Etiket arxivi: QAX

Nəzirli Şəkər Bəxtiyar qızı – Qax

Nəzirli Şəkər Bəxtiyar qızı – Qax

Qax rayonunun Cəlayir kəndinin istedadlı balacalarından biri də Nəzirli Şəkər Bəxtiyar qızıdır. Şəkər 6-cı sinifdə təhsil alır. Hələ körpəliyindən şeirə, rəqsə, mahnıya marağı olan Şəkər müxtəlif müsabiqələrdə iştirak etmiş, təltif olunmuşdur.

Bu yaxınlarda isə Zəfər gününə həsr olunmuş müsabiqədə birinci yeri tutmuşdur. Biz də məktəbli istedadlı şagirdimizə uğurlar arzu edirik!

Müəllif: Aytac İbrahim

Yazarların redaksiya heyəti üzvü, Qax təmsilçisi.

AYTAC İBRAHİMİN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nizami Gəncəvinin Qum kəndində yerləşən büstü

“MƏN BİR DÜRTƏK GƏNCƏ DƏNİZİNDƏ BATSAM DA,
Bir dağlıq QUM əyalətindənəm!”

Nizami Gəncəvi
Bu ifadə onun hansı əsərindədir, deyə bilmərəm. Qax rayonunun Qum kəndində böyük şairin büstünün yanında vurulmuş lövhədə belə yazılıb.
Bəzən kiçik işlərə vaxt ayırsaq da, böyük işlərə vaxt tapmırıq. Nizami Gəncəvinin büstünü 5 sentyabrda – yay tətilimin son günündə ziyarət etdim.
Onun QUM kəndində doğulduğu barədə hələ orta məktəbdə oxuduğum dövrdə ədəbiyyat müəllimimdən eşitmişdim. Burda ağızdan-ağıza ötürülən məlumata görə şair burada anadan olub. Hələ uşaq ikən Gəncədə zəlzələ nəticəsində evlər dağılıb. Bölgələrdən bənnalar Gəncəyə axışıb. Nizaminin atası (İlyasın atası Yusif) da bənna imiş. Yusif bir müddət Gəncədə işlədikdən sonra gəlib ailəsini də ora köçürüb. Qumdan Gəncəyə 80 kilometrlik fayton yolu varmış. Balaca İlyas Gəncədə 1141-ci ildə qeydə alınıb. Bu tarix onun anadan olduğu kimi göstərilib. Əslində isə həmin vaxt İlyasın 3-5 yaşı var imiş.
NİZAMİ GƏNCƏVİNİN QUM KƏNDİNDƏKİ büstü hər zaman ziyarət olunur. Ziyarətçilər arasında yeniyetmələrin, gənclərin, turistlərin çoxluğu qürurvericidir.
Bir də Qaxda Şəhidlər Xiyabanı da şairin büstü ilə yanaşı salınıb.
Bax, belə!

Müəllif: Əli bəy AZƏRİ 

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əli bəy Azəri. Qax haqqında .

QAX – AZƏRBAYCANIN GÖZƏL GUŞƏSİDİR. Orda yaşamağa, işləməyə, istirahət etməyə dəyər. Bu dəfəki yay tətilini (7-31 avqust, 2023) Qaxda keçirtdim. Sizə də arzulayıram.

QAX – Azərbaycanın Gürcüstanıdır

Qax görkəmli şəhərdir, Azərbaycanın şimal bölgəsində yerləşir, daha çox rayon mərkəzi kimi məşhurdur. Son illər turizm bölgəsi kimi diqqət mərkəzindədir. Turist axını şəhərin səkkiz kilometrliyində yerləşən İlisu və on dörd kilometrliyində olan Ləkit yaşayış məntəqələrinə istiqamət götürsə də şəhər mərkəzi yaranmış hər şəraitdən bəhrələnərək inkişaf götürə bilir. İlisuda Şeyx Şamilin qalası, İlisu şəlaləsi, Ləkitdə isə Mamırlı şəlalə turistlərin marağına səbəb olan görkəmli yerlərdəndir. Qax şəhərinin özündə isə istər müasir, istərsə də qədimliyi ilə seçilən görməli yerlər çoxdur.
Şəhər asfalt örtüyü ilə xüsusi görkəm alıb. Burada asfaltlanmamış bir küçə, döngə, yaxud dalan tapmaq mümkünsüzdür. Palçıq, toz zibillənməsinə rast gəlmək olmur. Mülayim külək az-az təsadüf olunur. Kürmik çay yatağında yerləşən İlisu dərəsi nəzərə alınmazsa dağların əhatəsində yerləşən şəhərin havası sərin meh ilə daimi təravətlənir. Bir növ uca dağlar şəhəri güclü küləklərdən qoruyur. Sıx meşə örtüyü ərazini oksigen bolluğu ilə daha da zənginləşdirir və insanların rahat yaşayışını təmin edir. Şəhərin aşağı hissəsində salınmış və genişlənməkdə olan yeni məhəllələr enli küçələri, yeni dizaynlı yaşayış evləri ilə gözəl görkəm yaradır.
Evlər qırmızı kərpiclərlə bəzədilib, milli arnamentlərə xas naxışlanıb. Həmin naxışlar əsrlər boyu xalça-gəbələrimizi bəzəyən, Azərbaycanı dünyaya tanıdan milli naxışlarımızın eynisidir, oxşarıdır.
Kanalizasiya və su-drenaj sistemi paralel olsa da ayrı-ayrılıqda, yüksək mühəndislik üslubu ilə salınıb. Yağıntılar zamanı yağış sularının yol kənarları ilə çəkilmiş xüsusi beton nov-borularla axıdılması şəhərə verə biləcək hər hansı bir zərərin qarşısını anındaca ala bilir. Bir sözlə, Qax şəhəri yaşamaq, xüsusən də yay aylarında istirahət etmək üçün tam münasib məkandır.
Əhalisi qarışıqdır, yuxarı məhəllələrdə gürcülərə tez-tez rast gəlmək mümkündür. Azərbaycanlılar və gürcülər uzun müddət birgə yaşayışdan qaynayıb-qarışmış, xüsusiyyətləri ilə bir-birinə uyğunlaşmışlar. Hər iki millətin nümayəndələri şəhəri özlərinə doğma bildiklərindən iaşə obyektlərini də birlikdə işlədirlər.
Turist axını ucbatından bazarda qiymətlər yüksəkdir, digər bölgələrə nisbətdə münasib görünmür. Qax kənd təsərrüfatı rayonu hesab olunsa da əhali daha çox turizmdən gələn gəlirlərə üstünlük verir, təsərrüfatla məşğul olmağa meylli görünmür. Bölgə bol meyvəsi ilə də diqqəti çəkir. Sularda yod çatışmazlığı olduğundan fındıqla yanaşı qoz (cəviz) ağaclarının da bolluğu təqdirəlayiqdir.
ƏLİ BƏY AZƏRİ,
07 – 31.08.2023, Qax şəhəri.

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

QAX RAYONU, QIPÇAQ KƏND KİTABXANASINDA MƏLUMAT SAATI

Zaur Ustac haqqında

Bu gün – 09.05.2023-cü il tarixində Qıpçaq kənd kitabxanasında dəyərli yazıçı, şair Zaur Ustacın kitablarından ibarət məlumat saatı keçirdik.

İlk öncə kitabxananın müdiri Şükufə İbrahimova, kitabxananın sevimli oxucularına Zaur Ustac kimliyi, Zaur Ustac yaradıcılığı barədə məlumat verdi.

Oxucularımızdan Tunar Novruzlu, Həsənli Murad, Səfər Musayev , Səma Novruzlu və başqaları fəal iştirak etdilər.

Qeyd edim ki, Zaur bəyin “Güllünün şeirləri” adlı kitabı oxucularımız tərəfindən xüsusi ilə sevildi.

Şairin kitablarından şeirlər söylənildi. Sonda kitab mütaliəsi ilə görüşümüz sona çatdı. Tədbirdən fotolar:

Yazarların redaksiya heyəti üzvü, Qax təmsilçisi: Aytac İbrahim

AYTAC İBRAHİMİN YAZILARI


ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Aytac İbrahim- Şəhid Rəvan Bünyadlı

Şəhid Rəvan Bünyadlı və anası Mülümət Bünyadlı ( Şəfa xanım)

“Terminator”

Vətənimin şimal -qərbində, dağların sıra-sıra düzüldüyü, ağacların bir-biri ilə yarışdığı, səfalı təbiəti ilə göz oxşayan Qax rayonunun Almalı kəndində bir igid uyuyur…
Ömrü nakam, xəyalları nasaz, sevgi çiçəyi solmuş, şəhidlikdən pay almış – Şəhid Rəvan Bünyadlı…
Hələ həyatdan doymamışdı, hələ gələcəkdə özü üçün, ailəsi üçün, bəlkə də daha yaxşı yaşaya biləcəyi o uşaqlığı üçün, gəncliyi üçün gün ağlayacaqdı…
Rəvan, 2001-ci ilin avqust ayının beşində Qax rayonunun Almalı kəndində dünyaya göz açmışdır.Valideynlərinin sevimlisi, qardaşı Rəşadın dayağı olan şəhidimiz,
2007-ci ildə Almalı kənd tam orta məktəbinə ilk qədəmlərini atmış, müəllimlərinin, sinif yoldaşlarının, hətta özü kimi şəhid olduğu parta yoldaşı – Məhəmməd Yusiflinin, kənd əhalisinin rəğbətini qazanmışdır.O, bu səmimiliyi, canayaxın rəftarı, gözəl ədəbi ilə onu tanıyanların qəlbini ovsunlamışdı…
2018-ci ildə həmin məktəbin məzunu olan, Bünyadlı Rəvan Qax peşə liseyində “Aşbazlıq” üzrə təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağrılır.
Şəhidimiz, Tərtərdə Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan postda xidmət edir.Burda da səngər yoldaşları içində özünə hörmət qazanır…
Onunla bircə dəfə belə ünsiyyətdə olanlar, öz xatirələrində bizim Rəvanı şən, gülərüz, mehriban biri olaraq anırlar.Hətta komandiri ona “Terminator” ləqəbi verir.Hardan biləcəkdi ki, əsgəri kimi özü də şəhid olacaq …
Bəli, Rəvan ürəyimizə od çəkən vətən müharibəsinin ilk günlərində, sentyabr ayının iyirmi yeddisində xidmət etdiyi “Mübariz İbrahimov” postunda ən uca məqama, şəhidlik zirvəsinə ucalır…
Nə böyük fəxarətdir, nə böyük uğurdur, necə gözəldir – mübarizlərin yetişdiriyi postda, Mübarizin davamçısı olaraq şəhid olmaq …
Əvəzi, ölçüsü, təsəllisi yoxdur, amma di gəl ki, balasını itirən ana üçün övlad ağrısı lap bətərdir…
Rəvanın anası Mülümət Bünyadlının ( Şəfa xanımın) verdiyi müsahibələrinin hamısında, oğlunun onların başını uca tutduğunu, ən gözəl mərtəbəyə layiq olub üzlərini ağ etdiyini bildirir.Lakin gözlərinin içindəki nisgil, səs tonundakı məyusluq, sözləri arasındakı bir saniyəlik qırıqlıq qəlbləri dağlamağa bəsdir…
Elə gözəl oğul oldu ki, Allah Rəvana o uca mərtəbəni nəsib etdi…
Eyni anda iki hissi birdən yaşamaq böyük qüvvə tələb edir.Vətən fədailərimizi həmişə yaşatmaq üçün isə toparlanmalıyıq.Mütləq toparlanmalıyıq!
Bəlkə Rəvanın timsalında, bütün şəhidlərimizin yerini bir övlad olaraq verə bilməyəcəyik, amma onların əmanətlərinə dost, dərd ortağı, sirdaş olacağıq…
Vətənimiz elə igidlər yetişdirir ki, duruşundakı əsalət düşmənin dilini çaşdırır.Torpağımızın altında elə igidlər yatır ki, adam o torpağa ayaq basmağa belə utanır …
Adın dillərə elə dastan olub ki, Rəvan, adam hər dəfə səndən yazmağa can atır…
“Fışkırır ruhu mücerret gibi yerden naşım,
O zaman yükselerek erşe değer belki başım.”

Göylərə yüksəlişin, şəhidliyin, məkanın, cənnətin, igidliyin mübarək olsun, qardaşım!

Müəllif: Aytac İBRAHİM 

AYTAC İBRAHİMİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

.