Etiket arxivi: Sım kəndi

Şəhid Əbdülov Elnur Qədir oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olunub

23 aprel 2025-ci il tarixində Astara rayon Pəlikəş İnzibati Ərazi Dairəsi üzrə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış şəhid Əbdülov Elnur Qədir oğlunun doğum günü ilə əlaqədar məzarını ziyarət etdilər.

Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, Vətənə məhəbbətdən, toprağa, yurda bağlılıqdan İrəli gəlir. Məhz bu sevgi, birdə 30 illik həsrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Elnur Əbdülovdur.
Elnur Qədir oğlu Əbdülov 23 fevral 2002-ci ildə Astara rayonun Ağkörpü (Sipyəpard) kəndində anadan olmuşdur. 2020-ci ilin aprel ayında Astara rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Ermənistan işğalı altında olan torpaqlarımızın azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı həqiqi hərbi xidmət keçən Elnur Vətənin əsgəri olaraq döyüşlərə qatılıb, Kəlbəcərin azad olunması uğrunda gedən döyüşlərdə sentyabrın 28-i döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən Elnur Əbdülov ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad edilməsinə görə” medalları ilə təltif olunmuşdur.
Allah rəhmət eləsin!

Sım Kənd Mədəniyyət Evi

Süleyman Rəhimov -125

6 mart 2025-ci il tarixində Sım Kənd Mədəniyyət Evi və Sım Kənd Kitabxanasının birgə təşkilatçılığı ilə Sım Kənd Mədəniyyət Evində yeni dövr Azərbaycan ədəbiyyatında romantizmin inkişafında misilsiz xidmətləri olan Xalq yazıçısı, nasir Süleyman Rəhimovun anadan olmasının 125 illiyi ilə əlaqədar dəyirmi masa keçirilmişdir. Tədbirdə ədibin həyat və yaradıcılığını əks etdirən kitab sərgisi nümayiş olunmuşdur.

Tədbirdə ədibin həyat və yaradıcılığını əks etdirən kitab sərgisi nümayiş olunmuşdur.

Sım Kənd Mədəniyyət Evi

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə azğınlaşmış erməni silahlı cəlladları keçmiş SSRİ-yə məxsus 366-cı alayın iştirakı ilə 7 min nəfər əhalisi olan Xocalı şəhərinə 11 istiqamətdən güclü hücum edərək dəhşətli terror aktı törətdilər. Bu qaniçən cəlladların vəhşiliyi nəticəsində cəmi 5 saat ərzində qədim Xocalı yer üzündən silindi, şəhərin yatmış sakinlərinə amansız divan tutuldu. Qana susamış ermənilər nə qocaya, nə qadına, nə də uşaqlara rəhm etmədilər.
Xocalı soyqırımı nəticəsində, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi.
Bu qanlı faciədə 8 ailə tamamilə məhv edilmiş, 56 nəfər xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınlar isə süngüdən keçirilərək bətnlərindəki körpə ilə birlikdə öldürülmüşdür. 27 ailənin yalnız 1 üzvü sağ qalmış, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini, 230 ailə öz başçısını itirmişdir. 487 insan şikəst olmuş, onlardan 76 nəfər həddi-buluğa çatmayanlardır. Əsir götürülmüş1275 nəfərdən 1165 nəfəri girovluqdan azad edilsə də 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.
İşğal nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi, bir tarix-diyarşünaslıq muzeyi, XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunmuş, qəbiristanlıq vandallara xas üsullarla dağıdılmışdır.
2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.
2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri də separatçılardan azad edilib.

Sım Kənd Mədəniyyət Evi

Sım Kənd Mədəniyyət Evində 20 Yanvar Ümumxalq hüzn günü ilə əlaqədar anım tədbiri keçirilmişdir

18 yanvar 2025-ci il tarixində Sım Kənd Mədəniyyət Evi və Sım Kənd Kitabxanasının birgə təşkilatçılığı ilə Sım Kənd Mədəniyyət Evində 20 Yanvar Ümumxalq hüzn günü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Tədbirdə mövzu ilə bağlı fotostend nümayiş olunmuşdur.

Məlumatı hazırladı : Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sım kəndində Nəbi Xəzri 100

9 dekabr 2024-cü il tarixində Sım Kənd Mədəniyyət Evi və Sım Kənd Kitabxanasının birgə təşkilatçılığı ilə Sım Kənd Mədəniyyət Evində Xalq şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dövlət mükafatları laureatı Nəbi Xəzrinin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə şairin həyat və yaradıcılığını əks etdirən kitab sərgisi nümayiş olunmuşdur.