Bu günlərdə repressiya qurbanlarından olan HÜSEYN CAVİDin Anım günü ilə bağlı, (24.X.1882 – 05.XII.1941) AYB-nin “Natəvan” klubunda keçirilən növbəti tədbir də, həmişəki kimi, maraqlı oldu. Belə ki, “Repressiya qurbanlarına Heydər Əliyev qayğısı; Hüseyn Cavidi anırıq” adlı tədbirdə H.Cavidin VƏTƏNƏ QAYIDIŞı ilə baglı tarixi anlara dönüş oldu, dahi şəxsiyyətlər xoş xatirələrlə anıldılar. Tədbirin təşkilatçısı və aparıcısı, “Video-İnterneyşnl Prodüser” Mərkəzinin təsisçisi və Baş direktoru, AJB, AYB və AAB-nin üzvü, jurnalist, yazıçı-publisist Aygün Hacıyeva idi. O, qonaqları salamladıqdan sonra, Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra, A.Hacıyeva tədbirin məğzindən danışdı, qonaqları cavidsevərlərə təqdim etdi. AYB-nin “Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi”nin rəhbəri Əsəd Cahangir H.Cavidin həyat və yaradıcılığı haqqında geniş çıxış etdi, ədibin əsərlərini sadalamaqla yanaşı, hər bir əsər haqqında ətraflı məlumat verdi. Qeyd edək ki, Hüseyn Cavidin nəşinin uzaq Sibirdən gətirilməsində ümummilli lider Heydər Əliyevin xüsusi rolu olmuş, bu istiqamətdə ciddi cəhdlər göstərilmiş və bu işin həyata keçirilməsi üçün xüsusi komissiya təşkil edilmişdir. Verilmiş tapşırığı yerinə yetirmək üçün əsas məsuliyyət o dövrdə məsul vəzifədə çalışan polkovnik Həmid Cəfərovun üzərinə düşmüşdür. Uzun müddət H.Əliyevin yanında çalışan, hər kəsin çox hörmət bəslədiyi şəxsiyyət – Həsən Həsənov ötən illərin tarixi həqiqətlərini, şahidi olduğu hadisələri tədbir iştirakçılarının diqqətinə çatdırdı. Polkovnik Həmid Cəfərov, H.Cavidin nəşinin gətirilməsi ilə birbaşa əlaqəli olduğundan, həmin anın yaşantılarını iştirakçılarla bölüşdü. O, tədbirə gətirdiyi əyani vəsaitləri- foto şəkilləri nümayiş etdirməklə iştirakçıları tam məlumatlandırdı. 1930- cu illərin sonlarında görkəmli şair və yazıçılarımızın, alim və incəsənət adamlarımızın, öndə olan ziyalılarımızın repressiyası başlanmışdı. Onları “xalq düşməni”, “pantürkist” və s. adlandıraraq məhv etməyə cəhd göstərənlər məqsədlərinə nail olurdular. Əslində repressiya hələ 30- cu illərdən əvvəl başlamışdı, lakin sonra kütləvi şəkil aldı. Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad və yüzlərlə belə ölməz sənətkarları məhv etməklə daşnaklar gizli niyyətlərini həyata keçirdilər. Lakin dahi şəxsiyyət Heydər Əliyev xalqımızın “qaymaqlar”ı olan bu ziyalılarımızı dəyərləndirərək onların əməli fəaliyyətlərini yülsək qiymətləndirmiş, xalqımızın layiqli övladlarının üzərinə vurulan damğanın götürülməsinə nail olmuşdur. Ulu Öndər N.Nərimanovun, M.Müşfiqin, H.Cavidin, Ə.Cavadın və digərlərinin əməli fəaliyyətini xalqa faktlarla çatdırmış, onların vəhşi daşnak siyasətinin əsassız qurbanları olduqlarını təsdiqləmişdi. Həsən Həsənov xatirələrində bu məqamları bir daha yada saldı… Qeyd etdiyimiz kimi, polkovnik Həmid Cəfərov komissiya heyəti ilə, Heydər Əliyevin 1982-ci ilin 12 oktyabrında verdiyi qərara əsasən, Hüseyn Cavidin nəşinin tapılıb gətirilməsi üçün Maqadana, oradan da İrkutskinin Şevçenko kəndinə yola düşüb. O, çıxışında qeyd etdi ki, “buradakı kütləvi məzarlıqda 40 min şəhid uyuyurdu. Uzun araşdırmalardan sonra məlum oldu ki, H.Cavid ölümündən əvvəl buradakı Əlillər Evində qalırmış, buranin acınacaqlı şəraiti barədə Stalinə məktub yazmışdı. Bəlkə də, yerini dəyişdirməsəydilər məzarı tapılmazdı…”. H.Cavid və digər agıllı, savadlı, istedadlı ziyalılarımızı məhv etməkdə o rejimin məqsədini mərhum akademik Ziya Bünyadov “Qırmızı terror” kitabında belə yazırdı: “Milli kadrları tamamilə məhv etmək, ilk növbədə, dünyaca məşhur, daim düşünən, mütaliə edən yeni fikirli alimləri, mütəfəkkir və intellektləri aradan götürmək!” Bəli, H.Cavid də məhz belələrindən idi! Həmid Cəfərov 59 nömrəli məzarın açılmasını böyük həyəcanla gözlədııklərinı və indi də o həyəcanı yaşadığını bildirdi. O, ilk dəfə belə hadisənin şahidi oldugunu etiraf etdi, nəşin necə çıxacağını intizarla gözlədiklərini söylədi. Nəhayət ki, ekspertlər saat yarımlıq axtarışdan sonra məzarı açdılar. H.Cəfərov onu da qeyd etdi ki, əvvəlcədən tabutu hazırlamağı (2m×1m) sifarış etmişdilər. Lakin tabut 1,70smx0,90sm ölçüdə hazırlanıb gətirilmişdi (təyyarəyə tabutu yerləşdirmək üçün). Budur, məzar açıllr, ədibin kəlləsi və digər sümükləri ehmalca tabuta qoyulur. Ətrafdakı fəxri qarovul ədibin şərəfinə 40 yaylım atəşı açır. Və sonda ədibin nəşi 40 ildən sonra dogma yurduna — Azərbaycana gətirilir. Bakı aeroportunda təntənə ilə qarşılayanlar arasıında ədibin qızı Turan xanıım da olur. O, atasının nəşinin Bakıya gətirilməsınə nail olan H.Əliyevə və onun təşkil etdiyi komissiyanın üzvlərinə dərin minnətdarlıgını bidirir. H.Əliyevin sərəncamına əsasən, Naxçıvanda, Bakıda ədibə heykəllər ucaldıldı. Bakıda H.Cavidin ev muzeyi açıldı və ömrünün sonuna kimi Turan xanım muzeyin direktoru oldu. Turan xanımla 10 ildən çox çalışan, 10 monoqrafiyanın müəllifi olan İsgəndər Atilla da öz xatirələrini danışdı. Çıxış edənlər – yazıçı Sabir Rüstəmxanlı, DSX-nın sabiq polkovniki Sücəddin Abdullayev, Bakıdakı H.Cavid adına 36 nömrəli məktəbin direktoru Gülarə Zəkiyeva, AYB-nin əməkdaşları olan Xatirə Fərəcli və Südabə Sərvi, həmçinin başqaları tədbirlə baglı maraqlı məqamlardan söz açdılar. Sonda xatirə şəkilləri çəkildi.
Ölməzlər..Unudulmazlar.. HÜSEYN CAVİD (24/X.1882–05,XII.1941) AYB- nin Natəvan klubunda keçirilən növbəti tədbir də həmişəki kimi maraqlı oldu.Belə ki,” Represiya qurbanlarına Heydər Əliyev qayğısı: Hüseyn Cavidi anırıq”adlı tədbirdə H.Cavidin ” Vətənə Qayıdışı” ilə baglı tarixi anlara dönüş oldu,dahi şəxsiyyətlər xoş xatirələrlə anıldılar.Tədbirin təşkilatçısı – ” Video-İntetneyşel Prodüset” Mərkəzinin təsisçisi,baş direktoru,AJB,AYB və AAB- nin üzvü Aygün Hacıyeva idi.O, H.Cavidin həyat və yaradıcılıgı barədə qısa məlumat verərək tədbirə dəvət olunan cavidsevərləri təqdim etdi. Söz AYB- nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangirə verildi.O, H.Cavidin yaradıcılığı haqqında ətraflı məlumat verdi,belə ki,ədibin əsərlərini sadalamaqla yanaşı ,hər bir əsər haqqında geniş məlumat verdi. Hüseyn Cavidin nəşinin gətirilməsində ölməz ümummilli lider Heydər Əliyevin göstərdiyi ciddi cəhdlər və bu işin həyata keçirilməsi üçün xüsusi komissiyanın təşkil edilməsinə verilmiş göstərişi yerinə yetirmək üçün məsul şəxs olanlara– polkovnik Həmid Cəfərova və o dövrdə H.Əliyevin yanında çalışan Həsən Həsənova həvalə edilir. Polkovnik Həmid Cəfərov həmin günlərin xatirələrini həyəcanla ,tədbirə gətirdiyi əyani vəsaitləri- foto şəkilləri nümayiş etdirməklə iştirakçıları məlumatlandırırdı….. 1930- cu illərin sonlarında görkəmli şair və yazıçılarımızın,alim və incəsənət adamlarımızın,öndə olan ziyalılarımızın represiyası başlandı.Onları ” xalq düşməni”,”pantürkist” və s.adlandıraraq məhv etməyə cəhd göstərənlər məqsədlərinə nail olurdular.Represiya hələ 30- cu illərdən əvvəl başlamışdı,lakin bundan sonra kütləvi şəkil aldı….Mikayıl Müşfiq,Hüseyn Cavid, Əhməd Cavad və yüzlərlə belə ölməz sənətkarları məhv etməklə daşnaklar gizli niyyətlərini həəyata keçirdilər. Lakin ölməz ümummilli lider Heydər Əliyev xalqımızın qaymaqları olan bu ziyalılarımızı yüksək dəyərləndirərək,onların əməli fəaliyyətlərini qiymətləndirmiş,xalqımızın layiqli övladlarının üzərinə vurulan damğaların aradan qaldırılmasına nail olmuşdur. Ulu öndərimiz N.Nərimanovun,M.MüşfiqinH.Cavidin,Ə.Cavadın və digərlərinin əməli fəaliyyətini xalqa faktlarla çatdırmış,onların vəhşi daşnak siyasətinin əsassız qurbanları olduqlarını təsdiqləmişdi. Bu sahədə onunla yanaşı çalışan Həsən Həsənov özünün xatirələrində bunları bir daha yada saldı… Qeyd etdiyimiz kimi polkovnik Həmid Cəfərov komissiya heyətində Heydər Əliyevin 1982 ci ilin 12 oktyabrında verdiyi qərara əsasən Hüseyn Cavidin nəşinin tapılıb gətirilməsi üçün Maqadana,oradan da İrkutskinin Şevçenko kəndinə yola düşürlər. O,qeyd etdi ki,buradakı kütləvi məzarlıqda 40min şəhid uyuyurdu. Uzun araşdırmalardan sonra məlum oldu ki, H.Cavıd ölümündən əvvəl buradakı Əlillər Evində qalırmış,buranin acınacaqlı şəraiti barədə Stalinə məktub yazır.Bəlkə də yerini dəyişdirməsəydilər məzarı tapılmazdı…. H. Cavid və digər agıllı,savadlı,istedadlı ziyalılarımlzı məhv etməkdə o rejimin məqsədini mərhum akademik Ziya Bünyadov ” Qırmızı terror” kitabında yazırdı:Milli kadrları tamamilə məhv etmək,ilk növbədə dünyaca məşhur,daim düşünən,mütaliə edən yenfikirli alimləri,mütəfəkkir və intellektləri aradan götürmək!” Bəli, H. Cavid də belələrindən idi! Yəni,represiya qurbanlarından biri idi ……. Həmid Cəfərov 59 nömrəli məzarın açılmasını böyükhəyəcanla gözlədııklərinı və indi də o həyəcanı yaşadığını bildirdi.O,ilk dəfə belə hadisənin şahidi oldugunu etiraf etdi!! Nəşin necə çıxacaqlarını intizarla gözlədiklərini də bidirdi.. Nəhayət,ekspertlər saat yarımlıq axtarışdan sonra məzarı açdılar..Onu da qeyd etdi ki,əvvəlcədən tabutu hazırlamağı(2m×1m)sifarış etmişdilər.Lakin tabut1,70mX 0,90 sm ölçüdə. hazırlanıb gətirilmişdi.(təyyarəyə tabutu yerləşdirmək üçün) .Budur,məzar açıllr,ədibin kəlləsi və digər sümükləri ehmalca tabuta qoyulur..Ətrafdakı fəxri qarovul ədibin şətəfinə 40 yaylım atəşı açılır .Və ədibin nəşi 40 ildən sonra dogma yurduna — Azərbaycana gətirilir.Bakı aeroportunda təntənə ilə qarşılananlar arasıında qızı Turan xanıım da vardı.O ,atasının nəşinin Bakıya gətirilməsınə nail olan H.Əliyevə və onun təşkil etdiyi komissiyanın üzvlərinə dərin minnətdarlıgını bidirir. H.Əliyevin sərəncamına əsasən Naxçıvanda,Bakıda ədibə heykəllər ucadıldı..Bakıda H Cavidin ev muzeyi açılır və ömrünün.sonuna kimi ədibin qızı Turan xanım muzeyin direktoru olur..Onunla 10 ildən çox çalışan,on monoqrafiya müəllifi olan İsgəndər Atilla da öz xatirələri ilə oxucuları tanış etdi. Çıxış edənlər- yazıçı Sabir Rüstəmxanlı,DSX- nın sabiq polkovniki Sücaəddin Abdullayev,Bakıdakı H.Cavid adına 36 nömrəli məktəbin direktoru Gülarə Zəkiyeva,AYB- nin üzvləri Xatirə Fərəcli,Südabə Sərvi və başqaları tədbirlə baglı maraqlı məqamlardan danışdılar.Sonda xatirə şəkilləri çəkildi.
Bu ğünlərdə şəhid anası Təranə xanımın dəvətilə Lənkərandakı Mədəniyyət Mərkəzində oldum.Burada” Şəhidlər bizim qürur yerimuz,fəxrimizdir” layihəsinin Vətən müharibəsi şəhidi Şəhriyar Vidadi oglu Həbibinin xatirəsinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə çoxlu sayda şəhid ailələri,qazilər,Lənkəran şəhər İH- nin məsul işçiləri,əlaqədar təşkilatların nümayəndələri,Osaküçə kənd məktəbinin müəllim və şagirdləri,dəvət olunmuş qonaqlar,şəhidin ailə üzvləri iştirak edirdilər.Foyedə şəhid .Şəhriyar Həbibiyə həsr olunmuş eksponatlar nümayiş etdirilirdi.. Tədbir Müstəqil Azərbaycanımızın memarı və qurucusu olan H.Əliyevin və müstəqilliyimiz,azadlığımız,ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsinə bir dəqiqəlik sükütla başladı,sonra Dövlət Himnimiz səsləndi.. Tədbirin aparıcısı Cəfər Fətullayev sözü layihənin rəhbəri,H.Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıqovaya verdi. O, qısa və şərəfli ömür yaşayan, Vətən müharibəsi şəhidi Şəhriyar haqqında danışarkən,Vətəndən- Vətənə həsrət qalan böyük ustad Məmmədhüseyn Şəhriyarı yada saldı: Heydər baba,yalan dünyadır, Süleymandan,Nuhdan qalan dünyadır, Oğul,dogub dərdə salan dünyadlr, Hər kimsəyə nə veribsə alıbdlr, Əflatundan bir quru ad qalıbdlr. Ustad Şəhriyardan böyük bir söz xəzinəsi qaldı,qəhrəman Şəhriyardan isə düşməndən azad olunmuş Vətən torpagl! Reyhanə xanım dostu operator Tural Əliyevlə birgə,fədakar şəhid anası Təranə xanımın xatirələri əsasında Şəhriyar Həbibi haqqında sənədli film hazırladıqlarını və onun burada təqdim ediləcəyini bildirdi. Film nümayiş olundu.Filmdə ananın kövrək xatirələri,qəhrəmanımıza dərs deyən müəlllimlərin,oxuduğuOsaküçə məktəbinin direktorunun,döyüş dostlarının,qazi və qohumllarının xoş xatirələri kadrlardan- kadrlara keçdikcə,tədbir iştirakçılarında kövrək hisslər yaradırdl.
Şəhriyarın döyüş yolu,şəhidlik zirvəsinə ucaldıgı anlar,dəfn olunması yad edildikcə şəhid analarınln hıçqırıqları zalı bürümüşdü.. Lənkəran şəhər İH başçısının Humanitar məsələlər üzrə müavini Ülviyyə Əliyeva rayonun şəhid ailələri ilə,qazilərlə,şəhidlərin xatirələrinin əbədiləşdirilməsi sahəsində gördükləri əməli işlərdən danışaraq, onlara səbr dilədi,tədbirin təşkilatçılarına minnətdarlıgını bildirdi. Azərbaycan Yazıçılar Birliyinin Lənkəran zona birliyinin sədri,şəhidlərə həsr olunmuş” Payızın 44 anı” kitabının müəllifi Qafar Cəfərli,yazıçı -alım,şəhid Şəhriyar barədə də kitabında ana ilə müsahibəsini əks etdirən Jalə xanım Cəfərova,şəhidin ali təhsil aldıgı BDU- nun humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov,BDU- nun fizika fakultəsinin professoru Tərlan Hüseynov,həmin fakultənin Astrofizika kafedraslnın dosenti Zahir Səmədov və şöbə mütəxəssisi Ələkbər Hüseynov Şəhriyar haqqında,onun nümunəvi,ədəbli,tərbiyəli savadlı bir tələbə oldugundan söhbət açdılar. Rayonda işlədiyi kollektivin də hörmət və nüfuzunu qazandıgından danışıldı.Vətənpərvərliyini şübut edən Şəhriyar hamının dərin sevgisini qazanmışdı! Onun istər dəfnində,istər anım və dogum günləri mərasimlərində BDU – nun müəllim və tələbə heyəti ilə ,rayon təşkilatlarının hamılıqla iştirak etmələrinin şahidi olmuşuq!Bu günkü tədbirdə də qonşu rayonların nümayəndələrindən başqa Bakıdan da gələn çoxsaylı nümayəndələrin olması bir daha şəhidlərimizə olan sevginin bariz göstəricisidir!!Şair Qulaməli Hüseynovun şəhid Şəhriyara həsr etdiyi şeri bədii- qiraətçi Təhminə Əliyeva söylədi. “Milli Mədəniyyətin Təbliği”İB – nin sədri Jalə Cəfərova Şəhriyarın şəkli olan suveniri anaya təqdim etdi.” Vətən ugrunda”qəzetin baş redaktoru Rövşən Əhmədlinin də çıxışı Şəhriyarın döyüş yolundan oldu. Eyni zamanda Şəhriyara həsr olunmuş mahnının təqdimatı oldu.(sözləri Reyhanə xanıma,musiqisi ABİ- nin bölgə üzrəLənkəran şöbəsinin məsul katibi, bəstəkar Zəminə Tariyelqızına məxsus)Mahnını Aygün Hüseynova oxudu.Qeyd etdiyim kimi video- klipin müəllifi operator Tural Əliyevdir.
Sonra söz Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Şura sədri, “Tərəqqi” medallı” İlin müəllimi”,” Qızıl Ürək” ordenli yazar- publisist Nəzakət Əhmədovaya verildi.O, ilk növbədə təşkilatın prezidenti,dünya şöhrətli yazııçı Çingiz Abdullayevin və l – ci virse prezidenti Ruhiyyə Poladovanın salamını ,ürək sözlərini iştirakçılara və Təranə anaya çatdırdı.O,çıxışında şəhidlərimizə rəhmət,qazilərimizə can saglıgı,analara səbr dilədi! Tədbirin təşkilatçılarına minnətdarlıgını bildirdi.Sonda xatirə şəkiləri çəkildi,şəhidin məzarl ziyarət olundu. Şəhidlər ölməz ,Vətən bölünməz!
YENİ TƏQDİMATLAR… Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Aventliyinin maliyyə yardımı ilə”C.Cabbarlı- ədəbiyyatımızın böyük sənət fədaisi” adlı layihəsinin fəaliyyət proqramına uyğun olaraq C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatınıın klassiki,dahi dramaturq Cəfər Cabbarlının anadan olmasının 125 illiyi və bədii irsinin təbliği məqsədi ilə yazıçının müxtəlif bədii janrlarda yaratdığı əsərlərdən ibarət “Seçilmiş əəsərləri” adlı kitabın, eləcə də sənətkarın həyat və yaradıcılıgı haqqında bir sıra maraqlı məlumatların toplandığı “Böyük sənət fədaisi” adlı kitabçanın təqdimat mərasimi keçirilib. Cəfər Cabbarlı ədəbi fəaliyyətə uşaq yaşlarında başlasa da sonralar yaradıcılığını əsasən dramaturgiya sahəsində inkişaf etdirmiş,səhnəmiz üçün yazdığı qüdrətli əsərləri onu Azərbaycan dramaturgiyasının yaradıcılarıından biri kimi şöhrətləndirmişdir.Yazıçı zəngin və hərtərəfli yaradıcılıq yoly keçərək,ədəbiyyatın həm şeir,həəm dram,həm də nəsr janrlarından bacarıqla istifadə etmiş,eyni zamanda istedadlı jurnalist ,tərcüməçi vəkino xadimi kimi tanınmışdır. Kitaba yazıçının Cümhuriyyət öncəsi qardaş Osmanlı türklərinin tarixi mücadiləsinə həsr etdiyi ” Ulduz” və ya” Trablis müharibəsi”(1917) pyesləri,eləcə də bir slra hekayələri daxıl edilmişdir,Digər kitabçada isə oxucular ədibin həyatının önəmli məqamları,eləcə də yaradıcılıgının müxtəlif dövrlərində yaşanan və yaxın zamanadək oxuculara naməlum qalan bir sira ziddiyyətli ,tarixi anları ilə tanış olacaqlar. C.Cabbarlı adına Mədəniyyət ,Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri,C.Cabbarlı ev- muzeyinin direktoru Qəmər Seyfəddinqızı tədbiri açaraq kitablar haqqında məlumatları dinləyicilərə çatdırdl,Sonra sözü AMEA- nın N.Gəncəvi adına Ədəbiyyat Unstitunun şpbə müdiri, filologiya elmləri doktoru Asif Rüstəmliyə verdi.Asif müəllim ədib haqqında elə maraqlı məlumatlar verdi ki,dinləyicilər onları ilk dəfə eşidirdilər!Çıxışına əlavə edərək Qarabaga səfərimizdən danışarkən qeyd etdi ki 1919 – cu ildə yazıçı Şuşada olarkən ona Qarabağ atı və xalça da baglşlamlşlar….Çıxışa davam edənlərdən AMEA- nın N.Gəncəvi adına Ədəbiyyat İnstitunun şöbə müdiri,filologiya elmləri doktoru Tahirə Məmməd,BDU- nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhbubə Qurbanova,gənc alimAytən xanım və digər ziyalılar dahi yazıçının həyat və yaradlcılıgı,eləcə də yenicə işıq üzü görən kitablar haqqında əhatəli çıxışlar etdilər.DAMM- nin EŞ sədri,AJB- nin üzvü,” Yazarlar” jurnalının əməkdaşı,yazar- publusist Nəzakət Eminqızı,” Günaz” az saytının redaktoru Rəsmiyyə Heybətagaqızı C.Cabbarlıya həsr olunmuş şeirlərdən parçalar söylədilər.Donda xatitə şəkilləri çəkiıdi. Fotolar:
ZƏFƏR YOLUNA SƏFƏRDƏN DÜŞÜNCƏLƏR…. 44 günlük müharibədən sonra haqqında qəhrəmanlıqları ilə tarix yazan şəhidlərimiz,qazilərimiz barədə yüzlərlə yazılar oxumuş, filmlərə baxmış,görüşlər keçirmişik. 200 illik düşmən təcavüzünə məruz qalaraq, ,talan olmuş yurd- yuvamıza,yandırılmış,güllələnmiş evlərimizə baxdıqca içimizdə böyük yangı vardı. Bütün agrı acılara ,uzaqgörən siyasəti ilə Ali Baş Komandanımız və Müzəffər Ordumuz “Dəmir yumrug”u ilə son qoydu. Yeri gəlmişkən ,bu günlərdə Şuşamıza , dəmirdən Şuşi yazılmış sözü qıraraq üçrəngli bayragımızı asan , adı dillər əzbəri olan,Vətən müharibəsinin cəgavəri polkovnik Rəşad Aslanovla olan görüşdə çıxış edənlər və Rəşad zəfərimizdən, maraqlı anlardan söhbət açdılar.İnanılmaz,aglasıgmaz faktlardan,o sıldırım qayalardan necə keçərək qələbəyə nail olduqlarından danışdılar .Fantastik igidlik göstərən şəhidlərimiz,qazılərimiz bir daha yad edildilər.Rəşadın və onun kimi ogulların məxsusi igidliyi bir daha nəzərə çatdırıldı. Nizami Kino Mərkəzində nümayiş olunan “Zəfər Salnanəsi-2″sənədli filmlərdə də 1988 ci ildən 2020 ci ilədək olan müharıbəni əks etdirən kadrlarda xalqımızın başına gətirilən müsibətlərə,soyqırımlara sarsıntı keçirmədən ,kövrəlmədən baxmaq olmurdu! Filmlər adamı həmin illərə aparır,agrı – acıları yenidən yaşayaraq,gözyaşlarına məruz edirdi…. Şuşa haqqında,Laçın Kəlbəcər,Fizuli,Zəngilan,Xocalı,Xocavənd, Qubadlı və digər işgal olunmuş ərazilərə dair məlimatları televiziyadan almışdıq.Müharibə dövründə televiziyanın qarşısında duraraq Prezidentimiz işgal olunmuş ərazılərimizin ,hər bir rayonun ordumuz tərəfindən azad edilməsinin xəbərini verərkən sevincdən göz yaşları tökmüşdük. İndi Qarabagımızda sürətlə gedən tikinti – təmir,yenidənqurma, bərpa, və abadlıq işlərini də televiziyada görürdükcə,ürəyimizdə Şuşaya Laçına getmək arzusu oyanmışdı Növbəti yıgıncaqda Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin. (DAMM) l vitse prezidenti Ruhiyyə Poladovanın təşəbbüsü və rəhbərliyi ilə bu arzumuzu reallaşdırdıq.İdarə heyətinin üzvləri Ramil Məlikov, ” Carçı ” jurnalının təsisçisi və baş redaktoru Gülnarə Əmirquliyeva və bu sətirlərin müəllifi xoşməramlı səfərə çıxdıq.Yolboyu rayonlarımızdan keçdikcə cərgəyə düzülmüş şəhidlərimizin üzügülər şəkilıərinə baxır və düşmənə lənətlər yagdırırdıq,. Fizuliyə çatanda yolun kənarlnda şəhidinin xatirə lövhəsinin yan yörəsini abadlaşdıran ailə ilə görüşdük,başsaglıgı verib,şəhidlərimizin ruhuna dualar oxuduq.. Budur, düşmən tərəfindən vəhşicəsinə xarabazara çevrilmiş,yandırılmış saysız hesabsız evlər… Yolboyu bunları gördükcə ürəyimiz agrıdan dözə bilmirdi!!! Aglamaqdan bu mənzərələri düşüb çəkə də bilmirdik! İlahi, bu dərəcədə vəhşilik olarmı??! Hələ burada yaşayan əhalinin başına nələr gətirmişlər bu qaniçən vandallar! Bir anlıq qulagıma insanların bagırtısı ,qışqırıb kömək istəmələri ,körpələrin hayqırmaları,od tutub yanan şəhərin naləsi gəldi. Düşüncələrə qapılmışdıq,bunu hiss edən Ramil mügənni Əglatun Qubadovun ” Yol gedir düz Şuşaya” mahnısını qoşdu…Yolüstü Fizulidəki aeroporta da baxdıq… Zəfər yolu bizi Şuşaya aparırdı!.İlk dəfə idi bu yolu getdiyimizdən gördüyümüz mənzərələr bizi valeh edirdi!!..Budur,illərlə arzuladıgımız,həsrətində oldugumuz Şuşaya çatdıq! Burada sürətlə gedən quruculuq işləri,abadlıq,əsaslı təmir və bərpa işlərini gördükcə ürəkdən fərəh hissi keçirirdik…Asan xidmətin əzəmətli binasında son bərpa işlərində,şəhərin hər addımında,küçələrdə gedən tikinti abadlıq işlərində yüzlərlə insan, texnika böyük sürətlə çalışırdı.Maraqlısı o idi ki,Asan xidmət və poçtda 56 şuşalı üçün iş yeri də nəzərdə tutuldugunu öyrəndik. Deyildiyinə görə .Şuşa şəhəri on yeddi məhəllədən ibarət olub.Biz Natəvanın,Üzeyir Hacıbəyovun ,Bülbülün güllələnmiş büstlərini,GövhərAga məscidini,Vaqifin Məqbərəsini ziyarət etdikdən sonra,İsa Bulagına enmək istədik.Lakin orada da təmir işlərində son tamamlama getdiyindən bulagı görə bilmədik,çünki bir neçə gündən sonra Şuşaya gələcək dost ölkələrin prezidentlərinin səfərinədək bu işlər yekunlaşmalı idi. Qısa müddətdə belə bir quruculuq və bərpa işlərinin görülməsini,insanların yüksək fəallıqla işləmələrini gördükcə adamda qürur hissi yaranır.Murdarların zəbt edib yaşadıqları evlər uçurulur,yerində müasir tipli binalar ucaldılırdı.Bütün işlər operativ həyata keçiriirdi…Yolların ətrafında gül- çiçək əkənlər kim,su,elektrik,kanalizasiya xətlərini quraşdıranlar kim,küçələrin asfaltlaşdırılmadında çalışanlar kimlər – hər tərəfdə iş görən yüzlərlə insanın üzlərindəki sevinc hisslərini gördükcə yorgunlugumuz keçirdi. Dagıdılmış, viran qoyulmuş binaların üzərində döyüşçülərimizin adları hələ də oxunurdu.Tarixi abidələrimizin dagıdılmış divarları üzərində xatirə lövhələri vurulmuşdu. Bunların Heydər Əliyev Fondu tərəfindən bərpa olunacagına dair tikinti şirkətlərinin məlumatları da nəzərimizi cəlb etdi.Hər addımda bu sürətli quruculuq işlərini gördükcə Ali Baş Komandanımız,əziz Prezidentimiz İlham Əliyev və onun xanımı, H.Əiyev Fondunun Prezidenti Mehriban xanıma möhkəm can saglıgı və əməli fəaliyyətlərində bol ugurlar diləyirdik! Dünyanın heç bir ölkəsinin rəhbəri qısa zamanda ərazilərini 200 illik əsarətdən qurtarmaqla yanaşı,belə sürətli bərpa və yenidənqurma iqtidarında ola bilməz!Var olsun Ali Baş Komandanımız və Müzəffər Ordumuz! Onun uzaqgörən siyasəti 44 günlük Vətən müharibəsinin qələbəsi ilə,24 saatlıq antiterror döyüşləri ilə Zəfər çaldı! Şuşanın görməli yerlərini gəzdikdən sonra,Cıdır Düzünə çııxdıq və mərd ogullarımızın şəhidlik zirvəsinə ucalmış ərazini seyr etdik.Deməklə inanılmaz olan, o sıldırım qayalara dırmaşaraq ,qalın meşələrdən keçib düşməni məhv edən şəhidlərimizin qan izləri qalan daşların üzərinə gül- çiçək qoyduq.Heç agla gəlməz sıldırım qayalara baxdıqca ixtiyarsız olaraq göz yaşlarında bogulurduq….Hələ o çətin və çıxılmaz yerlərdən yaralı və şəhid dostlarını çıxararkən əsil qəhrəmanlıq göstərmələrini yada saldıq.Hər daşın üzərindəki qara izlər burada gedən qanlı döyüşlərdən xəbər verirdi…Çox agrılı və acılı xatirələrlə oranı tərk edərkən,burada keçiriləcək türksoylu dövlət başçılarının görüşünə hazırlıqla baglı yeri quraşdırırdılar.Burada da sürətli işlərin görülməsi bizi fərəhləndirdi…Bir sözlə, bütün quruculuq işlərinin canlı şahidi olmagımızla qürur duyduq. Oradan Laçına yola düşdük.O Laçına ki, illərlə arzusundaydım. Əziz oxucum,elə şeylər var ki,onlları sözlə ifadə etməkçox çətindir.Gördüklərimiz,canlı şahidi olduqlarımız bizdə qürur hissi yaratmışdı.Oonuda qeyd edim ki Laçına Məhəbbət Kazımovun yanıqlı ” Laçınım” mahnısını dinləyə – dinləyə gedirdik.dəfəələrlə bu mahnıya qulaq asmışdımsa da fərqinə varmamışdım,adıcə mahnı kimi dinləmişdim.AmmaLaçının füsunkar gözəlliklərini,dagıdılmış,yandırılmış,gülllələnmiş evlərini,mədəniyyət mərkəzlərini gördükcə mahnıdakı yangını qəlbən dərk etdim.Çox təəssüfləndim ki,bu günki azad Laçına getmək ona və onun kimi buranın həsrətilə qaçqın düşən, didərginlik həyatını yaşayaraq dünyasını dəyişənlərə də qismət olmadı.. Hələ keçən əsrin əvvəlində Laçının Sus kəndindən, yurd- yuvalarından qovularaq didərgin düşənlərin arasındakı uşaqların içində nənəm Nəcimə də var idi.Onun acı taleyi ilə baglı hekayəm mətbutda dərc olunmuşdu.Bunu uşaq vaxtı bilməmişdim.Onu eşitmişdim ki,köçkün düşdükləri Susay kəndində onlara qarabaglılar deyirdilər.Sonralar bildim və Laçına getmək istəyimin həyata keçəcəyi günü intizarla gözləyirdim.Yeri gəlmişkən,bu arzumu yerinə yetirən idarə heyətimizin sədri Ruhiyyə xanıma və Ramil bəyə ,bizim Laçında layiqincə qarşılanmagımızı təşkil edən ,DAMM-nin Laçın rayonu üzrə sədri ,qazı Akif bəyə və qohumu Nazim müəllimə dərin minnətdarlıgımızı bildirirəm. Dövlətimiz tərəfindən şəhid və qazi ailələrinə dağlar qoynunda,əsrarəngiz gözəlliklərə bürünmüş meşələrdə, tam təmirli,mətbəxi müasir mebellə ,əşyalarla təmin olunmuş evlər hədiyyə hədiyyə edilmişdi.Bizi belə bir 3 otaqlı evə qonaq etdilər. Laçına gecə çatdıq.Və o yüksəklikdəki evdən dagların qoynunda,yamyaşıl meşələrin içində tikilmiş möcüzəli ,geniş eyvanlı qırmızı damlı evləri gördükcə sevincdən gözlərimiz yaşarırdı.Laçının saf havası,evlərdən gələn və meşədəki quşların şən səsləri adama ləzzət verirdi. Səhər yeməyimizi yedikdən sonra Nazim müəllim bizi müşayiət edərək Laçının görməli yerləri ilə tanış etdi.İlk növbədə ona Laçındakı ” Simurq”kitabxanası üçün hədiyyə gətirdiyim yüzə yaxın kitab və jurnalları ora təhvil verəcəyimu bildirdim.Biz oraya- Laçındakı kluba getdik.Onu da qeyd edim ki,.buradakı Mədəniyyət Evini və Milli Kitabxananı da vəhşilər gülləbaran edərək,xarabaya çevirdiklərinə görə kitabxana üçün burada müvəqqəti olaraq otaq ayrılmışdı.Bizi kitabxanın əməkdaşı Natəvan xanıım gülərüzlə qarşıladı.Həyətə çıxaraq qarşıdakı böyük dagıdılmış binaları ürək agrısı ilə göstərdi ki, ora bizim viran qalmış yerlərimizdir.Orada təmir- bərpa və tikinti işləri qurtaran kimi kitabxanamız da yenidən oz yerinə köçürüləcək.Kitabları təhvil verərkən Ruhiyyə xanım,Ramil bəy və ” Carçı ” jurnalının baş redaktoru Gülnarə xanım da hər bir kitab və jurnallar barədə Natəvan xanımı məlumatlandırırdılar.Natəvan xanıma əməkdaşı oldugum”Yazarlar”jurnalının təsisçisi və redaktoru Zaur Ustacın təşəbbüsünə qoşuldugumu və bu təşəbbüsə digər ziyalılarımızın da qoşulacagını bildirdim.Burada da xatirə şəkilləri çəkdirdik.Natəvan xanım bizə dərin minnətdarlıgını bildirərək ,kitabxananın zənginləşdirilməsində iştirakımıza görə təşəkkür etdi. Laçına gəlib, Həkəri çayının kənarındakı istirahət mərkəzinə baxmamaq günah olardı(.Maraqlııdır ki,buradaki evlərin damları qırmızı şiferlə vurulub.Öyrəndik ki, buradakı Sənaye Parkında mebel və dam örtükləri hazırlayan sexlərdən istifadə olunur Bundan əlavə heyvandarlıq sahəsi də inkişaf etdirilir.Belə ki, Sus ,Zabux kəndlərində səkkiz yüzə yaxın sakin işlə təmin olunmuşdur.Eyni zamanda 34 həftəlik peşə hazırlıq kurslarında da yerli sakinlər təcrübə qazanıırlar.)Həkəri çayının ətraflna Bakıdan və digər bölgələrdən çoxlu sayda ailəvi gələn qonaqlarla dolu idi.Oradan qayıdarkən yolun kənarında, budaqları əriklə dolu agacın yanından keçəndə həyətdə cavan bir xanımı gördük.O ,bizi görüb yanımıza gəldi.Söhbətimiz elə şirin alındı ki,elə bil onu çoxdan tanıyırıq.O,Təranə xanım, bizə buradakı məktəbdə işlədiyini bildirdi.Bakıda məskunlaşdıgı evdən buraya köçdüklərini və burada daimi qalacaqlarını bildirdi.Gülərək -buranın caf havasını,gözəl meşələrini ,buz bulaqlarını qoyub necə getmək olar,- dedi.Onun sözündə gördüyümüzə görə həqiqət vardı.Buralar cənnət məkandır! Təranə xanıma bir neçə kitab və” Carçı” jurnalını hədiyyə etdik. İstər Şuşada,istər Laçında və istərsə də Qarabagımızın işgaldan azad etdiyimiz digər rayon və kəndlərimizdəki dagıntıların yenidən tikilməsinə və bərpasına milyardlarla manat ziyan vuran mənfur düşmən lənətə gəlsin! Sag olsun ,var olsun Azərbaycanımızı dünyada düşmənə Zəfəriylə tanldan Ali Baş Komandanımız! Qalib Ordumuza eşq olsun! Biz zəfər çalmaqla ölkəmizin qüdrətini,nəyə qadir oldugumuzu dünyaya bildirdik!Budur,müdrik rəhbərin uzaqgörən siyasətinin qələbəsi!Budur müzəffər ordumuzun gücü!Vətənimizin hər qarışını öz qanları ilə azad edən, ər ogullarımız olan şəhidllərimizin ruhu bu gün şaddır! Onlara rəhmət,qazilərimizə şəfa diləyərək Bakiya qayıdırıq. Dagların başındakı bulduzerlərə,texnikanı işlədənlərə baxaraq Şuşadan Laçına çəkilən qisa yolun çəkilişində çalışan çoxsaylı insanlarla sagollaşırıq.Müharibədə qələbəmizin əldə olunmasında iştirak edən hər bir kəs qəhrəmandır! Onlar ” Dəmir Yumruğ”un ətrafında möhkəm birləşməsəydilər (düşmənlərdə minlərlə fərari oldugu halda,bizdə minlərlə könüllü iştirak edirdi) biz qələbə qazana bilməzdik!Bir daha zəfəri qazanan Ali Baş Kömandanımıza, məğlubedilməz Ordumuza eşq olsun! Zəfər yolu ilə səfərimizi başa vursaq da yeni səfərlərə imza atdıq! Fotolar:
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Yazarlar” və “Carçı” jurnallarının əməkdaşı, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyyətinin sədri, yazıçı-publisist Nəzakət Əhmədova (Eminqızı), DAMM-nin Birinci vitse-prezidenti Ruhiyyə Poladova, DAMM-nin Vitse- prezidenti Ramil Məlikov, “Carçı” jurnalının təsisçi və baş redaktoru Gülnarə Əmirquliyeva “Simurq” kitabxanasında qonaq olmuş, kitab bağışlama çərçivəsində kitabxanaya kitablar və jurnallar hədiyyə ediblər. Onlara və təşəbbüskar Zaur Ustaca təşəkkür edirik. Fotolar:
Son Müsahibə… Təxminən uzun illərin söhbətidir.Bir gün Yevlaxlı müəllimə.yoldaşım Adilə xanımla Müəllimləri Təkmilləşdirmə İnstitundan dərsdən gələrkən söhbət əsnasında mənim həm də jurnalist oldugumu bildi.Məndən xahiş etdi ki,ən yaxın qohumum var,bəlkə onun haqqında bir yazı yazasan?Çox sevinər, çünki o,diqqətdən kənarda qalıb , onunla maraqlanan yoxdur. Maragım artdı və münasib vaxt təyin edib onun görüşünə getmək istədiyimi bildirdim. ..Bir neçə gündən sonra Adilə xanımla seminardan çıxıb həmin ünvana-Nizamı küçəsindəki 58 nömrəli binaya getdik.Həyətə girəndə köhnəlmiş taxta pilləkənlə qalxıb 2- ci mərtəbədəki hündür otaqlı bir mənzilin qapısını döydük.Qapını alçaq boylu, arıq ,gülərüz,qarayanız bir xanım açdı.Üzünün qırışlarından hiss etdim ki, yaşı çoxdur, lakin qıvraq, cəld hərəkətləri elə bil onun xəstəliyini gizlədirdi.. Otaga daxil olduq.Diqqətimi təxminən otaq hündürlüündə olan küncdəki saat cəlb etdi.Digər mebellərdən də hiss olunurdu ki, zəngin ailənin evidir. Səkinə xanım sualımı belə gözləmədən birbaşa ürəyindəkiləri söyləməyə başladı….. Yaşımın 70 dən çox olmasına baxmayaraq hər dəfə xatirə dəftərimi vərəqləyəndə özümü gənc çaglarımda oldugu kimi hiss edirəm…. Elə bilirəm ki,indicə sevimli müəllimim Rəşidbəy Əfəndiyev saçlarımı tumarlayacaq ” mənim əziz balam, şeirini bir də de görüm necə söyləyirsən?”-deyəcək… Bizi xanım içəri dəvət etdi, Adilə xanımla öpüşüb görüşdü.Adilə xanım onu mənə təqdim etdi; –Haqqında danışdıgım xanım budur,-dedi, mənim əziz Səkinə xalam… Və biz çay stoluna əyləşdik.Adilə çay süfrəsi hazırlamaqda evin gəlininə kömək etməyə mətbəxə keçdi.. Səkinə xanım elə bil mənim gəlməyimi gözləyirdi ki, öz xatirələrini nəfəsini belə dərmədən belə mənə çatdırsın…. Məni,Əfruzu,Qızxanımı,Zərifəni, Rüxsarəni,Naziləni,Lətafəti və o birilərini görüb arxayınca dərsə başlayacaqlar.. Səkinə xanımın gözləri yaşardı.. Fürsətdən istifadə edib: – o nə şeirdi elə-soruşdum. –Rəşid bəyin mənə ithaf etdiyi şeiri deyirəm…bir anda sanki gənclik ehtirası ilə həmin şeiri əzbər söylədi: Ey qızım ,səndə elmə rəgbət var, Başqa cür səndə qabiliyyət var, Etmisən yazmaga adət, Edəcəksən qələm ilə ünsiyyət Hələ tezdir, tələsmə ,elmə yapış Gecə -gündüz çalış,Səkinə, çalış Bir dəqiqə keçirmə vaxtın Elm ürfanlıdır yolu baxtın Əgər elmə vasil oldunsa Hər qüsurunda kamil oldunsa Olasaqsan ədibə dövran Səninlə fəxr edir bütün nisvan Səndə var gizli-gizli istedad Qoyma onlar ola,qızım,bərbad Uyma dünyaya ey qızım, sən oxu Çox yaman şəhridir bu şəhrin Nuxu. Qulaq asma məvaneyi bəşərə Baxma dünyada heç bir nəfərə Başını salla get,ziyadar ol! Qəfləti -cəhlə uyma bidar ol! İnkişaf eylə qabiliyyətini, İzdiyad eylə qədr-qiymətini, Sizləri bəkləyir Azərbaycan Xabı-qəflətdədir bütün nisvan. Açın onlara məktəbin qapısın, Yıgın o binəvanı elm oxusun Əgər elmlə yüksələrsə qadın, Yüksələr cümlə- aləm anda qanın Quru sözdür nəsihəti Şaki Əməl eylər kimin var idrakı… Mənəvi pədərin Rəşidbəy Əfəndiyev 1925- ci il.. Şeiri sona çatan kimi Səkinə xanımın gözlərindən iki damla yaş əlində tutdugu məktəb illərinin xatirə dəftərinə düşdü…Bərk həyəcanlanmışdı…
-Elə bildim o günləri yaşadım, indicə darülməlumatın qapısı açılacaq.. Mənəvi atamın qızları Naimə və Mehtaban xanım da içəriyə girəcək, sinfə nəzər salacaqlar.. darülməlumatın 11 ilk qız məzunu buranı qızıl medalla bitirir. Həmin vaxtdan Şəkidə,Zaqatalada qız məktəblərində müəllimlik edir.Lakin elmə həvəs onu rahat qoymur.1934-cü ildə Azərbaycan Pedaqoji İnstitunun dil- ədəbiyyat şöbəsinə daxil olur.Bu dövrdə o, bir sıra hekayə,xatirə yazır.İlk hekayəsi olan”Onun ilk müştərisi”ni Yusif Vəzir Çəmənzəminli yüksək qiymətləndirir. Səkinə xanım İnstitutun ictimai həyatında da fəal iştirak edir.Lakin tibb elminə olan maragı onun sonrakı taleyini müəyyənləşdirir. Səkinə xanım Seyidzadə-Verdiyeva 1912 ci ildə Şəkinin fəhlə ailəsində anadan olmuşdu.1923 ildə o,Nuxa Ünas Pedaqoji Məktəbinə daxil olur, 1927-ci Səkinə və onun digər on rəfiqəsi Azərbaycan Tibb İnstitunun müalıcə-profilaktika şöbəsini müvəffəqiyyətlə başa vurub uzun müddət oftalmoloji İnstitutda xəstələrin gözlərinə nur paylayanlardan biri olub….. Böyük Vətən Müharibəsi illərində müxtəlif qospitallarda xalqımızın mərd ogul və qızlarının yenidən həyata qaytarılması üçün əlindən gələni əsirgəməyib…. O, müharibədən sonrakı illərdə tez-tez mətbuat səhifələrində müxtəlif mövzularda məqalələrlə çıxışlar etmişdi.Çıxışların əl yazmaları,xatirə dəftərindən qeydlərin orijinalları Şəki diyarşünasllq muzeyinə verilmişdir. Səkinə xanımın maariflənməsundə həyat yoldaşı Eyyubun da köməyi çox olmuşdur Eyyub Verdiyev o dövrdə qızların savadlanmasına xor baxanların istehzalarından çəkinməmiş yeganə qızı Yavrunun da ali təhsilli geoloq kimi yetişməsinə kömək olmuşdur….. O zaman fərdi təqaüddə olan Səkinə nənə ilə evində görüşərkən nəticəsi Orxanla bərk məşguletsinO zaman 2 yaşlı Orxan nənədən xahiş edirdi ki,mikroskopla işdə ona kömək etsin .Heç təəccüblənmədik də.Axı, uşaq gözünü açandan nənənin xoş təəssüratlarını dinləmiş,onlarla nəfəs almışdı… Bu gözəl ana,qaygıkeş nənə,bacarıqlı həkim,savadlı müəllim haqda yazımı hazırlayıb “Ədəbiyyat və İncəsənət” qəzetinə vermişdim.Səkinə ana Adiləyə zəng vurub yazını gözlədiyini,səhhətinin agırlaşdıgını bildirmişdi. Adilə mənə zəng vurub dedi ki ,Səkinə xanımın vəziyyəri çox pis olsa da “qəzet nə vaxt çıxacaq?”-demişdi.Onda bu vəziyyəti baş redaktor N.Həsənzadəyə bildirdım.Sag olsun ertəsi gün məqalənin dərc olundugunu dedi.Mən onu Adilə xanıma xəbər verdim Adilə xanım xəstəliyinə baxmayaraq qəzeti necə maraqla oxudugunu, sonra kövrələrək agladıgını mənə deyəndə çox sarsıldım …o halda mənə təşəkkür etməyi də unutmamışdı…Bir gün sonra Səkinə xanımın ölüm xəbərini eşidəndə məni dəli aglamaq tutdu.Çox sarmışdım..Amma nə etmək olardı,həyatın qanunlarını poza bilmərik ki! Aglasam da, köxrəlib sarsılsam da köksümdə bir rahatlıq da tapdım: Nə yaxşı vaxtında Səkinə ananın arzusunu ona çatdırdıq. Mənə elə gəldi ki,o, oxuyub daha da rahat öz əbədi dünyasına köçdü…. Beləcə müsahibəmin son acı müsahibəsini həmişə xatırlayıram……
11 iyun 2024-cü ildə respublikamızın dəyərli elm ocaqlarından olan AMEA-nın Mərkəzi Elmi Kitabxanasında gənc yazar, 7 kitab müəllifi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kredo” qəzetinin redaksiya heyətinin üzvü və ən gənc müxbiri Sevindik Nəsiboğlunun Vətən müharibəsi şəhidi, leytenant Nurlan Nadir oğlu Həsənova həsr etdiyi “Zəfəri nurlandıran Nurlan” və Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi “Ulu Öndərin işığında” adlı kitablarının təqdimat mərasimi keçirildi. Tədbirə önəmli elm, sənət və ədəbiyyat xadimləri, ziyalılar, eləcə də kitabsevərlər qatılmışdılar. Tədbir İrəvan Dövlət Azərbaycan Dram Teatrının gənc aktrisası Sevinc Bəxtiyarın aparıcılığı ilə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb vətənimizin ərazi bütövlüyü, müstəqilliyimiz və suverenliyimiz yolunda canından keçən bütün Şəhidlərimizin və Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsinə bir dəqiqəlik sükutla davam etdi. Sonra isə çıxışçılara söz verildi. İlk olaraq filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri Vaqif Yusifli çıxış etdi. Görkəmli ədəbiyyatşünas çıxışında gənc yazarın timsalında erkən yaşlarında ədəbiyyat cəbhəsinə atılan böyük şair və yazıçıların adını çəkərək müəllifin qabaqda olan gələcəyi üçün uğurlar dilədi. Ulu Öndərimizin dühasından söz açaraq onun böyük xilaskarlığından və Azərbaycan uğrunda olan cəfakeşliyindən danışdı. Tədbirin əsas mövzularından olan şəhidlik mövzusundan da danışan ədəbiyyatşünasımız dahi şairlərin kəlamlarından sitat gətirərək şəhidlərin ölümü ilə əbədiyyət qazandıqlarını bildirdi. Sonda gənc yazara fəaliyyətində uğurlar arzuladı. Filologiya elmləri doktoru, professor Asif Rüstəmli də şəhadətin necə ülvi bir zirvə olduğundan danışaraq təqdimatı keçirilən “Zəfəri nurlandıran Nurlan” kitabından və o kitabda haqqında danışılan şəhid Nurlan Həsənovun qəhrəmanlığından söz açdı. Sevindik Nəsiboğlunun Vətən müharibəsindən qabaq, müharibə dönəmində, eləcə də müharibədən sonrakı dönəmdə olan ədəbi fəaliyyətini tamaşaçıların diqqətinə çatdırdı. Mərkəzi Elmi Kitabxana kimi mötəbər bir elm ocağında yeniyetmə və yeniyetmə olmasına baxmayaraq 7 kitab müəllifi olan bir yazarın 2 kitabının təqdimatının keçirilməsinin yazar üçün necə böyük bir uğur olmasından bəhs edərək gənc yazara bir daha uğurlar arzuladı. Tədbir iştirakçılarının və çıxışçıların arasında olduğum üçün mənə də söz verildi. Mən çıxışımda gənc yazarla ilk tanışlığımdan və ondan sonra onunla olan səmərəli fəaliyyətimdən bəhs etdim. Dinamik və sürətli fəaliyyət göstərən gənc yazara yorulmazlıq arzu etdim. “Carçı” jurnalının redaktoru Gülnarə Əmirquliyeva da çıxışında gənc yazarla tanışlığından və fəaliyyətindən söhbət açdı, onun qısa müddətdə gördüyü işləri və ədəbi fəaliyyətini yüksək dəyərləndirdi. Tədbirdə şəhid Nurlan Həsənovun valideynləri Nadir ata və Həqiqət ana da çıxış etdilər. Nadir ata oğlu ilə olan xatirələrindən qısa danışaraq oğlu haqqında kitab yazdığına görə Sevindik Nəsiboğluna və onun timsalında şəhidlərə dəyər verən, onların xatirələrini əziz tutan hər kəsə təşəkkürünü bildirdi. Həqiqət ana Nurlanın vətənpərvər bir şəkildə böyüdüyündən, Qarabağın azadlığını dünyada hər şeydən çox arzuladığından danışdı. Həmçinin, Birinci Qarabağ müharibəsi yeni-yeni başladığı zaman Xankəndi poliklinikasında ermənilərlə birlikdə məcbur qalıb işlədiyi və yaşadığı o çətin günlərdən, sonra isə qaçqınlıq həyatından söhbət açdı. Çıxışının sonunda o da müəllifə və şəhidlərin xatirəsini uca tutan hər kəsə təşəkkür etdi. Həqiqət ana onu da qeyd etdi ki, Sevindik təkcə şəhidlərimiz haqqında kitablar yazmaqla öz işini bitmiş hesab etmir, o, həmçinin həmin kitabları kitabxanalara, məktəblərə və digər dövlət qurumlarına təqdim edərək şəhidlərimizi tanıdır. Qazi Ülvi Qədir müəllifi çoxdan tanıdığını, bir çox tədbirlərdə gənclərlə görüşdüyü zaman onu gənclərə örnək göstərdiyini bildirdi. Həmçinin gənclərlə vətənpərvərlik mövzusunda söhbət etdiyini, habelə gənclərin vətənpərvərlik mövzusuna olan dəyəri və həssaslığı ilə bağlı çıxış etdi. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq Rəsul Rza mükafatı laureatı Nazim Muğanlı müəllif haqqında xoş sözlər söyləyərək onun “Ulu Öndərimiz” şeirindən bir bənd səsləndirdi. Sevindik Nəsiboğlunun vaxtilə musiqi müəllimi olmuş Sevinc xanım Musayeva bir şagird kimi Sevindiyin onda necə xoş təəssürat oyatdığını, hələ illər əvvəl onun işıqlı gələcəyini gördüyünü qeyd etdi, onunla həmişə fəxr etdiyini və edəcəyini söylədi. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, kinoşünas, aktrisa Zülfiyyə xanım Eldarqızı da çıxışında gənc müəllif və onun yaradıcılığından danışaraq çıxışını müəllifin şəhid Nurlan Həsənova həsr etdiyi “Şuşanı ruhuyla fəth edən Nurlan” şeirini söyləməklə sonlandırdı. Jurnalist, “Günaz.az” saytının redaktoru, Cabir Novruz Mədəniyyət Mərkəzinin əməkdaşı Rəsmiyyə xanım Heybətağaqızı da müəllifə yaradıcılıq uğurları arzulayaraq müəllifin antiterror tədbirlərində şəhid olan Cavid Cavanşir oğlu Zülfüqarovun dilindən yazdığı “Qarşıla məni, ana!” adlı şeirini səsləndirdi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Arzu xanım Əliyeva Vətən müharibəsindəki qələbəmizin yüksək önəmini və dəyərini vurğulayaraq bu yolda canı, qanı bahasına vuruşan şəhidlərimizi andı, qazilərimizə can sağlığı dilədi. “Şərqin səsi” qəzetinin şöbə müdiri, “Zim.az” saytının redaktoru İlhamə Sabirqızı və “Sağlam Ailə” İctimai Birliyinin sədri Xanım Quliyeva da tədbirdə iştirak və çıxış edənlərdən, təqdimatın mövzularını və müəllifin ədəbi fəaliyyətini qiymətləndirənlər arasında idi. Gənc xanəndə və ictimai fəal Allahverən Pərvizoğlu Sevindik Nəsiboğlu ilə birgə fəaliyyətindən, onun sözlərinə bəstələnən “Ata həsrəti” və Ulu Öndər Heydər Əliyevə həsr olunan “Ulu Öndərimiz” mahnılarından, eləcə də, gənc xanəndənin yaşayıb fəaliyyət göstərdiyi Lənkəran şəhərində və ümumilikdə ölkəmizdə gənclərə verilən yüksək dəyərdən danışdı. Allahverən Pərvizoğlunun çıxışından sonra onun ifasında səslənən və Sevindik Nəsiboğlunun sözlərinə bəstəkar Mehriban Aydınqızının bəstələdiyi “Ulu Öndərimiz” mahnısı tədbir iştirakçılarına təqdim edildi. Tədbirdə Mərkəzi Elmi Kitabxananın “Qarabağ Müharibəsi Qəhrəmanları” Fondunun rəhbəri, “Zəfər” ordenli şəhid polkovnik Babək Səmidlinin bacısı Röksanə xanım Səfərzadə də iştirak edirdi. Röksanə xanım qardaşının timsalında bütün Vətən müharibəsi şəhidlərinin, habelə iştirakçılarının torpaqlarımız uğrunda apardığı mübarizədən, həmçinin gənc müəllifin və Mərkəzi Elmi Kitabxana rəhbərliyinin timsalında ölkəmizdə Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərimizə verilən dəyərdən söhbət açdı. İstefada olan polis polkovniki, Birinci Qarabağ müharibəsinin iştirakçısı, uzun müddət Xocavənd Rayon Polis Şöbəsinin rəisi işləmiş Sahib Həsənov Birinci Qarabağ müharibəsində və Horadiz əməliyyatında iştirakından, şahidi olduğu hadisələrdən, müharibə xatirələrindən danışaraq şəhid ailələrinə başsağlığı və təskinlik verdi. O, “Zəfəri nurlandıran Nurlan” kitabını həm bədii, həm də publisistik nöqteyi-nəzərindən yüksək qiymətləndirdi. Vətən müharibəsində qazandığımız qələbədən və ölkəmizin məğlub ölkə damğasından xilas olub qalib ölkə səviyyəsinə yüksəlməsindən də danışdı. Son söz Sevindik Nəsiboğluya – müəllifin özünə verildi. O da təqdimatı keçirilən kitabların yazılma prosesindən, kitablarda hansı nüanslara yer verdiyindən və bu kitabların yaşadığımız günlər içərisində yüksək əhəmiyyət kəsb edəcəyinə əminliyindən danışdı.
Müəllif tədbir iştirakçılarına, çıxışçılarına və tədbirdə əməyi keçən hər kəsə xüsusi təşəkkürünü bildirdi. Müəllifin çıxışından sonra tədbir bağlı elan edildi və xatirə fotoşəkli çəkdirildi. Biz də öz növbəmizdə gənc yazara bir daha yaradıcılıq uğurları və yorulmazlıq arzulayırıq. Şəhidlərimizə və Ulu Öndərə Allahdan rəhmət diləyir, onların ruhları qarşısında baş əyirik. Onların xatirələri hər zaman qəlbimizdə yaşayacaqdır. 12.06.2024.
GƏNC YAZARIN YENİ KİTABININ TƏQDİMATI….. Səma Muğanna – bu ad artıq oxuculara tanışdır.Bu günlərdə Atatürk Mərkəzində onun 4- cü kitabının-“QEYB OLAN UŞAQLIQ” – kitabının möhtəşəm təqdimatı keçirildi.Təqdimatda tanınmış elm adamları,yazıçı və şairlər,media mümayəndələri,ziyalılar iştirak edirdilər.Tədbiri giriş sözü ilə Məti Osmanoğlu açdı, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. O,sözü “Qazax”Xeyriyyə İctimai Birliyinin idarə heyətinin sədri İlham Pirməmmədova verdi.İlham müəllim bu kitabın İctimai Birliyin dəstəyi ilə nəşr olunduğundan,kitabdakı bölümlərdən ətraflı məlumat verdi.Yazıçı Varis Xalq yazıçısı İsa Muğannadan danışaraq,yazarın ugurlarını genlə əlaqələndirdi.. Şəhid Teymur Abbasovun anası Başxanım Abbaslı Səmaya ugurlar arzuladı.Səmanıın ibtidai sinif və biologiya müəllimləri- Manya Novruzova və Elnarə Nərimanova onun hələ kiçik yaşlarından babası ilə olan ədəbi fəaliyyətinin nəticəsinin bu yerə gəlib çıxmasında ,genin rolunun olduğunu qeyd etdilər.Onlar Səmanın ugurları ilə fəxr etdiklərini deyərək,ona yaradıcılıq ugurları arzuladılar.Yazarımızın anası Sevinc xanımın belə vətənpərvər, layiqli övladlar tərbiyə edib böyütdüyünə görə,ona təşəkkür etdilər. Sevinc xanımın iş yoldaşı- -BDU- nin dosenti Həqiqət Abdiyeva,Ramiz Göyüşov,şair İlham Qazaxlı,Aşıq Şahin Süleymanov ,Elza Gülməmmədova və başqaları da çıxış edərək Səma haqqında xoş sözlər söylədilər.Səmanı ” Ədəbi gəncliyin parlaq mayakı”adlandlran,”Yazarlar” və “Carçı”jurnallarının əməkdaşı,DAMM- nin EŞ – nın sədri, yazıçı- publisist Nəzakət Əhmədova Səmanın hələ orta məktəbdə oxuduğu zaman Yazıçılar Birliyinə üzv seçılməsini,ölkəmizdən xaricdə də əsərlərinin dərc olunmasını,müxtəlif Fəxri Diplomlara layiq görülməsini dinləyicilərin nəzərinə çatdırdı.Sonda, ondan aldığı müsahibənin dərc olunduğu” Gecikmiş çiçəklər” kitabını Səmaya hədiyyə etdi.
Səmanın təhsil aldığı ADMİU- nin səhnə danışıgı müəllimi Əlizaman Mirzəyev,aktyor Sabir Məmmədli,Ayyət Mirzəyev və başqaları çıxış edərək , babası İsa Muğanna haqqında xatirələrini,Səmanın ədəbi fəaliyyəti barədə maraqlı məlumatlarını söylədilər.Sonda Səma ona ünvanlanan suallara dolğun cavablar verdi,xatirə şəkilləri çəkildi.
ƏBƏDİYYƏT ZİRVƏSİNƏ UCALANLAR… Bu gün ATU- nun akt zalında, Politexnik Universitetin şəhid məzunu,evin yeganə oglu Zeynallı Rəşad Qiyas oğluna həsr olunmuş ” Rəşadətli ömür” filminin nümayişi keçirildi. Filmdə Rəşadın yaşadıgı həyat, gənclərə örnək ola biləcək qəhrəmanlığı barədə dəqiq məlumatlardan istifadə olunmuşdu. Filmin ərsəyə gəlməsində zəhməti olanlara – ideya müəllifi Emilya Səfərəliyevaya, quruluşçu rejissor Elmar Əli Oruca, ssenari müəllifi Çımnaz Ağakişiyevaya, quruluşçu operator Emin Rəhimova, dron operatoru Nicat Tahirliyə, rejissor assisenti Nicat Əhmədova bütün izləyicilər adından dərin minnətdarlığımızı bildirirəm. Filmə kövrəlmədən baxmaq olmadı. Yüksək peşəkarlıqla çəkilmiş filmdəki hadisələr və evə gəlməsinə 3 gün qalmış səhid olması xəbəri hamını aglatdı. Atası onunla üryinə damırmış kimi 3 gün əvvəl yanına gedəndə, Rəşad deyib ki,niyə əziyyət çəkib gəldiniz. 3 gündən sonra gələcəkdim də.Sağollaşandan sonra yenidən qayıdıb atası ilə son dəfə görüşüb. Ata həmin anları həyəcanla danışır… Filmdə onun təhsil aldığı, l Qarabağ şəhidi Paşa Nəzərov adına 60 nömrəli məktəbin müəllimləri, ali təhsil aldıgı universitetin müəllimləri Rəşad haqqında onun nümunəvi şagird, nümunəvi tələbə olduğundan fəxrlə söhbət açmışlar. Anası Hafizə xanımın, atası Qiyas kişinin kövrək hisslərlə oğlu ilə fəxr etmələrindən və onu vətənpərvər bir oğul kimi böyütmələrini iştirakçılara çatdıra bilmişlər! Film haqqında geniş danışmaqdansa ona baxmağı məsləhət görərdik. Rəşad haqqında bizim yaradıcı alim,filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova geniş məlumat verdi… Şəhidlərə həsr etdiyi “KİÇİK DÜNYANIN BÖYÜK İNSANLARI” adlı nəfis tərtibatda hazırladıgı kitabda Rəşad haqqında da ətraflı məlumat vermişdir.
Çıxış edənlər-Rəşadın anası Hafizə xanım və atası Qiyas bəy, digər şəhid valideynləri ürək sözlərini, təşəkkürlərini yaradıcı heyətə bildirdilər. Tədbirin təşkilatçılarından ATU- humanitar fənlər üzrə kafedrasının müdir müavini Həbib Mirzəyevə, həmin kafedranın müəllimi Zarina Tagıyevaya da təşəkkür edirik. Tədbirdə orta məktəb və universitetin tələbələrinin, şəhid valideynlərinin fəal iştirakı Rəşadın valideynlərinə mənəvi dəstək oldu! Biz də onlara səbr diləyərək xatirə şəkilləri çəkdirdik.