlər verməyin, guya ki, bəşər övladı və dünya xoşbəxt olmaq üçün mövcuddur və s.
Əxlaq hər hansı ehkamda özünə istinad nöqtəsi tapmalıdır, hələlik gerçək ehkamı tanımamaq səbəbindəndir ki, hansısa mifikə, alleqorikə, etibarsıza, yalnış ehtimal edilənə istinad olunur. Çox yaxşı, lakin, əxlaqın həqiqətənmi ehkama ehtiyacı var? Bunu onun özündə təsəvvür etmək düzgün olmazdımı, axı o da həqiqidir, məgər icbari vəzifələri ədalətə və polisə həvalə etmək doğru olmazdımı, üstəlik onlarda şərəf, başqalarının fikirinə diqqət də var?
Əgər mifik ehkam lazımdırsa, o zaman bütün başqalarından yuxarıda metempsixozların ehkamı dayanır.
Yalançı filosoflar deyəndə mən o kəsləri nəzərdə tuturam ki, həqiqətin axtarılması bəhanəsilə qədim qərbin səhvləri üzərində səylə çalışırlar.
Vaxt gələcək, metafizikada fərz etdikləri allah-yaradana astronomiyanın episikli kimi baxacaqlar.
İnanmaqdan ötrü filosof olmaq lazım deyil.
Ancaq hökümət kahinlərin çətinliklə ayağa qaxmalarına imkan yaratdı, yoxsa hələ də bir-birinin saçını yolurdular. Bu məni ürəkdən sevindirir.
Bəşəriyyət irəliyə – həqiqətə cəhd edir; qayışlar qırılır, onları birləşdirmək isə müvəqqəti kömək edir. Yoxsa bəşəriyyətin tərəqqisi hər vasitə ilə gerimi dönməlidir? Təvəzökarlıqla təşəkkür edirəm!
Bəziləri istəyərdilər ki, almanları əvvələ çəksinlər, o yerə ki, onları orda Böyük Fridrix və
P. İosif tapmışdı.
Simasız allah – bu contradictio in adjecto deməkdir, əksi isə fərddir.
Teizm öz mənasına görə tamamilə düzgün həndəsi konstruksiyada kürənin mərkəzinin ondan kənara düşməsini sübut etməyə bənzəyir.
Bütün predikatlar privativum – özəlliyinə görə, ateizm və s. kimi özlərini elə aparırlar ki, buna məntiqdə sonsuz mühakimələr deyilir, nəticədə isə müsbət tərkibdən və s. məhrum olub heç nə danışa bilmirlər.
Dünyanı hansısa şəxsin yaratmasına, əlbəttə, inanmaq mümkündür, lakin bu barədə düşünmək olmaz. Birincini bizə təcrübə öyrədib. [1]
1. Hansısa varlıq dünyanı şəxsən yaradıb – buna, təcrübəyə görə, əlbəttə, inanmaq olar, lakin təsəvvürə gətirmək mümkün deyil.
Əgər biz yaradanın iblis olduğunu düşünsəydik, bu zaman onun yaratdıqlarını haqlı olaraq özünə göstərib qışqırardıq: “Sən nə cürətlə dünyaya bu qədər ağrı və kədər gətirmək üçün Heç nəyin müqəddəs sakitliyini pozmusan!”
Kim ki, həqiqəti sevir, təkdə də, cəmdə də tanrılara nifrət edir.
Nə vaxt ki, həqiqət arxamdadır, onda paxıllıq etmirəm ki, mənim düşmənlərimin tərəfində öz Əhdi Ətiq və Əhdi Cədidilə birlikdə kilsə mövcuddur.
O vaxtdan ki, ultima ratiotheologorum, tonqal artıq işə yaramır, yalan və aldatmağın nazı ilə ancaq qorxaq oynayacaq.
Həqiqi mahiyyətin əzəliliyini, keçici olmadığını, hansı ki, var və olmalıdır, tanımamaq, onu heç nə (əslində, onun varlığından əla yaradılmış) xammalına qədər aşağılamaq, əsl küfrdür.
Əgər siz desəniz ki, dünyanın daxili mahiyyəti allahdır, o zaman siz özündə şeyi obyektiv nəyəsə (mümkün olmayan) çevirirsiniz, bu isə yalandır; çünki ancaq subyekt nəyisə vasitəsiz və s. təqdim edə bilər; bəlkə də bu səbəbdən vasitəsiz dərketmə bütün vasitəlilərin izahı üçün əsas rolunu oynayır: iradə belədir.
Zehni fəaliyyətin tərəqqisi dini, onun mahiyyətinə – obrazlılığına qədər sıxışdırıb mücərrəd-ləşdirir, lakin zehni fəaliyyət müəyyən dərəcə ümumiləşən kimi o da tamamilə süqut etməyə məruz qalır.
Əgər intellektual dəyərlərin yüksəkliyini düzgün müəyyən etmək o həddə qədər mümkün olsa ki, mövcud insan varlğın problemini assimilyasiya etsin və onunla kamala yetişsin, onda avropalılarla müqayisədə hindlilər və qədim misirlilərin nə qədər yüksəkdə olmasının fərqini görərik!
Yadıma düşdüyü qədər, hind yazılarında, əsas etibarı ilə, müqəddəs kişilərdən – günahkar dindarlar və hindli dərvişlərdən söhbət gedir, xristianlıqda müqəddəs ruhlar daha çox qadınlardır, o cümlədən, Hüyon, Beata Şturmin, Klettenberq, Burinyon və s. Bu onu göstərir ki, Hindistanda qadın cinsinə, həqiqətən, böyük etinasızlıq var, hamsını tabe olmağa vadar edir, onlarla hesablaşmırlar və s. [1]
1. [Sonralar:] Həyat iradəsinin inkarı qadınlarda Suttee kimi çıxış edir.
Buddistlərin müqəddəs kitablarında insan nəslinin tədricən piləşməsi haqqında nəql olunur, xüsusilə, cismani pisləşməni əxlaqi çatışmazlıqların, yaxud xarici fəlakətlərin təsiri kimi təsvir etməyə çalışırlar, ona görə də Çində vəbaya, qıtlığa və s. imperatorun mənəvi günahlarının nəticəsi kimi baxılır. Bütün bunların əsasında o düşüncə dayanır ki, təbiət həyat iradəsinin obyektləşməsini əks etdirir və iradənin əxlaqi xüsusiyyətilə öz uyğunluğunu ortaya çıxarır. Mən bu barədə “Dünya iradə və təsəvvür kimi” kitabımda demişəm: “İradə nədirsə, onun dünyası da həmindir”.
Demək olar ki, bütün qədim xalqlar heyvanı Allahın adına olmadan heç vaxt kəsmirdilər, amma özləri yeyirdilər. Bu ona bənzəyir ki, mənim vaxtımda Rimdə küçələrdə, meydanlarda, evlərin pillələrində Madonnanın, yaxud hansısa müqəddəsin şərəfinə çıraq yandırmaq olmazdı, halbuki onların şəkillərini həmin yerlərdən asmışdılar.
Əgər qədim dünya bizim gözümüzdə belə məsumdursa, deməli o, xristianlığı tanımırmış.
İndiki və qədim vaxt arasındakı ziddiyyət, ola bilsin, başqa heç nəyə görə belə təsirli səslənmir, o mənada ki, bizdə çoxları, Allahı heç vaxt xatırlamasalar da, ölümqabağı onu yada salırlar, həm də ölüm yaxınlaşdıqca hər kəs öz fikirlərini, əgər mümkünsə, müstəsna olaraq, Allaha xitab edir. Qədi-milər isə, əksinə, ya ölüyə, ya da ölüm ayağında olan insana ünvanlayırdılar, allahla işləri olmurdu: elə bil, o, ətrafdan uzaqlaşmışdı. Bax, Sofokl: “Ayaks” səh. 584 və Vergili: “Eneidu” XI, səh. 51.
Diqqətə layiqdir ki, tövratın ölümsüzlük haqqında, yəni bir insan üçün təhdid və vəd, cəza və mükafatın tez-tez onun nəslinə keçdiyi vurğulanan təlimlərində ailə siyahıları və şəcərələr də çox dəqiq və hərtərəfli, diqqətlə siyahıya alınmışdır. Belə ki, insanı başqa xalqlarla deyil, öz nəslinə daha çox uyğun gəldiyinə görə fərdi nəsli ilə eyniləşdiriblər.
Ona təəssüf etmək lazımdır ki, Əhdi Cədidin açıqsözlü yazarları arasında nə dildə, nə də üslubda vəhyi açıqlayan olmayıb.
Xristian asketizminin öz aydınlığı, fərqliliyi və vasitəsiz motivi yoxdur, onda Məsihin təqlidindən savayı özgə səbəb yoxdur; halbuki Məsih həqiqi mənada tamamilə zahid olmayıb; (baxmayaraq ki, o, könüllü yoxsulluğu məsləhət görürdü, Matf. 10, 9); bundan əlavə, kim olur- olsun, başqasını sadəcə təqlid etmək vasitəsizlik deyil, vasitəsiz səbəb özündə şeydir ki, işin məna və məqsədini izah edir.
Protestant kilsələrində nəzərə çarpan predmet kafedradır, katoliklərdə səcdəgah. Bu o faktı simvolizə edir ki, protestantizm hər şeydən əvvəl dərk etməyi nəzərdə tutur, katolisizim imanı.
Özlüyündə ortimizmi daşıyan humanizm birinci qədər də yalan, birtərfli və zahiridir. Bu səbəbdən qırx il əvvəl onun ağalığına qarşı zərif alman ədəbiyyatında, hansı ki, Höte və Şillerin əsərlərində üstünlük təşkil edir, öz pessimist ruhu ilə xristianlığa istinad edən romantizm cərəyanı öz işinə başladı.
İndiki zamanda humanizmin əleyhinə, hansı ki, təsiri nəhayətdə materializmə gətirmək qorxusu yaradır, hərəkətə keçən ortodoksal və mömin partiyalar pessimist səmtdən möhkəm yapışırlar ki, ilkin günaha və dünyanın Xilaskarına istinad edə bilsinlər, məhz bu səbəbdən də, bütün xristian mifalogiyasını qəbul etməyə və həqiqi sensu propria kimi müdafiə etməyə məcbur qalırlar, indiki vaxtda isə buna müvəffəq olmaq çətin məsələdir.
Əksinə, onlar, bilməlidirlər ki, ilkin günah anlayışı, yaxud insan nəslinin korlanması, eləcə də, dünyanın bədbəxtliklərindən, günah və ölümdən azadolma ümidi, əsla, xristianlığa xas ola bilməz, heç onun özünəməxsus mifologiyasının da tərkibində ola bilməz, halbuki o mümkün qədər geniş sferada yayımlanır, lakin qədim və əksəriyyət insanın ibadət etdiyi Asiya dinlərində daha yaxşı və aydın şəkildə, həm də tamamilə başqa formada qəbul edilir, əlbəttə, Nazareyanin gələnə qədər.
Bu qədər dolaşıq, ədəbaz, hətta düyünlənmiş xristian mifologiyasında İsusun günahı yüngülləşdirən fərqli ölümü, bərəkətin əvvəlcədən təyini, etiqada bəraət və s. olduqca iki müxtəlifnövlü valideynin uşaqları kimidir; məhz indiki yəhudu monoteizminin hissi həqiqətlər münaqişəsindən əmələ gəlib, həm də mahiyyətcə onun ziddinədir. Yeni Cədiddə əxlaqi dəyərlər arasındakı ziddiyyəti on-on beş səhifənin tərifəlayiqlər, qalanının eşidilməmiş əcaibliklərlə doldurulması təşkil edir, hansı ki, cürbəcür uydurmalarla metafizikanı dərk etmiş istənilən insanın əksinə yönəlib.
Mövzunu mənim fəlsəfəm həmişə yaşanan duyğu ilə aydınlaşdırıb və ifadə edib; bundan çoxları məmnundur.
Mayster Ekhart [1] cisimlərin son dərəcə dərin və düzgün dərk olunmasına nail oldu. Lakin onun fikirləri başqaları tərəfindən o qədər korlandı ki, dərk olunması xristian mifologiyasını zəhlətökən ideyaya çevirdi; sonuncunu öz şəxsi inamı ilə barışdırmaq, azından onun dilində danışmaqdan ötrü o, həm Allahla [2], üçüzlü Troisalarla, Müqəddəs Qızla döyüşür, həm də onları alleqorik qəbul edir; nəticədə başa düşülməsi çətin olur, hərdən də daxili ziddiyyətli ifadələr üzə çıxır. O, bununla əlaqədar çox yazsa da, özünü də qane edə bilməyib, aydın, qısa ifadələr işlətməyib, buna görə də, ardıcıl təkrarlarla həmişə əvvələ qayıdıb.
1. “Protestantische Monatsschrift” jurnalının 1858-ci ilin aprel sayında Steffensenin M. Ekhart haqqında bir yaxşı məqaləsi çap olunub. M. Ekhart 1307-ci ildə Erfurtedə çiçəklənib, o, özünə istinad edərək sitatlar gətirən Taulerdən böyükdür. Pfeyferdə dərc olunanların 1/3 hissəsini Taulerin köhnə nəşrləri təşkil edir, amma sonrakı nəşrlər mətnin sonuna əlavə etdiklərindən yan keçib. Steffensen Ekhartın ən yaxşı xütbələri kimi 56 və 87-cini nişan verir. O, təxminən beş səhifədə onun nümunəvi baxışlarından ən yaxşı yerləri misal gətirir, amma mətnin əsas hissənini bir xütbədən götürdükləri təşkil edir.
2. Bu döyüşdə onun allahı hər an öz əlinin altında şəxsi məninə çevrilir. O bu biabırçılığa uzaqdan başladığı üçün tamamlanma gülməli alınır. Məsələn, 465-ci səhifədə günahlardan tövbə edən qadın öz keşişinin yanına gedib ona deyir: – Ata, mənimlə fəxr edin, mən Allah olmuşam.
Budda, Ekkard və mən mühüm xassələrlə eyni şeyi öyrədirik, lakin Ekkard bunu öz xristian mifalogiyasının buxovuna çevirir. Buddizmdə də həmin fikirlərdir, həm də kifayət qədər təhrif olunmamış şəkildə; buna görə də onlar dinin ola biləcəyi qədər sadə və aydındır. Məndə isə tam aydındır.
Əgər hadisələrin məğzinə nəzər salsaq, aydın olacaq ki, Mayster Ekhart və Şakyamuni eyni şeyi öyrədiblər, fərq ondadır ki, birinci cürət etmədiyi üçün fikrini o biri kimi birbaşa söyləyə bilməyib və məcbur olub ki, düşüncələrini xristian dilinə və mifinə tərcümə etsin; buna görə də o özü böyük çətinlik və uyğunsuzluqla, oxucular isə anlaşılmazlıqla üz-üzə qalıblar: gah düşünmədi-yini danışıb, gah da düşündüyünü söyləməyib. Bu məsələ pfeyfer nəşriyatının başçısına göndərilmiş bir kodeksdə öz əksini belə tapır: “Bir adam Mayster Ekharta onun xütbələrinin heç kim tərəfindən başa düşülmədiyini söyləmişdir”.
Əgər siz həvəsinizi coşduran, heyranlığınıza səbəb olan sözdən başqa heç nə istəmirsinizsə, bu məqsədlə Allah kəlməsindən digər sözlər kimi istifadə edə bilərsiniz.
Fəlsəfə professorunun fəlsəfə ilə yaşayan bir insan üçün ateizm ittihamından daha ləyəqətsiz hansı sözü ola bilər? Mənim əleyhimə bu kimi günahlandırma artıq üç fəlsəfə professoru tərəfindən irəli sürülüb. Bu cənablar o zaman yaxşı iş tutmuş olardılar ki, ateizm haqqındakı çağırışlarla öz qızğınlıqlarını ölçəydilər və düşünəydilər ki, doğrudan da, teizm məhz səmimiyyətdir, yenə də səmimiyyətdir, dünyada başqa heç nədə olmayan səmimiyyətdir, elə buna görə də, onlarla qızğın mübahisəyə cəlb olunmamaq üçün hər yerdə səmimiyyətə bərabər tutulan mərifəti yaddan çıxarmırıq.
Din 1900 il zəkanı buruntaqda saxlayıb. Fəlsəfə professorlarının məqsədi onunla tamamlanır ki, avropa mifologiyasını qaçaqçılıq yolu ilə fəlsəfəyə daşısınlar.
Həqiqətin və marifçiliyin muzdlu qatilləri var, nə qədər gizlənsələr də, maskalansalar da, onları
tanıyırlar.
Xristianlıqdan başqa heç yerdə belə bir məcburiyyət yoxdur ki, ləpəni qabıqdan ayırmaq lazım gəlsin; məhz ləpəni sevdiyim üçündür ki, hərdən qabığı sındırıram.
Tərcümə etdi: Göyərçin KƏRİMİ

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru