Etiket arxivi: İSMAYIL MƏRCANLI İMANZADƏ

Mingəçevirdə “Palira” Ədəbi Klubu üzvlərinin növbəti toplantısı baş tutub

VAHİD QAFARLNIN YAZILARI

ƏRƏN OĞULLARIN DÖYÜŞ HÜNƏRİNDƏN BƏHS EDƏN   

                              YENİ SÖZ SOVQATI

     Ağdamın Mərzili kəndində doğulan, doğma ata eli işğal olunandan sonra məcburi köçkün kimi Mingəçevirdə müvəqqəti olaraq məskunlaşan şair-publisist Məmməd Mərzili ötüb keçən illər ərzində xeyli sayda nəşr olunan kitabları ilə oxucular arasında imzasını tanıtmağa nail olub. Ana vətənimizə, uşaqlıq və gənclik illərində gəzib dolaşdığı Ağdama, cənnət timsallı Qarabağa qırılmaz tellərlə bağli olan vətənpərvər yazar oxuculara nəcib hisslər aşılamağı özünə borc bilib.

 Bununla yanaşı, AYB-nin Mingəçevir bölməsində  öz fəallığı, təşkilatçılıq bacarığı və məhsuldar yaradıcılığı fərqlənib. Yazar dostumuzun nəşr etdirdiyi kitabları arasında illər boyu düşmən tapdağı altda qalan doğma torpaqlarımızı  azad etmək naminə canlarından keçən şəhidlərimizə yönəlik sevgisi həmişə ön planda olub, Şəhidlik mövzusunda qələmə aldığı bir neçə kirabı da elə bu istəyin ən bariz nümunələridir…

 İllərdən bəri AYB Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən və adətən hər ayın sonuncu bazar günündə yazarları bir araya gətirən “Palira” Ədəbi Klubu üzvlərinin bu dəfəki toplantısı onun ötən ilin sonlarında işıq üzü görən “845” adlı kitabının təqdimatı ilə başlayıb.

   Tədbiri giriş sözüylə açan bölmə rəhbəri İsmayıl İmanzadə kitabın I Qarabağ Müharibəsində sözün əsl mənasında təkcə cəsur döyüşçü kimi deyil, həm də Ağdam bölgəsində şərid Eldar Bağırov adına 845-ci batalyonun yenilməz komandiri kimi tanınan, ölümündən sonra Milli Qəhrəman adına layiq görülən Allahverdi Bağırovun və onun döyüşçü dostlarından bəhs etdiyini diqqətə çatdırdı. Və cəmi şəhidlərimizə Allahdan rəhmər diləməklə, çıxışının aşağıdakı misralarla sonucladı:

Yurdunu ürəkdən sevənlər ölmür,

Əbədi yaşayır xatirələrdə…

     Şəhər Əmək Veteranları Şurasının sədr müavini Rizvan Mikayıllı kitabı yüksək dəyərləndirməklə yanaşı, şəxsən tanıdığı və dəfələrlə cəbhə bölgəsində görüşdüyü ərən eloğlusu Allahverdi Bağırovla, onun komandiri olduğu batalyonda Ağdamdan və müxtəlif bölgələrdən olan igid döyüşçülərlə ilgili  xatirələrini dilə gətirdi.

 Şair, ehtiyatda olan polis mayoru Bəhman Gülövşəli də I Qarabağ Müharibəsinin getdiyi vaxtlarda 5 ay ərzındə Ağdamda işlədiyini, Allahverdi Bağırovu, onun rəhbərlik etdiyi 845 nömrəli batalyonun bir çox döyüşçülərini yaxından tanıdığını vurğuladı.

Mingəçevir Dövlət Universitetinin dosenti, tədqiqatçı-publisist Mehman Rəsulov şəhidlik mövzusunda yazılan əsərlərin, o cümlədən Məmməd Mərzilinin “845” adlı kitabının gənc nəslə vətənpərvərlik hissi aşılamaq baxımından böyük önəm kəsb etdiyini deyib, müəllifə yaradıcılıq uğurları arzuladı.

Tədbirə qatılanlardan Namiq Zaman, Bəsti Bərdəli, Rəşid Rəsulov və başqaları da kitab müəllifinin yaradıcılıq üslubundan, fəallığından və yurd sevgisindən söz açdılar. Müəllifin etibarlı faktlara və reallığı əks etdirən arxiv materallarına, o cümlədən, 1988-1992-ciilərdəki qanlı-qadalı döyüşlərdən sağ çıxan keçmiş döyüşçülərin xatirələrinə istinad etdiyin, bu baxımdan kitabın dövrki hərb tariximizi zənginləşdirdiyini dönə-dönə vurğuladılar…  

    Tədbirin ikinci bölümündə İsmayıl İmanzadə bildirdi ki,  Mingəçevir şəhər İcra Hakimiyyətinin dəstəyi və AYB Mingəçevir bölməsinin xəttiylə yanvarın sonu, aprel ayının birinci ongünlüyü ərzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş iki nominasya üzrə müsabiqə keçiriləcəkdir. Sonra o,  bu önəmli müsabiqənin müddəti, şərtləri və münsiflər heyətinin tərkibi barədə müfəssəl məlumat verərək, qaliblərə mükafatların aprelin ikinci ongünlüyünün sonlarında küçirilməsi nəzərdə tutulan poeziya gücəsində təqdim ediləcəyini qeyd elədi…

  Tədbirin sonrakı məqamlarında AYB Mingəçevir bölməsində təmsil olunan yazarlardan Bəsti Bərdəli, Ağabala Salahlı, Namiq Zaman, Bəhman Gülövşəli, Mahir Musa və İsmayıl Mərcanlı  vətən-yurd sevgisindən, ülvi məhəbbətdən, ana təbiətin gözəlliklərindən və günümüzün reallıqlarından bəhs edən şeirlərini söyləməklə, məclisə əlvan söz çalarları bəxş etdilər.

          


Vahid QAFARLI,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

VAHİD QAFARLNIN YAZILARI

HƏMÇİNİN:>>>> “RUHUMUZUN YAZ HAVASI”

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ
 HƏMÇİNİN:>> “RUHUMUZUN YAZ HAVASI”
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

 MİNGƏÇEVİRDƏ XURŞİDBANU  NATƏVANIN  RUHUNU ŞAD ETDİLƏR

CABİR QƏDİMOVUN YAZILARI

                     MİNGƏÇEVİRDƏ XURŞİDBANU  NATƏVANIN

                                      RUHUNU ŞAD ETDİLƏR

   Mingəçevir şəhərində XIX əsrdə Azərbaycan ədəbiyyatına misilsiz söz inciləri bəxş etmiş Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr edilən yubiley gecəsi keçirilmişdir. Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə AYB-nin Mingəçevir bölməsinin düzənlədiyi tədbirin aparıcısı, bölmənin sədri İsmayıl İmanzadə yubiley məclisində iştirak edən ictimaiyyət nümayəndələrini, yerli yazarları, ziyalıları, Mingəçevir Dövlət Universitetinin təmsilçilərini salamlamış və aşagıdakı misralarla xeyir-dualarıını  dilə gətirmişdir:

Özgə bir aləmdir Araz də, Kür də,

Heç vaxt ələ düşməz bu çağlar bir də.

Soyuq qış günündə Mingəçevirdə,

Odun-közün işığına gəlmişik.

Natəvanı ürəklərdə yaşadan –

Arzularda, diləklərdə yaşadan,

Şeirin-sözün işığına gəlmişik…

  Tədbirin sonrakı anlarında AYB-nin üzvü, Prezident təqaüdçüsü, tanınmış şair Elşən Əzim “Xurşidbanu Natəvanın həyat və yaradıcılığı”, şəhər Əmək və Müharibə Veteranları Şurasının sədr müavini, ədəbiyyat sevdalısı Rizvan Mikayıllı “Şairənin nəsil səcərəsi və övladları”, şəhər Bələdiyyəsini şöbə müdiri, yazıçı-publisist Zahid Qasımlı “Qarabağ xanlığının sonuncu varisi X.Natəvanın qəzəllərinin təsir gücü” və hüquqşünas-şair, “Söz süfrəsi” ədəbi məclisinin rəhbəri Bəhman Gülövşəli “Şuşa ədəbi aləminin formalaşmasında Natəvanın aparıcı rolu və xeyrəçilik missiyası” mövzusunda çıxışlar etmişlər.

  Şəhərdə məlahətli səsləriylə el şənliklınə təravət bəxş eləyən müğənnilər,-Üzeyir Hacıbəyli adəna musiqi məktəbinin müəllimi Zülfiyyə Ələsgərli, Natiq Kəlbəcərli və MDU-nun I kurs tələbəsi Səma Zeynallı ifa etdikləri muğam və xalq mahnıları ilə məclisə unudulmaz anlar bəxş etmişlər.

   Dekabr ayının 22-də AYB-nin Natəvan klubunda Mingəçevir bölməsinin nəşr etdirdiyi “Ruhumuzun yaz havası” almanaxının təqdimatı zamanı “Zaur Ustac-Yazarlar” ədəbi qrumunun “İsa Muğanna” diplomları AYB üzvləri  Elşən Əzim və Zümrüd Rəhimovaya, “Mustafa Müseiboğlu” diplomu isə AYB üzvü şair Məhyəddin Məhərrəmoğluna təqdim edilmişdir.

   AYB Mingəçevir bölməsinin xəttiylə ötən ayın sonlarında keçirilən “Xurşidbanu Natəvanın qəzəllərinin ən yaxşı qiraətçisi” müsabiqəsinin qalibi, Yevlax rayonundakı Gülövşə kənd orta məktəbinin şagirdi Xədicə Səfərli şairənin bir qəzəlini əzbərdən söyləmişdir.

   Sonra yerli şairlərdən Ələkbər Sönməz, Bəsti Bərdəli, Namiq Zaman, Məhyəddin Məhərrəmoğlu öz şeirlərini, şair-publisist Məmməd Mərzili isə Natəvana həsr etdiyi şeirini oxumuşdar.

     Tədbirin aparıcısı XX əsr Azərbaycan ədəbiyyatını görkəmli simalarından olan Məmməd Rahimin “Natəvan” poemasından, İlyas Əfəndiyevin eyniadlı pyesindən, şairənin həyat və yaradıcılığından bəhs edən sənədli filimlərdən söhbət açanda, şəhər Veteranlar Şurasının sədri Tahir Məmmədov söz alaraq Səməd Vurğunun illər öncəsi Xurşidbanu Natəvana həsr etdiyi bir şeiri əzbərdən söyləmişdir.

    Sonda 44 günlük II Qarabağ Müharibəsində “Dəmir yumruq”la tarixi düşmənlərimizi diz çökdürüb xalqımıza qələbə sevinci bəxş edən ərən oğullarımızın musiqi-mədəniyyət beşiyi Şuşada büstü gülləboran edilən, Ağdamın “İmarət” qəbristanındakı gor evi dağıdılan xan qızı Natəvanın da ruhunu şad etdiklərini dilə gətirərək, şəhidlərimizə Ulu Tanrıdan rəhmət, qazilərimizə isə cansağlığı diləmişdir.

   Saat yarım ərzində hamıya unudulmaz anlar bəxş etməklə, foto-şəkillərdə iz salıb, video-çəkilişin yaddaşında yer alan yubiley məclisi Xurşidbanu Natəvana yönəlik ehtiram nümunəsi kimi hamını məmnun etdi.

Müəllif: CABİR QƏDİMOV,

“Bənövşə” ədəbi dərgisinin bədii redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

CABİR QƏDİMOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“RUHUMUZUN YAZ HAVASI” HAMIYA XOŞ ANLAR BƏXŞ ETDİ

İSMAYIL MƏRCANLI İMANZADƏ DANIŞIR

“RUHUMUZUN YAZ HAVASI” HAMIYA XOŞ ANLAR BƏXŞ ETDİ

AYB Mingəçevir bölməsinin iyun ayında “Gənclik” nəşriyyatının qrifti ilə çap etdirdiyi “Ruhumuzun yaz havası almanaxı”nın AYB-nin Natəvan klubunda düzənlənən təqdimat mərasiminibəlkə də əyalətdə yaşayan söz adamlarının ədəbi hesabatı kimi də dəyərləndirmək olar. Mingəçevirli yazarların bir qismi ilə yanaşı paytaxt Bakıda yazıb-yaradan alim və yazıçı-şairlərin də qatıldıqları tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq İlqar Fəhmi paytaxtda deyil, bölgələrdə yaşayıb-yaradan şair və nasirlərin yaratdığı ədəbi nümunələrin təbliği, gənc müəlliflərin üzə çıxması sahəsində uğurlu iş olduğunu qeyd edərək, bu baxımdan AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadənin böyük zəhmət sahibi olduğunu vurğulamaqla, çıxışının sonunda hamıya uğurlar arzuladı..
   Görkəmli ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru Vaqif Yusifli isə dedi: “Mingəçevir haqında düşünəndə Mikayıl Müşfiqin Mingəçevirə həsr etdiyi poeması və Səməd Vurğunun “Muğan” poeması yadıma düşür. Bu gün təqdim olunan və bölgədə yaşayan müəlliflərin poeziya, nəsr və publisistika nümunələrindən ibarət “Ruhumuzun yaz havası” almanaxı ölkəmizdə işıq şəhəri kimi tanınan Mingəçevirdə ədəbi mühitin qaynarlığından xəbər verir. Yeni almanax ayrı-ayrı illərdə dərc edilən “Aranın söz sovqatı”, “Uzaqdan gələn səs” və “Bir ocağın şöləsiyik” toplularından sonra sayca dördüncüdür və burada 31 söz adamının yaradıcılığından nümunələr verilib. Bu gün bizə unudulmaz anlar bəxş etməyə qadir olan “Ruhumuzun yaz havası” isə payızda açan son çiçəklər kimi hamımıza bahar təravəti gətirəcəyini əminlik hissiylə qeyd eləyə bilərəm!”
  Təqdimat mərasiminin aparıcısı, “Kredo” qəzetinin baş redaktoru, görkəmli şair-publisist Əlirza Xələfli, almanaxda yazıları yer alan mingəçevirli yazarları təbrik edəndən sonra, Əməkdar jurnalist,şair, filologiya üzrə fəlsəfə doktoru Adil Cəmil Mingəçevir ədəbi mühitinin son illərdə formalaşması, gənc ədəbi qüvvələrin istiqamətləndirilməsi və onların ədəbi mühitə çıxmasında bölmənin rəhbəri, şair İsmayıl İmanzadənin xüsusi rolundan danışdı. Tanınmış şair-publisist “Yazarlar.az” ədəbi dərgisinin və eyni adlı jurnalın təsisçisi və baş redaktoru, halal zəhməti və işgüzarlığı ilə çoxlarının ehtiramını qazanan Zaur Ustac isə mingəçevirli qələm dostlarına uğurlar arzulamaqla, onların hər birinin diplomla təltif edildiyini bildirərək, “Ruhumuzun yaz havası” almanaxında şeir, hekayə və elmi-tədqiqat xarakterli əsərləri dərc edilən bir necə qələm sahibinə mükafatları təqdim etdi.
    Təqdimat mərasiminə könül xoşluğu ilə gəldiyini vurğulayan ehtiyatda olan polis polkovniki, tarix elmləri namizədi, istedadlı şair Əjdər Yunus Rza ədəbiyyat aləminə bir vaxtlar Cəbrayılda fəaliyyət göstərən “Ümid” Ədəbi Klubunun rəhbəri İsmayıl İmanzadənin xeyir-duasıyla gəldiyini vurğulayaraq, təqdimat mərasimində yenicə çapdan çıxan gənc şair Seymur Sönməzin “Mənim şəhadətim məhəbbətimdir” adlı şeirlər kitabı haqqında da dəyərli fikirlər söylədi.Tanınmış yazıçı-publisist Hacı Əlisahib Əroğulun yazarlara yönəlik xeyir-dualarından sonra,  bu il AYB-yə üzv qəbul olunanlardamşair-esseist Gülnarə Acalova, bir sıra maraqlı uşaq hekayələrinin müəllifiİlahə Qəhrəman, tanınmış şair Valeh Heydər, şair İldırım Əlişoğlu,uzun illərdən bəri imzaları oxuculara tanış olan şair Namiq Zaman və hüquqşünas şair, ”Söz süfrəsi” ədəbi məclisinin rəhbəri Bəhman Gülövşəli çıxış edərək sevinclərini həmkarları ilə bölüşdülər.Mərhum şair Murad Xasmədovun oğlu Elşən Xasməmmədov və bu ilin əvvəllərində dünyasını dəyişən tanınmış şair Fəxrəddin Əzizin Bakıda yaşayan qardaşı oğlu Sahib Əzizov əzizlərinə yönəlik ehtiram hissinə görə bölmə rəhbərinə və mərasimə qatılanlara minnətdarlıqlarını bildirdilər. “Azad qələm” jurnalının baş redaktoru, Prezident mükafatçısı, şairə Nəcibə İlkin gənc şair Seymur Sönməzin “Mənim şəhadətim məhəbbətimdir” şeirlər kitabının nəşrə hazırlanmasında çəkdiyi zəhmətə görə müəllifə sidqi-ürəklə halallıq verdiyini vurğulayaraq, ona və almanaxda yazıları dərc olunan keçmiş həmyerlilərinə uğurlar dilədi.
Paytaxtda yaşayıb yaradan tanınmış söz sahiblərindən Rafiq Mirzə, Malik Əhmədoğlu, Ziyadxan Budaq, Qəzənfər Mənsimoğlu, Elmira Aslanxanlı, yazıçı-publisist Məhərrəm Şəmkirli, Asif Ata ocağının layiqli davamçısı İşıqlı
Atalı, Alim Aslanoğlu, mingəçevirli yazarlara ürəkdən xeyir-dualar verən Əfşan Yusifqızı və AYB Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən “Mingəçevir qönçələri” ədəbi məclisinin üzvü Gülnarə Dünya da səmimi çıxışları ilə tədbirə əlvan söz çalarları qatdılar.
    Cəbrayıl rayonunun işğalından sonra müvəqqəti olaraq Bakıda yaşamağa məcbur olan şərəfli həyat yolu keçmiş ziyalılar-Arif Məhidov və Vidadi Hümbətov tədbirə qatıldıqlarından çox məmnun olduqlarını, görkəmli şair-publisist həmyerliləri, AYB Mingəçefir bölməsinin sədri İsmayıl İmanzadənin bir vaxtlar Cəbrayılda olduğu kimi, Mingəçevirdəki ədəbi aləmdə də aparıcı rola sahib olduğunu fəxarət hissiylə qeyd etdilər. Əslən Cəbrayıl rayonunun Maralyan kəndindən olan İqrar Həsənova söz veriləndə məlum oldu ki onun böyük oğlu Malik Həsənov boks üzrə respublika yığma komandasınınüzvüdür və bu yaxınlarad Ruminiyada keçirilən beynəlxalq yarışda birinci yeri tutaraq çempion kimi ölkəmizə qayıdıb. Tədbir iştirakçıları Maliki alqışlayaraq ona növbəti yarışlarda da uğurlar dilədilər. Sonda İsmayıl İmanzadə: “Son 22 il ərzində Natəvan Klubunda bir sıra önəmli tədbirlərdə iştirak etmişəm, ancaq bölmənin xəttiylə keçirilən 11 tədbirin təşkilatçılarından biri olsam da, burada heç vaxt şeir oxumamışam. Bölmə rəhbəri “Qoyun çıxıb gedim gəldiyim yerə” adlı şeirini oxuyandan sonra, tədbirin keçirilməsinə verdikləri dəstəyə görə AYB rəhbərliyinə,  məclisi peşəkar sənətkarlara məxsus  bir tərzdə idarə edən şair-publisist Əlirza Xələfliyə və təqdimat mərasiminə qatılmaqla böyük savab sahibi olan yaradıcı dostlarına və həmyerlilərinə bir daha minnətdarlığını bildirdi. Tədbirin ayrı-ayrı məqamlarında çəkilən foto-şəkillər isə unudulmaz xatirələrin qəlblərdə illər boyu yaşamasına dəstəkçi oldu… Fotolar:

İSMAYIL MƏRCANLI İMANZADYƏ “ZİYADAR” MÜKAFATI TƏQDİM OLUNUR



Vahid QAFARLI,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Qeyd:

Təqdimat 22 noyabr 2022-ci il, saat 14:00 dan 17:00 – dək Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında keçirilib.

VAHİD QAFARLNIN YAZILARI

HƏMÇİNİN:>>>> “RUHUMUZUN YAZ HAVASI”

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ
HƏMÇİNİN:>> “RUHUMUZUN YAZ HAVASI”
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BİR QRUP YAZAR TƏLTİF OLUNUB

MUSTAFA MÜSEYİBOĞLU DİPLOMU

MİNGƏÇEVİRLİ YAZARLAR TƏLTİF OLUNDU

“Yazarlar” jurnalı və “Ustac.az” saytı tərəfindən həyata keçirilən “Mustafa Müseyiboğlu – 70” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin tərtib etdiyi “Ömrümüzün yaz havası” toplusunda yer almış bir qurup yazar “Mustafa Müseyiboğlu” diplomu ilə təltif olunmuşdur. Diplomlar sabah yəni, 20 noyabr 2022-ci il tarixində saat 14:00 -da AYB-nin “Natəvan” zalında təqdimat mərasimində təqdim olunacaq. Bütün laureatları təbrik edir, gələcək yaradıcılq fəaliyyətlərində uğurlar arzulayırıq. Uğurlarınız bol olsun!

TƏLTİF OLUNANLARIN SİYAHISI:

Ağabala Salahlı     N 002 – 20.11.2022 – Bakı.

Araz Süleymanov  N 003 – 20.11.2022 – Bakı.

Ayşən Rəhim         N 004 – 20.11.2022 – Bakı.   

Bəhman Gülövşəli N 005 – 20.11.2022 – Bakı.

Eyyub Rəşidov      N 006 – 20.11.2022 – Bakı.

Əhməd Süleymanov N 007 – 20.11.2022 – Bakı.

Gülnarə Acalova    N 008 – 20.11.2022 – Bakı.

İsmayıl Yusifli       N 009 – 20.11.2022 – Bakı.

Kəmalə Əyyubqızı N 010 – 20.11.2022 – Bakı.

Qüdrət Məmmədov N 011 – 20.11.2022 – Bakı.

Laçın Eyvazov        N 012 – 20.11.2022 – Bakı.

Mahir Musa            N 013 – 20.11.2022 – Bakı.

Məhyəddin Məhərrəmoğlu  N 014 – 20.11.2022 – Bakı.

Məmməd Mərzili    N 015 – 20.11.2022 – Bakı.

Namiq Zaman         N 016 – 20.11.2022 – Bakı.

Rafiq Ələkbər         N 017 – 20.11.2022 – Bakı.

Rəşid Rəsulov        N 018 – 20.11.2022 – Bakı.

Seymur Sönməz     N 019 – 20.11.2022 – Bakı.

Şahin Adıgözəlov  N 020 – 20.11.2022 – Bakı.

Ülviyyə Məmmədli N 021 – 20.11.2022 – Bakı.

Valeh Heydər        N 022 – 20.11.2022 – Bakı.

Vahid Xəyali         N 0 23– 20.11.2022 – Bakı.


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YENİ KİTAB – 22 noyab 2022-ci il saat 14:00-da AYB-də təqdimat var.

İSMAYIL MƏRCANLI İMANZADƏ

             AYB-nin Mingəçevir bölməsi yeni toplu nəşr edib. Kitabın təqdimatı 22 noyabr 2022-ci ildə saat 14:00-da Bakı şəhərində yazıçılar birliynin “Natəvan” zalında baş tutacaq.

KİTAB HAQQINDA MƏLUMAT:

Bizdən sonra yaşayacaq qalan söz… (ön söz əvəzi)  – İsmayıl İmanzadə  

GƏLİMLİ-GEDİMLİ DÜNYA…

Qənbər Şəmşiroğlu

Fəxrəddin Əziz

Murad Xasməmmədov

KÖNLÜM ŞEİR İSTƏYİR

İsmayıl İmanzadə                                                           

Ağabala Salahlı

Araz Süleymanov

Ayşən Rəhim

Bəhman Gülövşəli

Eyyub Rəşidov

Əhməd Süleymanov

Gülnarə Acalova

İsmayıl Yusifli

Kəmalə Əyyubqızı

Qüdrət Məmmədov

Laçın Eyvazov

Mahir Musa

Məhyəddin Məhərrəmoğlu

Məmməd Mərzili

Namiq Zaman

Rafiq Ələkbər

Rəşid Rəsulov

Seymur Sönməz

Şahin Adıgözəlov

Ülviyyə Məmmədli

Valeh Heydər

Vahid Xəyali

ALIN YAZISININ  KÖZƏRTİLƏRİ

Elşən Əzim

İlahə Qəhrəman

Mehman Rəsulov

Rəna Abdullayeva

Zümrüd Rəhimova

                           QEYDLƏR:

1.Kitabın (Almanaxın adı) – “RUHUMUZUN YAZ  HAVASI”

2. Bakı. “Gənclik” nəşriyyatı. 2022. 236 Səhifə

3. Kitabın ilk “Gəlimli-gedimli..” bölümündə son illərdə dünyasını dəyişən üç şairimizin şeirləri yer alıb.

4. “Könlüm şeir istəyir” (II) bölümündə 23 nəfər şairin şeirləri dərc edilmişdir.

5. “Alın yazısının közərtiləri” (III) bölümündə isə 4 yazarımızın hekayələri və bir alim-şairin ədəbi-elmi  mahiyyətli 2 yazısı yer almışdır.

6. Kitab 200 nüsxə ilə nəşr olunmuşdur.

7. Kitabın redaktoru şair Elşən Əzim, üz qabığının dizayneri Bəxtiyar Qədimovdur.

Daha ətraflı məlumat əldə etmək, kitabla yaxından tanış olmaq üçün bütün ədəbiyyatsevərləri təqdimata dəvət edirik. Giriş sərbəst.


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Gülnarə Acalova (“Nar Çiçəyi”) bu günlərdə AYB-nə fəxri üzv qəbul olnub

NAR ÇİÇƏYİNİN YAZILARI

TƏBRİK EDİRİK, GÜLNARƏ XANIM

Uzun illərdən bəri qürbət eldə,-Rusiyanın Belqorod şəhərində yaşasa da dünyaya göz açdığı Borçalı mahalına və ana vətənimiz Azərbaycana qəlbən qırılmaz tellərlə bağlı olan Gülnarə Acalova (“Nar Çiçəyi”) bu günlərdə Azərbaycan Yazıçılar Birliyinə fəxri üzv qəbul olunmuşdur. Azərbaycan və rus dillərində yazdığı şeir və esseləri ilə tanınan Gülnarə xanımın son illərdə “Ədalət”, “525-ci qəzet”, “Kredo”, “Mingəçevir” qəzetlərində, “Xəzan”, “Azad qələm” ədəbi dərgilərində, bir sıra elektron portallarda, AYB Mingəçevir bölməsinin bu il iyun ayının əvvələrində çapdan çıxan “Ruhumuzun yaz havası” almanaxında dərc olunan əsərləri insanlara unudulmaz anlar bəxş etməklə, nəcib hisslər aşılamaq gücündədir.

Son üç ildən bəri AYB Mingəçevir bölməsinin tədbirlərinə onlayn şəkildə qatılan Gülnarə Acalovanın imzası mingəçevirli oxuculara da yaxşı tanışdır.

Uzaq qürbət eldə soydaşlarımızın təmsil olunduqları icmada fəallığı ilə də seçilən xanım həmkarımızı Mingəçevirli yazarlar adından təbrik edir, ona ailə-övlad xoşbəxtliyi, könül xoşluğu, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

06.08.2022

 İsmayıl İMANZADƏ

   Azərbaycan Yazıçılar Birliyi Mingəçevir Bölməsinin sədri, şair-publisist.

İSMAYIL İMANZADƏNİN YAZILARI

NAR ÇİÇƏYİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QIRĞIZSTANDAN GƏLƏN XOŞ SORAQ

İBADULLA ƏSƏDOV

QIRĞIZSTANDAN GƏLƏN XOŞ SORAQ

    Cəmisi bir həftə qabaq “Facebook”da dostluq təklifini qəbul elədiyim Əsədov İlham İbadulla oğlu heç demə mənə doğma olan keçmiş iş yoldaşım, mərhum İbadulla Əsədovun oğlu imiş. Əslən Füzuli rayonunun Bala Bəhmənli kəndindən olan İlham müəllim özünün dediyinə görə sovetlər dönəmində əsgəri xidmətini başa vurandan sonra Bişkekdə məskən salıb. Qırğızstanda çox məşhur hərbi jurnalist- foto müxbirdir. Ömür-gün yoldaşı doğulduğu kənddən olub və altı il qabaq vəfat edib. (Allah rəhmət eləsin!) Fəridə, Fatimə adında 2 qız övladı və Fərid adlı oğlu var. Fəridlə Fəridə ali təhsilli halal sənət sahibləri, Fatimə isə hələ məktəblidir.

  İlham müəllimin atası İbadulla müəllim sağlığında Füzuli rayonunun sayılıb-seçilən ziyalılarından biri kimi böyük nüfuz qazanıb. İxtisasca ədəbiyat müəllimi idi. Uzun illər boyu dərs hissə müdiri, məktəb direktoru vəzifələrində çalışıb. (Mən institutu bitirib təyinatla Bala Bəhmənli kəndində müəllim işlədiyim illərdə rayonun Babı kəndindən olan Zakir xanlarovdan sonra məktəbə rəhbərlik edib. 1922-ci ildə doğulub, 1993-cü ildə rəhmətə gedən bu müdrik insan, doxsanıncı illərin əvvəllərindən Bala Bəhmənli kənd orta məktəbində fəaliyyət göstərən muzeyin təşəbbüskarı və yaradıcısı olub. Aşağıda onun 1980-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən çap olunan ilk şeirlər kitabım haqda yazdığı məqalə də muzeydəki eksponatlar arasındadır. İlham müəllimin mənə göndərdiyi və 42 il qabaq yazılan bu məqalədən indiyə qədər xəbərsiz olmuşam. Sonda məqalə müəllifinə Allahdan rəhmət diləməklə, Qırğızstanda yaşasa da, ana vətənimizə, doğma el-obasına qırılmaz tellərlə bağlı olan soydaşımıza bu yazını üzə çıxardığına görə təşəkkürümü bildirirəm.

                       İSMAYIL MƏRCANLI İMANZADƏ

   Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri

                               26.07.2022

                 ŞAİR-MÜƏLLİMİN İLK KİTABI

     İsmayıl İmanovCəbrayıllı olsa da, onun imzası Füzuli oxucularına da tanışdır. Çünki o, 1965-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunu bitirib, rayonumuzun Bala Bəhmənli kənd orta məktəbində 1970-ci ilə kimi müəllimlik etmişdir.

    İsmayıl müəllim 1965-ci ildən respublika mətbuatı və yerli mətbuatda ara-sıra öz şeirləri ilə çıxış edir. Doğrudur, o az yazır, ancaq səmimi yazır. Onu düşündürən, həyəcanlandıran məsələlərdən söhbət açır. “Gənclik” nəşriyyatı bu yaxınlarda İsmayıl İmanovun ilk kitabını-“Səni soraqlaram” adı ilə çap etmişdir.

   Vətən sevgisi, doğma yurdun tərənnümü, sevgi duyğuları müəllifin bu ilk kitabının əsas motivləridir. “Azərbaycan torpağıyam”,  “Ata ocağı”, “Salam çinar”, “El-obanı alqışladım” kimi şeirlərdə Vətən sevgisi, doğma yurda məhəbbət tərənnüm edilmişdir:

…Xəritədə bir nöqtəyə

bənzəsəm də,

Ürəklərdə gur nəğməyəm,

solmaz duyğu yarpağıyam,

Ölkə-ölkə, qitə-qitə

sözü gəzən

Azərbaycan torpağıyam…

  Şair göstərir ki, bəzi gənclər öz elindən, ata ocağından çıxıb başqa şəhərlərdə oxuyub boya-başa çatandan, sənət-peşə sahibi olandan sonra öz doğma yurdunu bəyənmir, ona arxa çevirir, onun yüksəlməsinə əlindən gələn köməyi əsirgəyir.

“Ata ocağı” şeirində isə şair lirik qəhrəmanının dili ilə belə adamlara yaxşı cavab verir:

Burda isindikcə eşqim dən tutub,

Burda sünbül-sünbül saçaqlamışam.

Doğma şəhərləri “atıb”, “unudub”

Ata ocağımı qucaqlamışam.

Bu yerdə gül açıb, ağac göyərib,-

Babamın ruhudur bitən, demişəm.

Burdakı torpağa, burdakı ota,

Burdakı çöpə də vətən demişəm…

      Məlumdur ki, müharibə mövzusunda çox şeir yazılıbdır. İsmayıl İmanuv da “Biz 45-də doğulmuşuq”, “Əsgər məzarları” şeirlərində bu mövzuya toxunmuş və ona yeni məna vermişdir. Şair göstərir ki, əsgər məzarları sadəcə məzar deyildir, onlar sülh, əmin-amanlıq olması üçün məzarları özünə səngər edib döyüşən əsgərlərdir:

Ümidlər, baxışlar yarı yuxulu,

Soraqlar yerini dəyişir hələ.

Əsgər məzarları barıt qoxulu,

Əsgər məzarları döyüşür hələ.

Bir vaxt sipər olub təpə, dağ üçün,

Odların içində diniblər onlar.

Bəlkə də dünyanı qorumaq üçün,

Məzar səngərlərə eniblər onlar…

   “İlk ünvanım”, “Əllərim”, Anamın əlləri”, “Çörək ətri”, “İş günüm” və s. şeirlərində əməyin tərənnümü əks etdirilmişdir.

     Müəllif şeirlərinin demək olar ki, qoşma formasında yazır və müvəffəq də olur. Onun “Gözəllik”, “Qızlar bəzəyidir toyxanaların”, “Səni soraqlaram”, “Qalar”, “Bilmirəm”, “Qurban olum” kimi lirik şeirləri buna misal ola bilər.

    Şair “Arazla görtüşəndə”, “Durnalar köç edir”, “İstisuda”, Bu axşam”, “Yaxşı saxla”, “Meşə notları” kimi şeirlərində təbiət gözəlliklərini ilhamla qələmə almışdır. O, şeirlərində yeni bənzətmələrdən istifadə etməklə öz fikirlərinin obrazlılığına çalışır:

“Burda meşə sal-sal daşı

Taxıb ağac şişə dedim.”

      (“İstisuda”)

“Budaq saçlarını üzünə töküb

Maral buynuzuyla daranır meşə,”

               (“Meşə notları”)

“Billur kəhriz

bir gözəlin yaddan çıxıb,

burda qalan güzgüsümü?!”

                (“Salam, çinar”)

 “Yağış damcıları notlara dönər,

Durna həsrətini çalar havada.”

        (“Durnalar köç edir”) 

     Gənc şairin şeirlərinin qüsurları da yox deyildir. Hər şeydən əvvəl onun mövzu məhdudluğunu göstərmək istərdik. Müəllif ən çox sevgi duyöuları və təbiəti tərənnüm edən şeirlərə meyl edir. O, qurub-yaradan əmək adamlarından, xariqələr göstərən adamlardan hələlik yazmır.  Bunu özü də hiss etdiyindən, “Öyrənəm gərək” şeirində etiraf edir:

“Bəlkə də hardasa yenə çaşmışam,

Yaxşı ki, hamar yol aramır ürək.

İndiki sahildən uzaqlaşmışam,

Dərində üzməyi öyrənəm gərək…”

Biz inanırıq ki,şair “dərində üzməyi öyrənəcək və öz oxucularını yeni kitabı ilə sevindirəcəkdir.

                                            İBADULLA ƏSƏDOV ,

                  Bala Bəmənli kənd orta məktəbinin ədəbiyyat müəllimi

                                                                    dekabr, 1980

İBADULLA ƏSƏDOVUN YAZILARI

İSMAYIL İMANZADƏNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VALEH HEYDƏRİN ŞEİRLƏRİ

VALEH HEYDƏR

              BİR ŞAİR QƏLBİNİN KÖZƏRTİLƏRİ…

    Çağdaş Azərbaycan ədəbiyyatında imzalar içində imzası ilə seçilən şair dostum, eloğlum Valeh Heydəri ötən əsrin səksəninci illərindən tanıyıram. O vaxtlar Valeh rayonumuzda rəhbərlik etdiyim “Ümid” Ədəbi Klubanda mənim diqqətimi çəkən istedadlı gənclərin sırasında özünəməxsus yazı üslubu ilə fərqlənməkdə idi. Valehin o vaxtlar mənim xeyir-dualarımla yerli və mərkəzi mətbuatda, rayonun işğalı ərəfəsində isə “Gənclik” nəşriyyatında çap etdirdiyimiz “Xudafərin nəğmələri” almanaxında şeirləri dərc edilmişdi. Cəbrayıl rayonu,-dünyaya göz açdığı Karxulu kəndi işğala məruz qalanda əvvəlcə Sabirabad rayonunda, dörd ildən sonra isə Bakının Bülbülə kəndinə üz tutub orada müvəqqəti olaraq məskunlaşmışdı.

   O, keçmiş Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət Universitetinin) məzunudur. Ən başlıcası isə paytaxta yaxın bir ərazidə məskunlaşmağı onun qarşısında geniş yaradıcılıq üfüqləri açdı və ədəbi aləmə tezliklə uyğunlaşmağı bacardı. Səsi-sorağı çeşidli ədəbi məclislərdən eşidilməyə, şeirləri mərkəzi qəzet-jurnallarda, müxtəlif adlar altında nəşr olunan almanaxlarda,-o cümlədən rəhbərlik etdiyim AYB Mingəçevir bölməsinin xəttiylə bu yaxınlarda çap olunan “Ruhumuzun yaz havası” almanaxında dərc olundu.  2009-cu ildə işıq üzü görən “Sonsuz təsəlli-sonlu ömür” adlı ilk şeirlər kitabının sevincini yaşadı. Ötən il isə, nəşr etdirdiyi “Hamı bunu bilməli” adlı təmsillər toplusu ilə ədəbi aləmə ötəri bir həvəsin təhriki ilə gəlmədiyini bir daha sərgilədi. Sözügedən bu kitabda yer alan təmsillər (Mənim şəxsi fikrimə görə bu əsərləri həm təmsil, həm də mənzum nağıllar adlandırmaq olar.) böyüklərdə dərin maraq doğurmaqla yanaşı, uşaqlara, yeniyetmə və gənclərə nəcib hisslər, yüksək əxlaqi keyfiyyətlər aşılamağa qadirdir.

 Ömrünün altmışıncı baharına doğru addımlayan, bir ay qabaq  Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunan şair dostum-istəkli eloğlumun bundan sonrakı vaxtlarda da yeni əsərləri ilə hamını məmnun edəcəyinə ürəkdən inanıram. Uğur olsun!

                        İSMAYIL MƏRCANLI İMANZADƏ

                                    AYB Mingəçevir bölməsinin sədri

                          VALEH HEYDƏRİN ŞEİRLƏRİ:

      AZAD OLDU ŞUŞAMIZ

Gözəl gündür, Allahım, azad oldu Şuşamız,

Sevinclərə qərq oldu hər yanda el-obamız.

Qucaq açdı xalqıma, o möhtəşəm qalamız,

Var ol, yaşa, ey ordum, səninlə qürur duydum!

Önümüzdə açıldı nurlu zəfər yolları,

Hər tərəfə uzandı yurdumuzun qolları.

Komandanım əmr etdi, məğlub edin onları!

Var ol, yaşa, ey ordum, səninlə qürur duydum!

Şəhidlərin məqamı ucadan-uca olsun,

Qazilərin ürəyi sonsuz fərəhlə dolsun!

Xankəndində bayrağım uca zirvədə dursun,

Var ol, yaşa, ey ordum, səninlə qürur duydum!

GÜLÜB SEVİNMƏYƏ LAYİQDİR BƏŞƏR

             (sonet)

Dərdimi, ey dostum, danışım sənə,

Ağrılı, acılı, sərt biçimdədir!

Söylə bu işlərin sirrini mənə,

De, niyə dünyamız qəm içindədir?

Aləmin yarısı qaranlıq gecə,

İblisin, şeytanın felinə düşüb.

Ümid işığına həsrətdir necə,

Zülm ilə qovrulub, əzabla bişib.

Haçan dayanacaq var hərisləri?

Ölkələr atəşə, oda bələnib!

Yoxsa lənətlənib sevgi hissləri,

Göydən başlarına qəzəb ələnib!

Yox olsun, deyirəm, yer üzündə şər,-

Gülüb sevinməyə layiqdir bəşər.

     TƏMSİLLƏR

XAİN ÇAQQAL

Meşədəki bir çaqqal

Çox xainlik edirdi,

Xeyir əməl xoşlamır,

Şər işləri sevirdi.

Şübhə etdi bir gün də,

Müdrik filin ağlına,

Səbirsizlik eyləyib,

Durub getdi yanına.

Dedi:- Ey fil, bu nədir

Hamı heyran zəkana,

Yoxsa ağıllı gəldin

De, əzəldən cahana?!

Düzün bilmək istəsən

Mənə xoş gəlmir səsin.

Nə də görğdüyün işdə

Dürüst olmaq həvəsin.

İstəyirəm mənimtək,

Ulayasan hər gecə.

Bu beş günlük dünyada

Nəyə gərək, düşüncə?!

Ən yaxşısı, əzizim,

Gəl mənimlə dostluq et.

Hər cür hiylə törədib

Sonra lap səcdəyə get…

Dinlədikcə müdrik fil

Bu axmağın sözünü,

Əvvəl bir az üzüldü

Lap itirdi özünü.

Sonra dedi:- Ey çaqqal,

Sən nələr danışırsan?!

Ulamaqdan bu qədər

De, necə zövq alırsan?!

Mən fil adın qazandım

Çox zəhmətlə, ağılla,

Öz yolumdan dönmərəm

Min hiyləgər yığıla.

Söz tapmayıb nəhayət

Çaqqal getdi oradan.

Gördü filə güc verir

Hər işində Yaradan.

Tədbirli ol, ey insan,

Pisdir xain xisləti,

Dərdə salar onları

Yaxşıların şöhrəti.

BÜLBÜL VƏ SIĞIRÇIN

Bülbül ilə sığırçın

Eyni bağda qalırdı.

Biri eşqlə oxuyur,

Digəri küy salırdı.

Bülbül vəsf elədikcə

İki mövcud cahanı,

Dedi:- Sözüm həqiqət,

Yox zərrəcə yalanı.

Onlar vəhdətdə mövcud,

Bağlıdır bir- birinə,

Allah yaxşı bələddir

Hər kəsin öz sirrinə…

Bunu duyan sığırçın

Dilləndi cır səs ilə,

Etirazın bildirib

Gəldi coşaraq dilə.

Dedi:-Təssüf edirəm,

Söylədiyin yalandı,

Bizlərə nə bu dünya,

Nə başqası qalandı.

Gəl, özünü aldadıb

Uyma bunca nağıla,

Fikirlərin sığışmır

Düşüncəyə, ağıla.

Bülbül gördü sığırçın

Saf duyğunu bitirib,

Yalanlara uyaraq

Həqiqəti itirib.

O anlamır nəğməkar

Nə həvəslə oxuyur,

Hər iki dünya ona

Necə cənnət qoxuyur.

Sən də çalış, ey insan,

Eşq ilə aç dəhanı,

Saf ruhunla seyrə çıx,

Kəşf elə bu cahanı.

Əsil kamil insanın

Haqqa bağlanar sözü,

Görər iki dünyanı

Onun bəsirət gözü.

BOŞ QAZAN VƏ ƏLƏK

İçi tamam boş qazan

Yersiz hay-küy salırdı,

Xoşlanırdı özündən

Guya çox şey qanırdı.

Bir gün isə söz atdı

Burda olan ələyə,

Lap mənasız yerə o

Başladı hey gülməyə.

Dedi:-Sənə baxıram

Çox köhnəlmiş diləksən.

Söylə belə halınla

Axı nəyə gərəksən?

Tamam itib batmısan

Zəmanənin içində,

Sənə yoxdur ehtiyac

Ta əvvəlki biçimdə.

Heç anlaya bilmirəm

İndi sənin işini,

Yoxsa ata bilmirsən

Ələmək vərdişini?

Heç vaxt belə etməzdim

Olsam sənin yerinə,

Tərk edərdim buranı

İş getməmiş dərinə.

Ələk dedi:-Ey qazan,

Nə lovğalıq edirsən,

Sən məndəki hikməti

Az da olsa bilirsən?..

Yalnız saf olan keçir

Mənim xırda gözümdən,

Pis, ələnib atılır

İncisə də, sözümdən.

Çox diqqətlə seçirəm

Zay olanı yaxşıdan,

Xəyanət də etmədim

Bu işimə bircə an.

Səsin ha gur gəlsə də,

İçin boşdur, bilirəm,

Qərəzlidir dediyin

Çox təəssüf edirəm.

Qazan gördü ələyin

Həqiqətdir sözləri,

Tez ayırır hər şeyi

Onun sərraf gözləri.

Bunu başa düşüncə

Tez ağzını qapadı,

O ələyin önündə

Deməyə söz tapmadı.

Sən də görsən, ey insan,

Hay-küy edən içi boş,

Bil ki belə kəslərin

Olur ağlı da naxoş…

TÜLKÜ VƏ DƏLƏ

Çox tamahkar bir tülkü

Hey oğurluq edirdi,

Hiyləgərlik xoşlayıb

Hər kələyi bilirdi.

Üz tutaraq bir gün o

Ağacdakı dələyə,

Dilin şirin etdi ki,

Salsın onu tələyə.

Dedi:-Ey gözəl dələ,

Bəlkə biz də dost olaq?

Tənha qalıb, nə üçün

Axı, saralıb solaq?

Baxıram ki, meşədə

Hər heyvanın dostu var,

Biz də versək əl- ələ

Bu lap gözəl iş olar.

Dələ onu dinləyib

Dedi:-Ey tülkü lələ,

Çox “ağıllı” fikirlər

Gətirirsən sən dilə.

Ancaq düz gəlmir axı,

Əməlinlə sozlərin,

Hiylə ilə doludur

Parıldayan gözlərin.

Mən ki yaxşı görürəm

Nə kələklər edirsən,

Hətta tutub quşların

Balasın da yeyirsən.

Günahın gəlmir saya,

Sən düşmənsən özünə,

Söylə necə inanım

Bəlağətli sözünə?

Düşündüyün qədər də,

Bil ki deyiləm qanmaz,

Özünə düşmən olan

Özgələri dost sanmaz.

Tülkü gördü doğrudan

Ağıllıdır bu dələ,

Qaçıb çıxdı aradan,

Çətin ki bir də gələ…

Sən də çalış, ey insan,

Dürüst olsun hər işin.

Yoxsa düşmənin olar,

Pis əməlin-vərdişin.

Heç vaxt dost ola bilməz

Hiylə ilə, sədaqət.

Biri töhmət gətirər,

O birisi məhəbbət.

MEYMUN DÜŞDÜ GÖZÜMDƏN

İşi düşüb dovşanın

Meymun adlı təlxəyə,

Ancaq elə bezib ki,

O qarğıyır fələyə.

Deyir:-Tapa bilmirəm

Axtarsam da mən onu,

Min cür sifətə düşür

Dəyişir hər gün donu.

Bu sözləri eşitcək

Atılıb-düşdü meymun,

Dedi:-Budur fərasət…

Özündən oldu məmnun.

Bitirirəm söhbəti,

Amma bilin düzünü,

İstəmirəm çox görək,

Bu təlxəyin üzünü.

Arif olan insanlar

Söz anlasın sözümdən,

Ağzını açan kimi

Meymun düşdü gözümdən…

      İKİ ÇUVAL

İki qonşu çuvalın

Halı görünmürdü xoş,

Biri tamam doluydu

Digərinin başı boş…

Yarımçığın içində

Var idi bir az darı,

Qaməti düz olanın

Sarı buğdaydı varı.

Boş çuvalın nədənsə

Hövsələsi daraldı,

Tənə etdi qonşuya

Həsəd ağlını aldı.

Dedi:-Əgər istəsəm

Səndən də şux duraram,

Qamətimi düz tutub

Hamını mat qoyaram.

Görürəm ki sən mənə

Təkəbbürlü baxırsan,

Heç xəbərin varmı ki,

Çox günaha batırsan?!

Dolu çuval dinləyib,

Xeyli pərişan oldu,

Haqsız sözlər duyunca

Qəlbi kədərlə doldu.

Dedi:-Nədən baxım ki,

Qonşuya pis göz ilə?

Niyə məni üzürsən

Kinayəli söz ilə?!

Mən istərəm sənin də

Qamətini düz görəm,

Qonşu kimi, şəninə

Xoş sözdən çələng hörəm.

Ancaq yarımçıq çuval

Yanlış yola əl atdı,

Lovğalandı o ki var

Özün yuxarı dartdı.

İstədi ki, düzəldə

O əyilmiş qamətin

Çətiinliyə düşüncə

Lap İtirdi taqətin.

Bir andaca bu çuval

İlmə-ilmə söküldü.

İçindəki darı da,

Hər tərəfə töküldü.

Bu hikmətdir, ey insan,

Boş çuval şux dayanmaz!

Yarımçıqlıq müəmma…

Ağıllı kəs yanılmaz!

ŞAM VƏ LAMPA

Şam işığın görüncə

Hisli lampa deyindi,

Dərdə-qəmə bataraq

Qara libas geyindi.

Dedi:-Çox mat qalmışam

Səndə olan işığa,

Şölələnib yanarkən

Bu qədər yaraşığa.

İstəyirəm sənintək

Mən də yanam şövq ilə,

Bunu görən bülbüllər

Coşub gəlsinlər dilə.

Dinlədikcə şam onu

Gördü dostu çaşıbdı,

Piltəsin də kir tutub

Əhvalı qarışıbdı.

Dedi:-Söylə, ey lampa,

Xoş deyilmi varlığım?

Yoxsa sıxır qəlbini

Baxdıqca yaraşığım?

Olmaq üçün belə sən

Gərək candan yanasan,

Şam olmağın həyatda

Fəlsəfəsin qanasan.

Görürsənmi üzümdən

Yaş sel olub tökülür,

Bir sabahın eşqiylə

Bağrım yanıb sökülür!

Tələsirəm həvəslə

İşıq olam, nur olam,

Könülləri fəth edib

Sevən qəlblərə dolam.

Hisli lampa dinləyib

Gördü şam olmaq çətin,

Əriyərək yanmağın

O anladı hikmətin.

Arif olan insanlar

Bunu bilsin düz gərək,

Hələ şam olmaq deyil,

Lampatək tüstülənmək…

LOVĞA CIRCIRAMA

Cırcırama bir səhər

İp dolayıb sal daşa,

Dedi:-Bunu dartacam

Dağ üstünə, lap başa.

Qoy, danışsın həsədlə

Böcəklər də sözümü,

Diqqət çəkib, bu yolla

Tanıdacam özümü.

Seyr etdikcə kənardan

Hirslənəcək hörümçək,

Kəpənəklər baxaraq

Hünərimi görəcək.

Cingiltili səsimlə

Möhkəm hay-küy salacam,

Lovğalanıb o ki var

Bu işdən zövq alacam.

O, tez ipin bir ucun

Quyruğuna bağladı,

Dartdı üzü yuxarı

Cırıldayıb çağladı.

Ancaq döndü əzaba

Öz canında duyduğu,

Gövdəsindən qırıldı

Nazik zərif quyruğu.

Bu zaman eşitdi o

Tənə dolu səsləri,

Yol azanın həyatda

Ağır olur dərsləri.

Sən sadə ol, ey insan,

Lovğalığa alışma,

Gücün düşməyən daşı

Qaldırmağa çalışma.

        ƏYRİ DƏVƏ

Son zamanlar bir dəvə

Yaman tərslik edirdi,

Nifrət edib düzlüyə

Əyriliyi sevirdi.

Deyirdi:-Mənim belim

Əsil dərə-təpədir,

Dalğalı dəniz kimi

Tüküm ləpə-ləpədir.

Heyif deyil, əyrilik

Mənə çox kömək edir,

Sahibim də belimdə

Çox rahatca yol gedir.

O düz heyvan görəndə

Lağ etməyi sevirdi,

“Düz elə, düz də qalar”,

Nə xeyri var, deyirdi.

Ancaq bir gün düşdü o

Bir meymunun şərinə,

Çarə tapa bilmədi

Axtarsa da dərdinə.

Gördü artıq küsdürüb

Düz nə varsa özündən,

Çox ümidsiz qalaraq

Yaş axıtdı gözündən.

Dedi:-Əyrilik ilə

Öyünmüşəm çox nahaq,

Bu həyatda hər kəsə

Gərək olur bir gün haqq.

Daha etmir lovğalıq

Öymür əyri belin də,

Danışanda o hətta

Şirin edir, dilin də.

Bu dünyada, ey insan,

Əyriliklə öyünmə,

Həmdəm ol ki, düz ilə

Sonra peşman görünmə.

AĞACDƏLƏN BALASI

Ağacdələn böyüyüb

Düşdü iş həvəsinə,

Öz arzusun əvvəlcə

Bildirdi dədəsinə.

Dedi:-Mən də sənintək

Təbiblik öyrənəcəm,

Ağacları dələrək

Qurdlarını yeyəcəm.

Qoy, meşədə ağaclar

Hamısı sağlam olsun,

Mən onlara baxdıqca

Qəlbim fərəhlə dolsun.

Dədə bunu duyunca

Təriflədi balasın,

Nəsihət də verdi ki,

Qoy, həyatı “anlasın”.

Dedi:-Bala, gəl sənə

Öyrədim cib eşməyi,

Xəstənin var dövlətin

Soyub, əldə etməyi.

Könlün istəyən qurdu

Sonra alıb yeyərsən,

Nə zəhmətə qatlaşar,

Nə əziyyət çəkərsən.

Ağacdələn balası

Bundan gəldi həvəsə,

Bir az işlədi, ancaq

Tez də düşdü qəfəsə.

Uğursuzluq gətirdi

Dinlədiyi nəsihət,

Gördü ona meşədə

Artıq qalmayıb hörmət.

Səndə düşün, ey təbib,

Halallıqla pul qazan!

Xəstələri aldadıb

Etmə cibini talan.

Əgər uyub nəfsinə

İnsafsızlıq eyləsən,

Ağacdələn timsalı

Lap qəfəsə düşərsən.

Təqdim edir: İsmayıl MƏRCANLI İMANZADƏ

   Azərbaycan Yazıçılar Birliyi Mingəçevir Bölməsinin sədri, şair-publisist.

İSMAYIL MƏRCANLI İMANZADƏNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏHYƏDDİN MƏHƏRRƏMOĞLU – 80

MƏHYƏDDİN MƏHƏRRƏMOĞLU – 80

                      SÖZÜN-SƏNƏTİN YUBİLEY SEVİNCİ

     May ayının ilk günündəcə səksən ilin dizlərini qatlayıb, qamətini gənclik çağlarında olduğu kimi şux salamağı bacaran tanınmış şair Məhyəddin Məhərrəmoğlu, istedadlı olduğu qədər də sadə-səmimi, nikbin əhval-ruhiyyəli söz adamıdır. Həftə sonu AYB Mingəçevir bölməsinin xəttiylə keçirilən 80 illik yubileyində də şair öz mənəvi dəyərlərinə sadiq qaldığını bir daha nümayiş etdirdi.

 Səksən il qabaq Kəlbəcər rayonunun Bağlıpəyə kəndində dünyaya  göz açan şairin ömür yolu enişli-yoxuşlu olsa da, bir çox “cizgiləri” ilə əlamətdardır. Hələ erkən yaşlarında Kəlbəcər ellərini gəzib dolaşan sazın-sözün sehrinə düşüb. Orta məktəbdə oxuduğu illərdə söz aləmində ilk addımlarını atıb. Ağdabanlı şair Qurbanı, Dədə Şəmşiri, Qəmkeş Allahverdini, Ənvər Rzanı, Məmməd Aslanı, Adil Cəmili… oba-oba, oymaq-oymaq tanıdan sənət sevgisi onun da könlünü əfsunlayıb. Gəncədəki Dövlət Pedaqoji İnstitutunun (İndiki ADPU) filologiya fakültəsində oxuduğu illərdə yazdığı şeirlərlə həm müəllimlərin, həm də tələbə dostlarının diqqətini cəlb edib. Ali təhsilini başa vurduqdan sonra əvvəlcə Kəlbəcərin Ağdaban kəndində dil-ədəbiyyat müəllimi, 1968-1978-ci illər aralığında Şorbulaq kənd orta məktəbin direktoru vəzifəsində çalışıb. İlk gənclik illərindən etibarən Kəlbəcərdə çap olunan qəzetin nəzdindəki  ədəbi məclisin ən fəal üzvlərindən biri, sonra da bir müddət onun rəhbəri olub…

 1993-cü ilin aprel ayında tarixi düşmənlərimiz Kəlbəcəri işğal edəndə, məcburi köçkün kimi Mingəçevirdə müvəqqəti olaraq məskunlaşıb və burada yenicə fəaliyyətə başlayan –saylı Kəlbəcər rayon köçkün orta məktəbinə uzun illər boyu rəhbərlik edib. İstər həmin dövrlərdə yerli və mərkəzi qəzetlərdə, istərsə də müstəqillik illərində “Azərbaycan”, “Ulduz”, Mingəçevir leysanı”, “Bənövşə” jurnallarında, “Azərbaycan müəllimi”, “Mədəniyyət”, “Ədəbiyyat qəzeti”, “Ədalət”, “525-ci qəzet”, “Zaman”, “Yeni avaz”, “Səhifələr”… qəzetlərində və AYB-nin Mingəçevir bölməsinin xəttiylə nəşr ediən ədəbi almanaxlarda işıq üzü görən şeirləri oxucular tərəfindən maraqla qarşılanıb.

   2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinə  üzv olan şairin indiyə qədər “Ağlı-qaralı dünya”, “Dünya həmin dünyadır”, “Mürgülüyən qönçələr”, “Bir gecənin yuxusu” adlı şeir kitabları nəşr olunub. Ulu ata yurdu Kəlbəcərin düşmən tapdağı altında qaldığı illərdə şeirlərinin bir qismi düşmənə yönəlik nifrət hissiylə yoğrulsa da, əzəli torpaqlarımızın gec-tez azad ediləcəyinə ümidini heç vaxt itirməyib.  Elə onun yubiley məclisində də bu əlamətlər ayrı-ayrı şəxslərin dilində dönə-dönə vurğulandı.

MƏHYƏDDİN MƏHƏRRƏMOĞLU – 80

Qələm dostlarının, şəhər ictimaiyyəti nümayəndələri və həmyerlilərinin qatıldığı tədbiri AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə giriş sözüylə açaraq, yubiliyarın yaradıcılıq yollarını bir daha göz önündə canlandırdı.  Bölmə tərəfindən səmərəli ədəbi fəaliyyəti və 80 illik yubileyi münasibətiylə təltif edidiyi diplomu ona təqdim etdi. Şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Rizvan Mikayıllı, “Ziyalı” jurnalının əməkdaşı Ənvər Durucalı, Mingəçevir Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru Mehman Rəsulov, gənc şairə Ayşən Rəsul, şairin qələm dostlarından Eyyub Cabbaroğlu, Bəhman Gülövşəli, Namiq Zaman, Rəşid Rəsulov, Ağabala Salahlı və başqaları çıxışlarında yubiliyarın yurd sevgisini, şəhid ucalığını, II Qarabağ Müharibəsinin xalqımıza bəxş etdiyi Zəfər sevincini, ülvi məhəbbət duyğuların və ana təbiətin gözəlliklərini əks etdirən ədəbi yaradıcılığına istinad edərək, ayrı-ayrı məqamlarda onun şeirlərindən nümunələr də söylədilər. Kəlbəcərli Aşıq Hikmət Həsənov yubiliyar şairin bir neçə şeirini saz havaları üstə ifası da hamını məmnun etdi. Məhyəddin müəllimin yaxın qohumu,-Mingəçevirin tanınmış ziyalılarından olan Vəli Quliyev şairə yönəlik diqqət və ehtiramı yüksək qiymətləndirərək, ürək sözlərini səmimi kəlmələrlə lfadə etdi.

    Yubiliyar şair Məhyəddin Məhərrəmoğlu isə yaradıcılığına yüksək dəyər verən məclis iştirakçılarına təşəkkürünü bildirdi və bir neçə yeni şeirini oxudu.

     Əzəli-əbədi yurd yerlərimiz düşmən tapdağından azad ediləndə: 

Ağacdan çox düşüb vədəsiz yarpaq, 

Şərəfdi Vətənin şəhidi olmaq. 

İgidin al qanı tökülən torpaq, 

Al-əlvan çiçəklər bitirəcəkdir. 

 -deyibən ürəkdən sevinən şair, Kəlbəcərdə yolunu gözləyən ata ocağına qayıdıb, ömrünün qalan hissəsini və ədəbi yaradıcılığını  bu ulu məkanda davam etdirmək arzusunu çıxışının sonunda bir daha vurğuladı. Ayrı-ayrı məqamlarda  çəkilən xatirə şəkilləri ilə və könülləri vəcdə gətirən ilıq kəlmələrlə sonuclanan yubiley məclisi ən şirin xatirələrdən biri kimi yaddaşlara həkk olundu.

         Müəllif: CABİR QƏDİMOV,

“Bənövşə” ədəbi dərgisinin bədii redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

CABİR QƏDİMOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

  MÜDRİKLİYİN SÖZLƏ VƏHDƏTİ –   İSMAYIL İMANZADƏ

MƏHƏRRƏM ŞƏMKİRLİ

                            MÜDRİKLİYİN SÖZLƏ VƏHDƏTİ

   Ədəbi aləmdə istedadlı-məhsuldar söz adamı, xoşsimalı və müdrik şəxs qismində dəyər qazanan yazıçı-publisist Məhərrəm Şəmkirlinin imzası çoxlarına tanışdır. Ulu dədələrimizin təbirincə desək, bu laydivar kişiylə ilk dəfə səkkiz il qabaq AYB-nin Natəvan klubunda keçirilən bir tədbirdə tanış olmuşam. Uzun illərdən bəri çeşidli adlar altında nəşr olunan qəzet-jurnallarda, və onlayn mətbuatda yer alan mənsur şeir, lətifə, deyimlər və publisistik yazıları məni də bir oxucu kimi məmnun edib.

   İllər uzunu köçkünlüyün ağrı-acıları ilə sızlayanda Məhərrəm müəllimin  Qarabağ nisgilimizi əks etdirən publististik yazılarını oxuduqca, onun adı təkcə özümün yox, mənim kimi  doğma yurd-yuvalarından perik düşən yüz minlərlə insanın dərdinə-nisgilinə ortaq olmağı bacaran bir yaradıcı ziyalı kimi yaddaşımda is salıb…

  Məhərrəm Şəmkirlinin indiyə qədər nəşr olunan kitablarının içərisində sonuncusu (Müdriklər demişkən axırıncı yox, axarıncı olsun!) “Dil açan körpə də dedi: Qarabağ Azərbaycandır!” kitabı xalqımızın Zəfər sevinci üstündə köklənib və oxucuya nəcib duyğular, tükənməyən həyat eşqi aşılamağı ilə seçilir. Kitabın “Mənsur şeirlər”, “Deyimlər”, “Lətifələr”, “Rəylər”, “Qəhrəmanlar” və “Məqalələr” bölümlərində yer alan çeşidli yazıların  demək olar ki, hamısında bu əlamətlər  özünü qabarıq şəkildə əks etdirməkdədir…

   Deyirlər, yaradıcı insanın iç dünyası ortaya qoyduğu yazılarında üzə çıxır, onun hansı mənəviyyat, ağıl-zəka sahibi olduğunu sərgiləyir. Bu baxımdan müəllifin mənsur şeirlərinə istinad etdikdə, yetərincə önəmli nümunələrə rast gəlmək olur. Oxucuda bitgin təəssürat yaratmaq istəyi ilə aşağıda nümunə olaraq seçib ayırdığım bir neçə  mənsur şeirə diqqət edək:

      “Dedilər sevginin gözü kor olur. Yaxşını-pisi görmür. İnanmadım sevginin gözünün kor olduğuna. Öz-özümə düşündüm və “sevginin gözü kordur” deyənlərdən soruşdum: Onda deyin görüm, gözü kor olan sevgi bu qədər nuru, işığı qəlbimizə necə verir?!

   Cavab verə bilmədilər. Susdular, günah eləmiş kimi.”

                                                                      (“KOR SEVGİ”)

                                        Və ya:

     Mən bir uşaq, dünya ana. Ağlayanda ovudub, kiridə bilmir məni. Bu dünya məni elə beləmi saxlayacaq Allah?! Yarı ac, yarı tox, əyin-baş yox. Başıma bombalar yağır, bir təhər başımı qoruyuram. Yeriyirəm, ayağımın altından yer qaçır. Bu dünyanın yerində, göyündə qoruna bilmirəm. Deyin, yerdən, göydən başqa harda insan kimi yaşaya bilərəm mən? Deyirlər, sev dünyanı! Məni saxlamayan, qorumayan dünyanın nəyini sevim mən? Nəyini?..

                                                                 ( “DÜNYA OVUDA BİLMIR MƏNİ”)

                                          Və yaxud:

    Cavan oğlan cavan bir ağaca sevdiyi qızın və özünün adını yazdı. Aradan illər keçdi, ağac böyüdü, ağacın gövdəsindəki “yaralar”da böyüdü. Amma oğlanın qıza olan sevgisi böyümədi ki, böyümədi. Unutmaq lazım deyil ki, böyük sevgilər ağac gövdəsinə yox, ürəyə yazılır.

                                                 ( “AĞAC BÖYÜDÜ …)

  Nümunə qismində sərgilədiyim  mənsur şeirlərin üçündə də daxili lirizm, zərif duyğular, insani keyfiyyətlər, həyat eşqi açıq-aşkar hiss edildiyi kimi, müəllifin az sözlə böyük məna kəsb etmək bacarığı da ən bariz şəkildə özünü biruzə verir.

  Kitabın “Deyimlər” bölümündə təqdim edilmiş yazıları isə, mübaliğəsiz olaraq dünyanın hər üzünə bələd olan bir ahıl  yazarın kamilliyə-müdrikliyə söykənən və həyatın enişli-yoxuşlu yollarında üzləşdiyi çeşidli olaylara laqeyid qalmamaq istəyindən qaynaqlandığını deyə bilərəm. Bu əlamətlərin təsdiqi naminə hesab edirəm ki, aşağıdakı bir neçə dəyərli kəlama nəzər salmaq kifayətdir:

                 *  *  *

“Bu gecə uşaqlığımı gördüm, yuxuda. Bu günüm də elə o günümə bənzəyirdi-yarı ac, yarı tox.”

                     *  *  *

“Kədərimə sevinc qatan biri yox, bu nə həyatdır, Tanrım, mənə vermisən!”

                                                         *  *  *

 “Dünya kasıblar üçün zindan, varlılar üçün cənnətdir.”

                                                     *  *  *

“O ruh adamını rusun adamı kimi başa düşmüşdü…”

                        *  *  *

 “Dədəmiz Qorqud bizə ad da verdi, öyüd də. Nə adı doğrultduq, nə də öyüdə əməl elədik!”

                                 *  *  *

 “Qadınına xəyanət elədin, canın cəhənnəmə. Ay zalım, bəs Vətənə niyə xəyanət elədin? Axı, o təkcə sənin deyil!”

     Məhərrəm Şəmkirlinin oxucuya nikbin əhval-ruhiyyə, təbəssüm bəxş eləyən yazıları “Lətifələr” bölümündə yer almışdır. İncə-zərif yumor hissiylə “yoğrulmuş” bu yazılardan ikicə nümunə:

     “Bir nəfər dövlət idarəsinə gedir. Orada ondan soruşurlar:

 -Adın nədir?

-Cahil.

Bu adı sənə kim verib?

-Atam.

-Atanın adı nədir?

-Kamil.

-O kamil deyil, əsl cahildir!”

                      (“Cahil sən deyilsən.”   

                               *  *  *

  “Bir “ara müğənnisi” arvadını muştuluqlayır:

-Arvad, gözün aydın, mənə əməkdar artist adı verdilər!

-Ay zalım oğlu, onlar verirdi, verirdi, bəs, sən hansı üzlə götürürdün?”

                                                  “Sən niyə alırdın?”

    Müəllifin “Rəylər” adlandırdığı bölümdə gənc yazarlardan  Azər Rəşidoğlu, Şəhla Aslan, tanınmış şair-alim Adilə Nəzər, ünlü şairimiz Əhməd Cavadın  ədəbi aləminin tədqiqatçısı, filologiya elmləri üzrə fəlsəfə doktoru Rəhman Salmanın yaradıcılıqlarından bəhs edilir. Burada Asif Ata Ocağının sönməz nurundan, şair Arif Musanın “Könül duyğularım” adlı şeirlər kitabından və AYB Mingəçevir bölməsinin xəttiylə 2016-cı ildə nəşr olunmuş “Uzaqdan gələn səs” almanaxından (Yeri gəlmişkən deyim ki, Məhərrəm müəllim bölmənin 2016-cı ildə işıq üzü görən “Bir ocağın şöləsiyik” almanaxı barədə də yazı yazıb və həmin toplunun həmmüəlliflərindən biridir) söz açan yazılar da maraqla oxunur. Bu bölmədə Vaqif Osmanovun “İşıq tapmaq xoşbəxtliyi”, Vaqif İsaqoğlunun “Həqiqət işığında düşüncələr…” adlı yazıları isə Məhərrəm Şəmkirlinin ədəbi yaradıcılığına ayna tutub…

   Kitabın sayca beşinci-“Qəhrəmanlar” adlı bölümündə müəllif torpaqlarımızın bütövlüyü və işğaldan azad edilməsi naminə canlarından keçən ərənləmizin bir neçəsindən,-Azərbaycan Respublikasının Milli Qəhrəmanları Mübariz İbrahimov, Rövşən Əliyev, Əlif Hacıyev, Elşad Yəhyayev və II Qarabağ Müharibəsində şəhid olmuş Mirsəfa Rzayevin vətən sevgilərindən böyük ehtiram hissiylə söz açır.

 Məhərrəm müəllimin ayrı-ayrı vaxtlarda qələmə alıb, çeşidli qəzet-jurnal səhifələrində və onlayn mətbuatda dərc etdirdiyi publisistik yazıları sonda,-“Məqalələr” bölümündə yer alsa da, ümimilikdə kitaba əlvan çalarlar, təqdirəlayiq “ab-hava” qatmaq baxımından diqqəti cəlb edir. Bu yazılarda hər şeydən qabaq vətən sevgisini, yurdumuzun sabahı ilə bağlı düşüncələrini ortaya qoymağı bacaran  yazar dostumuzun həssas qəlbi döyünməkdədir…

   Həcm və məna tutumu baxımdan sanballı yazılar toplusunu oxuyandan sonra ürəyimdən keçənləri hörmətli oxucularla bölüşməyi və ömrünün müdriklik çağlarında belə dəyərli bir kitabı araya-ərsəyə gətirməklə ədəbi aləmə öz töhfəsini verən yazar dostum Məhərrəm Şəmkirliyə bundan sonrakı yaradıcılıq yollarında da uğurlar diləməyi özümə borc bildim. Atalar demişkən, yolçu yolda gərək!

                            

MÜƏLLİF: İSMAYIL MƏRCANLI İMANZADƏ

   Azərbaycan Yazıçılar Birliyi Mingəçevir Bölməsinin sədri, şair-publisist.

İSMAYIL MƏRCANLI İMANZADƏNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru