İlk şəxsiydi salam alıb verdiyim, Bir ömürə bəs elədi gördüyüm, Uca sözə kərpic-kərpic hördüyü, Ucaltdığı ehramından tanıdım, – Mən Qazaxı İlhamından tanıdım.
Sayrışırdı qəlb işığı, göz nuru, Çöhrəsindən süzülürdü öz nuru, Yolumuza çıraq tutdu söz nuru, Yandırdığı dost şamından tanıdım, – Mən Qazaxı İlhamından tanıdım.
Saldı bizi işığının sehrinə, Qulluq etdik dost adında bir dinə, Agah idi işimizin sirrinə, İşarədən, eyhamından tanıdım, – Mən Qazaxı İlhamından tanıdım.
Sədaqəti agah idi dilində, Dua idi, Allah idi dilində, Sinə gərib dostlarının yolunda, Qurban getmək məramından tanıdım, – Mən Qazaxı İlhamından tanıdım.
Dərd görməsin ürəyində mərd yeri, İçimizdə qalmadı bir dərd yeri, Bir oğulla tanınırmış yurd yeri,
İLHAM QAZAXLININ ŞEİRLƏRİ Səməd Vurğun böyük şairimizdir. 100 ilə yaxındır ki, onun poeziyası Azərbaycanı qarış-qarış, addımbaaddım gəzir, dolaşır və neçə nəslin ürəyinə və şüuruna işıq saçır. Səməd Vurğun həm sağlığında, həm də ölümündən sonra bir ədəbi məktəb yaradıb. Onun təsiri ilə ədəbiyyata gələn, onu ustad hesab edən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Adil Babayev, Qabil, Əliağa Kürçaylı, Hüseyn Arif, Məstan Günər dünyalarını dəyişmişlər, lakin bu gün də Səməd Vurğun poeziyasının təsiri və cazibə qüvvəsi davam edir. Onun doğulduğu Qazaxda bunu daha çox hiss etmək olar. Əlinə qələm alıb şeir yazan hər bir qazaxlı gənc Səməd Vurğun poeziyasını örnək hesab edir. Haqqında söz açdığım İlham Qazaxlı da Səməd Vurğun poeziya bulağından su içib. İlham Qazaxlı Qazax rayonunun Dağ Kəsəmən kəndində dünyaya göz açıb. Ali təhsilini BDU-nun tətbiqi riyaziyyat və informatika fakültəsində alıb. Amma Səməd Vurğuna, şeirə-sənətə olan sevgisi onu tələbəlik illərində tərk etməyib. Uzun müddət tərəddüd edib, ara-sıra mətbuatda çap olunsa da, özünü şair adlandırmayıb, yalnız dostlarının təkidi ilə 2018-ci ildə “Qəlbimin duası” adlı ilk şeirlər kitabını nəşr etdirib, dörd il sonra ikinci kitabı işıq üzü görüb. İndi mən o iki kitabla üz-üzə qalmışam, İlham Qazaxlının şeirləri haqqında söz açmaq istəyirəm. İlham ilhamlı şairdir. Qəlbinə, ruhuna hansı hisslər, duyğular yol tapırsa, onları şeirə çevirir. Həyatda, yaşadığı mühitdə və ümumən cəmiyyətdə baş verən hadisələrə heç vaxt biganə qalmır, Vətənə, xalqa məhəbbətini, azərbaycançılığını bir çox şeirlərində qürurla söyləyir. Gerçəklikdə baş verən naqisliklərə, rəzalətə, pisliyə, şərə qarşı da dözümsüzdür, bir sözlə, şairlik missiyasını yetərincə ifadə etməyə çalışır. İlhamın bir şeiri var, o şeir mənim fikrimcə, onun şairlik kredosudur:
İlhamlanıb şeir yazan, Həm şairəm, həm də ozan. Bir bulağam, eşqə sızan Mən məhəbbət şairiyəm.
Tanrı verib ilhamımı, Qoruyuram inamımı. Dostlar bilir məramımı, Mən həqiqət şairiyəm.
Tükənməzdir dəyanətim, Poladdandır mətanətim. Sönməz odum-hərarətim, Mən hürriyyət şairiyəm.
Qazaxlıyam, Vətən canım, Damarımdan axan qanım. İlqarımı necə danım, Vətən, millət şairiyəm!
Şeirin sonuncu misrası İlham Qazaxlının Vətən sevgisini ifadə edir. Və onun şeirlərində Vətənə – Azərbaycana məhəbbəti tükənməzdir. Məsələn, “Vətən” şeirində hər bəndin sonu bu misralarla bitir:… “Sinəm- də odumdu Vətən”, “Müqəddəs andımdı Vətən”, “Qo- lum-qanadımdı Vətən”, “Qürurum, adımdı Vətən”, “Kamım, muradımdı Vətən”. Deyərsiniz ki, bu ifadələr başqa şairlərin şeirlərində dönə-dönə işlənib. Olsun! Bu ifadələr bir də işlənərsə, təbiidir. İlham həmin şeirdə bir bənddə yazır:
Bu da Vətənə məhəbbətin daha önəmli ifadəsi. Çünki Vətən həm də tarixdir və bu tarixdə nalə də, fəryad da yox deyil. 20 Yanvar faciəsi də, Xocalı soyqırımı da, azadlıq və müstəqillik uğrunda mübarizələrdə tökülən qanlar da, Vətən uğrunda şəhid olan oğullarımız da bizim tariximizdir. İlham Qazaxlı Vətənin ən ağır günlərində şair olmağın, Vətəni necə sevməyin, vətənpərvərliyin mənasını dərk etdiyi üçün yazır ki:
Azad düşüncəsi, fikri yoxdusa, Məddahlıq etməyə meyli çoxdusa, Doğrunu yazmaqdan əgər qorxdusa, O şair cəsarət şairi deyil.
Yazırsa bülbüldən, çəməndən, güldən, Yazmırsa yaralı Vətəndən, eldən, O şair həqiqət şairi deyil.
“Qaldırın başları, ay ziyalılar” şeiri isə şairin öz həmvətənlərinə – ziyalılara çağırışı kimi səslənir. Deyir ki, pafosla “Ana Vətən” nidasını səsləndirmək hələ Vətəni sevmək deyildir, Vətəni sevmək böyük Məmməd Araz demişkən – Vətən daşı olmaq deməkdir. İlham Qazaxlının “Xalqım” rədifli qoşması onun Vətən, xalq sevgisini ifadə edən ən yaxşı şeirlərindən biridir.
Üçrəngli bayrağa sevgi bəslədi, Bir an ümidini Haqdan kəsmədi, Gəsur oğulları hərbə səslədi, Xain yağılara yenmədi xalqım.
Obası talandı, yuvası yandı, Torpağı al rəngli qana boyandı. Düşmən qabağında dağ tək dayandı, Odlara qalandı, sönmədi xalqım.
İkinci Qarabağ müharibəsi ilə bağlı şeirlər də belə pafosla yazılıb. “Göstər hünərini, igid əsgərim”, “Qisas almasaq əgər” şeiri çağırış ruhundadır. İlham Qazaxlı yaşadığımız mühitdə baş verən nöqsanlara, ayrı-ayrı insanların bəd əməllərinə qarşı da dözümsüzdür. “Ey nadan, özünü salma dillərə” şeirində o, şeirə, qəzələ qiymət verməyən, sözü ucuz tutan nadanlara qarşı etiraz səsini ucaldır. “Get-gedə məhv olur milli dəyərlər”də isə daha önəmli məsələlərə toxunur. O, avropaçılığa kor-koranə sitayiş edənləri tənqid atəşinə tutur:
Əcdadlar demədi Avropalaşaq, Öz soy-kökümüzdən biz uzaqlaşaq, Neyçün yad dillərdə yazaq danışaq, Get-gedə məhv olur milli dəyərlər.
Ataya-anaya azalır diqqət, Qoyulmur böyüyə-kiçiyə hörmət, Kənar təsirlərə uyur cəmiyyət, Get-gedə məhv olur milli dəyərlər.
İlham Qazaxlı müxtəlif mövzuda şeirlər yazmışdır. Özü də bu şeirlərin əksəriyyəti qoşmadır, gəraylıdır, heca şeirləridir. Bu da ənənədən, Səməd Vurğuna, Osman Sarıvəlliyə, Hüseyn Arifə olan böyük poeziya sevgisindən irəli gəlir. Ancaq o, nədən yazırsa-yazsın, öz ürəyinin səsinə qulaq asır, çalışır ki, səmimi olsun. Sevinc hisslərini paylaşanda da, nigarançılığını, nədənsə narazılığını, ya nəyəsə etirazını ifadə edəndə də səmimidir. Onun fikrincə, hər bir insan həyatda həmişə istəyinə, arzu və ümidlərinin baş tutacağı zirvəyə yüksəlmək istər, amma qarşıda o qədər çətinliklər, sarsıntılar var ki…
Hər gün işdən əzgin dönürəm evə, Günləri birtəhər vururam başa. Zəmanə bənzəyir təpəgöz divə, Girirəm dövranla hər gün savaşa.
Amma bu dünyada, yaşadığımız mühitdə insanı qanadlandıran elə hisslər, duyğular var ki, onlar “təpə- göz divə” də qalib gəlməyə qadirdir. O hissin, o duyğu- nun adı məhəbbətdir. Vətənə məhəbbət, yaxşı insanlara məhəbbət, ata-anaya məhəbbət və ən əsası iki sevən insanın qarşılıqlı məhəbbəti. Sonuncusunun üzərində dayanaq. İlham Qazaxlı hələ məhəbbətin payız fəslinə daxil olmayıb, hələ bahar fəslinin məhəbbətindən söz açır. Hissləri təbiidir, yaşanılan, ürəkdə kök salan məhəbbəti bəyan edir. Ümumiyyətlə, məhəbbətdə yalan danışmaq olmaz.
Ətirli çiçək tək təzədir, tərdir, Nəşəsi, sevinci dünya qədərdir. Sevgisiz yaşanan ömür hədərdir, Vüsala açılan qoldu sevgimiz.
Onun sevgi şeirlərində vüsal da, hicran da, məhəbbət əzabı da və bundan doğan üzüntülər də öz əksini tapır, bunlar təbiidir. Amma “Məni bu həyata sevgi bağladı” şeiri onun bu mövzuda yazdığı bütün şeirləri üçün başlanğıcdır, mənbədir, yəni demək istəyir ki, sevgi-məhəbbət ali hissdir, insanın ürəyində sevgi olmasa, onun yaşamağı heçdir, hədərdir.
İlhamam, borcluyam qələmə, sözə, Sevgiylə görmüşəm neçə möcüzə. A dostlar, açıram sirrimi sizə, Məni bu həyata sevgi bağladı. Arzu edirəm ki, bu sevgi – bu həyat sevgisi, Vətənə, insanlara, dünyaya və gözəllərə, gözəlliklərə olan sevgisi heç vaxt tükənməsin İlham Qazaxlının…
Vaqif YUSİFLİ ədəbi tənqidçi, filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Ədəbi tənqid şöbəsinin müdiri.
İlham Qazaxlının “Zəfər sevinci” kitabında sözlər sözlərlə, misralar misralarla, seirlər də şeirlərlə vəhdət təşkil edib. Bu da, təbii ki, İlham Qazaxlının kəndi vəhdətidir, öz yanaşmasıdır. Məsələn, İlham Qazaxlı kitabla vəhdət yaratmasaydı bu bəndi yazmazdı:
Kitab oxumaqdan uzaq olan kəs,
Hikmət dəryasına baş vura bilməz.
Kitab bir Günəşdir, tükənməz nuru,
Onda əsk olubdur həyat düsturu.
Həyat düsturu demişkən, elə bütün həyat düsturları münasibətlərin və yanaşmaların riyazi ifadəsidir. Əslində, poeziya da riyaziyyatdır. Hisslərimizin düsturunu yazırıq və şeir alınır. İlham Qazaxlı bütün bunları yaxşı bilir, hiss edir, yaşayır. Belə olmasaydı şeirlərində bu qədər səmimi ulğaşıq, yəni iç-içəlik yarada bilməzdi. Bunu yarada bildiyinə görə də canlı və cansız varlıqlarla vəhdət halına girə bilir.
Çağlayan şəlalə, coşan dənizdir,
Özülü möhkəmdir, ruhu təmizdir,
Bizi səadətə aparan izdir,
Könül qovuşduran yoldu sevgimiz.
Dəryadır, ümmandır, arzudur, kamdır,
Sevən könlümüzü isidən şamdır,
Dodaqda şirinlik, ağızda tamdır,
Şəkərdi, noğuldu, baldı sevgimiz.
Bu iki bəndin möhtəşəmliyinə baxın, elə bil ki, zərgər qızıl üzərində işləyir. Bəlkə də kimsə bu bəndlərin sirrini aça bilməz, hikmətini çözə bilməz, amma mən bu bəndləri belə təhlil edirəm ki, sanki bu bəndlər qızıl üzüklərdir, sözlər qızıl dənəcikləri, İlham Qazaxlı da zərgər. İlk bəndin ilk misrasında pak sevgi suya bənzədilir və sonra çağlayan şəlalənin suları coşqun dənizlə vəhdət yaradır, vəhdət halında olduğu üçün özülü möhkəm, ruhu təmiz olur, üçüncü misrada isə vəhdətdən səadət doğur. Gəldik əsas məsələyə, ilk bəndin dördüncü misrasında könüllər qovuşur. Bura diqqət etmək lazımdır, şəlalə yola bənzəyir, səadətə gedən izə oxşayır, həmin yol və iz könülləri qovuşdurur, yəni vəhdət təşkil edir. İkinci bənddə də eyni ilə ilk bənd kimi zərgər dəqiqliyi var. Mən bu bənddə söz və söz birləşmələrini sadalayacam, siz onlar arasındakı vəhdəti görəcəksiniz. Dərya, ümman, arzu, kam, sevən ürək, isidən şam, dodaqda şirinlik, ağızda tam, şəkər, noğul, bal və sevgi.
İlham Qazaxlının yuxarıdakı bəndləri də elədir. İdeyalar, sözlər qızıl dənəcikləri kimidir, zərgər onları elə calayır, yəni vəhdət halına gətirir ki, qızıl üzük, yəni ziynət əşyası yaranır.
İlhamam, borcluyam qələmə, sözə,
Sevgidə görmüşəm neçə möcüzə,
A dostlar, açıram sirrimi sizə,
Məni bu həyata sevgi bağladı.
İlham Qazaxlının seirlərini oxuduqca oxumaq istəyirsən. Sevgidən yazırsa vəhdət yaradır, vətəndən yazırsa vəhdət yaradır, dağdan, daşdan, quşdan, hər nədən yazırsa vəhdət yaradır. O, bilir ki, sevgisiz vəhdət olmur. Ona görə də deyir ki, məni bu həyata sevgi bağladı.
“Zəfər sevinci” kitabını demək olar ki, tam oxumuşam. Kitabda nəinki sözlər, şeirlər, hətta səhifələr də, vərəqlər də vəhdət halındadır. 300 səhifəlik bu kitab “Elm və təhsil” nəşriyyatında çap edilib. Kitabın redaktoru dəyərli şairimiz Balayar Sadiqdir. Dəyərli ziyalılarımız Vaqif Yusifli və Əli Rza Xələflinin şeirlər haqqında rəyləri də sevgi, hörmət və diqqət vəhdətidir deyə bilərik.
Sonda isə İlham Qazaxlının, yəni “Zəfər sevinci”nin poetik vəhdət müəllifinin öz obrazı haqqında bir neçə fikir bildirmək istəyirəm. İstər şair ol, istər alim, istərsə də mühəndis, bənna, həkim, birinci növbədə insan olmalısan. Gözəl ürəyin olmalıdır. Bu mənada İlham Qazaxlı həm yaxşı insan, həm yaxşı vətəndaş, həm də yaxşı şairdir, qələm adamıdır.
Bu yaxında İlham Qazaxlının 50 illik yubiley tədbirində iştirak etdim. Məclisə girəndə abu-hava diqqətimi cəlb etdi. Çünki tədbirdə ölkənin ən müxtəlif yerlərindən, müxtəlif təbəqələrdən, müxtəlif insanlar var idi. Demək olar ki, hər gün tədbirlərdəyik. Kimin tədbirinə gedirsənsə, onun öz ətrafındakı eyni təbəqəni görürsən. Həm də bir insanın kimliyini bilmək üçün onun ətrafındakı insanları görməyin kifayət edir.
Yazının sonunda Qazaxlı İlhamın vəhdət şeirləri məni ilhamlandırdı:
İLHAM QAZAXLI ÜMUMBƏŞƏRİ ŞAİRDİR Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, yenidən sizlərlə görüşmək nəsibimiz oldu. Qəzənfər, sözündən təzə söz doğur, Şərdən yalan doğur, haqdan düz doğur. Hər yerdə analar oğlan, qız doğur, Qazaxda analar şair doğurlar! Qəzənfər Məsimoğlundan gətirdiyim bu gözəl misralarla söhbətimizə giriş vermək istəyirəm. Bəli, Əliağa Şıxlinskini, Səməd Vurğunu dünyaya bəxş edən şıxlılar, şahsevənlər, ustaclılar, aşıqlılar yurdu Qazax elində müasirimiz olan İlham Qazaxlı kimi daha bir mükəmməl şəxsiyyət, ümumbəşəri şair, “haqq aşığı” doğulub, boya-başa çatmışdır. Azərbaycanın ali təhsil ocaqlarından birində dəqiq elmlər üzrə təhsil alsa da insanlığa sözlə xidmət etməyi qarşısına məqsəd qoymuş və hal-hazırda bu vəzifənin öhdəsindən layiqincə gəlməkdədir. Bu məsələyə bir neçə yazımda və yeri gəldikcə müxtəlif tədbirlədə baş tutan söhbətlərimdə toxunmuşam. Burada da Vahid Əzizin adını çəkməklə bir daha xatırlatmaq istəyirəm ki, dəqiq elmlər sahəsində təhsil almış şəxslərin ədəbi fəaliyyəti həmişə orijinallığı ilə seçilir. İlham Qazaxlı da belə xüsusi istedad sahiblərindən biridir. Qələmlə və ya qələmsiz yazmasından asılı olmayaraq istənilən məsələyə ədalətli və obyektiv mövqeyi ilə seçilən dəyərli söz adamı Rəşad Məcidin şairin 50 illik yubileyi ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” adlı zalında keçirilən tədbir zamanı dediyi: “İlham Qazaxlı şəxsiyyəti və yaradıcılığı bir-birini tamamlayan şairdir…” – fikri üzərindən söhbətimi davam etdirərək bildirmək istəyirəm ki, doğulduğu aydan tutmuş, böyüyüb boya-başa çatdığı elə qədər həyatındakı bütün mövcud amillər məhz bu cür bitkin, kamil şəxsiyyət, cəmiyyət üçün faydalı insan yetişdirməli idi. Böyük əminliklə vurğulamaq istəyirəm ki, İlham Qazaxlının başqa yolu olmayıb. İlham Qazaxlı, ya da İlham Qazaxlı! O istənilən bir sahədə məşğul olsaydı eyni uğuru yenə təkrarlayacaqdı. Şair haqqında belə ümumi sözlərlə qısa məlumat verdikdən sonra onun real həyat və fəaliyyəti haqqında kiçik bir arayış təqdim etməyə ehtiyac duydum. QISA ARAYIŞ: İlham Qazaxlı 13 may 1973-cü ildə Qazax rayonun Dağ Kəsəmən kəndində anadan olub. İlk təhsilini doğma kəndində aldıqdan sonra 1995-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və İnformatika fakültəsini bitirib. Şeirləri müxtəlif mətbu orqanlarda müntəzəm olaraq dərc olunur. AYB və AJB üzvü olan şairin ədəbi yaradıcılıq fəaliyyəti “Qızıl Qələm” və “Ziyadar” kimi nüfuzlu mükafatlarla qiymətləndirilib. Əlinə qələm aldığı ilk günlərdən etibarən bu günədək fasiləsiz və stabil fəaliyyət göstərən İlham Qazaxlı 50 illik yubileyi ərəfəsində “Zəfər sevinci” adlı növbəti kitabı ilə oxucularını sevindirib. Söhbətimizin bu yerində Qəzənfər Məsimoğlunun – “Hər yerdə analar oğlan, qız doğur, Qazaxda analar şair doğurlar!” – misralarını təkrarən misal gətirərək qeyd etmək istəyirəm ki, Qazax kimi sazın, sözün xüsusi çəkisi, qədir-qiyməti olan eldə mən şairəm demək, hələ üstəlik “Qazaxlı” təxəllüsü götürmək özü bir şücaət, böyük məsuliyyət deməkdir. Mənim üçün ümumbəşəri şair olan İlham Qazaxlı bəlkə də yaradıcılığının ilk illərində “Qazax” adına söykənərək, – “dünyaya mən də varam, mən şairlər yurdu Qazaxdanam” – demək istəyirdisə, artıq çoxdan öz sözü ilə doğma Qazağını dünyaya tanıdır.
Şeirlərinin birində (İlham Qazaxlı. “Zəfər sevinci”. Bakı, “Elm və təhsil”, 2023, 304 səh. s.191.) : Dayansın hücumu şərin bəşərə, Kökündən yamanlıq, pislik laxlasın! Çəkməsin insanı iblis məhşərə, Zalımın zülmündən Allah saxlasın! – deyən şair sözün əsl mənasında böyük amallar uğrunda çarpışdığını bir daha gözlər önünə sərir. Düz 50 il əvvəl Qazağın bəlkə də insanlar üçün ucqar, Ulu Tanrıya isə bir basamak daha yaxın olan Dağ Kəsəmən kəndində pərvəriş tapmış bir fidanın bu gün filizlənərək “min budaq” olması, dünyaya sözünü çatdırması, bir elin hüdudlarını aşaraq, cahana ününü yetirməsi, ümumbəşəri ideyalar carçısına çevrilməsi təqdirəlayiq haldır.
Yaxud başqa bir şeirdə (İlham Qazaxlı. “Zəfər sevinci”. Bakı, “Elm və təhsil”, 2023, 304 səh. s.107.) : Suriya! Ey, köksü yanan məmləkət! Çəkilmir üstündən bir an fəlakət. Hər doğan sabahın qaranlıq saçır, Müqəddəs amallar səndən gen qaçır. … Bu misralar qeyri-ixtiyari böyük Səməd Vurğunun “Zəncinin arzuları” əsərini yadıma saldı. Özü param-parça olmuş bir məmləkətin sakini olan , bütün gəncliyini Qarbağ kimi dərd-bəla ilə mücadiləyə həsr etmiş şairin ümumbəşəri mövqeyi məhz belə olmalıdır. Bu qəbildən olan misalları sadalamaqla yazını daha da uzatmaq olardı. Ancaq “arifə bir işarə bəs eylər” misalına istinad edərək, sizi yormaq istəmirəm. Sonda onu qeyd etmək istəyirəm ki, mənsub olduğu ədəbi nəslin nümayəndələri arasında İlham Qazaxlı bütün məziyyətləri ilə seçilən qələm adamıdır. O sözün əsl mənasında bütün xırdalıqları fövqündə dayanan haqq aşığı (sazı olmasa da), ümumbəşəri şairdir. Bütün uğurlarından dolayı onu təbrik edir, yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayıram. Uğurlarınız bol olsun, İlham Qazaxlı! Yolunuz açıq olsun… Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkürümü bildirir, Uca Yaradandan hamınıza uzun ömür, cansağlığı, ailə səadəti arzu edirəm. Yeni-yeni görüşlərədək. Var olasınız. Uğurlarınız bol olsun. 03.06.2023. Bakı.

QAZAXDA ANALAR ŞAİR DOĞURLAR Pöhrələr cücərib torpaq altından Ətrini aləmə yayır, doğurlar. Bülbüllər öz doğma balalarının Ömrünü güllərə qıyır, doğurlar. * * * Demirəm malınla, pulunla yarı, Dünyada qalacaq dünyanın varı. Qəhrəman yaranan qəhrəmanları, Lazımsız alaqlar çayır doğurlar. * * * Qəzənfər, sözündən təzə söz doğur, Şərdən yalan doğur, haqdan düz doğur. Hər yerdə analar oğlan, qız doğur, Qazaxda analar şair doğurlar!
Əziz dostum İlham Qazaxlının 50 yaşını təbrik edirəm!
“Dünya bir pəncərədi, hər gələn baxıb gedir”.Yaradıcı insanlar, adi insanlardan fərqli olaraq özlərindən sonra nəysə qoyub getməyə çalışırlar.Dünyaya, insanlara yanaşmaqları da başqa olur. Yaradıcı in-sanlar deyəndə – ixtiraçı alimlər,heykəltaraşlar, rəssamlar, bəstəkarlar (musiqiçilər), şairlər və s. nəzərdə tutulur.
Şairlər həmişə dünyanın dərdlərini öz dərdləri hesab edirlər. N.Gəncəvi,Ə.Nəvai, Höte və başqa klassiklərin yazdıqları əsərlərdən bunu görürük.
O insan xoşbəxtdir ki, onun əməli, yaradıcılığı ilə şəxsiyyəti vəhdət təşkil edir.Belə şairlərdən biri də çağdaş poeziyamızın istedadlı qələm sahibi İlham Qazaxlıdı.Onun yazdığı şeirləri oxu-duqca dövrümüzün mənzərəsi (siyasi, iqtisadi, təbiəti…)göz önünə gəlir.O, öz oxucusuna özünün deyil, onu narahat edən dünyanın dərdindən danışır.Zəmanənin eybəcərliklərini çəkinmədən qələmə alır.Milli adət – ənənəmizin get – gedə unudulması, siradan çıxması onu narahat edir.Bunu ”Milli dəyərlər” şeirində görürük.
Gözümüz önündə yadlaşır adət,
“Yabançı” adətə “milli” deyirlər.
Yurda ayaq açır yad mədəniyyət,
Get – gedə məhv olur milli dəyərlər.
Milli ənənəmiz – ən böyük sərvət,
Mənəvi dəyərlər – əvəzsiz nemət.
Unurqan olmuşuq o üzdən əlbət,
Get – gedə məhv olur milli dəyərlər…
İ.Qazaxlı gözlərini dünyaya açandan söz – saz məclislərində olub, milli adət – ənənələrimizlə böyüyüb.
Hər birimizin mənəvi müəllimi,ustadımız A.Şaiq demişdi:
“Vətəni sevməyən insan olmaz,
Olsa da, o şəxsdə vicdan olmaz”.
İlhamın da vətənə, torpağa olan sevgisi şeirlərində öz əksini ta-pıb.Vətənin bir parçası olan Qarabağı 30 il erməni işğalçıları əsarət-də saxlaması, hamı kimi onun da rahatlığını əlindən almışdı.
Qucağında göz açdığım,
Məskənim, yurdumdu Vətən.
Gözlərimdə həyat eşqi,
Sinəmdə odumdu Vətən!
Saf eşqim, saf məhəbbətim,
Ülviyyətim, səadətim.
Məfkurəm, ülvi niyyətim,
Müqəddəs andımdı Vətən! … – deyir.
Vətən uğrunda şəhid olanlara həsr etdiyi şeirində can yanğısı ilə yazır:
Gələcək nəsillərə örnəkdi şücaətin,
Məzarda rahat uyu, qalibsən sən igidim.
Yaddaşlarda əbədi qalacaq rəşadətin,
Baş əyirəm ruhuna, ey qəhrəman şəhidim!
Vətənin gecə – gündüz keşiyində duran əsgərlərimizdi, ordu-muzdu.Ordumuza, əsgərlərimizə dayaq duran türk əsgərlərinin şərəfinə yazdığı “Türk əsgəri” şeirində oxuyuruq:
Tarixdən gəlir səsin,
Alov saçır ad nəfəsin.
Titrədirsən yer kürəsin,
Ey, qəhrəman türk əsgəri!
Al bayraqdan güc alırsan,
Hünərinlə ucalırsan.
Xainlərdən öc alırsan,
Ey, qəhrəman türk əsgəri!…
Bütün şairlərdə olduğu kimi İ.Qazaxlı da dünyaya müraciət edir.Onun da dünyadan öz istəyi var.O, da gileylənir bu gedişat-dan.Bəlkə də bu oxucuların da ürəklərindən keçən hissilərdi.
İçi iblis doludu,
Qanlar içdi, canlar uddu.
Görəndə ki, dünya budu,
Dedim, dünya qorxuludu.
Döndüm sağa, döndüm sola,
Şeytan iblislə qol – qola.
Baxdım, çətin abad ola,
Gördüm, dünya qorxuludu…
Şair, dünyada baş verən bütün hadisələrə öz münasibətini yaz-dığı şeirlərlə bildirir.İranda soydaşlarımıza qarşı fars şovinizminin qəddarlığını, imperiyaların kiçik dövlətlərə qarşı haqsızlığını qələmə almaqla bu hadisələrə biganə olmadığını göstərir…
Yəni şairin silahı qələmidi.İlham da haqsızlığa qarşı qələmi ilə döyüşür.”Qələm də bir silahdı” şeirində dediyi kimi:
Haray salaq aləmə,
Susmağımız günahdı!
Sarılaq biz qələmə,
Qələm də bir silahdı!…
İlham, özü demişkən, “Mən məhəbbət şairiyəm”.Onun “İlham Pərisi” nin tez – tez coşan vaxtı var.Onu ilhamlandıran vətəndi, və-tənin füsunkar təbiətidi, vətəninin dünyada tayı – bərabəri olmayan gözəlləridi.Onun poetik duyğuları hamını özünə cəlb etməyi bacarır. ”Sevgimiz” şeirinə baxaq:
Ətirli çiçək tək təzədi, tərdi,
Nəşəsi, sevinci dünya qədərdi.
Sevgisiz yaşanan ömür hədərdi,
Vüsala açılan qoldu, sevgimiz!
Çağlayan şəlalə, coşan dənizdi,
Özülü möhkəmdi, ruhu təmizdi.
Bizi səadətə aparan izdi,
Könül qovuşduran yoldu, sevgimiz!…
“Ağlama” şeirində yazır:
İllər ötdü,yollar qar – sazaq oldu,
Ayrı düşdük, baxışlar uzaq oldu.
“Həsrət” sözü aramızda dağ oldu,
Bəsdi daha, sil gözünü, ağlama,
Göz yaşınla ürəyimi dağlama!…
Sonda deyir: – Ağlamaqla çarə varmı bu işə?
Qəmlənməyi sən çevirmə vərdişə.
Qazaxlını həsrət qoyma gülüşə,
Bəsdi daha, sil gözünü, ağlama,
Göz yaşınla ürəyimi dağlama!
Onu zəhmətlə böyüdən atasına(Allah rəhmət eləsin), anasına hədsiz məhəbbəti var.Onlardan aldığı tərbiyə sayəsində onun qəlbi safdı, təmizdi.Hamı ilə səmimidi.Ona görə də gözəl ailə başçısıdı. Övladlarına həm atadı, həm də onların dostudu.Elə dostlarına, tanış-larına qarşı da səmimi və sadədi…
İlham Qazaxlı haqqında çox yazmaq olar.Ən əsası odur ki, 50 ili şərəflə yaşayıb.Eldə, dostlar arasında hörmət qazanıb.İlham, sənə can sağlığı, uzun ömür, yaradıcılıq uğurları arzulayıram! Sonun İlhamın bu sözləri ilə bitirirəm:
19 may 2023-cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair İlham Qazaxlının 50 illik yubileyi və “ZƏFƏR SEVİNCİ” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Rəşad Məcid, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisit Zaur Ustac və digər tanınmış qələm adamları iştirak ediblər. Fotolar:
“Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac “Zəfər sevinci”nin işıq üzü görməsi və 50 illik yubileyi münasibəti ilə şair İlham Qazaxlıya “İsa Muğanna” diplomunu tədim edərkən. (19.05.2023. Bakı şəhəri. Azərbaycan Yazıçılar Birliyi. Natavan klubu.)
İlham Qazaxlı məclis iştirakçılarına təşəkkürlərini belə çatdırıb: – “Dəyərli dostlar, 19 may 2023-cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda 50 illik yubileyimin və “ZƏFƏR SEVİNCİ” adlı şeirlər kitabımın təqdimatının keçirilməsində yaratdıqları şəraitə görə birliyin sədri Anar müəllim başda olmaqla birliyin bütün əməkdaşlarına, tədbirdə iştirak edən qələm dostlarıma, əziz oxucularıma, məni təbrik edənlərə, tədbirimə üzürlü səbəbdən gələ bilməyib, xoş arzu-diləklərini, xeyir dualarını çatdıran, sevincimə şərik olub mənimlə sevincimi bölüşən dostlarıma, tədbiri işıqlandıran Mədəniyyət TV kanalının rəhbərliyinə və bir sözlə poeziya sevənlərin hər birinə öz sonsuz təşəkkürümü və sayğımı bildirirəm!
Hörmətli və əziz poeziya sevənlər, sizi 19.05.2023 tarixdə saat 14:00 da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Nətavan klubunda şair İlham Qazaxlının 50 illik yubileyi və “ZƏFƏR SEVİNCİ” – adlı kitabının təqdimatı ilə bağlı keçiriləcək tədbirə və kitabının imza gününə dəvət edirik!
Ünvan: AZ1000, Səbail rayonu, Xaqani küçəsi 53. “Sahil” metro stansiyasının çıxışına yaxın.
OĞLUM. (Oğlum Elşadın timsalında bütün balalara) Həyat bir ümmandır, üzəsən gərək, Hünərdir həyatın mənası oğlum! Hər çətin sınağa dözəsən gərək, Səbrdir dərdlərin dəvası, oğlum !.
Uca əməllərdən bir qala tik sən, Qəlblərə yaxşılıq toxumu ək sən, Qoy, hamı söyləsin afərin,əhsən, Alqışdır dillərin duası, oğlum!
Olana şükr elə, aza qane ol, Qənaətcil ol ki, ruzin olsun bol, Düşün, hara gedir qarşındakı yol, Yanlış addımın var xətası, oğlum!
Üstün tut savadı, kamalı ,ağ(ı)lı, Elmiylə yüksələr bil, insan oğlu, Vətəni candan sev, ol elə bağlı, Vətəndir igidin qalası oğlum.!
Dediyim sözləri həkk et yaddaşa, Bəxtin, tale oxun dəyməsin daşa, Arzumdur çatasan doxsan-yüz yaşa, Gənclikdir hər ömrün səfası , oğlum! Müəllif: İlham QAZAXLI