Etiket arxivi: Məhərrəm Şəmkirli

Məmməd Mərzili – Sədaqətli dost

Sədaqətli dost

O, ədəbiyyat vurğunuydu. Onun damarlarından qanla birlikdə poeziya, nəsr axırdı.Ədəbiyyat fədaisi idi. Anası onu dünyaya gətirəndə göbəyin ədəbiyyata kəsmişdilər. Ədəbi düşüncələri ilə tənqidçi kimi öz yeri vardı.
Şəmkirdən Bakıya gələndən sonra “Sahibkar və hüquq” qəzetini təsis edib baş redaktoru oldu. Publisistik məqalələri ilə doğma vətənə məhəbbətdən, ana dilimizə sevgidən yazardı. Ədəbi dil qaydalarına əməl etməyən yazarlara qarşı barışmaz idi. Dilimizin düzgün ədəbi yazılışına tələbkar yanaşardı. Çəkinmədən nöqsanı üzə deyərdi.
Hekayələri, povestləri, aforizm deyimləri ilə oxucuların sevimlisi olmuşdu. Neçə-neçə kitalara ön sözlər yazmışdı. Nə qədər kitablara redaktorluq etmişdi. Həm də gözəl kitablar müəllifidi.
Məhərrəm müəllimlə ilk tanışlığımızın tarixi yadımda deyil. Bir dəfə Minçəçevir yazarlarının çap olunmuş almanaxı haqqında saytda bir məqalə vermişdi. Bu məqalədə mənim şeirlərim haqqında da öz fikrini bildirmişdi. Bundan sonra sosial şəbəkədə bizim dostluğumuz başladı. Get-gedə bu şəxsi dostluğa çevrildi. Bir-birimizlə telefon vasitəsi ilə əlaqə saxladıq. Yaxından tanış olandan sonra onun təmiz qəlbli insan olduğunu gördüm.
Bakıya gedəndə zəng edib görüşərdim. “845” adlı kitabımın Bakıda keçirilən təqdimatına dəvət etdim. Gəlib kitab haqqında ürək sözlərini dedi. Mingəçevir yazarları daim onun diqqət mərkəzində idi.
Dostluğa sədaqətli olan dəyərli ədəbiyyat tənqidçisi Məhərrəm Şəmkirli 74 yaşına sanılı günlər qalmış bizi əbədi tərk etdi. Sabah 03.01.2025-ci il bizdən ayrıldığı 40 gündü. Onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin, ruhu şad olsun! Əzizlərinə Allah səbr versin!

Ehtiramla, MƏMMƏD MƏRZİLİ

Məhərrəm Şəmkirlinin yazıları

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Məhərrəm Şəmkirli – QƏMDƏN OXUYURAM

QƏMDƏN OXUYURAM

    (Kiçik hekayə)

   O,heç bir musiqi təhsili almayıb.Qonşumuz Qafarı deyirəm.Kişi istedadır,avazı gözəldi.Oxuyanda onu dinləməkdən doymursan,səsi yağ,bal kimi şirindir,içdən gəlir.Bir sözlə kişinin oğlu nadir istedadır.Oxuyanda özünü zora,gücə salmır.Hekayəmizin əvvəlində dedim ki,Qafarın musiqi təhsili yodur.Sizləri bilmirəm,mənə görə təhsil çox da vacib deyil.Əsas istedadır.Onu da Tanrı Qafara verib.Tanrı Qafar bəndəsini belə mükafatlandırıb.Gözə görünməz kişi də belə mükafatı hələm-hələm adama verilmir.Yüzdə,mində birinə verir.Yəqin Qafar da yüzdən,mindən biridir.Biz bilmirik.

   Hələ ki,Qafar toylara getmir,çünki yaxın çevrəsindən başqa onun oxumağından xərbər bilən yoxdu .Amma Qafar qonşuların şad günündə “Qafar,xahiş edirəm,bir ağız oxu.Qonaqlar feyziyab olsun.”xahişini yerə salmır,şövqlə oxuyur,dinləyicilərinin gürültulu alqışını qazanır.

  Tanrının günlərindən biriydi Qafar qanı qara halda evdə tək oturmuşdu.Qəfildən içindən oxumaq keçdi.Onun oxumağından qonşularının narahat olacağından çəkinməyərək oxudu.Yana-yana,qovrula-qovrula oxudu.Səsində zamanəyə,həyata qarşı bir etiraz,bir qəzəb vardı.

  Deyir kasıbın bəxti olsaydı,ta niyə kasıb olurdu.Tanrı Qafara istedad verdiyi kimi həmi də kasıbçılıq verrmişdi.Qafar da kasıbçılığının harayını yanıqlı-yanı oxumağıyla insanlara çatdırırdı.

  Qafar oxuyan vaxtı küçədən vergi müfəttişi keçirdi.İkinci mərtəbədən gələn səi eşidib ayaq saxladı.Bir balaca dinşədi və özünü tələsik binanın girişindən içəri salıb,səs gələn qapının zəngini basdı.Zəngin səsini eşidən Qafar oxumağına ara verib qapını açdı.Qarşısında yad adamı görüb soruşdu:-Tanımadım,siz kimsiniz,nə istəyirsiniz?

   Müfəttiş tələsik:-Oxuyan sən idin?

  -Bəli,mən idim.Nəydi ki? Toy eləmək istəyirsiniz,səsim xoşunuza gəldi?Nə xoş mənim halıma.Şükür İlahi,məni də toya çağrarmışlar. Səsim xoşunuza gəldisə, məclisinizi istədiyiniz qiymətə yola verərəm.

  -A kişi,bir dayan!Sevinib eləmə. Nə toy,nə filan,səni heç kim toya-moya dəvət eləmir.Mən vergi müfəttişiyəm.Gəlmişəm görüm vergidən niyə yayınırsan? Bilmirsən vergidən yayınmaq cinayətdir? İndi nə deyirsən, cərimə yazım,yoxsa?.. Qafar müfəttişin nə dediyini,nə istədiyini göydə tutdu.Ona görə də rahat-rahat dedi: 

   -Rəis,heç biri.

   -Niyə?

   -Ona görə ki,mən müğənni deyiləm? Get vergini illərlə verməyən məmurlardan,toylara saatı 10,20 min manata gedən müğənnilərdən tut.

   -Bəs sən kimsən,müğənni deyilsən?

   -Müğənni hara, mən hara.Mən bütün günü qul bazarında bir tikə quru çörək üçün müştəri gözləyən qul.Əyər qulladan da vergi tutulursa,babat iş tapanda ödəyəcəm.Heç narahat olma.

   Müfətdişin dediyi olmadı,suyu süzülə-süzülə pilləkənləri sürətlə düşüb yoluna davam elədi.

  1 noyabr, 2024.

Müəllif: Məhərrəm Şəmkirli

Məhərrəm Şəmkirlinin yazıları


ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

  MÜDRİKLİYİN SÖZLƏ VƏHDƏTİ –   İSMAYIL İMANZADƏ

MƏHƏRRƏM ŞƏMKİRLİ

                            MÜDRİKLİYİN SÖZLƏ VƏHDƏTİ

   Ədəbi aləmdə istedadlı-məhsuldar söz adamı, xoşsimalı və müdrik şəxs qismində dəyər qazanan yazıçı-publisist Məhərrəm Şəmkirlinin imzası çoxlarına tanışdır. Ulu dədələrimizin təbirincə desək, bu laydivar kişiylə ilk dəfə səkkiz il qabaq AYB-nin Natəvan klubunda keçirilən bir tədbirdə tanış olmuşam. Uzun illərdən bəri çeşidli adlar altında nəşr olunan qəzet-jurnallarda, və onlayn mətbuatda yer alan mənsur şeir, lətifə, deyimlər və publisistik yazıları məni də bir oxucu kimi məmnun edib.

   İllər uzunu köçkünlüyün ağrı-acıları ilə sızlayanda Məhərrəm müəllimin  Qarabağ nisgilimizi əks etdirən publististik yazılarını oxuduqca, onun adı təkcə özümün yox, mənim kimi  doğma yurd-yuvalarından perik düşən yüz minlərlə insanın dərdinə-nisgilinə ortaq olmağı bacaran bir yaradıcı ziyalı kimi yaddaşımda is salıb…

  Məhərrəm Şəmkirlinin indiyə qədər nəşr olunan kitablarının içərisində sonuncusu (Müdriklər demişkən axırıncı yox, axarıncı olsun!) “Dil açan körpə də dedi: Qarabağ Azərbaycandır!” kitabı xalqımızın Zəfər sevinci üstündə köklənib və oxucuya nəcib duyğular, tükənməyən həyat eşqi aşılamağı ilə seçilir. Kitabın “Mənsur şeirlər”, “Deyimlər”, “Lətifələr”, “Rəylər”, “Qəhrəmanlar” və “Məqalələr” bölümlərində yer alan çeşidli yazıların  demək olar ki, hamısında bu əlamətlər  özünü qabarıq şəkildə əks etdirməkdədir…

   Deyirlər, yaradıcı insanın iç dünyası ortaya qoyduğu yazılarında üzə çıxır, onun hansı mənəviyyat, ağıl-zəka sahibi olduğunu sərgiləyir. Bu baxımdan müəllifin mənsur şeirlərinə istinad etdikdə, yetərincə önəmli nümunələrə rast gəlmək olur. Oxucuda bitgin təəssürat yaratmaq istəyi ilə aşağıda nümunə olaraq seçib ayırdığım bir neçə  mənsur şeirə diqqət edək:

      “Dedilər sevginin gözü kor olur. Yaxşını-pisi görmür. İnanmadım sevginin gözünün kor olduğuna. Öz-özümə düşündüm və “sevginin gözü kordur” deyənlərdən soruşdum: Onda deyin görüm, gözü kor olan sevgi bu qədər nuru, işığı qəlbimizə necə verir?!

   Cavab verə bilmədilər. Susdular, günah eləmiş kimi.”

                                                                      (“KOR SEVGİ”)

                                        Və ya:

     Mən bir uşaq, dünya ana. Ağlayanda ovudub, kiridə bilmir məni. Bu dünya məni elə beləmi saxlayacaq Allah?! Yarı ac, yarı tox, əyin-baş yox. Başıma bombalar yağır, bir təhər başımı qoruyuram. Yeriyirəm, ayağımın altından yer qaçır. Bu dünyanın yerində, göyündə qoruna bilmirəm. Deyin, yerdən, göydən başqa harda insan kimi yaşaya bilərəm mən? Deyirlər, sev dünyanı! Məni saxlamayan, qorumayan dünyanın nəyini sevim mən? Nəyini?..

                                                                 ( “DÜNYA OVUDA BİLMIR MƏNİ”)

                                          Və yaxud:

    Cavan oğlan cavan bir ağaca sevdiyi qızın və özünün adını yazdı. Aradan illər keçdi, ağac böyüdü, ağacın gövdəsindəki “yaralar”da böyüdü. Amma oğlanın qıza olan sevgisi böyümədi ki, böyümədi. Unutmaq lazım deyil ki, böyük sevgilər ağac gövdəsinə yox, ürəyə yazılır.

                                                 ( “AĞAC BÖYÜDÜ …)

  Nümunə qismində sərgilədiyim  mənsur şeirlərin üçündə də daxili lirizm, zərif duyğular, insani keyfiyyətlər, həyat eşqi açıq-aşkar hiss edildiyi kimi, müəllifin az sözlə böyük məna kəsb etmək bacarığı da ən bariz şəkildə özünü biruzə verir.

  Kitabın “Deyimlər” bölümündə təqdim edilmiş yazıları isə, mübaliğəsiz olaraq dünyanın hər üzünə bələd olan bir ahıl  yazarın kamilliyə-müdrikliyə söykənən və həyatın enişli-yoxuşlu yollarında üzləşdiyi çeşidli olaylara laqeyid qalmamaq istəyindən qaynaqlandığını deyə bilərəm. Bu əlamətlərin təsdiqi naminə hesab edirəm ki, aşağıdakı bir neçə dəyərli kəlama nəzər salmaq kifayətdir:

                 *  *  *

“Bu gecə uşaqlığımı gördüm, yuxuda. Bu günüm də elə o günümə bənzəyirdi-yarı ac, yarı tox.”

                     *  *  *

“Kədərimə sevinc qatan biri yox, bu nə həyatdır, Tanrım, mənə vermisən!”

                                                         *  *  *

 “Dünya kasıblar üçün zindan, varlılar üçün cənnətdir.”

                                                     *  *  *

“O ruh adamını rusun adamı kimi başa düşmüşdü…”

                        *  *  *

 “Dədəmiz Qorqud bizə ad da verdi, öyüd də. Nə adı doğrultduq, nə də öyüdə əməl elədik!”

                                 *  *  *

 “Qadınına xəyanət elədin, canın cəhənnəmə. Ay zalım, bəs Vətənə niyə xəyanət elədin? Axı, o təkcə sənin deyil!”

     Məhərrəm Şəmkirlinin oxucuya nikbin əhval-ruhiyyə, təbəssüm bəxş eləyən yazıları “Lətifələr” bölümündə yer almışdır. İncə-zərif yumor hissiylə “yoğrulmuş” bu yazılardan ikicə nümunə:

     “Bir nəfər dövlət idarəsinə gedir. Orada ondan soruşurlar:

 -Adın nədir?

-Cahil.

Bu adı sənə kim verib?

-Atam.

-Atanın adı nədir?

-Kamil.

-O kamil deyil, əsl cahildir!”

                      (“Cahil sən deyilsən.”   

                               *  *  *

  “Bir “ara müğənnisi” arvadını muştuluqlayır:

-Arvad, gözün aydın, mənə əməkdar artist adı verdilər!

-Ay zalım oğlu, onlar verirdi, verirdi, bəs, sən hansı üzlə götürürdün?”

                                                  “Sən niyə alırdın?”

    Müəllifin “Rəylər” adlandırdığı bölümdə gənc yazarlardan  Azər Rəşidoğlu, Şəhla Aslan, tanınmış şair-alim Adilə Nəzər, ünlü şairimiz Əhməd Cavadın  ədəbi aləminin tədqiqatçısı, filologiya elmləri üzrə fəlsəfə doktoru Rəhman Salmanın yaradıcılıqlarından bəhs edilir. Burada Asif Ata Ocağının sönməz nurundan, şair Arif Musanın “Könül duyğularım” adlı şeirlər kitabından və AYB Mingəçevir bölməsinin xəttiylə 2016-cı ildə nəşr olunmuş “Uzaqdan gələn səs” almanaxından (Yeri gəlmişkən deyim ki, Məhərrəm müəllim bölmənin 2016-cı ildə işıq üzü görən “Bir ocağın şöləsiyik” almanaxı barədə də yazı yazıb və həmin toplunun həmmüəlliflərindən biridir) söz açan yazılar da maraqla oxunur. Bu bölmədə Vaqif Osmanovun “İşıq tapmaq xoşbəxtliyi”, Vaqif İsaqoğlunun “Həqiqət işığında düşüncələr…” adlı yazıları isə Məhərrəm Şəmkirlinin ədəbi yaradıcılığına ayna tutub…

   Kitabın sayca beşinci-“Qəhrəmanlar” adlı bölümündə müəllif torpaqlarımızın bütövlüyü və işğaldan azad edilməsi naminə canlarından keçən ərənləmizin bir neçəsindən,-Azərbaycan Respublikasının Milli Qəhrəmanları Mübariz İbrahimov, Rövşən Əliyev, Əlif Hacıyev, Elşad Yəhyayev və II Qarabağ Müharibəsində şəhid olmuş Mirsəfa Rzayevin vətən sevgilərindən böyük ehtiram hissiylə söz açır.

 Məhərrəm müəllimin ayrı-ayrı vaxtlarda qələmə alıb, çeşidli qəzet-jurnal səhifələrində və onlayn mətbuatda dərc etdirdiyi publisistik yazıları sonda,-“Məqalələr” bölümündə yer alsa da, ümimilikdə kitaba əlvan çalarlar, təqdirəlayiq “ab-hava” qatmaq baxımından diqqəti cəlb edir. Bu yazılarda hər şeydən qabaq vətən sevgisini, yurdumuzun sabahı ilə bağlı düşüncələrini ortaya qoymağı bacaran  yazar dostumuzun həssas qəlbi döyünməkdədir…

   Həcm və məna tutumu baxımdan sanballı yazılar toplusunu oxuyandan sonra ürəyimdən keçənləri hörmətli oxucularla bölüşməyi və ömrünün müdriklik çağlarında belə dəyərli bir kitabı araya-ərsəyə gətirməklə ədəbi aləmə öz töhfəsini verən yazar dostum Məhərrəm Şəmkirliyə bundan sonrakı yaradıcılıq yollarında da uğurlar diləməyi özümə borc bildim. Atalar demişkən, yolçu yolda gərək!

                            

MÜƏLLİF: İSMAYIL MƏRCANLI İMANZADƏ

   Azərbaycan Yazıçılar Birliyi Mingəçevir Bölməsinin sədri, şair-publisist.

İSMAYIL MƏRCANLI İMANZADƏNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru