Etiket arxivi: ŞƏFƏQ SAHİBLİ

SƏN BİLMƏZSƏN

SƏN BİLMƏZSƏN
Sən bilməzsən ,
ölmək nədir.
sevgini bölmək nədir,
sən bilməzsən.
Gözdən gülüşü
silmək nədir,
sən bilməzsən.
Arzuları puç etmək,
duyğuları heç etmək,
özündən köç etmək,
nə demək,
sən bilməzsən.
Çörək əvəzi
ürək yemək nədir.
Arzuların önündə
gül tək titrəmək nədir,
sən bilməzsən.
Sən öyrəşmisən
yalanlarına,
alayarımçıq dünyaya.
sən öyrəşmisən
uydurduğun nağıllara.
Sən hardan hardan biləsən,
sevmək – sevilmək
nədir.
Çünkü səni heç-heç
Döğürdan
Sevən olmayıb ki…

Müəllif: Şəfəq SAHİBLİ

ŞƏFƏQ SAHİBLİN DİGƏR YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ÜŞÜYÜRƏM SÖZƏ SARI

ÜŞÜYÜRƏM SÖZƏ SARI

Gözlərimə payız gəlir,
Bulanır ömrün suları.
Batıram dərya gözünə,
Üşüyürəm sözə sarı.

Yola çıxdım fəsil – fəsil
Bu yol bir payız nağılı.
Bir ah imiş ömrün səsi,
Alıb başımdan ağılı.

Ömrümə xəzan dağılıb,
Günüm sarı, gecəm sarı.
Ustad sən dəsmal əvəzi
Gözlərimə sözü sarı.

Müəllif: Şəfəq SAHİBLİ

ŞƏFƏQ SAHİBLİN DİGƏR YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şəfəq Sahibli – Bu ağac

Bu ağac

Bu ağac
ocaq oldu –
pir oldu.
Bağladılar istəkləri
bu ağaca …
Ağ geydi
qırmızı geydi
yaşıl geydi
bu ağac…
Sevgi ilə
arzu ilə
böyüdü
bu ağac.
Sir yoldaşı
dərd ortağı oldu
adamlara
Bu ağac
Yuklədilər- yuklədilər
dərdlə ,sevgiylə
bu ağacı …
Ağac adamlar.

Müəllif: Şəfəq SAHİBLİ

ŞƏFƏQ SAHİBLİN DİGƏR YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ŞƏFƏQ SAHİBLİ – YAZ GƏLƏNDƏ

YAZ GƏLƏNDƏ
Qar əriyər, şimşək çaxar,
Sular çağlar yaz gələndə .
Torpaq gülər körpə kimi,
Göylər ağlar yaz gələndə.

Dalğalanar dəriya, ümman,
Tülə bənzər yerdə duman.
Uca dağlar buludlardan
Çalma bağlar yaz gələndə.

Köksümüzə sığmaz ürək,
Güllərə qonar kəpənək,
İldırım odlu qılınctək
Göyü dağlar yaz gələndə.

Müəllif: Şəfəq SAHİBLİ

ŞƏFƏQ SAHİBLİN DİGƏR YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SƏN ÖLƏN GÜN

SƏN ÖLƏN GÜN
Yadındamı?!
Sən çıxıb gedən gün
“getmə”deyə
sankı göz yaşlarım
əl açmışdı.
Ürəyimin ağrısına
bələnmış baxışlarım
ayaqlarına düşüb
yalvarmışdı…
Yadındamı?!
Səni dəlicəsinə sevdiyimi
O gün bildin
və insafın üzünə
dəyən sillə tək güldün…
Kaş bilsəydin,
kaş bilsəydin o gün
ürəyimdə
necə öldün!…
Bu ölümə
bir damla göz yaşından
başdaşı qoymağa
heyfim gəldi.
Ürəyimdə pıçıldadım;
Açın qapıları,misralarım,
açın
bu sevgiyə
ölüm gəldi…

Müəllif: Şəfəq SAHİBLİ

ŞƏFƏQ SAHİBLİN DİGƏR YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Şəfəq Sahibli – Bir gün…

Bir gün
məni
dəli küləklərdən,
həzin nəğmələrdən,
qələmindən süzülən
duyğulu şeirlərdən
soruşacaqsan.
Səni atıb gedən
sevgilərin sonunda
məni soracaqsan ,
axtaracaqsan.
Məni yox olduğum yerdə
var sanacaqsan.
Gecələrin qaranlığında
yuxuları sındıran
dan yerindən,
üfüqdə şəfəq-şəfəq
sökülən Günəşdən
soruşacaqsan.
Arxamca boylanacaqsan
son ümidin
qırıldığı an
yenə məni düşünəcəksən.
O zaman
unutmayıb,
unudulacaqsan .
Ümidimin
talan olmuş
son nöqtəsində
məni soruşacaqsan.
Sən mənim ,
mənsə zamanın
tutub ətəyindən
sənin bitib
tükənməyən
arzularından
köçəçəyəm sonsuzluğa .
Yenə məni axtaracaqsan,
soruşacaqsan.
Özünü boş-boşuna
yoracaqsan.
Ehey,
yorma özünü!
Mən sənin üçün
ölüyəm.
İnsan öldükdən
sonra sevilir,
anılır,
amma geriyə dönmür .
Amma geriyə dönmür…

Müəllif: Şəfəq SAHİBLİ

ŞƏFƏQ SAHİBLİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şəfəq Sahibli – Ana Dilim Öz dilim

Ana Dilim Öz dilim
Turan adlı ellərin ülfətində payın var
Bu günkü hikmətində, hörmətində payın var.
Hər kəlməsi ,hər sözü zəfər oxuyan dilim.
Beşiyimin başında layla oxuyan dilim .

Min illərdir dünyanın yaddaşına hopmusan
Şuşanın qalasına bayrağını sancmısan.
Ey Turan işığında daim güclənən dilim
Nəğmə-nəğmə cahanın ruhuna sinən dilim.

Şəhid qanı əzəldən bayraqdır başım üstə,
Turan eşqi bitibdir torpağım,daşım üstə.
Tarix saray ucaldıb qanlı yaddaşım üstə ,-
Heç vaxt unudulmayan haqq-sayımsan ,dilim.
Ruhuma işıq saçan ulduz ,Ayımsan,dilim.

Sən Qarabağ ünvanlı ərənlərin dilisən,
Yurd uğrunda canını verənlərin dilisən.
Zəfər çiçəklərin dərənlərin dilisən ,
Miliyon-milyon sinədə döyünən ürək dilim,
Sevənlərin dilində uçan kəpənək dilim .

Sənə müjdə gətirdim Qarabağ savaşından.
Oxu mənim sevgimi gözlərimin içindən .
Qoyma haqqım silinsin tarixin yaddaşından .
“İki dovlət bir millət,şöhrəti dastan dilim.
Haqqımın bayraqdarı türk ətirli TÜRK DİLİM.

Şəfəq Sahibli – SƏNDƏN VƏFALIDIR

SƏNDƏN VƏFALIDIR
Hər gün boynubükük bənövşə kimi,
Misramın üzündə varaq ağlayır .
Dili tutulubdur barmaqlarımın ,
Xatirə-xatirə soraq ağlayır .

Səndən vəfalıdır sənin həsrətin,
Dizinə baş qoyub ağlamaq olur.
Ayrılıq qoxulu arzularımın ,
Ümidi Kövrəlir, gözləri dolur.

Taleyim dərdinlə qol-boyun olub,
Kövrək misraları düzdüm vərəqə.
Hər gün misra-misra qoxlayır ürək,
Sevgi ətri verən adını sənin ,

Gözün gülümsəyir yaz çiçəyi tək ,
Ahım yelpikləyir xatirələri.
Yenə qəlbini oxumaq üçün
Sevgi kitabı tək açdım sabahı.

TƏNHALIQ MƏKTUBU

TƏNHALIQ MƏKTUBU
Bu gecə
gecəni varaq-varaq
qaranlığına
bəyaz misralar kimi
yazdım göz yaşlarımı …
Bu gecə üfüqlərin qəlbi
sıxılmasın deyə
dan yerindən asdım
baxışlarımı .
Bu gecə misralarımın
alnından öpdüm ,
anamın duaları
diksindi …
Gecənin qulağına
Adını pıçıldadım
dodaqlarım isindi.
Tənhalığı
körpə uşaq kimi
sıxdım köksümə.
Və bu gecə
məktub kimi
yolladım
özümə…