Etiket arxivi: Milli Kimlik Araşdırmaları Qrupu

Artilleriya generalı – Hacırəhim Məmmədov (1948)

Zəngilandan Qazaxadək döyüş yolu keçmiş artilleriya generalı – Hacırəhim Məmmədov

Vətənimiz uğrunda çalışmış Ali zabitlərimizi tanıyaq!!! – Sovet Ordusu sıralarında bu səviyyədə olan azərbaycanlıları barmaqla saymaq olardı.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının sabiq ilk rəisi Hacırəhim Səməd oğlu Məmmədov 1948-ci il yanvarın 1-də Gürcüstan SSR-in Tetritskaro (Ağbulaq) rayonunun Şıxlı kəndində anadan olmuşdur.

1967-ci ildə Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olmuşdu.

1970-ci ildə Tbilisi Ali Hərbi Artilleriya Məktəbini bitirdikdən sonra, xidmətini davam etdirmək üçün sabiq Almaniya Demokratik Respublikasında yerləşən SSRİ hərbi hissələrinin birinə xidmətə göndərilmişdi.

Hacırəhim Məmmədov 1970-1973-cü illərdə SSRİ qoşunlarının Almaniyadakı qrupunda taqım komandiri, 1973-1978-ci illərdə Prikarpat Hərbi Dairəsində batareya komandiri, 1975-1978-ci illərdə Prikarpat Hərbi Dairəsində böyük qüvvəli divizion qərargah rəisi olmuş, 1978-1981-ci illərdə Leninqrad Hərbi Artilleriya Akademiyasında təhsil almış, 1981-1982-ci illərdə Uzaq Şərq Hərbi Dairəsi.

Xabarovsk vilayətində Artilleriya divizionu komandiri, 1982-1985-ci illərdə Uzaq Şərq Hərbi Dairəsi, Xabarovsk vilayətində Artilleriya alayının qərargah rəisi, 1986-1990-cı illərdə Uzaq Şərq Hərbi Dairəsi, Primorsk vilayətində Diviziyada artilleriya alayının komandiri, baş zabitlərin şərəf məhkəməsinin sədri, 1990-1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsi, Xabarovsk vilayəti Uzaq Şərq Dairəsinin Tank əleyhinə artilleriya alayının komandiri vəzifələrini icra etmişdir. 1980-ci ildə mayor, 1984-cü ildə polkovnik-leytenant, 1989-cu ildə polkovnik rütbələrini almışdır.

1992-ci ildən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Artilleriya İdarəsinin Döyüş hazırlığı şöbəsinin rəisi, Silahlı Qüvəllərin Artilleriya Komandanı vəzifəsində işləmiş və artilleriya hərbi hissələrinin yaradılmasında müstəsna xidmətləri olmuşdur.

1993-cü ildə Müdafiə Nazirliyinin hərbi kollegiyasının üzvü, Müdafiə Nazirliyinin baş zabitlərinin şərəf məhkəməsinin üzvü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təltiflər üzrə komissiyasının sədri olmuşdur.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə daxil olduğu ilk gündən etibarən (16 iyun 1992-ci il) Zəngilandan Qazaxadək, cəbhə boyu bütün döyüşlərdə iştirak etmiş, 21 mart 1994-cü ildə general-mayor rütbəsi verilmişdir.

Hacırəhim Məmmədov hərbi əməliyyatların gedişində olduqca böyük işlər görmüşdü, bütün qaynar bölgələrdə olaraq şəxsən erməni hərbi birləşmələrinə qarşı artilleriya zərbələrinə nəzarət etmişdi, yüksək nizam intizamı ilə fərqlənən artilleriya hissələrinə rəhbərlik edirdi.

Hacırəhimi bütün tabeliyində olanlar əla tanıyır və onu sevirdilər. Eyni zamanda, o, zabit şərəfini uca tutaraq heç bir qruplaşmaya, klana qoşulmayan ordu komandanlarından biri idi. Çoxları onun göstəricilərinə həsəd aparırdı, ona oxşamaq istəyənlər kifayət qədər çox idi. O, Azərbaycanı güclü, qüdrətli dövlət kimi görmək istəyir və bundan ötrü əlindən gələn hər şeyi edirdi…

1994-cü ilin oktyabr hadisələrində iştirakda ittiham edilərək 20 oktyabr 1994-cü ildən 30 dekabr 1997-ci ilədək həbsdə olmuş, lakin uzun yoxlamalardan sonra günahsız olunduğu bilinərək, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1997-ci il Fərmanı əsasında həbsdən azad olunmuşdur.

24 mart 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti ilə görüşdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirinin əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi vəzifəsinə təyin olunmuşdur.

1999-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədini delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının” və “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının” üzvü tə’yin edilmişdir.

1999-cu ildən Müdafiə Nazirinin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasının ilk rəisi vəzifəsinə təyin olunmuşdur.

11 dekabr 2003-cü ildə Bakıda xidmət vaxtı iş kabinetində ürək tutmasından vəfat etmiş və bir gün sonra II Fəxri Xiyabanda dəfn edilmişdir.

Mənbə: Milli Kimlik

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qacarlar heç vaxt farslaşdırma siyasəti aparmayıb – əksinə

Qacar dövlətindəki Osmanlı səfirliyi tərcüməçilərə ehtiyac olmadığı üçün geri göndərdi. Səbəb nə idi?

1811-ci ilə aid bu Osmanlı sənədi çox mühüm bir tarixi həqiqəti açıq şəkildə ortaya qoyur: Osmanlıya burada tərcüməçilərə ehtiyac yox idi, çünki əhalinin böyük əksəriyyəti türk dilini bilirdi. Hətta bölgədə olan ingilis diplomatları belə türk dillərində danışmağa alışmışdılar.

“Hazırda İran [Qacar dövləti-red.] səfiri Yasincizadə əs-Seyyid Əbdülvəhhəb Əfəndinin yanında xidmətə təyin edilmiş fars tərcüməçisi Osman Əfəndi və digər tərcüməçi qulluqçular, həmin bölgənin əhalisi ilə uyğunlaşa bilmədiklərinə görə, həmçinin İran əhalisinin hamısının türk dilinə bələd olması və orada olan ingilislərin də fars və türk dillərində danışmağa vərdiş etmələri səbəbindən tərcüməçiyə ehtiyac qalmadığını bildiririk.”

Bu fakt Qacarlar dövründə guya “farslaşdırma siyasəti” aparıldığı iddialarına növbəti tarixi cavabdır. Əgər sistemli farslaşdırma olsaydı, türkcənin bu qədər geniş istifadə olunduğu və ümumi ünsiyyət dili olduğu açıq şəkildə qeyd edilməzdi.

İstinad: “Arşiv belgelerinde Osmanlı-İran ilişkileri”, 2010

Mənbə: Milli Kimlik

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Mir Möhsün NƏVVAB

Ağdamda erməni hiyləsinin üstünü bir osetin bu cür açdı: haylar rüsvay oldular
Kazakların Qarabağda ermənilərin başına gətirdiyi müsibətlər və müsəlmanlara qarşı isə hörmətlə yanaşmaları erməniləri çox narahat edirdi. Odur ki, ermənilər paxıllıqdan rahat ola bilmir, onların başlarına gətirilmiş müsibətlərə müsəlmanların da düçar olması və kazaklar yanında hörmətlərini itirməsi üçün tədbirlər tökürdülər.

Xankəndində ermənilər iki rus kişisinə və övrətlərinə üç yüz manat pul verərək onlardan xahiş etdilər ki, müsəlmanların da dövlət yanında müqəssir olmaları üçün bir tədbir görsünlər, bizim kimi kazaklar onların da mal-dövlətini qarət etsin və qadınlarının ismətlərinə toxunsunlar. Ruslar bu təklifi qəbul edərək ermənilərin məqsədini həyata keçirmək üçün övrətləri ilə arabaya minib Ağdama yola düşdülər.

Onlar iki bağın arasından keçən yola çatanda birdən dad-fəryad çəkdilər:
— Ay gəlin, müsəlmanlar bizi soydular, əynimizdə, əlimizdə hər nə var idi, aldılar! Bizi lüt etdilər!

Bu qərarla Ağdam hakiminin yanına gəldilər. O, rus idi. Hakim gördü ki, bu dörd nəfəri elə soyublar ki, əyinlərində alt paltardan başqa bir şey qalmayıb. Hamısı soyuqdan tir-tir əsirlər. Hakim qəzəblənərək əhvalatı dərhal generala yazmaq və müsəlmanları tənbeh etmək istədi.

Bu zaman müsəlman olan yasavul osetin hakimin yanına daxil olaraq rusların gəldiyi arabada axtarış aparmaq üçün icazə istədi. Osetin hakimdən razılıq əldə etdikdən sonra gəlib arabanın içindəki otu o tərəf-bu tərəfə çəkib yoxlayanda gördü ki, ruslar və onların övrətlərinin bütün paltarları və çəkmələri otun altındadır.

Əhvalatdan xəbərdar olan hakim qeyzlənərək həmin rusların və arabaçının döyülməsi haqqında əmr verdi. Övrətlərə isə dedi ki, bu saat doğrusunu deyin görüm bu nə işdir, yoxsa sizi həbsxanaya göndərəcəyəm.

Matuşkalar dedilər ki, bizi nə döyün, nə də həbsxanaya göndərin, əhvalat belədir: qımdatlar bizə üç yüz manat pul verərək bu hiyləyə təhrik etdilər ki, biz müsəlmanları belə bir əməllə günahlandıraq və bunun nəticəsində ruslar onları cəzalandırsınlar. Biz də bunu edə bilmədik. Hiyləmizin üstü açıldı.

Müsəlmanlar onlara qarşı yönəldilmiş bu hiylənin üstünü açdığına görə xeyli pul yığıb həmin osetinə verdilər və böyük təşəkkürlərini bildirdilər.

Beləliklə, ermənilərin növbəti hiyləsi faş olub, rüsvay oldular. Ona görə də atalar deyib ki, başqasına quyu qazanın özü düşər. Yaxud, hər nə əkərsən, onu da biçərsən.

Mir Möhsün NƏVVAB,

“1905-1906-ci illərdə erməni-müsəlman davası”

Mənbə və müəllif: Həqiqət İbrahimova

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qızılbaş nişanlı gerb olan İsveçli zadəgan ailəsi

Niyə İsveç kralı öz məmurunu Qızılbaş nişanlı gerb ilə təltif etdi? – inanılmaz tarixi fakt!

17-ci əsrdə Qızılbaş dövləti dünyanın ən böyük ipək istehsalçılarından biri idi. Lakin Osmanlı ilə münasibətlər Səfəvilərin ticarət yollarını bağlayırdı və buna görə də o dövrdə Baltik dənizinin böyük gücü olan İsveç qərara gəldi ki, Səfəvi ipəyini birbaşa öz limanlarına gətirsin.

Bunun üçün İsveç, Qızılbaş dövlətinə elçi olaraq polkovnik-leytenant Ludviq Fabritiusu təyin etdi.

O, aylarla səyahətdən sonra paytaxt İsfahana çatdı. Orada Səfəvi Şahı Süleymanın hüzurunda Avropaya yeni ticarət yolunu, İsveçə aid Narva (indiki Estoniya) limanı vasitəsilə sınamağa razı saldı. Bir neçə il sonra Səfəvi nümayəndələri Stokholma gəldi, bu Səfəvilərin İsveçə ilk rəsmi səfəri idi.

5 il müddətində İsveçin Səfəvi dövlətindəki səfirliyi dönəmində Fabritius, ticarət sahəsində böyük müqavilələr imzalayaraq İsveç və Səfəvi əlaqələrini yüksək səviyyəyə çatdırdı.

O, həmçinin Səfəvi hökmdarı və Qızılbaşlar arasında böyük nüfuza sahib oldu. Fabritius Səfəvi və Qızılbaş mədəniyyətini və geyim tərzini xüsusilə Qızılbaş türbanını mənimsəyərək oraya uğurla adaptasiya oldu.

İsveç kralı Lüdviq Fabritiusun bu uğurlu nailiyyətindən o qədər məmnun oldu ki, 1687-ci ildə onu “Cəngavər” fəxri titulu ilə təltif edərək, Fabritius ailəsini “Adliga ätten Fabritius nr. 1120” adıyla İsveç aristokrat reyestrinə daxil etdi.

İsveç kralı Ludviq Fabritiusa ailəsinin gerbinə Qızılbaş dövlətinin “Aslan və Günəş” simvolunu və Qızılbaş papağının nişanını daxil etməyə icazə verdi. Fabritius ailəsinin Qızılbaş gerbi İsveçin “Riddarhuset” (Zadəganlar evi) arxivində saxlanılır.

© Qızılbaş Qlobal İrsi Təşkilatının sosial media moderatoru Vahid İbayev

Mənbə: Milli Kimlik

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Teymur, Azərbaycan krallığını tamamilə özünə tabe etdi”

Bunu oxumamışdınız: “Teymur, Azərbaycan krallığını tamamilə özünə tabe etdi”

Şərəf əd-Din Əli Yəzdi — Teymurilər sarayının məşhur alim və tarixçisidir. Onun “Zəfərnamə” əsəri Teymurun həyatına və yürüşlərinə həsr olunub. Bu kitab sonralar Avropada “The History of Timur-Bec” adı ilə nəşr olunub.

📖 Əsərdə maraqlı bir qeyd var:
“Teymur, Azərbaycan KRALLIĞINI tamamilə özünə tabe etdikdən sonra Chenob Qazan [Şənbi Qazan-red.] yaxınlığında düşərgə saldı.”

Bu cümlə kitabın 1723-cü il, Con Derbinin ingilis dili çapı versiyasında keçməkdədir.
Lakin 1516-ci ilə aid nüsxədən özbəkcəyə olan tərcüməsində “Azərbaycan MƏMLƏKƏTİ” keçməkdədir.

İndi “Azərbaycan KRALLIĞI”, ya “Azərbaycan məmləkəti”?

Burda bir yanlışlıqmı var? Nəzərə alsaq ki, məmləkət “krallığ/şahlıq” mənasını verir, onda məsələ aydın olur. Lazım olsaydı Con Derbi orda “krallıq” yox, ölkə, vilayət mənasında “country” və ya “province”. yazardı, amma yox.

P.S. Yadınızdadırsa bizim bir XƏRİTƏ ilə bağlı paylaşımımız olmuşdu.

Həmin Katalon xəritəsi Xulaqular dövrünə aid idi və o, “Təbriz krallığı” kimi qeyd olunurdu. Monqol, Persia yox, məhz TƏBRİZ, faktiki Azərbaycan krallığı.

Maraqlıdır deyilmi? Bağlılıq göz qabağındadır: Azərbaycan bir taxt-tac, səltənət idi, sadə coğrafi bir məkan deyil.

Mənbə: Milli Kimlik

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əfqanıstanın Qızılbaş icması üzvündən gözəl əl işi

Əfqanıstanın Qızılbaş icması üzvündən gözəl əl işi

Kabildə fəaliyyət göstərən Əfşar Ulduzu Tədris Mərkəzinin Azərbaycan bölməsi şagirdi (solda) Həyatullah Əfşar Azərbaycan bayrağının təsvir olunduğu gözəl bir xalça toxuyub.
Əməyi incəsənətə çevirən soydaşımıza təşəkkürlər.

Qeyd edək ki, 2004-cü ildə qəbul edilmiş Əfqanıstan Konstitusiyasında Qızılbaşlar ölkədə ayrıca bir Xalq kimi tanınır və bu etnik birlik daxilində ‘Əfşar’, ‘Bayat’, ‘Cavanşir’ kimi tayfaları birləşdirir. 2006–2021-ci illər arası Əfqanıstan Dövlət Himnində Qızılbaşların adı da çəkilirdi. Araşdırmalara görə, Əfqanıstan əhalisinin təxminən 1%-ni Qızılbaşlar təşkil edir.

© Qızılbaş Qlobal İrsi Təşkilatının sosial media moderatoru Vahid İbayev

Mənbə: Milli Kimlik

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

1722-ci il 15 iyul tarixli Azərbaycan dilində sənəd

I Pyotrun manifesti — Rusiya imperatoru I Pyotrun Xəzərsahili vilayətlərə yürüşü zamanı Azərbaycan dilində yürüşün “məqsədləri” ilə bağlı yerli əhaliyə müraciətinin əks olunduğu 1722-ci il 15 iyul tarixli sənəd. Çarın tapşırığı ilə Həştərxanda Kantemir tərəfindən yazılmışdı.

H.Ə. Dəlilinin qeydinə əsasən “Rusiyanın xarici siyasət arxivində mühafizə olunan sənədlərin tədqiqi göstərir ki, о (Manifest -red.) ancaq bir dildə (Azərbaycan dilində) çıxmışdır”.

” Pyotr-i əvvəli ibn-i Aleksey, Rusiya padşahı.

Be-oni-rəbbani və qüdrəti-i cahandani ilə biz Petros, əvvəlki imperator-i təvaif-i Rus, Xüddar-i Ərzin-i məmalik-i şimalein, toluvəl-zəval vəl-nisf-əl-nəharın padşah-i əl-bərrin və xaqani-əl-bəhreyn, dəxi sair və neçə sair padşahlıqların və hökumətgahların hakimi və malikanə buyuruqcusu.

Şövkətlu və əzəmətli və səadətli, mühübbümüz və qədimi dostumuz şah-i məhabətli ulu alicah həzrətlərinin hökumətində və xidmətində olan izzətli və hörmətli süpəhsalarlar, xanlar, qorçubaşılar, ağalar, tüfəngçilər, topçubaşılar və bəylər, bəkiyan-i gul və sultanilər, vəzirlər və sair zabitlər və nəfəratın yüz min nəfəri və yüzbaşıları,.. ilə salam və səlamət diləklərimizi bildiririk ki, rəfi-i humayunumuz vasitəsilə sizə məlum olsun.

Bu, rəbbimiz İsa Məsihin miladi min yeddi yüz iyirmi birinci ilində və hicri min yüz otuz dördüncü sənəsində yazılmışdır. Şövkətlu, əzəmətli və məhabətli ulu dostumuz və ərzand qonşumuz şah-i alicah-i məmalik-i ərazi-i Pars və Əcəm həzrətlərinin təxt-i təsərrüfündə olan ləzgi vilayətinin zabiti Davud bəy və Qazıqumuq əyalətinin hakimi Surxay нам кимсәнәләр ол тәрәфдән әҹнас-и мүхтәлифдәни нечә фитнә әнкиз лалиләр, Јанларинә ҹәм едүб мазкур шаh-и алиҹаh достумуз һәзрәтләринин үзәринә баш галдырыб вә гәбзе-је тәсәррүфүндә олан мәмләкәт-и Ширван әјаләтиндә шәhр-и Шәмахијә hәмлә hүҹум вә сил-и Сејф едуб.

Şah dostumuz hәзрәтләринин неҹә адәмләрини һәлак ејләдикләриндән мәнада тәрәф-и алијәләримиздән дәхи тәвајифи русдан әһд-и намеји һүмајунләримиз мөвҹибинә мәнадә гәдим үзрә бәләдеји мәзбурәдә тиҹарәт илә варуб кәлмәк олә (ола) ҝәлмишләри соҹымыз (соҹымсыз) кунаһсыз била мәрһәмәт гәтл вә малларини ки нүгуд ҳисабы үзрә мәҹмуи дорт јүз кәррә јүз бин рублијә гәриб гарәт вә талан тараҹ ејләмишәр вә хүсусән ки әсна-је падшаһнәмизә әкс-и әһд-и һүгугә вә ихтилал вә дад ситадә гәт вә инсур (сүнүр) ејләдикләри әҹилдән тәрәф-и Әлје-ји хош рәванимиздән Аləzdərxan (Həştərxan-red.) валиси олан мәскур зорба башчыларина ит-мам-и һәг үчүн нечә дәфә рисаләтилә достумуза мүкәррәрән мәһәббәт намәмиз илә мүстәгил елчимиз ирсал вә мәсуурун зорбаләрин һәгиндән кәлимәк вә шәр-и шәрәфилә иҹрај-и һәг олунмаг үчүн теләб олундугда тәрәф-и шовкәтләрендән исте маимыз үзрә һәгләриндән кәлмәк вә итмам-и һәг олунмаг үчүн худ Мурад олунмушкән анчаг мüмкин олмадығы сәбәбилә бу анә дәк ог тәхир олунуб.

Әсла бир һәрәкәт бүүрүлмади имди чүн белә дәхи ол бәд кирдарләрин зүлмүғдән би-зидем рус тәвајифинин малына вә әрзи нүгсанлыгларына истәһгәг-и һәг олунмадығы сәбәбилә бил зарури (зәрури) игтиза ејләдији дәркаһ-и һәггдән нүсrәt-i təzərrә vә niyaz edüb оl аsi vә әhl-i тöğyanlərin üzәrinə әsakər-i zəfər мuəssirimizlə bilzat hərəkət-i humayunimiz оlub rəbb-ul aləmindən mərcu varmızdır ki, in şa Allahi təalа silahi salahımız ilə bu məqulа тәрәфиндә ziyankar vә muzurr vә fəsada bais olan јaramazların möhkәm hәqlәrindәn qәlinib vә iтмам-и hәq icrа olunub әməllərinə görə cəzaların bulәләр…”

Tam versiyası Hüseyn Dəlilinin, “Azərbaycan-Rusiya münasibətləri fars və Azərbaycan dilli sənədlərdə” kitabında.

P.S. Kitabda bu məktuba şərh verilib və istifadə olunan sözlərin izahları verilib.

Mənbə: Milli Kimlik

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azərbaycanın ilk xüsusi xidmət qurumu

Azərbaycanın ilk xüsusi xidmət qurumu – QORÇU TƏŞKİLATI

XVII əsrdə Azərbaycan Səfəvilər dövlətində olmuş bir avropalının əsərində diqqətimizi maraqlı bir məlumat cəlb etdi:

Gürcü knyazı Luarzab gəlib (qızılbaşlara) təslim oldu. Şah I Abbas knyazı dostcasına qəbul etdi, onunla yaxşı davrandı, təntənə ilə taxta əyləşdirdi. Bu, gürcüləri qılınc işlətmədən yola gətirmək üçün ən yaxşı üsul idi. Ona gözəl hədiyyələr verdi. Hədiyyələr arasında daş-qaşla bəzədilmiş bir cıqqa var idi. Şah I Abbas əmr etdi ki, knyaz Luarzab bundan sonra onun qəbuluna gələndə bu cıqqanı taxsın. O, dedi: “Bu cıqqa şahlıq rəmzidir. İstəyirəm ki, o, həmişə başınızda olsun. Görənlər bilsinlər ki, şahsınız”. Tiflisdən yola düşdüyü gün Şah I Abbas Luarzaba dedi: “Tiflisdən 8 lyö məsafədə dayanıb ordunu qabağa buraxacağam. Məni ora qədər ötürmək istəyirsən?”. Bu, əslində, knyazı taxtından düşürmək üçün hazırlanmış tələ idi. Luarzab heç bir narazılıq etmədən onunla getdi. Şah I Abbas özünün mühafizə dəstəsində xidmət edən, (bacarığına görə) dünyada yeganə olan məşhur və peşəkar oğruya əmr etdi ki, knyaz Luarzabın cıqqasını oğurlasın. Əmr yerinə yetirildi. Luarzab şahın yanına gələndə əlahəzrət ona dedi: “Luarzab, cıqqa hanı? Sənə əmr etməmişdim ki, həmişə bu şahlıq nişanını özünlə gəzdirəsən?”

– Əlahəzrət, – deyə Luarzab cavab verdi, – cıqqanı oğurlayıblar, onu tapmaq ümidimi itirmişəm. Dünəndən bəri adamlarımın hamısını cıqqanın axtarışına cəlb etmişəm, amma tapa bilmirik.
Şah Abbas qəzəbləndi: “Necə? Gürcü knyazının cıqqasını düşərgəmdə oğurlayıblar? Baş hakimi, gözətçi dəstəsini, ədalət şurasının sədrini yanıma çağırın!” Bu, onun Luarzabı qan tökmədən ələ keçirmək üçün qurduğu ikinci tələ idi. Beləliklə, gürcü knyazı Luarzabı tutdular.

Göründüyü kimi, Səfəvilərin qorçular təşkilatına keçmiş peşəkar oğruları da qəbul edib onların spesifik bacarıqlarını dövlət mənafelərinin qorunmasına yönəldirdilər. Bu, gələcəkdə ən müxtəlif ölkələrdə gizli əməliyyatların təşkili və keçirilməsi ilə məşğul olan xüsusi xidmət qurumunun istifadə etdiyi bir vasitə olacaqdı.
Səfəvi tarixindən başqa bir epizoda nəzər salaq: Əfqan hökmdarı Şir xanla savaşda məğlub olmuş türk imperatoru Humayunu hamı – hətta ən yaxın dostları, qohumları və saray əyanları tərk etmişdilər.

1544-cü ildə Humayun ailəsi və xidmətçiləri ilə Səfəvi sarayına sığınmışdı. Şah I Təhmasib onu hörmətlə qarşılamışdı. Budaq xan Qacarın və Şahverdi bəy Ustaclının başçılıq etdiyi 12.000 qorçunu onunla Hindistana göndərmişdi. Şahın qorçuları Şir xanın ordusunu darmadağın etmişdilər. Humayun yenidən taxt-tacına sahib olmuşdu.
Buradan isə aydın olur ki, dövlət başçısının mühafizəsini təşkil və təmin edən Səfəvi qorçuları nəinki ölkə daxilində, həm də xaricdə xüsusi əməliyyatlar keçirir, şahın məxfi tapşırıqlarını yerinə yetirirdilər.

Apardığımız araşdırma göstərir ki, qorçular müharibə zamanı ən ağır döyüşlərdə iştirak etməklə yanaşı, bir sıra spesifik funksiyaları da icra edir, şəhərlərdə, vilayətlərdə ictimai asayişin və təhlükəsizliyin keşiyində dururdular. Hərbi əməliyyatlar zamanı qoşun hissələri arasında məlumat mübadiləsi də qorçular vasitəsilə həyata keçirilirdi. Qorçubaşı dövlətin yeddi sütunundan biri sayılırdı.

Yeri gəlmişkən, belə bir fakt da oxucularımız üçün maraqlı ola bilər ki, Buxara xanlığında vəzifəli şəxslərin mühafizəçilərini qorçu adlandırırdılar.
Qeyd etmək lazımdır ki, qorçu sözü özündə “qoruq”, “qorumaq”, “qoruyucu” anlayışlarını bildirməklə yanaşı, həm də “gizli” və ya “məxfi” mənasını ehtiva edir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, hesab edə bilərik ki, Səfəvi xanədanının “Qorçular”¬ təşkilatı Azərbaycanın ilk məxfi xidmət qurumu olmuşdur.

Mənbə: Milli Kimlik

Müəllif: Araz ŞƏHRİLİ

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şah İsmayılla qohumluq bağı olan, Pakistanın Azərbaycan əsilli Generalı – Əli Rza Qızılbaş

Şah İsmayılla qohumluq bağı olan, Pakistanın Azərbaycan əsilli Generalı – Əli Rza Qızılbaş

Pakistan və Azərbaycan xalqını böyük tarixi tellər bağlayır. Bakının mərkəzində XIV əsr Multan karvansarayının olması, Pakistanda Qızılbaş ailələrinin varlığı hər iki xalqın yaxınlığını və qardaşlığını tarix boyu göstərir.

Hər iki dövlət beynəlxalq forumlarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini qeyd-şərtsiz dəstəkləyirlər.
Azərbaycan icması olan Qızılbaşlar Pakistana bir çox ziyalı siyasətçilər, hərbiçilər, mühəndislər, hətta prezident bəxş etmişdir.

Qızılbaşların Pakistana bəxş etdiyi ziyalı hərbçilərdən biri də, Cənab General Əli Rza Qızılbaşdır. O, Pakistan hökumətində Briqada-Generalı və digər nüfuzlu vəzifələrdə çalışıb.

Cənab General Əli Rza Qızılbaşın bioqrafiyası və Pakistan dövlətinə xidmətləri haqqında qısa, lakin dəyərli məlumatları sizinlə bölüşürük.

General Əli Rza Qızılbaş 1954-cü il sentyabrın 27-də Lahorda anadan olub. O, Qızılbaş türklərinin Şamlı tayfasındandır. Şamlı tayfası, Səfəvi dövlətinin qurulmasında və idarə edilməsində ən önəmli rol oynayan Qızılbaş tayfalarından biri idi. Onun soy-kökü və əcdadları arasında, Səfəvilərin Herat hakimi və Qızılbaş sərkərdəsi olan Durmuş xan Şamlı da yer alır.

Həmçinin qeyd edək ki, Durmuş xan Şamlı, Səfəvi hökmdarı Şah İsmayılın bacısının oğlu idi. Səfəvi dövlət xadimi Oruc bəy Bayat, Şamlu tayfası ilə bağlı əsərində qeyd edir ki;
“Şamlu tayfasının üzvləri Səfəvi sarayının başçılarıdır və sarayın idarəsi xüsusilə bu tayfanın əlindədir.”

Cənab General Əli Rza Qızılbaşın əcdadları 1739-cu ildə Nadir Şah Əfşar ilə birgə Hindistanı fəth edərək, orada hakim vəzifələrə təyin olunublar.

Cənab Əli Rza Qızılbaşın mənsub olduğu ailə Hərbçi ailəsidir.
Atası Ağa Cavad Rza Qızılbaş Britaniya ordusunda Mayor rütbəsində xidmət edib və İkinci Dünya Müharibəsində Burma (Myanmar) cəbhəsində artilleriya zabiti olub. Oğlu isə hal-hazırda Polkovnik-leytenant rütbəsi ilə Pakistan Silahlı Qüvvələrində xidmət edir. Ailənin bir sıra üzvləri də, orduda və dövlətin nüfuzlu orqanlarında xidmət etməkdədir.

General Əli Rza Qızılbaş Pakistan Silahlı Qüvvələrinin təhlükəsizlik planlarının hazırlanması və tətbiqində mütəxəssis olmuşdur. 1998-ci ilin mayında Pakistanın Nüvə sınaqlarının uğurla həyata keçirilməsi üçün 5000-dən çox əsgəri maddi-texniki cəhətdən dəstəkləmiş və idarə etmişdir.

O, 1996-1999-cu illərdə Sahə birliyinin Əməliyyat Qərargahı Rəisi (1-ci dərəcəli) vəzifəsində çalışmış və bu müddət ərzində bütün Piyada Diviziyasının əməliyyat və maddi-texniki hazırlığına nəzarət etmişdir.

Bəlucistan əyalətində daxili təhlükəsizlik, terrorla və narkotiklərlə mübarizə əməliyyatlarında silahlı qüvvələrin komandanlığına və maddi-texniki təminatına rəhbərlik edən Baş Sərhəd Korpusunun Müfəttişi olmuşdur.

2001-ci ildə Pakistan prezidenti tərəfindən Briqada-Generalı rütbəsi ilə təltif edilmişdir.
Həmçinin Cənab General Əli Rza Qızılbaş böyük hərbi fəaliyyətlərinə və xalqa xidmətlərinə görə 2009-cu ildə Pakistanın 3-cü ən böyük ordeni olan “Sitara-e İmtiaz [Hərbi]” ordeni ilə təltif edilmişdir.

Cənab General hal-hazırda təqaüddədir və NUST Sülh və Münaqişə Araşdırmaları İnstitutunda (NIPCONS) çalışmaqdadır.

O, illərini Pakistan dövlətinə və xalqına xidmətə həsr edib. Onu tanıyan biri olaraq deyə bilərəm ki, Cənab Əli Rza Qızılbaş yüksək mənəvi dəyərlərə malik təvazökar və alicənab bir insandır. Qızılbaş adının layiqli nümayəndəsidir. Biz onunla fəxr edirik!
Uca Allah onu və ailəsini qorusun və ucaltsın!

© Qızılbaş Qlobal İrsi Təşkilatının sosial media moderatoru Vahid İbayev

Mənbə: Milli Kimlik

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Türük oğuz begleri, bodun, eşidinq!

“Ey öz doğma dilində danışmağı ar bilən, fasonlu ədabazlar…”- BƏXTİYAR VAHABZADƏ

Türük oğuz begleri, bodun, eşidinq!

Azərbaycan dili Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dağıstan Respublikasının rəsmi dövlət dilidir:

İran, İraq, Gürcüstan, Rusiya, Suriya və Əfqanıstanda yaşayan azərbaycanlılar öz aralarında əsas ünsiyyət vasitəsi kimi Azərbaycan dilindən istifadə edirlər. Bugün dünyada Azərbaycan dilinin daşıyıcılarının sayı 50 milyondan çoxdur.
Azərbaycan dili türk, türkmən, qaqauz və Xarəzm dilləri ilə birgə Altay dilləri ailəsinin türk dilləri qrupunun oğuz qoluna daxildir.

Azərbaycan yazılı dilinin tarixi mövcud materiallara görə XIII əsrdən başlasa da, dilimiz böyük inkişaf yolu keçmiş ən qədim dillərdən biridir. Bunu sübuta yetirmək üçün bir nümunəyə nəzər salaq:
“Öze Kök Tenqri, asire yağiz jer qılıntaqude ekin ara kişi oğulu qılınmış. Kişi oğulınta öze eçüm apam Bumın qağan, İstemi qağan olurmış. Olurupan türük budunığ elim törüsün tuta bermiş iti bermiş. (Üstdə Göy Tanrı, aşağıda qonur yer qılındıqda ikisinin arasında kişi oğlu – insan nəsli qılınmış. Kişi oğlunun – insan nəslinin üstündə əcdadım Bumın xaqan, İstemi xaqan olmuş. Türk xalqını elimin törəsiylə tutub aparmışlar – idarə etmişlər).”

Yuxarıdakı sətirlər, VIII əsrin birinci yarısına aid Orxon-Yenisey yazılarındandır. 1300 il keçsə də, türk dilinin indiki daşıyıcıları bu sözlərin mənalarını asanlıqla anlayırlar. Digər dillərin böyük əksəriyyəti belə bir xüsusiyyətə malik deyildir. Bu, demək olar ki, dəyişməyən, zamanın və məkanın təsirinə məruz qalmayan əbədi bir dildir.

Böyük hökmdar, sərkərdə, əfsanəvi bahadır, alim, şair və övliya Şah İsmayıl Səfəvinin qurduğu Səfəvilər dövlətinin saray və ordu dili Azərbaycan dili idi. Rus alimi V.V.Bartold yazır: “Səfəvilər xanədanının təşəkkül tapdığı yerdə Azərbaycan əhalisi türkcə danışırdı və nəticədə türkcə Səfəvilər dövlətində saray və ordu dili olaraq qaldı”.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan az sonra Azərbaycanda kargüzarlığın türk (Azərbaycan) dilində aparılması ilə bağlı qərar qəbul edildi. Bu faktlar ona dəlalət edir ki, müxtəlif dövrlərdə mövcud olmuş Azərbaycan dövlətləri bir-birinin davamı, ardıcılı olaraq təşəkkül tapmışlar.

Mənbə: Milli Kimlik

Müəllif: Araz ŞƏHRİLİ

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru