Yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyad İsgəndərov Hacıqabul rayon Şəhidlər Xiyabanını ziyarət edib. Hacı Ağaməli Baxşəliyev şəhadət zirvəsini fəth etmiş Hacıqabullular haqqında ziyarətdə olanları məlumatlandırmışdır.
GƏL, BU DƏRDƏ DÖZ DƏ YAŞA… Hanı qoşun, hanı ləşkər? Tək qalbdı iki Paşa… Baiskarı kimdi, bilməm, Kaş dönəydi özü daşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Əlim üzümdə qalıbdı, Sözüm ağzımda qalıbdı, Arzum gözümdə qalıbdı, Qanım gözdə dönüb yaşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Ustacam, artıb ələmim, Ta yazmır, sınıb qələmim, Hər gün də artır sələmim, Eşqim düzdə dönüb quşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… 17.07.2020. II FX. Bakı.
TORPAQ BİZİ GÖZLƏYİR… Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir… 23.08.2020. – Bakı. (II F.X.)
VARMIŞ Nə deyim, Allahım sən bilən haqqdır, Görəcək günləri görmək də varmış… Elçini, İlqarı alıb yanına, Zaura sən gözlə, demək də varmış… * * * Gözün biri gülür, biri ağlayır, Ağlaya-ağlaya gülmək də varmış… Poladı, Şükürü alıb yanına, Zaura sən gözlə, demək də varmış… * * * Şükür yazdığına, şükür qismətə, Dərdin acısını sevmək də varmış… Həmdəmi, Rəşadı alıb yanına, Zaura sən gözlə, demək də varmış… 31.10.2020. Bakı.
DAHA TƏK DEYİLSİNİZ Yenə də görüşə gəlmişəm, Qardaş! Gözün biri gülür, biri ağlayır… Daha tək deyilsiz, təsəllidir bu, Bir yandan mənzərə ürək dağlayır… * * * Qəribə bir hüzur çuğlayır məni, Yanında hər nəfəs ruha töhfədir. Vətən kitabını vərəqləyirəm, Burada hər məzar bir səhifədir… * * * İgid, ər oğullar toplanıb bura, Bütün çöhrələrdə, təbəssüm, qürur… Tək-tək sıralanan bu baxışların, Hər biri özünə bir dastan qurur… * * * Yenə də görüşə gəlmişəm, Qardaş! Gözün biri gülür, biri ağlayır… Daha tək deyilsiz, təsəllidir bu, Bir yandan mənzərə ürək dağlayır… 29.12.2020. Bakı ş. II FX.
SƏKKİZİ SONSUZLUQ ELƏDİ İLQAR Xoşbəxtlər günündə doğulmuşdu o, Təqvimin bu günü İlqar günüdür! Ölməzlər günündə doğulmuşdu o, Təqvimin bu günü İlqar günüdür! * * * Bu gün doğum günü, yaşar əbədi, Eliynən bir ünü, yaşar əbədi, Sonsuzluğa yönü, yaşar əbədi, Təqvimin bu günü İlqar günüdür! * * * Zaur tək yüzləri bir çətən oldu, Çoxu arzuladı, o yetən oldu, Vətən torpağında o, bitən oldu, Təqvimin bu günü İlqar günüdür! 08.05.2021. Bakı.
İLQAR Qəhrəman olmaq üçün Gəlmişdi Yer üzünə. Silahı sevgi idi, Qonmuşdu nur üzünə. * * * Verdilər İlqar adın, Böyüdü üzdə vüraq. Fəxriydi dostun, yadın, Əhdinə düzdü İlqar. * * * Ananın sevinciydi, Obanın şan-şöhrəti. Ziyası oldu xalqın, Əritdi zin-zülməti. * * * Gətirdi gedişiylə Şərəfi, şanı bizə. Qollara qüvvət oldu, Təpəri yetdi dizə. * * * Məzara düşən gün o, And içdi mərd oğullar: -“Bu qanı alacağıq, Sən rahat uyu, İlqar!” * * * İgidlər tutdu sözün, Bir gündə döndü zaman. Göstəriş verildi ki, Düşmənə yoxdur aman! * * * Çin oldu arzuları, Qarabağ oldu azad. Uyuyur rahat indi, Şəhidim indi rahat… 21.06.2021. Bakı.
O GÜN Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Tarixində satrançın Bəlkə də bu oldu ilk… Qarşısında bir topun, Vəzir olmuşdu fillik… * * * Hər şey belə başladı, Qonaqların sığmadı O gün həyət-bacana, Məmləkəti çuğladı… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər… 14.07.2021. Bakı.
QARDAŞ Sən gəzən yerlərə gəlmişəm, Qardaş! Qanın axan yerdə lalə bağrı qan. İlk sübh şəfəqində çatmışam bura, Rəngindən rənginə qatıb oğru dan. * * * Lənət o günə ki, açıldı səhər, Namərdin dişinin dibində zəhər, Dilində boğazdan yuxarı qəhər, O müdhiş yalanı dedi doğrudan… * * * İndi bu kol-kosun nə günahı var? Çəlləyə çiv olan palıd günahkar! Ətrafda dağ-daş da ağlayır zar-zar… Bülbüllər dilini udub qorxudan… * * * Nə yaxşı bu “tale”, “qismət” sözü var, Sığınıb onlara olduq gözü dar, Lap bilmək istəsən düzü ay İlqar, Hamının yaradır qəlbi ağrıdan… * * * Ustaca təsəlli oğlunla qızın, Biləsən, itməyib çörəyin, duzun, Haçansa yenə də doğsa ulduzun, Hilalı boylanır hər gün Ağrıdan… 07.07.2022. Azərbaycan.
ŞƏHİDİM Öyünc, qürur yerimizdi, Sənin tökülən qanın. Torpağımı xilas etdi Torpağa dönən canın. Namusu, şərəfisən Bu gün Azərbaycanın. Şəhidim, şanlı şəhidim, Zəfər ünvanlı şəhidim. * * * Sən zülməti qova-qova Dan yeritək söküldün. Ölü yurda nəfəs verib Bayrağıma büküldün. Otuz ilin yarasını Sağaltdın otuz günə. Sadiq oldun bu vətənin Hər əmrinə, hökmünə. Qarabağın qara bəxti Şükür çıxır ağ günə. Şəhidim, şanlı şəhidim, Zəfər ünvanlı şəhidim. * * * Keçdin cavan həyatından Həyat verdin yurduna. Qələbəni qanla yazdın, Ənam etdin orduna. “Hücum” deyib qanadlandın, Öndə oldun həmişə. Qorxu-hürkü bilmədiyin Gündə oldun həmişə. Qartal kimi qanadlanıb Kəsdin yağı üstünü. Qoy pir deyib qucaqlayım Heykəlini, büstünü! Şəhidim, şanlı şəhidim, Zəfər ünvanlı şəhidim. * * * Dilimizdə ən yaralı Bayatısan, ağısan. Anaların göz yaşısan, Sinələrin dağısan. Ayın bulud örtüyüsən, Günün qürub çağısan. O müqəddəs pak ruhunla Qovuşmusan Allaha. Vətənini çıxartmısan Bir işıqlı sabaha. Şəhidim, şanlı şəhidim, Zəfər ünvanlı şəhidim. * * * Bu torpağın yarasına Sarğı olub bədənin. Sən ən uca məqamısan, And yerisən Vətənin. Hüzurunda baş əyirəm, Diz çökürəm mən sənin. Bütöv əsər yazmalıyıq Yarımçıq ömrün haqda. Ruhun Tanrı qucağında, Nəşin qara torpaqda. Torpaq qədər əbədisən Şəhidim, şanlı şəhidim. Yurdun paklıq məbədisən Zəfər ünvanlı şəhidim!!!
ŞƏHİD, ALLAH AMANATI Bizdən ayrılıb gedirsən, Şəhid, Allah amanatı! Güllü, bayraqlı gedirsən, Şəhid, Allah amanatı! * * * Dava günü davalanan, Nərə çəkib havalanan. Daş-qayada yomalanan, Şəhid, Allah amanatı! * * * Yorulmusan dincəl, yavrum, Qaşı çatma, teli qıvrım, Paltar cırıq, üz-baş sıyrım, Şəhid, Allah amanatı! * * * Ağacda bubbular qaldı, Göl qurudu qular qaldı, Silah dostun ular qaldı, Şəhid, Allah amanatı! * * * Eşqdi Vətən həvəsi, Qanın yurda su əvəzi Harda verdin son nəfəsi?! Şəhid, Allah amanatı! 14.09.2022. Müəllif: İlham QƏHRƏMAN
VƏTƏN Güllələrdi, mərmilərdi, Külək deyil burda ötən. Nərəsindən dağ titrəyir, İgidindi yurda yetən. Çağla Vətən, çağla Vətən! * * * O ölməzdi, yenilməzdi, Yağılardı ölən, itən. Uğurunda şəhid düşən, Bir layladı burda bitən, Ağla Vətən, ağla Vətən! * * * Bax, səmanda qara bulud, Ağır- ağır, çətən- çətən. Al göyündən, götür birin, Sar alnına, sarı, lütfən, Bağla Vətən, bağla Vətən! 15. 09. 2022. Müəllif: Təvəkkül GORUSLU
ŞƏHİD Qurban boyuna, şəhid, Düşdük oyuna, şəhid. Dörd bacı həsrət qaldı, Qardaş toyuna, şəhid. * * * Qələbə acı – şəhid, Qeyrət ağacı – şəhid. Gözü yaşlı bacının Başının tacı – şəhid. * * * Ananın nəri – şəhid, Bacının şiri – şəhid. Bir gözəlin xəyalı – Pəhləvan əri – şəhid. * * * Ata qüruru – şəhid, Məzarın nuru – şəhid. Tezliklə göstərərik, Yağıya zoru, şəhid. * * * Elin and yeri – şəhid, Ocağı, piri – şəhid. Qisası alacağıq, Yol yoxdu geri, şəhid. * * * Zəfər andı verənlər, Dərdə sinə gərənlər, Şəhid qanlı torpaqda Doğulacaq ərənlər. 14.09.2022. Müəllif: Vaqif OSMANOV
AY VƏTƏN Bu boyda şəhid yükünə Dözürsə qəddin, ay Vətən. Mütləq bir gün bütövləşər Sərhədin, səddin, ay Vətən! * * * Kəsilməyib səsi, ünü, Tarix olan qırx dörd günün… Yağılara öz gücünü Yaxşı göstərdin, ay Vətən. * * * Qabağında ağır yasın, Şah vüqarın qoy sınmasın. Sən tapda ki… tapdanmasın Cığırın, rəddin, ay Vətən. * * * Başdan-başa düşmən şərdi, Şəri boğmaq bir hünərdi. Alovlara sinə gərdi, İgidin, mərdin, ay Vətən. * * * Yaxındadır Turan turu, Yenilməzdir türkün zoru. Dəhliz edər Zəngəzuru Bu qalib həddin, ay Vətən! 14.09.2022. Müəllif: Musa ƏLƏKBƏRLİ
ŞEHİTLER HIYABANINDA AY YASLI Ah Karabağ’ı görmedim Ben hiç Azerbaycan’ı görmedim Gözlerim o topraklarda asılı Bir Gence sabahında yüreğim yaralı * * * Fuzuli’den bir gazeldir Hazar Şehriyar üç renkli bayrağa bakar Şehitler Hıyabanı’nda ay yaslı Bir Bakü sabahında yüreğim yaralı * * * Türkiye’den Azerbaycan’a selam olsun Ey Karabağ azatlığın kutlu olsun Ve benim gönlüm milletime sevdalı Bir Şeki sabahında yüreğim yaralı. (Şehid düşen Azerbaycanlı vatan evladına minnet ve rahmetle…)
XUDAYAR YUSİFZADƏ Bu gün onun doğum günüdür! QISA ARAYIŞ: Ləqəbi: Xudu Doğum tarixi: 15 iyul 1998 Doğum yeri: Bərdə, Azərbaycan Vəfat tarixi: 22 oktyabr 2020 (22 yaşında) Vəfat yeri: Ağbənd, Zəngilan, Azərbaycan Dəfn yeri: Bərdə Şəhidlər Xiyabanı Vətəndaşlığı: Azərbaycan Mənsubiyyəti: Azərbaycan Silahlı Qüvvələri Qoşun növü: Sərhəd Qoşunları Xidmət illəri : 2016—2018 / 2020 Rütbə: Kiçik gizir Döyüşlər: Vətən müharibəsi • Murovdağ döyüşləri • Füzuli döyüşləri • Cəbrayıl döyüşləri • Zəngilan döyüşləri Təltifləri “Azərbaycan Bayrağı” ordeni — 2020 “Vətən uğrunda” medalı — 2020 “Zəngilanın azad olunmasına görə” medalı — 2020 Xudayar Müslüm oğlu Yusifzadə (15 iyul 1998, Bərdə – 22 oktyabr 2020, Ağbənd, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, Vətən müharibəsi şəhidi. HƏYATI Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olmuşdur. Atası — Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu, anası — Radə Qurbanova isə evdar xanım idi. Onların ailədə dörd uşağı olmuşdur — üç oğlan və bir qız. Müslüm Yusifoğlu Xudayar Yusifzadənin doğumundan 24 gün sonra vəfat etmişdir. Xudayar Yusifzadə 2004–2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil almışdır. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmiş, marketlərin birində mühafizəçi olaraq çalışmışdır. Subay idi. HƏRBİ XİDMƏTİ Xudayar Yusifzadə 2016–2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etmişdir. Kursdan keçdikdən sonra “kiçik gizir” hərbi rütbəsi almışdır. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət etmişdir. İkinci Qarabağ müharibəsində iştirakı Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Əvvəlcə, Füzuli rayonunda sərhəd məntəqəsində xidmət etmişdir. Daha sonra isə müharibədə döyüşərək xidmətinə davam etmişdir. Murovdağın, Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi. Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edildi. TƏLTİFLƏRİ: “Azərbaycan Bayrağı” ordeni (ölümündən sonra) 15.12.2020. “Vətən uğrunda” medalı (ölümündən sonra) 15.12.2020. “Zəngilanın azad olunmasına görə” medalı (ölümündən sonra) 15.12.2020. İrsi və xatirəsi Xudayar Yusifzadə ölümündən 2 gün əvvəl, 20 oktyabr tarixində döyüş zamanı Əliağa Vahidin “Vətən yaxşıdır” şeirinə yazılan eynidlı mahnını ifa etmiş və bunu telefon vasitəsilə lentə almışdır. Həmin video qısa müddət ərzində sosial medialarda paylaşılaraq trendə çevrilmişdir. Onun şəhid olmasından sonra isə həmin video daha geniş vüsət aldı və Xudayar Yusifzadə qısa müddət ərzində həmin mahnı ilə daha çox tanındı. Xudayarın ifasında məşhurlaşan təsnif daha sonra xalq arasında “Xudayar təsnifi” olaraq məşhurlaşmış və daha sonra təsnifin bəstəkarı xanəndə Əlibaba Məmmədovun təsdiqi ilə “Xudayar təsnifi” adlandırılıb. 2020-ci ildə Xudayar Yusifzadənin ifasında “Vətən yaxşıdır” təsnifi yeni aranjemandan təqdim olundu. Abbas Bağırov mahnını Xudayar Yusifzadənin ifası ilə duet formasında oxuyub. 2021-ci il fevralın 18-də Xudayar Yusifzadənin təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində onun büstünün açılış mərasimi oldu. Xudayar Yusifzadənin şəxsi əşyaları muzeyin Vətən müharibəsi fonduna şəhidin anası Qurbanova Radə Şümşad qızı tərəfindən təhvil verilib.
Naxçıvan. Cəhri kəndi. 20.05.2022. Mayor Rasim Əbdül oğlu Məmmədovun cənnətdəki mövludu qeyd olundu. “Kiçik dünyanın böyük insanları” kitabının təqdimatı keçirildi. Milli Mədəniyyətin Təbliği ictimai birliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova Tabor komandiri Aprel şəhidlərimizdən olan Rasim Məmmədovun dünyaya göz açdığı Cəhri kəndində başqa illəldən fərqli anım mərasimi keçirilməsinin təşəbbüskarı olub. Üç ay öncə 29 şəhidimizin (burda həm 1 –ci Qarabağ müharibəsi həm də Vətən müharibəsi şəhidləri yer alıb) əziz xatirəsinə həsr olunmuş “Kiçik dünyanın böyük insanları” kitabının təqdimatı keçirilmişdi. Kitabda Rasim Məmmədova da ayrılmış səhifə var. Jalə Cəfərova bir çox şəhid ailələrinin kitab təqdimatında iştirak edə bilmədiklərini nəzərə alaraq özü bir çox rayonlarda təkrar təqdmatlar sərgiləşişdir. Cəhri kəndinə toplaşan Rasimin əzizləri, Naxçıvanın müxtəlif bğlgələrində mövluda toplaşan qazilərimiz, məktəblilər təqdimata rəng qataraq xatirələrini bölüşdülər. Jalə xanım hər kəsi salamlayaraq bu sözlərlə mövlud gecəsini davam etdirdi”İllərdir tanıdığım bu ocaq mənim üçün həm əzizdir həm də müqəddəs. Bu ocaqda vətənə olan sonsuz sevgini sözüylə əməliyə, qanıyla, canıyla sübut edən üç nəslin nümayəndəsi gəlib keçib. Calal Məmmədov 1941-45 ci il müharibəsinin iştirakçısı, oğlu Əbdül Məmmədov Birinci Qarabağ müharibəsi başlayan kimi olmazın fədakarlığını göstərərək sağlamlığını itirərək 24 il yataq xəstəsi oldu və onun böyüdüb tərbiyə verdiyi Rasim Əbdül oğlu Məmmədov. “Anım mərasiminə toplaşan əzizlər qazilər, Rasimin və Əbdül Məmmədovun müəllimləri,Nazilə anamız söylədikləri xatirələriylə hamını kövrəltsələr də belə oğulla qürur duyduqlarını da xüsusi vurğuladılar. Məktəb direktoru Rəşad Rüstəmli, qazilərimiz Fərdi Məmmədov, Birinci Qarabağ müharibəsi qazisi Osman İbrahimov (Osman Məmmədov həm də kitabda müsahibə verən Nurhan İbrahimovun atasıdır) ,qazi Roman İbrahimov, Tamara müəllimə, Girşad Rüstəmlinın çıxışlarını həyacansız dinləmək mümkün deyildi. Sonra Jalə xanım kitabda adı keçən igid şəhidlərimizlə bağlı geniş məlumat verərərək “Mən bir daha təkrar edirəm, bu igidlərin həyatını vərəqlədikcə,onları böyüdüb tərbiyə edən valideynləri dinlədikcə içimdə bir səs eşitdim və bir daha əmin oldum ki BU DÜNYA BELƏ OĞULLARIN QARŞISINDA ÇOX HƏM DƏ ÇOX KİÇİK GÖRÜNÜR. Kitabın adını məhz ona görə belə adlandırdım“, – dedi.
Evdəki mərasim Jalə xanımın imzasıyla təqdim etdiyi kitabların təqdim olunmasıyla davam etdi. Rasim Məmmədovun adına açılmış süfrədən sonra ata-balanın uyuduğu dağın ən hündür yerindəki məkana məktəblilər əklil qoydular. Şəhidlərimiz anıldı, Dövlət Himnimiz səsləndi. Şəhidimizin qardaşı Etibar Məmmədov dinimizin adətlərinə uyğun müqəddəs kitabımız Qurani-Kərimdən surələr oxundu və Nazilə anamızın Etibar bəyin hər kəsə təşəkkürüylə sona çatdi.