BİRDİR Sirlə dolu bir düyünü, Açma, sirri pünhan birdir Kilidlənib axıracan, Cəhd eləmə, açan birdir. * * * Sığınmışam dühasına, Dərd gətirən davasına. Vallah, bu qəm havasına, Ha alovlan, ha yan, birdir. * * * Tərif etmə bu gərdişi, Tərk edib Mövlud vərdişi. Əzrayılın yoxdu işi? Can alacaq, o can birdir. 31.12.2022. Zərdabi.
İTİRƏM Bəzən olur, xatirələr qarışır, Daş yaddaşım iz, içimdə itirəm. Dünya məni kölgəsində gizlədib, Özüm sanki öz içimdə itirəm. * * * Kaş görəydim kimliyimi geridə, Nələr qalıb o günlərdən bəridə. Xəyallarım buz ömrümü əridə, Alovlanır köz içimdə, itirəm. * * * Taleyimə qəm dəftəri yazılıb, Çəkildikcə ötənlərim azalıb. Deyir, Mövlud öz payına az alıb, Həsrətinə döz içimdə itirəm. 9.12.2022. Zərdabi.
QOŞMA Ala gözlüm, həsrət bir şey deyil ki, Çəkmək ilə qurtarmaqdı qorxusu. Nə xəyalın gəlsin yaxın, nə də sən, İstədiyim tək bənövşə qoxusu. * * * Düşməyəsən dərdin dərin dibinə, Nə bilirsən dərd üzü nə, dibi nə? Hər görəndə dərdin səni sevinə, Qalxa bilsin ərşə dərdin yuxusu. * * * Mövlud deyır, yalan acı, düz acı, Dərd gətirər gülüş acı, söz acı. Elə bil ki, təkcə mənəm möhtacı, Nə gizlədim, belə deyir çoxusu. 25.02.2023. Zərdabi.
TALEYİMƏ DÜŞƏN PAYI YAŞADIM… Taleyimə düşən payı yaşadım, Bundan artıq nə gələr ki, əlimdən. Haqq deyirlər, qaçmaq olmaz, neyləyim, Qismət adlı bir çəlimsiz ölümdən. * * * Hərə bir cür bədbəxtidi dünyanın, Gətirməyən bəd bəxtidi dünyanın. Xatirələr tac-təxtini dünyanın Qurtarmazmı birdəfəlik zülümdən? * * * Həsrət nədir, Mövlud bilir, sən istə, Çəkildikcə qalaqlanır üst-üstə. “Alın yazım qismətimdir”–bu səs də Ömür boyu düşməyəcək dilimdən. 16.01.2023. Bakı-Quba.
VAR… Bu yuxunun gerçək adlı tərsi var, Bu yuxuda ölüm dadı, tamı var. Bu yuxumu istəmirəm çin olsun, Bu yuxunun zəhər dolu camı var. * * * Kim gətirdi bu yuxunu yuxuma? Qəm çiləndi, dərd ələndi ruhuma. Bu yuxunun yozumunu oxuma, Bu yuxunun pərvanəsiz şamı var. * * * Hər anında bir ömürlük xatirə. Xəyalları, xülyaları gətirər. Bu yuxuda Mövlud özün itirər, Bu yuxunun üstü torpaq damı var. 2.03.2023. Zərdabi.
QOŞMA Hər ağızın bir avazı, duası, Kəramət var, inayət var, sözüm var. Öz özünə bağışlanmaz günahlar, Məlamət var, qiyamət var, közüm var. * * * Aşiqlərin yoxmu məgər dərdləri, Göz yaşları uçurmazmı bəndləri? Necə keçim bu keçilməz sədləri, Mətanət var, dəyanət var, dözüm var. * * * Əssə əgər qara yellər dövrana, Dağ çəkilər sinəsindən dörd yana. Bağlayıban atın dərin zindana, Həqiqət var, hidayət var, düzüm var. * * * Dünya, Mövlud, yaranışdan ələnir, Gələni də, gedəni də bələnir. Adəm oğlu Xaliqinə silənir¹, Nəhayət var, bidayət var, lüzüm var. 1. burada qovuşmaq 7.03.2023. Zərdabi.
GETDİ (yarızarafat) Köhnəlib, ay lələ, öyüd-nəsihət, Təzəsi bir anda bilindi getdi. Yenicə modalar çıxıb meydana, Köhnəsi-kürüşü ələndi getdi. * * * Fələk addım-addım atır addımın, Öz adı yadından çıxır adamın. Nə dadın bilirik, nə də ki, tamın, Çatıb-çatdırmamış il indi getdi. * * * Çətin gəncliyimə bir də qayıdım, Özümü yatdığım yerdə oyadım. Taleyimə düşən bəxtdən yayındım, Heyif yazdığıma silindi getdi. * * * Mövludun bəxtinə düşüb beləsi, Yığılıb, hazırdı şələ-şüləsi. Gedəcək, bir daha çətin gələsi, Döz də ayrılığa gəl indi, getdi. 9.03.2023. Zərdabi.
BİRDİR Sirlə dolu bir düyünü, Açma, sirri pünhan birdir Kilidlənib axıracan, Cəhd eləmə, açan birdir. * * * Sığınmışam dühasına, Dərd gətirən davasına. Vallah, bu qəm havasına, Ha alovlan, ha yan, birdir. * * * Tərif etmə bu gərdişi, Tərk edib Mövlud vərdişi. Əzrayılın yoxdu işi? Can alacaq, o can birdir. 31.12.2022. Zərdabi.
İTİRƏM Bəzən olur, xatirələr qarışır, Daş yaddaşım iz, içimdə itirəm. Dünya məni kölgəsində gizlədib, Özüm sanki öz içimdə itirəm. * * * Kaş görəydim kimliyimi geridə, Nələr qalıb o günlərdən bəridə. Xəyallarım buz ömrümü əridə, Alovlanır köz içimdə, itirəm. * * * Taleyimə qəm dəftəri yazılıb, Çəkildikcə ötənlərim azalıb. Deyir, Mövlud öz payına az alıb, Həsrətinə döz içimdə itirəm. 9.12.2022. Zərdabi.
QOŞMA Ala gözlüm, həsrət bir şey deyil ki, Çəkmək ilə qurtarmaqdı qorxusu. Nə xəyalın gəlsin yaxın, nə də sən, İstədiyim tək bənövşə qoxusu. * * * Düşməyəsən dərdin dərin dibinə, Nə bilirsən dərd üzü nə, dibi nə? Hər görəndə dərdin səni sevinə, Qalxa bilsin ərşə dərdin yuxusu. * * * Mövlud deyır, yalan acı, düz acı, Dərd gətirər gülüş acı, söz acı. Elə bil ki, təkcə mənəm möhtacı, Nə gizlədim, belə deyir çoxusu. 25.02.2023. Zərdabi.
GƏL Bu dərd bizim aramızda bitibdi, Bir daş altda, birini də üstə gəl. Nə dil bilsin, nə də dodaq anlasın, Nə fərq olsun, nə də bircə üstəgəl. * * * Heç nə umma belə zalım fələkdən, Dünyamıza qəm ələnir ələkdən. Qismətinə düşən paydı ürəkdən, Birin verib, birini də istə gəl. * * * Çətin bir də ömür dönə geriyə Buz bağlamış xəyalların əriyə. Nə deyirsən, Mövlud, mələk, pəriyə Öz bəxtindən nə inci, nə küs də gəl.
MƏNİMÇÜN İşdi yaxa versəm zalım əcələ Göyüm- göyüm göynəyərsən mənimçün. Bir az razı, bir azca da narazı, Deyim -deyim deyinərsən mənimçün. * * * Yuxuların qarışmasın gerçəyə, Ümid olub gözlə məni gecəyə. Sevincini bölüşərsən heçliyə Öyüm-öyüm öyünərsən mənimçün. * * * Saxla məni aşiq kimi yadında, Xatirində doğmanın da, yadın da. Ürək olub, gülüm, Mövlud adında Döyüm-döyüm döyünərsən mənimçün.
GƏLMƏDİ Dedim yara namə yazım, Əlim gəlmədi, gəlmədi. Dərd üstünə dərd istədim, Zülm gəlmədi, gəlmədi. * * * İllər ilə həsrət çəkdim, Yenə onsuz, yenə təkdim; Dərdi yarı böləcəkdim, Gülüm gəlmədi, gəlmədi. * * * Dərd əlindən gəldim dada, Hey düşdükcə dərdim yada; Dedim, bəlkə, yetər dada, Ölüm gəlmədi, gəlmədi. * * * Dərd məskənim dərd dağıdır, Dərd ələyir, dərd dağıdır; Necə deyim, dərd yağıdır, Dilim gəlmədi, gəlmədi. * * * Mövlud dərdinə ağlayır, Dərd kitabın varağlayır; Dərdim sinəmdə çağlayır, Selim gəlmədi, gəlmədi…
TELİN DƏN SALIB Nə yaman qüssədən saralıb rəngin, Eh, gözəl, gözlərin selindən qalıb. Salacam yolumu dağlara tərəf, İçəcəm dərdini əlindən alıb. * * * Bir yanda dağ boyda dağım var – zülm, Bir yanda tənhalıq, tənha bir ölüm; Səbrimin də səbri tükənib, gülüm, Məni də dözümün dilindən salıb. * * * Xəyalım gerçəyə qarışır, itir, Şirin vüsal anım yuxutək bitir; Mövlud indi-indi vəslinə yetir, Demə, qocalıbsan, telin dən salıb…
YANACAQ Dərdim yaz yağışı – tonqal üstünə, Azarı-bezarı odda yanacaq. Günü qara gəlib – nə küsür, umur, Gileyi-güzarı odda yanacaq. * * * Dərdim süzüləcək dərdin içindən, Özü naxış-naxış, ilməsi dən-dən. Baxıb ay üzünə bölünəcək tən, Bənövşə üzarı odda yanacaq. * * * Dərdim öz əlindən təngə gələcək, Yığıb ovucuna çəngə biləcək. Baxıb alışdığı rəngə güləcək, Əzabı, azarı odda yanacaq…
MƏNİMÇÜN İşdi yaxa versəm, zalım əcələ, Göyüm-göyüm göynəyərsən mənimçün. Bir az razı, bir azca da narazı, Deyim-deyim deyinərsən mənimçün. * * * Yuxuların qarışmasın gerçəyə, Ümid olub gözlə məni gecəyə; Sevincini bölüşərsən heçliyə, Öyüm-öyüm öyünərsən mənimçün. * * * Saxla məni aşiq kimi yadında, Xatirində doğmanın da, yadın da; Ürək olub, gülüm, Mövlud adında Döyüm-döyüm döyünərsən mənimçün…
QÖNÇƏLƏR Əvvəl çiçək, sonra yarpaq açacaq, Çiçək-çiçək düzüləcək qönçələr. Bahar ömrü bitər-bitməz güllərin, Ləçək-ləçək üzüləcək qönçələr. * * * Lalə kimi gül bəsləyir yanaqlar, Üşütməsin vaxtsız düşən sazaqlar. Damla-damla mey bəsləyir dodaqlar, İçək, içək… Süzüləcək qönçələr. * * * Nədir, Mövlud, ağ saçlara sualın, Dərd gətirir dərdlərinə bu halın. Heyif, qaldıq ümidinə xəyalın, Dilək-dilək gəziləcək qönçələr…
GƏL Bu dərd bizim aramızda bitibdi, Bir daş altda, birini də üstə gəl. Nə dil bilsin, nə də dodaq anlasın, Nə fərq olsun, nə də bircə üstəgəl. * * * Heç nə umma belə zalım fələkdən, Dünyamıza qəm ələnir ələkdən; Qismətinə düşən paydı ürəkdən, Birin verib, birini də istə gəl. * * * Çətin bir də ömür dönə geriyə Buz bağlamış xəyalların əriyə; Nə deyirsən, Mövlud, mələk pəriyə: – Öz bəxtindən nə inci, nə küs də gəl.
ELƏ BİL QIŞDIR Bu yağış yağmağın təhərin bilmir, Ağarıb qar kimi, elə bil qışdır. Payızın qızılı rəngi dəyişir, Bu necə ilmədir, necə naxışdır? * * * Əyib budaqları özümə sarı, Payızın ətrini çəkəydim barı. Yarı qərənfildir, bənövşə yarı, Boylanır həsrətlə, bu nə baxışdır? * * * Yağır taleyimə, ruhumdan keçir, Qocalıq donunu dumandan biçir. İllərin ayrılıq suyundan içir, Daha islanmıram, yağsın, yağışdır…
KEÇİR Tələsmə vədəsiz, vaxtsız ölümə, Fələyin yazısı alından keçir. Yığıb-yığışdırma ömrünü pay-pay, Gedənlər dünyanın malından keçir. * * * Yamanca son qoydun bu intizara, Ağrılar, acılar düşübdü dara; Elədən eləyə, belədən hara – Hərlənib ürəyin dalından keçir. * * * Necə də kövrəlib ümid çırağı, Ağlayır gözündə ölüm sorağı; Qopulur sonuncu ömür varağı, Vəsləti Mövludun halından keçir…
SAYARSAN Yolun düşüb yar yanına gedəndə Bir addımı iki addım sayarsan. Əhvalını xəbər alıb soranda, Elə bil ki sənə yaddım, sayarsan. * * * Gətirməsin aşiqini bəxt cana, Həsrətindən alovlana, odlana. Fələk verib, şükür elə, di sana, Muradıma indi çatdım, sayarsan. * * * Mövlud, həsrət çəkdin yetər bu qədər, Bənövşəndən varmı görən bir xəbər? Vəsləti var ölümündən lap betər, İkisin də birdən daddım, sayarsan…
ÇƏKƏN BİLƏR Bir az həsrət, bir az hicran çəkəsən, Çəkən bilər ahu-zarın qədrini. Çəkib, çəkib peymanından dönəsən, Çəkən bilər düz ilqarın qədrini. * * * Buz bağlayıb sanki donuq baxışlar, Vəfasızı hərə bir cür bağışlar; Çəkdiyimiz kimi düşüb naxışlar, Çəkən bilər buzun, qarın qədrini. * * * Kim unudar ilk sevginin dadını, Söndürməklə sönən deyil odunu; Necə çəkim ayrılığın adını, Çəkən bilər, Mövlud, narın qədrini…
GƏL Bu dərd bizim aramızda bitibdi, Bir daş altda, birini də üstə gəl. Nə dil bilsin, nə də dodaq anlasın, Nə fərq olsun, nə də bircə üstəgəl. * * * Heç nə umma belə zalım fələkdən, Dünyamıza qəm ələnir ələkdən. Qismətinə düşən paydı ürəkdən, Birin verib, birini də istə gəl. * * * Çətin bir də ömür dönə geriyə Buz bağlamış xəyalların əriyə. Nə deyirsən, Mövlud, mələk, pəriyə Öz bəxtindən nə inci, nə küs də gəl. 5.07.2021. Quba. Zərdabi.
MƏNİMÇÜN İşdi yaxa versəm zalım əcələ Göyüm- göyüm göynəyərsən mənimçün. Bir az razı, bir azca da narazı, Deyim -deyim deyinərsən mənimçün. * * * Yuxuların qarışmasın gerçəyə, Ümid olub gözlə məni gecəyə. Sevincini bölüşərsən heçliyə Öyüm-öyüm öyünərsən mənimçün. * * * Saxla məni aşiq kimi yadında, Xatirində doğmanın da, yadın da. Ürək olub, gülüm, Mövlud adında Döyüm-döyüm döyünərsən mənimçün. 7.07.2021. Quba. Zərdabi.
YUXULARIN ÇİN OLACAQ DEYİRDİN… Yuxuların çin olacaq deyirdin, Qovuşacıq bir təndə bir can kimi. Tərs yozumun xatirinə gözlədik, Ömür bitdi ” bir” deyilən an kimi. * * * Kimdən umaq bir ömürlük səadət, Umduğumuz sayılacaq qəbahət. Qınayacaq bizi bu el, bu adət, Ürək qəmdən dəlik-dəlik, şan kimi. * * * Taleyimiz pərən-pərən, didərgin, Sevgim üçün nələr, nələr edərdim. Bu dünyanın bu üzündən gedərdim, O üzündə mövludum ad-san kimi. 29.01.2022. Quba-Zərdabi.
YANASAN Həsrət odur illər ilə yaşana, Qəm axıdır gözlərimdən yaş, ana.. Əcəl gələr, ömür bitər, yaşa nə? Bilmirsən ki, üzü hansı yanasan… * * * Bunu yazan yazıb, silməz o daha, Alışasan, odlanasan oda ha; Neyləyəcək yanmaq ilə od aha, Söndürələr, söndürdükcə yanasan… * * * Dərd içimdən dərd götürə, azalım, Yarı bölüm, ya özümə az alım; Mövlud sənin qurbanındı, a zalım, Qurban olan cana barı yan a san…
SORAĞINDA Yenə dərdlərimin telləri dindi, Köklənib bəm üstə, zil sorağında… Səhralar gül-çiçək bitirir indi, Bağçalar saralıb gül sorağında. * * * Gözlərdə bir yığın cavabsız sual, Üzlərdə intizar, ürəkdə məlal… İnsanlar ümidsiz, sanki bir xəyal, Nigaran baxışlar el sorağında. * * * Bir aşiq istərəm möhnət görməyə, Bu qəmə, qüssəyə sinə gərməyə… Gözəllər zülfünə sığal verməyə Şanələr zərəfşan tel sorağında. * * * Kimsə yox külbeyi-ehzanələrdə, Saqi, mey dolanmır meyxanələrdə… Yolunu gözləyir, qəmxanələr də, Məcnuntək yaralı dil sorağında. * * * Qəlbimdə ayrılıq, hicran qorxusu, Mənə tənə edir, vallah, çoxusu… Çəkilib Mövludun ərşə yuxusu Yanaqlar susayıb sel sorağında.
SƏFƏRİMDİ Hər gülə gül deyib baxmadım əsla, Öz gülüm bəsimdi, tazə-tərimdi. Ağaran saçlarım günahım deyil, Ömrümə yağan qar bar-bəhərimdi… * * * Baxıb qürrələnmə, ömür daldadır, Həyat vəfasızdır, alır-aldadır. Çəkdiyim acılar şirin, bal dadır, Dünyanın şərbəti tünd zəhərimdi… * * * Taleyim, qismətim üzümə güldü, Öz sevinc payını mənimlə böldü. Mövluda deməyin, bəs niyə öldü, Könül dünyasına son səfərimdi…
OLMUR Dedim, bir daş altda, bir daş da üstdə, Dərddi də, sinədə saxlamaq olmur – Bu daşın altını üstünə çevir, Dərd sinə göynədir, ağlamaq olmur… * * * Dərdim daşdan çıxır, dərd ələ gəlmir, Dərd ilə yoğrulub daş dilə gəlmir – Daşın daş dərdi var, dərd dələ bilmir, Sinəm daşa dönüb, dağlamaq olmur… * * * Dərd ilə yüklənib ruhum, ah, çəkir, Bilmirəm eyləyib nə günah, çəkir – Daş dərdə dözəmmir, hər gün ah çəkir, Demə, dərdi daşla bağlamaq olmur…
YUXU Sanki olmamısan mənim üçün sən, Səni sevməyim də əfsanə imiş… Sevgi yollarında bir-birimizdən Bəs bizi ayıran söylə, nə imiş? * * * Nakam eşqimizdən doya bilmədik, Aldı əlimizdən amansız fələk… Üzü baharadır, yaya, bilmədik, Günahdır qışa da vəfasız demək… * * * Əsdi qara yellər sevgi bağına, Məhəbbət yolunu kəsdi qar, boran… Vəfalı olsaydın əhdi-peymana, Səni itirməzdim heç vaxt, heç zaman.. * * * Sanki gəlməmisən bu dünyaya sən, Səni sevməyim də bir yuxu imiş… Bizi ayıran da bir-birimizdən Sevgi hislərinin yoxluğu imiş…
ZÜLM Vaxt daralır, vaxtdan gedir, Gəlmişəm ki, vaxtı bölüm. Gözlərimdən yuxu yağır, Yetişir bu vaxtı ölüm… * * * Nə dincini alır ruhum, Nə çəkilir ərşə yuxum. Tək özüməm – varım-yoxum, Taleyimin taxtı, gülüm… * * * Kilidlənir yarıyacan, Yarı bu gün, yarı haçan? Baxışlarım qapıyacan, Yaşamaq da, vallah, zülm…
EYLƏR Dedim, ey gül, nədir halın?! Gözün yaşın rəvan eylər. Düşən gündən bu sevdaya, Xəyal eylər, güman eylər. * * * Siyah zülfün zərəfşandır, Üzün gülşən, gülüstandır. Nədən ömrün zimistandır?! Məlal eylər, xəzan eylər. * * * Ürək dözməz fəraq olsun, Könül, səndən iraq olsun. Yanar canım çıraq olsun, Sitəm eylər, divan eylər. * * * Əlac etsən, qübar etməz, Sevən aşiq fərar etməz. Neçin səbri-qərar etməz?! Yıxar könlüm, viran eylər. * * * Olan olmuş, keçən keçmiş, Dolub badəm, içən içmiş. Ömür, Mövlud deyər heçmiş, Qılar ah-zar, fəğan eylər…
MƏN İlmələrim naxış-naxış, Xana olub dərd çözürəm… Tellərindən ayrı düşən Şana olub dərd gəzirəm… * * * Sızıldayır qəm şikəstəm, Küsüb məndən boyu bəstəm… Naləsi bəm həvəngdəstəm, Həna olub dərd, əzirəm… * * * İllər yaman gec ötüşüb, Həsrət çəkib, sayru düşüb… Qatarından ayrı düşüb, Yana olub dərd, düzürəm… * * * Mövlud kimi ad almışam. Bilməm, niyə yad olmuşam… Pərvanədən od almışam, Ona olub dərd, dözürəm…
GƏLMƏDİ Dedim yara namə yazım, Əlim gəlmədi, gəlmədi. Dərd üstünə dərd istədim, Zülm gəlmədi, gəlmədi. * * * İllər ilə həsrət çəkdim, Yenə onsuz, yenə təkdim. Dərdi yarı böləcəkdim, Gülüm gəlmədi, gəlmədi. * * * Dərd əlindən gəldim dada, Hey düşdükcə dərdim yada. Dedim, bəlkə, yetər dada, Ölüm gəlmədi, gəlmədi. * * * Dərd məskənim dərd dağıdır, Dərd ələyir, dərd dağıdır. Necə deyim, dərd yağıdır, Dilim gəlmədi, gəlmədi. * * * Mövlud dərdinə ağlayır, Dərd kitabın varağlayır. Dərdim sinəmdə çağlayır, Selim gəlmədi, gəlmədi…
QƏRƏNFİL Ağladın Azadlıq şəhidlərinə, Bir az da dənizə ağla,qərənfil. Ağla ölənlərin itmiş ruhuna, Bir az da kükrəyib çağla,qərənfil. * * * Bizdən yan keçmədi ölüm,fəlakət, Günah işlətmişik,yoxsa qəbahət? Baxışlar nigaran, ürək narahat… Bir az da sinələr dağla,qərənfil. * * * Bu nə intizardı,bu nə sualdı, Dəniz susub,dinmir,elə bil laldı, Son ümid şöləsi közərə qaldı, Bir az da yaramı bağla,qərənfil.
DEYİRLƏR, KİŞİ AĞLAMAZ… (20 Yanvar faciəsinin qurbanlarına ithaf olunur…) Deyirlər,kişi ağlamaz, Ancaq hamı ağladı o gün, Anam ağladı, bacım ağladı… Göz yaşları gildir-gildir, elə bil ki, seldir… O vaxt atam da ağladı- 1990-da… Onda ərşə qalxdı, sinə dağladı atamın anamın,bacımın naləsinə qarışan yanıqlı fəryadı… O ağladı,sızladı,mən düşündüm, Sakit,təbiətən mülayim atam niyə ağlayır? Üşüdüm… Mənə elə gəldi ki,o ayazlı, şaxtalı gecədə küçədə əliyalın,sinəsini düşmən gülləsinə Sipər edən mən idim… Atam mənə görə ağlayırdı, Sən demə, Vətən oğulları üçün sızlayırdı. Deyirlər,kişilər ağlamaz,ancaq ağladı atam o şənbə gecəsinin dəhşətinə,vəhşətinə… İlham üçün özünü qurban verən Fərizənin həsrətinə. Yandı şair təbiətli Ülvinin gəncliyinə,nakam ömrünə O gecə şəhidlik zirvəsinə ucalan oğullar üçün ağladı atam… Deyirlər,kişi ağlamaz,ancaq atam ağladı,mənə görə yox- Şəhid olmuş qardaşıma,bacıma… 5.05.2014. Quba-Zərdabi.
ŞƏHİDLƏRİN RUHUNA Güllər buta bağlayanda, Çaylar daşıb çağlayanda, Qərənfillər ağlayanda Ağla şəhid ruhlarına Bir dəstə gül bağla şəhid ruhlarına. * * * Gəncdi Ülvi Bünyadzadə, Nakam ömrü getdi bada, Gətirib sən onu yada Ağla şəhid ruhlarına, Bir dəstə gül bağla şəhid ruhlarına. * * * Leyli-Məcnun əfsanədir, Sədaqətə nümunədir– Onlar İlham-Fərizədir. Ağla şəhid ruhlarına Bir dəstə gül bağla şəhid ruhlarına. * * * Bir olmuşuq həmişə biz Azad olsun Vətənimiz. Mövlud,çatar zəfərimiz… Ağla şəhid ruhlarına, Bir dəstə gül bağla şəhid ruhlarına…. 13.12.2014. Quba-Zərdabi.
1. 2021 -ci il necə ürəyinizcə oldu, yoxsa köhnə ildən gözlədiklərinizi 2022-ci ildən gözləyirsiniz?
Əlbəttə, ürəyimcə oldu ötən il mənim üçün. İkinci şeirlər kitabım işıq üzü gördü. 60 illk yubileyim qeyd olundu. “Zəfər yazanlar” şeir müsabiqəsində şeirim 3-cü yerə layiq görüldü. Yeni ili daha uğurlu olmasını arzu edirəm.
2. Birinci və ikinci kitablar sizcə hansı daha uğurlu oldu oxucular necə qarşıladı?
Əlbəttə, hər ikisi uğurlu oldu, deyərdim. Çünki ilk kitabım “Sən ömrümün bənövşəsi”ndə heca vəznli şeirlərim yer almışdı. İkinci-“Ey gülüm, can həmdəmim” kitabında əruz vəznli şeirlərim toplanıb.
3. Gələk kitablarınızın adına bir özəl səbəbi var, “ömrünüzün bənövşəsi” solsun can həmdəminiz sizdən uzaq düşsün?
Özəldir, təbii ki. Bənövşə tez açar, tez solar, ancaq mənim ömrümün bənövşəsi həmişə təzə-tərdir. Ayrı düşsək də bir təndə bir canımdır mənim.
4. İstərdiniz canımdır dediyiniz bircə günlüyə sizi görməyə gəlsin deyirlər bir qəhvənin min illik xətri vardır? Amma səmimi?
Son ölən ümid olar, deyiblər. Bəlkə də, bu qisməti yaşayacağam nə vaxtsa…
5. Qismətin sınağına imtahan vermək nə zamansa sizi yorsa?
Mən bu sınaqla yaşayıram, bir ömür sonra da yaşayaram. Ancaq yorulmaram.
6. “Zəfər yazanlar” müsabiqəsində şeirinizin üçüncü olması sizi bir an olsun düşündürüb; üçüncü yox, kaş birinci olsaydı deyə?
Əlbəttə, hədəf ilk olmaq idi. Düşünürəm ki, gələcəkdə buna nail olaram.
7. Nail olmaq istədiyiniz başqa nələr var, yaxınlaşdığınızda bir əngəl çıxsın?
Çox istərdim şeirlərimə mahnılar bəstələnsin, qoşma, gəraylılarım aşıqlar tərəfindən ifa olunsun. Əlbəttə, əngəl deməzdim, ancaq maddi imkanların məhdudluğu hələ ki, buna yol vermir.
8. Hansı şeirinizə istərdiniz mahnı bəstələnsin, hər onu dinlədiyinizdə sizə can həmdəminizi xatırlatsın?
Konkret hansı şeir olduğunu deməkdə, düzü, çətinlik çəkirəm. Elə adları göstərilən şeirlər daha uğurlu olardı, məncə yəni kitablara adları verilən…
9. Yaradıcılığınızda uğursuz saydığınız şeirlər var, oxuduğunuzda ürəyinizcə olmasın?
Əlbəttə, var. Ancaq bu məni qətiyyən kədərləndirmir. Hətta onlardan bir neçəsini kitaba da əlavə etmişəm.
10. İnsan bəzən uzaqlara alışar bir gözlənti belə ona ümid işığı olar kitablarınızdan ona ayırmısınızmı? Nə zamansa gəlsə verəsiniz?
Əslində, bu kitablar onun özüdür mənim üçün. Onun gəlişi özü ilə bərabər məni də özümə qaytarar.
11. Sizə öz minnətdarlığımızı bildirirəm son sözünüz nə olardı oxucularınıza?
Mən Sizə təşəkkür edirəm. Oxuculara sözüm çoxdur. Şairin hər şeiri bir nəsihətdir. Sevsinlər Vətənimizi, qorusunlar müstəqilliyimizi bu günkündən də çox. Biz buna qadirik.