Etiket arxivi: RAMİZ DƏNİZ

ÇİNGİZ ABDULLAYEVİN YARADICILIĞI VƏ FƏALİYYƏTİ. RAMİZ DƏNİZ.

Ramiz DənizÇingiz Abdullayev

ÇİNGİZ ABDULLAYEVİN YARADICILIĞI VƏ FƏALİYYƏTİ

Azərbaycan dünya ədəbiyyatına bir sıra sənət ustaları veribdir. Bu sənətkarlardan hər birinin özünəməxsus ədəbi məktəbi, orijinal yaradıcılıq yolu olmuşdur. Eyni sözləri, siyasi dedektiv janrında gözəl romanlar bəxş edən xalq yazıçısı Çingiz Abdullayev haqqında da deməliyik. O, öz yazı üslubu ilə müasir həmkarlarından fərqlənərək, adı çəkilən janrla Azərbaycan ədəbiyyatına yeni ruh, yeni rövnəq gətirdi.

Çingiz Abdullayevin müasirləri arasında qazandığı böyük nüfuz ədəbi mühitlə məhdudlaşmamış, ölkımizin ictimai-siyasi həyatında göstərdiyi fəaliyyət, ictimai proseslərdə fəal və intensiv iştirakı geniş əks-səda doğurubdur. Böyük idealların təsdiqində fəallıq göstərmək, müasir ictimai-siyasi proseslərin hadisə və meyllərin dərin təhlilini vermək, xalqın, xüsusən də, dəstək verdiyi cavan yaradıcı insanların rifahı naminə mücadilə etmək onun ictimai fəaliyyətinin mərkəzində dayanıbdır. Mirzə Fətəli Axundzadə demişdir ki, “Mənim xalqımın fitri istedadı Avropa xalqlarının fitri istedadından qat-qat artıqdır”. Buna bariz nümunə Çingiz Abdullayevin parlaq yaradıcılığıdır. O, öz yaradıcılığı ilə sübut edir ki, bizim əsərlər milliyyətindən asılı olmayaraq, Avropada və digər qitələrdə yaşayan intellektual səviyyəli oxucuların diqqət mərkəzində ola bilər.

Ədəbiyyatda belə yazılmamış qanun var – hər bir yazıçı yaratdığı əsərlərin kəmiyyətindən və istedad dərəcəsindən asılı olmayaraq çox vaxt bir əsəri ilə tarixə düşür, yalnız bir əsəri onun sənətkar adının tam dəyərli ekvivalentinə çevrilir. XX əsrin sonlarına qədər Çingiz Abdullayevin adı çəkiləndə də yada ilk növbədə məşhur “Mavi mələklər” əsəri düşür.

İnsanlarda xoş ünsiyyət yaratmaq, zamanın ruhunu duymaq, öz alovlu, təsiredici nitqi ilə on minlərlə, yüz minlərlə insanın məhəbbətini qazanmaq, əxlaqi, etik, mədəni keyfiyyətlərlə ətrafda cərəyan edən içtimai proseslərin nəbzini tutmaq Çingiz Abdullayevi geniş miqyasda kamil insan səviyyəsinə gətirib çıxarıbdır. Kamil insanın daxili aləminə girib onun ürəyindəki duyğuları və təfəkküründəki fikirləri qələmə alıb yazmaq, çox mürəkkəb proses sayılır. Lakin mən Çingiz müəllimi şəxsən tanıdığım üçün, onun daxilində cərəyan edən, bəzi xarakterik sirrlərə bələdəm və məhz buna görə də sözün əsl mənasında, təfəkkürümdə, bu böyük insan barəsində gəzdirdiyim bir çox fikirləri paylaşmaq məcburiyyətindəyəm. Çingiz Abdullayevin əhatə dairəsi və fəaliyyət məkanı o qədər genişdir ki, onun haqqında nəinki qəzetdə məqalə, hətta böyük bir kitab yazsan da azdır. Onunla bağlı mən özümdə bir çox şeyləri kəşf etdim. Həyatın ağrılı-acılı çağlarına sinə gərməyi bacaran, bir çoxları kimi ruh düşkünlüyünə qapanmayan, hansı maneə ilə üzləşirsə-üzləşsin, həyata nikbinliklə baxan nasir tezliklə öz aləmini yaradır. Çingiz Abdullayev getdikcə həyatla daha sıx əlaqəyə girir, onun sirrlərini öyrənməyə, ziddiyyətlərinə açar tapmağa can atır. Onda olan bədii istedad Azərbaycan ədəbiyyatı üçün yeni sayılan yeni romanların yaranmasına gətirib çıxarır və Çingiz Abdullayev peşəkar nasir kimi cürbəcür baxışlı oxucular arasında təşəkkül tapır və əlbəttə ki, onların maraq obyektinə çevrilərək, onun yeni yazılarını izləməyə başlayırlar.

Hamıya bəllidir ki, Çingiz Abdullayev nəinki Azərbaycanda, hətta postsovet və Avropa məkanında yazıb-yaradan ən məhsuldar yazıçılardan biridir və demək olar ki, hər ay onun əsərləri yeni-yeni ölkələrin sərhədlərini aşaraq, geniş oxucu kütləsinin qəlbinə yol tapır. Belə bir nəticə ilə yaradıcı insanlarla yanaşı, bütün xalqımız fəxr etməlidir.

Çingiz Abdullayev öz nəslinə mənsub olan ən gözəl xüsusiyyətlərdən birini öz xarakterində cəmləşdirərək, insanlar arasında yaranan dialoq nəticəsində liberal prinsiplərə üstünlük verir. Əlbəttə, ünsiyyət insanların bir-birini qavramasından başlanır. Çingiz Abdullayev insanlarla söhbət edərkən, ilk növbədə həmsöhbətini səmimi olmağa çağırır və hər hansı bir mövzunun aktual olmasını xoşlayır. Adəti üzrə o, inandığı, etibar etdiyi adamdan heç nə gizlətmir, özündə olan düşündürücü fikirləri, xüsusən də, ona açıqlayır. Səmimiyyət ürəkaçıqlığın, xeyirxahlığın açarıdır. Lakin bir çox insanlar çox vaxt, bu məqamda bir-birini düzgün qavramır, özlərinin davranış motivlərini birtərəfli anlayır, əsaslı bir səbəb olmadan yadlaşır, bir-birindən ayrı düşür, incik gəzir, aylarla-illərlə küsürlər və s. Çingiz Abdullayev isə insan xarakterində olan bütün bu təzadlara baxmayaraq, liberal insan olduğundan hamı ilə kompromissə gedir və humanistliyi ilə hamını sakitliyə, loyal yola dəvət edir. Hətta ətrafında olan dost-tanışlarından kimsə küsəndə, o, həmin adamları barışdırmağa çalışır. O, adamların bir-birilərini qavrayanda ən çox hansı xüsusiyyətlərə daha çox diqqət yetirdiyini aydınca sezir.

MÜƏLLİF: RAMİZ DƏNİZ

RAMİZ DƏNİZİN YAZILARI

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

AZƏR TURANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ramiz Dənizin kitabları

RAMİZ DƏNİZİN YAZILARI
  1. Elektron kitabxana
  2. R.Dəniz – Braziliyanın müəmmalı kəşfi
  3. Elektron kitabxana
  4. R.Dəniz – Əsrləri qabaqlamış alim-Nəsirəddin Tusi
  5. Elektron kitabxana

Müəllif: Ramiz DƏNİZ

RAMİZ DƏNİZİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAMİZ DƏNİZ

RAMİZ DƏNİZİN YAZILARI

RAMİZ DƏNİZ HAQQINDA 

Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvü, “Qızıl qələm” mükafatı laureatı,  Azərbaycan Yazıçılar Birliyinin üzvü, ədəbiyyat üzrə Prezident təqaüdçüsü, yazıçı-tədqiqatçı Ramiz Dəniz uzun illər böyük coğrafi kəşflərin tarixinin öyrənilməsi ilə məşğul olmuşdir. 

         Ramiz Əli oğlu Qasımov (Dəniz) 1965-ci ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Nizami rayonun 62 saylı orta məktəbini bitirib, 1984-1986-cı illərdə Stavropol diyarında SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1993-1996-cı illərdə Qarabağda gedən Vətən müharibəsində iştirak edib.
        Ədəbi və elmi yaradıcılığa 1981-ci ildən başlayıb və 10 kitabın müəllifidir. Dövrü mətbuatda ədəbiyyat, elm, publisistika ilə bağlı yazılarla çıxış edir.  Zəngin tarixi faktlarla, o cümlədən indiyə kimi heç bir elmi mənbədə göstərilməyən bəzi sensassion faktlarla bol olan materiallar coğrafiya, astronomiya, riyaziyyat tarixi sahəsində çalışan alimlərin marağına səbəb olub.
Azərbaycan dilində nəşr olunan kitabları:  Erkən və orta əsrlər coğrafi kəşflər tarixinə aid olan elmi-araşdırma əsərləri –   “Xristofor Kolumb, Nəsirəddin Tusi və Amerika qitəsinin həqiqi kəşfi”, “Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi”, “Braziliyanın müəmmalı kəşfi”, “Qəlblərdən yaşayan Mir Cəlal”  publisistik əsəri, “Konkistadorların Mərkəzi Çili sahillərində faciəli ölümü”, “Müqəddəs missiya”,  “Cənnətə gedənlər cəhənnəmə düşürlər”, “Fitva”,  “Qismət” , “Aqibət”  romanları. 
Rus dilində nəşr olunan kitabları:  «Христофор Колумб, Насирэддин Туси и подлинная история открытияАмерики», «Насирэддин Туси – ученый, опередивший века», «Загадочное открытие Бразилии», «Америго Веспуччи, Мартин Вальдземюллер – тайный сговор».            
İngilis dilində nəşr olunan kitabları:  Christopher Columbus, Nasiraddin Tusi and real discovery of America, The scientist passed ahead of centuries – Nasiraddin Tusi, Enigmatic discovery of Brazil, Amerigo Vespucci, Martin Waldsemuller – secret bargain.                          
İspan dilində nəşr olunan əsəri: Américo Vespucio, Martin Waldseemüller – el convenio secreto.

(Yazıçının kitablarını saytımızın “Elektron kitabxana”sından oxuya bilərsiniz)

MƏQALƏLƏRİ:

Elm dünyasının şahı Nəsirəddin Tusi

ABŞ alimləri Piri Rəisin xəritəsini tədqiq edirlər

Marağa rəsədxanası və onun alilmləri


İstanbulun Topqapı muzeyindən tapılan sensassion xəritə

Dövrünə görə dünyanın ən möhtəşəm Elmlər Akademiyası Marağada olub

Piri Rəisin xəritəsinin izi haralara gedib çıxır?

Xəritənin əsl müəllifi kimdir, admiral Piri Rəis, yoxsa başqa bir alim?

Piri Rəisin xəritəsindəki koordinat torunu Marağa alimləri çəkə bilərdilər


Türk admiralının xəritəsinin şərq hissəsi haradadır?

Kolumb əvvəlcədən Amerikanın varlığından hali idi        – Sensassiya​

Astronomiya və coğrafiya elmlərini inkişaf etdirmiş keçmiş alimlər   –  I hissə

Antik dövrdə astronomiyanın inkişafı     –      II hissə


Antik alimlərin inqilabi kəşfləri         –       III hissə

Şərq dünyasının astronomları     –  I hissə

Şərqdə astronomiya və coğrafiyanın təkmilləşməsi  –   II hissə


Əl-Biruninin astronomiya və coğrafiya sahələrindəki fəaliyyəti           III hissə

Şeyx Məhəmmədəli Babakuhi Bakuvi

Braziliya kəşfinin sirri        –      I hissə

Roma papalarının bullaları və ya dünyanın bölüşdürülməsi           –  II hissə

Portuqalların Braziliya sahillərinə alternativ marşrutu      –   III hissə  


İsgəndəriyyə kitabxanasından sonra dünyada ikinci böyük kitabxana Azərbaycanda olub

Erkən orta əsrlərdəki Azərbaycan Renessansı

Nəsirəddin Tusinin vətənpərvər hissləri

Nəsirəddin Tusinin siyasəti

Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” əsəri

Nəsirəddin Tusinun elmi fəaliyyətinin bir hissəsi

Nəsirəddin Tusi və XIII əsrdə astronomiyanın inkişafı   –  I hissə

Nəsirəddin Tusi və Azərbaycanda astronomiyanın inkişafı  –  II hissə

Elmi işlərinə görə diqqət mərkəzində olan alim

Elm qarşısında Nəsirəddin Tusinin xidmətləri        

Dünyada ən qədim Göy qlobusu Azərbaycanda düzəldilibdir

Demetr Falerli, Xacə Nizamülmülk, Nəsirəddin Tusi və onlarda olan oxşar cəhətlər

Marağa alimləri Çində rəsədxana inşa ediblər

Marağa xəritəsinin bir nüsxəsinin Çinə gedib çıxması və oradan yoxa çıxması

Marağada möhtəşəm rəsədxananın inşası

Kolumbun kəşfinin sirri və ictimaiyyətdən gizlədilən həqiqət – I hissə​

“Zic-Elxani” əsəri avropalı dəniz səyyahları üçün vacib mənbə ola bilərdi     –    II hissə

Kolumbun transatlantik layihəsi və portuqalların məxfi ekspedisiyaları     –   III hissə      

Toskanelli, Eratosfen və Tusinin hesablamaları və Kolumbun kəşfi    –    IV hissə

XIII əsrdə Azərbaycan ərazisində multikulturalizmin mövcudluğu

Xirosima ilə Naqasakinin faciəsi və onun təməli       –  I hissə

Amerikanlar nüvə bombaları ilə təkcə Yaponiyaya yox, ümumilikdə bəşəriyyətə zərbə vurublar   –  II hissə

Katolik papaların törətdikləri soyqırımlar  –   I yazı

Pontifiklərin cinayəti sayılan səlb yürüşləri  –   II yazı

Katolik papa, ispan inkvizisiyası və ərəblərlə yəhudilərə qarşı soyqırım   –   III yazı

Pontifikin sərsəm fikri və milyonlarla qırılan Amerika hinduları –  IV yazı


Papa fitvası və Avropada gedən dini müharibələr     –   V yazı

Amansız diktatorları dəstəkləyən pontifik      –   VI yazı        


Pedru Alvareş Kabral və Atlantik okeanında hegemonluğunu nümayiş etdirən Portuqal krallığı   –  I  hissə

Hindistana gedən portuqal donanması  –  II  hissə

Hidistana yollanan portuqal donanması Atlantik okeanındakı macərası  –  I  hissə

Braziliyanın kəşfi Lissabonda planlaşdırılıbdır  –  II  hissə

Visente Yanyes Pinson, Diyeqo Lepe və ya rəsmi olaraq Braziliyanı ilk dəfə kim kəşf edibdir?  –  I  hissə

İspanlar birinci olaraq Braziliyanı kəşf ediblər  –  II  hissə

Martin Behaymın göstərdiyi xidmətlər və Braziliya ilə bağlı olan suallara aydınlıq gətirilməsi  –  I  hissə

Atlantik okeanında tədqiqat aparan portuqal səyyahları  –  II  hissə

Alonso Sançes de Uelvanın Madeyra adalarında Xristofor Kolumbla görüşü  –  I  hissə

 Yeni Dünyanın kəşfində Alonso Sançes de Uelvanın sirri heç bir rol oynamayıbdır  –  II  hissə

Atlantik okeanındakı bəzi adalar İslam alimlərinə bəlli idi  –  I  hissə

Ferdinand Van Olmen və Kolumbun transatlantik layihəsi  –  II  hissə

Atlantikanı fəth etmək üçün Kolumb əsl namizəd sayılırdı  –  III  hissə

Duarti Paşeku Pireyra və Braziliyanın qeyri-rəsmi kəşfi

Yeni Dünyanın kəşfi Portuqaliyanın hegemonluğuna son qoymuşdu   –  I  hissə

Papa VI Aleksandr Borcia dünyanı iki yerə bölür  –  II  hissə

Portuqal dəniz səyyahları və Atlantik okeanındakı cərəyanlar  –  I  hissə

Duarti Paşeku Pireyra ilə Xristofor Kolumbun fəaliyyətləri  –  II  hissə

Hindistana gedib çıxan Pedro Kabralın aqibəti

Çingiz Abdullayevin yaradıcılığı və fəaliyyəti

Çingiz Abdullayevin psixologiyası və ünsiyyəti

İstedadı ölkə hüdudlarını aşan yazıçı – Çingiz Abdullayev

Çingiz Abdullayev azərbaycanlı qələm ustasıdır

Əsərlərə yazılmış ön söz və rəylər

“Braziliyanın müəmmalı kəşfi” əsərinə yazılmış ön söz  – Akademik Ramiz Məmmədov

Braziliyanın müəmmalı kəşfi əsərinə verilən rəylər – akademik Ramiz Məmmədov və dosent Şamil Əzizov

“Braziliyanın müəmmalı kəşfi” əsərinə verilən rəy – dosent Nuğay Əliyev

“Xristofor Kolumb, Nəsirəddin Tusi və Amerika qitəsinin həqiqi kəşfi” əsərinə yazılan ön söz

“Ameriqo Vespuççi, Martin Valdzemüller – gizlin sövdələşmə” əsərinə yazılan ön söz

“Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi” əsərinə yazılan ön söz – akademik Ramiz Məmmədov

 “Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi” redaktor sözü – professor Eybali Mehrəliyev

“Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi” əsərinə verilən rəy – professor Əjdər Ağayev

“Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi” yazılan rəy – dosent Vidadi Bəşirov

“Yeni Dünya sahillərinə yollanan konkistadorlar” əsinə yazılan ön söz – professor Nizaməddin Allahverdiyev

“Konkistadorların Mərkəzi Çili sahillərində faciəli ölümü” əsinə yazılan ön söz –  professor Nizaməddin Allahverdiyev

“Müqəddəs Missiya” əsərinə yazılan ön söz – xalq yazıçısı Çingiz Abdullayev

“Cənnətə gedənlər cəhənnəmə düşürlər” əsərinə yazılan ön söz – xalq yazıçısı Çingiz Abdullayev

“Aqibət” əsərinə yazılan ön söz – professor Minəxanım Təkləli 

“Həqiqət” əsərinə yazılan ön söz – ədəbiyyatşünas Əsəd Cahangir

“Ameriqo Vespuççinin məktubları plaqiatdır” əsərinə yazılan ön söz

“Pedru Kabralın səyahətinin sirri” adlı əsərin ön sözü

“Superbolidin vurulması” əsərinin ön sözü


RAMİZ DƏNİZİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XIII ƏSRDƏ AZƏRBAYCAN ƏRAZİSİNDƏ MULTİKULTURALİZMİN MÖVCUDLUĞU

RAMİZ DƏNİZİN YAZILARI

Ramiz Dəniz – Azərbaycan 

XIII ƏSRDƏ AZƏRBAYCAN ƏRAZİSİNDƏ MULTİKULTURALİZMİN MÖVCUDLUĞU

XIII əsrdə zəmanəsinin görkəmli filosofu, astronomu və riyaziyyatçısı, tarixçi, coğrafiyaşünas, maliyyəçi və hüquqşünas sayılan Azərbaycan alimi Tusi təxəllüsünü götürmüş Mühəmməd ibn Mühəmməd ibn Həsən Nəsirəddin Tusini (1201-1274) nəinki Azərbaycanda, ümumilikdə bütün dünyada multikulturalizmin banisi adlandırsaq yanılmarıq.

Tusi elə uşaqlıq illərindən bir çox elmlərə tam yiyələnmək üçün bütün bilik enerjisindən istifadə etmişdi. Bu elə bir dövr idi ki, elm, ədəbiyyat, incəsənət, mədəniyyət yüksək səviyyədə inkişaf etməkdə idi. Antik və erkən orta əsr dövrünün tanınmış alimlərin əsərləri ilə tanış olmaqdan ötrü, o, bir çox dilləri öyrənərək, eyni zamanda elmin bir neçə sahəsinə dərindən yiyələnir. N. Tusi hərtərəfli inkişaf etmiş adam idi və öz biliyi ilə nəinki dostlarını, hətta düşmənlərini də heyarn etmişdi.

O, “Əxlaqi-Nasiri” ilə Şərq xalqlarının elm-maarif və pedaqoji fikir tarixinə Şərq xalqlarının əxlaq nəzəriyyəçisi kimi daxil olmuşdur.

Alimin fəlsəfi dünyagörüşünün, etnik baxışlarının formalaşmasında qədim yunan fəlsəfəsinin nümayəndələri – Fales, Platon, Aristotel, orta əsr filosoflarından M. Qəzali, Bəhmənyar, Əl-Fərabi, Biruni, İbn Sinanın mühüm və əhəmiyyətli təsiri olmuşdur. Orta əsr ərəb tarixçisi və sosioloqu İbn-Xəldun təbiiyyat elminin inkişafından danışarkən Tusini İbn Sinanın görkəmli davamçısı kimi göstərmişdir.

Alimin irsi bütün Yaxın və Orta Şərqin ensiklopedik bilik xəzinəsi olmaqla bərabər Şərqin tərkib hissəsi kimi Azərbaycan xalqının düşüncə tərzinin formalaşması və inkişafında da özünəməxsus yer tutur. Onun elmi-bədii irsinə mədəniyyət tariximizin Renessans (İntibah) dövrünə məxsus mənəvi sərvətlərimizin tərkib hissəsi kimi baxmağa və qanuni varislik hüququmuzu bildirməyə haqqımız var.2

Tusi təkcə əxlaqi nəsihətlər verməmiş, eləcə də ölkə idarəçiliyi, hakimiyyətin saxlanılmasının əsaslarına dair əməli və lazımlı təkliflərini irəli sürmüşdü. İdarəçilikdə qlobal siyasəti, ərazi siyasəti, ünsiyyət siyasəti məsələlərini analiz edərkən Aristotelin, Platonun, Fərabinin və ibn Sinanın fikirlərini bütün incəliklərlə təhlil etmişdi. H. B. və S. M. Bayramovlar qeyd edirlər ki, … Platonun “Siyasət” kitabının təhlili Tusinin ictimai-humanitar düşüncə sahəsində ensiklopedik nəzəri dünyagörüşünə malik sima olduğunu sübut edir. Ölkə siyasəti, Müdafiə siyasəti, Kəramət siyasəti, Cəmaət siyasəti başlıqlarında (“Əxlaqi-Nasiri” əsərindəki fəsillərin başlıqları – R. D.) dair orijinal fikirlər irəli sürür.

Tarixdən məlumdur ki, Avropa ölkələrindən Çinə və Monqolustana gedən elçilər, Asiyanın bir neçə ölkəsindən keçən “ipək yolu”ndan istifadə edirdilər. Həmin “ipək yolu”nun da bir hissəsi Azərbaycandan keçirdi. Söz yox ki, elçilər Azərbaycanda olarkən bu ölkənin mədəniyyəti, ədəbiyyatı, incəsənəti, adət-ənənələri, elmi, siyasi, tarixi şəxsiyyətləri ilə həm nəzəri, həm də əyani şəkildə tanış olur, özləri üçün müəyyən bir arayış toplayırdılar. Adətən “ipək yolu” harada uzunmüddətli stabillik varsa, elə oradan da keçirdi.

Bağdad ələ keçiriləndən sonra (1258) Hülaku xan öz möhtəşəm dövlətini 1260-cı ildə Azərbaycanda salır. Elxanilər adlanan bu yeni dövlətin başçıları “Elxan”lar idi.

Qeyd etməliəm ki, Bağdadın işğalı zamanı Hülaku xanı müşayiət edən Tusi, şəhərdəki alimlərin, qadınların və uşaqların xilas olunmasında əvəzsiz rol oynamışdı. O, Bağdadın işğalından sonra Hülakunun siyasətini dəyişməyə və yeni kütləvi qırğınların qarşısını almağa nail olmuşdu.

Tusi bütün regionda sülh carçısı kimi tanınırdı. O, xana bildirirdi ki, digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən, onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət mümkün deyil.

Alimin sayəsində Azərbaycan ərazisində bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyət mövcud idi.

Multikulturalizm ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.

Marağada çalışan alimlərin milliyəti din etibarilə müxtəlif idi. Müsəlmanlarla yanaşı xristianlar, nəsranilər, buddistlər və başqa din nümayəndələri də olmuş və onlara orada böyük hörmətlə yanaşılırdı. Bu tədqiqatdan məlum olur ki, orada azərbaycanlılarla yanaşı farslar, ərəblər, yəhudilər, özbəklər, çinlilər, türklər, monqollar və başqaları da çalışmışlar. Marağa rəsədxanası tam mənası ilə beynəlmiləl tərkibli mədəniyyət ocağı, yaşayış məntəqəsi olmuş və orada alimlər arasında əsl bərabərlik yaranmışdı. Bu isə rəsədxananın ən mütərəqqi cəhətlərindən biri idi.

Hülaku xanın qoşunlarının, ətrafda yerləşən ölkələrin şəhərlərinə edilən işğalçılıq yürüşlərdən bir çox mədəniyyət, incəsənət abidələri, elm mərkəzləri bərbad vəziyyətə düşürdü. Tusi belə bir ağır və təhlükəli vəziyyətdə sinəsini irəli verərək, həmin abidələrin və sənət əsərlərinin məhv olunmasının qarşısını almış və dünya mədəniyyəti üçün qiymətli sayılan sərvətləri Azərbaycana gətizdirərək, onların təhlükəsizliyini təmin etmişdir.

Elmi işlərin aparılması üçün Azərbaycanda əlverişli mühit yaradıldığından Xorezmdən Cəmaləddin əz-Zeydi Buxari, Çindən Fao Mun-Çi, Hindistandan Kəmaləddin Əflatun Hindi, Əlaəddin Süleyman əl Multani, İspaniyadan Məhiəddin Məğribi, Monqolustandan İsa Monqol, Kuhistandan Taqiəddin Əli Həşşaşi, Anadoludan İzəddin Toğrul ibn Səncər, Damqandan İmadəddin əd-Damqani, Bağdaddan Marağaya Nəcməddin Əhməd ibn Əli ibn Əbil Fərəc, Amidəddin Münəccim Bağdadi, Nəcməddin ibn Huab Bağdadi, Kəmaləddin Sufi Bağdadi Əbu Əziz, Qavaməddin Bağdadi, Dəməşqdən Müəyyidəddin Ordi, Hüsaməddin əş-Şami, Hələbdən Əbül Fərəc Bar-Ebreus, Mosuldan Fəxrəddin Marağayi, Tiflisdən Fəxrəddin İxlati, Qəzvindən Nəcməddin Dəbirani, Şirazdan Qütbəddin Şirazi, Şamaxıdan Şəmsəddin Şirvani, Möhyəddin Əş-Şirvani, Naxçıvandan Hinduşah ibn Səncər Naxçıvani, Damğandan Mahmud Nəcməddin Üstürlabi, Təbrizdən Hüsaməddin Təbrizi, Ürmiyədən Səfiəddin Əbülmömin Ürməvi gəlmişdi. Göründüyü kimi Çindən və Hindistandan başlamış İspaniyaya qədər olan nəhəng ərazidən elmi yaradıcılıqla və paralel olaraq rahat şəkildə yaşamaq üçün xeyli sayda alimlər Azərbaycana təşrif buyurmuşdular.

Xüsusilə qeyd etməliyəm ki, Bar-Ebreus vaxtilə Melatiyada yepiskop, sonradan isə Hələbdə baş kilsə xadimi olmuşdu. Belə bir qatı xristianın Marağada mühüm vəzifəyə təyin olunması azərbaycanlıların tolerantlığından xəbər verirdi.

Uzun müddət kitabxananın qoruyucusu və açarcısı olmuş İbn əl-Füvati “Təzkirə mai qəsədə əl-rəsədxana” adlı əsərində minlərlə уerli və əcnəbi alimlərin, mütəxəssislərin adını əks etdirib. Həmin fundamental əsərin müxtəsər variantı dövrümüzə qədər gəlib çıxmışdır. Əsərdə indiyə qədər naməlum olan neçə böyük azərbaycanlı alimin adı çəkilir…

Tusi rəsədxananın tikilməsində iştirak edən və həmin elm ocağının fəaliyyətində müsbət rol oynayan alimlərə həmişəlik maaş kəsilməsinə də nail olur. Bu məvacib böyük alimin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi. Ümumiyyətlə, Tusi nəinki özü və ya rəsədxanada çalışan işçilər üçün, hətta milliyyətindən və dinindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün sənətkarların maddi rifahınin yaxşılaşmasına böyük səy göstərmişdi.

Marağadakı və ona yaxın olan yaşayış məntəqələrində yaradılan multikultural cəmiyyətdə nəinki sosial ədalətsizliyi aradan qaldırmağa səy göstərilmiş, hətta burda irqçiliklə bağlı ədalətsizliyə son qoyulmasına da cəhd edilmişdi. Burada hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirməkdə bir qədər sərbəst idi.

Multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır. Tusinin yürütdüyü siyasət ondan ibarət idi ki, heç kim, xüsusən də saray əyanları və digər səlahiyyət sahibləri adamları dini və irqinə görə qınamasın və hamıya hörmətlə yanaşılsın. Bu ideya nəinki Azərbaycan ərazisində, ümumiyyətlə “Elxanilər” dövlətinə daxil olan bütün ərazidə kök salmalı idi. Belə bir model Yaxın Şərqə təşkil edən səlib yürüşlərinin təşəbbüskar ölkələri Fransa, İngiltərə, Almaniya və İtaliyadakı bölgələrin krallıqlarının təəccübünə səbəb olmuş və onların “Elxanilər” dövlətinə münasibəti tamamilə dəyişmişdi. İlk olaraq venetsian və genuyalı tacirlər, sənətkarlar, elmə meylli adamlar Marağa, Təbriz, Ürmiyə, Həmədan, Ərdəbil və digər şəhələrə gələrək burada əsl emansipasiyanın (bərabərliyin) şahidi olmuş və sərbəst şəkildə uzunmüddətli fəaliyyətə başlamışdılar. Şərqdəki nəhəng xristian dövləti sayılan Bizans imperiyasının paytaxtı Konstantinopolda adı şəkilən dövlətdəki kimi əlverişli şərait yaradılmamışdı. Məhz bu səbəbdən xristian tacirləri və dənizçiliklə məşğul olan digər adamlar kompakt şəkildə Təbrizdə müəyyən küçələrində məskunlaşmış və yaxşı qazanc əldə edə bilmişdilər.

Beləliklə, XIII əsrin ikinci yarısında Azərbaycan ərazisindəki multikultural cəmiyyətin yaranması tarixi faktlarla göstərilmişdir. Multikultural cəmiyyətin formalaşması və inkişafı – tarixi təkamülün xüsusiyyətləri ilə, konkret olaraq, sosial amillərlə müəyyənləşmişdir. Belə bir cəmiyyətin formalaşmasında və inkişafında demokratiya mühüm rol oynayır, daha dəqiq desək, demokratiya multikultural cəmiyyətin təkamülü üçün əlverişli şərait yaradır. Tusi Hülakü xanın dəstəyindən istifadə edərək, ölkədə demokratiya qaydalarının geniş yayılması üçün yorulmaz fəaliyyət göstərmişdir. Ölkədəki tolerantlığın, əxlaqi qaydalara uyğunluğun və demokratiyanın yüksək inkişaf səviyyəsi orada multikulturalizmin ideyalarının yayılması üçün münbit şərait yaratmışdır.

Marağada və yaxınlıqda olan digər şəhərlərdə cəmiyyətin inkişafı üçün münbit şərait yaradılması, etnik münaqişələrin qarşısının alınması, müxtəlif xalqlar arasında etimadın möhkəmləndirilməsi, bərabərliyin bərqərar olması mültikulturalizmdən xəbər verirdi.

Bir sözlə, ölkəmiz tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşib, Asiya ilə Avropa arasında körpü olması burada mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynayıb.

İlkin mənbə: Ramiz Daniz Qasımov

Müəllif: Ramiz DƏNİZ

RAMİZ DƏNİZİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru