Etiket arxivi: Gülbəniz Heydər qızı Abbasova

Ulu Öndər Heydər Əliyevin siyasi fəlsəfəsində “Qarabağnamə”

Ulu Öndər Heydər Əliyevin siyasi fəlsəfəsində “Qarabağnamə”

“Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dövlət idarəçiliyi məktəbinə çevrilib”.

Tarixi həqiqətlər sübut edir ki, Heydər Əliyev siyasət meydanında olmasaydı  hələ 60 – cı illərdə Qarabağ ermənilərə verilməliydi. Əgər o, 1969 -cu ildə rəhbər  olmasaydı  biz erməniləri susdura bilərdikmi? Əsla!!! Sadəcə  7 may 1969-cu il Azərbaycan SSR Ali Sovetində qəbul olunan qərarı yada salmaq əlimizdə bir faktdır.Belə ki, Heydər Əliyevin təbiətcə diribaşlığı və zirəkliyi, cəldliyi, tez münasibətə girməyi, işgüzarlığı, hadisələrə operativ yanaşmağı və sadəliyi bütöv Azərbaycana məlumdur.

        1969-cu il 14 iyun tarixindən Azərbaycana rəhbərlik etməyə başlayarkən Heydər Əliyev çox ağır bir mirasa sahib olmuşdu. Həmin illərdə Qarabağda miskinlik hökm sürürdü. Heydər Əliyev hakimiyyətə Azərbaycanın ağır tarixi dövründə gəldi. Onun gördüyü işlər xalqın milli ruhunu özünə qaytardı. Heydər Əliyev ilk günlərdən Azərbaycanda qanunçuluğun qorunması, idarəçiliyin möhkəmləndirilməsi, kadrların tələbkarlığının artırılması işində əhəmiyyətli addımlar atmışdı. Heydər Əliyev 1977 – ci ildə ermənilərin Dağlıq Qarabağ məsələsini yenidən qaldırmaq  cəhdinin qarşısını qətiyyətlə aldı. 70-ci illərdə mərkəz, ermənilərin təhriki ilə Kəlbəcər rayonunun perspektivsizliyi bəhanəsi ilə oradan əhalinin köçürülməsi və rayon ərazisinin yaylaq kimi respublikalar arasında bölüşdürülməsi məsələsini qaldırmışdı. Lakin Heydər Əliyevin bölgənin iqtisadiyyatını qısa müddətdə canlandırması mərkəzinin və erməni millətçilərinin niyyətlərini puça çıxardı. Kəlbəcərə “Murov yolu” çəkildi.

Heydər Əliyevin dövründə Dağlıq Qarabağda həyat tədricən yoluna düşmüşdü. Vilayətdə  sənayə istehsalı 3 dəfədən çox, kənd təsərrüfatı məhsulu 1,5 dəfə artmış, əhalinin sosial mədəni təminatı xeyli yaxşılaşmışdır. İstisu (Kəlbəcər) Turşsu (Şuşa) turist və kurort işi xalq təsərüffatının ayrılmaz hissəsi kimi müvəffəqiyyətlə həyata keçirilmişdi.

Heydər Əliyevin respublikaya rəhbərliyinin 1-ci dövründə əhalinin hər 10 min nəfərinə ən yüksək xidmət DQMV-də göstərilmişdir.Turizm və kurort işi əhalinin işi ilə yanaşı, xüsusən gəlirlə təmin olunmasına xidmət etmişdi. Şuşada Molla Pənah Vaqifin türbəsi, Xurşidbanu Natəvanın ev muzeyi Qarabağın memarlığının ən möhtəşəm abidələrinə çevrilmişdir.Liderin Qarabağa sahib çıxmağı erməniləri çox narahat edirdi. Heydər Əliyev quruculuq işləri ilə sübut edirdi ki, Qarabağ türklərindir. Sovet rəhbərliyi vaxtilə Nəriman Nərimanova düşündükləri planın oxşarı olaraq Heydər Əliyevi 1982 – ci ilin dekabrında Sov.İKP.MK – nın Siyasi Bürosuna üzv seçdilər, SSRİ Nazirlər Sovetinin sədrinin I müavini təyin etdilər. Sonra Qarabağı türklərdən qoparmaq üçün planlar həyata keçirdilər. M.Qorbaçov Qarabağı “şahnazaryanlara”, “aqanbekyanlara” söz vermişdi. 1987-ci il Qorbaçovun əsabəsi akademik Abil Aqanbekyan Qarabağın ermənilərə məxsus olduğunu və onlara verilməsini “Humanite” qəzetində təklif verməsi bir daha onun antiazərbaycan siyasətini sübüt edirdi.

M. Qorbaçov Heydər Əliyevin nüfuzuna qarşı gizli, məkirli paxıllıq keçirirdi. M.Qorbaçova “himayədarlıq” edən erməni lobbisi təzyiq göstərirdi. 1987- ci ilin oktyabrında Heydər Əliyev idarəçilikdən uzaqlaşdırıldı. M.Qorbaçovun günahı ucbatından Ermənistanın əli ilə Azərbaycana qarşı təcavüzkar müharibə başladı. Xalq Azərbaycanın üzləşdiyi taleyönlü  problemi həll etməyə qadir siyasətçinin Heydər Əliyev olduğunu dərk edərək, onu yenidən respublikaya rəhbər təyin olunmasını arzulayırdı.

1990 -cı il yanavarın 19-dan 20-nə keçən gecə günahsız insan qırğını ilə azərbaycanlılara qarşı faciə törədilərkən Moskvadakı daimi nümayəndəliyə gələn Heydər Əliyev Qorbaçovu “cəllad ”, “qatil” adlandırdı. İmperiya onun Azərbaycana qayıtmasına mane olurdu. Təklənən xalqımıza ümid çırağını Heydər Əliyev yandırdı. 1990 – cı il iyulun 22 -də Heydər Əliyev Naxçıvana gəldi. Respublikada dövlət müstəqilliyi uğrunda mübarizə gedirdi. Vətəndaş müharibəsi şəraitində AXC- Müsavat özü hakimiyyətə Heydər Əliyevi dəvət etdi. 1993 -cü il iyunun 15 –  Azərbaycanın müasir dövr tarixinə “Qurtuluş günü” kimi daxil oldu.

Heydər Əliyevin taleyinə Qarabağ yükü həkk olunmuşdur. O, ömrünün sonunadək bu problemi həll etmək üçün əlindən gələni etmişdi.

        Azərbaycanın bir çox  “Qarabağnamələr” kitabı yazılmışdır. Mən Heydər Əliyevin çıxışları toplusu olan kitabları səhifələyirəm, onun Qarabağ naminə keçirdiyi ictimai – siyasi fəaliyyətinin miqyasını düşünürəm və onu da düşünürəm ki, dünyanın hər nöqtəsində Qarabağdakı dərdlərimizi planetin əsas mövzularından birinə çevirən ilk və yeganə liderimizdir.

Heydər Əliyevin yaratdığı “Qarabağnamə” daha əvəzsiz, daha unikaldır. 30 il nə az, nə çox Qarabağ münaqişəsinin həlli onun işinin tərkib hissəsinə çevrilmişdir.

         Azərbaycanın bütövlüyü və toxunulmazlığı çox mühüm həlledici şərtdir.

Müəllif: Gülbəniz ABBASOVA,
Bakı, E.Əliyev adına 162 № li tam orta məktəbin tarix müəllimi
.

GÜLBƏNİZ HEYDƏR QIZI ABBASOVANIN YAZILARI


HEYDƏR ƏLİYEV 100

HEYDƏR ƏLİYEV İLİ


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QUBADLIDA DOGAN GÜNƏŞ. Gülbəniz ABBASOVA.

GÜLBƏNİZ ABBASOVANIN YAZILARI

QUBADLIDA DOGAN GÜNƏŞ
(Milli Qəhrəman Şükür Həmidova ehtiramla)
Məndən soruşdular bir film çəksən
Söylə, qəhrəmanlardan kimi seçərsən?
Bu çətin sualın qarşısında mən
Çox götür-qoy etdim, seçdim birini .
Yüksələn şəhidlər uduzum, ayım
Çalışın siz məni heç qınamayın
Oxucum, beləki, təqdim edirəm
Şükür Həmidova film çəkərəm:
Tumurcuqlar yazda çiçək açanda
Şükür kimi oğlan gəldi dünyaya
Nənəsi sevinib muştuluq etdi.
Şükür balam olub! – Sevincək dedi.
Qara qoçu kəsdi babası dərhal
Şükür-səna üçün paylandı qurban
Beşiyi başında Şərqiyyə ana
Vətən Anamızdır! – Zümzümə etdi.
Şükür! Şükür etdi! Nəriman ata.
Həmidovlar evi döndü büsata
İllər ötdü…
Uşaqlar oynayır, qaçışırdılar
Birinci olmağa çalışırdılar.
Xatirlərdə qaldı gözəl uşaqlıq
Armud ağacları, dəcəl qoçaqlıq
Ağacın başına dolaşırdılar
Daşlayaraq yeyir, oynaşardılar
Beləcə illəri verər baş-başa
Uşaqlıq illəri gozəl tamaşa.
Başarat məktəbi-qoynuna aldı
Yazıb oxumağı çox nizamladı
Məktəbi bitirən Şükür Həmidov
Kədərli illərə vəsiqə aldı.
Quzğunlar şığıdı torpaqlarına
Qubadlını aldı caynaqlarına.
1993-cü il çox nəs il oldu
Nəsillər kəsildi, gör nələr oldu
Ruhunu canından ayırdı yağı
Taladı, yandırdı yenə doymadı
Xatirlərdə qaldı meşəsi, dağı
Yenə o cığırlar, eli-obası
Neçə didərginlər pənah apardı
Azərbaycan özü bərk çalxalandı
Sumqayıta gəldi qaçqın, didərgin
Taleyi puç olmuş insanlar üçün
Verilən suallar saysız-hesabsız
Həmidovlar üçün bunlar mənasız
Yoxdu! Yoxdu! evim heç demək olar
Cah-calal qalıbdı heç demək olar
Özgələri sahib oldu yurduna
Şükür and içdiki, yol verməz buna
Vətəndən-Anadan əl üzmək olmaz
Bir gün dönəcəyəm mən Qubadlıya!
-Deyərək özünə o, fərman yazdı
Hər gecə yuxusunda Vətən eşqiylə
Doğma torpağına sual verirdi:
-Ey Qubadlım mənim gözəl diyarım!
-Sən kiminsən?-söylə eşitsin Tanrım?
Mən səninəm! Sən mənimsən!
Bax mən sənin övladınam, şükür edirəm Yaradana!
Əks səda torpaq səsi: Ey oğullar xilas edin!
Bombaları, minaları sinəmizdən təmizləyin
Cavabdehlik sizə qalır balalarım
Ermənıdən Xocalının, Qarabağın qisasını alın! Alın!
Torpaq baxdı öz oğluna məyus-məyus
Yenə ona öyüd verdi, dilə gəldi:
Qoç igidlər oylağıdır mənim qoynum
Gözləyirəm mən sizləri dogma oğlum
Artıq sizı gözləmişəm neçə qışı,neçə yazı
Şükür artıq anladıki, düşmənini əzmək üçün oxumalı
Silahları canavarın ürəyinə tuşlamalı
O and içdi, aman etdi haqsızlarla savaşmağa zaman seçdi
Ey Qubadlım! AnaYurdum!
Canımı qurban etməyə, bayrağımı yüksəltməyə
Ulduzlarla cəng eyləyib çiynimə bərkitməyə
Müntəzirəm! Müntəzirəm!
Babalardan öyrəndiyi şükranlığa adət alan
Ya Allahım! Ya Peyğambar! – deyə-deyə
Hərbi təhsil aldı o vaxt şükür etdi
Zamanını səsləyərək halay çəkdi
Aprel gəldi 2016-cı ildə
Cəbrayıilın harayına Şükür getdi
Qisasına sus demədi, Lələtəpə zirvəsində
Yeddi başlı əıgdahanı minalarla dəlib-deşdi
Ohanyan düşməz deyən bənd-bərəni yıxdı keçdi…
***
Millətindən sağlığında ad qazanan qəhrəmanım!
Bir adına şükür edirəm, bir zamana.
Sən millətin qəhrəmanı uca dağsan
Başımızın üzərində dalğalanan bir bayraqsan.
2020 payız idi
Yəhərlədin dəmir atı, sürdün yağının üstünə
Azad etdin Cəbrayılı, Füzulini, Zəngilanı
Qubadlıya çatacaqdın-yer yarıldı lərzə qopdu!
Səni uddu! Dağı-daşı silkələndi Qubadlının.
Şükür kimi qoç igidlər nərə çəkdi
Mahmudluya yetişəndə nəfəs çəkdin
Sən xalqına həyat verdin, özün getdin
Son arzunu qardaşların tamam etdi
Qubadlını, QARABAĞI AZAD ETDİ
20 OKTYABR 2020
Bir-birindən doymadı ata-oğul…
Bu sevinci bölmədi ata-oğul…
Nə ata oğula sağ ol deyə bildi,
Nə oğul, bu günə şükür ata, deyə bildi…
Ata-oğul… Qubadlıda… Şükür heykəli
Ürəklərdə “Zəfər” ordeni
Sən zəfər ordenisən Şükür Həmidov!
Anaların dualarında Şükür Həmidov!

Müəllif: Gülbəniz ABBASOVA,
Bakı, E.Əliyev adına 162 № li tam orta məktəbin tarix müəllimi
.

GÜLBƏNİZ HEYDƏR QIZI ABBASOVANIN YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Gülbəniz Heydər qızı Abbasova. ANA URƏYİNİN SƏRHƏDDİ YOXDUR…

GÜLBƏNİZ HEYDƏR QIZI ABBASOVANIN YAZILARI

ANA URƏYİNİN SƏRHƏDDİ YOXDUR…
Ana mövzusu çox dərin və incə bir mövzudur.İlk nümunələri çox qədimlərə gedib çıxan şifahi xalq ədəbiyatımızın müxtəlif janr-bayatılarda, ağılarda,nəğmələrdə və s. rast gəlirik.
Əziziyəm mərd ana,
Sözunu dedim mərdana
Qarabağa dönməsəm
Oğul deməz mərd ana!

Azərbaycanın bir parçası olan Qarabağın anaları neçə nəsillər böyütmüş, Azərbaycana Şükufə Mirzəyeva,Sara Qədimova, Mirvari Dilbazi və.s. kimi görkəmli səxsiyyətlər bəxş etmişdir.
Tarixən Şah Qacardan başlayaraq işğalşçılar Qarabağ analarına çox ağrı-acı yaşadıblar. “Xarı bülbül” əfsanəsi ilə yaranan fikirlər Qarabağ analarının taleyinə bir misaldır.Qırxqız dağı kimi adı tarixə düşən toponimlərimiz ipək kimi həlim təbiətli analarımıza olan hörmətdən yaranmışdır. Əsrlər boyu Qarabağ anaları ürəklərində bir nisgil, bir ağrı daşımışvə bacardıqları qədər Azərbaycanın harayına səs vermişlər.
Qarabağın dilbər guşəsi olan Gülablının anaları Qızılqaya kimi uca, Nur bulağı kimi təmiz,pakdırlar.Gülablı qadınları bir zamanlar xoşbəxt idilər.Qarabağ müharibəsi bu xoşbəxtliyi onların əlindən aldı.Qarabağ anaları haqqında çəkilən filmlərdə onların Vətən həsrətini görmək olur.
Bu gün haqqında qələmə aldıqım Ana gözəl Qarabağın dilbər güşəsi olan Gülablıda yaşamış Səyyarə anadır. Qarabağ aşıqı Xaspolad Coşqunun ömür-gun yoldaşı Səyyarə xanım Mirzəliyevadır. Uzun sürən Qarabağ müharibəsi və ondan sonrakı 30 illik ayrılıq dövründə vaxtaşırı müsahibim olan bu ana Qarabağ analarının bir timsalıdır.
Təbiətən Səyyarə ana kövrək bir insan olub. Kəsdiyi çörəyin,daddığı duzun qədir-qiymətini həmişə uca tutardı.Uzun illərdən bəri tanıdığım Səyyarə ana uşaqdan böyüyə kimi hamının hörmətini qazanmışdı.Ürəyində Allah xofu olan,mərhəmətli,elin xeyir-şərinə yarayan gözəl bir insan idi Bu qadın! Bu ana mənim qəlbimdə alicənablığı, xeyirxahlığı ilə ağbirçək adına da hörmət, izzət gətirib.O saflıq, insanlıq nümunəsi kimi özünə əbədi yer tapıb.
Əgər bir vaxtlar Gülablının yaraşığı gül-çiçək,bülbüllər olubsa, həyatımızın yaraşığı isə analardır.Anası olmayan ev suyu sovulmuş dəyirmana bənzəyir. Bütün başımıza gələnləri yoluna qoyan analardır,onların fəhmi-fərasətidir.Anaların əli ilə ömrümüz mənalanır.
Vaxtilə görkəmli ədibimiz Y.V.Çəmənzəminli yazırdı ki, XVIII əsrdə İbrahim xan Şuşada doğulan hər bir oğlan uşağına Abdal-Gülablı kəndindən dayə və süd anası tutmaq barədə fərman veribmiş.Bu fərmanın anlamı böyükdür. Belə ki, fərman oğlan uşaqlarının hünərli olmasında Qarabağ analarının südünün ecazkar gücündən xəbər verirdi.
Səyyarə ana eldə,obada tayı-bərabəri olmayan oğulların anası olmuşdur.O,Gülablı kəndinin ilk qadın ziyalılarından biri idi. Gülablıda doğulmuş və kənd idarəsində uzun müddət mühasib işləmişdi. Səyyarə ana elə kökdən böyümüşdü ki,bu kökdən qol budaq atanların hamısı Vətəninə,xalqına, el-obasına layiqincə xidmət göstərmişdilər.
Gülablı Qarabağın kiçik bir guşəsi idi.Özü gözəl, havası səfalı, insanları çox zəhmətkeş,mehriban idi. Hər yandan Qarabağ bülbüllərinin cəh-cəh səsi eşidilirdı.
1992-ci ilə qədər toy-büsat Gülablı kəndinin bəzəyi idi. Amma bu rahatlıq,şən həyat uzun sürmədi, sanki gözə gəldi.Toyların səsini güllə, mərmi səsləri əvəz etdi.Göz yaşları, ana-uşaq fəryadları bir-birinə qarışdı. Əzəldən Abdal-Gülablı camaatının qəlbində hörmət qanamış Nofəl Mirzəliyev Səyyarə ananın böyük oğlu idi. Müharibə başlayan gündən etibarən kəndinin namərd ermənilər tərəfindən hücumlara məruz qalması Nofəl müəllimi çox narahat edirdi.O zaman ərazi müdafiə dəstələri yaradılması haqqında dövlətimiz qərar verəndə, kənddə uşaqdan-böyüyə hamı gözünü Nofəl müəllimə dikmişdi. Nofəl müəllim kəndin sədri kimi bütün qeyrətli oğulları Vətənin müdafiəsinə qaldırdı. Kişi qeyrətli Səyyarə ana daim deyirdi ki,Vətən, torpaq qarşısında hamımızın borcu var.Ovladlarının hamısı Səyyarə ana üçün əziz idi. Ancaq, onun, Nofələ olan məhəbbəti sankı qəlbinin dərinliyə varmışdı.O, bu sevgini heç kimsəyə bəlli etmirdi.
1992-ci ilin sentyabrında kəndin üstünü qara buludlar aldı və kənd quduz ermənilər tərəfindən işğal olundu.O gündən bəri hər gün Nofəl müəllim Xındırıstanda yerləşən kənd idarəsində kəndin xilas olunması üçün əlindən gələni edir,bütün gününü idarədə keçirirdi.O, həmişə Səyyarə anaya deyirdi ki: – Anacan,evdə qalmağa mümkünat yoxdu,vəziyyət çox ağırdı.Səyyarə ana çox həyəcanlanır,canına qara fikirlər gəlirdi.
Günlərin birində Nofəl anasına mən bu gün mütləq getməliyəm dedi. Oğlunun qəfil sözlərindən Səyyarə ana yerindəcə quruyub qaldı. Sankı oğlu ilə son görüş olduğunu ana hiss edirdi. Nofəl müəllim doğmaları ilə vidalaşıb yola düşdü.Ölüm onu qarabaqara izləyərək Nəvaidə haqladı.Qəzaya uğramış maşın Nofəl müəllimə ağır xəsarət yetirmişdi.Onun son sözləri:Kəndimiz…..Ana!… oldu.
Ana el-obada tayı bərabəri olmayan oğlunu itirmişdi. Amma yenə də dözümlü idi Səyyarə ana! Oğul itgisi onun vüqarını sındırmadı,urəyi sızlasa belə özünü möhkəm tutmağa çalışdı kı,elinin anaları ona baxıb sinsiməsinlər.
Oğul həsrəti çəkdi illərlə ağbirçək ana!! Ürəyindən çox şeylər keçirdi Səyyarə ananın.Səyyarə ana oğlunun əzəmətli duruşunu, məğrur yerişini unuda bilmirdi. Bir zamanlar Ana,Vətən sözlərinə hay verən oğulların anası həsrətindən yanıb yaxılırdı. Kəndin gözəl günlərində Nofəl müəllim camaatın, xalqın xeyir-şərinə çox yarımışdır.O, öz torpağında yaxşı iz qoyub getmişdir. Bir sözlə insanpərvərliyi ilə şərəfli bir ömür yaşamışdır. Kəndin bütün adamları Səyyarə ananın,onun övladlarının xətrini çox isdəyirdilər. Həyatda bütün anaların böyüklüyü var.Qarabağın el ağbirçəyi Səyyarə ana isə tamam başqadır. O həmişə daim ucalıqda yaşayacaq. Xatirimdədir “Xocalı faciəsi” zamanı Abdal Gülablıya 300 faciə qurbanı pənah gətirəndə Səyyarə ana hönkürtü ilə ağlamışdı.Ayaqıyalın,köməksiz vəziyyətdə sağ qalanlara Səyyarə ana sığınacaq,əyin-baş vermişdi.Onların çoxunun xərclərini öz üzərinə götürmüşdü.
O, nisan üzüyünü, sırğasını, başqa zinət şeylərini müdafiə fonduna vermişdi.Səyyarə ana sabaha ümidini heç zaman itirmirdi. Bilirdi ki,Azərbaycan xalqı öz torpağını heç vaxt yağı əlində qoymayacaq.
Ağarıb saçların Səyyarə ana
Gümüş çələngitək düşür çiyninə
Nə edək taleyin tərəzisinə
Çox görüb,çox çekib,çox itirmisən.

Son müsahibələrimizin birində Səyyarə ana hönkürərək ağladı.Mən yaxşı bilirdim ki,bu hönkürtü itirdiyimiz o gözəl cənnət torpaqlarımıza, şəhid oğullarımıza görə idi.
Onun bir arzusu var idi:torpağının azad olunması.2020-ci ilin noyabırında o, bu xoş xəbəri eşitdi.Ana hələ də dərin iztirab və həsrətlə TV-yə azad olunmuş kəndinə baxdı.Oğlunun yoxluğunu duysa belə,yenədə onun yolunu gözləyən ananın kədəri öz əksini tapmışdı.
2022-ci ilin fevralında ananın ölümü onu sevən doqmalarının,qohum- qonşularının ürəyini sızlatdı….
Əbədiyyət dünyasına qovuşdu Səyyarə ana .Uzun illər qəlbində oğul nisgili, Vətən həsrıtli Səyyarə ana əbədəyyətə qovuşdu Son mənzilə nəvələrinin çiynində getdi……. Ağdamın Quzanlı qəbristanlığında dəfn olundu. Bu yaxınlarda Səyyarə ananın vəfatının ildönü qeyd olundu.Onun məzarı önündə dayanan qızları analarının vaxtilə dediyi sözləri xatırlayıb,hönkür-hönkür ağladılar.
Torpağın azad indi
Bu nə bəlaydı Nofəl?
Sil gözündən həsrəti
Vətən azaddır Nofəl.

Belə analar kəndimizdə onlarcadır. Kişi qeyrətlli, igid dəyanətli, övladlarına həm ana, həm ata,həm qardaş olmuş analar…
Qarabağ müharibəsi analarımıza vurduğu fiziki və mənəvi yaralarla heç də öyünməsin.
Anaların ürəyi səma qədər sonsuzdur,məhəbbəti də,inamı da dözümü də dünyaya analar bəxş edib. Hər bir insanın qəlbində bu sonsuzluğun, dözümün özünəməxsusluğu vardır. Biz son məzaradək analara çox borcluyuq.Analar bütün dövrlərdə mütəfəkkirlərimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. Bu nöqteyi nəzərdən C.Cabbarlının, M.Müşviqin, M.Cəlilin “Ana” əsərləri ana obrazının tərənnümündə çox dəyərli əsərlərdir.
Sonda Qarabağ analarının əvəzsiz olduqlarını, bir daha müasir müharibələrin onlara bəxş etdiyi nisgilli həyata baxmayaraq mübariz olduqlarını söyləməkdir.
Səyyarə ana yerin behişt olsun,qəbrin nurla dolsun!! Qalan analarına isə can sağlığı arzu edirəm!!
Müəllif: Gülbəniz ABBASOVA,
Bakı, E.Əliyev adına 162 № li tam orta məktəbin tarix müəllimi
.

GÜLBƏNİZ HEYDƏR QIZI ABBASOVANIN YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru