Etiket arxivi: SƏMİMİ SÖHBƏT

Caroline Laurent Turunc şair və şeir haqqında danışır

CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNC



MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAMİZ ƏSKƏR “SƏMİMİ SÖHBƏT”İN QONAĞI OLUB

RAMİZ ƏSKƏR “SƏMİMİ SÖHBƏT”İN QONAĞI OLUB.

Beləliklə, „Səmimi söhbət“in bugünkü qonağı türkoloq, ədəbiyyatşünas, şair, jurnalist, tərcüməçi filologiya elmləri doktoru, professor, BDUnun türkologiya kafedrasının müdiri Ramiz Əskərdir.

“SƏMİMİ SÖHBƏT”

SUAL: Ramiz müəllim, izləyicilərin sizi yaxından tanıması üçün istərdim elə orta məktəb dövründən bir sual verim sizə. Orta məktəbdə necə oxuyurdunuz?

CAVAB: Parlaq. Orta məktəbi qızıl medalla bitirdim. Bilmədiyim şey yox idi. Standart ədəbi dildə danışırdım, çoxlu termin işlədirdim. 16 yaşına qədər nə oxumuşdumsa hamısı yadımdadır. O cümlədən orta məktəb proqramındakı yaxşı-pis, məzmunlu-məzmunsuz, bütün şeirləri indi də əzbər bilirəm. Kəndimizin və məktəbimizin kitabxanalarındakı bütün kitabları oxumuşdum.

SUAL: İntellektual səviyyəniz, yəni İQ (ay künüz) nə idi?

CAVAB: O vaxt yüzdən yuxarı idi. İndi olsa-olsa onun yarısı olar. O vaxt beynim daha mütəhərrik və çevik idi. İndi informasiyam daha çoxdur, ancaq fikir sürəti və axını, analiz qabiliyyətim daha aşağıdır.

SUAL: O vaxtkı arzularınız nə idi?

CAVAB: Şair kimi məşhur olmaq, 25-26 yaşlarında kitab buraxmaq, İstanbulu, Təbrizi və Səmərqəndi görmək. Təbii ki, gəlib Bakını fəth etmək. Heç biri baş tutmadı. Mən Təbrizi hələ də görməmişəm. O vaxtlar “Cənab 420” filminə baxırdım və gözlərim dolurdu. Bir dəfə uşaqlarımı məcbur elədim o filmə baxdılar. Gözləri dolmaq nədir, heç tükləri də tərpənmədi. Amma mən indi də ona baxıb riqqətə gəlirəm, oradakı mahnıları göz yaşları içində dinləyirəm…

SUAL: Allaha inanırsınızmı?

CAVAB: Bütün varlığımla…

SUAL: Dindarsınızmı?

CAVAB: Yox, canım. Standart sovet adamı nə dindar, nə də ateist idi. Mən də elə yetişdim, oruc, namaz-niyaz bilmirəm. Ancaq əzan eşidəndə bir müsəlman övladı kim başımın tükü ayağa qalxır. Məhmət Akif Ərsoyun misraları yadıma düşür: “Bu əzanlar ki, şəhadətləri dinin təməli / Əbədi yurdumun üstündə mənim inləməli…”

SUAL:Həyat yoldaşınız kimdir?

CAVAB: Kim idi… Solmaz xanım… Moskva Dövlət Universitetində birlikdə oxumuşduq. İxtisasca fizik idi. AMEA sistemində çalışdı. Son iş yeri 6 nömrəli məktəb idi. Azərbaycanın Əməkdar müəllimi adını aldı. İki dəfə ölkə üzrə “İlin müəllimi” seçildi. Əla pedaqoq, gözəl insan, həyat yoldaşı, ana və nənə idi. 40 il 3 ay birlikdə ömür sürdük. 2020-ci ilin 19 noyabrında bizi əbədi tərk elədi. İfrat dərəcədə ciddi və prinsipial adam idi. O məndən dəfələrlə incidi, mən ondan heç incimədim. Bu da onun böyüklüyündən xəbər verir. Ona bir neçə şeir yazmışdım. Birinci şeirin son bəndi belə idi: Bir gün axır çıxdım ova, / Bir ov tutdum qova-qova, / Adı Solmaz, / Familiyası Əhədova. Başqa bir şeirdə bir neçə qızın adını çəkəndən sonra bunu yazmışdım: Onun adı Solmazdı, / Nur içində almazdı, Özgəyə yar olmazdı, / Axır toruna düşdüm.

SUAL:Allah rəhmət eləsin Solmaz Xanıma. Ramiz müəllim, necə bir nəsildə böyüdünüz?

CAVAB: Biz Amasiyalıyıq. İki Amasiya var, biri Türkiyədədir, biri də Qərbi Ermənistanda. Amasiya rayonunda ən oxumuş ailələrdən biri, bəlkə də birincisi Əskərovlardır. Atam, əmilərim əsasən dil-ədəbiyyat müəllimi idilər. Atam və bir əmim uzun illər rayon qəzetinin redaktoru olublar. Atam və başqa bir əmim “Sovet Ermənistanı” qəzetində işləyiblər. İlk ali təhsilli adamlar, ilk elmlər namizədi, ilk elmlər doktoru, ilk professorlar bizim familiyadan çıxıb. Özüm və eşim Moskvada oxumuşuq. Uzaq xaricə oxumağa gedənlər də bizim gənclər olub. Üç qardaşım Türkiyə universitetlərinin (ODTÜ, Mərmərə və Ədirnə) məzunudur. Qızım Ayla Ankara universitetinin tibb fakültəsini, sonra İzmirdə ginekologiya ixtisasını başa vurub. Oğlum Atilla İstanbul Texniki Univesitetini, sonra Virciniya Texniki Universitetini bitirib. Bu anda təkcə ABŞ-da bizim ailədən təxminən 15 nəfər yaşayır. 4 uşağımız orada anadan olub. Məlumat üçün deyim ki, bu anda Budapeştdə 5 gəncimiz ali təhsil alır, qardaşım oğlu Oğuzxan ODTÜ-də, digər qardaşımım oğlu Turan isə Gəbzə Texnoloji Universiteində tələbədir. Almaniya ali məktəblərində oxuyan uşaqlarımız var. Oxumaq bizim nəslə vergidir. Qardaşım Əli Şimali Karolina universitetinin (ABŞ) professorudur, bacım Nailə Diyarbakır universitetinin dosentidir.

SUAL: Ailəniz böyük idimi?

CAVAB: Əlbəttə. Biz on uşaq (altı qardaş, dörd bacı) idik. Varlı deyildik, kasıb da deyidik. Atam 7 övladına ali təhsil verib. İki bacım tibb məktəbini bitirib. Bir qardaşım 90-cı illərdə ali məktəbə girdi, ancaq pullu olduğu üçün təhsilini davam etdirə bilmədi. İndi qaynaqçıdır, hamıdan yaxşı yaşayanımız odur.

SUAL: Ramiz müəllim, siz bu yaxınlarda qardaş Özbəkistanın „Dostluq“ ordeni ilə təltif edildininz. İcazə verin öz adımdan və oxucular adından sizi təbrik edim. Biz sizinlə bir daha qürur duyduq. Bəs siz özünüz nə hislər keçirdiniz?

CAVAB: Mənim mükafatlarım çoxdur. Səhv etmirəmsə, 22 ordenim və medalım var. Bunlardan bir neçəsi çox dəyərlidir. Məsələn, “Şöhrət” ordenini 60 illiyim münasibətilə almışam, Əməkdar jurnalist adına mətbuatda uzun illər və səmərəli fəaliyyətimə görə layiq görülmüşəm. Özbəkistanın beynəlxalq “Babur” mükafatı, Türkmənistanın “Altın əsr”, Ukraynanın “Bəkir Çobanzadə” ödülü, Beynəlxalq Türk Akademiyasının “Vilhelm Tomsen” və “Əlişir Nəvayi” medalları bunlardan bir neçəsidir. Avqustun 30-da isə Özbəkistan Prezidenti Şavqat Mirziyayev bir neçə Azərbaycan alimi ilə birlikdə məni də ölkələrimiz arasındakı ədəbi-mədəni əlaqələrə verdiyim töhfə münasibətilə sanballı “Dostluq” ordeni ilə təltif etdi. Həmin gün oğlum Atillanın ad günü idi. Ailəmiz və yaxın dostlarımız ikiqat sevinc yaşadı. Bunun üçün qardaş Özbəkistana minnətdaram.

SUAL: Siz ixtisasca jurnalistsiniz. Uzun illər bir çox mötəbər mətbuat orqanlarda çalışmısınız. Niyə davam etmədiniz?

CAVAB: Mən 10-12 yaşından mətbuatla əlaqə saxlamışam. “Azərbaycan pioneri” qəzetinə məktub yazıb “Şöbə müdiri Rəna Əzimova” imzası ilə redaksiya zərfində blanklı məktub alanda sevincimin həddi-hüdudu olmurdu. Yaxud rayon qəzetində kiçik informasiya və şeirlərlə çıxış edəndə sonsuz fərəh duyurdum. Yəni mən 50 ildən çoxdur ki, mətbuatdayam. Atam istəyirdi ki, mən həkim olum, ancaq mən mətbuatı seçdim. Bakı və Moskva universitetlərinin jurnalistika fakültələrində təhsil aldım. Radioda, “Azərbaycan bugün” jurnalında, “Odlar yurdu”, “XXI sər” qəzetlərində, Azərbaycan Jurnalistlər Birliyində işlədim. “Odlar yurdu”nu çıxmaqla onların hamısını ömrümün boşa getmiş illəri hesab edirəm. O işləri məndən də yaxşı görəcək adamlar çox idi. Mən MDU-nu bitirən kimi elmə gəlməli idim. Axı adam mətbuatda nə qədər çalışar? Gənc olanda eybi yoxdur, bir az yaşlananda xəbər dalınca ora-bura qaçmaq olmur. Heyf ki, jurnalistikada çox gecikdim. Cəmisi 20 ildir ki, mən elmdəyəm, yəni universitetdəyəm. -Müasir jurnalistika və jurnalistlərin səviyyəsi sizi qane edirmi? Bəlkə bir məsləhətiniz və yaxud tövsiyəniz var cavan jurnalistlərə? -Yox, qane etmir. Jurnalistika ictimai fikri manipulyasiya edir, yönləndirir, lazım gəldikdə çaşdırır. Məsələn, “Odlar yurdu” qəzeti kiril, latın və ərəb əlifbaları ilə çıxırdı, milli şüura çox təsir göstərirdi. Tirajı 300 min nüsxə civarında idi. Onun səhifələrində daima yeni bilgilər, faktlar olurdu. Azərbaycan Demokratik Respublikası, onun dövlət atributları, bayrağı, gerbi, himni, pulları, parlamenti, qurulan hökumətlər, siyasi xadimləri və s. haqqında ilk dəfə söz açılırdı. Həm bu faktlar yeni idi, həm də milli-azadlıq hərəkatına yeni impuls verirdi. İndi mətbuat bir az fərqlidir, qeyri-ciddidir, qeyri-professionaldır, ağzına gələni yazır. Saytları heç bəyənmirəm. Sensasional başlıqlar atır, mənasız effekt yaradır. Məsələn, belə bir sərlövhə ilə material verir: “Arvadı dəli olan, qızı küçələrə düşən, oğlu anaşa çəkən sənətkarın faciəli həyatı”. Buna nə deyəsən? Mən gənclərlə Jurnalistlər evində hər gün görüşürəm. Nəsihət edirəm, hələ ki, xeyri azdır.

SUAL: Siz orta məktəbdə Azərbaycan dilində oxumusunuz, ali təhsili isə rus dilində almısınız. Rusiyada oxumaq sizin bir insan kimi formalaşmanıza təsir edibmi?

CAVAB: Mən SSRİ-nin və sovet blokunun, sosializm düşərgəsinin ən böyük təhsil ocağında oxumuşam. Oranın içi də, dışı da möhtəşəmdir. Əla şəraiti var. Profeesor-müəllim heyəti mükəmməldir. Adamı mum kimi yoğurur, formalaşdırır. Orada oxumaq çətin idi, ancaq ruslar demiş, “na pravax neqra” (zənci kimi) oxuya bildik. Moskvada oxumaq uşaqlıq arzum idi. Mən bir dəfə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna sənəd vermiş, lakin müsabiqədən keçməmişdim. Tale mənə MDU-da oxumağı qismət elədi. Bir şeydə xəyal qırıqlığına uğradım. Nə Qızıl meydan, nə də Kremlin yaqut ulduzları fotolardakı qədər əzəmətli deyildi. Yalnız qızları bütün bəkləntilərdən üstün idi.

SUAL: O vaxtlar rusca necə bilirdiniz? Bu dil haqqında fikriniz nədir?

CAVAB Mən kənddən çıxmış adam idim, Bakıya gələnə qədər rus görməmişdim. Rusca çoxlu söz bilirdim, ancaq cümlə qurmağı bacarmırdım. Heç indi də bu dili ürəyim istəyən səviyyədə bilmirəm. Dünyanın ən mükəmməl, ən zəngin dilidir. Sanki dissertasiya və elmi məqalə yazmaq üçün yaradılıb. Ancaq son dərəcə çətindir. Addımbaşı istisna var. Pristavkalar, cins və mənsubiyyat kateqoriyaları, şəkilçi sistemi bu dili o qədər zəngin edir ki, gəl görəsən. Onu ancaq uşaqkən öyrənmək lazımdır, rusca orta məktəb bitirməsən onu mükəmməl öyrənə biməzsən.

SUAL:Professor, bu yaxınlarda sosial şəbəkədə belə bir məlumata rast gəldim ki, illər öncə Elçibəyin birbaşa müsahibəsini Ramiz Əskər rus dilinə sinxron tərcümə edib və bu zaman bir sıra ciddi yalnışlıqlara yol verib. Çox istərdim ki, buna özünüz açıqlama verəsiniz.

CAVAB: Elçibəy prezident olanda rusiyalı tamaşaçılarla canlı verilişə çıxmışdı. Verilişi Valid Sənani tərcümə edirdi. O da ilk cümlədə çaşdı, Niyazi İbrahimov dərhal onu əvəz elədi. Bugünlərdə Rəhman yazdı ki, guya həmin verilişi mən tərcümə etmişəm. Ona telefonla dedim ki, mən ümumən orada olmamışam. O da dedi ki, dəqiqləşdirəcək. Dedim ki, zəhmət çəkmə, mən orada olmamışam, yenə de deyir ki, dəqiqləşdirəcək. Buyursun.

SUAL: Dilin, türk dilinin, rus dilinin, erməni dilinin cilvəsi nədir, sizcə? CAVAB: Erməni dili çox partlayışlıdır, hətta qabadır. Məsələn, Mkrtç sözündə səsli (sait) yoxdur. Biz onu Mkrtıç və ya Mıkırtıç kimi yazırıq. Xndzor (alma), tanzr (armud), dbrots (məktəb) sözlərində üç-dörd samit yan-yana gələ bilir. Bu, tələffüzdə ağırlıq yaradır. Rus dilində də belə şeylər var. Məsələn, vstreça (görüş). Bizim dildə başda iki səssiz gəlmir. Srağagün sözü istisnadır. Sonda iki samit olur: alt, üst kimi. Bu baxımdan bizim dil daha normativdir. Dilimizin ən nurlu sözü “yoldaş” sözüdür. Təəssüf ki, bolşevizm onu ilkin və ülvi mənasından uzaqlaşdırdı. Rus dilində iki söz sovet quruluşunu dolğun şəkildə ifadə edir. Bunlardan biri “kolxoz” və “kolxoznik” sözüdür, biri də “trudyaşşiysya” (yəni zəhmətkeş). Zəhmətkeşə özbəklər möhnətkeş deyirlər…

SUAL: Siz rus dilini, rus ədəbiyyatını mükəmməl bilirsiniz. Bunu əminliklə deyirəm, cünki bilirəm. Bu sizə mane olubmu?

CAVAB: Siz bunu əminliklə necə deyə bilərsiniz? Mən özüm bilirəm ki, bu belə deyil. Sizi çaşdıran odur ki, bəzən mən nadir bir ştrix, nadir bir söz işlədirəm, siz də dərindən heyrət edirsizin ki, kənddən çıxmış bir adam bunları hardan bilir. Nəticədə sizdə yanlış qənaət hasil olur. Siz anons veribsiniz, mənim bir qohumum da yazıb ki, bəs deməzsənmi, bu Ramiz Əskər çox qənimət adamdır. Ona zəng edib dedim ki, səhv edirsən, gərək deyəydin ki, Ramiz Əskər Azərbaycan brendidir! Sonra, rusca bilmək mənə necə mane ola bilər?

SUAL: Siz 5-10 il əvvəl Ermənistanda olmusunuz…

CAVAB: Olmuşam. 2014-cü ildə Avropa Şurasının “Mətbuat və müharibə” mövzusunda bir tədbiri vardı. Bizdən Tahir Paşa, mən və bir həmkarımız, Tiflisdən də 5-6 jurnalist RAF-la getdik Dərəçiçəyə. İndi Dərəçiçək yerinə ermənicə Dzaxqadzor deyirlər. Tədbir yüksək səviyyədə keçdi. Təbii ki, mən ermənicə bildiyimi bildirmədim. Dedim görüm bizim haqqımızda nə deyirlər. Haqq üçünə, elə bir şey demədilər. İşçi dil rus dili idi. Ermənilər arada öz diilərində danışırdılar: su gətir, duz ver, kofe qurtardı, filan. Son gün onların rəhbəri dedi: bağışlayın ki, biz arada ermənicə danışırdıq. Sizcə, bizim dil necə dildir? Bizimkilər sağ olsunlar, yenə də sözü mənə verdilər. Mən dedim ki, hər bir dil yaxşıdır, erməni dili də pis deyil. Mən orta məktəbdə oxuyanda erməni dili keçmişəm, ancaq artıq hamısını unutmuşam, çünki o vaxtdan 40-50 il keçib. Bircə erməni dilində cümlənin tərifi yadımda qalıb. Bunları maraq bürüdü: necə yəni? Dedim: barerov artahaydvadz yurakançyur amboğç mi midki qoçvume naxadasutyun. Yəni: bitmiş bir fikri ifadə edən… Bunalr heyrətlə əlimə baxdılar. Dedim ki, nə baxırsınız, əlimdə şparqalka yoxdur, mən bunu əzbər bilirəm. İstəyirsiniz yüz dəfə deyim. Dedim. Donub qaldılar. Başqa şeylər də bilirsinizmi? deyə sordular. “Navavar” (Gəmiçi) şeirini bilirəm. Onu da dedim. Əlavə elədim ki, şeirin müəllifini unutmuşam. Bilmirəm bunu Aksel Bakunts yazıb, yoxsa Derenik Dəmirçiyan, Yeğişe Çarents yazıb, yoxsa Avetik İsaakyan? Dəli oldular…

SUAL: Ramiz müəllim,sizcə, xalqımızın ən bariz cəhətləri hansılardır?

CAVAB: Siz məni provakasiyaya çəkirsiniz. Müsahibə maraqlı olsun deyə mənə əndərəbadi suallar verirsiniz. Madam soruşdunuz, deyim. Bizin xalq, Azərbaycan türkləri türk və islam dünyasının ən qabaqcıl xalqıdır. Hər on min nəfərə düşən orta və ali təhsillilərin, həkimlərin, mühəndislərin, müəllimlərin, alimlərin və s. sayına görə Azərbaycan mütləq çempiondur. Çox gözüaçıq, sərvaxt, istedadlı, zəki, yəni zəkali xalqdır! İQ (ay-kü) rəqəmi çox yüksəkdir. Ancaq onun saat kimi işləyən beyni saxtakarlığa daha yatqındır. Mal, mülk, pul, sərvət yığmağa çox meyllidir, hətta hərisdir. Siz ağlın dərəcəsinə baxın: bir iş adamımız Çində əlini cibinə atır, 50 qəpiklik pul çıxır. Dərhal ağlına parlaq ideya gəlir. Çinlilərə deyir ki, mənə bundan on ton düzəldin. Biri neçəyə başa gələr? 20 qəpiyə. Pulları nə adlasa Bakıya gətirir, yayır. Sonra o metal sikkənin sarı hissəsi ovulmağa başlayır, sən demə, çinlilər bizdən daha fırıldaq imiş, qənaət üçün işə xəyanət ediblər. Dövlət duyuq düşür və bu maxinatoru tuturlar. Mən anlaya bilmirəm ki, belə gözüaçıq xalqın torpağını ermənilər necə ələ keçirə bilmişdi? Digər mənfi cəhətlərimiz bunlardır: milli yaddaşımız yoxdur, unutqanıq, hər şeyi bağışlayırıq, ürəyi yumşaq, qəlbi açığıq, müşkülümüzü rüşvətlə həll etməyə üstünlük veririk. Ən mənfi sözümüz isə budur: “Bura Azərbaycandır!” Türk dünyasınıda bizə böyük rəğbət var. Belə hesab edirlər ki, Azərbaycanda on milyon əhalinin bir milyonu türk, bir milyonu qazax, bir milyonu özbək… tatar, türkmən, qırğız, uyğur və digər ən istedadlı türk millətlərindən ibarətdir. Yəni seçmə əhalidir. Ölkəmizə türk dünyasının mayakı kimi baxırlar. Hər şey, hər yenilik, hər izm birinci burada meydana gəlməlidir, sonra bütün türk dünyasına yayılmalıdır. Bu belədir: ilk sentimental roman, ilk opera, ilk simfoniya, ilk… nə, nə, bizdə ortaya çıxıb.

SUAL:Sizin şeirləri oxumaq nəsib olub mənə. Belə deyirəm, çünki şeir kitabınızın olmadığını bilirəm. Nə vaxt kitab şəklində təqdim edəcəksiniz onları oxuculara? Belə bir fikriniz varmı?

CAVAB: Var. 7 il sonra, 75 yaşında. “İlk və son kitab” adlı bir şeirlər kitabı buraxacağam. Qu quşunun son nəğməsi olaraq. Mənim çox az şeirim çap olunub, onun da bir qismi Türkiyədə və Özbəkistanda çıxıb. Bir az da burada.

SUAL: Ramiz Əskər şeirləri necə yaranır, nədən qaynaqlanır?

CAVAB: Mən sosial-siyasi məzmunlu şeirlər yazmıram, mənimki məhəbbət lirikasıdır. Çünki eşq, hiss, duyğu əbədidir. Siyasət gəldi-gedərdir. O duyğuları şeirə çevirəndə çox gözəl olur. Bilirsiniz, ilk gənclikdə qafiyə tapmaq çətin idi: oldu, doldu, soldu, yoldu… Arxası gəlmirdi. Sonra isə fikir tapmaq müşkülə döndü. Mənim öz stilim,qafiyə sistemim, sufiyanə tərzim var. Kimsə bu şəkildə yazmır. Məsələn, bu şeirə baxaq:

Qaysaqlanmaz bu yara

Təsəllidən, alqışdan,

Kədər adlı o yara

Vuruldum ilk baxışdan.

Kimsə çəkməz nazımı

Yardan, dostdan, tanışdan,

Oxu alın yazımı

Alnımdakı qırışdan.

Hündür deyil Himalay

Eşq adlı bu yoxuşdan.

Könlüm şüşə bir saray,

Sütunları qamışdan.

Dərd əbası əynimdə,

İlmələri qarğışdan,

Yer kürəsi çiynimdə,

Qalib çıxdım yarışdan.

Can ruhuma bir qəfəs,

Qəfəs qorxar bu quşdan,

Birdən gəlsə son nəfəs,

Vaz keçəmməz uçuşdan.

SUAL: Bəlkə nə zamansa roman yazmaq da keçər fikrinizdən?

CAVAB: Əziz Təranə xanım, əgər mən sizə desəm ki, Azərbaycanda sandıq ədəbiyyatının ən böyük nümayəndələrindən biri mənəm, inanın. Mən hələ tələbəlik dövründə dram əsəsrləri (“Selektor”, “Supervirus”), komediya (“Qaynımın qaynının toyu”), faciə (“Zərdüşt”) yazmışam. Yarımçıq romanım, xeyli hekayəm var. Vaxtım olsa, bunları yenidən işləyib ədəbi dövriyyəyə buraxardım. Vallahi, vaxtım yoxdur. Hətta ölməyə vaxtım yoxdur…

SUAL: Siz nəyisə əvvəlcədən proqnozlaşdıra bilirsinizmi? Yoxsa xaotik axınla addımlayırsınız həyatda?

CAVAB: Siz nə danışırsınız? Bəyəm mən yəhudiyəm?

SUAL: Ən çox sevdiyiniz rəng…

CAVAB: Üç rəng çox gözəldir. Mavi rəng – türklüyün rəngidir, mən türkəm. Yaşıl rəng – islamın rəngidir, mən müsəlmanam və sevdiyim xanımım gözünün rəngidir. Qırmızı rəng – müasirliyin, tərəqqinin rəngidir.

SUAL: Sizin üçün daili gözəllik vacibdi, yoxsa…?

CAVAB: Türkcə bir dyim var: gözəl üzdən 40 gündə doyarlar, gözəl qəlbdən 40 ildə doymaq olmaz. Təəssüf ki, insan oğlu formalistdir. Öncə formaya, sonra isə məzmuna baxır.

SUAL: Ramiz müəllim,mənə elə gəlir ki, fəaliyyətinizin apogeyi tərcüməçilikdir. İstərdim bu haqda özünüz danışasınız.

CAVAB: Mən BDU-da əvvəlcə bədii tərcümə elmi-tədqiqat laboratoriyasının müdiri, sonra türk xalqları ədəbiyyatı kafedrasının müdiri olmuşam. O zaman gördüm ki, kafedra üzrə tədris olunan fənlərin, dərslərin ədəbiyyatı yoxdur. Yəni Mahmud Kaşğari, Yusif Balasağunlu, Nəvayi, Babur, Azadi, Məxdumqulu, Bəkir Çobanzadə kimi ədiblərin həyatı və yaradıcılığı tədris olunur, ancaq əldə onların əsərləri yoxdur. Nə orijinalı, nə də tərcüməsi. Başladım tərcümə eləməyə. Bugünə qədər türk, özbək, qazax, türkmən, qırğız, uyğur, tatar, başqırd, qaqauz, rus və alman dillərindən 61 kitab tərcümə etmişəm. Bunların arasında Mahmud Kaşğarinin “Divanü lüğət-it-türk” (4 cild) əsərini, Yusif Balasağunlunun “Qutadğu bilik” poemasını, Faruq Sümərin “Oğuzlar”, Bahəddin Ögelin “Türk mifologiyası”, Zəhirəddin Məhəmməd Baburun “Baburnamə” kitablarını, Sultan Hüseyn Bayqaranın və Mehri Xatunun divan-larını, Azadinin, Əndəlibin, Məxdumqulunun, Molla Nəfəsin, Abdulla Tukayın, Bəkir Çobanzadənin seçilmiş əsərlərini, Əlişir Nəvayinin xəmsəsini (5 cild) və risalələrini göstərmək olar. Mənim tərcüməmdə “Monqolların gizli tarixi”, “Türk ədəbiyyatı tarixi” (2 cild), özbək və türkmən poeziyası antologiyaları çapdan çıxmış və ölkəmizin elmi və ədəbi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmışdır.

SUAL: Bilirəm ki, siz dəfələrlə Süleyman Dəmirəllə görüşmüsünüz. Bu tanışlıq necə olub?

CAVAB: “Divanü lüğat-it-türk”ü tərcümə etdim, ancaq nəşrinə pul tapa bilmədim. Bir-iki adama dedim. Olmadı. Bir nəfər soruşdu ki, bu divan hansı dövrdən qalıb? Dedim ki, qaraxanilər dövründən. Dedi ki, bəs bu min ildə nə yaxşı çürüməyib? Bunun materialı nədən imiş? Anlaşıldı ki, dostum divan deyəndə mebel anlayıb. Onda Dəmirələ bir faks göndərib kömək istədim. Bir həftə sonra mənə zəng elədi, Ankaraya çağırdı. Bir neçə dəfə getdim. Ancaq bir şey çıxmadı. Pulu Bakıda başqa bir adam, keçmiş vergilər naziri Fazil Məmmədov verdi. Ancaq dostluğumuz baqi qaldı. Abdulla Güllə iki dəfə, Tansu Çillərlə bir dəfə görüşdüm. Şəkillərimiz var.

SUAL: Kitablarınızın, tərcümələrinizin sayı-hesabı yoxdur. Yəni siz çox məhsuldar şəkildə, hətta fədakarcasına işləmisiniz. Tutduğunuz mövqedən və əldə etdiyiniz nailiyyətlərdən razısınızmı?

CAVAB: Məsələ belədir: mənim original 27 kitabım var. 61 tərcümə kitabımı da əlavə etsək toplam 88 kitab olar. Bunların bir neçəsini çıxmaq şərtilə hamısını öz vəsaitimlə nəşr eləmişəm. Onu bu şəkildə gerçəkləşdirirəm. Deyək ki, bir kitabım çıxacaq. Nəşriyyata bir aylıq maaşımı verirəm, kağız, boya-filan alır, çünki qiymətlər gün-gündən bahalanır. Yavaş-yavaş çapa başlayır. Sonra ikinci və üçüncü maaşımın yarısını verib, yarısı ilə yaşayıram. Mən kitab-zad satmıram… Bu sahədə maddi baxımdan heç bir uğurum-zadım yoxdur. Mərhum Solmaz xanım məni heç vaxt sıxmadı, həmişə anlayış göstərdi…

SUAL: Ruhu şad olsun Solmaz xanımın. Ramiz müəllim, musiqi sizin üçün nədir?

CAVAB: Bu sualın cavabını rusca bilirəm: svobodnoye izliyaniye duşi.

SUAL: Dağı, meşəni çox sevirsiniz, yoxsa qumlu səhranı?

CAVAB: Dağı və meşəni. Mən çılpaq bir coğrafiyada doğulub böyümüşəm. İçimdə yaşıl təbiətə bir həsrət olub həmişə…

SUAL: Məndə olan məlumata görə oğlunuz Atilla yeganə azərbaycanlıdır ki, ABŞ-da NASA-da çalışır. Bizim üçün həmvətənimizin bu səviyyəyə ucalması təbii ki, çox sevindirici haldır. Bəs siz, bir ata kimi, oğlunuzla fəxr edirsinizmi?

CAVAB: Təbii ki… Bu fakt çox sevindiricidir. İfrat yerazlar yazmışdılar ki, artıq NASA-da da adamımız var. Atilla mənim qəlbimdir… Sevgili oğlum…

SUAL: Bilirəm ki, siz bu yaxınlarda səviyyəli bir simpoziuma dəvətlisiniz. Bu haqda danışaq, yoxsa onun keçirilməsini və nəticələrini gözləyək? Əvvəlcədən nəsə deyə bilərsinizmi?

CAVAB: Mən 70 civarında simpozium, konfrans və forumda iştirak etmişəm. Bu, sıradan bir simpoziumdur. Ərzincanda Türk Dünyasının perspektivləri ilə bağlı bir elmi tədbirdir. Burada Türk Dünyası Vətəndaşlığı məsələsi qoyulacaq. Biz istəyirik ki, Turan ölkələrinin tələbə gəncliyi eyni milli platformada bir araya gəlsin. Qısa bir müddət sonra XVII Türk dili qurultayı keçiriləcək, sonra isə Səmərqənddə Türk Sammiti çərçivəsində Beynəlxalq Əlişir Nəvayi müsabiqəsinə yekun vurulacaq. Bəlkə mən də laureatlar sırasında oldum…

SUAL: “Səmimi söhbət”in qonağı olduğunuz üçün və mənim suallarıma son dərəcə səmimi cavablar verdiyiniz üçün sizə təşəkkür edirəm. Öz adımdan və oxucularım adından sizə can sağlığı, yeni yaradıcılıq nailiyyətləri və işinizdə müvəffəqiyyətlər arzu edirəm. Mənə və oxuculara deyəcək sözünüz varsa, buyurun.

CAVAB: Siz sağ olun! Başqa suallarınız olsa, cavab verməyə hazıram…

Təranə MƏMMƏD – yazıçı, AYBnin üzvü.

Əziz dostlar, dəyərli oxucular! Bu gün Ramiz Əskər yaradıçılığının, fəaloyyətinin və şəxsiyyətinin sonsuz dəryasına baş vurmaq istədim. Güman edirəm ki, sizə də bu insanla tanışlıq zıvq verdi. Hesab edirəm ki, Ramiz Əskər milli dəyərimiz kimi diqqətə və qayğıya layiqdir. Söhbətimizə qoşulub bizimlə bərabər olduğunuz üçün hər birinizə təşəkkür edirəm. “Səmimi söhbət”lərdə görüşənədək.

Söhbətləşdi: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI



MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bu dəfə “SƏMİMİ SÖHBƏT”in qonağı Leyla Qədirzadədir

Təranə Məmməd “Səmimi Söhbət”in qonağı  Leyla Qədirzadə ilə.

TƏRANƏ MƏMMƏDİN LAYİHƏSİ

Bu dəfə SƏMİMİ SÖHBƏT”in qonağı Leyla Qədirzadədir. Bizimlə söhbətə qoşulanların hamısına əvvəlcədən təşəkkür edirəm.

1. Leyla xanım siz çox orijinal qadınsınız. Başqalarına bənzəməmək çətindirmi?
Çox maraqlı komplimentdir… Əslində başqalarına bənzəməmək, özün olmaqdan asan nə var ki? Sadəcə özün olursan. Amma bir məqam da var – hər bir insan, özü də bilmədən kiməsə bənzəyə bilər. Xüsusilə də, valideynlrinə, nənə-babalarına və s. Bu DNK ilə gələn bənzərlikdir. Təbiidir. Amma hansısa bir məşhura özünü oxşatmaq – ən uğursuz niyyətdir. İstər zahirən, istər daxilən.Çünki hər insan məhz özünəməxsusluğu ilə maraqlıdır.
2. Anlatmaq çətindir yoxsa anlanmaq?
Məncə, hər ikisi eyni dərəcədə. Baxır kimə və nəyi anlatmaq istəyirsən və ya kim tərəfindən anlanmaq istəyirsən. Bəzən bu o qədər müşkül, ən əsası isə lazımsız bir işdir ki, əziyyətinə dəyməz. Qəlbən, ruhən səninlə eyni dalğada olanlar səni yarısözdən anlayacaq. Başqalarına isə vaxt itirməyə dəyməz…
3. Şərqşünas olmaq istəyirdiniz yoxsa tərçüməçi?
Əslində ixtisasım elə iki peşənin simbiozudur, yəni şərqşünas-tərcüməçiyəm. Amma tale elə gətirdi ki, əsasən tərcüməçi kimi fəaliyyət göstərirəm. Özü də fars dilindən deyil, Azərbaycan dilindən rus dilinə və rusdan Azərbaycana. Və bu işi çox sevirəm. Gənc vaxtında hobbi kimi başladığım bir iş sonra çörək ağacım oldu.
Bu günə qədər yadımdadır – ilk tərcümə etdiyim əsər atamın “Haram pul” adlı povesti idi. “Literaturnı Azərbaycan” jurnalında çap olundu. Mən 9-cu va ya 10-cu sinifdə oxuyurdum… Bəlkə, atam məndən çox fəxr edirdi… Məndən çox sevinirdi. Mən isə, açığı, daha çox ilk qonorarıma sevindim. Əməlli bir məbləğ idi. Təxminən 100 rubl. Çox fikirləşdim, ilk qazancımı nəyə xərcləyim ki, yadda qalsın… Evimizin yanındakı Passajda xırda dükanlar var idi. Biri – güzgü mağazası idi. Gözüm çoxdan böyük divar güzgüsünə düşmüşdü, elə 100 rubl idi qiyməti. Nə isə, onu aldım. Elə indi də həmin güzgü durur, koridorda asılıb 
4.Dilləri gözəl bilirsiniz. Bu bir istedaddır yoxsa daimi mütaliə?
Dil öyrənmək çətin iş deyil. Mütaliədən çox canlı ünsiyyət, mühit kömək edir. Axı körpə uşaq, təbii ki, mütaliə etmir, amma böyük adamdan tez dil öyrənə bilir. Özümü tanıyandan iki dildə danışmışam – anamla rus dilində, atamla və qardaşımla Azərbaycan dilində. Atam icazə vermirdi evdə anamdan başqa kiminləsə rus dilində danışaq.
Üstəlik, çox gözəl mühitdə böyümüşəm. Hüsü Hacıyev 19 (indiki Azərbaycan prospekti) ünvanında yerləşən Yazıçılar binasında dünyaya göz açıb boya-başa çatmışam. Bəxtiyar Vahabzadə, Hüseyn Abbaszadə, İlyas Əfəndiyev, Qabil, Kamal Talıbzadə, Əliağa Kürçaylı, Bayram Bayramov, Qasım Qasımzadə, İsa Muğanna və digər yazıçılar bu binada yaşayırdılar. Biz, uşaqlar yaşıd idik. O vaxt bizlərdən, demək olar ki, heç kim bağçaya getmirdi. Bütün günü həyətdə oynayardıq, yəni lap uşaqlıqdan, dil açandan bir yerdə idik. Atalarımız dost idi, biz də dostluq edirdik. Sanki bir ailə idi Hüsü Hacıyev 19. Ən xoş xatirələrim bu dövr ilə bağlıdır.
Sözümün canı odur ki, yazıçıların uşaqları, təbii ki, öz aralarında da Azərbaycanca danışırdılar. Başqa cür ola da bilməzdi axı.
Rus dilinə gəldikdə… anam rusdur və təbii ki, rus dili də mənə doğmadır. Məktəbdə ingiis dilini keçirdik. Qardaşım şərqünaslıqda oxuyurdu, məndə də fars dilinə həvəs oyandı, məktəbi bitirəndən sonra sənədlərimi Şərqşünaslıq fakültəsinə verdim.
Uzun sözün qısası, dil bilmək – istedad deyil. Savadlı insan bir neçə dil bilməlidir.
5. Necə oldu ki müxtəlif peşələrə yiyələndiniz?
Tale elə gətirdi… İnstitutu bitirəndə “Yazıçı” nəşriyyatında işə düzəldim. O vaxt orada yeni şöbə açmışdılar – ərəb əlifbası ilə kitab nəşri. İxtisasıma uyğun idi. Nəşriyyatın direktoru rəhmətlik Əjdər Xanbabayev, baş redaktoru Sabir Rüstəmxanlı idi. Uzun müdddət redaktor, sonra böyük redaktor kimi çalışdım. Sonra Mətbuat komitəsində (indiki Mətbuat nazirliyi), Gənclik nəşriyyatlnda işlədim… Sonra yenidənqurma başladı, maddi çətinliklər yarandı. Məcbur oldum 2 yerdə işləyim – səhərlər Fars təmayüllü gimnaziyada müəllim, məktəbdən sonra – Günay qəzetində tərcüməçi.
Sonra fəaliyyətimi reklam sahəsiylə bağladım və s. Açığı desəm, müxtəlif peşələrə yiyələnməyim hər zaman maddi durumla bağlı olub. 1-ci həyat yoldaşım 45 yaşında rəhmətə gedib, uşaqlara həm ana, həm ata olmaq məcburiyyətindəydim. Yəni pul qazanmalıydım. Səmimi desəm, səbəb bu idi əslində.
6. Sizin bir şəkliniz məni cəlb etdi bir dəfə. Dərin xəyala dalıb çoox uzaqlara baxırdınız. Olur belə hallar?
Xəyala dalmaq hər adama xasdır, amma mən xəyala dalanda uzaqlara baxmıram. Yəni o qədər romantik deyiləm. Şəkildə, çox güman poz verirdim 
7. Sİz müasir həyatla çox gözəl ayaqlaşa bilirsiniz. Bunu necə bacarırsınız?
Bəlkə özümü daxilən gənc hiss edirəm, ona görə. Gənclərlə daha çox ünsiyyətdə oluram, işləyirəm. Şəxsən mən onlardan çox şey öyrənirəm. Söhbət əlbəttə ki, ziyalı, peşəkar gənclərdən gedir.
8. Nədən inciyirsiniz? Nəyi qəbul edə bilmirsiz?
Əslində təbiətcə çox küsəyənəm. Məktəbdə kimsə, məsələn, müəlimə 1-ci dərsdə mənə acıqlananda ya “4” yazanda axırıncı dərsə qədər ağlayırdım. Məndən asılı deyidi. Nəinki, kiminsə acı sözü, hətta tonu belə məni yaralaya bilər. Sonra həmin an kinolent kimi 1 saat deyil, 1 gün deyil, bir neçə gün gözümün önündə canlanır, məni incidir. Çox əziyyət çəkirəm buna görə. Kobudluğu, tərbiyəzisliyi və namərdliyi (həm kişilərdə, həm qadınlarda) qəbul etmirəm.
9. Sizi aldatmaq olar?
Bəlkə bəxtim gətirib, bilmirəm. Yəni bir o qədər də aldanmamışam. Amma, təbii ki, olar. Hər adamı aldatmaq olar.
10. Sizin rus dilinə etdiyiniz tərcümələr demək olar ki,mükəmməldir.
Təhsili rus dilində almısınız?

Bəli, rus dilində təhsil almışam. Anam da milliyətcə rus olub. Atam məni rus bölməsinə vermək istəmirdi, qardaşım Azərbaycanca təhsil alıb. Burada həlledici məqam o oldu ki, atam məktəbdə keçirilən valideyn iclaslarına getmirdi. Moskvadan gələn anam isə həmin iclaslarda kompleks keçirirdi, çünki o vaxt dili bir o qədər də mükəmməl bilmirdi. Atama dedi ki, onda iclaslara sən gedərsən. Atam razı olmadı. Beləliklə, məni 189 nömrəli məktəbə göndərdilər.
Son vaxtlar bir çox insan rus bölməsinin əleyhinə çıxış edir. Mən düşünürəm ki, insan istənilən dildə təhsil ala bilər. Önəmlisi təhsilin keyfiyyətidir. Bizim məktəb o vaxt çox güclü məktəb idi, çox yaxşı müəllimlərimiz var idi. Ömrümün sonuna qədər onlara borcluyam.
11. Sizin soyadınız Azərbaycanda çoxlarına məlumdur.
Yəni atanız Salam Qədirzadəni hamı tanıyır.
Atanız haqda maraqlı xatirələriniz olmamış deyil…

Atam haqqında o qədər xatirələr var ki… Hər zaman onları təbəssümlə xatırlayıram, amma eyni zamanda çox kövrəlirəm…
Çox incə yumoru var idi. Atam, Əliağa Kürçaylı, Qabil və Mehdi Məmmədovun qardaşı Teymur Məmmədov möhkəm dost idilər. Bir gün Qabilin Nəsimi poeması çapdan çıxır. Kitabı avtoqrafı ilə yaxın dostlarına hədiyyə edir. Ağarəhim adlı bir Buzovnalı kişi var idi, şofer idi. Ədəbiyyatı çox sevirdi. Atamgili tez-tez qonaq çağırırdı, həyat yoldaşı yaxşı qutab bişirirdi. Qabil atama deyir ki, könlümdən qutab keçir, dur gedək Ağarəhimgilə. Elə kitab da bağışlayaram ona, qoy kişi sevinsin. Nə isə, gedirlər. Yolda Qabil deyir ki, “heç bilmirəm kitabda nə yazım Ağarəhimə. Nəsə səmimi bir söz olsun. Məsləhət ver!” Atamda dərhal cavab verir: “Yaz “al kitabı – ver qutabı” Ən səmimisi elə budur.
12. Valideynləriniz əsl sevgi yaşayıblar. Ananız milliyyətcə rus olaraq Salam müəllimə həmişə sadiq həyat yoldaşı olub. Maraqlıdır, onlar necə tanış olublar?
Anam təzə rəhmətə gedib. Çox kövrəlirəm haqqında danışanda…
Tanışlıqları barədə tez-tez danışardı… Atam Qorki adına Ədəbiyyat institutunda oxuyub. Nəbi Xəzri, Əli Kərim, İsa Muğanna ilə bir yataqxanada qalırdılar. Yataqxana Peredelkino qəsəbəsində yerləşirdi. Hər səhər elektrik qatarı ilə Peredelkinodan Moskvaya, instituta gedəndə qatarda bir qız görürdülər, yolboyu kitab oxuyurdu. O, mənim anam idi. Vnukovo kəndindən Moskvaya işə gedirdi. Beləcə qatarda tanış oldular. Anam Bakıya gələndə Səməd Vurğunla görüşünü hər zaman xatırlayırdı. Atamla Yazıçılar İttifaqının pilləkənlərində Səməd Vurğunla rastlaşıblarmış. Atam Səməd Vurğuna deyib ki, tanış olun, mənim həyat yoldaşımdır. Təzəcə evlənmişik, Moskvadan gəlib. O da anama baxıb rusca deyib ki “Lyubov pobedila Rodinu” (Məhəbbət Vətənə qalib gəlib). Anam bu sözləri tez-tez xatırlayardı…
14. Ən çox sevdiyiniz rəng?
Təbiətdə saf, təmiz rəngləri sevirəm – ağacların, otun yaşıl rəngini, göyün, dənizin mavisini. Geyimdə çox şey insanın ovqatından asılıdır. Bəzən heç kimin diqqətini cəlb etmək istəmirsən – boz geyinirsən. Kədərə bürünəndə qara sənə həmdərd olur. Sevinəndə – qırmızı. Ümumiyyətlə, yayda parlaq, əlvan rənglərə üstünlük verirəm.
15. Siz televiziya işçisi olaraq TV kanallarımıza nə tövsiyyə edərdiniz?
İnsanların zövqünü, səviyyəsini inkişaf etdirən verilişlərə üstünlük vermək. Reytinqin dalınca qaçmamaq. Təəssüf ki, baxış sayı, reytinq bu gün həlledici amillərdir. Jvanetskinin bir sözü var idi – “reytinq üçün təkcə ağıllı adam azdır, bizə adamların hamısı lazımdır”. Çalışaq ki, hamı ağılı olsun, zövqlü olsun.
16. Musiqi zövqünüzü televiziyada sizin verilişlərindən müəyyən etmək olur. Amma yenə də bilmək istərdim musiqiyə münasibətiniz.
Musiqini sevməmək olarmı?

O, ruhumuzun səsidir. Sevincimizə, kədərimizə şərik olanımızdır. Bizə təsəlli verənimiz, göz yaşımızı silənimizdir… Bir sözlə, musiqi ruhumuzun dilidir. Onsuz həyat lal olar.
17. Azərbaycan sizin üçün nədir?
Azərbaycan hamımızın qürur yeridir, sevgi yeridir. Atalar sözündə danılmaz həqiqət var – gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşıdır. Başqa ölkəyə gedirsən, orda çox şeylər xoşuna gələ bilər… Amma bir müddətdən sonra darıxırsan, evin üçün, doğma küçən üçün, Vətən üçün darıxırsan. Bir söz də var – Vətəni başqa şeyə görə deyil, ona görə sevirlər ki, o, sənindir, özünküdür, doğmadır.
18.Qələbəmizin ildönümünü necə qeyd etdiniz?
Qələbəmizin ildönümünü bağda qeyd etdik, televizorda bayram verilişlərinə, Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun musiqisi, Cəngi, Qarabağ şikəstəsinin sədaları altında Bakıda, Şuşada, möhtəşəm atəşfəşanlığa baxa-baxa. Bu günə qədər keçirdiyim ən möhtəşəm, misli olmayan bayram idi bu. Qürur bayramı.
Çox təntənəli şəkildə keçirdik Zəfər gününü – bir neçə ailə yığışmışdıq bağda – qardaşımgilin ailəsi, uşaqlar öz həyat yoldaşları ilə, qudalarım… Bizə bu günü yaşadan Uca Tanrıya min şükür. Şəhidlərimizin ruhu şad olsun…
19. Sizin arzularınız çox olmalıdır məncə. Ən çox arzu etdiyiniz nədir?
Bilirsiniz, insan cavanlıqda arzularla yaşayır, yaşlaşanda isə daha çox xatirələrlə. Və yaşadığı hər gününə görə Allaha şükür edir. Mənim arzularım indi daha çox uşaqlarımın, nəvələrin gələcəyi ilə bağlıdır. Arzum – onların sağlamlığı, xoşbəxtliyidir.
20. Bütün arzularınız çin olsun. “Səmimi söhbət”in qonağı olduğunuz üçün sizə təşəkkür edirəm . Mənə və oxuculara nə deyərdiniz?
Hər günün qədrini bilin, çünki hər gün ömürdən gedir. Bu, atamın son kitabının başlığıdır. Bu sözləri onun baş daşında da yazdırmışıq.
Dəvətinizə görə təşəkkür edirəm, əziz Təranə xanım.

Söhbətləşdi: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

LEYLA QƏDİRZADƏNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Adil İrşadoğlu ilə səmimi söhbət – Təranə Məmməd

Təranə Məmməd “Səmimi Söhbət”in qonağı  Adil İrşadoğlu ilə.

TƏRANƏ MƏMMƏDİN LAYİHƏSİ

Bu dəfə SƏMİMİ SÖHBƏT”in qonağı tanınmış jurnalist  Adil İrşadoğludur. Bizimlə söhbətə qoşulanların hamısına əvvəlcədən təşəkkür edirəm.
Sual 1:
– Adil müəllim, hər şeydən əvvəl sizi doğum gününz münasibətilə təbrik edir, sizə uzun ömür və can sağlığı arzu edirəm. Arxada nə az, nə çox 68 il var. Ömür karvanında özünüzü necə hiss edirsiniz?
Cavab:
– Bu keşməkeşli dünyamızda diqqət göstərib məni yada saldığınıza görə, doğum günüm münasibətilə məni təbrik etdiyinizə görə çox sağolun. Sizə və oxucularınıza minnətdaram. Ömür karvanımda özümü ruhən cavan, cismən yaşlı, qəlbiqırıq, müqəddəs arzularından çoxuna çata bilməyən bir insan kimi hiss edirəm. Ancaq buna baxmayaraq Tanrıya – Allaha daim şükür edirəm. Ümidlə yaşayıram. Allah heç kimi ümidsiz buraxmasın.
Sual 2:
– Siz Ağdamda sayılan seçilən ailələrdən birində anadan olmusunuz. Valideynlərinizdən aldığınız tərbiyəni öz övladlarınıza ötürə bildinizmi?
Cavab:
– Valideynlərimdən aldığım tərbiyəni öz övladlarıma ötürməyə çalışdım, ancaq onlar başqa bir zamanda yaşayırlar, həmin tərbiyəni qismən qavradılar. Hər bir ailə, hər bir xalq özünün xoşbəxt gələcəyi naminə ümidlərini ilk növbədə, gənc nəslə bağlayır. Gənc nəslin bilikli, vətənpərvər, diqqətli, məsuliyyətli, xeyirxah, halal və haramı başa düşən kimi yetişdirilməsi hər bir ailə üçün, hər bir ölkə üçün ən başlıca məsələdir.
Sual 3:
– Dostumuz və sevimli şairimiz Adil Cəmilin bir şeiri var “Mən yaşamaq istədim, mən yaşaya bilmədim”… Bu sözlər sizə nə dərəcədə aiddir?
Cavab:
– Allah tələbə yoldaşım, dostum və Azərbaycan xalqının sevimli şairi Adil Cəmilə cansağlığı, uzun ömür versin. Onun rəhmətlik oğlu Orxanla da dost idim. Orxan mənim oğlum Elşadla universitetdə birlikdə təhsil almışdılar. Onlar da dost idi. Ancaq heyf ki, indi Orxan bu dünyadan köçüb… Qaldı ki, Adil Cəmilin “Mən yaşamaq istədim” şeirinə, bu şeir qismən mənə aiddir. Mənə aid olan Adil Cəmilin bax, bu şeiridir :

MƏN DÜNYANI DUYAN GÜNDƏN
Mən dünyanı duyan gündən
Taleyimə biçilmədim.
Böyük-kiçik şahiddir ki,
Böyümədim, kiçilmədim.
Yenə qaldım mənliyimdə –
Yeyilmədim, içilmədim.
Nə yaxşı ki, “pay verilən
Qismətimlə” ölçülmədim.
Özgə qismət qismətimmiş –
Bu fürsəti keçirmədim.
Ürəyimin yanğısını
Boş günlərə içirmədim.
Dünya mənə çox yalvardı,
Ürəyimə köçürmədim…

Sual 4:
– Gəlin həyatımızın ən gözəl anlarına, uşaqlığa qayıdaq. Ağdam şəhəri, armudlu həyət, qonaqlı-qaralı baba evi… Nələr düşür yadınıza?
Cavab:
– Həmin həyətin ağdamlıların və Ağdama gəlib-gedənlərin dilindən səslənən məşhur bir adı var idi, “Armudun dibi”. Bu barlı-bəhərli həyətin, evin bünövrəsini mənim rəhmətlik babalarım, …Məhəmmədəli bəy, Mikayıl bəy, Məhəmməd bəy qoymuşdur. Soruşursunuz ki, nələr düşür yadınıza? Yadıma çox şey düşür. “Armudun dibi”ndə Əsgərana, Xankəndinə, Şuşaya gedən avtobusların stansiyası var idi. Rəhmətlik Əmir kişi avtobus stansiyasında çayxana açmışdı. Çayxanaya yaxın əkilmiş armud ağacının hacalanmış gövdəsində oturub armud yeyərdim və armudun qalığını erməninin başına atardım. İndi fikirləşirəm ki, o vaxt lap düz etmişəm… Valideynlərim ailə quranda həmin ünvanda yaşayıblar. Mən doğulandan 6 yaşıma qədər valideynlərimlə bu evdə yaşamışam. Bu məkanla bağlı xatirəm çoxdur. Sonra ailəmiz baba yurdundan başqa bir evə köçdü.
Sual 5:
– Siz jurnalistsiniz. 1980-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüsünüz. Nə vaxt və harada başladınız, bu işə?
Cavab:
– Bəli, mən Azərbaycan Respublikasının ahıl jurnalistlərindən biriyəm. Jurnalistikaya uşaqlıqdan böyük həvəsim olub. Hələ Ağdam şəhər 1 saylı orta məktəbdə 5-6-cı siniflərdə oxuyanda məktəbimizin ictimai həyatından yazılar yazar və fotolar çəkib rayon qəzetimizdə çap etdirərdim. Çapdan çıxan qəzeti səhər tezdən köşkdən alıb evimizə gətirərdim. Atam, anam, bacım və qardaşım mənim uğuruma sevinərdilər. Bu da məni çox ruhlandırırdı. Orta məktəbi əla qiymətlərlə bitirdim. Fikirləşirdim ki, ya şərqşünas olacam, ya da jurnalist. Jurnalist olmaq qismətimdəymiş. Azərbaycan Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin telejurnalist bölməsini əla qiymətlərlə bitirdim. Məni Azərbaycan Respublikası Nazirlər Sovetinin yanında Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə redaktor işləməyə göndərdilər. 25 il (5 il ştatdankənar, 20 il ştatda) bu məbədgahda, əsl həyat məktəbində nöqsansız, şərəflə çalışdım. Sonra digər mətbuat orqanlarında fəaliyyətimi uğurla davam etdirdim. Bu vaxtadək sevimli peşəmdən ayrılmamışam.
Sual 6:
– Birinci Qarabağ müharibəsinin iştirakçısısınız. O vaxtlar səngərdə döyüşcülərimizin yanında olur, cəbhə xəbərlərini mütəmadi olaraq xalqa çatdırırdınız. Qəhrəman əsgər və zabitlərimizdən verilişlər hazırlayırdınız. Həmin günləri necə xatırlayırsınız?
Cavab:
– Bu barədə danışmaq üçün gərək dərinə gedəm. Ancaq bu, sizin ‎layihənizə uyğun gəlmir. Qısaca deyim ki, ölkədə müharibə gedirdi, ancaq o boyda Dövlət Televiziyasıının hərblə bağlı bircə proqramı – “Hünər” verilişləri proqramı var idi. Mən Şöbə müdirliyini buraxdım, dövlət televiziyasının “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın təşkil olunmasında və fəaliyyət göstərməsində əlimdən gələni əsirgəmədim. Fikrim-zikrim Qarabağda qalmışdı, Bakıda dözə bilmədim, yenə könüllü cəbhəyə yollandım. 1996-ci ilin axırınadək cəbhənin müxtəlif bölgələrində oldum və tamaşaçıların intizarla gözlədikləri maraqlı verilişlər hazırlayıb efirdə göstərdim. Həmin verilişlər mənim və çəkiliş qrupumun canı və qanı bahasına başa gəlmişdir. Kim idi çəkiliş qrupumun üzvləri? Jurnalist Adil İrşadoğlu, kinooperatorlar Tahir Qarayev, Fikrət Hüseynov, Ramiz Rüstəmov, Əlövsət Aslanov və Şakir Məmmədov, rejissorlar Taleh İsmayılov, Tofiq Gülməmmədov və Rövşən Əliyev Birinci Qarabağ müharibəsinin acı dəhşətlərini görmüş və həmin hadisələrin işıqlandırılmasında yaxından iştirak etmiş vətən fədailəridirlər. Çəkiliş qrupumun üzvləri ilə Ağdamın Güllücə, Ağdərənin Şıxarx (Cənubi Azərbaycanın Marağa bölgəsindən Qarabağa köçürülmış ermənilər Şixarxın adını dəyişib Marquşavan qoymuşdular), Goranboyun Gülüstan yaşayış qəsəbələri uğrunda gedən qanlı döyüşlərdə mühasirəyə düşmüş və igid əsgərlərimizin qəhrəmanlığı sayəsində mühasirədən qurtulmuşuq. Allah şəhidlərimizə rəhmət eyləsin. Allah qazilərimizə ağrısız- acısız uzun ömür qismət eyləsin.
Sual 7:
– Adil müəllim, qardaşınız – təhlükəsizlik mayoru Oqtay İrşad oğlu Əliyevin vaxtsız ölümü sizə çox pis təsir etmişdi. Hətta “mən qanadlarımı itirdim” demişdiniz, o vaxt. Oqtay müəllim sizinçün kim idi?
Cavab:
– Oqtay mənim kiçik qardaşım idi. Oqtay mənim döyüş yoldaşım idi. Oqtay mənim dostum idi. Bu dünyanı cavan ikən, 45 yaşında tərk etdi. Bizi ağlar qoydu… Oqtay çox ağıllı, təmkinli, vətənpərvər, diqqətli, məsuliyyətli, istiqanlı və ailəcanlı bir insan, bir zabit idi. Heyf Oqtaydan. Arzularını həyata keçirə bilmədi, onları özü ilə apardı.
Sual 8:
– 30 ilə yaxın Azərbaycan xalqı Qarabağ həsrəti yaşadı. Siz bir ağdamlı olaraq o illəri necə yaşadınız?
Cavab:
– Mən bu 30 il heç yaşamadım ki… Ah-nalə içərisində üzüldüm. Ruhum Qarabağda, Ağdamda idi, cismim isə Bakıda. Dostum, Qarabağ Azadlıq Təşkilatı İdarə Heyyətinin sədri Akif Nağı vaxtilə mənə belə tərif vermişdi:
“Ağdam şəhəri ayrıca planet idi, ağdamlıların balaca bir planeti. Mən kənd uşağı idim, şəhəri yaxşı tanımırdım, kənddə məktəbi bitirəndən sonra Bakıya çıxıb gəlmişəm. İndi də Ağdam şəhərini o qədər də tanımıram. Yanımda Ağdamdan danışanda çox yerini, çox adamlarını tanımıram. Amma Ağdam şəhərlilərinin Ağdamın hər xırda detalından, döngəsindən, tinindən, məhəlləsindən, adamlarından necə danışdıqlarına heyranlıqla qulaq asıram. Heç kəsin xətrinə dəyməsin, amma bu, ağdamlılardan başqa heç kimdə yoxdur. Ağdam bəlkə də dövlət içərisində bir şəhər-dövlət, Azərbaycan içərisində Azərbaycanın özündən böyük bir meqapolis idi. “İdi” deməyə də adamın dili gəlmir.
Xeyli ağdamlı tanıyıram ki, onların sözü-söhbəti, hərəkəti və ruhi vəziyyətinə baxanda məndə elə təsəvvür yaranır ki, onlar Ağdamdan çıxmayıb, çıxmaq istəmirlər, hələ də Ağdamdadırlar, orda yaşayırlar.
Belə insanlardan biri də dostum, tanınmış jurnalist Adil İrşadoğludur. O, Bakıya qaçqınlıq vaxtı gəlməyib, universitet təhsilindən sonra burda çalışıb, amma sovet dövrünün assimilyasiya maşını Adilin də ağdamlılığını əlindən ala bilməmişdir. Onunla oturub söhbət eyləyəndə, daim hiss edirsən ki, o, burda deyil, Ağdamdadır. Onun Ağdama belə bir təmənnasız, sözlə deyilə bilməyən bir sevgisi var”.
Sual 9:
– Adil müəllim, bilirəm ki, çox kövrək ürəkli insansınız, Şuşa alınan günü göz yaşlarınızı saxlaya bildiniz?
Cavab:
– Ulu babalarımızdan bizə miras qalan qədim mədəniyyət mərkəzimiz Şuşa erməni və rus işğalından azad edilən gün az qaldı ki, sevincdən ürəyim partlasın. O qədər ağladım ki… Təzyiqim yüksəldi, evdəkilər təcili müdaxilə etməsəydilər mən bu gün sizə müsahibə verə bilməzdim. Hələ ki, yaşayıram. Bütün günü yazıram, çalışıram. Görəcəyim çox işlər var. Allah bunları həyata keçirməyimə imkan versin, yardımçım olsun.
Sual 10:
– Şuşa demiş, Sizin Şuşayla bağlı çöxlu xatirələriniz olmalıdır. Bu gün Şuşada olsaydınız ən birinci hara gedərdiniz?
Cavab:
– Bir gün Şuşanı yenidən görmək mənə nəsib olsa birinci məscidə gedib dualar oxuyardım, doyunca ürəyimi boşaldardım. Sonra hər il yay fəslində 3 ay qonağı olduğumuz evə gedərdim. Həmin ev Molla Pənah Vaqifin məqbərəsi ilə üzbə-üz dayananda məqbərənin sol tərəfində yerləşirdi. Həmin evdə ailəmizin bütün üzvlərinin xatirələri yaşayır. O evin, o ailənin başçısı Muxtar əmiyə, onun həyat yoldaşı Mehri xalaya və bu unudulmaz ailənin dünyasını dəyişmiş digər üzvlərinə dualar oxuyardım, rəhmətlər diləyərdim. Qonşumuz Gülbuta xalanı, görkəmli sənətçimiz Flora Kərimovanın əmisigili xatırlayardım. Öz ailə üzvlərimin, uşaqlıq dostlarım Zahid Tağıyevin, Fikrət Xudatzadənin, Təranə Məmmədin, Habil Qurbanovun, İlham Qurbanovun, Nurəddin Süleymanovun, Çingiz Tağıyevin, İbrahim Rüstəmovun, Kamil Hüseynovun, Əli İsmayılovun, Şaiq Bəşirovun, Nizami Aslanovun, Tahir Qarayevin, Malik həkimin (İsmayılov), Zahid Qarayevin yanımda olmasını istəyərdim.
Sual 11:
– Adil müəllim, Zəfərimiz möhtəşəmdir. İndi biz ancaq irəli addımlayırıq. Siz Ağdama həmişəlik yaşamağa gedəcəksiniz? Bu qayıdışı necə təsəvvür edirsiniz?
Cavab:
– Mən, 1972-ci ildə ali təhsil ocağı olan Azərbaycan Dövlət Unuversitetinə daxil olduğum və 1977-ci ildə ali təhsili başa vurub təyinatla Nazirlər Soveti yanında Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə işləməyə göndərildiyim üçün o vaxtdan Bakı şəhərində yaşayıram, məcburi köçkün deyiləm. Ancaq dünyasını Bakı şəhərində dəyişən rəhmətlik atam, rəhmətlik anam, rəhmətlik qardaşım ailəsilə birlikdə məcburi köçkün idilər…
Mən məcburi köçkün olmasam da, Bakıda atamın evlənib ailə qurduğum zaman mənə aldığı darısqal mənzilimi oğullarımdan birinə verib Ağdam şəhərində məskunlaşmağı arzu edirəm. Soruşursunuz ki, Qarabağa qayıdacaqsınızmı? Əlbəttə qayıdacam! Ömrümün qalan hissəsini dünyaya gəldiyim, gözümü açdığım doğma Ağdamda ləzzətlə yaşamaq istəyirəm. Dövlətimiz məni 6 sot torpaq sahəsində evlə təmin etsə elə sevinərəm ki… Keçmiş köçkünləri də bu qayıdışa qoşulmağa dəvət edirəm. Biz hamımız uzun illərdir ki, ata-baba yurdumuza, əzizlərimizin doğulduğu, yaşadığı, uyuduğu yerlərə həsrətik. Şərait yaradılan və təhlükəsizliyimiz təmin edilən zaman dövlətimizin “geri qayıt” əmrini canla-başla yerinə yetirməyə hazıram. Siz də hazır olun. Qayıtmaq istəməyənləri isə məcbur qaytaqmaq lazımdır. Biz işğal altındakı torpaqlarımızı geri qaytarmaq üçün müharibə aparmışıq. Bu qədər şəhid vermişik. Biz o torpaqları azad edib ərazi bütövlüyümüzü təmin etmişik. Bəs, torpaqlarımız nə üçün azad olunub?
Sual 12:
– Deyirəm, kaş burda bir piano, ya da tar olaydı. Sizin musiqi duyumunuz, bir neçə alətdə ifa edə bildiyiniz mənə məlumdur. Nə ifa edərdiniz indi burda?
Cavab:
– 1993-cü ildən bu yana nə tarda, nə pianoda, nə də gigər alətdə heç bir ifa etmədim. Yalnız ürəyim oxuyurdu, ağlayırdı, ancaq musiqi alətinə yaxın dura bilmirdim. Elə həmişə ürəyimdə bunu ifa etmişəm:
Azad bir quşdum,
Yuvamdan uçdum,
Bir bağa düşdüm
Bu gənc yaşımda.
Bir ovçu gördüm,
Köksümdən vurdu,
Torpağa düşdüm
Bu gənc yaşımda.
Azad bir quşdum,
Yuvamdan uçdum,
Bir bağa düşdüm
Bu gənc yaşımda.

Sözlər: Cəfər Cabbarlı.
Nota köçürən: Əfrasiyab Bədəlbəyli.
İfaçısı: Səxavət Məmmədov.

Sual 13:
– Musiqi insanın ruhunun qidasıdır, deyirlər. Ruhunuzu daha nə qidalandırır?
Cavab:
– Mənim ruhumu birinci qidalandıran dünya şöhrətli sənətçi professor Arif İmran oğlu Babayevin, Əbülfət Əliyevin, Əhsən Dadaşovun, Habil Əliyevin, Mənsum İbrahimovun ifalarıdır. Məni həm də sevdiyim işlərlə məşğul olmaq, ailəmin və övladlarımın xoşbəxtliyi, məni sevən, hörmət edən səmimi dostlarımla görüşmək, onlarla birlikdə məclis qurub yeyib-içib şənlənmək, keçmişi xatırlayıb gələcəyin planlarını qurmaq qidalandırır.
Sual 14:
– Siz indi də internetdə, Facebookdakı səhifələrinizdə jurnalist işinizi davam etdirirsiniz, maraqlı məlumatlar, yazılar və videolar hazırlayıb paylaşırsınız. Müasir jurnalistlərə nə tövsiyyə edərdiniz?
Cavab:
– Onlara heç nə tövsiyyə etmirəm. Çünki onlar bizim tövsiyyəmizi bəyənmirlər. Bizi keçmişin qalığı hesab edirlər. Kinayə ilə bizə Sovetdən qalma insan olduğumuzu xatırladırlar. Ancaq bu, belə deyil. Düşündüyümə görə jurnalistika çoxplanlı, çoxmənalı, çoxüzlü kütləvi informasiya vasitəsi olub, “dördüncü hakimiyyət”, cəmiyyətin güzgüsüdür.
Əfsuslar olsun ki, bizi keçmişin qalığı hesab edib yalan yazanlar azlıq təşkil etsələr də, sadəcə reytinq xətrinə, “filankəsi filankəslə filan yerdə gördülər” kimi sensasiyalı “hekayə”lər yazanlar, evinə “çörək pulu” aparmaq üçün insanları şantaj eləyib “hörmət” qazananlar da var. Amma fəxrlə deyə bilərik ki, ömrünü bu sahəyə həsr edən, həqiqi, vicdanlı, obyektiv, qərəzsiz qərarlar verən qələm sahiblərimiz reket jurnalistlərə qarşı uğurla mübarizə aparmaq, onlara qalib gəlmək və cəmiyyətimizi parlaq ayna kimi əks etdirmək əzmindədirlər.
Əsl Jurnalistlər dövlətin sütunlarıdır. Onları böyük bir okeanda üzən gəminin kapitanları adlandırmaq olar: hansı istiqamətə getsələr, nə yazsalar, xalq da onlarla gedəcək, həmin məlumatı oxuyacaq. Ona görə də, jurnalistlər çalışmalıdırlar ki, öz şərəfli vəzifələrinin öhdəsindən ləyaqətlə gəlsinlər, Azərbaycan həqiqətlərini dünyaya tanıtsınlar. Çox sevindiricidir ki, Azərbaycan jurnalistləri bunu böyük əzmkarlıqla həyata keçirməyə çalışırlar.
Sual 15:
– Adil müəllim, bu gün 68 yaşınız tamam olur. Arzulardan doğan arzunuz varmı?
Cavab:
– Əlbəttə var. İnsan ölənədək nələri isə arzulayır və arzulardan arzular doğur. Çox arzulayıram ki, xalqımızın və millətimizin düşmənlərindən başqa bütün insanların, eləcə də mənim xoş niyyətli arzularım çin olsun. Yaxşı arzular həyata, yaşamağa və insanlara sevgidən yaranır. Ürəyində sevgi hissi olmayan insan heç vaxt xoş niyyətli arzu arzulaya bilməz. Çünki bunu yalnız sevgi bacarır.
Sual 16:
– Bir Qarabağ atı olsaydı və onu saxlamaq imkanınız olsaydı neyləyərdiniz? Heç özünüzü at belində Qarabağda təsəvvür etmisinizmi?
Cavab:
– Bir Qarabağ atını saxlamaq imkanım olsaydı onu saxlayardım. Həmişə özümü Qarabağ atının yanında və tərkində hiss etmişəm. Ata məhəbbət mənə gen yaddaşımdan miras qalıb. Ulu babam Allahverən oğlu Mehdi bəyin Qarabağ cinsli böyük milli at ilxısı olub. Bu ilxı ona ulu babalarından yadigar qalıbmış. Azərbaycanda Sovet Hakimiyyəti qurulanda bolşeviklər digər bəylər kimi babam Mehdi bəyi də çox sıxışdırıblar. Onun bütün varidatını əlindən almaq istəyiblər. Mehdi bəy yaşadığı kəndini və kəndinin əhalisini qorumaq üçün Qarabağ cinsli böyük milli at ilxısını və xeyli qızılını Sovet hökumətinə bağışlayıb. Bir müddətdən sonra həmin hökumət babamın bütün varidatını müsadirə edib…
Sual 17:
– Adil müəllim, jurnalist olaraq çox söz demisiniz. Nələri deməmisiniz? Nədən yazmamısınız və yazmaq istəyərdiniz?
Cavab:
– Hörmətli jurnalist, yazıçı Seymur Baycan deyir ki, “yazılanlara inansaq, belə bir əhvalat olub. Bir gənc qız gəlir Dostoyevskinin yanına. Əsər yazmaq firkirində olduğunu bildirir, məsləhət istəyir. Dostoyevski deyir ki, get öz həyatını yaz. Heç nə uydurma. Sən öz həyatından maraqlı heç nə uydura bilməzsən…İlk baxışdan sadə görünən bu sözdə böyük bir həqiqət, böyük bir hikmət var.
Bütövlükdə həyat təcrübəm sayəsində deyə bilərəm ki, bu, çox faydalı bir məsləhətdir. Bizim jurnalistikamızın, ədəbiyyatımızın ən böyük problemlərindən biri də odur ki, yazarlarımız öz həyatlarını, qəhrəmanlarının həyatlarını dəqiq və açıq yazmaqdan utanırlar. Ola bilsin, buna cəsarətləri çatmır. Mentalitetdən, arvad-uşaqdan, qohumlardan utanırlar və ola bilsin, həm də qorxurlar.
…İkinci böyük problem odur ki, yazarlarımız sadə görünməkdən qorxurlar. Taqor deyirdi ki, sənətdə öz gücünü dəqiq hesablamaq çox böyük şərtdir. Təəssüf ki, bizim jurnalistlər, yazarlar öz güclərini dəqiq hesablaya bilmirlər.
…Bizim yazıçılar yazıçı kimi yox, tacir kimi, bankir kimi, müdir kimi danışırlar. Zatən elə sifətdən də çoxu müdirə oxşayır. Onların müsahibələri çox quru olur”.
Hörmətli Seymur Baycanın bu fikirləri ilə tam şərikəm. Təranə xnım, siz həyatda və öz yaradıcılığınızda tam səmimisiniz. Mən də həyatda və yaradıcılığımda tam səmimi olmağa çalşmışam və çalışıram. Bugünədək demədiklərimi indi sizə dedim. Hazırda ilk kitabımı çox məsuliyyətlə çapa hazırlayıram. İnşallah tezliklə kitabsevərlərə təqdim edəcəm.
Sual 18:
– Sizi bir daha təbrik edib, ailə səadəti və sağlam uzun ömür arzu edirəm. Ümid edirəm ki, bir zaman atalarımızın dostcasına yaşadığı Ağdamda görüşəcəyik sizinlə. Şuşanın dumanlı dağlarını seyr edəcəyik. Dəvətimi qəbul edib mənimlə səmimi söhbət etdiyinizə görə təşəkkürümü bildirirəm.
Cavab:
– İnşallah. Allah qismət eyləsin. Təranə xanım, siz sağ olun ki, diqqət göstərmisiniz, məni yada salmısınız, müraciət etmisiniz, “Səmimi söhbət”in qonağı olmuşam. Sizinlə təmasda olmaqdan, bu layihənin – rubrikanın qonağı olmaqdan qürur duydum. Sizə yeni yaradıcılıq uğurları arzulayıram. Çox sağolun.
Sual 19:
– Sonda mənə və “Səmimi söhbət”in oxucularına deyəsi sözünüz varmı?
Cavab:
– Bəli, sizə və oxucularınıza deyəsi sözüm var. Hamının xəyalı, arzuları var və bunlar gizlidir. Çox vaxt bu xəyal və arzular gerçəkləşmir. Buna görə ruhdan düşmək olmaz. İrəliyə baxmaq, çalışmaq, səbrli olmaq, Allaha dua etmək lazımdır. Vətəni sevmək hamımızın müqəddəs borcudur. Vətənin bütövlüyünü qorumaq üçün xalqın birliyi çox vacibdir. Qüdrətli və bütöv Azərbaycan naminə hamımız öz işimizdə məsuliyyətlə çalışmalı, bir-birimizə qarşı diqqətli və qayğıkeş olmalı, canımızı fəda etməyi bacarmalıyıq.

Söhbətləşdi: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

ADİL İRŞADOĞLUNUN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şahnaz Şahin – “SÖZÜN HÜZURUNDA”

Təranə Məmməd özü“Səmimi Söhbət”in qonağı oldu Şahnaz Şahinlə.

TƏRANƏ MƏMMƏDİN LAYİHƏSİ

“SÖZÜN HÜZURUNDA “
Bu dəfə ““SƏMİMİ SÖHBƏT””in aparıcısı mən- ŞAHNAZ ŞAHİN , qonağı isə TƏRANƏ MƏMMƏD oldu.
Vaxt bizə, biz də vaxta işlədik. Uzun müddət mötəbər dövlət orqanlarından birində işləmiş, indi isə uğurlu ədəbi yazıları ilə sevilən söz adamını bir az da yaxından tanıyın. Beləliklə başladıq.
Sual:Təranə xanım, bilirəm ki, uşaqlığınız Qarabağda keçib Bəs kim olduğunuzu nə zaman və hansı şəraitdə kəşf etmisiniz?
Cavab: Uşaqlığım Qarabağın Ağdam şəhərində keçib. Ailəmiz Ağdamdan Bakıya köçəndə mənim 10 yaşım var idi. Sonralar tez- tez Ağdama və mütləq Şuşaya istirahətə gedirdik. Yəni mən orda yaşamasam da işğala qədər Qarabağdan heç ayrılmamışam.
Məncə Qarabağın xüsusi bir aurası var. Ora ayaq basan hər kəs bunu duyur. Şuşada bir dəfə olan ordan qayıtmaq istəmir. Ora yenidən gəlmək istəyir.
Külli Qarabağın abi- həyatı
Nərmə-nazik bayatıdır, bayatı.
Məncə bu misralar Qarabağın ecazkarliğini özündə tam əks edir.
Bilirsiz, insan çox vaxt malik olduğunun qədrini onu itirdikdən sonra daha çox bilir. Şəxsən mən Qarabağı həsrətli illərimizdə daha çox sevdim. Bu tək həsrət deyildi, bu həm də nələrisə vaxtında etmədiyimizin təəssüf hissiydi.
Desəm ki, özümü lap uşaqkən kəşf etməli olmuşam, yəqinki, inanmazsınız. Amma bu həqiqətən belə olub. Mən özümə qarşi haqsızlığı ilk dəfə birinci sinifdə oxuyarkən hiss edib şəxsi məsuliyyətimi dərk etmişəm. Belə ki, mən Ağdamdaki 2 nömrəli beynəlmiləl məktəbin rus sektorunda oxumalıydım. Müəlliməmiz mənim və bir başqa qızın rus dilini güya lazımı səviyyədə bilməməyimizə əsaslanıb bizi başqa sinfə yerləşdirmişdi. Sonralar bildim ki, Ağdamda dislokasiya edilmiş hərbi hissənin hərbiçilərinin uşaqlarının yerini tutduğumuza görə bizi başqa sinfə keçirdiblər. Tezliklə atalarımız ikimizi də öz sinfimizə bərpa etdilər. Onda mən özümə və atama söz verdim ki, sinifdə oxuyan ruslardan da yaxşı oxuyacam. Belə də oldu.
Sual: Insan sirli məxluqdur. Özünü itirən zamanları da olur onun. Bəs siz bu zaman özünüzü hansı sirdə tapırsınız..?
Cavab:İnsan həqiqətən o qədər sirli bir məxluqdur ki, bəzən özü də bu sirlərdən baş aça bilmir. Həyatda dəfələrlə ani çaşqınlıq yaşasam da mən özümü nadir hallarda itirirəm. Yəni tez qərar qəbul etməyi bacarıram. Belə olduqda sirrdən çox özümü aşkarda daha çox tapıram.
Sual:Uşaq yaddaşı daşa yazılır deyirlər. Sizin daşa nə yazılıb ki, bu gün də pozulmayıb və o uşaqlığın hansı məqamlarına qayıtmaq istərdiniz?
Cavab: Uşaqlığımın hər anı yazılıb daşa. Pozulmaz hərflərlə yazılıb. Təbii ki, ilk növbədə atalı, analı günlərim . Uşaqlığım Qarabağda keçdiyindən nəinki unudulmadı, hər dəfə yeni bir hisslə yada salındı. O günlərin hər birinə qayıtmaq istərdim. Hər birində əzizlərim, doğmalarım indi həyatda olmayan yaxınlarım var idi axı.
Sual: Valideynləriniz haqda az da olsa məlumatım var. İstəyirəm oxucular da öyrənsin. Xüsusən qanun keşikçisi olan atanız barədə Bilirəm ki, yazılarınızda onun da obrazını yaratmısınız. Özü də tamamilə fərqli bir hüquq müdafiəçisi kimi…
Cavab: Mən həmişə deyirəm və yenə təkrar edirəm ki, həyatda əldə etdiklərimin hamısına görə valideynlərimə borcluyam və onlara minnətdaram.
Anam əczaçı idi, ancaq heç vaxt işləməmişdi. Onun əczaçılığı evdə ətirlərin,çiçəklərin qarışığından yeni ətirlər yaratmaqdan ibarət idi. Bunu evdə sakitcə edər və heç kimə ətiri nədən düzəltdiyini deməzdi. Qəribədir ki, anam dindar deyildi, ancaq şəriət qanunlarıyla yaşayırdı və bizi də elə tərbiyə edirdi.
Atam haqda çox yazmışam. Bir neçə hekayəmin qəhrəmanlarının real prototipidir atam. Atam ömrünün 50 ilini hüquq mühafizə sahəsində çalışmağa həsr edib. Muharibə vaxtı Ağdamda komissarlıqda, sonralar Azərbaycanın bir çox bölgələrində milis rəisi işləyib. Bəlkə ona görə bizim hər rayonda tanışımız, dostumuz olub və indiyə qədər də atamı xatırlayanlar var. Ailəmizdə atama xüsusi münasibət var idi həmişə. Atam şəxsiyyət idi. O heç vaxt yalan danışmazdı, işində, ailədə çox məsuliyyətli idi. Biz onunla özümüzü həmişə arxalı, dayaqlı hiss edirdik. Bilirdik ki, büdrəsək əlimizdən tututb qaldıranımız var. Atam ciddi və zəhmli olmaqla bərabər çox yumşaqürəkli və mehriban insan idi. Onda insanları anlamaq, düzgün qərar qəbul etmək qabliyyəti var idi. Hekayələrimin birində milis rəisi öz oğlunun qatilini bağışlayır, digərində 10 il qadın koloniyasında dustaq olan rus qadının getməyə yeri olmadığı üçün milis mayoru onu həmişəlik öz evinə baxıcı kimi gətirir və ailəsində saxlayır. Həmin qəhrəmanlarımın həyatda prototipi atam olduğunu qürurla dəfələrlə qeyd etmişəm. Atamın həyatda etdikləri bizə bir örnək idi. O heç vaxt evladlarını qarşısında otuzdurub onlara tərbiyəvi mühazirələr oxumazdı. O bizə yaşamağı əməlləriylə, gördüyü işlərlə öyrədirdi.
Sual:Bəs elə isə deyin, ananızın o reseptlərindən sizdə qalırmı, istifadə edirsizmi onun təcrübəsindən?
Cavab: Edirəm, bəli. Mənim istifadə etdiyim ətiri heç kim tanımır. Ona görə ki, ona bir qədər sirr qatıram)). Bir əsərimdə qadının əlindən öpən sevgilisi onun ətirini tanımadığını deyir. Qadın gülə-gülə cavab verir: “Mən istifadə etdiyim ətirin adını heç kimə demirəm”. Qeyd edim ki, əsərin adı “Sirr”dir .
Sual: Ali təhsil illəri,gənclik xatirələri o qədər əziz olur ki… Xatırladıqda uzaqlaşır… Əlini uzadırsan tuta bilmirsən. Bu barədə indiyə qədər heç kimə demədiyiniz nələr var içinizdə?
Cavab: Tələbəlik illərindən danışdıqda belə, insan ruhən cavanlaşır. Mən 16 yaşımda tələbə oldum. Düzünü deyim ki, həyata hazır deyildim. Evdə həmişə valideynlərimin, məndən böyük baçılarımın və qardaşımın himayəsini hiss edirdim. Tələbəliyin ilk aylarından təkbaşına həll edə bilməyəcəyim qayğılar yaşamalı oldum. O illər həyatımda bir çox yadda qalan iz buraxdı. 19 yaşımda tələbəliyin ən gözəl çağlarını yaşayarkən qəfildən anamı itirdim. Bu mənim üçün çox ciddi sarsıntı idi. Əgər dostlar, qohumlar, baçılarım, qardaşım və, ən əsası, atam olmasaydı çox çətin olardı. Anamın ölümü məni tam dəyişdi. Adətən səsli-küylü, deyib-gülən, çalıb-oxuyan bir gənc qızdan susqun, kədərli bir insana çevrildim. Anamdan sonra həyatımda baş verənlər sanki mənimlə deyil, başqa bir insanla əlaqəli idi. Hekayələrimin birində yazmışam ki, “anasız gəlin köçmək o qədər çətindir ki! Gözün ən yaxın adamı, ananı axtarır o gün . Tapmayanda için yanır, gəlinlik gününün xoşbəxtliyini tam hiss edə bilmirsən”. Zaman keçdikcə çox şeylə barışdım. Həyat öz məcrasına düşdü. Bax tələbəliyimin bu məqamlarını heç vaxt heç kimə deməmişdim.
Sual: Bəs sevgiyə münasibətiniz necədir? Axı gənclik həyatın elə mərhələsidir ki, qan qaynayır, qəlb coşur. Gözlər qeyri-adi işıqlanır. Bir sözlə, hər şey insanı sevib yaşamağa çağırır… ilk sevgi var, bəs son da varmı?
Cavab: Banal cavab olsa da deyəcəm ki, sevgisiz yaşayanlar bədbəxt insanlardır. Sevgi bəşəriyyəti, insanlığı, ümumiyyətlə, dünyanı çökməyə qoymayan bir hissdir. Sevən insan həyata daha çox bağlanır, daha güclü olur. Hər birimizin gənclik sevgisi olub təbii ki. Bu insanın qəlbinin lap dərinliyində saxlanan gözəl bir hissdir. Adətən ilk məhəbbət yalnız yadda qalmaq üçün olur. Yəni sevənlər bir -birinə qovuşmurlar. İlk sevgi mütləq var və o sonsuza qədər davam edir məncə, çünki ilk məhəbbətin həsrəti vüsalından güclü olur adətən.
Sevmək gözəl hiss olsa da, sevərək ayrılmaq da var, bir gün sevdiyinin sənə xəyanəti də var, sən sevdiyinin başqasını sevməyi də var, sən sevib ürəyini verdiyinin səni bəyənməyib dəfələrlə sözlə yaralamağı da var. Sevgi varsa ayrılıq da var. Bütün bunlar həyatda var və yaşanır. Mən deyərdim ki, sevginin nə əvvəli nə sonu var. Çünki birinin sevgisi bitdiyi gün digərininki ilk addımını atır. Bir sevgi öldükdə hardasa mütləq digəri doğulur. Bunu normal qəbul etmək lazımdır.
Sual: Bilirəm ki, siz o zaman KQB, sonra MTN adlanan qurumda uzun illər işləmisiniz. Onda olmasa da indi məncə nələrisə açıb danışmaq olar. Necə oldu ki, sizi elə bir mötəbər quruma işə qəbul etdilər?
Cavab: Bir gün iş yerimə həmin nazirlikdən çağırış gəldi. Əvvəl bu çağırışa bir qədər təəccübləndim, lakin getdim və həmin o qurumun yüksək rütbəli zabitləri mənimlə görüşüb söhbət etdilər. Bu söhbətlərin nə ilə nəticələndiyini təxminən iki il sonra yenidən ora dəvət ediləndə bildim. Bu müddətdə mənim kimliyim yoxlanırdı.Bu dəfə mənə konkret iş təklif olundu, mən razılaşdım və həmin nazirliyin zabiti oldum. MTN əməkdaşı olduğuma görə özümlə və həmin nazirliyin dövlət və dövlətçilik naminə gecə, gündüz, İstirahət günləri çalışan zabitləriylə qürur duyuram. İnanın ki, bu ürəyi sirlərlə dolu, lakin həmişə susmaq məcburiyyətində olan, kənardan çox adi insan kimi görünən, heç vaxt öz qəhrəmanlıqlarıyla açıq-aşkar fəxr edə bilməyən insanlar həqiqətən hörmətə və təqdirə layiqdirlər.
Sual: Təranə xanım, deyə bilərsinizmi ki, zaman sizə işləyib. Sizmi zamanın nəbzin tutmusunuz?
Cavab: Aid olduğum nəslin nümayəndələri zamanın nəbzini tutmağı o qədər də bacarmırlar məncə. Bu mənim subyektiv fikrimdir . Səhv edə bilərəm, təbii ki. Ona görə deyə bilərəm ki zaman mənə işləyib
Sual: Ədəbi aləmdə sizi ən çox maraqlı hekayələrinizlə tanıyırlar. Hətta şeirlər də yazırsınız. Hekayələrinizi oxuyanda dünyanı cənnət, qəhrəmanlarınızı isə huri hesab edirəm. Sanki real məkanda deyil, tam başqa bir planetdə dövr edir hadisələr. Sizcə səbəb nədir?
Cavab:Ədəbi aləmdə çox da tanındığımı heasab etmirəm. Amma oxucularım var. Kitablarım satılır. Hekayələrimi oxuyanlar var və bu məni şox sevindirir. Mən A. P. Çexovun “sözlərin yeri dar, fikrin yeri geniş olsun” prinsipiylə yazıram. Hesab edirəm ki, bu həm də günün tələbidir. Hekayələrim fantastik deyil, hadisələr başqa planetdə deyil elə öz planetimizdə cərəyan edir. Hekayələrimin arxasında həmişə kiçik bir real həyat epizodu durur. Sizinlə razıyam ki, mən həyatın yalnız yaxşı cəhətlərini əks etdirirəm hekayələrimdə. Səbəb çox sadədir. Mən bu çirkinliklərlə, əzab-əziyyətlə, yalanla, xəyanətlə dolu həyatda gözəlliyi, sevgini, etibarı, ləyaqəti, vicdanla yaşamağı görüb göstərmək istəyirəm.Mən ölümdən yazmaqla olumun qədrini bilməyə çağırıram oxucunu. Bəzən də əksinə.
Sual: Təranə xanım, deyirlər, ən tez unudulan şey yaxşılıqdır. Çoxmu yaxşılıq etmisiz, çoxmu unudulmusuz…
Cavab: Məni tanıyanlar bilir ki, mən pislik etməyi bacarmıram. İnsanlara həmişə yaxşılıq etməyə çalışmışam. İnanın mənə, heç vaxt yaxşılığın əvəzini gözləməmişəm. Çünki yaxşılıq etmək ürəkdən gəlməlidir və bu təmənnasız olmalıdır məncə. O səbəbdən, kim mənim yaxşılığımı unudubsa, halah xoşu olsun. Unudulduğumu zənn etmirəm, çünki özüm çətin unuduram.
Sual: Həyatımızdan ömründə bir dəfə də olsa qırmızı xətlə keçən insanlar olur. Bu bəzən bütün həyat axarını dəyişir. Münasibətiniz…
Cavab: Mənim həyatımda belə insanlar olub. Bacımın həyat yoldaşı BDU-nun professoru, tanınmış etnoqraf mərhum Həvil Həvilovun mənim şərqşünas olmağımda rolu böyük olub.Osman Mizəyevdən kollektivdə davranmağı öyrənmişəm. Ziya Bunyadov mənə elmə bağlanmamağı məsləhət gördükdə əvvəl incisəm də sonralar onun nə qədər haqlı olduğunu anladım.Şərqşünaslıq fakültəsinin kafedra müdiri və mənim müəllimim Ələskər Məmmədovun məni ali məktəb müəllimi kimi şərəfli bir işlə təmin etməsini heç vaxt unutmuram. Və nəhayət, məni ədəbi yaradıçılıqla məşğul olmağa məcbur edən Nizami Təhməzovu həmişə dərin ehtiramla xatırlayıram. Bu insanlar həyatımın müxtəlif mərhələlərində mənə dəyərli məsləhətlər veriblər. Dediklərinizə münasibətim belədir ki, həyatda müəyyən mövqe tutmuş və səndən daha güclü insanlardan dərs alıb məsləhətlərinə qulaq asmaq heç də zəiflik deyil məncə.
Sual: Azərbaycan 30 ilə yaxın Qarabağ həsrətinə son qoydu . 44 gün davam edən döyüşlərdən ölkəmiz üzü ağ çıxdı. Şəhid də olduq , qazi də. Söz adamı kimi bu hadisələrə münasibətiniz…
Cavab: Şəhidlərimizin ruhları qarşısında baş əyirəm. Allah onlara rəhmət eləsin. Qazilərimizə can sağlığı arzu edirəm. Söz adamı kimi zəfərimiz haqda öz sözümü hələ tam deməmişəm. Bu mövzuda yazdığım bir neçə hekayə hələ son deyil. Hərdən mənə elə gəlir ki, həsrətdən o qədər yazmışam ki, qələbə sevincinə keçid ala bilmirəm. Həm vətəndaş, həm söz adamı, həm zabit kimi deyə bilərəm ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixindəki qara ləkələri silib özünə orda əbədi yer aldı. Bu 44 gün dünya ölkələrini Azərbaycana yeni baxışla baxmağa məcbur etdi. Azərbaycan xalqı bütün dünyaya misli görünməmiş birlik, vətənpərvərlik nümayiş etdirdi. Ali Baş Komandanın dəmir yumruğu altında birləşən ordu və xalq Zəfər çaldı. Bu hadisə bizə qalib ölkənin vətəndaşları kimi fərəhli və qürurlu adı qaytardı. Təbii ki, həm xaricdə, həm daxildə bu qələbəni həzm etməyənlər var. Lakin onlar da artıq reallıqla barışmalıdırlar.
Sual: Ömrün, həyatın elə mərhələsindəyik ki,geriyə baxanda kədər, irəli baxanda ümid əl edir bizə. Yeni planlarınız, arzularınız.Həyata keçməyən istəkləriniz olubmu? Keçmişə dönmək imkanınız olsaydı hara gedərdiniz?
Cavab: Elədir, zaman amansızcasına ötüb keçir və keçmiş xatirəyə çevrilir, lakin hər yaşda insanı həyata bağlayan, uzun qaranlıq tunelin sonunda parıldayan bir ümid işığı olur. O işıq varkən insan planlar qurur, arzular haqda düşünür. Çox istəyərdim ki, bu il nəhayət çoxdan nəzərdə tutuduğum romanım işıq üzü görsün. “Sirr “ adlandırdığım bu roman artıq son variantda çox ehtimal ki, bu il oxuculara təqdim ediləcək.
Həyata keçməyən arzularım olub əlbəttə. Nələrisə asanlıqla əldə edə bilmişəm. Nələrisə çox çətinliklə. Arzu olaraq ürəyimdə qalanlar da olub. Həyatdı da…
Hər birimiz keçmiş yaşayırıq. Keçmişi yaşamasaydıq gələcəyə addımlaya bilməzdik yəqin ki… Ötən günlər ötən sevgi kimidir . Ötdüsə, keçdi, getdi… Geri qayıtmaz…
Ancaq siz dediyiniz kimi möcüzə nəticəsində geri qayıtmaq mümkün olsaydı mütləq Qarabağa Şüşaya, Ağdama qayıdardım. Mütləq Qarabağa! Çünki bu yaşımda daha çox dərk edirəm ki, ömrümün ən yadda qalan günləri məhz Qarabağla bağlıdır.
Sual: Sizə vermədiyim və siz özünüz özünüzə verəcəyiniz sual nə ola bilərdi?
Cavab: Harda səhv etdim? Türk mahnısında deyildiyi kimi “nərədə yalnış yapdım?”
Düşünürəm ki, Tanrı insana bir neçə dəfə şans verir. Hətta bəzən öz taleini dəyişə biləcək qədər şanslı ola bilir insan. Lakin hər kəs bu şanslardan düzgün istifadə edə bilirmi? Hər kəs ona verilən imkanı öz xeyrinə işlədə bilirmi? Hesab edirəm ki, çox şanslı olmuşam həyatda. Dəfələrlə açılmayan qapılar açılıq qarşımda. İndi, zaman keçdikcə olanları, baş verənləri, şəxsi həyatımı xəyalımdan keçirərək hərdən özüm özümdən soruşuram. Harda səhv etdim? Bəlkə də heç səhv etməmişəm, bəlkə bütün yaşananalar yaşanmalı idi. Bilmirəm. Amma bu sualı verərdim özümə.
Sual: “Sirr”in mövzusu hardan alınıb? MTN də yaşadıqlarınızı ədəbiyyata çevirmək fikriniz varmı?
Cavab: “Sirr” iki insanın sevgi məcarası ətrafında müəyyən dövrdə olkədə baş verənləri əhatə edən bir əsərdir. Mövzusu həyatdan götürülüb. Bəlkə də romanı oxuduqda kimsə hətta qəhrəmanları tanıyacaq.
O ki qaldı MTN də yaşadıqlarımı ədəbiyyata çevirmək fikrinə, çox ehtimal ki, yox. Əgər ehtiyac duyularsa hər hansı bir vəsait yaza bilərəm. Yəni iş təçrübəmi cavan kadrlarla bölüşərəm. Təbii ki, tam məxfi)).
Sual:Sizə can sağlığı, həyatda bundan sonra da şərəflə yaşamağı arzulayıram. Sözün hüzurunda tanrı kimi, Tanrının hüzurunda söz kimi dayanmağı diləyirəm!
Cavab:Bu maraqlı və orijinal diləyi ilk dəfə eşidirəm, Şahnaz xanım. Ona görə məmnuniyyətlə qəbul edib sizə təşəkkür edirəm.
Şahnaz Şahin
Təranə Məmmədlə
Bu dəfə “Səmimi söhbət”in aparıcısı mən, Şahnaz Şahin, qonağı isə Təranə Məmməd oldu.
Vaxt bizə, biz də vaxta işlədik. Bu da nəticəsi…
Sual:Təranə xanım, bilirəm ki, uşaqlığınız Qarabağda keçib Bəs kim olduğunuzu nə zaman və hansı şəraitdə kəşf etmisiniz?
Cavab: Uşaqlığım Qarabağın Ağdam şəhərində keçib. Ailəmiz Ağdamdan Bakıya köçəndə mənim 10 yaşım var idi. Sonralar tez- tez Ağdama və mütləq Şuşaya istirahətə gedirdik. Yəni mən orda yaşamasam da işğala qədər Qarabağdan heç ayrılmamışam.
Məncə Qarabağın xüsusi bir aurası var. Ora ayaq basan hər kəs bunu duyur. Şuşada bir dəfə olan ordan qayıtmaq istəmir. Ora yenidən gəlmək istəyir.
Külli Qarabağın abi- həyatı
Nərmə-nazik bayatıdır, bayatı.
Məncə bu misralar Qarabağın ecazkarliğini özündə tam əks edir.
Bilirsiz, insan çox vaxt malik olduğunun qədrini onu itirdikdən sonra daha çox bilir. Şəxsən mən Qarabağı həsrətli illərimizdə daha çox sevdim. Bu tək həsrət deyildi, bu həm də nələrisə vaxtında etmədiyimizin təəssüf hissiydi.
Desəm ki, özümü lap uşaqkən kəşf etməli olmuşam, yəqinki, inanmazsınız. Amma bu həqiqətən belə olub. Mən özümə qarşi haqsızlığı ilk dəfə birinci sinifdə oxuyarkən hiss edib şəxsi məsuliyyətimi dərk etmişəm. Belə ki, mən Ağdamdaki 2 nömrəli beynəlmiləl məktəbin rus sektorunda oxumalıydım. Müəlliməmiz mənim və bir başqa qızın rus dilini güya lazımı səviyyədə bilməməyimizə əsaslanıb bizi başqa sinfə yerləşdirmişdi. Sonralar bildim ki, Ağdamda dislokasiya edilmiş hərbi hissənin hərbiçilərinin uşaqlarının yerini tutduğumuza görə bizi başqa sinfə keçirdiblər. Tezliklə atalarımız ikimizi də öz sinfimizə bərpa etdilər. Onda mən özümə və atama söz verdim ki, sinifdə oxuyan ruslardan da yaxşı oxuyacam. Belə də oldu.
Sual: Insan sirli məxluqdur. Özünü itirən zamanları da olur onun. Bəs siz bu zaman özünüzü hansı sirdə tapırsınız..?
Cavab:İnsan həqiqətən o qədər sirli bir məxluqdur ki, bəzən özü də bu sirlərdən baş aça bilmir. Həyatda dəfələrlə ani çaşqınlıq yaşasam da mən özümü nadir hallarda itirirəm. Yəni tez qərar qəbul etməyi bacarıram. Belə olduqda sirrdən çox özümü aşkarda daha çox tapıram.
Sual:Uşaq yaddaşı daşa yazılır deyirlər. Sizin daşa nə yazılıb ki, bu gün də pozulmayıb və o uşaqlığın hansı məqamlarına qayıtmaq istərdiniz?
Cavab: Uşaqlığımın hər anı yazılıb daşa. Pozulmaz hərflərlə yazılıb. Təbii ki, ilk növbədə atalı, analı günlərim . Uşaqlığım Qarabağda keçdiyindən nəinki unudulmadı, hər dəfə yeni bir hisslə yada salındı. O günlərin hər birinə qayıtmaq istərdim. Hər birində əzizlərim, doğmalarım indi həyatda olmayan yaxınlarım var idi axı.
Sual: Valideynləriniz haqda az da olsa məlumatım var. İstəyirəm oxucular da öyrənsin. Xüsusən qanun keşikçisi olan atanız barədə Bilirəm ki, yazılarınızda onun da obrazını yaratmısınız. Özü də tamamilə fərqli bir hüquq müdafiəçisi kimi…
Cavab: Mən həmişə deyirəm və yenə təkrar edirəm ki, həyatda əldə etdiklərimin hamısına görə valideynlərimə borcluyam və onlara minnətdaram.
Anam əczaçı idi, ancaq heç vaxt işləməmişdi. Onun əczaçılığı evdə ətirlərin,çiçəklərin qarışığından yeni ətirlər yaratmaqdan ibarət idi. Bunu evdə sakitcə edər və heç kimə ətiri nədən düzəltdiyini deməzdi. Qəribədir ki, anam dindar deyildi, ancaq şəriət qanunlarıyla yaşayırdı və bizi də elə tərbiyə edirdi.
Atam haqda çox yazmışam. Bir neçə hekayəmin qəhrəmanlarının real prototipidir atam. Atam ömrünün 50 ilini hüquq mühafizə sahəsində çalışmağa həsr edib. Muharibə vaxtı Ağdamda komissarlıqda, sonralar Azərbaycanın bir çox bölgələrində milis rəisi işləyib. Bəlkə ona görə bizim hər rayonda tanışımız, dostumuz olub və indiyə qədər də atamı xatırlayanlar var. Ailəmizdə atama xüsusi münasibət var idi həmişə. Atam şəxsiyyət idi. O heç vaxt yalan danışmazdı, işində, ailədə çox məsuliyyətli idi. Biz onunla özümüzü həmişə arxalı, dayaqlı hiss edirdik. Bilirdik ki, büdrəsək əlimizdən tututb qaldıranımız var. Atam ciddi və zəhmli olmaqla bərabər çox yumşaqürəkli və mehriban insan idi. Onda insanları anlamaq, düzgün qərar qəbul etmək qabliyyəti var idi. Hekayələrimin birində milis rəisi öz oğlunun qatilini bağışlayır, digərində 10 il qadın koloniyasında dustaq olan rus qadının getməyə yeri olmadığı üçün milis mayoru onu həmişəlik öz evinə baxıcı kimi gətirir və ailəsində saxlayır. Həmin qəhrəmanlarımın həyatda prototipi atam olduğunu qürurla dəfələrlə qeyd etmişəm. Atamın həyatda etdikləri bizə bir örnək idi. O heç vaxt evladlarını qarşısında otuzdurub onlara tərbiyəvi mühazirələr oxumazdı. O bizə yaşamağı əməlləriylə, gördüyü işlərlə öyrədirdi.
Sual:Bəs elə isə deyin, ananızın o reseptlərindən sizdə qalırmı, istifadə edirsizmi onun təcrübəsindən?
Cavab: Edirəm, bəli. Mənim istifadə etdiyim ətiri heç kim tanımır. Ona görə ki, ona bir qədər sirr qatıram)). Bir əsərimdə qadının əlindən öpən sevgilisi onun ətirini tanımadığını deyir. Qadın gülə-gülə cavab verir: “Mən istifadə etdiyim ətirin adını heç kimə demirəm”. Qeyd edim ki, əsərin adı “Sirr”dir .
Sual: Ali təhsil illəri,gənclik xatirələri o qədər əziz olur ki… Xatırladıqda uzaqlaşır… Əlini uzadırsan tuta bilmirsən. Bu barədə indiyə qədər heç kimə demədiyiniz nələr var içinizdə?
Cavab: Tələbəlik illərindən danışdıqda belə, insan ruhən cavanlaşır. Mən 16 yaşımda tələbə oldum. Düzünü deyim ki, həyata hazır deyildim. Evdə həmişə valideynlərimin, məndən böyük baçılarımın və qardaşımın himayəsini hiss edirdim. Tələbəliyin ilk aylarından təkbaşına həll edə bilməyəcəyim qayğılar yaşamalı oldum. O illər həyatımda bir çox yadda qalan iz buraxdı. 19 yaşımda tələbəliyin ən gözəl çağlarını yaşayarkən qəfildən anamı itirdim. Bu mənim üçün çox ciddi sarsıntı idi. Əgər dostlar, qohumlar, baçılarım, qardaşım və, ən əsası, atam olmasaydı çox çətin olardı. Anamın ölümü məni tam dəyişdi. Adətən səsli-küylü, deyib-gülən, çalıb-oxuyan bir gənc qızdan susqun, kədərli bir insana çevrildim. Anamdan sonra həyatımda baş verənlər sanki mənimlə deyil, başqa bir insanla əlaqəli idi. Hekayələrimin birində yazmışam ki, “anasız gəlin köçmək o qədər çətindir ki! Gözün ən yaxın adamı, ananı axtarır o gün . Tapmayanda için yanır, gəlinlik gününün xoşbəxtliyini tam hiss edə bilmirsən”. Zaman keçdikcə çox şeylə barışdım. Həyat öz məcrasına düşdü. Bax tələbəliyimin bu məqamlarını heç vaxt heç kimə deməmişdim.
Sual: Bəs sevgiyə münasibətiniz necədir? Axı gənclik həyatın elə mərhələsidir ki, qan qaynayır, qəlb coşur. Gözlər qeyri-adi işıqlanır. Bir sözlə, hər şey insanı sevib yaşamağa çağırır… ilk sevgi var, bəs son da varmı?
Cavab: Banal cavab olsa da deyəcəm ki, sevgisiz yaşayanlar bədbəxt insanlardır. Sevgi bəşəriyyəti, insanlığı, ümumiyyətlə, dünyanı çökməyə qoymayan bir hissdir. Sevən insan həyata daha çox bağlanır, daha güclü olur. Hər birimizin gənclik sevgisi olub təbii ki. Bu insanın qəlbinin lap dərinliyində saxlanan gözəl bir hissdir. Adətən ilk məhəbbət yalnız yadda qalmaq üçün olur. Yəni sevənlər bir -birinə qovuşmurlar. İlk sevgi mütləq var və o sonsuza qədər davam edir məncə, çünki ilk məhəbbətin həsrəti vüsalından güclü olur adətən.
Sevmək gözəl hiss olsa da, sevərək ayrılmaq da var, bir gün sevdiyinin sənə xəyanəti də var, sən sevdiyinin başqasını sevməyi də var, sən sevib ürəyini verdiyinin səni bəyənməyib dəfələrlə sözlə yaralamağı da var. Sevgi varsa ayrılıq da var. Bütün bunlar həyatda var və yaşanır. Mən deyərdim ki, sevginin nə əvvəli nə sonu var. Çünki birinin sevgisi bitdiyi gün digərininki ilk addımını atır. Bir sevgi öldükdə hardasa mütləq digəri doğulur. Bunu normal qəbul etmək lazımdır.
Sual: Bilirəm ki, siz o zaman KQB, sonra MTN adlanan qurumda uzun illər işləmisiniz. Onda olmasa da indi məncə nələrisə açıb danışmaq olar. Necə oldu ki, sizi elə bir mötəbər quruma işə qəbul etdilər?
Cavab: Bir gün iş yerimə həmin nazirlikdən çağırış gəldi. Əvvəl bu çağırışa bir qədər təəccübləndim, lakin getdim və həmin o qurumun yüksək rütbəli zabitləri mənimlə görüşüb söhbət etdilər. Bu söhbətlərin nə ilə nəticələndiyini təxminən iki il sonra yenidən ora dəvət ediləndə bildim. Bu müddətdə mənim kimliyim yoxlanırdı.Bu dəfə mənə konkret iş təklif olundu, mən razılaşdım və həmin nazirliyin zabiti oldum. MTN əməkdaşı olduğuma görə özümlə və həmin nazirliyin dövlət və dövlətçilik naminə gecə, gündüz, İstirahət günləri çalışan zabitləriylə qürur duyuram. İnanın ki, bu ürəyi sirlərlə dolu, lakin həmişə susmaq məcburiyyətində olan, kənardan çox adi insan kimi görünən, heç vaxt öz qəhrəmanlıqlarıyla açıq-aşkar fəxr edə bilməyən insanlar həqiqətən hörmətə və təqdirə layiqdirlər.
Sual: Təranə xanım, deyə bilərsinizmi ki, zaman sizə işləyib. Sizmi zamanın nəbzin tutmusunuz?
Cavab: Aid olduğum nəslin nümayəndələri zamanın nəbzini tutmağı o qədər də bacarmırlar məncə. Bu mənim subyektiv fikrimdir . Səhv edə bilərəm, təbii ki. Ona görə deyə bilərəm ki zaman mənə işləyib
Sual: Ədəbi aləmdə sizi ən çox maraqlı hekayələrinizlə tanıyırlar. Hətta şeirlər də yazırsınız. Hekayələrinizi oxuyanda dünyanı cənnət, qəhrəmanlarınızı isə huri hesab edirəm. Sanki real məkanda deyil, tam başqa bir planetdə dövr edir hadisələr. Sizcə səbəb nədir?
Cavab:Ədəbi aləmdə çox da tanındığımı heasab etmirəm. Amma oxucularım var. Kitablarım satılır. Hekayələrimi oxuyanlar var və bu məni şox sevindirir. Mən A. P. Çexovun “sözlərin yeri dar, fikrin yeri geniş olsun” prinsipiylə yazıram. Hesab edirəm ki, bu həm də günün tələbidir. Hekayələrim fantastik deyil, hadisələr başqa planetdə deyil elə öz planetimizdə cərəyan edir. Hekayələrimin arxasında həmişə kiçik bir real həyat epizodu durur. Sizinlə razıyam ki, mən həyatın yalnız yaxşı cəhətlərini əks etdirirəm hekayələrimdə. Səbəb çox sadədir. Mən bu çirkinliklərlə, əzab-əziyyətlə, yalanla, xəyanətlə dolu həyatda gözəlliyi, sevgini, etibarı, ləyaqəti, vicdanla yaşamağı görüb göstərmək istəyirəm.Mən ölümdən yazmaqla olumun qədrini bilməyə çağırıram oxucunu. Bəzən də əksinə.
Sual: Təranə xanım, deyirlər, ən tez unudulan şey yaxşılıqdır. Çoxmu yaxşılıq etmisiz, çoxmu unudulmusuz…
Cavab: Məni tanıyanlar bilir ki, mən pislik etməyi bacarmıram. İnsanlara həmişə yaxşılıq etməyə çalışmışam. İnanın mənə, heç vaxt yaxşılığın əvəzini gözləməmişəm. Çünki yaxşılıq etmək ürəkdən gəlməlidir və bu təmənnasız olmalıdır məncə. O səbəbdən, kim mənim yaxşılığımı unudubsa, halah xoşu olsun. Unudulduğumu zənn etmirəm, çünki özüm çətin unuduram.
Sual: Həyatımızdan ömründə bir dəfə də olsa qırmızı xətlə keçən insanlar olur. Bu bəzən bütün həyat axarını dəyişir. Münasibətiniz…
Cavab: Mənim həyatımda belə insanlar olub. Bacımın həyat yoldaşı BDU-nun professoru, tanınmış etnoqraf mərhum Həvil Həvilovun mənim şərqşünas olmağımda rolu böyük olub.Osman Mizəyevdən kollektivdə davranmağı öyrənmişəm. Ziya Bunyadov mənə elmə bağlanmamağı məsləhət gördükdə əvvəl incisəm də sonralar onun nə qədər haqlı olduğunu anladım.Şərqşünaslıq fakültəsinin kafedra müdiri və mənim müəllimim Ələskər Məmmədovun məni ali məktəb müəllimi kimi şərəfli bir işlə təmin etməsini heç vaxt unutmuram. Və nəhayət, məni ədəbi yaradıçılıqla məşğul olmağa məcbur edən Nizami Təhməzovu həmişə dərin ehtiramla xatırlayıram. Bu insanlar həyatımın müxtəlif mərhələlərində mənə dəyərli məsləhətlər veriblər. Dediklərinizə münasibətim belədir ki, həyatda müəyyən mövqe tutmuş və səndən daha güclü insanlardan dərs alıb məsləhətlərinə qulaq asmaq heç də zəiflik deyil məncə.
Sual: Azərbaycan 30 ilə yaxın Qarabağ həsrətinə son qoydu . 44 gün davam edən döyüşlərdən ölkəmiz üzü ağ çıxdı. Şəhid də olduq , qazi də. Söz adamı kimi bu hadisələrə münasibətiniz…
Cavab: Şəhidlərimizin ruhları qarşısında baş əyirəm. Allah onlara rəhmət eləsin. Qazilərimizə can sağlığı arzu edirəm. Söz adamı kimi zəfərimiz haqda öz sözümü hələ tam deməmişəm. Bu mövzuda yazdığım bir neçə hekayə hələ son deyil. Hərdən mənə elə gəlir ki, həsrətdən o qədər yazmışam ki, qələbə sevincinə keçid ala bilmirəm. Həm vətəndaş, həm söz adamı, həm zabit kimi deyə bilərəm ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixindəki qara ləkələri silib özünə orda əbədi yer aldı. Bu 44 gün dünya ölkələrini Azərbaycana yeni baxışla baxmağa məcbur etdi. Azərbaycan xalqı bütün dünyaya misli görünməmiş birlik, vətənpərvərlik nümayiş etdirdi. Ali Baş Komandanın dəmir yumruğu altında birləşən ordu və xalq Zəfər çaldı. Bu hadisə bizə qalib ölkənin vətəndaşları kimi fərəhli və qürurlu adı qaytardı. Təbii ki, həm xaricdə, həm daxildə bu qələbəni həzm etməyənlər var. Lakin onlar da artıq reallıqla barışmalıdırlar.
Sual: Ömrün, həyatın elə mərhələsindəyik ki,geriyə baxanda kədər, irəli baxanda ümid əl edir bizə. Yeni planlarınız, arzularınız.Həyata keçməyən istəkləriniz olubmu? Keçmişə dönmək imkanınız olsaydı hara gedərdiniz?
Cavab: Elədir, zaman amansızcasına ötüb keçir və keçmiş xatirəyə çevrilir, lakin hər yaşda insanı həyata bağlayan, uzun qaranlıq tunelin sonunda parıldayan bir ümid işığı olur. O işıq varkən insan planlar qurur, arzular haqda düşünür. Çox istəyərdim ki, bu il nəhayət çoxdan nəzərdə tutuduğum romanım işıq üzü görsün. “Sirr “ adlandırdığım bu roman artıq son variantda çox ehtimal ki, bu il oxuculara təqdim ediləcək.
Həyata keçməyən arzularım olub əlbəttə. Nələrisə asanlıqla əldə edə bilmişəm. Nələrisə çox çətinliklə. Arzu olaraq ürəyimdə qalanlar da olub. Həyatdı da…
Hər birimiz keçmiş yaşayırıq. Keçmişi yaşamasaydıq gələcəyə addımlaya bilməzdik yəqin ki… Ötən günlər ötən sevgi kimidir . Ötdüsə, keçdi, getdi… Geri qayıtmaz…
Ancaq siz dediyiniz kimi möcüzə nəticəsində geri qayıtmaq mümkün olsaydı mütləq Qarabağa Şüşaya, Ağdama qayıdardım. Mütləq Qarabağa! Çünki bu yaşımda daha çox dərk edirəm ki, ömrümün ən yadda qalan günləri məhz Qarabağla bağlıdır.
Sual: Sizə vermədiyim və siz özünüz özünüzə verəcəyiniz sual nə ola bilərdi?
Cavab: Harda səhv etdim? Türk mahnısında deyildiyi kimi “nərədə yalnış yapdım?”
Düşünürəm ki, Tanrı insana bir neçə dəfə şans verir. Hətta bəzən öz taleini dəyişə biləcək qədər şanslı ola bilir insan. Lakin hər kəs bu şanslardan düzgün istifadə edə bilirmi? Hər kəs ona verilən imkanı öz xeyrinə işlədə bilirmi? Hesab edirəm ki, çox şanslı olmuşam həyatda. Dəfələrlə açılmayan qapılar açılıq qarşımda. İndi, zaman keçdikcə olanları, baş verənləri, şəxsi həyatımı xəyalımdan keçirərək hərdən özüm özümdən soruşuram. Harda səhv etdim? Bəlkə də heç səhv etməmişəm, bəlkə bütün yaşananalar yaşanmalı idi. Bilmirəm. Amma bu sualı verərdim özümə.
Sual: “Sirr”in mövzusu hardan alınıb? MTN də yaşadıqlarınızı ədəbiyyata çevirmək fikriniz varmı?
Cavab:“Sirr” iki insanın sevgi məcarası ətrafında müəyyən dövrdə olkədə baş verənləri əhatə edən bir əsərdir. Mövzusu həyatdan götürülüb. Bəlkə də romanı oxuduqda kimsə hətta qəhrəmanları tanıyacaq.
O ki qaldı MTN də yaşadıqlarımı ədəbiyyata çevirmək fikrinə, çox ehtimal ki, yox. Əgər ehtiyac duyularsa hər hansı bir vəsait yaza bilərəm. Yəni iş təçrübəmi cavan kadrlarla bölüşərəm. Təbii ki, tam məxfi)).
Sual:Sizə can sağlığı, həyatda bundan sonra da şərəflə yaşamağı arzulayıram. Sözün hüzurunda tanrı kimi, Tanrının hüzurunda söz kimi dayanmağı diləyirəm!
Cavab:Bu maraqlı və orijinal diləyi ilk dəfə eşidirəm, Şahnaz xanım. Ona görə məmnuniyyətlə qəbul edib sizə təşəkkür edirəm…

Söhbətləşdi:  ŞAHNAZ ŞAHİN

TƏRANƏ MƏMMƏDİN YAZILARI

ŞAHNAZ ŞAHİNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Səmimi söhbət”in bugünkü qonağı yazıçı, publisist, ictimai xadim Çingiz Abdullayevdir.

Təranə Məmməd “Səmimi Söhbət”in qonağı Çingiz Abdullayev ilə.

TƏRANƏ MƏMMƏDİN LAYİHƏSİ

SƏMİMİ SÖHBƏT”in bugünkü qonağı yazıçı, publisist, ictimai xadim Çingiz Abdullayev dir.
Çingiz Akif oğlu Abdullayev 1959-cu ildə Bakıda anadan olub. Azərbaycanın xalq yazıçısıdır. Əsasən siyasi detektiv janrında yazır. Əsərlərini rus və azərbaycan dillərində yazır . Bir çox beynəlxalq mükafatların laureatıdır. Dəfələrlə orden və medallarla təltif edilib.Çingiz Abdullayevin əsərləri dünyanın bir çox ölkələrində çap edilib və bir çox xarici dillərə tərcümə olunub. Çingiz müəllim ictimai xadim kimi də fəaliyyət göstərir.
Düşünürəm ki, dünyaşöhrətli yazıçımızın xüsusi təqdimata ehtiyacı yoxdur. Çünki onu hamı tanıyır, hamı sevir və əsərlərini sevə- sevə oxuyur. Çingiz Abdullayev mütəmadi olaraq görüşlərdə olur, insanlarla ünsiyyətdən çəkinmir və hər bir görüş onu sevənlər üçün bir hadisəyə çevrilir.

Vaxtının məhdudluğunu nəzərə alıb Çingiz müəllimə sadəcə bir neçə sual verdim və qısa, lakonik cavablar aldım. Qeyd edim ki, Çingiz müəllim çox pozitiv müsahibdir. Onunla ünsiyyətdən sonra insan bir çox problemini unudur . Buyurun, siz də söhbətimizin şahidi olun.
Sual:
Sizin yazıçı, ictimai xadim , dövlət qulluqçusu kimi xüsusi təqdimata ehtiyacınız yoxdur. Bəs bir insan kimi özünüzü necə xarakterizə edərdiniz?
Cavab : Qoy başqaları mənə qiymət versin.
Sual: Sosial şəbəkəyə münasibətiniz.
Cavab: Bu gün sosial şəbəkələr insanlara çox lazımdır.
Sual: Sizi sevənlərin sayı sevməyənlərdən daha çoxdur. Hər iki cəbhəyə nə deyərdiniz?
Cavab : Sevənlərə çox sağ ol deyirəm, sevməyənlərə də təşəkkürümü bildirirəm. Onlar mənə yazıb yaratmağa mənəvi cəhətdən dəstək olurlar.
Sual: Taleə, qismətə inanırsınız? İnsan öz taleini dəyişə bilərmi?
Cavab : İnanıram ki, insandan çox şey asılıdır.
Sual: Deyirsiniz ki, bəlkə yaxşı müstəntiq ola bilmədim deyə
detektiv əsərlər müəllifi oldum. Bu zarafatdır yəqin ki.
Cavab : Hər zarafatda bir az zarafat var.
Sual: Axirət dünyasına inanmadığınızı bilirəm. Bu həyatda nələri etməlisiniz bundan sonra?
Cavab : Nəvə toyu görməliyəm.
Sual: Sizinçün insan amili maraqlıdır. Əsl insan necə olmalıdır?
Cavab : İnsan müstəqil və azad olmalıdır.
Sual: “Özümü heç kəsə sübut etməyə ehtiyacım yoxdur” dedikdə nəyi nəzərdə tutursunuz?
Cavab : Yazıçının kitabları onun yerinə onu təmsil etməlidir.
Sual: “Həyatında bir dəfə ürəkdən sevən insan daha məhəbbətsiz yaşaya bilməz” . Bu sizin sözlərinizdir. Bəs sevgisiz yaşayanlar varmı sizcə?
Cavab : Təəssüflər olsun ki, 99% insan sevgisiz yaşayır .
Sual: Siz dəfələrlə ən yüksək tribunalardan Azərbaycanın həqiqətlərini dünyaya çatdırmısınız. Rusiya telekanalındaki çıxışınız heç yadımdan çıxmır. Həqiqəti sübut etmək niyə bu qədər çətin olur hərdən?
Cavab : Hər zaman, hər yerdə həqiqəti sübut etmək çox çətindir.
Sual: Möhtəşəm qələbə günümüzün ildönümünə az qalıb. Bu bir il ərzində şəxsən sizin həyatınızda nə dəyişikliklər oldu?
Cavab : Bu il üçüncü dəfə baba oldum.
Sual: Qəhrəmanlarınızın hansı sizsiniz?
Cavab : “ Dronqo”.
Sual: Siz bir neçə dildə sərbəst danışırsınız. Ədəbi tərcümələr də edirsiz. Yazmaq asandır yoxsa tərcümə etmək?
Cavab :Təbii ki, yazmaq.
Sual: Kitablarınızı özünüz redaktə edirsiniz?
Cavab : Əsərlərimi heç vaxt redaktə etmirəm. Ancaq kitablarımın tərcüməsində və redaktəsində hər zaman səhvlərlə qarşılaşıram.
Sual: Bütün müharibələr sülhlə bitir. Sizcə Ermənistanla Azərbaycan arasında sülh
mümkündür?
Cavab : Bəli, belə də olmalıdır, inanıram.
Sual: Dünya miqyaslı yazıçımızsınız. Sizin əsərlər dünyanın bir çox ölkələrində çap edilir. Amma siz ruhən azərbayçanlısınız. Əsərlərinizin hamısında bir çümləylə də olsa azərbayçanlılığınızı bildirirsiniz. Sizn üçün Azərbaycan nə deməkdir?
Cavab : Azərbaycan mənim Vətənimdir, doğulduğum ölkədir, anamın, atamın, nənələrimin və babalarımın qəbri olan məskən, övladlarım və nəvələrimin Vətənidir.
Sual: Olum və ölüm. Nədir bunlar?
Cavab : Ölümün nə olduğunu indiyədək bilmirəm .
Sual: Heç özünüz özünüzə sual vermisiniz? Nə sual verərdiniz özünüzə?
Cavab : Mən həyatda hələ nəyi eləməmişəm?
Çingiz müəllim, bilirəm ki, vaxtınız çox məhduddur . Buna baxmayaraq mənim dəvətimi qəbul edib suallarıma cavab verdiyiniz üçün sizə təşəkkür edirəm. Sizə yaradıcılıq uğurları və şəxsi həyatınızda müvəffəqiyyətlər arzu edirəm.

Söhbətləşdi: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Səmimi söhbətin qonağı Nəriman Qasımoğludur

Təranə Məmməd “Səmimi Söhbət”in qonağı Nəriman Qasımoğlu ilə.

TƏRANƏ MƏMMƏDİN LAYİHƏSİ


Bu dəfə SƏMİMİ SÖHBƏT”in qonağı tanınmış yazıçı, şərqşünas alim, ADA universitetinin professoru Nəriman Qasımoğludur.


Sual: Nəriman müəllim,yapon yazıçısı Kobo Abe deyir ki, özünü tapmaq boş pulqabında pul axtarmaq kimi bir şeydir. Sizcə, siz kimsiniz?
Cavab: Kobe Abe-ni vaxtilə ruscada mütaliə etmişəm. Ona ehtiramım öz yerində, amma, sözün açığı, itkin olduğumu heç zaman hiss etməmişəm və bu üzdən də ehtiyac duymamışam özümü axtarıb tapım. Yarı-zarafat, yarı-ciddi deyim ki, hamı kimi mən də özüməm.
Sual: Qasımoğlu olmaq həm fərəh, qürur, həm də məsuliyyətdir məncə. Sizcə?
Cavab: Əvvəllər “Qasımoğlu” olmaq məndən ötrü bu sadaladıqlarınızın hamısı idisə, indi heç biri deyil. Bu, indi cəmiyyət qarşısında deyil, yalnız Qasım Qasımzadənin ruhu qarşısında sadəcə bir borc hissini yaradan sözdür, ona saysız borclarımı qaytarmaq istəyimin üzərinə vurduğum möhür, üzərində olan imzadır. Bu şeirimdə ifadə etdiyim kimi:
Baxıram dünyaya sənin gözünlə,
harda işıq varsa iz səninkidir.
Baxışlarım dan yerinə od saçır –
zülmətə köz salan göz səninkidir.
* * *
Oldum sərnişini nur gəmisinin,
bu da meracıdır eşq dəlisinin,
Rəbbimin ən gözəl təcəllisini
görürəm qarşımda üz səninkidir.
* * *
Ruhun ucalarda şad olsun deyə
oxu, nələr vermiş Tanrı bəndəyə,
mən yerdən göylərə yüksələn ayə –
üstündən qalxdığım miz səninkidir.
* * *
Dar eylərəm qaranlığın yerini,
zülmət dələn taleyim bir mərmimi,
sən özün cəm eylə qəlpələrimi,
göyə ulduz-ulduz düz, səninkidir.
* * *
Mən hicran qənimi, vüsal dəmiyəm,
içirəm ruhundan, dəmlər dəmiyəm,
tənimlə badəyəm, ruhumla meyəm,
içəlim bu meyi, süz, səninkidir.
* * *
Yerişim, duruşum, qaçışım səndə,
həvəsim, ilhamım, uçuşum səndə,
göylərin, yerlərin Rəbbi önündə
səcdəyə gedirəm, diz səninkidir.
* * *
Canın canımdadır, qanın qanımda,
ayrılmaz ruhlarıq Tanrı yanında,
qiyamət günündə, məhşər anında
sənsən şəfaətçi, söz səninkidir.
Sual: Nəriman müəllim, siz deyirsiniz ki, Harvardda təhsil ilinin açılışında Rektor Bibliyadan sitatlar gətirir. Deyirsiniz ki, amerikalılar avropalılara baxanda ilahi hikmətlərə daha çox bağlıdırlar. Bəs biz?
Cavab: Təsəvvür edin, dünyanın elm, sənaye, texnologiya baxımdan ən inkişaf etmiş dövləti olasan, əhalinin də doxsan faizdən artığı inanclı, altmış faizə qədəri isə fəal inanc sahibi ola, yəni hər bazar günü əksəriyyətin kilsə mərasimlərində iştirak edə. Bu, Amerika nümunəsidir, elm və din bir arada ola bilməz dünyagörüşünü etibarsız edən nümunə. Bunun dərin tarixi-siyasi səbəblərindən əlavə, həm də din adına yayğın səbəbi var. Yeri gəlmişkən, Qərbdə tarixən sürətli inkişafın bir səbəbini bəzi Qərb sosioloqları xristian reformasiyasına təkan vermis protestantlığın belə bir təlimi ilə izah edirlər ki, yaradıcı əməyə, zəhmətə qatlaşmaq xristian inancının vacib şərtlərindən biridir. Bizimkilərdə isə əksəriyyətin dini təsəvvürləri təxminən elə orta əsrlər səviyyəsində qalmaqdadır. Əlbəttə, Azərbaycan müsəlmanlarının dini görüşlərini yaxşı mənada fərqləndirən cəhətlər də var və bunların içində ilk növbədə başqa inanclara tolerant yanaşma şüurudur. Amma ümumilikdə götürüldükdə, elmlənmənin, təhsillənmənin, zəhmətə qatlaşmanın dini inanc mövcibincə də bir borc olduğu qənaəti dindarlarımızın əksəriyyətinin şüurunda yoxdur. Gərək olsun. Ən adi və sadə səbəbə görə: Quran bunu tələb və təlqin edir…
Sual: Dindarsınız?
Cavab: “Dindar” sözü o qədər mövhumatla assosiasiya olunur ki, az qala mənfi çalarlı bir sözə çevrilib. Özümə dindar yox, inanclı deyə bilərəm.
Sual: Siz Quran kitabını dilimizə tərcümə etdiniz və adını “Oxu” qoydunuz. Nədən bu ağır və çətin işə qərar verdiniz?
Cavab: Bu qərarımın tarixi var. Xatırlayırsınızsa, 3-cü kursda oxuyanda bir ara ərəb dili müəllimimiz Malik Qarayevi Fidan xanım – yazıçı Anarın bacısı – əvəz etmişdi. Bizə məsləhət görmüşdü ki, ilkin mənbədən olan mətnlərin tərcüməsi ilə məşğul olaq. Akademkitabda Qurandan bəzi ayələrin, ərəb hekayələrinin də olduğu bir kitabın satışda olduğunu dedi. Kitabı alıb vərəqlədim. Qərara gəldim həmin kitabda getmiş qısa surələri tərcümə edim. O dəftəri indi də saxlayıram, tərcümədə diyircəkli qələmdən yox, mürəkkəblə yazan şiş uclu dəmir qələmdən istifadə etmişəm, vərəqlər arasında suçəkən hələ də qalır. Sadəlövhcəsinə elə düşünmüşəm ki, müqəddəs mətndirsə, tərcüməsini yazanda xəttin olduqca gözəl olmalıdır. Uzun müddət o yazıya yaxınlaşmadım, dəftərlərimin arasında öz ömrünü yaşadı. Bir dəfə Liviyada tərcüməçi işləyəndə kitab dükanından Quran aldım, ürəyimdən keçdi, görəsən, nə vaxtsa bunu tərcümə edə biləcəyəmmi? Dostum Vaqif Bayatlının təkidi olmasaydı, bəlkə elə arzu olaraq da qalardı. “Xəzər” jurnalının baş redaktoru olanda dedi, gərək boynuna götürəsən, ərəbcəni yaxşı bilirsən, səndə əla alınacaq. Yəni, bu işə Vaqif Bayatlı bir növ vəsilə oldu. 2018-ci ildə tamamilə yeni bir tərcümə variantını ərsəyə gətirdim. Adını OXU yazdım. Tərcümədirsə, adı da tərcümədə səslənməlidir. Çünki adın da insalanrımıza ismarışı var, Azərbaycanlılar bilmirlər ki, Quran onlara ilk enən ayəsindəcə “Oxu!” deyə müraciət edir. Bu OXU-da aşkarladığım teoloji tapıntılar Quran tərcüməsi tarixində ilklərdir və unikal məzmunda olaraq Quran məntiqinə, orijinaldakı sözlərin izahlı lüğətlərdə anlaşılan mənalarına tam uyğundur. Bunların əksəriyyəti dünyanın heç bir dilində olan tərcümələrdə ifadə edilməyib və inanclı insanların şüurlarında dəyişiklik yaradacaq mahiyyətdədir.
Sual: “Oxu” zamanı önləyir. Müsəlman şüuru isə zamandan geri qalır”. Bu da sizin sözlərinizdir. Şüurun inkişafı üçün nə lazımdır, sizcə?
Cavab: Öyrənmək, öyrənmək, yenə də öyrənmək… Yəni oxumaq, oxumaq, yenə də oxumaq. Nəyi? Dünyanı, insanları, elmləri, təbiəti, kainatı, müqəddəs mətnləri, yaradıcılıq məhsulu olan hər şeyi… Müsəlman şüuruna gəlincə, yalnız OXU ilə, onun məntiqi və təlqinləri ilə ahəngdə olsa, zamanı önləyə bilər. Hədislər, dini əfsanə və nağıllar müsəlman şüurunu mövhumat buxovlarında saxlayır.
Sual: Müqəddəs məkanlara ziyarətə münasibətiniz. FB-da belə bir təklif oxudum ki, ziyarətimizi düşmən tərəfindən darmadağın edilmiş və 5 mindən çox şəhid vermiş Ağdama edək bəlkə? Siz nə deyərdiniz?
Cavab: Müqəddəs məkanlara ziyarət ya sadəcə günahlardan tövbə etmək məqsədilə, ya istəkləri hasilə gətirmək, ya da sadəcə bir din borçunu yerinə yetirməkdir. Müsəlmanlar üçün ən müqəddəs yer Kəbə Evidir. Bəziləri Kəbəni ziyarətdən sadəcə “hacı” titulu qazanmaqla bunun cəmiyyətdə onlara hansısa üstünlüklər qazandırdığını düşünürlər. Belə bir titula müqəddəs Kitabımızda ümumiyyətlə yer yoxdur. Tanrı qatında ən möhtərəm sayılan kimsələr imanı, taqva duyğusu daha çox olanlardır, bu barədə uyğun Oxu ayəsi də var. Həcc ziyarətinin mahiyyəti ondan ibarətdir ki, müqəddəs yerin ziyarəti bir toplantı yerinin ziyarəti olaraq dəyərləndirilsin. Kəbə evini nəzərdə tutan ayədə deyilir: “Biz evi insanlar üçün eylədik bir toplantı yeri…” Bu toplantı əslində o anlamdadır ki, ayrı-ayrı ölkələrin nüfuzlu şəxsləri oraya gəlib öz xalqlarının dərdlərini başqaları ilə paylaşsınlar, söhbətlər aparsınlar, ünsiyyət yaratsınlar və s. Misal üçün, vaxtilə müsahibələrimdə vurğulayırdım ki, Azərbaycandan gedən zəvvarlar bunu anlasalar, Qarabağ problemi ətrafında həqiqətləri oraya daşıya bilərlər. İndi problem həll edilib deyə buna ehtiyac qalmayıb. Yəni demək istədiyim odur ki, müqəddəs yerləri ziyarətlərin ruhiyyəsini belə şeylər müəyyənləşdirir. Əlbəttə, indiki halda bütün ziyarətlər ilk növbədə şəhid qanı axıdılmış və buna görə qüdsallaşmış yerlərə olmalıdır. Azad edilmiş hər şəhəri, kəndi müqəddəs bilib, obrazlı ifadə ilə desəm, onların başına Kəbə Evinin başına dolandığımız kimi dolanmalıyıq. Oralar olsun qaçqınların məskunlaşma, qaçqın olmayanların isə bir növ vətənin qorunmasına and yerləri kimi “toplantı yerləri”… Həcc ziyarəti isə – bunu bütün müsəlmanlar da dərk etsinlər – OXU-ya uyğun öz mahiyyətinə qayıtmalıdır. O ziyarətə bizimkilər içində nüfuzlu ziyalıların, yaxud təlim keçmiş sıravi inanclılarımız getməlidirlər ki, ölkəmizin problemlərini, yaxud uğurlarının təbliğatını dindaşları ilə müzakirə etsinlər, məscidlərimizdə donuz saxlamışlara dəstək verən “müsəlman” ölkələrinin vətəndaşlarına həqiqətləri çatdırsınlar.
Sual: Məhərrəm ayında toy etmək olar?
Cavab: Hər şəxs etiqadı gərəyincə özü nəyin olarına, olmazına qərar verir. Bizdə tarixən şiə əksəriyyətinin Məhərrəm ayını yas ovqatında keçirmək ənənəsi var. Etiqad azadlığına hörmətlə yanaşmalıyıq. Bu ayda toy etməyənə də, edənə də normal baxmağa borcluyuq. “Dində məcburiyyət yoxdur” – bir OXU ayəsi belə də deyir.
Sual: Sizin bir yaralı yeriniz var. Oxuculara da açıqlayaqmı alimimizin ana dilinə münasibətini? Dilimizin başına gətirilən oyunlar sizi sarsıtmır ki?
Cavab: Ədəbi dilimizin ləhcələşməsi prosesinin səbəblərinə, Azərbaycan dilçilərinin bu prosesə məşum töhfəsindən silsilə yazılarım, çıxışlarım olub. Təəssüf ki, səylərimiz bəhrəsini vermir. Əksinə, Nazirlər Kabineti səviyyəsində iyun ayında Azərbaycan dilinin orfoepiyasına dair bir qərar qəbul edildi. Və bununla da ölkədə yazı dilimiz vasitəsilə yüz illər ərzində püxtələşmiş, elitarlaşmış və siyasi-mədəni dəyərə çevrilmiş Azərbaycan ədəbi dilində nitq, ədəbi dil orfoepiyasını məişət dili ilə, dialektoloq (ləhcəşünas) – dilçilərin savadsızcasına əsasını qoyduğu qaydalarla qarışıq salanlar, ədəbi dilimizin gözəl avazını, musiqisini zədələyənlər ləhcələşmə prosesini rəsmiləşdirməyə nail oldular. Ancaq problem şəxsən mənim deyil ki, sizin təbirinizcə, yaralı yerim olsun. Bizdən sadəcə bildiklərimizi car çəkməkdir, çatdırışdır. İnanıram ki, ağıllı adamlarımız bu prosesin qarşısını indi olmasa da, nə zamansa alacaqlar.
Sual: Siz bir neçə xarici dili mükəmməl bilirsiniz. Və bu imkandan istifadə edib həmişə Azərbaycanın həqiqətlərini dünyaya çatdırmısınız. Vətənpərvərlik nədir?
Cavab: Qərbdə gəzərgi bir ifadə var: “vətənpərvərlik əclafların son sığınacaq yeridir”. Bunu ilk dəfə 18-ci əsrin məşhur ingilis yazıçısı Samuel Conson deyib. Deyəndə də nəzərdə tutubmuş ki, öz ölkəsini sevdiyini daim pafosla car çəkən şəxs cinayətlərə, biabırçılıqlara yol verirsə, onun əməllərinə dözümlü yanaşırmışlar. Üstəlik, dövləti, hökuməti sorğulayan nəcib şəxsləri də satqın, xain elan edirmişlər. Yəni vətənpərvərlik sözü inkişaf etmiş ölkələrdə bir növ hörmətdən düşüb. Millətçiliyi hər fürsətdə elan edənlərdən, sözün açığı, mən də həqiqi mənada vətənpərvərlik gözləmirəm. Həyatımda “millət, vətən” bağıranlara aid elə çoxsaylı nümunələrlə qarşılaşmışam ki, belələri tək şöhrət yox, ciddi sərvət yiyələrinə də çevriliblər. Yəni vətənpərvərliyin də bazarı, biznesi olur, təəssüf. Sovetlərin hələ güclü olduğu dövrdə bir dəfə Qasım müəllimdən Gülhüseyn Hüseynoğlu barədə soruşmuşdum. Gülhüseyn müəllim vaxtilə Azərbaycanın müstəqilliyini məqsəd seçmiş məşhur “İldırım” təşkilatının üzvü olub. Soruşanda ki, necə olur, milli amallar uğrunda mücadilə vermiş bir şəxsi indi millətçi kimi heç yada salan yoxdur, gənclər arasında yazıçılardan daha çox başqalarının adları çəkilir, onun yox, deyirdi, hazırda millətçi karyerası ilə məşhurlaşanlardan Gülhüseyn özünü kənar tutur, onlara “keqebe”nin potensial agentləri kimi baxır. Gülhüseyn Qasım müəllimlə məhrəm söhbətlərində ad da çəkirmiş ki, bəs filankəsin millətçiliyinə qəti inanmır, əsil millət davasını aparanları həbsə salırlar, bunu isə hökumət tez-tez təltifləyib şöhrətləndirir. Qasım müəllim bir yazısında hər azərbaycanlıdan bu sullarına cavablar istəyirdi: “de görək ağlın kəsəndən, əlin bir işin qulpundan yapışan gündən xidmətin bu mənsub olduğun millətə nədən ibarət olub? Ana torpağın, ata-baba yurdunun son illərdəki narahat çağlarında övladlıq borcunu necə yerinə yetirmisən?”. Və, əslində, mənə görə, vətən milli müstəqilliyini yaşayırsa, yetər ki, vətənpərvər yox, yaxşı mənada vətəndaş olasan.
Sual: Hər ikimiz 30 ildən çox babalarımızın vətəninə, Qarabağa həsrət qaldıq. Sizinçün o həsrət nə idi?
Cavab: Biz bu otuz ildə elə bir boşluğa düşmüşdük. Yenə Qasım müəllimdən sitat çəkim. 1992-ci ildə yazırdı: “Əgər biz inansaq ki, Şuşa biryolluq əlimizdən çıxıb, Xocalı həqarəti, Laçın bədnamlığı ilə birdəfəlik barışası olacağıq, elə bilirəm, Azərbaycan qeyrətli hər bir vətəndaşın fikrini ifadə edib deyərdim ki, onda daha yaşamağın mənası qalmamışdır. Bir adı Qala, bir adı da Pənahabad olan Şuşa, Laçın təkcə bu günümüz yox, tariximizdir, sərkərdələr, sənətkarlar yetirən əcdadımızın yadigarıdır, Pənah xanı, İbrahim xanı, Vaqifi, Natəvanı, Adıgözəl bəyi, Mehmandarovu, Xosrov bəyi, Sultan bəyi, Üzeyir bəyi, Seyidi, Xanı, Bülbülü yetirən diyardır. Şuşa bizim qartal qıylı, bülbül cəhcəhli yuvamızdır. Buna görə də indi Şuşasız günlərimdə mən özümü yuvasız quş sayıram…” Mənin üçün arxada qalan Qarabağ itkisi sadəcə həsrət deyilən şeydən betər bir discomfort yaratmışdı ötən illərdə. Çoxumuz özümüzü aşağılanmış, ədalətsizliyə uğramış, təklənmiş bir durumda hiss etmişik. Bir yandan da ötən otuz ildə, təsəvvür edin, Qarabağ itkisi ilə bağlı duyğuların, fikrin-zikrin hər fürsətdə səni haqlaya, rahat buraxmaya, bu, elmi-bədii yaradıcılıqla məşğul şəxs üçün bilirsiniz nə deməkdir? Bu barədə istəməzdim təfərrüatlara varım, ancaq onu qeyd edim ki, ilk gənclik illərində nəzərdə tutduğum yaradıcılıq planlarımda, işlərimdə müəyyən itkilər yaratdı…
Sual: Səmimi deyin, 44 günlük müharibədən sonra əldə edilən zəfər sevinci gözlərinizi yaşartdımı?
Cavab: Elə əvvəlki cavablarımı da səmimi demişəm t. Ümumiyyətlə, məhrəm bildiyim məsələləri açıqlamağı xoşlamıram. Amma təkid edirsiniz deyə bildirim: iki dəfə olub. Füzulinin azad olunan ilk kəndlərinin müjdəsini eşidəndə Mərdəkanda təsərrüfat malları dükanının qarşısında idim. Xəbəri televiziya car çəkirdi. Sevindiyimdən qəhərlənərək avtomobilimə əyləşib sükan arxasında donub qaldım, yanaqlarımda da sevinc yaşları… Yaxınlarıma zəng etdim. Başqa heç nə yox, elə bunu deyə bildim: “Eşitdiniz?” Telefonun o başından da boğuq bir “hə” sözü. Onlar da mənim kimi… Bir də “Əziz Şuşa, sən azadsan!” nidasını mənzilimdə televiziyadan eşidəndə.
Sual: Siz çox pozitiv insansınız. Gənclərlə işləyirsiniz. ADA kimi mötəbər bir tədris ocağında çalışırsınız. Sizinçün ADA nədir?
Cavab: ADA vaxtilə çalışdığım Amerika universitetlərinin gözəl bir modelidir. Gənclərimiz burada yüksək təhsil standartlarına uyğun dərslər keçirlər. ADA-nı bitirənlər aldıqları biliklərlə yanaşı, özlərində fərqli bir düşüncə tərzini də tərbiyə edə bilirlər ki, bu hər mənada millətimizin gələcəyi üçün olduqca vacibdir. İstərdim ADA təhsil mühitimizdə bir ada olaraq qalmasın, bütün təhsil müəssisələrimiz onun kimi olsun.
Sual: Nəriman müəllim, siz şeirlər yazırsınız, rus ədəbiyyatından mükəmməl tərcümələr edirsiniz. Mənə elə gəlir ki, sizin poeziyanız bir qədər səmavidir. Şeirləriniz sanki göylərdə yazılır.
Cavab: Bir qismi göy şeirləri, bir qismi yer şeirləri…
Sual: Bir şeirinizi mən daha çox sevirəm. Kədərli də olsa, o şeir sanki oğulun ana həsrətiylə ürəkdən çəkdiyi ahdır.
Cavab: “Ana haqqı Tanrı haqqı” deyimi var Kitab-i Dədə Qorqudda. Heç zaman haqqı ilə ödəyə bilməyəcəyimiz ana haqqı. Yer şeirlərimə daxil olan sətirlərdir:
Sıcaq-sıcaq xatirələr oyanır,
ruhun qonaq gəlir bizə qəfilcən.
Canım, tənim sənli-sənsiz hey yanır –
dodağın alnımda hərarətölçən.
* * *
“Sənə maman qurban” nəvazişlərin
qopur dodağından bir dua kimi,
göylərdən içimə dolub səslənir
cənnətdən ucalan bir səda kimi.
* * *
Azarım, dərdlərim yox olur bir an,
gözümə nur gəlir, dizimə taqət,
üzülür ayagım yerdən nagahan,
ruhummu bu yüngül qanadlı xilqət.
* * *
Bu addım səsləri mənə bəllidi,
işdənmi qayıdıb gəlirdin yenə,
doğma bir həsrətlə qulaq kəsildim
qapıya saldığın açar səsinə.
* * *
Qoyduğun nə varsa qalıbdır bizdə,
səliqə-sahmanın, qabın-qacağın.
Plovun dəmdədir ocağın ustə,
sən özün süfrə aç bu axşam çağı.
* * *
Evin hər küncündə bir mələk bitir,
gəlib əyləşirlər süfrə başında,
açdığın süfrənin bərəkətidir –
göylər bu məclisin tamaşasında.
* * *
Şənlik sona yetir məclisimizdə,
hər ruh öz səmtilə uçub qeyb olur.
Bura sənin evin, qalsana bizdə –
tutmuşam əlindən, gözlərim dolur.
* * *
Çıxırsan qapıdan, əlim yellənir –
Allah amanında, yaxşı yol sənə!
Enirsən ehmalca pilləkənləri,
su səpir arxanca gözlərim yenə.
Sual: Nəriman müəllim, səhv etmirəmsə siz vaxtilə Azərbaycanı Səudiyyə Ərəbistanında səfir kimi təmsil etmisiniz, bir çox xarici universitetlərdə mühazirələr oxumusunuz. Siz Azərbaycanın gələcəyini necə görürsünüz?
Cavab: Səfir təyin olunsam da bu statusda çalışa bilmədim. Amma səfir təyinatından öncə Səudiyyə Ərəbistanının mərhum kralı Fəhdlə rəsmi danışıqlarda iştirak etmişdim, onunla çox ümidverici, maraqlı söhbətlərimiz olmuşdu… Azərbaycanın gələcəyinə böyük ümidlə baxıram. Bu, təkcə Qarabağ zəfərimizlə bağlı deyil. Dünyada dəyişən geosiyasi reallıqların ölkəmizə hansı yaxşı perspektivlər bəxş etdiyinin də fərqindəyəm.
Sual: Söhbətimiz tam səmimidir. İkimiz də qarabağlıyıq. Deyirlər qarabağlıların yaxşı musiqi duyumu olur. Bax indi desəydim ki, gəlin bir yerdə bir mahnı oxuyaq, hansı mahnı düşərdi yadınıza?
Cavab: Xalq mahnısı “Laçın”.
Sual: Ailənizdə musiqiçi var. Hətta bir neçə mötəbər müsabiqələrin iştirakçısı və laureatı olan var. Sizin musiqiyə münasibətiniz. Hansı musiqini daha çox sevirsiniz?
Cavab: İki musiqiçi, ikisi də beynəlxalq səviyyələrdə özlərini təsdiq ediblər. Biri bəstəkar Türkər, o biri pianoçu Humay. Türkərin bu il yeni əsərləri Amerikada, Avropada, Rusiyada dəfələrlə ifa olundu. Humayın da beynəlxalq səviyyədə xeyli ifaları. Onu da qeyd edim, indi musiqi zövqümün inkişafında bu iki peşəkar musiqiçinin də rolu var. Hansı musiqini daha çox sevirəm? Sözün açığı, ha fikirləşirəm, amma nəyinsə üstündə ayrıca dayana bilmirəm. Muğam da, aşıq musiqimiz də, caz musiqisi də, akademik musiqi də beynimi və emosiyalarımı qidalandırır. Yeri gəlmişkən, tar təhsilim var, muğamlarımızı özüm üçün, yaxınlarım üçün ara-bir tarda ifa edirəm.
Sual: Gülləri sevirsiniz? Siz güllərə baxanda ilk baxışdan gülün özünü görürsünüz yoxsa tikanlarını?
Cavab: Çiçəkləri sevirəm. Çəmənliklərdə otlara qarışan tikansız, zərif çiçəkləri:
Nə qədər göz zillənərmiş göyünə
səhər çağı çiçəklərdən, yarım hey!
Nurundan, ətrindən bihuşam yenə
ayılt məni, al yanına, Tanrım hey!
Sual: Sevgini necə təsvir edərdiniz?
Cavab: Sevgi bir xəstəlikdir, dəlilikdir, mübtəla olmayan bilməz nədir. İcazə verin cavabıma bir az da zarafat qatıb bunu belə təsvir edim: mən ona baxdım, o mənə baxdı, yaman baxa-bax düşdü.
Sual: Siz Şuşa səfərindən yeni qayıtmısınız. Mümkünsə bu barədə də təəssüratınızı bölüşərdiniz.
Cavab: Qarabağ üçün simvollaşan Şuşa ilə vüsal, əlbəttə, unudulmaz, möhtəşəm hadisə kimi, Oxu ayəsi kimi taleyimizə yazıldı. Dağlar, qayalar, ağaclar bizləri öz həsrətliləri, öz doğmaları sayaq qarşılayıb “xoş gəldiniz” şərqisini oxudular! Cıdır düzü bizi ovcuna alıb gəzdirdi… Bundan gözəl nə ola bilər? Şuşadan canlı bağlantı ilə Asan-radio dinləyicilərinə bu xoş ovqatı çatdırdım. “Şuşadan canlı bağlantı” – bu ifadənin özü nəyə desən dəyər. Bir şeirimdə Şuşanı xitabət kürsüsünə bənzətmiş, ayəti-kürsüyə qarışıb oraya xəyali enişimdən yazmışdım. İndi fiziki ziyarətimiz xəyalımı gerçəkləşdirmiş oldu. Özü də poeziyanın qanadlarında baş tutmuş bir səfərdə: Vaqif məqbərəsinin əvvəlki hala gətirilməsinin açılışı münasibətilə ənənəvi Vaqif poeziya günlərinin bərpası tədbirində. Qarabağın “Zümrüd tacı” (Q.Qasımzadə) əvvəlki hüsnü ilə bərq vururdu…
Sual: Bilirəm ki, arzularınız çoxdur, tükənməzdir. Sizə bütün arzularınızın, diləklərinizin yerinə yetməsini arzu edirəm və mənimlə söhbətə qatıldığınız üçün çox təşəkkür edirəm.
Cavab: Çox sağ olun, əzizimiz Təranə xanım. Arzularınız çin olsun.
Sual: Bəs siz “Səmimi söhbət”ə nəsə demək istəyərsiniz?
Cavab: Sizə onu da arzu edim ki, həm bu formatda, həm şəxsi həyatınızda maraqlı müsahiblər sarıdan korluq çəkməyəsiniz.
Həmsöhbətim o qədər maraqlı insan idi ki, söhbətin bitməsini istəmirdim. Nə yaxşı ki, belə maraqlı insanlar var! Hər birinizə təşəkkür edib yeni görüş ümidilə ayrılıram. Təki ömür möhlət versin…


Söhbətləşdi: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

NƏRİMAN QASIMOĞLUNUN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RƏFAİL TAĞIZADƏ İLƏ “SƏMİMİ SÖHBƏT” – TƏRANƏ MƏMMƏD

Təranə Məmməd “Səmimi Söhbət”in qonağı Rəfail Tağızadə ilə.

TƏRANƏ MƏMMƏDİN LAYİHƏSİ

Bu dəfə SƏMİMİ SÖHBƏT”in qonağı tanınmış ictimai-siyasi xadim, şair, publisist Rəfail Tağızadədir.

İnsanların ünsiyyətdən qaçdığı, bir növ tənhalığa qapandığı, bəlkə də biri-birinə etibar etmədiyi bir vaxtda az tanıdığın, bəlkə də heç tanımadığın bir insanla ünsiyyət qurub onunla səmimi söhbət etmək asan olmasa da, mümkündür. Söhbət etmək istədiyim insan yaradıçılığı, bənzərsiz şeirləri ilə diqqətimi çoxdan cəlb etmişdi. Onun özü ilə şeirlərindən daha sonra tanış oldum. Şeirlərindəki gizli kədərin, qeyri-adiliyin səbəbini öyrənmək arzusu var idi məndə. Dəfələrlə tədbirlərdə görüşdüyüm bu gülərüz, mehriban və nisbətən az danışan insanın iç dünyası mənim üçün çox maraqlı idi. ”Gündüzü oğurlanmış kimidir həyat”, – deyən bir insanın elə həyata baxışları da. Deyirlər, insanı yaxşı tanımaq üçün onunla yol yoldaşı olmaq lazımdır. Təəssüf ki, tanımaq istədiyim insanla yol getmək mənə nəsib olmayıb, amma səmimi söhbət etmək fürsətindən istifadə edib ona bir neçə sual verə bildim.
Həmsöhbətim Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Rəsul Rza mükafatı laureatı, Rəfail Tağızadədir. Rəfail müəllimlə söhbəti sizə təqdim etməkdə məqsədim FB səhifələrində dəfələrlə şeirlərini və yazılarını həvəslə oxuyub bəyəndiyiniz bu maraqlı insanı sizə daha yaxından tanıtmaqdır.
İlk sualım adi olsa da məncə, cavabı həmsöhbətimi düşündürdü.

– Rəfail müəllim, sizcə Rəfail Tağızadə kimdir?

İlk növbədə Azərbaycan vətəndaşıdır. Vətənini, xalqını, azadlığı sevən; yurdsuz qalan vətəndaş. Azərbaycan türküdür.

– Özünüz haqqınızda qısa da olsa, məlumat verərdiniz.

-Qarabağda, Ağdamda doğulmuşam. Qarabağ mənim ata-baba yurdumdu. Çox təəssüf ki, indi “qarabağlıyam”, “ağdamlıyam” deyəndə, o yerlər işğal altında olduğundan bir vətəndaş olaraq itkilərin qismən günahkarı kimi utanıram. Uşaqlıqdan riyaziyyatı çox sevdiyimdən dəqiq elmlərə marağım olub. Orta məktəbi Ağdamda bitirib, 16 yaşımda Politexnik institutunun Avtomatika və hesablama texnikası fakultəsinə daxil olmuşam. Diplom işimi Rusiyada yazdım. Uzun müddət o vaxtlar “qapalı” hesab edilən müəssisədə müxtəlif vəzifələrdə çalışmışam. Elə ordan da müharibə bölgələrinə yollandım. Cəbhə həyatından çox danışılıb deyə, ondan danışmaq istəmirəm. İnşallah qələbədən sonra

– Rəfail müəllim, neçə yaşınız var?

– 11 fevral 1958 ci ildə anadan olmuşam. Dolça bürçündənəm. (gülür)

– Nə bildiniz ki, bürcünüzü soruşacam?

Nə bilim, hərdən fikirləri qabaqlamağı bacarıram. Bu bir qədər çətinlik yaratsa da, belədi.

– Onda deyin. Bürclər haqda yazılanlara inanırsınız?

– Yox. İnanmıram. Amma doğulduğun yer, şərait kimi, zamanın da xarakterə təsir edən məqamları var.

Bəs qismət deyilən bir şeyin olduğuna necə? İnanırsınız?

Düzü, əvvəllər inanmırdım, ancaq həyatda qarşılaşdığım bəzi hadisələrdən sonra inanmalı oldum.

Allaha inanırsınız?

Əlbəttə. Dini ritualları etməsəm də, inanıram. Tanrıya, yaradana mütləq inanıram.

Sizinçün yaşamaq nədir?

Yaşamaq səndən sonra yaşamaqdır.

Bəs ölüm nədir?

İlk növbədə həyatın sonudu. Dəfələrlə təkrar olunmuş ifadə osa da, “ölüm haqqdır”.

Rəfail müəllim, şeirlərinizdə dəfələrlə ruha müraciət etdiyinizə rast gəlmişəm. Sizcə ruhlar nədir, varmı ruh?

Əlbəttə, var. Ruh müxtəlif din və cərəyanlarda müxtəlif formada izah olunur. Ruh ilahidən gələndi.

Ölümdən qorxursunuz?

Yox. Ölümdən, qaranlıqdan, təklikdən qorxmuram. Hərdən gözübağlı daha yaxşı görürəm. Axtardığımı daha tez taparam. Qaranlıqda kəndimizin kol-kos basmış cığırları ilə gedib, evləri tapa bilərəm. Cəbhədə qaranlıqda o qədər dərəli-təpəli yol getmişəm ki…

– Dediniz ki, təklikdən qorxmursunuz. Bəs tənhalıqdan necə?

Yaradıçılıqda tənhalıq adamın həmdəmi olur. Ancaq həyatın tənhalığını sevmirəm.

Rəfail müəllim, hamı sizi barış, davanı sevməyən bir insan kimi tanıyır. Nəyə görə davaya qatılardınız?

Heç düşünmədən Vətən uğrunda savaşaram. Bu birmənalıdır. Bir də insan sevdiyi qadın uğrunda savaşar.

Gözəlliyi sevərsiniz hər halda.

Şübhəsiz. Kiçik bir çiçəyi, qanad açan quşu, ağacları, … təbiətin yaratdığı bütün gözəllikləri. Gözəlliyi görüb sevməmək olarmı?

Banal bir sual olsa da bilmək istəyərdim Rəfail Tağızadə qadınlarda daxili gözəlliyi sevir, yoxsa xarici?

Gözəl qadın ilk görünüşdən adamın diqqətini tez çəkir, bu təbiidi. Mən ağıllı qadınları, onların düşüncələrini daha çox sevirəm. Qarşında ağıllı qadın olanda, daha çox məsuliyyət hiss edirsən. Ağıllı qadının qarşısında güclü olmaq çətin olsa da, maraqlıdır.

Qarabağlısınız. Deyirlər, Qarabağda körpələr də muğam üstə ağlayır. Musiqi sizin üçün nədir?

– Musiqi insanın ruhunu oxşayır. Bir qarabağlı kimi mən də muğamı çox sevirəm. Eləcə də xalq və bəstəkar mahnılarını da.

Bəs aşıq musiqisini sevirsiz?

Əlbəttə. O bizim qanımızdadır.

“Musiqiçi dostum,
bir nöktrün çal,
məni məndən qopar,
məni məndən al“.
Bu sözləri yazan məncə klassik musiqini də sevir?.

– Bəli. Klassik musiqidə sanki muğamın əksini duyuram.

Bəlkə cazı da sevirsiniz?

Konsertlərinə qatılıram. Dinləyirəm.

Sizcə sevgi nədir?

Sevgi insanı sən eləyən, daxilən təmizləyən, başqası üçün yaşamağın nə olduğunu anladan ülvi bir hissdir. Sevgi insanın özündən asılı olmayaraq gələn duyğudur. Sevgi gözəldir. Ağrısı, acısı, sevinci ilə yaşamaq həzzidir. Hec kim deyə bilməz ki, o nə vaxtsa sevməyib və ya nə vaxtsa sevməyəcək. İnsan hər zaman ona mübtəla ola bilər. Həqiqətən sevən insandan pislik gözləmə…

Yaşından asılı olmayaraq?

Bəli. Bəzən yaşlı insan 17 yaşlı cavandan daha etirasla, güclü sevə bilər. Sevginin yaşı olmur.

Sevgi insana nə verir, sizcə?

Yenidən doğulmuş kimi olursan. Lazım olduğunu bir daha anlayırsan. Yaşamaq və yaşatmağı dərk edirsən. Səndə daxili bir oyanış yaranır. Sevgi insanın üzünə, gözünə gizlədə bilməyəcək yeni xoş çalarlar gətirir. Ruhunu təzələyir…

Siz dənizi sevirsiniz! Dənizə həsr etdiyiniz şeirlər insanın ürəyinə toxunur, dənizi həm sevir, həm də sevdirə bilirsiniz. Bu yaxınlarda Kamran Nəzirlinin müsahibəsini dinlədim. Kamran müəllim dedi ki, dənizə sevgim uşaqlıqdan var idi, çünki, Astarada, dəniz kənarında keçib uşaqlığım. Bəs siz? Axı, siz elə yerdə doğulmusunuz ki, dağları, meşəni daha çox sevməli idiniz, məncə.

– Mən dənizi çox sevirəm. Danışan canlı kimi. Dəniz safdır, təmizdir. Dəniz məni daha yaxşı anlayır. Mən dənizi qısqanıram. Bəlkə o üzdən onunla görüşə payızda, qışda gedirəm. Heç kəs olmayanda. Onunla pıçıltıyla danışıram. Boşalıram. Ruhən təmizlənirəm. Olsun ki, dəniz sevgisi məndə hələ dünyaya gəlməmişdən yaranıb. Bütün dənizləri sevirəm, Xəzərə isə, xüsusi sevgim var. Təbii ki, dağları da, meşələri də sevirəm. Onlarla da rahatlanıram, sakitləşirəm, ancaq dəniz mənimçün bambaşqadı…
Rəfail müəllim, şeirlərinizdə həmişə qizli bir kədər var. Nədən? Hətta sizin şeirlərə “qanla yazılmış şeirlər” də deyən olub.

İtki ağır şeydi. Bir var doğmaların, mütləq olacaq itkilərin ağrısı. Bu başa düşüləndi. Yarananın dünyadan köçməsi nə qədər ağrılı olsa da anlaşılandı. Amma yurd, vətən itkisi bambaşqadı. Bu itkinin ağrısını izah etmək olmur. Sənin olanın göz-görə əlindən alınır, sənin olmur. O itkiylə ilk addımların, uşaqlığın, gəncliyin də itir. Yox olur. Geridə böyük bir boşluq yaranır. Yurd həsrəti bütün sevincli xatirələrin üzünə qara bir pərdə çəkir. Ağırdır. Çox ağırdır. Hər dəfə nikbin, şən bir şeir yazanda, sanki, o dərd kürəyinə vurub “mən hələ varam…”, – deyir. O ağrını, kədəri nəinki üzdə, şeirdə də gizlətmək olmur.

“Şair dostum, vətəndaş dostum, dərd, ələm dostum”, bu sözləri sizin haqqınızda məşhur alimimiz Rafiq Əliyev deyib. Bilirəm ki, bu yaxınlarda görkəmli alimimizin həyat və yaradıçılığından bəhs edən bir kitabınız işıq üzü görəcək. Xeyirli uğurlu olsun.

Çox sağ olun. Bu kitabı böyük sevgiylə hazırlamışam. Maraqlı kitab olacağına inanıram. Əlbəttə, son söz yenə də oxucularındır.

Oxucu demişkən. Mən də sizin oxucunuzam və şeirlərinizi çox bəyənirəm. Bəzən sizin şeirləri abstrakt rəsm əsərlərinə bənzədirəm. Orda görünən və görünməyənlər var. O görünməyənləri siz özünüz necə görürsünüz?

– Hamının görmədiyini mən də görmürəmsə, onda niyə yazıram, nəyi yazıram? Yazmaq, yaratmaq başqalarının görmədiklərini görüb çatdırmaqdır. Nə yaxşı ki, mənimlə bərabər onları görə bilən oxucular da var.

Yazılarınızda belə bir ifadəyə rast gəldim “Söz deyilən, yazı oxunan, kitab isə qalandır”. Rəfail müəllim, sözünüzün, yazdıqlarınızın və kitablarınızın yaddaşlarda qalacağına əminliklə sizə yeni yaradıcılıq uğurları arzu edirəm. Əminəm ki, bir gün Qarabağ dərdi kürəyinizə astaca toxunub deyəcək: Yaz! Yarat! Sevin! Qarabağ azaddır!

Çox sağ olun. Qarabağı azad görmək ən böyük arzumdur. Mən də sizə gizli ağrılardan uzaq, sevinc dolu əsərlər diləyirəm.

Bax beləcə söhbət edib ayrıldım Rəfail müəllimdən. Amma onun kitablarını oxuduqca, insan onun şeirlərindən, niskilindən, yaratdığı bəzən vahiməli, bəzən həzin, bəzən sevgi, bəzən ayrılıq, bəzən hicran, bəzən intizar dolu aləmdən ayrılmaq istəmir. Şairlərin sayının artdığı, ədəbiyyatda yeni adların çoxaldığı bir zamanda öz orijinallığı ilə diqqəti çəlb edən bir şairin olduqca təvəzökar şəkildə yazıb yaratması məncə, diqqəti çəlb etməyə bilməz.

Hamınıza bizimlə bərabər olduğunuz üçün təşəkkür edirəm və ümid edirəm ki, SƏMİMİ SÖHBƏT” rubrikamız davam edəcək. Təki ömür möhlət versin.

Qeyd:

2019-cu ilin oktyabırında “Səmimi söhbət”in ilk qonağı Rəfail Tağızadə olmuşdu.

Söhbətləşdi: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

RƏFAİL TAĞIZADƏNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAHNAZ ŞAHİNLƏ “SƏMİMİ SÖHBƏT” – TƏRANƏ MƏMMƏD

Təranə Məmməd “Səmimi Söhbət”in qonağı Şahnaz Şahinlə.

TƏRANƏ MƏMMƏDİN LAYİHƏSİ

SƏMİMİ SÖHBƏT”in bugünkü qonağı yazıçı, şair, publisist Şahnaz Şahindir.
Babayeva Şahnaz Feyzulla qızı 20 mart 1956-cı ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olub.
Azərbaycan Tibb institutunun pediatriya fakültəsini bitirib. Uzun illər həkim,kənd xəstəxanasında baş həkim, kənd tibb məntəqəsində müdir və Sabirabad İcra hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. Şahnaz Şahin 7 kitab müəllifidir, Prezident və Beynəlxalq Rəsul Rza mükafatları laureatıdır.

Şahnaz xanım,“Səmimi söhbət”in ənənəvi birinci sualı belədir: Şahnaz Şahin kimdir?
Şahnaz Şahin min ildi çöllü biyabana atılmış və hələ də axtardığını tapa bilməyən və bəzən də nə gəzdiyini bilməyən dəvrişdir. Şahnaz xanım məsləkinin əsgəri, sevda köləsidir… və ilaxır…
Nə qəribə cavab oldu . Onda deyin, sizinçün yaşamaq nədir?
Yaşamaq yanmaqdır- deyirdi Bəxtiyar Vahabzadə. Mən bu xətti çoxdan yaxıb keçən odun özüyəm.
Özünüzü ilk cümlələrdən od adlandırırsızsa, demək həyatı çox sevirsiniz.Dünyaya yenidən gəlmək istərdiniz?
Dünyadan getmək olmasaydı dünyaya yenidən gəlmək istəyi yəqin ki, olmazdı. Bu istəyimi haçansa şeirə gətirmişəm,“Təkrar gələcəyəm mən bu dünyaya,Təkrar sənin üçün doğulacağam…”- deyə. Deməli hətta buna əminəm. Həyat çox şirindir, nə qədər acı çəksə də həyat eşqi insanı tərk etmir…
Ən çox sevdiyiniz rəng hansıdır?
Bütün rənglərin qarışığını sevirəm. Qaranı isə qırmızı, ya da ağ ilə… ayrıca qaranı sevmirəm.
Sizcə qövsi-qüzehdə qara rəng niyə yoxdur?
Qövsi-qüzehdə qara niyə yoxdur… Baxın, bu çox maraqlı oldu. Bəlkə Tanrı da bu rəngi sevmir elə! Ona görədir bəlkə… bəlkə başqa elmi səbəbi var, amma biz indi elmi müzakirə aparmırıq axı. Məncə qara hüzn, kədər, qəm ehtiva edir, Yaradan isə insanı xoşbəxt görmək
istəyir…

Sizcə qadın olmaq asandır?
Qadın yaranmaq başqa, qadın olmaqsa bir başqadır. İkinci çətindir. İndiki zəmanədə daha çətindir. Bunun çoxlu nədənləri var. Qadın zərif və zəif göründüyü qədər də güclü məxluqdur. Qadın seli daşqını ram edə bilən dağ, dağları yuyub apara bilən seldir! Qadını olduğu kimi görən və qəbul edən azdır. Niyə? Çünki onu zəif görmək istəyənlər çoxdur… Fəqət daş qayadan nə apara bilər ki! Məncə qadını vaxtında və düzgün dəyərləndirsələr yaxşı olar.
Hansı insanlarla ünsiyyət qura bilmirsiniz?
Hər hansı bir insanla ünsiyyət qurmaq mənimçün çətin deyil. Amma bəzən onu özüm istəmirəm. Azaçıq həmsöhbət olmaq yetir ki, davam ya da tamam deyim… Enerji axını çox söz deyir mənə.
Sizin son kitabınız Sabirabad şəhidlərinə həsr edilib.Şəhidlərdən yazmaq nə deməkdir?
Şəhidlər haqda yazmaq elə özü də bir cürə şəhid olmaqdır. Mən bu hissləri yaşadım. Allah yerlərini cənnətdə qərar versin şəhidlərin… Şəkillərinə də baxanda özümə gələ bilmirəm.
Şahnaz xanım, siz həkimsiniz. Deyə bilərsinizmi insan orqanizminə dərmandan da yaxşı məlhəm ola bilərmi?
Həkimlik çox şərəfli peşədir, həkim olmaq isə ayrı aləmdir. Sənətin dəlisi olmaq, ona gəlir mənbəyi kimi yanaşmamaq gərəkdir. Bu haqda çox danışmaq olar. Konkret suala cavab verim. Deyim ki, dərman türklərin ilac dediyi bizim isə əlac saydığımız hansısa kimyəvi və təbii qarışıq əslində məlhəm deyil.Sevgi varsa, xəstəni bu böyük hisslə sarırsansa, bax məlhəm odur…
Demək, Şahnaz Şahin sevginin varlığına inanır?
Bax elə indicə sevgidən danışdım. Əlbətə ki, sevgi var. Olmasa yaradan bu boyda kainatı niyə yaradırdı?! Bizim ən böyük qazançımız elə sevgidir. Varsa qalibsən!..
Sizin şeirlər adi deyil. Bu qeyri-adilik sizi tək qoymur ki?
Təşəkkürlər, əzizim… Yaralı yerimə toxundunuz lap. Qeyri-adiliyim, hamı kimi olmamağım da bir dərddi. Əlbəttə ki,təklənirəm, bəs nə bilirsiniz.., elə bilirsiniz rahatca qəbul edəcəklər?! Yox, əlbəttə. Bir az da geniş götürsək. Tək şəbəkələrdən getmir söhbət. Mən özümə qarşı qısqanclığı lap gənc yaşlarda görmüşəm. Adamlar vardı, nə geysəm ondan alıb geyməyə çalışır,saçlarını mənim saçım kimi kəsdirirdilər… Deməli, əvvəl özüm, sonra da sözüm mənim hüdudlarımı müəyyənləşdirirdi…
Bilirəm ki, siz bir çox jurnalistlərə müsahibə vermisiniz. Bir çox mötəbər Mətbuat orqanlarında şeirləriniz, yazılarınız çap edilib. “Səmimi söhbət”ə heç yerdə demədiyiniz nəyi demək istəyərdiniz?
O qədər söz deyə bilərəm… Siz istiqaməti müəyyənləşdirin mən danışım.
Məsələn, ən çox sevdiyiniz musiqi haqda danışaqmı?
Musiqi həyatımın ayrılmaz hissəsidir. Musiqinin sərhədləri yoxdur məncə. Mən Şopendən tutmuş digər xalqların da musiqisi daxil, başda Azərbaycanın əvəzolunmaz bəstəkar və xalq musiqisini sevirəm. Son vaxtlar Fərid Fərjadı çox dinləyirəm. Deyim ki, musiqi özü də tam ovqata bağlı məsələdir. Hansı andasa, hansı düyün nöqtəsindəsə fərqli musiqi dinləmək olur. Amma xətt ki var, bax o dəyişmir.
Bildiyimə görə sizin şeirlərə musiqi bəstələnib.
Bəli. Mənim sözlərimə Nailə və Hikmət Mirməmmədlilər silsilə mahnılar yazmışdılar.
“Qovuşmaz yolumuz”, “Sevən ürəkdi”, “Hər ürək sevə bilməz”. “Susduq” və başqaları.
Şahnaz Şahin poeziyası əsasən kimin üçündür?
Şahnaz Şahin poeziyası onu duyub hiss edən, oxuyub düşündürə bilən hər bir oxucu üçündür.. Mən yazıram, daha doğrusu, Tanrıdan öyrəndiklərimi öyrədirəm. Səhv etmirəmsə, Hz Məhəmməd deyirdi ki, şairlər yer üzünün elçiləridir. Söz üçün Allah evinə gedirəm, sözün nazını çəkə-çəkə, öpüb oxşaya-oxşaya dəhdən inci tapan kimi tapıb gətirirəm. Bir çox şeir həsr etmişəm sözə. Sözün başına dönüm. Anamdı, atamdı söz.
Hər sətirə ürəyimi qoymuşam,
Məndən sonra şeir balam yaşasın.
Arı kimi çiçəklərdən yığmışam,
Məndən sonra şeir balam yaşasın.
Uçuqlayıb dodaqlarım söz üstə,
Nə istəyib, demişəm ki, göz üstə.
Ayaqyalın oynayıram köz üstə,
Məndən sonra şeir balam yaşasın.
Pəri kimi o nazlanır önümdə,
Toxunuram zəri qalır əlimdə.
Ölməmişdən ölmək keçir könlümdən,
Məndən sonra şeir balam yaşasın.

Şairlər ünsiyəti sevsələr də adətən tənha olurlar.Heç tənhalıq hiss etmisiniz?
Şair kütlə deyil. Əbədi tənhadır.
Onda belə çıxır ki,şair olmaq o qədər də asan deyil?
Yaxşı şeir yazmaq asanlaşdıqca şair olmaq bir az da çətinləşir
Yadınızdadırsa “Bağışla” adlı bir şerinizin sehrinə düşüb onu rus dilinə tərcümə etdim. O şeiri öz ifanızda dinlədikdən sonra sevdim. Səsinizdə hər kəsə xas olmayan bir güc, bir zəhm və eyni zamanda titrək bir incəlik var. Səs insanın daxilndən gəlir.

Daxilnizdə görünməyən bir təlatümmü var yoxsa həzin bir sakitlik?
Səsin yaranması fiziki proses olsa da Yaradan barmaq izlərimiz, fərqli DNT quruluşu kimi səsə də fərdi xüsusiyyətlər verib. Səs uşaq ana bətnində olarkən formalaşmağa başlayır. Mənim valideynlərimin güclü səsi olub. Atam, biz ona baba demişik, Quran əhli olub. Allahın Kitabını gözəl avazla oxuyub. Onu bir yol dinləyənlər unuda bilməyiblər. Bunu mənə həsrət yanğısıyla çox etiraf edib yaşlı insanlar. Anam da gözəl səsə malik olub. Bayatılarımızı əzbərdən mahnı üstə oxuyardı. Uşaqlarıma da laylanı bayatıyla çalıb. Mənə də onlardan keçib bu səs. Tələbə vaxtı çox istədilər ki, institutun ansambılında iştirak edim, istəmədim. Ancaq dostların xahişiylə oxuyurdum. Təsəvvür edin. Kirayə evdə, ya qızların tələbə yataqxanasında mən oxuyanda bilməyənlər televizoru yandırırdılar. Bu mənim heç kimə demədiyim həqiqətlərdəndir…
Zeynəb Xanlarova, Rübabə Muradovanın mahnılarını, yalan olmasın, özlərindən yaxşı oxuyurdum.
Düz dediniz, səsi həm də insanın daxili aləmi zənginləşdirir. İçimdə o saydıqlarınızın hamısı var, ən çoxda təlatüm. Səs həm də təsir vasitəsidir bir növ. Səsin müəmmalı sehri var...
Yüksək vəzifələrdə çalışmısınız . Bu haqda nə deyə bilərsiniz?
Vəzifə adamı ya ucaldır ya qocaldır. O da gərək boyuna biçilə, yaraşa sənə. İçi xıltlı adamlar götürüb yuxarılara yazırdılar və ən əcaibi buydu ki, şairliyimin də haqqında öz üfunətli fikirlərini tökürdülər kağıza.
Şahnaz xanım, müəyyən bir həyat yolu keçmiş insan kimi bu gün hansı arzularla, hansı istəklərlə yaşayırsıız?
Təranə xanım, insan yaşadıqca mükəmməlləşməlidir. Çünki yaşadıqları, başı çəkənlər onu daha dolğun düşünməyə, səbirli qərarlar verməyə yol açır. Arzulardan isə, məşhur mahnıda deyildiyi kimi, yeni arzular doğur. Belə bir söz var, arzularına bax, gör həyata keçən istəklərin çoxdu, yoxsa qalan? Bax ikinci sənin yaşının göstəricisidir. Məni soruşursunuzsa, hələ məni yaşadan istəklərim çox, görməli işlərim isə çox çoxdur…
Söhbətimizin nə dərəcədə səmimi alındığını əlbəttə ki, oxuclar deyəcəklər. Bu gün qonağım olduğunuz üçün sizə təşəkkür edirəm və sonda qonağın əliboş gəlmədiyini bilərək bir kiçik şeirinizi istərdim.
Bir yağış yağar dünyaya
ilin-günün xəstə vaxtı,
üşüdər damarlarını çarəsizliyin…
Havaya baxıb
dodağını büzərsən,
…bezərsən…
və hər gün çarəsizliyini
bir cür bəzərsən…
Göy üzünü çətirtək
tutarsan başına,
Söz-söz tökülər
gözündən çəkdiklərin.
Hardasa unutduğun
ləpirlərin gəlib
düşər ayaqlarına…
…Nağılmı ömrün,
ömürmü nağıl imiş, sonda bilərsən…

Sanki bir həzin, düçündürücü nəğmə dinlədim. Təşəkkür edirəm, Şahnaz xanım.
Mən təşəkkür edirəm. Səmimi adamlarla birlikdə olun, sevin, yenə sevin…
Bax beləcə daha bir səmimi söhbət başa çatdı. Hamınıza bizimlə bərabər olduğunuz üçün təşəkkür edirəm və ümid edirəm ki, SƏMİMİ SÖHBƏT” rubrikamız davam edəcək. Təki ömür möhlət versin.

Söhbətləşdi: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

ŞAHNAZ ŞAHİNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru