Etiket arxivi: Laçınov Fərman Murad oğlu

Laçınov Fərman Murad oğlu

LAÇINOV FƏRMAN MURAD OĞLU

LAÇINOV FƏRMAN MURAD OĞLU HAQQINDA

Qaxın əvəzolunmaz, yaradıcılığı və şəxsiyyəti ilə sevilən yazarlarından biri də Laçınov Fərman Murad oğludur.Fərman Laçınov 19 fevral 1958-ci ildə Qax rayonunun İlisu kəndində anadan olmuşdur.1976-cı ildə İlisu kənd orta məktəbini, 1981-ci ildə indiki Azərbaycan Memarlıq- İnşaat universitetinin “Memarlıq” fakultəsini bitirmişdir.1981-1982-ci illərdə Bakıda konstruktor işləmiş, hərbi xidmətdən sonra 1984-cü ildən Qax rayonunda müxtəlif vəzifələrdə çalışmışdır.
Yazarın ilk şeiri 1974-cü ildə rayon qəzetində (“Şəlalə”) çap olunmuşdur.Sonradan 1990-cı ilə qədər 15-ə yaxın şeiri mətbuatda çap edilmişdir.Xeyli müddət poeziyadan ayrı düşən Fərman bəy heykəltaraşlıq və fotoqrafiya sahəsinə maraq göstərmişdir.
Lakin yazıb, yaratmaq istəyi onun ürəyində hələ də sönməmişdir.2010-cu ildən yaradıcı fəalliyətinə başlayan yazarın 2013-cü ildə “Bir ömür borc”, 2015-ci ildə ” Kölgəsiz işıq”, 2022-ci ildə “İki dünya arasında” kitabları çap olunmuşdur.
Fərman Laçınov, həqiqətən də, çox sadə, təvəzökar və müdrik insandır.Onun fikirləri, düşüncələri onun yaradıcılığı ilə daha yaxından tanış olan oxucu kütləsinə bəllidir.Şeirlərinin bir qismində o dünya ilə bu dünyanı qarşılaşdırır, hər daim nələrinsə nisbi olduğunu vurğulayır.Məsələn, elə xoşbəxtliyin, kədərin, gözəlliyin…
Yazarın son kitabı bu yaxınlarda çap olunan “İki dünya arasında” kitabıdır.Kitab şeirlər və povestdən ibarətdir.Yeni kitab oxuculara ən gözəl hədiyyədir.Fərman Muradoğlunun özünəməxsus duyumu, üslubu ümid edirik ki, oxucuların qəlbini bir daha fəth edəcək!
Yazarın həmin kitabından bir neçə şeirini təqdim edirik:


ADAM
Bu dünyada neçə yerə,
Öz-özünü bölür adam.
Yaxşı-pis bütün işlərə
Əl uzada bilir adam.

Həm yaxşıya yoldaş olur,
Həm pislə baş-başa qalır.
Öz-özünün olmur bir yol,
Özgəsinin olur adam.

Gah alqışın, gah qarğışın,
Baharln, payızın, qışın;
Olacaqların, olmuşun,
Arasında qalır adam.

Qulu olur cismin, canın,
O dünyanın, bu dünyanın…
Öləndə də yaradanın,
Hökmü ilə ölür adam.

NƏ DƏ Kİ…

Ötüşür bir ağır gün də,
Günəş batır, axşam olur.
Yenə yorğun düşən bəndə
Yatıb gələn günə qalır.

Olanlar təkrardı, təkrar!
Onu gətir, bunu apar…
Bu alverin bir fərqi var:
Kim nə satır, kim nə alır?!

Bəndə bu alver içindı,
Üz-gözü qan-tər içində,
Bir məzarlıq yer içində,
Şirin xəyala da dalır.

Varam-yoxam, fərqi nədir?
Bu dünya öz işindədir.
Nə bu gəl-get başa çatır,
Nə də ki dünya boşalır!

Təqdim etdi: AYTAC İBRAHİM

LAÇINOV FƏRMAN MURAD OĞLU

AYTAC İBRAHİMİN YAZILARI


ZAUR USTACIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru