Etiket arxivi: RÜSTƏM BEHRUDİ

TURAN FƏDAİSİ – BÖYÜK SÖZ USTASI

TURAN FƏDAİSİ – BÖYÜK SÖZ USTASI

Söz müdriklərindən olan Pablo Nerudanın dəyərli bir frazasını xatırlayıram: “Şeir yazan üçün deyil, ona ehtiyac hiss edən oxucu üçündür”
Rüstəm Behrudi də hər vaxt özünü, öz qanadlı düşüncələrini qələmə alsa da, sevimli oxucusunu, onun ruhi rahatlığını düşünüb.
Rüstəm nəhəng şairdir, onun hüdudsuz, intəhasız poetik dünyası var.
Onun poeziyası nadir nüsxələrdəndir. Özünəməxsus, bənzərsiz bədii üslubu, cilalı dili, geniş nəfəsi ilə poeziyanın dərin qatlarına enib Rüstəm…
Hələ neçə illər qabaq mərhum professor, ədəbiyyat bilicisi Tofiq Haciyev yazırdı: …”Dədə Qorqud” kitabından sonra heç kəsdə etnik tariximiz Rüstəm Behrudi poeziyasında olduğu qədər bədiilik predmetinə çevrilməyib.
Əhməd Bican Ərcilasun isə deyir: “Əslində o, qopuzuyla, davuluyla, duasıyla zamanı tilsimləyən bir Şaman nəvəsidir. Sehrli misralarıyla zamanı düyünləmiş, zamanın axışı dupdurulmuşdur…”
Təkcə “Salam, dar ağacı” şeirini yazmaq bəs edərdi ki, Rüstəm uludan ulu şeirimizin ən üst qatında yer alsın.
Sözə bir baxın:

…Rəngi bayrağımda yarpağlarının
Salam, dar ağacı! Əleyküm-salam!

Böyük ruh şairinin elə bu şeirinə Ramiz Rövşənin qiyməti yetərlidir: “Dar ağacına salam verən çox şair olub, ancaq dar ağacının salamını aldığı yeganə şair Rüstəm Behrudidir”
Rüstəm Behrudi Şaman dualarıyla Turan yolçuluğuna çıxan şairdir.
Rüstəm Behrudi- zamanın fövqündə yaşayan bu böyük şair həm də mənim dostumdur, qürur duyduğum dostum!
O, alicənab və səmimidir, bütöv xarakterdir. Rüstəm o qədər mərhəmətlidir ki, son pencəyini çıxarıb üşüyən bir ağacın çiyninə də ata bilər…
Rüstəm böyük poeziyaya kitabdan, mütaliədən yox, tanrıdan gəlir- Tanrı şairidir Rüstəm Behrudi!
Poeziyası ilahi heyrətdən doğan şair, Tanrı səni və qələmini qorusun!
“Heç bir insanın ömrü Bodlerin bir misrasına dəyməz” deyirdi Aqutaqava.
Arxayın ol, Rüstəm, bu dünyada heç bir zənginlik sənin poeziyanın bədəli deyil!

Sevgi və hörmətlə: ƏLİZADƏ NURİ

RÜSTƏM BEHRUDİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ŞAİR RÜSTƏM BEHRUDİNİN 67 YAŞINA

ŞAİR RÜSTƏM BEHRUDİNİN 67 YAŞINA
Azərbaycan ədəbiyyatı min illərdir müxtəlif söz ustaları ilə birgə yol gəlir.
Bizə məlum olan ilk inancımız tenqriçilikdir. Sonradan şamanizmlə birgə addımlayıb söz sahibləri. Lap sonralarsa xristianlıq və islam dini ilə tanış olub. Əlbəttə ki, hər bir inancın, dinin ədəbiyyata ciddi təsiri olub. Türklər islamla tanışlıqdan sonra onu öz törələrincə yaşamağa başlayıb və hər dəfə alt şüurunda gizlənən türk törəsini islamla çuğlaşdırıb, onu zənginləşdirib. Bütün xalqlar belədir, qəbul etdiyi dini öz ənənəsi ilə yaşayıb. Fars da, ərəb də özü kimi yaşayır dinini, həmçinin də, türklər.
Orta əsrlərdə irfan sahibləri dini milli ruhla təqdim etməyə cəhdlər etsə də, təəssüf ki, sona çatdıra bilməyiblər. Yunis Əmrənin, Nəsiminin, Nəiminin, Xətainin, Bektaşinin bu istiqamətdə gördüyü işlər bir yerdə qırıldı və davamı gəlmədi. Halbuki, onlar dinə yeni rəng qataraq milliləşdirmək və o cür yaşamaq niyyətində idilər. Xətainin qızılbaşlıq inancından sonra XX əsrdə bu arzu bir də Hüseyn Caviddə başladı. Onun da kökünü sovetlər kəsdi. “Tanrının sözünü şairlər çatdırar” inancı insanın düşüncəsində həmişə var və olacaq da, yəqin. Hüseyn Cavid, Almas Yıldırım, Əli bəy Hüseynzadə ilə bitən milli şeir bir də əsrin sonlarında Bəxtiyar Vahabzadə və Xəlil Rza Ulutürklə başladı. Ümumtürk şeirinin parlaq nümayəndəsi olan Xəlil Rzadan sonra Azərbaycan ədəbiyyatında bu günə qədər həmin missiyanı öz çiynində daşıyan şəxs Rüstəm Behrudidir. Bu mənada Rüstəm Behrudi müstəqillik dövrü Azərbaycan ədəbiyyatının Nihal Atsızı oldu. Mirəli Seyidov deyirdi ki, “türk mifik düşüncə tərzi, Turan ideyası və türk milliyyətçiliyi XX əsrin sonlarında Rüstəm Behrudinin şeirləri ilə yenidən həyat qazandı”.

Akademik İsa Həbibbəyli yazır ki, “Rüstəm Behrudinin 1989-cu ildə yazılmış “Salam, dar ağacı” şeiri müstəqillik ərəfəsi Azərbaycan vətəndaşlıq poeziyasının möhtəşəm proloqu idi. Bu, xalqın milli azadlıq təşnəsi haqqında istedadla və cəsarətlə yazılmış kəskin poetik nümunədir”. Bəli, daha çox “Salam dar ağacı” şeiri ilə könülləri fəth edən milli düşüncə şairi Rüstəm Behrudi zaman-zaman həm publisistikası ilə, həm də Dədəm Qorqudun ruhunu daşıyan söz-sovu ilə 40 ilə yaxındır ki, söz dağına yorulmadan külüng çalır. Yeri gələndə sözü ən mahir dəri ustası kimi aşılayır, ən mahir dəmirçi kimi döyüb-döyüb parıldadır, yeri də gələndə dağ çayında qumlardan qızıl alar kimi ələyib-ələyib altunu tapır.

Neçə illərdir ki, şeiri ilə, özü ilə yaxından tanış olsam da, nəsə yazmağa cəhd eləməmişəm. Çünki mən söz deyənin kim olduğunu dəqiq bilmədən, onu tanımadan sözünü də sevə bilmirəm.

Nadan da, arif də eyni sözü deyə bilər, amma niyyətləri fərqli olar. “Arifin sözü özü qədər arif olar” deyirlər. Bu baxımdan onunla da yaxından və dərindən tanış olmağa ehtiyac var idi. Və tez-tez oxucularından “niyə Rüstəm Behrudinin şeirləri satışda yoxdur” sualına cavab olaraq 60 illik yubileyi üçün şeirlər kitabının çap olunması zərurətini bildirdim və işə başladıq. Bunun üçün də ara-sıra görüşür, kitabdan başqa hər şeydən danışırdıq. Və uzun danışıqlardan sonra Rüstəm Behrudinin şeirlər kitabının çap edilməsinə nail oldum. Kitabı çapa hazırlayarkən tez-tez görüşməli olur, milli narahatlığımızı bölüşürdük. Bütün bunlar onu tanımağa mənə çox kömək etdi. Şeirlərindən və şəxsindən yaranmış təəssüratlarımı kağızla bölüşməyə də imkan yarandı.

Bir gün Məmməd Arazdan soruşurlar ki, Rüstəm Behrudi sizin üçün kimdir? Cavab belə olur: vətən, vətən, vətən. Mənə görə isə vətən, vətən, vətən yox (bizim indi başa düşdüyümüz anlamda), millət, millət, millət olmalıdır. Baxın, bu başdan deyim, söz həm də sirdir, bilirsiniz. Bu sözdə müəlliflər sirr gizlədir ariflər üçün. Ona görə də mənim “Millət adam” ifadəmi pafos kimi qəbul edib əsəbiləşməyin, məncə. Bir insana millət demək onu çox böyük şəkildə şişirtmək demək deyil, mənə görə, ona zərrəsinə qədər sahib olduğu millətin özüsən, millət də sənsən deməkdir. Rüstəm Behrudi də zərrəsinə qədər bu millətin özüdür. Fars əxlaqından kirlənməmiş, ərəb təfəkkürü ilə zəhərlənməmiş, rus siyasətinə yuvarlanmamış bir türk. O türk ki, hələ o zamanlar başıqapazlı olmağa öyrənməmiş, gözüqıpıq qorxaq insan roluna girməmişdi. “Desəm öldürərlər, deməsəm ölləm” tipli ikili yola düşünmədən, daşınmadan üçüncü yolu tapıb deyib və yaşamağı bacaran bir türk!

Özbəöz türk… Çılğınlığı ilə, etirazçılığı ilə, səbirsizliyi ilə, cəhənnəmə olan laqeyd münasibəti ilə, mənini Tanrı ilə müqayisə edə biləcək qədər cəsarətə sahib olması ilə, qadına, kişiyə olan münasibəti ilə, özünü sevməsi ilə, özgüvənilə millətimin özüdür ki, var. Bu gün Rüstəm Behrudini yaxından tanıyanlar bilirlər ki, o, söhbət edəndə, elə bil, Behrud kəndindən bir addım da kənara çıxmayıb. Hərdən “Şəmil, hınnn” dediyi anda ağlıma gələn ilk fikir “Behrud kəndindən bir addım da kənara çıxmamasıdır”, amma “hınn” nidasından sonra:

Tanrıdan gələn bir səsəm,
Gəldim rüzgarlartək əsəm.
Öləcəksiz mən ölməsəm,
Öldürün məni, öldürün!

– kimi fikirləri eşidəndə fikrim alt-üst olur və düşünürəm ki, insanlar sadəcə yeri gəzib dolaşa bilər, bəxti gətirənlər isə qalaktikamızın digər bir planetini görə bilər, amma öz kəndindən kənara çıxmadığı qədər sadə görünən bu insan Tanrını görüb gəldiyinə iddialıdır. Behrud kəndində olmamışam, elə bilirəm ki, uca dağların görünməz bir yerində gizlənib, necə ki bir zamanlar türklər ərgənəkondan çıxıb dünyaya yeni sistem gətirməyə nail oldu, sanki Rüstəm Behrudinin də kəndi min illərdir tarixin heç bir iyrəncliyini, fırtınasını görmədən öz ruhunda, Tanrının insana verdiyi genetikası ilə (hansı ki, o heç bir erroziyaya uğramayıb) yaşayan bir obadır.

Digər tərəfdən, Rüstəm Behrudinin misralarının arealı sərhədləri bəlli olan torpaq parçasından daha böyükdür.

Vətən deyiləndə torpaq nəzərdə tutulursa, millət deyiləndə insan nəzərdə tutulur. Vətən sadəcə yer kürəsi ola bilər ən böyük anlamda, insan isə yeri, göyü, xeyri, şəri, allahı, iblisi özündə birləşdirən mükəmməl ifadədir. Əgər allahda təkcə tanrılıq, iblisdə də iblislik varsa, insanda bunların ikisi də var.

Daha qulam büsbütün
İçimdəki sevdama,
Mən sevda yolçusuyam,
Mənimki məndən keçib.
Mən sənin olmamışam,
Vətən, heç vaxt, sən demə,
Sənə dəyən zərbələr
Adlayıb məndən keçib.

Rüstəm Behrudinin insan sevdası öz millətinə olan sevda ilə tərənnüm olunur. Turan, türk milləti sevdasını bu cür izah edir əziz dostum: Sibirdə ovçu bir yakut ilə, ucsuz-bucaqsız çöldə heyvan bəsləyən bir qazax, Urimci yaxınlığında bir kənddə bir əkinçi ilə istanbullu bir tüccar, bir hun savaşçısı ilə VIII əsrdə Monqolustanda bir karvançı, XV əsrdə Azərbaycanda olan bir sufi, hurifi ilə, XVI əsrdə Avropada savaşan bir osmanlı paşası, çağdaş altaylardakı bir şamanla kommunist şair H.Hikmət arasındakı bağın adı nədi görəsən? İki min ildən çox zaman içində qopub tükənməyən bu bağın şaman dualarına bürüdüyüm bircə adı var – Turan.

Çox qəribədir, Rüstəm Behrudini Qazi Bürhanəddinə bənzədirəm. “Yataqda ölən erkək deyil”, – deyən şair adamlarla savaşıb yorulanda sözlərə qılınc çəkirdi, onlarla döyüşürdü. Sabir Rüstəmxanlı şair haqqında haqlı olaraq deyir ki, “sən şeirə döyüş kimi baxmısan, evdarlıq kimi yox!”

Rüstəm Behrudinin ruhundakı döyüşkənlik isə Qazidən Nəsimiyə keçən döyüşkənlikdir ki, Xətai ikisini də bir arada aparmağı bacarmışdı bir müddət. Rüstəm Behrudinin misraları isə can almasa da, bəzən elə ağır bir yara vurur ki, qılıncla, söz yarasının birgə endirdiyi zərbənin acısını verir adama:

Bu nə cür məmləkətdi,
Bəndəsi haqq istəmir.
Torpaq da bizdən bezib,
Vətən olmaq istəmir.
Əziz müəllimim akademik Tofiq Hacıyevin bu mövzudakı fikri daha maraqlıdır bu məqamda: R.Behrudinin şair səsində, poeziya nəfəsində bu günümüz üçün çox gərəkli olan iki aydın çalar var, bu iki çalar – türklük və nəsimiçilik – oxucunun duyğularını, zehnini iki qol kimi qucaqlayır.

Bu məqaləni yazanda düşünürdüm ki, Rüstəm Behrudi haqqında yazılan “və yaxud Rüstəm Behrudinin özü haqqında bilmədikləri” kitabda sonda verim başlığını “son söz” qoyum, amma həm şeirlər kitabını, həm də haqqında yazılanları oxuduqca fikrimdən vaz keçdim. Akademiklər İsa Həbibbəyli və Tofiq Hacıyevin, Mirəli Seyidovun, Xəlil Rza Ulutürkün, Sabir Rüstəmxanlının, Nizami Cəfərovun fikirlərini yekunlaşdırma məsuliyyəti çox ağır gəldi. Həmçinin, bu məqalənin sonluğu… Ona görə də məqaləni ulu şair Xəlil Rza Ulutürkün təvazökarcasına dediyi beytlə bitirmək qərarına gəldim:

Oxudum kitabını,
hər misran qana batmış inci, dürr.
Bir söz çıxdı dilimdən-
Rüstəm məndən güclüdür.

Hörmətlə: Şəmil Sadiq

RÜSTƏM BEHRUDİNİN YAZILARI

Şəmil Sadiqin yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rüstəm Behrudinin yeni kitabı çap olunacaq

RÜSTƏM BEHRUDİNİN YAZILARI

Tanınmış şair Rüstəm Behrudinin yeni kitabı tezliklə çap olunacaq.

YAZARLAR.AZ“a verilən məlumata görə “Qızıl alma” adlı şeir kitabında Rüstəm Behrudinin köhnə şeirləri ilə yanaşı heç yerdə çap olunmayan şeirləri də yer alıb.

Xatırladaq ki, kitab “XAN Nəşriyyatı” tərəfindən nəşr ediləcək.

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAİRLƏR İSA BULAĞINDA – VAQİF POEZİYA GÜNLƏRİ – 2022 – FOTOLAR

VAQİF POEZİYA GÜNLƏRİ

İyulun 14-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.

40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq 2-ci dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtında yenidən təşkil olunur.

Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdiyi poeziya günləri iyulun 14-də “Qarabağ” mehmanxanasının qarşısında kitab sərgisi ilə başlayıb, sonra M.P. Vaqifin məqbərəsinin qarşısında və Cıdır düzündə davam edib.  15-də şairlər şəhərin gəzməli yerlərində və İsa bulağında olublar. FOTOLAR:

Mənbə: Nazim Əhmədli


YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR CIDIR DÜZÜNDƏ – VAQİF POEZİYA GÜNLƏRİ – 2022 – FOTOLAR

VAQİF POEZİYA GÜNLƏRİ

İyulun 14-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.

40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq 2-ci dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtında yenidən təşkil olunur.

Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdiyi poeziya günləri iyulun 14-də “Qarabağ” mehmanxanasının qarşısında kitab sərgisi ilə başlayıb, sonra M.P. Vaqifin məqbərəsinin qarşısında və Cıdır düzündə davam edib. FOTOLAR:

BU GECƏ NATƏVAN GÜLÜMSƏYİRDİ

 Dayandur Sevgin

Mənbə: Elşad Barat


YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

DANIŞAN FOTO – QAZİ

QAZİ ELVİN RƏSULOV

Günel Habilqızı – Qazi kimdir?!

Hansısa kino qəhrəmanı deyil… Reallıqdır… Müharibə reallığı… Real qəhrəman… Vətən Müharibəsi Qazisi Elvin Rəsulov. XTQ-nin istehkamçısı. Füzulinin Horadiz kəndindən başlayan döyüş yolu Xocavəndin Qırmızı bazar kəndinədək uzanıb. Oktyabrın 27-si sübh tezdən həmin kənddə döyüş tapşırığını yerinə yetirərkən minomyot qəlpəsindən aldığı zədə qolunun itirilməsi ilə nəticələnib. Elvin yaralı qolunu özü kəsib, sonra isə elə o vəziyyətdə neçə yaralı və şəhid döyüş yoldaşını atəş nöqtəsindən çıxarmağa kömək edib. Bəli bu film deyil. Bu 26 yaşlı döyüşçünün hekayəsidir. Canavar döyüşçü… Vətən belə oğulların sayəsində Vətəndir. Qoruyaq Elvinləri!!!

Mənbə: Gunel Habilqızı Feyzullayeva

RÜSTƏM BEHRUDİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RÜSTƏM BEHRUDİ – ŞUŞADAN BAXANDA

Rustem Behrudi 

ŞUŞADAN BAKIYA BAXMAQ…
Dəniz olub sahilin üstünə yürümək nədi ki?!
Sahil olub dənizin üstünə yürümək var sonunda…
Bakıdan Şuşaya baxmaq vətən və millət sevdasının mistikasıdır!
Günlərin bir günü gəlib açılan sabahı, Şuşadan elə bu Şuşanın yolunda can qoyan, üstümüzdəki namus ləkəsini silən qazilərin intihar xəbəri ilə açmaqdan ağır nə ola bilər ki?!
Bu intihar xəbərləri də namussuzluğun, əclaflığın, yobazlığın mistikasıdı məncə!
Bu qaziləri intihara sürükləyən laqeydsizlik, məmur özbaşınalığı millətin faciəsinə çevrilir yavaş-yavaş!
Biz döyüşü udmuşuq, müharbəni yox!
Qazilərə laqeyd münasıbət bəsləyən, onları intihara sürükləyən bu dələduzlar sürüsü bunu anlamır deyəsən!
Qazilər şəhidlərimizin ayaq üstə gəzən ruhudu!
Qazilərə bu cür münasbətin bir adı var-vətənə xəyanət!
Bu gün sabah-sabah baxdım, Şuşanın qayalıqlarından bu qazilərin tökülən qanlarının izini yağışlar yuyub-təmizləməyib hələ!
Gələcəyini düşünən millət üçün qazi yerə enmiş Tanrıdı elə!
Tanrınızdan üz çevirməyin, namərdlər sürüsü!

Müəllif: Rüstəm BEHRUDİ

RÜSTƏM BEHRUDİNİN YAZILARI

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şairlər Şuşada – Vaqif Poeziya Günləri – 2022 – FOTOLAR

İyulun 14-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.

40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq 2-ci dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtında yenidən təşkil olunur.

Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdiyi poeziya günləri iyulun 14-də “Qarabağ” mehmanxanasının qarşısında kitab sərgisi ilə başlayıb. FOTOLAR:

RÜSTƏM BEHRUDİ CIDIR DÜZÜNDƏ

Mənbə: Elşad Barat


YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru