Etiket arxivi: SƏXAVƏT QARABAĞLI

SƏXAVƏT QARABAĞLI – ŞEİRLƏR

Səxavət QARABAĞLI – şair.

SƏXAVƏT QARABAĞLININ SÖZ DÜNYASI

Səxavət Qarabağlı (Məmmədova) 1977 ci ildə Tərtər rayonunun Səhlabad kəndində anadan olmuşdur. 1993 – cü ildə köçkün düşənədək Ağdam rayonunun Şurabad kəndində yaşayaıb yaratmışdır. Məlum hadisələr nəticəsində dogma evini tərk etməyə məcbur qalanda ta uşaqlıq illərindən yazdığı bütün şeirləri itib. Səxavət xanım bu halı özü belə ifadə edir: “ … Şeirlərim evimizdə qaldı və bu bir körpənin xəyallarının paramparça olması demək idi. 2013 – cü ildə yenidən şeirlər yazmağa başladım… İndi ordumuzun şanlı qələbəsindən sonra daha xoşbəxtəm… Sanki həyatımın Ağdamda qırılıb qalan o hissəsindən gənclik çağlarımdan yaşamağa davam etməyə başlamışam…”

Səxavət QARABAĞLIdan bir neçə şeir:

TEZ GƏL YARIM
Ömür viran olmadan,
Ürək talan olmadan,
Həyat yalan olmadan,
Tez gəl həyat çox qısa.
* * *
Susuz qalan bulağam,
Odu sönmüş ocağam,
Tikan üstdə qonağam,
Tez gəl həyat çox qısa.
* * *
Gələn yolunmu bağlı?
Bu aşiq qəlbi dağlı,
Yoruldu Qarabağlı,
Tez gəl həyat çox qısa.

KASIB MƏRD OLAR
Kasıb süfrəsində halaldı çörək,
Süfrəni ürəklə açasan gərək,
Halal süfrələrin qonağı mələk,
Heç evdə görməsin zaval qonağı.
* * *
Nə qədər ucalsan hərdən başı əy,
Nə kasıbı incit, nə qəlbinə dəy,
Olsan da padşah, lap tutaq ki, bəy,
Xoş səda ver, çalış xoş al sorağı.
* * *
Səxavətin nədir axı qəzəbi?
İstəmir var dövlət, istəmir dəbi,
Kasıb olsa əgər boş qalsa cibi,
Şan-şöhrəti onun halal olmağı…

SAF QƏLBIM
Saf qəlbim başıma bəla,
Bicliyim, fırıldağım yox.
Qəzəbim dağlar əridər,
Qəlbimin qəzəbindən qorx.
* * *
Daşacaq səbr kasası,
Məzarın olacaq ürək,
Oynama gəl saf qəlbimlə,
Sındırma, onsuzda kövrək.
* * *
İntizar dostu bu qadın,
Nə qoysun sevginin adın?
Haçandır yolda qoyduğun,
Gözlərin nurunu aldın…

Müəllif: Səxavət QARABAĞLI

SƏXAVƏT QARABAĞLININ DİGƏR YAZILARI

SƏXAVƏT QARABAĞLI DİGƏR MƏNBƏLƏRDƏ

YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Səxavət QARABAĞLI

SƏXAVƏT QARABAĞLI – ŞAİR.