Etiket arxivi: Gülşən Behbud

Mübarizələrdə keçən ömür – Müsahibə

Sədaqət Qəhrəmanoa ilə müsahibə

Azərbaycan qadını öz iradəsi və cəsarəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb. Sədaqət xanımı da əsl Azərbaycan qadını olaraq həyatında, ömür yollarında üzləşdiyi çətinliklər, sınaqlar qorxutmayıb. Mübarizələrdə qazanıb bütün əldə etdiklərini: uğurları da, sevgini də, dostluqları da. Müsahibimiz Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovadır

– Beləliklə, Sədaqət xanım, uzun illərdir ki, dövlətə, dövlətçiliyimizə xidmət edirsiniz. “Əməkdar dövlət qulluqçusu”, “Əmək” və “Şöhrət” ordenlərinə layiq görülmüsünüz. 2023-cü ildə isə “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edildiniz. Təbii ki, sadaladığım bu mükafat və təltiflər alın təri, əmək və zəhmət tələb edir. Sizcə, dövlət orqanlarında fəaliyyət göstərmək üçün hansı insani keyfiyyətlərə malik olmaq lazımdır?

– Dövlət orqanlarında uğurla çalışmaq üçün ilk növbədə hər birimiz “İnsan həyatda niyə yaşayır” sualına cavab tapmalıyıq. Yaşamağın mənası, anlamı olmalıdır. Əlli ildən çoxdur ki, müxtəlif dövlət strukturlarında, müxtəlif vəzifələrdə çalışıram. Ümumiyyətlə, bu illər ərzində çalışmadığım zaman kəsiyi olmayıb. Daim işləmişəm. Mən qadınam. Qadınların inkişafı mənim üçün həmişə maraq dairəsi olub, çünki özümün yolum çox enişli, yoxuşlu olub. Bilirsiniz, qadının karyera yüksəlişində ən vacib məsələ onun ləyaqətidir, ədəb-ərkanı, sonra mükəmməl iş qabiliyyətidir. Bu fəaliyyətdə nə qabaga qaçmaq lazım deyil, nə də geridə qalmaq olmaz. Orta istiqaməti seçin, o yol sizi yüksəklərə aparar.

Komitəmiz ailə qadın və uşaq siyasətini həyata keçirir. Biz daim insanların arasında oluruq, gənclərlə, qadınlarla görüşlər keçiririk. Ailələrin düzgün istiqamətləndirilməsi, milli-mənəvi dəyərlərə cavab verməsi yolunda fəaliyyət göstəririk. Ailənin gələcəyi isə uşaqlardır.

Bütün görüşlərdə gənclərə tövsiyəm bu olur ki, həyatı sevin, hansı işdə çalışmağınızdan asılı olmayaraq, işinizi sevin. Əgər işini sevmirsənsə, o işdə bir nəticə qazanmayacaqsan. Misal üçün, mən əmək fəaliyyətimə pioner baş dəstə rəhbəri, sonra Şəhər Partiya Komitəsində makinaçı olaraq başlamışam. İşimi elə görürdüm ki, bir vergül, bir hərf səhvi belə olmasın. Hər bir yazını diqqətlə yazar, dönə-dönə oxuyub, sonra rəhbərliyə təqdim edərdim. Yalnız bir amalım olub, gördüyüm hər bir işə görə “bərəkallah” qazanım. Məni həyatda irəli aparan qüvvə məhz bu düşüncə olub.Elə həyatın mənası da budur, işinə dəyər vermək, nəticə, uğur əldə etmək, təşəkkür qazanmaq. İlk təşəkkürü iş yoldaşlarından, rəhbərliyindən alırsan. Bundan sonra ümumilikdə cəmiyyətin təşəkkürünü almağı bacarmalısan. Çalışmalısan ki, vəzifənə görə deyil, insanlığına, şəxsiyyətinə hörmət olunsun.

– Sizi “Heydər Əliyevin kadrı” adlandırırlar…

– Hə, mənim əmək fəaliyyətim təxminən Ulu Öndərin Azərbaycana rəhbərlik etməyə başladığı ildən başlanır. Heydər Əliyev mənə çox doğma və əziz insandır. Ona görə yox ki, dövlət başçısı olub, ona görə ki, insan kimi dəyərli idi. Yadımdadır, təlatümlü 90-cı illərdə bir çox siyasi partiyalar formalaşırdı. Mən siyasətdə olduğum üçün hər yeni yaranan partiya sıralarına dəvət alırdım. Yeni Azərbaycan Partiyasının (YAP) yaranması məsələsi qalxan kimi biz də təşkilatlanmağa başladıq. O zamanlar bu partiya xalq arasında adı ilə deyil, “Heydər Əliyev Partiyası” kimi tanınırdı. Hamı böyük məmnuniyyətlə bu partiyanın sıralarına daxil olurdu. Mən o zamanlar Əli Bayramlı (indiki Şirvan) şəhərində Şəhər Sovetinin sədri vəzifəsində çalışırdım. Baxmayaraq ki, hakimiyyətdə Xalq Cəbhəsi idi və mən rəhbər vəzifəli şəxs idim, heç nədən çəkinmədən bu partiyanın təşkilatlanmasını həyata keçirirdim.

Heydər Əliyevin hər sözü mənim üçün bir tapşırıq idi. Onun hər çıxışını diqqətlə izləyər və tədbir görməyi sevərdim. YAP-ın I qurultayına hazırlıqla baglı Heydər Əliyev İdarə Heyətinin yığıncagını keçirəndə mən televiziya vasitəsi ilə izləyirdim. Heydər Əliyev dedi ki, artıq YAP kirayədə yerləşə bilməz. YAP-ın öz əmlakı olmalıdır. Səhəri gün mən YAP Əli Bayramlı şəhər təşkilatının İdarə Heyətinin iclasını çagırdım və dedim ki, YAP üçün bina inşa etməliyik.

YAP üzvlərindən ibarət xeyriyyə marofonu təşkil etdik. 30 min manat vəsait toplandı. YAP şəhər təşkilatının sədrinə dedim ki, mənə bir məktub yaz torpaq sahəsinin ayrılması üçün. Beləliklə, I qurultaya qədər biz YAP şəhər təşkilatının binasını inşa etdik və şəkilini çəkib Heydər Əliyevə təqdim etdik. YAP-ın ilk binası Əli Bayramlıda inşa edildi. Qurultaydan sonra ilk regional müşavirə orada keçirildi.

– Sədaqət xanım, bildiyimiz kimi, Ulu Öndər Heydər Əliyevin sizin həyatınızda müstəsna rolu olub. Həyatınızın hər dönəmində böyük şəxsiyyətin qayğısı, diqqəti sizin ictimai-siyası fəaliyyətinizi müşayiət edib. Lap əvvəllərdən danışaq…

– Ulu Öndərin xeyir-duası, diqqəti mənim ömür yoluma hələ gəncliyimdən işıq tutub. Lap əvvələ qayıtsaq, deyə bilərəm ki, Ali Partiya Məktəbini bitirəndən sonra təyinatımı təlimatçı kimi Əli Bayramlı Şəhər Partiya Komitəsinə verdilər. Bir ilə yaxın orada işlədim. Həmin dövrdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Əli Bayramlıda ictimai iaşə, ticarət, məişət sahələrində yoxlamalar keçirmişdi. Ciddi pozuntular aşkarlandığına görə həmin sahələrin rəhbər vəzifəli şəxsləri işdən azad edilmişdi . Bir gün birinci katib məni çağırıb dedi ki, bəs səni Qarışıq Mallar Ticarəti İdarəsinə müdir göndərmək istəyirəm. Dedim, axı mən partiya işçisiyəm, ticarətçi deyiləm. Məni o vəzifəyə necə təyin edə bilərsiniz? Üstəlik, o vəzifəyə getmək istəyən çox adam var, birini təyin edin, gedib işləsin. Etiraz elədi ki, yox, sən bacarıqlısan, bilirəm, öhdəsindən gələcəksən. Orada qayda-qanun yaratmaq lazımdır. Mərkəzi Komitənin qərarı var, ora sənin kimi təmiz və vicdanlı adam rəhbərlik etməlidir.

Düz bir ay apar-gətir oldu. Nəhayət, Əli Bayramlı Şəhər Partiya Komitəsi bürosu qərar verdi ki, Sədaqət Qəhrəmanova Qarışıq Mallar Ticarəti İdarəsinə müdir vəzifəsinə tövsiyə olunsun. Təsəvvür edin, gəlmişəm Ticarət Nazirliyinə hamısı yaşlı-başlı adamlar, oturublar, bircə arıq və çəlimsiz, 29 yaşlı gənc qız mənəm. Növbə mənə çatanda elan elədilər ki, Əli Bayramlı Qarışıq Mallar Ticarəti İdarəsi– Qəhrəmanova Sədaqət. Hiss elədim ki, hamı mənə dodaqaltı gülür. Xülasə, işə təsdiq olundum, göz yaşı tökə-tökə başladım orada işləməyə. İşim könlümcə olmasa da işlədiyim altı ayda şəhər ticarətini demək olar ki, ideal vəziyyətə gətirdim. Rüşvət yığışdırıldı, bütün mağazalar satılan mallara görə ayrı-ayrı qruplaşıdırıldı, ərzaq mağazası ayrı, tekstil ayrı, ayaqqabı mağazası ayrı və s. Vaxt keçdi, partiya təşkilatlarında hesabat-seçki yığıncaqları başladı. Bugünkü gün kimi xatırlayıram, “Şirvanneft” partiya təşkilatının hesabat-seçki yığıncagı keçirilirdi. Məni də ticarət təşkilatının rəhbəri kimi çağırmışdılar. Bununla əlaqədar Mərkəzi Komitədən kuratorumuz Mixail Konstantinoviç Bolotnikov da Əli Bayramlıya gəlmişdi.

Fasilədə Bolotnikovla qarşılaşdıq. Məni tanıyırdı, Ali Partiya Məktəbini bitirəndə bizi qəbul eləyib, xeyir-dua vermişdi. Bolotnikov məni görən kimi hal-əhval tutdu, yeni vəzifəmə görə təbrik elədi. Axıracan dinlədim və dedim siz məni ciddidən təbrik edirsiniz? Dedim, bilsəydim ki, partiya məktəbi ticarətçi yetişdirir, heç ora ayağımı da basmazdım. Əlavə elədim ki, siz partiya kadrlarını itirirsiniz. Kurator dondu qaldı, bilmədi nə desin. Demə, sözüm kişini bərk tutubmuş. Yığıncaqdan sonra gedib Əli Bayramlı Şəhər Partiya Komitəsinə, ümumi şöbənin müdiri Əlikram Əskərovdan soruşub ki, məgər Qəhrəmanova ticarətə getmək istəmirdi? O da hər şeyi olduğu kimi danışıb. Bolotnikov da deyib ki, üçüncü katib axtarırsınız. Qəhrəmanova hazır kadrdır. Bir neçə gündən sonra məni çağırdılar Mərkəzi Komitəyə. Getdim, Bolotnikov məni qəbul elədi, dedi, otur tərcümeyi-halını yaz, anketi doldur, səni partiya işinə geri qaytaracagıq. Sənədlər hazırlanandan sonra məni apardılar Mərkəzi Komitənin katibi Həsən Seyidovun yanına. Həsən Seyidov da məni tanıyırdı. İşlərimi, əhvalımı soruşdu. Dedim, çox sağ olun, işlərim yaxşıdır, yavaş-yavaş işləməyi öyrənirəm, çox qısa zamanda “julik” bir ticarətçiyə çevriləcəyəm.

Sözümə xeyli güldü. Bir xeyli yenə işlə bağlı söhbət elədik. Xoş təəssüratla Əli Bayramlıya qayıtdım. Heç kimə bu barədə bir kəlmə də demədim. Açığı, katib seçiləcəyimə inanmırdım da. Üstündən iki ay keçdi, partiya komitəsinin plenumunda Şəhər Partiya Komitəsinin rəhbər orqanına əvvəl birinci katibi seçdilər, ardınca da ikinci katibi. Nəhayət, 3-cü katibliyə mənim namizədliyim irəli sürüldü. Adım çəkildi, tərpənmədim, birinci katib qayıtdı ki, Qəhrəmanova, deyəsən, ticarətdə işləmək xoşuna gəlir, dur, gəl bura. Bax beləcə üçüncü katib seçildim. O zaman üçün bu, sensasiya idi. Çünki nəinki ticarətdə işləyənləri, heç qohumları orada işləyənləri belə partiya komitəsinə işə götürmürdülər. Yaxşı yadımdadır, mən işimlə bağlı Mərkəzi Komitəyə gedəndə Heydər Əliyev Moskvada idi. Qayıdandan sonra ona mənim məsələm məruzə olunub, o da sənədlərimə baxıb, müsbət rəy vermişdi.

Beləliklə, Heydər Əliyev mənim karyerama xeyir-dua verib. Ondan sonra yüksəliş xətti ilə gəlirəm. İkinci dəfə 1995-ci ildə məni Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edəndə düşdüyüm o çətin situasiyadan qurtuldum.

– Rəhbər vəzifədə işləmək özü bir məsuliyyətdir, üstəlik də ailə qayğıları, dörd uşaq. Bunların öhdəsindən necə gəlirdiniz?

– Bir şeyi ürəkdən istəyirsənsə onun öhdəsindən gəlmək olar. Ailə qurmaq mənim üçün mütləq idi. Qadının ailəsi olmalıdır, dünyaya uşaq gətirməlidir, onları gözəl tərbiyə etməlidir. Bu, qadının missiyasıdır. Eyni zamanda, qadın cəmiyyətin bir üzvü kimi oxumalıdır, işləməlidir, nailiyyətlər əldə etməlidir. Mən orta məktəbdə oxuyanda çox fəal idim. İşləyəndə isə ideyalarım, təşəbbüslərim bitmirdi. Hər iki sahəni ürəkdən istədiyim üçün yorulmaq bilmirdim. Evdə elə olurdu ki, gecə saat 3 olurdu mən yuyurdum, bişirirdim,lşlərimi sabaha saxlamırdım. İndi də yorulmuram, nə qədər gərgin işləyirəmsə, o qədər gümrah oluram, özümü yaxşı hiss edirəm.

– Sədaqət xanım, 1990-cı illərin əvvələrində Heydər Əliyevə qarşı çirkin kampaniyalar yürüdülürdü. Xarici havadarlara satılmış xəyanətkar rəhbərlər, heç bir idarəçilik bacarığı olmayan Xalq Cəbhəsi rejimi ölkəni məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Xalqın sönməkdə olan ümid çırağını bu məqamda yalnız Heydər Əliyev zəkası yandıra bilərdi. O illərin qara buludları içərisində ölkəmizə günəş kimi işıq saçan Heydər Əliyev fenomeni yaddaşınızda nə cür qalıb?

– Heydər Əliyevin ölkəyə qayıdışını gözü götürməyənlər çox idi. Amma onu güclü edən xalqın etimadı, sevgisi və inamı idi. Milli Məclisin deputatı Arif Rəhimzadə hər zaman Heydər Əliyevi müdafiə edirdi. Heydər Əliyev çıxış edəndə ayaqlarını yerə döyənlər kim, səs-küy salanlar kim, etiraz edənlər kim, çox idi belələri. Onların çoxu elə Heydər Əliyevin sayəsində vəzifə sahibi olan satqınlar idi. Heydər Əliyev çox qətiyyətli şəxsiyyət idi. Yeri gələndə sözünü deyən, addım atan şəxs idi. 20 Yanvar faciəsi baş verən zaman hadisəyə də ilk siyasi qiyməti Ulu Öndər vermişdi. Bütün qadağalara baxmayaraq Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gəlib öz münasibətini bildirdi. Bakıda bütün rəhbər,vəzifəli şəxslər gizlənmişdilər. Şəhidlərin dəfn mərasimini Şeyxülislam Allahşükür Paşazadə idarə edirdi. Rəhbərlik demək olar ki, yox idi. Baş verənləri Əli Bayramlı şəhər ictimaiyyəti olaraq biz də dərin kədər və qəzəb hissi ilə izləyirdik. O günlərdə şəhər rəhbərliyi qeyri-müəyyən vəziyyətdə idi. Bildirdim ki, biz də etiraz eləməliyik. Bildirdim ki, millətimiz qanına qəltan edilib, mərkəzi meydanda mitinq təyin olunub. Biz də getməliyik. Hadisəyə siyasi qiyməti biz verməliyik, biz auditoriyanı ələ almalıyıq. Razılaşdılar. Saat 12-də getdim ora, amma heç bir rəhbər vəzifəli şəxs gəlməmişdi. Çiskinli bir hava idi, xalq etiraz edirdi, partiya və komsomol biletləri yandırılırdı. Yeri gəlmişkən, partiya biletlərini yandıran cəbhəçilərin birinə dedim, bu biletləri yandırırsınız burada tüstülənir, heç kim də görmür, duymur etirazımızı. Yığın biletləri, göndərin lənətə gəlmiş Qorbaçova, qoy etirazımız gedib ünvanına çatsın. Razılaşdılar mənimlə, biletləri atdıqları tonqalı söndürdülər. Həmin gün axşam deputatların sessiyasında 20 Yanvar hadisələrinə qiymət verilirdi. Deməli, qərar oxunanda bəzi rəhbər vəzifəli şəxslər etiraz elədilər ki, bu nədi ağzınıza gələni yazmısınız-filan. Fikirlərini bununla əsaslandırdılar ki, bu günün sabahı var, deməzlərmi nə haqla Qorbaçovu söyürsünüz? Təşkilat şöbəsinin müdiri Mirzəyev yanımda əyləşmişdi, qərar layihəsini aldım ondan, əlimi qaldırdım, söz istədim, qalxdım kürsüyə. Dedim, siz nəyə etiraz edirsiniz? Burada hadisəyə düzgün siyasi qiymət verilib. Bu faciənin səbəbkarı da Qorbaçovdur. Xalqımızın qan içində boğulmasını kənardan sakitcə izləyə bilmərik. Heç nədən çəkinmədən hamını bu qərara səs verməyə çağırdım. Çox adam mənimlə həmfikir oldu və biz o qərarı qəbul elədik.

Bütün qadağalara baxmayaraq Heydər Əliyev Moskvadan Bakıya qayıtdı. Bu, Bakıdakı hakimiyyət strukturları üçün arzuolunmaz idi. Lakin xalq Heydər Əliyevi çagırırdı.

Mən o vaxt Əli Bayramlı Şəhər Sovetinin sədri idim. Səlahiyyətim çərçivəsində deputatların sessiyasını çagırdım. Sessiyada adi vətəndaşlar da iştirak edirdilər və əsas mövzumuz olan Heydər Əliyevin hakimiyyətə gəlməsi tələbi ilə qərar qəbul elədik. Qərarı da məktub şəklində Naxçıvana göndərdik. Sonralar Ulu Öndərlə görüşəndə bunların hamısını ona xatırlatdım. Bildirdi ki, bütün sənədləri arxivimdə saxlayıram. Sonra respublikanın 91 ziyalısı Heydər Əliyevə müraciət elədi və beləcə Yeni Azərbaycan Partiyası yarandı. Hakimiyyətdə olan Xalq Cəbhəsi, Prezident Əbülfəz Elçibəy özü Heydər Əliyevi hakimiyyətə dəvət etdi.

1993-cü ilin iyununda Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Təəssüf ki, o günlər tariximizə həm də Sürət Hüseynovun Gəncədə qiyam qaldırması kimi də yazıldı. Həmin vaxt Sürət Hüseynovun adamları Hacıqabul və Əli Bayramlıda müxtəlif yerlərdə yerləşmişdilər. İstədiklərini zor gücünə edirdilər. Xalq Cəbhəsi tərəfindən təyin edilmiş icra başçısı Loğman Abdullayevi Sürət Hüseynovun adamları götürüb apardılar. Şəhər qaldı başçısız. Sürət Hüseynovun adamları İlyas Muxtarov adlı birisini şəhərə icra başçısı təyin eləmək istəyirdilər. Bununla əlaqədar şəhərin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə icra hakiminin müavininin otağında iclas çağırıldı. Akt əsasında həmin adam icra başçısı təyin olunmalı idi. Təbii ki, aktla icra başçısı təyin edilə bilməzdi. Dedim siz aktı tərtib eləyənə kimi bir işim var, həll edim, qayıdıram. Otağımdan Ali Sovetin sədr müavini rəhmətlik Afiyəddin Cəlilova zəng vurub mövcud vəziyyəti məruzə elədim. Afiyəddin müəllim dedi, sən idarəçiliyi bilən adamsan, uyğun bildiyin kimi davran. Qapıdan çıxmaq istəyəndə onların nümayəndələri ilə qarşılaşdım. Dedi müəllimə, sizi çağırırlar. Getdim, etiraz elədim ki, mən o sənədə qol çəkməyəcəm. Nümayəndə heyətinin başçısı durdu gəldi ki, bizim işi pozursunuz, zəhmət olmasa, akta qol çəkin. Dedim xeyri yoxdur, mən ora qol çəkə bilmərəm, icra başçısı invertar deyil ki, aktla təyin edilsin. Əlavə elədim ki, bu qanunsuz sənədə qol çəkə bilmərəm, məni buna görə həbs edib, Gəncəyə–Sürət Hüseynovun yanına da apara bilərsiniz. Gözlənilməz cavabım bunları şoka saldı, özlərinə gələnə kimi oradan uzaqlaşdım. Bir müddət sonra Sürət Hüseynovun adamları ikinci dəfə vertolyotla Hacıqabula, oradan da Əli Bayramlıya gəldilər. Məndən tələb elədilər ki, deputatların sessiyasını keçirim və sessiyanın qərarı ilə bunların istədikləri başqa bir adamı icra başçısı təyin eləyim. Yenə etiraz elədim, dedim icra başçısını sessiya təyin eləmir, Prezident təyin eləyir. Ağır zamanlar idi, əl çəkmədilər, bir də gördüm, qəfildən iki silahlı ilə bir nümayəndə girdi içəri. Bir silahlı durdu qapının ağzında, biri də dayanırdı başımın üstündə. Başlayırdılar danışıqlar aparmağa. Bir dəfə gələndə dedim, bu nədir, mən qadınam, mənim burada cəbbəxanam var ki, silahla gəlib durursunuz başımın üstündə? Xüalasə, icra hakimiyyətinin binasını mühasirəyə aldılar. Yerli deputatları evlərindən yığıb gətirdilər icra hakimiyyətinə. Məni də heç yerə buraxmadılar ki, bəs gəl, iclası keçir. İclas keçirildi və Hacı Əlizadə adlı birini icra başçısı təyin elədilər. Tələb elədilər ki, qərarı hazırla, ver bizə. Dedim, gecə saat 11-dir, işçilərimdən heç kim burada yoxdu, qərar yazılıb, çap edilməlidir. Siz gedin, sabah qərarı hazırlayıb verərəm nümayəndənizə. Səhər işə gəldim, müavinə göstəriş verdim ki, dünənki deputatların iclasının, protokulunu hazırlayın. Özü də sessiyanın yox, deputatların yığıncağı. Çünki sessiyaların çağırılma qaydası var. Qaydalara əməl edilməyibsə, bu, sadəcə, deputatların yığıncağıdır. Protokolda açıq-aşkar yazılmışdı ki, Surət Hüseynovun səlahiyyətli nümayəndələrinin təkidi ilə keçirilən deputatların yığıncağı. Ardınca da nə baş vermişdisə, hamısını qeyd edib, qoydum konvertə verdim nümayəndəyə. Özüm də protokolun bir nüsxəsini də götürüb getdim Bakıya. Ali Sovetə yaxın düşmək olmurdu. Gəldim Prezident Aparatına. Arif Rəhimzadə Dövlət katibi idi. Dedi, sən düz eləmisən, amma burada boşuna vaxt itirmə. Ona görə də oturdum maşına qayıtdım Əli Bayramlıya. Bundan sonra mənə qarşı təqiblər başladı.

İki dəfə oğlumu və qızımı qaçırmağa cəhd elədilər. Bir dəfə də işdən çıxıb evə gedirdim, bloka girəndə gördüm bütün işıqlar sönüb. Hənirti, insan nəfəsi hiss elədim, qeyri-ixtiyari geri çəkildim. Həyətdə qonşu kişilər dayanmışdılar, heç nə olmamış kimi gəlib dayandım bunların yanında. Yarım saat sonra gördüm blokdan iki nəfər çıxdı. Qonşulardan soruşdum ki, o adamları tanıyırsınızmı? Dedilər tanımırıq, nəsə bura adamları deyillər. Bunlar çıxıb gedəndən sonra qonşulara hər şeyi yerli-yataqlı danışdım.

Nə bilim, Allah qoruyanda qoruyur. Ümumiyyətlə, YAP şəhər təşkilatının sədri olduğum müddətdə mənə qarşı tez-tez təzyiqlər olurdu. Hətta icra başçısı mənim yerimə təşkilatın sədri olmaq istəyirdi. Təsəvvür edin, partiya üzvü olmayan biri sədr olmaq istəyirdi. Bir dəfə də yenə də YAP şəhər təşkilatının konfransını keçirməliydik. Siyavuş Novruzovla Səyyad Salahlı da konfransda iştirak etmək üçün Əli Bayramlıya gəlmişdilər. Konfransın keçirilməsinə əngəl olunmasın deyə polisə müraciət elədim. Hətta polis rəisinin özü də əvvəldən sonacan konfransda iştirak elədi. Digər pozuçu təxribatların qarşısını almaq üçün konfrans iştirakçılarına xüsusi mandat təqdim eləmişdik. Polislərə də tapşırıq vermişdim ki, mandatı olmayanları içəri buraxmasınlar. Bu yolla pozuculuq və təxribat etmək istəyən icra hakimiyyətinin işçilərini ordan uzaqlaşdırmağa nail olduq.

Qonaqlarımız gedənə qədər bizi nömrəsiz maşınlar təqib edirdilər. Bax belə çətinliklərlə Yeni Azərbaycan Partiyasının konfranslarını keçirirdik.

– Heydər Əliyevlə görüşünüzü necə xatırlayırsınız?

– Bilirsiniz, mən heç vaxt hansısa vəzifəyə iddialı olmamışam. Hər zaman fəallığıma görə hansısa vəzifəyə təyin olunmuşam. Heç vaxt da mənə təklif olunan postu, vəzifəni ilk dəfədən, düşünmədən qəbul etməmişəm.

1995-ci ilin sentyabr ayı idi. İşdən evə gəldim. Axşam saat 7-8 olardı zəng gəldi. Prezident Aparatından Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdirü Yusif Hümbətov idi. Dedi ki, təcili gəl Bakıya, Heydər Əliyev səni qəbul edəcək. Dedim bağışlayın gecdir, indi mən Bakıya gələ bilmərəm. Uşaqlar da balacadır onları tək qoya bilmərəm. Təəccüb elədi, dedi ay qız, deyirəm ki, Heydər Əliyevin qəbuluna gəlməlisən. Dedim başa düşürəm, amma hazırkı ailə vəziyyətim buna imkan vermir. Bilirsiniz, mənim ailə vəziyyətim gerçəkdən imkan vermirdi, bir də içimdə qorxu hissi vardı. Təqib olunduğum üçün düşünürdüm ki, gecə mənə qarşı sui-qəsd ola bilər. Yusif müəllim bir az fasilə verdi və sonra dedi sabah saat 12-00 da Bakıda ol. Səhər gəldim Bakıya, Prezident Aparatına. Yusif Hümbətovun qəbulunda məlum oldu ki, YAP mənim deputatlığa namizədliyimi irəli sürüb.

Görüşəndə Heydər Əliyev soruşdu ki, namizədliyimin irəli sürülməsinə necə baxıram? Dedim ki, çox pis baxıram. Niyəsini soruşdu. Dedim, deputat olmaq böyük məsuliyyətdir, böyük arzudur, mənim üçün əlçatmazdır. Amma bəzən arzularla imkanlar üst-üstə düşmür. Dedim mən ilk növbədə anayam, dörd övladım var. Övladlarımın ikisi məktəblidir, ikisi də körpə. Uşaqlarım orada, mən Bakıda, ailəmdə problemlər yarana bilər. Bildirdim ki, Şəhər Sovetinin rəhbəri, YAP şəhər təşkilatının sədriyəm, bunun özü böyük məsuliyyətdir. Heydər Əliyev mənimlə düz saat yarım danışdı. Səhəri gün məni yenidən qəbul elədi və Əli Bayramlıya icra başçısı təyin elədi. Tapşırıq verdi ki, get, orada həm dövlətçiliyimizi qoru, həm də ailənin başında ol.

Mən Ulu Öndərin təyinatını ali tapşırıq hesab edirdim. Hesab edirdim ki, Heydər Əliyev hər bir davranışımı, addımımı görür, qiymət verir.

Yeri gəlmişkən, mən icra başçısı təyin olunanda iqtisadiyyatda çətinliklər hələ də qalmaqda idi. Əli Bayramlı fəhlə şəhəri idi. Təsəvvür edin, sənaye çökmüş vəziyyətdə və biz insanların maddiyyatını təmin etməli idik. Müharibədən yenicə çıxmışdıq, şəhərdə nə qədər məcburi köçkün, şəhid və qazi ailələri var idi. Onları idarə etmək üçün onlardan biri olmaq lazım idi. Bir şəhid ailəsinə imkan vermirdim ki, icra hakimiyyətinə gəlsin, özüm gedirdim evlərinə, bir-bir hər birinin vəziyyəti ilə maraqlanıb, problemlərini həll edirdim.

Hər bir şəhidin doğum günündə ailəsini ziyarət edirdim. Elə bir şəhid xanımı qalmadı ki, evlə təmin olunmasın. Yeni evlər tikilmirdi, amma Mənzil Kommunal İdarəsinin balansında olan təmirsiz evləri təmir elətdirib, şəhid ailələrinə verirdim. Bu gün də Şirvan şəhərinin Birinci Qarabağ müharibəsində sağlamlığını itirmiş qaziləri mən yaxşı xatırlayırlar. Hətta onurğasından güllə yarası alaraq əlil olan bir gənc, İlham Məhərrəmov var idi, müalicədən imtina edib, intihar etmək istəyirdi. Getdim, düz bir saat onunla söhbət elədim, yola gətirdim, müalicə olundu. Ona nişan taxdıq, toyunu elədim və ev verdim. İllər sonra həmin qazi ilə “Hilton” otelində bir qazinin yubileyində yenidən qarşılaşdıq. İlk əvvəl onu tanımasam da yenidən xatırladım onu. Sevindim ki, ömrümü gözəl məqsəd və amallar uğrunda xərcləmişəm. Bax, biz belə çətin və mürəkkəb zamanlardan keçmişik.

– Tarix yazan da var, tarixə yazılan da… Ulu Öndər Azərbaycan tarixini yenidən yazdı, eyni zamanda, öz adı da tarixə yazıldı. Bu gün hər kəs bilir ki, Heydər Əliyev olmasaydı Azərbaycan dövləti yox idi. Ulu Öndərin uzaqgörən siyasəti bu gün göz önündədir. Ümummilli Liderin Prezident İlham Əliyev haqqında dediyi “Mən ona özüm qədər inanıram…” fikri bu gün öz təsdiqini tapır.

– Bəli, 2000-ci illərdə müxalifət cəbhəsində dedi-qodular gəzirdi ki, Heydər Əliyev öz yerinə İlham Əliyevi hazırlayır. Yeni Azərbaycan Partiyasının yaranmasının 10-cu ildönümü münasibəti ilə keçirilən toplantıda çıxış üçün mənə söz verdilər. Çıxış edəndə dedim ki müxalifət cəbhəsində cənab İlham Əliyevlə bağlı müxtəlif dedi-qodular gəzir. Dedim, burada təəccüblü heç nə yoxdur, mənim iki yaşlı oğlumdan soruşanda böyüyəndə kim olacaqsan “Heydər Əliyev olacağam” deyir. Əcaba, Heydər Əliyevin oğlu nədən Heydər Əliyev olmasın, nədən onun yolunu davam etdirməsin? İkincisi də bu gün İlham Əliyevi gənclərin lideri hesab eləyirlər. Bu gün İlham Əliyev o statusu aşıb, o beynəlxalq səviyyədə tanınan ictimai-siyasi xadimdir, dövlət adamıdır. İlham Əliyev Heydər Əliyevin yolunu davam etdirə biləcək ən layiqli namizəddir. Və bu gün Heydər Əliyevin “Mən ona özüm qədər inanıram” fikri öz təsdiqini tapıb. Uzaqgörən Heydər Əliyev hər atdığı addımın sonunu görürdü. Konkret siyasi strategiyası və taktikası vardı. Cənab İlham Əliyev də nəyi, nə vaxt və necə etməyi bilir və edir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan möhtəşəm nailiyyətlər əldə edib. Sosial-iqtisadi inkişaf, sosial rifah , beynəlxalq əlaqələr və diplomatiya, ordu quruculuğu, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası. Hələ elə bir ölkə yoxdur ki, işğal olunmuş torpaqlarını azad edə bilsin.

Həyatda şərəflə yaşamaq lazımdır. Hər şey bu dünyada qalır. Ən vacibi odur ki, sən gedəndə nə qoyub gedirsən.
Söhbətləşdi: Gülşən Behbud

“Milli Dəyərlər üzrə Maarifləndirmə” İctimai Birliyinin  sədri,

Prezident  mükafatçısı, jurnalist.

GÜLŞƏN BEHBUDUN YAZILARI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

> > > > MÜTLƏQ OXUYUN!!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yazıçı-şair Məhəbbət İbrahimova ilə söhbət

Yazıçı-şair Məhəbbət İBRAHİMOVA:

   “Qadın üçün xoşbəxtlik diqqət, qayğı, sevgidir...”

         İnsanlıq bəşəriyyətin əxlaqi sərvətlərinin qızıl fondunu təşkil edir.İndi insanların insanlığa və xeyirxahlığa olan ehtiyacı daha aktual məna kəsb edir. Başqa sözlə desək, indiki bəşəriyyət üçün ən zəruri islahat məhz insanlıq və xeyirxahlıq islahatıdır. Xeyirxahlıq əxlaqi sərvətlərin əsası və insanların birgə yaşayışının təməl daşıdır. İnsanlara yaxşılıq etməyə çalışmaq, onlarla münasibətdə xeyirxah olmaq insanlığın ən vacib şərtidir. İnsanlıq və humanizm prinsipini  ailəsinə, ətrafına,  cəmiyyətə daşıyan  qadın,  ana, həyat yoldaşı ,  dost və nəhayət xeyirli  vətəndaşdır Məhəbbət İbrahimova…

  Xeyriyyəçi insanlardır cəmiyyətə işıq   saçan. Kiminsə könlündə, ürəyində,  ruhunda yaşamaqdır humanizm, insanlıq.Humanizm nəcib prinsiplər  hər bir adamın fərdi həyat amalı olmalıdır. Humanist olmaq-adamları sevmək, onların ləyaqətinə hörmət etmək deməkdir. Əsl humanist idealların həyata keçirilməsi üçün insana quru söz, sentimental coşqunluq gərək deyildir. Bunun üçün əməli iş görmək, məhrumiyyətlərə tab gətirmək, gələcək naminə bu günü qurban vermək kimi  cəsarət nümunəsi göstərmək lazımdır.

Məhəbbət xanım İbrahimova  dərin baxışların arxasında   sorgu-sual, kədər  dolu  dünəni  gizlənir.Bir neçə kitabın müallifi,gözəl qələmi var.Ünsiyyətə  açıq,  səmimi, mehriban xanımdır. Danışdıqca danışmaq istəyir  adam.                                                                                                                                                                                 

“Orta məktəbdə Xalq   artisti,  gözəl  sənətkarımız ,  rəhmətlik  Əliabbas Qədirovun şagirdi  olmuşam deyir.Ədəbiyyat dərnəyinin üzvü  eyni zamanda gözəl diksiyam olub.Məktəbin bütün  tədbirlərində  şeirlər  səsləndirərdim. Bir gün  yenə tədbir var idi, orada mən şeir dedim, Əliabbas müəllim şeirin müəllifinin   mən olduğunu biləndə  gülümsədi  və mənə  …”yaz, yarat istedadlı  qızsan” deyərək mənəvi  təkan,motivasiya  olmuşdu.Həvəsim vardı poeziyaya, ədəbiyyata. Uzun müddət  yazdıqlarımı gizlədirdim,  üzə çıxarmırdım. Rəfiqəm vardı bir gün o  dəftəri  təkidlə məndən  aldı, oxudu   və kitab çıxarmagıma razı  saldı.Mənim ilk kitabım bu cür çıxmışdı. Çox balaca, 70 səhifəlik şeirlərdən ibarət kitab idi…”

“ Məhəbbət dünyası”nda,  “Ömürdən qurban olmaz” deyərək ,“Yalan  dolu məhəbbət”lə  əhatə olunmuş    cəmiyyətdə “Qadın olmaq” o qədər  də asan deyil.

-Sevib ailə qumusunuz?

–  Yoldaşım məni çox sevib.Romantik olmuşam, təbiəti,  təbiətdə  vaxt keçirməyi, gəzməyi,  dolaşmagı çox  sevirəm, zövq  alıram. Məsələn çayın kənarında  saatlarla oturub tamaşa   edə  bilərəm… indi də eləyəm.

-Eyni zamanda  yazıçı, şair və xeyriyyəçi  iş xanımısınız?

-Xeyriyyə məqsədilə  bir çox kitabların işıq  üzü görməsinə   dəstək oldum. İllər öncə  ilk kitabımın   satışından əldə  etdiyim   vəsaiti   min manatı, qan xəstəliyi olan uşaqların müalicəsinə köçürmüşdım. Son illərdə  işıq  üzü görən kitabımdan əldə olunan  gəliri isə qazi və şəhid ailələrinə yardım etdim.  Eyni zamanda bilirsiniz ki, “Sahibkar qadınlar” dərnəyinin üzvüyəm, Bu  cəmiyyətdə yaşayırıqsa, əlimizdən  gələni bacardığımızı  ehtiyacı olan xanımlarımıza    dəstək olmaga  çalışırıq. Bir prinsipim var  istəmərəm kimsə ələ baxımlı olsun, atalarımız   demişkən balıq verməyi deyil, balıq tutmagı öyrədəcəksən. Bir çox   dərzi xanımlarımız  vardı onlara tikiş  maşını aldım verdim ki, bununla övladlarını saxla.

-Məhəbbət xanım  həm  də neçə-neçə müsiqilərin  söz müəllifisiz  …

 -Bəli,   o mahnıların əksəriyyətindən  xəbərim olmayıb. Şeir kitablarım  əldən-ələ gəzib, mənə zəng edib icazə istəyirdilər ki, filan şeirə mahnı yaza bilərik?   Mənə  xoş idi,  təbii ki,  sevindirici hal idi ki,  sənin  sözlərin, şeirlərin  səslənir, oxunur, sevilir.

 -Ən xoşladığınız mahnı kimin bəstəsi olub?

-“Əziz müəllimim”.Mən bu  şeiri elə sevə-sevə yazmışdım.Bir gün qızım məktəbdə oxuyanda saçlarını hörmək istəyəndə qoymadı.  Bir zamanlar müəlliməm mənə bir söz demişdi, 10-cu sinifdə  oxuyanda formayla mutləq saç yığılmalı idi. Biz də lent  baglamaq istəmirdik. Müəlliməm lenti götürüb vurmüşdu başına, biz gülüşümşdük. “…görürsüz necə gülməli gəlir? “ .Bu gün bunu etməsəniz sabah gülünc gələcək. Onda mən o şeiri yazdım. Dediklərin doğru idi sətir-sətir, nə olar o günləri geri gətir.  On ildir o mahnı son zənglərdə oxunur. Bəstəkarı Sevinc Mustafayevadır.İki dəfə sözügedən mahnı mükafat aldı.

-Ailə həyatınızdan razısınız?

– Narazıyam deyə bilmərəm. Özüm namaz qılıram. Hər dəfə Allaha dua edəndə Şükür edirəm verdikləri üçün. Üç ağıllı övladım var. Mənə çox bağlıdılar. Bolluq içərəsində böyümələrinə baxmayaraq, öz əməkıləri ilə bir şeylər etməyə çalışırlar. Qızımın biri dizaynerdir eyni zamanda əl işləri ilə məşğuldur. Satışlar edir. Arxasında ailəsi var amma özü istəyir ki, öz pulunu qazansın. Digər qızım psixoloqdur, öz ofisi var.  Oğlum atası ilə birlikdə çalışır.

Sizi ,ailənizi qısqananlar çox olub?

-Olub….

Kitablarınızda   dünənin  və  bu günün fədəkar, gözü yaşlı qadın  obrazları var. Xəyanətlə çox  üzləşmisiniz?

– Hə…

-Bu Sizdə nəyi dəyişdi?

– Böyük travmalar yaratdı. Romanlarımda bütün qəhramanlar  müsbət qadınlar  idi.Bir gün biri mənə dedi ki, səhv edən qadın olmur, ancaq kişilərmi səhv edir …? Düşündüm ki, haqlı  sualdlr.  Son romanımda  əsas   sujet  qadın  xəyanəti idi.Amma mən Azərbaycan qadınına yaraşdırmadığım üçün yaza bilmədim. Qəhrəmanım Türk qadınıdır. Roman Türkiyədə cərəyan edir. Romanın içərisindəki bəzi qəhrəmanlar tanıdığım insanların həyatıdır.

-Qadınlar zəif olurlar,Analar güclü . Sizin qadın kimi aldığınız mənəvi  travmalar övladlarınıza  necə  təsir  edirdi?

-Övladlarıma  hiss  etdirmədim, heç vaxt yansıtmamışam. Mən Çalışmışam ki, onlar heç bir problemi bilməsinlər.

– Qadın kimi, ana kimi yoxsa yazar kimi xoşbəxtsiniz?

-Ana kimi… mənə qadın kimi xoşbəxt olan birini göstər Azərbaycanda. Göstərə bilərsinizsə, mən də onun simasında öyrənim ki, qadın necə xoşbəxt olur. Mən dünyanın yarısını gəzmişəm.Pulda görmürəm xoşbəxtliyi. Mən hesab edirm ki, qadın üçün xoşbəxtlik diqqət, qayğı, sevgidir.

-Beş kitab müəllifisiniz,özünüzü o sahədə necə və harda görürsünüz?

-Çətin sualdır.İçimdən gələni yazmışam mən.Heç vaxt yaradıcılıq karyerasını düşünməmişəm.

-Qələm sahibi olan hər kəs istər ki, irəli getsin, tanınsın…

-Ailədə, evdə  məni dəstkələyən olmadığı üçün ola bilər.Anam  kitab oxuyan olub. İndi də yazıdığım kitabları birinci ona verməsəm inciyər. Çox maraqla oxuyur. Atam çox despot olub. Anam da bəlkə də ona görə həmişə mənə deyib ki, yoldaşın nə deyir onu elə. Ailəni qorumaq üçün ən yaxşı üsuldur bu bəlkə də.

-Dəyərdi qorumağa?

-Dəyərdi…

-Siz həm dünənin, həm də bu günün modern ailəsisiniz. Eyni zamanda qələm sahibisiniz.  Özünüzü, yaradıcılığınızı ikinci planda saxlamısınız.Həm ailənizi qorumusunuz, həm qələminizi. Ən azından bundan sonra  özünüz   və yaradıcılığınızı ön plana çəkməyi düşünürsünüz?

-Bəli,itirilən zaman geri qayitmır. Ən azından itirdiyim zamanı  bərpa  etmək  istərəm.,

-Məqsədiniz nədir?

– Yazıçı kimi tanınmaq.

-Siz əslində  Azərbaycan oxucusuna nümunəsiz…

 – Bir   dəfə toplantıda  çıxış  edirdim   və  sonda çətinliklərə, əziyyətlərə baxmayaraq  mən həm  ailəmi, həm   qələmimi   qoruyub saxlaya bilən qadınam dedim.Bir qadın dedi ki “ordan danışmaq çox asandır…“  Bilirsiz təqdim edəndə deyirlər ki, zavod direktoru, sahibkar, iş xanımı ….  və s.  Mən ona dedim ki, siz soruşun ki,  bu mərhələyə hardan başlayıb, necə gəlmisiniz.Bizim  də  həyatımızda  maddi çətinliklərimiz   olub. Bizim ev üçün ustaya verməyə pulumuz olmayıb, özümüz təmir etmişik. Gecə əlimin kraskasını yuyub lak çəkirdim ki, səhər işə gedəcəm. Mühəndis işləyirdim o zaman.  Mən qızımın bağçasında bayram olacaqdı, dedilər ki, qar qız paltarı al. Mən  iki  gecə yatmadım. Öz gəlinliyimi kəsdim, qızıma paltar tikdim, mən bunları da orada danışdım.  Hər kəs əziyyətlə   qazanır hər şeyi.

 -Həyat yoldaşınızdan görmək istədiyiniz dəyəri görmüsünüz?

– Görməmişəm deyə bilmərəm. Ailəyə bağlı insandır.

-Qadın -kişi dostluğuna necə baxırsınız?

–  O  dostluğun axırı eşq ola bilər…

-Gələcəklə bağlı gözləntiləriniz nədir?

-Gecə-gündüz Allaha yalvarıram ki, balalarım xoşbəxt olsun. Onların xoşbəxtliyi mənim həyatımdır. Özüm üçün heç vaxt heç nə istəməmişəm.

-Səmimisiniz, gözəl davranışınız var,qəribə enerjiniz var. Diqqətdə oldugunuzu  hiss  etmisiniz…?

 -Mənim ətrafım ancaq qadınlardan ibarətdir. Kişilərdən həmişə qaçmışam,söhbətim onlarla tutmaz deyə düşünmüşəm.

     -Qarabağın azadlığı    yaradıcılıgınızda  əksini tapdı?

-30 ildir elə bil  mən təhqir olunurdum. Əslində eləydi. Mənə deyirdilər ki, niyə Xocalı hadisələrindən yazmamısan? Deyirdim öz ayıbımı yazmağa əlim gəlmir. Alnımıza yazılan o qara yazı pozuldu. Qarabağ alınması mənim həyatımda çox böyük sevinc hissi yaratdı. Şuşanın    işğaldan  azadlığını   eşidəndə  mən diz üstə çöküb ağladım. Görünür mənim  qismətimə    yaradıcı  adam olaraq qələbədən yazmaq düşüb…

Söhbətləşdi: Gülşən BEHBUD

GÜLŞƏN BEHBUDUN YAZILARI

MƏHƏBBƏT İBRAHİMOVANIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“100-ilin İMZSASI”nın müəllifi Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən mükafatlandırıldı…

“100-ilin İMZSASI”nın müəllifi Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən mükafatlandırıldı…

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar öıkəmizdə silsilə tədbirlər davam edir.
Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində şair- jurnalist Gülşən Behbudla görüş və müəllifi olduğu ” 100 ilin İMZASI” kitabının təqdimatı keçirilib. Tədbir Azərbaycan Milli Aerokosmik Agentliyi, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, texnika və filologiya elmləri doktoru, Azərbaycan Texniki Universitetinin professoru, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi Elçin İsgəndərzadənin təşəbbüsü ilə baş tutub. Sonda Gülşən Behbuda Türkiyə Respublikasının Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının diplomu və Türk Dünyasına Xidmət Ödülü təqdim edilmişdir.
Tədbirdə xeyriyyəçi iş adamı,sahibkar, “Milan” Hospitalın sahibi , şairə Xuraman Muradova,telejurnalist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Lilpar və digər doktorant və aspirantlar iştirak edib. Fotolar:

“Yazarlar”ın doğma ana dilimizdə dünyanın olduqca nüxtəlif ölkələrindən olan çoxmilyonlu oxucuları və kollektivi adından şair- jurnalist , Prezident mükafatçısı, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin  sədri, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə  həsr edilmiş   “100 ilin İmzası” kitabının müəllifi  Gülşən Behbudu ardıcıl uğurları münasibəti ilə təbrik edirik!!!

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ELÇİN İSGƏNDƏRZADƏNİN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Milliliyin   qoryucusu Mahirə Nağıqızının  “Vətən”  görüşləri… – Gülşən Behbud.

Naxçıvanda  Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə növbəti töhfə

    Milliliyin   qoryucusu Mahirə Nağıqızının  “Vətən”  görüşləri…

            Ulu öndərimiz deyirdi: “Qadınlar bir belə əziyyət çəkərkən nə istəyirlər? Sadəcə onlara diqqət, qayğı və ehtiram! Bu anlayışlar çox genişdir. Diqqət də, qayğı da müxtəlif formalarda ola bilər. Ancaq kişilər gərək qadınları həmişə yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə yanaşsınlar”.

      Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli – mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.

    Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman – zaman təsdiq etmişdir. Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu daha da artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir. Taleyüklü məsələlərin həlli yönündə qərar vermək səlahiyyəti əldə etməklə bu günün lideri rolunu oynayır.Müasir dövrdə qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir.

Ulu öndərimizin dediyi: kimi  “Qadınlar bir belə əziyyət çəkərkən nə istəyirlər? Sadəcə onlara diqqət, qayğı və ehtiram! Bu anlayışlar çox genişdir. Diqqət də, qayğı da müxtəlif formalarda ola bilər. Ancaq kişilər gərək qadınları həmişə yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə yanaşsınlar”. Mən bu günlərdə  o  diqqəti, sevgini, qaygını  Naxçıvanda, Naxçıvan Dövlət Universitetində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, eyni zamanda, lirik və səmimi şeirlər müəllifi olan Mahirə Nağıqızıya  olan münasibətdə gördüm, şahidi oldum,  qürurlandım  və bir  az da  kövrəldim. 

Naxçıvan Dövlət Universitetində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə növbəti töhfə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, eyni zamanda, lirik və səmimi şeirlər müəllifi olan Mahirə Nağıqızı ilə  görüş  və sözlərinə həsr olunmuş konsert proqramı  oldu.

25 may tarixində Naxçıvan Dövlət Universitetində ADPU Beynəlxalq Əlaqələr üzrə prorektor, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova ilə yaradıcılıq görüşü keçirildi.Görüşdə AMEA Naxçıvan bölməsi, AYB Naxçıvan şöbəsi, Naxçıvan Müəllimlər İnstitutunun professor-müəllim heyəti, tələbələr, şəhər ictimaiyyəti iştirak edirdi. Görüşü giriş sözü ilə açan NDU-nun rektoru dosent Elbrus İsayev Mahirə Hüseynovanın elmi və bədii yaradıçılığı haqqənda danışdı və tədbiri aparmaq üçün sözü NDU-nun Tarix-Filologiya fakültəsinin dekanı, dosent Arif Ağalarova verdi. Dosent Arif Ağalarov Mahirə Nağıqızı yaradıçılığı haqqında geniş məruzə ilə çıxış etmişdir. NDU-nun dosenti Xanəli Kərimov, AMEA-nın aparıcı elmi işcisi Ramiz Qasımov, AMEA-nın Naxçıvan bölməsi Dilçilik İnstitutunun direktor müavini dosent Elxan Yurdoglu, Naxçıvan Müəllimlər İnstitutunun Dil və ədəbiyyat kafedrasının müdiri, dosent Həsənəli Eyvazov, dosent Ruhəngiz Əliyeva tədbirdə ürək sözlərini  bildirdilər.

       “Qarabağ Azərbaycandır”

27  may tarixində Naxçıvan Dövlət Universitetində Mahirə Nağıqızının sözlərinə bəstələnmiş “Qarabağ Azərbaycandır”  adlı mahnılardan ibarət möhtəşəm konsert  keçirildi. Universitetin İncəsənət fakültəsində keçirilən konsertdə ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edərək qonaqları salamladı. NDU-nin Konservatoriyasının təqdim etdiyi konsert proqramında Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblının da çıxışları  alqışlarla  qarşılandı. Konsert proqramında ifa olunan “Azərbaycan”, “Vətən”, “Qarabağım güləcək”, “Qarabağ Azərbaycandır”, “Könlümdə biri var”, “Gözlərimin etibarı çox imiş”, “Dönüm başına dolanım”, “Gözəl”, “Yar” mahnıları tamaşaçıların zövqünü oxşadı.

Sonda şairə Mahirə Nağıqızı konsertin təşkilinə görə kollektivə təşəkkürünü bildirdi.Keçirilən görüşü yüksək qiymətləndirərək öz səmimi hisslərini dilə gətirdi. Rəsmi   və bədii görüşlərdən  duyğulanan şairə    vətənində,el- obasında   ona göstərilən   ehtirama, diqqətə görə NDU-nun rektoru dosent Elbrus İsayevə xüsusi   təşəkkürünü bildirib ,konsertin yüksək təşkilatçılığından xüsusi məmnunluq hisslərini  bildirdi.

Vətən sənin qədrini məndən yaxşı kim bilər –deyərək tədbirdə bir-birindən gözəl ifalar nümayiş etdirən iştirakçıların təqdim etdikləri ifaları vətən təəssübkeşliyinin bir nümunəsi adlandırdı və keçirilən görüşü yüksək qiymətləndirərək öz səmimi hisslərini  bölüşdü.

Rektor  şairə Mahirə Nağıqızının sözlərinə bəstələnən mahnıların ali təhsil ocağının səhnəsində məharətlə təqdim olunmasından razı qaldığını qeyd edərək “İstedadlı xalqımızın qanı, canı musiqidir”, deyərək  universitetin nəzdində fəaliyyət göstərən musiqi kollektivinin uğurlu ifalarını yüksək qiymətləndirdi  və  az  vaxt müddətində  hazırlanan  proqramdan razı qaldığənı  qeyd  etdi. Tədbirin sonunda NDU-nun rektoru dosent Elbrus İsayev Mahirə Hüseynovaya onların dəvətini qəbul edib görüşə gəldiyinə görə təşəkkür etmiş və alimi fəxri ödüllə təltif etmişdir.

 Bura Vətəndir…

     25 may tarixində   ADPU-nun Beynəlxalq Əlaqələr üzrə Prorektoru, filologiya elmləri doktoru, professor, tanınmış şairə Mahirə Nağıqızı Hüseynova ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində görüş keçirildi. Görüşdə ADPU-nun Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Konul Hasanova, Filologiya fakültəsinin dekan müavini Pəri Paşayeva, Müasir Azərbaycan dili kafedrasının müdiri, dosent Könül Səmədova, Ədəbiyyat kafedrasının dosenti Məlahət Babayeva, “Milli Dəyərlər  üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri Gülşən Behbud, əməkdar artist Elnur Zeynalov da iştirak etmişdir.

     Bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxışında  Mahirə Hüseynovanın  tədqiqatçı-alim, gözəl pedaqoq, istedadlı şairə, vətənpərvər ziyalı  oomaqla  yanaşı,  çoxsaylı monoqr­afiya, kitab və məqalələrin müəllifi olan Mahirə Hüseynova yaradıcılığında mənəvi saflıq, vətənpərvərlik, anaya məhəbbət əsas yer tutdugunu  qeyd  etdi. Onun yaradıcılığında diqqəti çəkən məqamlardan biri də Ümummilli Lider Heydər Əliyevə həsr etdiyi “Ulu Öndərimizin natiqlik məharəti”, “Ulu Öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir”, “Missiya” və bu kimi əsərləridir. Bu əsərlərində görkəmli dövlət xadiminin həyatı və misilsiz xidmətlərinin öz əksini tapdığını  vurguladı.

      AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, Əbülfəz Quliyev, AMEA Naxçıvan Bölməsinin dosentləri Ramiz Qasımov, Zülfiyyə İsmayıl çıxışlarında Mahirə Hüseynovanın yaradıcılığı haqqında çıxış  etdilər. Sonda şairə Mahirə Hüseynova yaradıcılığına göstərilən diqqətə görə  AMEA-nin  rəhbərliyinə minnətdarlığını bildirdi.

Şərqə açılan  qapı… “Türk qapısı”   Naxçıvan    

Naxçıvan Dövlət Universitetində 25-27  may tarixlərində  davam  edən   tədbirlərdən biri  də  I Beynəlxalq İpək Yolu konfransı  oldu.

Naxçıvan Dövlət Universiteti, Türkiyənin Qars Qafqaz Universiteti və İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə keçirilən konfransda 15 ölkədən 300-dən çox məruzəçi iştirak edirdi. Konfrans şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin Dövlət himnlərinin səsləndirilməsi ilə başladı. NDU-nun rektoru Elbrus İsayev konfransı açıq elan edib və tədbirin əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verdi. Rektor 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbəmiz sayəsində Naxçıvanla Azərbaycanın quru yolunun birləşməsi əsas məsələlərdən olduğunu vurğulayıb. Qeyd olunub ki, Naxçıvan tarixən də nəqliyyat kommunikasiyalarının mərkəzində yerləşən coğrafi ərazi oluduğuna görə tarixi İpək Yolu üzərində mühüm rol oynayıb. Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının gələcək perspektivlərindən danışan rektor əlavə edib ki, bu tarixi nailiyyət türk dünyası ilə Türkiyə arasında ticarət əlaqələrini genişləndirəcək. “Türk qapısı” adlandırılan Naxçıvan bu məsələdə mühüm rol oynayacaq.Əsas başlanğıcını Çin ipəyini daha uzaq coğrafiyalarda yerləşən, həyatı, yaşam tərzi, sənayesi vaxtilə çox da zəngin olmayan Qərb ölkələrinə çatdırmaqdan götürən İpək Yolu zaman keçdikcə bir ticarət yolu olmaqla bərabər, həm də Şərqdən Qərbə çox geniş bir ərazidə yaşayan xalqların mədəniyyətinin, mənəviyyatının, iqtisadiyyatının, həyat uğrunda mübarizəsinin yönəldici amilinə çevrildi. Böyük İpək Yolu insanlığın inkişaf tarixində əvəzsiz rol oynadı. Müasir dövrdə bu yolun bərpasının zəruriliyi daha çox gündəmdə olan bir məsələdir. Rektor onu da  qeyd etdi ki, Avropa ilə Asiyanı birləşdirən, keçdiyi ərazilərdə yaşayan xalqların həyatında mühüm rol oynayan Böyük İpək Yolu ölkəmizin iqtisadi və mədəni inkişafına da öz müsbət təsirini göstərib. Bu yol ticarətin və bazar münasibətlərinin inkişafına xidmət etməklə yanaşı, həm də bir sıra ölkələr və xalqlar arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayıb. Bu mənada, beynəlxalq konfransın keçirilməsi strateji mövqedə yerləşən, beynəlxalq nəqliyyat dəhlizi kimi diqqətləri cəlb edən Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələlərinin aktuallığını ön plana çıxarır.

  Elbrus İsayev diqqətə çatdırdı ki, İpək Yolunun bərpası ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndərin tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfransın keçirilməsi haqqında imzaladığı 1998-ci il 7 iyun tarixli Sərəncamı Azərbaycanın dünya birliyi ölkələri ilə inteqrasiyasının gücləndirilməsində müstəsna rol oynayıb. Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının gələcək perspektivlərindən danışan rektor əlavə edib ki, bu tarixi nəaliyyət türk dünyası ilə Türkiyə arasında ticarət əlaqələrini genişləndirəcək. “Türk qapısı” adlandırılan Naxçıvan bu məsələdə mühüm rol oynayacaq. Elbrus İsayev çıxışının sonunda konfransın işinə uğurlar arzuladı.

      Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu çıxışında belə konfransların keçirilməsinin türkdilli xalqların bir-birinə daha da yaxınlaşması, eləcə də ümumtürk mədəni irsinin təbliğ edilməsi baxımından əhəmiyyətinə toxundu. Konfrans bəşər sivilizasiyasının inkişafında çox mühüm rol oynamış, öz əhəmiyyətini müasir dövrümüzdə də getdikcə daha inadla təsdiqləyən bir tarixi gerçəkliyə həsr olundugunu qeyd  etdi. Böyük İpək Yolu insanlığın inkişaf tarixində əvəzsiz rol oynadı. Müasir dövrdə bu yolun bərpasının zəruriliyi daha çox gündəmdə olan bir məsələdir.

    Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova əməkdaşlıq çərçivəsində türk dünyası ilə bağlı tədbirlərin, eyni zamanda tarixi İpək Yolunun canlandırılmasına dair müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.

        Konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun prezidenti Mustafa Latif Emekin, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzovun, Atatürk Universitetinin professoru Hüseyn Yurtdaşın, AMEA Naxçıvan Bölməsinin akademiki Hacıfəxrəddin Səfərlinin, Özbəkistanın İpək Yolu Araştırma Akademiyasının sədri Azamat Akbarovun, onlayn formatda konfransa qoşulan Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayevin, ABŞ-nin Purdue Universitetinin professoru Jamaluddin Husainin, Adana Çuxurova Universitetinin professoru Hakkı Çiftçinin mövzu ətrafında çıxışları dinlənildi. Sonda Universitetin İncəsənət fakültəsi müəllim və tələbələrinin ifasında konsert proqramı ilə başa çatdı.

Konfransda çox dəyərli elm xadimlərinin, araşdırmaçıların iştirakı bu qənaəti daha da möhkəmləndirir. Konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnsitutunun prezidenti Mustafa Latif Emekin, Naxçıvan Müəllimlər İnsitutunun rektoru Azad Novruzovun, Atatürk Universitetinin professoru Hüseyn Yurtdaşın, AMEA Naxçıvan Bölməsinin akademiki Hacıfəxrəddin Səfərlinin, Özbəkistanın İpək Yolu Araştırma Akademiyasının sədri Azamat Akbarovun, onlayn formatda konfransa qoşulan Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayevin, ABŞ-ın Purdue Universitetinin professoru Jamaluddin Husainin, Adana Çuxurova Universitetinin professoru Hakkı Çiftçinin mövzu ətrafında çıxışlar etdilər.

“Heydər Əliyev və milli dövlətçilik məsələləri

27 may tarixində “Naxçıvan” Universiteti və ADA-nın birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və milli dövlətçilik məsələləri” mövzusunda Respublika konfransı keçirildi.   Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova ,Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov, Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Şahin Bayramov, Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Azad Novruzov, və digər ali təhsil ocaqlarını təmsil edən alim və tədqiqatçılar  iştirak edirdi.

Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli açaraq qonaqları salamlayaraq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində ölkəmizin hər bir bölgəsində olduğu kimi dünyaya göz açdığı qədim Naxçvan torpağında da yüksək səviyyədə, silsilə tədbirlərlə qeyd olunduğunu diqqətə çatdırdı.  
 Müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, qüdrətlənməsi naminə misilsiz xidmətlərindən bəhs edən səlahiyyətli nümayəndə bildirib ki, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir.  


   İkinci dəfədir Ulu Öndərin vətəni Naxçıvanda olduğunu bildirən “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev fenomenal siyasətçi Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən, uzaqgörən, praqmatik siyasətinden bəhs edib.  Hafiz Paşayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev siyasəti həm də bugün Azərbaycanı dünyaya qalib, zəfər qazanmış bir ölkə kimi təqdim edir. Belə ki, biz dahi şəxsiyyətin əsasını qoyduğu dövlət və ordu quruculuğunun məntiqi nəticəsinə II Qarabağ müharibəsində bir daha şahid olduq. Müzəffər Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində ordumuz düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı.  

“Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov konfrans iştirakçılarını salamlayaraq, Heydər Əliyev ömrünün istənilən sahədə çalışan hər bir vətəndaş üçün örnək olduğunu, Ulu öndərin dövlətçiliyimizin, iqtisadiyyatımızın və ölkə həyatının digər vacib sahələrinin formalaşdırılması, Azərbaycançılıq strategiyasının əsaslarının yaradılması istiqamətindəki əzmkar fəaliyyətinin, o cümlədən, onun Naxçıvanın inkişafı naminə gördüyü işlərin neçə-neçə elmi tədqiqatlar üçün tükənməz qaynaq olduğunu qeyd edib.  

 ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova bildirib ki, Heydər Əliyev artıq 20 ilə yaxındır ki, aramızda yoxdur. Lakin bu gün Azərbaycanın tərəqqisinə və modernləşdirilməsinə yönəlmiş səmərəli dövlətçilik siyasəti  Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.Müasirləşən Azərbaycan Respublikasının özü 100 illiyini böyük ehtiramla qeyd etdiyimiz Ulu Öndərin işıqlı xatirəsinə həsr olunmuş ən böyük əsərdir.
   Konfransın mövzusuna toxunan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev böyük idarəçilik təcrübəsinə malik Ulu Öndərin müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli konsepsiyasını işləyib hazırladığını və onu dəqiqliklə həyata keçirdiyini bildirib.  

    Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev çıxışında ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin ən yeni tariximizdə müstəsna yer tutduğunu bildirib. Elbrus İsayev qeyd edib ki, yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır. 
    Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Şahin Bayramov diqqətə çatdırıb ki, bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq. Bunu demək yerinə düşər ki,  hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycan dövlətini miras qoyub. 
    Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Azad Novruzov çıxış edərək bildirib ki, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 40 ilə yaxın bir dövr ərzindəki bənzərsiz fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunub. 

Respublika konfransının ilk günü “ADA” Universiteti və “Naxçıvan” Universitetinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən konsert proqramı ilə  başa çatdı.

   Vətən deyən, milliliyin keşiyində  dayanan, mənəviyyatın təmsilçisi Mahirə Nağıqızının  Naxçıvan səfərindəki    tədbirlər, görüşlər  unudulmayan  tarixi məqamları,  duyğusal   anları,  Həsən Mirzə xatirələri  ilə   də yadda   qaldı. Biz də o məqamların şahidi olduq.Mənəviyyat, həqiqət,  səmimilikdir  həyatı mənalandıran, əbədiləşdirən. Mahirə Nağıqızının  Vətənində ,Naxçıvan  səfərinin   rəsmi   tərəflərini yazdıq. Bədii  tərəfləri  növbəti  yazımızda.

Mövzu ilə əlaqəli fotolar:

Müəllif: Gülşən BEHBUD

“Milli Dəyərlər üzrə Maarifləndirmə” İctimai Birliyinin  sədri,

Prezident  mükafatçısı, jurnalist.

GÜLŞƏN BEHBUDUN YAZILARI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

SATIŞDA OLAN  KİTABLAR

> > > > MÜTLƏQ OXUYUN!!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sözü yaşayan və sözüylə yaşadan xanım – Gülşən Behbud yazır.

Sözü yaşayan və sözüylə yaşadan xanım

“Qərib payız” axşamlarında “Tənha sarı yarpaq” kimi duyğularını “Yarpaq-yarpaq” vərəqlərə köçürən, “Quruyan ərik ağacı”nın, “Ata evim”də “Bir ana köçünə çatmamışam” deyib, “Ana əlləri”nə “Ehtiyacım var”, “Gəl sənə həzin bir şeir oxuyum” arzusuyla, “Bu yağış mənə bənzəyir” deyib, “Yaman uzandı bu yaz yağışı” gileyi ilə “Səni sevdim Allahım” söylədi…

“Bu nə eşq sevdası necə möcüzədir” marağıyla, “Yollara yağış yağır” nəğmələriylə “Narın yağış” romantikliyi ilə, “Bir az günəş göndər” həsrətiylə “Sənsiz keçən bir günüm”ün acığına “Gəl gedək bu şəhərdən”, “Vallah gözə gəldi bu ilahi eşq”, “İlləri əl-ələ verib gəlmişik” deyib yollara dikilən gözlərini “Sarı gözəl, sarı çiçək”lərdən çəkməyərək, “Bir az möhlət ver Allah” deyib də, “Arazbarı” “Ay qaragilə” kimi şeirləri ilə dünyanı özünün çəhrayı baxışları ilə seyr edən, rəngli dünyanın, rəngsiz, boyasız nurlu xanımı Sona Vəliyeva “Zaman xəbərsiz ötdü” deyərək  “Bir əl qarışdırır  qoca dünyanı” deyib , “Üzü Tanrıya” doğru “Ömrün yaddaşı”nı vərəqlədi.

Vərəqlədikcə  “Darıxan  adam” a çevrilir, bəzən  də “Xəyanət”  edənlərə, “Çəkilin yolumdan, çəkilin” dedi və  “Söz yolu”na  davam etdi.

                  Hər kəsin bir ömür yolu var, o yol uzandıqca yaşananlar  xatirələrə çevrilir, yaddaşa köçür. Çevrilib geri baxanda, yaddaşı vərəqlədikcə özünü tanımağa başlarsan. Evinin, ailəsinin deyil, el-obasının, xalqının ziyalısına, ictimai xadiminə çevriləndə  daha çox tanınırsan. İctimai simaya çevrilib,  söz  ünvanı, güman  yeri olanda   xalqına   xidmət  etmiş olursan. Səlahiyyətin çərçivəsində  kiməsə dayaq,  arxa ola bilirsənsə, əl uzatmağı bacarırsansa, odur sənin şəxsiyyətin, odur  sənin kimliyin, əməllərin,  addımların. Demək ki, bu dünyada ömrünü  yalnız özün üçün deyil, başqalarını da düşünərək yaşamısan.  Eləsinə deyirlər ki,  elin  adamı, Allah  adamı.

 “Şerimizin, nəsrimizin ağıllı qızı”  adlandırır xalq şairimiz Nəriman Həsənzadə  onu.

    Bir neçə il qabaq  Həsən bəy Zərdabiyə həsr  edilmiş  tədbirdə şairimiz Nəriman Həsənzadə ilə  yanaşı oturmuşduq. Bir-birindən  fərqli  çıxışlar vardı. Zamanın necə keçdiyinin fərqində deyildik. Nəriman müəllim şirin təbəssümü ilə çıxışları izləyirdi. Uşaqların hazırladığı kompozisiyaları  heyranlıqla izləyirdi. “…Səmimi, sadə, xanımdır, gözəl qələmi var Sona xanımın. Qarşısındaki ilə o qədər incə- zərif danışır ki, səmimiliyinə heyran oluram. Gör nə  gözəl hazırlaşdırıb uşaqları, bax onun  təlimatı, onun ideyalarıdır. Keçmişə qaytardı məni….  o illəri yaşatdı mənə” demişdi.

      Tanınmış şair, yazıçı, publisist ,filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyini  üzvü, Prezidentimiz tərəfindən “Əməkdar jurnalist” fəxri adı  və  “Tərəqqi” medalı ilə  mükafatlandırılmış, Ümumdünya Türk xalqları  Konqresinin Qızıl, TÜRKSOYun “Molla Pənah Vaqif”, Qırğızıstan Respublikası Milli Yazıçılar Birliyinin “Qızıl  qələm” mükafatı laureatı, Özbəkistan  Respublikası Ürgənc  Dövlət  Universitetinin  Fəxri professoru,  eləcə də  bir çox  milli və xarici mükafatlara layiq görülən Sona Vəliyeva  ölkənin mədəni həyatında  öz imzası, addımları, yazıları, kitabları ilə  fərqlənən  ziyalılarımızdandır.

       Azərbaycan milli ideologiyası, milli dövlətçilik mövzuları təkcə kitablarında deyil, həyat yaşamında, gerçəkləşdirdiyi daxili və xarici arenadakı layihələrində özünü hər  zaman göstərib. Xalqımızın dəyərli  ziyalısı, vətəndaşlıq ruhu ilə  yoğurulmuş  poeziyası ilə bizləri öz “Çəhrayı dünyasına”  aparan, diqqəti ilə ucaldan,  səmimiyyəti ilə sevdirən,  zərif əməlləri, davranışları ilə  gözümüzdə böyüyən  ziyalımız, şairəmizdir. İman, inanc, həyat  fəlsəfəsindən  bəhs  edən  şeirlərinin əksər misrasında,  cümləsində  Allahını unutmayan, unutdurmayan  güclü bir qadın  ruhu var. O ruh səmimiyyəti, diqqəti ilə çox ruhu sevindirmişdi, şadlandırmışdı, çoxlarının həyatını  dəyişmişdi. İnsana  sevginin  təmənnasızlığını, ruhunun və niyyətinin gözəlliyini, haqqa inamını, millətə bağlılığını  itirmədən yazmaq, yaratmaq Sona xanımın özəllikləridir. Qəlbimizdəki  səmimilik, düşüncələrimizdəki aydınlıq münasibətlərimizi dəyişmədi. Hörmət qarşılıqlı olanda,  məqsəd və təmənna olmadıqda insani sevgi  yox ola bilməz.

       Başqaları olsaydı fərqli davranardı. Laqeydlik, lovğalıq, özündənrazılıq edə bilərdi. Ətrafımızda kifayət qədər Sona xanım statusunda  olan bəziləri vardı və onların  davranışlarını görürük, bilirik. Amma söhbət ürəyinin səsi ilə oturub-duran, könlünün sarı simi ilə davranan, bu  vəzifədədir, bunun  adamı yoxdur, onun  adamı filankəsdir  anlayışını  qəbul  etməyən bir alicənab  xanım Sona Vəliyevadan danışırıq.   

   Səmimidir, sadədir, diqqətlidir. Allah  adamıdır və  əsl xanımdır. Dəyişmədi, görmədim. Eyni  sevgi, eyni  diqqət, “Çəhrayı dünya”sını adı kimi qorudu. Susdu  ürəyindən  keçənləri şeirə, sətirlərə çevirdi. Yaradıcı xanımdır. Şeirləri  ürəyimizdə Vətən havasını əsdirir, doğma ocağa, kökə bağlılığı  aşılayır, uşaqlıq dünyamıza aparır. Mənəviyyat, sevgi, nəciblik, xeyirxahlıq, təmənnasızlıq qığılcımları yaradır. İllər  qabaq “İşığa gedən yol” tarixi romanını oxumuşdum . Zaman darlığı olsa da,  iki günə  oxumuşdum kitabı. İlahi milli ruhu, milli düşüncəni, milli ideologiyanı o qədər maraqlı, o qədər səmimi işıqlandırmış, yazmışdı ki, Həsən bəy Zərdabini  yenidən sevdirmişdi, tanıtmışdı  oxuculara.  Həsən bəy Zərdabi haqqında   o cür mükəmməl əsər maarifçilik  işini mükəmməl bilən və sevərək qələmə   alan  Sona Vəliyeva ola bilərdi. Haqlı olaraq  xalqımız Sona xanımı  Həsən bəy Zərdabinin davamçısı, varisi adlandırırlar. Yaxşı ənənələri  davam  etdirmək, yaşatmaq da  ürək istər, cəsarət  istər, sevgi istər. Alimdir, publisistdir, şairdir, yazıçıdır və anandır, bir çox gənc xanımlara ailə nümunəsidir Sona xanım.

Allah sevgisinə sığınıb inancını imanla yaşayanlardan, vətən sevgisini imandan bilənlərdən olan Sona xanım Vəliyevanın  qələmindən  çıxan  sözlər  ürəklərdə  yer  tapır. Sadə sözlərin yaratdığı dəyərli misralar ürəklərə cığır açır, həzinləşir.  Ədəbiyyatımızda  milli  adət-ənənələrə  önəm verən,  milli   dəyərləri  ön plana çəkən, xalq mədəniyyətinin ruhunu  qorumağa çalışan müdrik  klassik milli və mənəvi  dəyərlərin daşıyıcısı olan yazıçı, şairədir Sona Xanım. Sən demə çəhrayı rəng xeyirxahlığın  rəmziymiş. Bu səbəbdən “Çəhrayı dünyam” deyən şairənin  misraları könlümüzə  hopur.

     Azərbaycançılıq  ideyalarının  yorulmaz  təbliğatçısı  və tədqiqatçısı  olmaqla yanaşı ədəbiyyatımızda  öz yeri, öz imzası  olan  qələm sahibidir.

Mən,  xalq  yazıçısı Anar müəllimi  “Xalqımızın Dədə Qorqudu”  adlandırıram. Özü də bilir, hətta   Şuşada  Vaqif poeziya günlərində  çıxışımda  demişdim. (O da zarafatca dedi Gülşən xanım Dədə Qorqud   300  il yaşayıb.)

     Şeirlərində  “Şuşam baş örtüyüm” ifadəsini oxuyanda Sona xanımı xalqımızın  Banuçicəyi  kimi  gördüm. Abır-ismət, milli düşüncə,  mənəvi dəyər, milli əxlaq, böyük-kiçik, hörmət, diqqət  Sona xanım Vəliyevanın insan, şəxs kimi əvəzedici  adlarıdır.  Zəngin ənənəsi, zərif və kövrək, bəzən də sərt və döyüşkən qələm sahibi olaraq poeziyası  ilə  ruhumuzu maarifləndirən  Azərbaycanın şairələri arasında seçilən, fərqlənəndir. Vətən məfhumunu ən yüksək zirvədə tutmuş  və  vətəndaşlıq mövqeyini  əməlləri  ilə  ortaya qoyaraq mənəvi dəyərlərin təbliğində ciddi addımlar atmış, ziyalı xanım, vətənpərvər insandır.  Sona xanımın vətən sevgisi,  Həsən bəy Zərdabi  sevgisi  “İşığa gedən yol” kimi işıqlı və ədəbiyyatımızın qalıcı əsərlərindən olan roman yazdırdı. Budur sevgi, budur milli  düşüncə, ideologiya. Özünəməxsus  yaradıcı  sevgisi ilə  insana, insanlığa, insani  dəyərlərə  qiymət verməyi bacaran   şairimizin  şeirləri  ilahi məhəbbətin, Allaha olan sevginin   təcəssümüdür.

  Zərifliyi, incəliyi, sədaqəti, etibarı ilə seçildiyi kimi, bağışlamağı da  bacaran  böyük  ürək sahibidir Sona xanım. Şeirləri ürəyimizi titrədirsə, ruhumuza  toxunursa poeziyanı içində yaşadan, sətirlərində, sözlərində şeiriyyata çevriləndir Sona xanım. “Dünya Tanrı biçimdədir” deyən şairəmizin şeirlərini oxuduqca düşünürsən, saflaşırsan. Sona xanımın yaradıcılığı, mövzuları  bu gün də, sabah da  aktuallığını itirməyəcək  mövzulardır.  Şairi şair  edən,  sevdirən onun qələmi  ilə yanaşı humanistliyi və  insanlığıdır.  Allaha yaxın insandır Sona xanım Vəliyeva.   Ad gününüz mübarək Allahın sevdiyi və Allaha bağlı xanım…

Müəllif: Gülşən BEHBUD

GÜLŞƏN BEHBUDUN YAZILIRARI

SONA VƏLİYEVANIN YAZILARI

SİZİN ÜÇÜN DİGƏR FAYDALI KEÇİDLƏR


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“100 ilin İmzası” kitabının təqdimat mərasimi olub

Bu gün Azərbaycan Yazıçılar Birliyində şair- jurnalist , Prezident mükafatçısı, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin  sədri Gülşən Behbudun  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə  həsr edilmiş    
“100 ilin İmzası”  kitabının təqdimat mərasimi olub.

Mərasimdə tarixçi – alim Cəbi Bəhramov ,  tarixçi politoloq Dünyamalı Pənahov, siyasi icmalçı İlyas Hüseynov,  Sahibkar Qadınlar İctimai  birliyinin sədri Zenfira Ağayeva,tanınmış sahibkar, xeyriyyəçi  iş  xanımı Xuraman Muradova,  Ziyalı qadınlar  İctimai  Birliyinin  sədri Zəhra Quliyeva ,Alban-udi dini icmasının  rəhbəri Robert Mobili, /vetenim-azerbaycandir.az/ -ın baş redaktoru Kamran Orucovvə bir çox ziyalılar,  gənclər, jurnalistlər, ictimai xadimlər, QHT rəhbərlər iştirak edib.

“Yazarlar” jurnalının baş redaktoru, şair-publisist Zaur Ustac   “100 ilin İmzası”adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə  Gülşən Behbuda yazarlar camesi adından hər müəllifə yalnız bir dəfə veilən “Ziyadar” mükafatını təqdim edib.

Sonda müəllif kitabları imzalayıb, xatirə şəkilləri çəkdirilib.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ZAUR USTACIN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN KƏNAN HACI “FƏNA FASİLƏSİ” ADLI YENİ KİTABINI TƏQDİM EDİB

KƏNAN HACI LİBRAFF NƏSR

BU GÜN KƏNAN HACI “LİBRAFF”IN ELMLƏR AKADEMİYASI FİLİALINDA “FƏNA FASİLƏSİ” ADLI KİTABINI TƏQDİM EDİB:

HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RƏŞAD MƏCİD ŞUŞADA – VAQİF POEZİYA GÜNLƏRİ – 2022 – FOTOLAR

VAQİF POEZİYA GÜNLƏRİ

İyulun 14- ü və 15-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri baş tutub.

40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq 2-ci dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtında yenidən təşkil olunur. Tanınmış qələm adamı Rəşad Məcidin Şuşadan paylaşdığı fotoları təqdim edirik:

Mənbə: Rəşad Məcid


YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAİRLƏR İSA BULAĞINDA – VAQİF POEZİYA GÜNLƏRİ – 2022 – FOTOLAR

VAQİF POEZİYA GÜNLƏRİ

İyulun 14-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.

40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq 2-ci dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtında yenidən təşkil olunur.

Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdiyi poeziya günləri iyulun 14-də “Qarabağ” mehmanxanasının qarşısında kitab sərgisi ilə başlayıb, sonra M.P. Vaqifin məqbərəsinin qarşısında və Cıdır düzündə davam edib.  15-də şairlər şəhərin gəzməli yerlərində və İsa bulağında olublar. FOTOLAR:

Mənbə: Nazim Əhmədli


YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR CIDIR DÜZÜNDƏ – VAQİF POEZİYA GÜNLƏRİ – 2022 – FOTOLAR

VAQİF POEZİYA GÜNLƏRİ

İyulun 14-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.

40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq 2-ci dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtında yenidən təşkil olunur.

Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdiyi poeziya günləri iyulun 14-də “Qarabağ” mehmanxanasının qarşısında kitab sərgisi ilə başlayıb, sonra M.P. Vaqifin məqbərəsinin qarşısında və Cıdır düzündə davam edib. FOTOLAR:

BU GECƏ NATƏVAN GÜLÜMSƏYİRDİ

 Dayandur Sevgin

Mənbə: Elşad Barat


YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru