Etiket arxivi: Şəmsiyyə Qaramanlı

Şəmsiyyə Qaramanlı – … gedirəm

***

Həyat, ömür bir əsim,
Nə yaşadım, nə bəsim?
Bircə bunu bilirəm-
Dünya boyda dərdi var,
Duyan olsa, hər kəsin.

Səhvlər artır, suç olur,
Çox ümid bəslədiyin
brcə anda puç olur.
Göz açanda gördüyün,
göz yumanda heç olur.

Kimlərdən nə qalacaq?
Hamı hesab itirən.
Nə verib, nə alacaq?
Dünya dərdə böyükdü,
Sevinc üçün balaca.

Yaşadığımız yuxu,
Doğruya sanma, gülüm.
Desəm, sənsiz bir heçəm,
Desəm, sənsiz ölərəm,
Eşit, inanma gülüm.

Qovuşmağa ümid yox,
“Əlvida” da demirəm.
Xəyal ömürdən uzun.
Məni Tanrı çağırır,
Sağlıqla qal, gedirəm.
10. 11. 2024.

Müəllif: Şəmsiyyə Qaramanlı

Şəmsiyyə Qaramanlının yazıları

LAÇIN SİMURQ KİTABXANASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şəmsiyyə Qaramanlı – Payız

Payız

Payız döyür pəncərəmi,
Yağış-yağış, külək-külək.
Payız döyür pəncərəmi,
Həzin-həzin, kövrək-kövrək.

Yay da yığır ətəyini
Sükutunda gecələrin.
Quşlar kəsir nəğməsini,
Səsi gəlmir cücülərin.

Leylək yığır boğçasını,
Durnalar şələ bağlayır.
Bülbül son cəh-cəhin vurur,
Naləsi sinə dağlayır.

Bir əsim mehdən diksinən
Çəmən, çiçək başın tutur.
Sarı yarpaq rəqs eləyir,
Ağac ana yasın tutur.

Payız sarır ağacları
Yarpaq-yarpaq, budaq-budaq.
Boz buludlar için çəkir,
Sinə açır ana torpaq.

Qayğı olur, həsrət olur,
Ömrümüzdən keçir payız.
Xatirədən kəfən biçir,
Ruhumuzu seçir payız.

Biz də fəsildən fəsilə
Cismimizi daşıyırıq.
Payız-payız qocalırıq,
Bahar-bahar yaşıyırıq.

Müəllif: Şəmsiyyə Qaramanlı

Şəmsiyyə Qaramanlının yazıları

LAÇIN SİMURQ KİTABXANASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru