
Milli Kitabxanada “Professor İlham Rəhimli” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub
Azərbaycan teatrşünas-tənqidçi, jurnalist, Azərbaycanın əməkdar incəsənət xadimi professor İlham Rəhimli 1949-cu il sentyabrın 8-də Yevlax rayonunun Malbinəsi kəndində doğulub.
Professor İlham Rəhimli səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın məqalənin müəllifidir. Müxtəlif sənətkarlara həsr olunan, onların ömür və yaradıcılıq yollarını əks etdirən, müxtəlif Azərbaycan teatrlarının tarixi haqda yüzdən çox sanballı əsərlərin müəllifidir.
Onun “Sənət vurğunu”, “Səyavuş Aslan”, “Aktyora oxşamayan adam”, “Kəsişən paralellər”, “Barat Şəkinskaya”, “Səhnə sehrinin sirdaşı”, “Yaşadan əbədi Yaşar” və digər əsərləri xüsusi əhəmiyyətə malikdir.
Milli Kitabxanada Azərbaycan teatrının yorulmaz tədqiqatçısı, teatrşünas, publisist, Əməkdar incəsənət xadimi İlham Rəhimlinin 75 illik yubileyi ilə əlaqədar “Professor İlham Rəhimli” adlı geniş kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə müəllifi olduğu əsərlər, tərcümələri, rəyçi, tərtibçi, ön söz və redaktə etdiyi kitablar, həyat və yaradıcılığı haqqında yazılmış Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Mənbə və Ətraflı:
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru