Etiket arxivi: Qəzənfər Məsimoğlu

Qəzənfər Məsimoğlu

GEDİRSƏN

A Zöhrə ulduzum, a Dan ulduzum,
Səhəri tərk edib hara gedirsən?
Ömrümə nur saçan adam ulduzum,
Çəkirsən ruhumu dara, gedirsən.

Sən göylər sonası, göylər gözəli,
Gecənin, gündüzün sonu, əzəli.
Bənzərsiz sevgimin özü, özəli,
Əlini yelləyib yara, gedirsən.

Mən sənin dağınam, sən mənim qarım,
Sanma ki, əriyə əhdim, ilqarım.
A sevgi ağacım, məhəbbət barım,
Dönüb budağımda bara, gedirsən.

Yetər Qəzənfərə həsrətin, yetər,
Ahım küləkləri addıyar, ötər.
Nə var bu dünyada zülmətdən betər,
Eyləyib günümü qara, gedirsən.

Qəzənfər Məsimoğlu – Təbim deyir…

TƏBİM DEYİR

Duyğular yaxamdan tutub buraxmır,
Təbim:-qələm götür, nəsə yaz,-deyir.
Özün qulaq kəsil, özünü dinlə,
Ürəyindən gələn səsə yaz,-deyir.

Düzə bilirsənsə bu muncuq, bu sap,
Dəryanın dibində inci gəz, ləl tap.
Demək istədiyin sözünü gəl tap,
Mətləbi uzatma, kəsə yaz,-deyir.

Naşı qələmindən çıxanlar yoran,
Nə çox misra qıran, nə çox söz qıran.
Döyür sinəsinə yerindən duran,
Elə acığa yaz, bəhsə yaz,- deyir.

Getdiyin bu cığır, bu yol sənindi,
Yolunda əngəllər sanma çənindi.
Şeirin qəlbində bitən dənindi,
Mənanı anlayan kəsə yaz,-deyir.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəzənfər Məsimoğlu – GƏLSİN

Qəzənfər MəsimoğluRaqif Nazimoğlu

GƏLSİN

Respublika “İti Qələm ədəbi birliyi”nin, “Ağsu Yazarları ədəbi birliyi”nin sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru, şair dostum Raqif Nazimoğluna…

Raqif Nazimoğlu, qadoyu alım,
Mən sənə nə yazım, xoşuna gəlsin?
Mövzum sərkərimdi, sözlər qoşunum,
Buyursun sərkərim, qoşuna gəlsin.

Yaraşsın əzəmət, vüqar ömrünə,
Düşməsin nə boran, nə qar ömrünə.
Arzun çiçək açsın bahar ömrünə,
Demirəm şaxtalı qışına gəlsin.

Qəlbi saxtaların adını gördün,
Doğmasını gördün, yadını gördün.
Bir zaman Cavidlik dadını gördün,
İndi də Vurğunluq başına gəlsin.

Ruhuna ögeydi ədəbi azlar,
Dostun, yoldaşındı ağlı tarazlar.
Şəninə söz deyib Məmməd Arazlar,
Görüm ağrın-acın naşına gəlsin.

Dəyəri olanı ərşə yayırlar,
Halalı sevirlər, haqqı sayırlar.
100 yaşı hamıya arzulayırlar,
Qəzənfər 150 yaşına gəlsin.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəzənfər Məsimoğlu – Payız yolu…

ÇIX PAYIZ YOLUNA

Yağış buludların gümüşü simi,
Torpağın əlinə bir ovu düşür.
Qara saçlarıma hədiyyə kimi
Payızın sonunun qırovu düşür.

Xəzan yarpaq-yarpaq yazır şeirini,
Yerlər qaralama dəftərə dönür.
Göylər şəfəqlərdən alır xeyrini,
Damcılar ulduztək parlayır, sönür.

Gümanlı kəslərə xoş xəbər sıza,
Bahar tələsəcək, yeyin gələcək.
Yolumu gözləyən qara göz qıza-
Payız yolundadı-deyin- gələcək…

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

PAYIZ OLUR AYRILIĞIN SƏHƏRİ

PAYIZ OLUR AYRILIĞIN SƏHƏRİ

Qəm qoşunu hücum çəkir üstünə,
Viran qoyur könlündəki şəhəri.
Dəyişilir dünəninin havası,
Payız olur ayrılığın səhəri.

Ürəyində dərd özünə yer alır,
Ağ vərəqlər misra-misra qaralır.
Yaşıl-yaşıl arzuların saralır,
Payız olur ayrılığın səhəri.

Eşq sarayın kətpic-kərpic sökülür,
Cismin həsrət bələyinə bükülür,
Budaq-budaq yarpaqların tökülür,
Payız olur ayrılığın səhəri.

Xəyalında ocaq-ocaq yanırsan,
Öz odunu, öz közünü danırsan.
Yazı, yayı keçib getmiş sanırsan,
Payız olur ayrılığın səhəri.

Canın zəmi, səbir dəndi, dözüm dən,
Bulud-bulud yağış yağır gözündən.
Təşnə quşlar su içirlər izindən,
Payız olur ayrılığın səhəri.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəzənfər Məsimoğlu – AĞLAMA, SALXIM SÖYÜD

AĞLAMA, SALXIM SÖYÜD

Qaralıbdı buludlar,
Göylərdən yağış yağır.
Kövrək budaqlarından
Yarpaqlar damcı sağır,
Ağlama, salxım söyüd.

Küləklərin hördüyü
hörüklər yaşındımı?
Durub güzgüləndiyin
bu göl göz yaşındımı?
Ağlama, salxım söyüd.

Yaşıl donlu gözəlsən,
Qoy bələnim ətrinə.
Bir de kimdən küsübsən?
Kim dəyibdi xətrinə?
Ağlama, salxım döyüd.

Yanını boş gördülər,
Yarsız-dedilər sənə?
Hansı ağzı yanmışlar
barsız-dedilər sənə?
Ağlama, salxım söyüd.

Kölgən görüş yeridi,
Olsun arzuların tər.
Özünə dərd eləmə,
Barındı bu sevənlər,
Ağlama, salxım söyüd…

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəzənfər Məsimoğlu – Dənizə

D Ə N İ Z Ə

Ləpələnən sevdası var,
Həm toyu var, həm yası var.
Şahə qalxan dalğası var,
Ölürəm onnan ötəri.

Adasını sev, gülümdü,
Qadasını sev, gülümdü.
Qağayısı sevgilimdi,
Ölürəm onnan ötəri.

Üzü gövhər, dibi ləldi,
Məndən, səndən o əzəldi.
Mavi gözlü bir gözəldi,
Ölürəm onnan ötəri.

Gah suyuyam, gah liliyəm,
Dəlisiyəm, cahiliyəm.
Can atdığı sahiliyəm,
Ölürəm onnan ötəri.

Nə ulduzum, nə ayım var,
Nə qovuşan bir çayım var.
Həsrətindən bol payım var,
Ölürəm onnan ötəri.

Nə o adam, nə mən suyam,
Bu sirr eşqi biləm, duyam.
Qəzənfərəm, Məcnunuyam,
Ölürəm onnan ötəri.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəzənfər Məsimoğlu – Hara gedirsən?!

HARA GEDİRSƏN

Məndən uzaqlarda batan günəşim,
Şəfəqi zamanım, hara gedirsən?!
Ömrünü ömrümə qatan günəşim,
Ümidim, gümanım, hara gedirsən?!

Həsrəti vədəsiz bitən zəmiyəm,
Qəlbinin oxunan dərdi, qəmiyəm,
Sahil arzusuyla üzən gəmiyəm,
Dənizim, limanım, hara gedirsən?!

Könlümü əlimdən alan qoçağım,
Sevginlə doludu qoynum, qucağım.
Səcdəm, qibləgahım, pirim, ocağım,
A dinim, imanım, hara gedirsən?!…

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəzənfər Məsimoğlu – DOĞMA, ƏZİZ ANA DİLİM

DOĞMA, ƏZİZ ANA DİLİM

Bu gün Azərbaycan dili və əlifbası günüdür. Sözümüz kəsərli, dilimiz şirin olsun!

Nə şirindi, nə gözəldi hər sözü,
Torpaq sözü, Vətən sözü, yar sözü.
Ürəyini açmaq üçün var sözü,
Mənim doğma, əziz ana dilimin.

Bir mücrüdür, qiymətlidir, atılmaz,
Mətah deyil, bazarlarda satılmaz.
Yer üzündə bərabəri tapılmaz,
Mənim doğma, əziz ana dilimin.

Sehrlidir keçidləri, bərəsi,
Şimşəklərin gurultusu- nərəsi.
Qanadları- buludların hərəsi,
Mənim doğma, əziz ana dilimin.

Məlhəm olur, yanar qəlbi səngidir,
Rəngi təbiətin min bir rəngidir.
Hər kəlməsi bəstələnmiş cəngidir,
Mənim doğma, əziz ana dilimin.

Dədəm Qorqud haray çəkdi, hayladı,
Ad eylədi, ərənlərə payladı.
Soyu, kökü bayatıdı, layladı,
Mənim doğma, əziz ana dilimin.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

GƏL SƏNƏ ŞEİR DEYİM

GƏL SƏNƏ ŞEİR DEYİM

Gecə keçib, səhərdi,
Sabahın xeyir-deyim.
Əhvalım birtəhərdi,
Gəl, sənə şeir deyim.

Qoxladığın nərgizdən,
Seyr etdiyin dənizdən,
Hər cığırdan, hər izdən,
Gəl sənə şeir deyim.

Gözlərində yağışdan,
Alov saçan baxışdan,
Sevgindəki naxışdan,
Gəl sənə şeir deyim.

Hələ neçə arzu var,
Ömür qısa, zaman dar.
Çiçək açıb misralar,
Gəl sənə şeir deyim.

Hissim, fəhmim, zəndimsən,
Eşq adlı bir fəndimsən,
Ən dəyərli bəndimsən,
Gəl sənə şeir deyim.

Dil-dil ötən sazmışam,
Pərdə-pərdə azmışam.
Lap təzəcə yazmışam,
Gəl sənə şeir deyim.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru