Sabah pafosla desək mənim günümdür. Amma bəlkə də ilk və son dəfə AYB kitabımın təqdimatına şahidlik edəcək… Nədən?! Bu qərarı verməyimə səbəb ilk dəfə qatıldığım iki kitab sərgisi oldu. Bir zamanlar cəmiyyətin az qala elitası, ən ziyalı, hörmətli, kitablarının çapından aldıqları qonorarlar sayəsində müəyyən qədər yaxşı dolanan zümrəsi yazarlar idi. İndi isə!.. Oxucusuz qalan müəllif cüzi tirajla çap edilmiş kitabını sata bilmir. Bizim məktəb dövrümüzdə ədəbiyyat adamlarını dərsliklərdən savayı məktəb və kənd kitabxanasına gətirilən bədii kitablardan tanıyırdıq. “Azərbaycan” jurnalının səbirsizliklə çıxmasını gözləyir, yeni yazılmış ədəbi nümunələri acgözlüklə oxuyurdum. Bu gün qələm adamına əfsus ki belə bir jest yoxdur. Bəlkə də indiki gənclərin maraq dünyalarının oğru və ya digər pis vərdişlər aləminə sürüklənməsinə məhz onların məktəb dövründən kitabxana ilə tanışlığının, ünsiyyətinin olmamasıdır. Hər dəfə səni qırmamaq üçün tədbirinə gəlib aldığı kitabı evdə hansı küncə atdığını unudan eyni dost-tanışları haçanacan bəlli səbəblə yığmağa, danışmağa məcbur etmək olar ki?! Bu cür münasibət mənə yaddır, qürurlu adamam. Üstəlik də özüm içində olduğum durumun həqiqətlərini bildiyimdən heç kimi qınaya da bilmirəm! Mütaliə edən insanlar dediyim məqamları yaxşı bilir, dilimizdə xeyli sayda sözlər var ki dialektdir. Müəyyən bir bölgəyə aiddir. Başqa bölgə insanı o yerəl sözlərlə demək olar ki tanış deyil. Amma mütaliə insanı üçün dialektin bağlı məkanı yoxdur. Bu bölgə sözlərinin sərhəddini qırıb vəhdət yaradan məhz ədəbiyyat, bədii kitablardır. Onlar vasitəsilə biz yerəl sözləri tanıyırıq. Bəli, texnologiya əsridir. Amma elm bizi ancaq müasir avadanlıqlarla təchiz edə bilər, yaşayışımızı komfortlaşdıran texnika və aparatlar təqdim edə bilər. İstənilən qədər elmi ilahiləşdirsək də dili qoruyan məhz ƏDƏBİYYATdır. Adicə bir bənd şeirdə dili işlək saxlayıb fikrimizi ifadə etmək üçün leksikonumuzdan nə qədər etik, estetik sözlər axtarıb tapırıq. Bu mövzu o qədər uzundur ki, danışmaqla bitməz. O üzdən dediyim kimi yəqin ki ilk və son olaraq təqdimat edəcəyəm. Yazmağa da fasilə vermişəm. Çünki kitabı çıxarmağa öz büdcəm, kitab satmağa isə oxucu bazarı yoxdur. Üç kitabımın üçünü də mənimçün dostlarım çıxarıb… Mən kiminçün yazmalıyam?! Azərbaycan dilini qorumaq fədakarlıqdırsa mən bu yolun məmnuniyyətlə fədaisiyəm, amma və lakin… Nə isə, sabah gəlin, dediyim kimi yəqin ki son dəfə halallaşaq və kitablaşaq!
Bütün elmlər kimi dilçilik elmi də öz sahəsində inkişaf yolunu seçir və bu elmin təkmilləşməsində elmi tədqiqatlarını genişləndirir.Digər elmlərdə olduğu kimi dilçilik elmində də problemlərin aradan qaldırılması başa çatdırılmamışdır. Dilçilikdə fonetik tərkib və səslənməsinə görə eyni, mənaca müxtəlif leksik-semantik söz qrupları “omonimlər” adlanır.(yunancadan “eyniadlı” mənasındadır) Əslində insanın bədən üzvləri kimi “orqan” sözü tam yerindədər.Söz yunan dilində “organum” sözündən olub, bioloji bir termindir.Heyvanlarda və insanda beyin, ürək, göz, qaraciyər, mədə və s.; bitkilərdə kök, gövdə, yarpaq, çiçək orqanlar hesab edilir.Orqanizm sözü də bədən orqanlarının (üzvlərinin) tam şəkildə məcmusudur. “Təşkilat, orqanizasiya” sözü latın dilində “organizo” sözündən olub, “qururam” mənasını bildirir.”Orqan” sözü bu mənada “təşkilat, qurum” kimi də yeni sözlər yaratmışdır. “Orqan” sözünün musiqi aləti kimi də mənası vardır. Hətta dilimizə daxil olan “orqanik” neologizmini də bu omonim sırasına daxil etmək məqsədə uyğun saymaq olar. ”Orqan” sözünün dörd mənada özünü göstərməsi ilk baxışda omonimiyanın mənaca müxtəlif, qrafik cəhətdən uyğunluğu ilə özünü təsdiq edir. ”Orqan” sözü ələlxüsus xüsusi qapalı (məxfi) təşkilatlara: hüquq-mühafizə, təhlükəsizlik idarələri, administrativ şöbələrin adları ilə birgə işlədilir.Yəni bütün təşkilatların (orqanların) adına qoşulmur. Buna səbəb nədir? Doğrusu sözün mənşəyinin vətəni olan ölkə dilçiləri üçün də bu sözün etimologiyası qaranlıqdır.Bu səbəbdən də heç bir ensiklopedik mənbədə sözün etimologiyası açılmamışdır. Əslində “təşkilat” və bədən üzvü kimi işlənən “orqan” omonimi kökündən fərqlidir.Latın dilində “arcanum, arcanus” sözləri tərcümədə “gizli, sirli” mənasını bildirir.İngilis dilində də “arcane” sözü eyni mənanı bildirir.Lakin bu söz ingilis dilində arxaik söz kimi hesab olunur. Əgər biz “arcanum” sözünə diqqət etsək, “organ-orqan” sözünün “arcanum” sözündən fonetik deformasiya nəticəsində yarandığını söz duyumu ilə qəbul edə bilərik.Sözün “gizli, sirli, məxfi” semantikası və fonetik quruluşundakı oxşar fonemlərin iştirakı bunu qəbul etməyə əsas verir. Araşdırmadan belə nəticəyə gəlmək olur ki, təşkilat mənasında “orqan” sözü, bədən üzvü kimi işlənən “orqan” sözü ilə ilkin formada omonim olmamış, sonradan omonimik formaya düşmüşdür. Hər zaman insanı düşündürən bu sözün işlənmə yeri nəhayət ki, öz məntiqi mənasını doğrultmuş oldu. P.S.Həmişə “ filankəsin filanı orqan işçisidir” deyiləndə anında həmin şəxsin inzibati orqanlarda işləməsi məlum olurdu.Yəni “orqan” sözü digər təşkilatların təyinatından fərqli bir təşkilat olması hamı üçün anlaşıqlı olmuşdur. “Organizo” sözünün xüsusi təyinatlı təşkilatlara mənsub olmasının mahiyyətini qərb dövlətlərinin dilçiləri də bu sözün “arcanus” sözündən yaranmasını bilmirlər.Bu dilçiliyin məntiqi və sözduyumu sahəsinin məhsuludur. Mənim özüm üçün də maraqlı oldu. Təşəkkür edirəm.
Bu gün biz beynəlxalq söz kimi işlənən “kultura” sözünü “mədəniyyət” sözü kimi başa düşürük və onun işlənməsini sinonim kimi qəbul edirirk.Demək olar ki, kultura sözü ilə mədəniyyət sözü danışıqda yarıbayarı işlənir. Həqiqətənmi “kultura” sözü dilimizə ərəb dilindən keçmiş “mədəniyyət” sözüdürmü? Bütün dünya dillərində Ulu dilə aid az saylı sözlərdən biri də “kult” sözüdür.Bu söz başlanğıcını tanrıçılıqdan almışdır.Dilçilik tarixinə nəzər salsaq görərik ki, ən ulu dilə aid ilkin söz “ka”dır.(Prof.Qəzənfər Kazımov)O, bütün tanrıçılıqda “tanrı” mənasında işlənmişdir.Qədim Oğuzlarda “qor, qut”,qərb mənşəli dillərdə “kor, kr, kur, kir, qot, qod.”, Qədim Misirdə “gi – qibti” və s. Əslində latın dilində “cult” sözü “cur, cor” sözündəndir.Yəni Tanrı sözündəndir.Sözdə mümkün r-l samitinin fonetik dəyişikliyi baş vermişdir.Cur- cul. Ən qədim insanlar tanrının təsviri kimi qəbul olunan inanclara, tanrının məkanı hesab etdikləri uca dağlara,ağac kultlarına və s.səcdə edərək inam gətirmiş və onların qarşısında dini ayinlər, bayram təntənələri, məhsul bayramları, təbiət bayramları və s. toplu şəkildə yığıncaqlar keçirmişlər.Qədim Oğuzların Novruz bayramı da bizim qədim mədəniyyətimiz hesab edilir.Eyni zamanda digər xalqların mədəniyyətinə xas milli bayramlar, rəngarəng adət-ənənələr mövcuddur. “Kult” sözü bütün dillərdə bir neçə mənada işlənilir.Kənd təsərrüfatında torpağa qulluq (kultivatsiya), bədənə qulluq (bədən tərbiyəsi-fizkultura), geyim və bəzək əşyalarının istifadəsi, qədim mədəni irsin nümayiş etdirilməsi və s. bu kimi tədbirlər bütövlükdə mədəniyyət-kültür hesab olunur. Latın dilində olan “CULTURA” sözünü izah edək. Maraqlı burasıdır ki, “kultura” sözü günümüzə haradan gəlmişdir?Əvvəldə qeyd edildiyi kimi qədim insanlar tanrı inancları, tanrı məkanları hesab etdikləri, tanrının təsvir olunduğu bütlər və s. qarşısında dini ayinlər və dualar edib ona səcdə edirdilər. Sözün 1-ci hecası latın dilində olan “cult” sözü “cur” sözündən olub, ulu dildə “tanrı” deməkdir. 2-ci heca “ur”, bu günkü “or” sözünün əski formasıdır.”Hor” –“adam” sözündən şəkilçi halına düşən “or” sözü peşə sahibliyini bildirir. Sözün 3-cü hecası “Ra” günəş tanrısının adındandır.Cultura sözündə “r” samitinin biri eliziyaya uğrayaraq düşmüşdür. “CULTURA – KULTURA” sözü bütıvlükdə “Günəş tanrısına ibadət edənlər” mənasına gəlirSovet dövründə işlənən (Stalin haqqında), bu gün Şimali Koreyada mövcud olan “şəxsiyyətə pərəstiş” sözü də bu mənadan yaranmadır. Qədim türk dillərində olan “qulluq etmək, qul işi” sözləri də ulu dildən gəlmədir.Rus dilində də “раб, работа” (Ra tanrısının adından), ingilis dilində “work, worker” sözləri Fironun tanrı titulundan gəlmədir.”For” sözünün latın variantıdır. Dilimizdə işlənən “abid” sözü də qərb mənşəlidir.İngilis dilində “abbey” sözü “monastr, kilsə” mənasını bildirir Orada ibadət edənlər isə “abbat” – “rahib” adlanırlar.”Ra” sözünün özü “tanrı” mənasındadır.Abidlər təkyəçilər (zahidlər) kimi də başa düşülür.Onlar monastr həyatı keçirirlər.Yəni tərkidünyaçılıq edirlər.Ola bilsin ki, ingilis dilində “Abbat” sözü “abandon” – “tərk etmək, qapılmaq,əl çəkmək, uymaq,” sözündən alınmadır.Dilimizdəki ”təkyə, təkyədə oturan, təkyədə sakin olan (təkyənişin)” sözlərinin mənasına gəlir. P.S. Dilimizdə olan sözlər çox vaxt şablon kimi işlənir.Lakin hər bir sözün nüvəsində sözün mənası vardır.İstər öz sözümüz olsun, istərsə də digər dillərdən keçən sözlər.Dilçilik elmi sözdən başlayırsa, sözün mənşəyi həmin dildə öyrənməlidir və bu mümkündür.Bu səbəbdən də dilçi alim 5-6 dilə bələd olmalı, sözləri sözduyumu, paralelliklə, müqayisəli şəkildə axtarıb, onun yuvasını tapmalıdır. Dilçilik elmində reformaya böyük ehtiyac duyulur.Qədim sözlərin fonetik qaydada öyrənilməsi praktikası nəzəri cəhətdən elmi surətdə işlənib hazırlanmamışdır. Bu gün bütün elmlər kimi, dilçilik elmi də müasir tələblərə cavab verməlidir.
Dilçilik İnstitutunun dilimizin başına açdığı dürlü-dürlü oyunlardan nə yazıq ki, doğma türk dilimiz itirir.Ancaq dostlarımızın bəxti yenə gətirmədi.Çünki “xoca” sözünün ərəbcə olmasına dair bir qənaət, bir versiya belə yoxdur.Farsca olması haqqında isə yetərincə mənbələr var, hərçənd 2 müəllif- Rəşidəddin və Fuad Köprülü “xoca” sözünün “koca”, yəni “qoca” sözündən, xalis türkcədən yarandığı variantını deyirlər.Amma böyük ehtimalla keçən dəfə yazdığım kimi “xoca” sözü Samanilər dövründə sıx-sıx işlənməyə başlayıb, əfəndi, böyük, bilgili mənasında.Səfəvilər dönəmində isə daha çox “tüccar” anlamında işlənib.Həmin vaxt “xoca” və “xacə” sözləri eyni kökdən ayrılıb müxtəlif məna çalarları ilə fərqləniblər.Əslində, hökmdar hərəmxanalarında da xacələr hörmətli və nüfuzlu sayıldığından bu sözün leksik mənasını bir o qədər itirməmiş saymaq olar.Son 200-300 ildə isə daha çox dini bilgilər verən, təlim edən, tərbiyə verən anlamında işlənib. O ki qaldı xocanın “hoca” kimi işlənməsinə, türk qardaşlarımız demiş: “Bu, heç sözkonusu deyildi axı!!!” Söhbət bu sözün dilimizdə işlənib- işlənməməsindən gedirdi, hərçənd elə “hocam” deyənlər bəlkə ən dürüst formada ifadə edirlər.Zira sözün kökü farscadan (təxminən 12 əsr öncə) hacə, hacəgan(cəmdə) kimi yaranıb. “H” hərfinin yeri gəldi-gəlmədi “x” hərfinə transferi “bizimkilər”in dilimizin başında dəlləkliyi deyil, bəs nədir?! Yeri gəlmişkən, ərəb-farsca mötəbər lüğətimi açdım. Demək olar ki, ərəbcə “h”-dan və “x” dan sonra “o” hərfinin işləndiyi söz tapmadım.Tək bir söz-“xof” sözündən başqa.Öz aramızdır, bu da türkcəmizdən xoflananlar üçün heç də xoş olmadı.
Bu haqda nə Azərbaycan şəxs adlarının izahlı lüğətində, nə də şəxs adlarına dair tədqiqat əsərlərində məlumata rast gəldim.
Ad “suan” və “verdi” sözlərindən yaranıb. “Verdi” sözü ilə işlənən adların önündə gələn sözlər adətən mistik və dini etiqadlarla bağlı olur.
Güney Azərbaycandan olan bir dostum yazıb ki, İranda çap olunmuş “Skiflər mifi” adlı bir məqalədə müəllif “suan” adını saqaların “Günəş tanrısı” kimi qeyd edib. Bu fakta inansaq, deyə bilərik ki, Suanverdi adı tanrıçılıqla bağlıdır. Adın tərkibindəki “verdi” sözü də bu fikri qüvvətləndirir. Bizdə bu gün də həmin qəliblə düzələn adlar mövcuddur:
Tarverdi — əslində “tar” “Əkinçilik tanrısı”nın adıdır. “Tarla” sözü də “tar”dan yaranmışdır. Tanrıverdi, Allahverdi, İmamverdi, Xudaverdi və b. adlar da bu qəlib əsasında yaranmışdır. Bu, Suanverdi adının kökəni haqda ilkin mülahizəmdir.
Adın kökənli haqda ikinci fikir də maraq doğurur.
Suan adı döyüşkən türk tayfasının adı ilə də bağlı ola bilər. Bəzi tədqiqatçılar suanları alpan tayfasının bir qolu hesab edirlər. Suanların öz tamğası var idi. Həmin tamğanı aşağıda vermişəm. “At qamçısı” anlamı daşıyırdı. Onlar da “batır” (bahadır, igid) ləqəbli bir türk boyu olmuşdur. “Baysuan!” (“varlı suanlar!”) deyib hücuma keçərdilər.
Suanların izlərini Orta Asiyada axtarmaq lazımdır. Suanlar haqda çox danışmaq olar. Tədqiqatçılar onların üç qola ayrıldığını yazıblar.
Ola bilər ki, Suanverdi adındakı “suan” elə sözügedən türk boyunun adı ilə bağlıdır.
BAKININ FƏVVARƏLƏR MEYDANININ “PARAPET” ADI HANSI MƏNADANDIR? (Əsl bakılılar bu bağa “Parapet bağı” deyirlər.)
Bu gün Bakı şəhərində öz gözəlliyi ilə insanı məftun edən Fəvvarələr Meydanı şəhərin köhnə meydanlarından biridir.Onun görünüşü şəhərimizin və xarici turistlərin nəzərini cəlb edir və bura bir turistik məkana çevrilmişdir. Parkı gəzərkən ətrafımda gəzişən bir uşaq anasından xəbər aldı ki, “ana bura niyə Parapet bağı deyirlər?”Anası uşağa cavab verə bilmədi və “biz belə eşitmişik” cavabını verdi. Bu gün mövcud olan istər toponimik, istərsə də tarixi adların öyrənilməsi dilçilik elmindən keçir.Həm toponimik adlar, həm də tarixi adlar insan təfəkkürü ilə yaranmışdır.Söz yaradıcılığının sütunu insanın təfəkkürüdür.Nominativlişmiş sözlər insan zəkasının məhsuludur.Əgər söz varsa orada dilçilik faktoru mütləqdir. Bakının Fəvvarələr Meydanının tarixi “Parapet” adının öyrənilməsi dilçilik baxımından çox vacibdir.Bu adın bu günə qədər öyrənilməməsi bəzi jarqon mənşəli mənaların meydana gəlməsinə səbəb olmuşdur.Məhz bu məndə təəssüf hissi oyadır.Uşağın verdiyi suala nəinki tək onun anası, heç dilçiliklə məşğul olanlar da cavablandıra bilməmişlər.Bu nə vaxta qədər davam edəcəkdir? Keçək “Parapet” adının semantik etimologiyasına.(Onsuz da bu suala cavab verən olmayacaq.) Tarixi məlumatları təkrar etmək məqsədim yoxdur.Ancaq tarixi məqamlar dilçilik aspektinə böyük cığırlar açır.Tarixi məlumatın birində deyilir ki, “1920-ci ildə Sovet dönəmində bağın “Günəşli meydan” adı “Marks bağı” adlandırıldı, bağ yaşıllaşdırıldı və orada daha parad keçirilmədi.Paradlar əvəzinə sovet tədbirləri və teatrların açıq havada tamaşaları, siyasi çıxışlar keçirilirdi. Bu tarixi mətndə “parad” sözü nəzərimi cəlb etdi və adın öyrənilməsinə düzgün istiqamət oldu. “Parapet” sözünün 1-ci hecası latın mənşəli dillərdə olan “parade” sözü dilimizdə “rəsmi keçid, nümayiş” kimi mənalanır. Sözün 2-ci hecası “pet” sözü latın mənşəli dillərdə “pedestrian, a pied, a piedi, in pede” və s. kimi “piyada” mənasını bildirir. Həqiqətən də bu meydanın həm nümayiş məqsədli və eyni zamanda şəhərin digər küçələrinə keçid kimi funksiyası olmuşdur. “Parapet” meydanının adı geniş mənada “nümayiş və keçid” meydanı mənasını daşımışdır. “Parade” sözü latın mənşəli söz olsa da, Oxford lüğəti bu adı heç bir izahlı lüğətində aça bilməmişdir.Bunun səbəbi dünya dilçilərinin (lüğətçilərin) Fironizm dilçiliyindən xəbərlərinin olmamasıdır.Təəssüf ki, bu mənzərə bu günə aiddir. “Parade” sözü fironizmin leksikasıdır.Latın dilindəki, “pare” sözü qibti dilindəki “fərr” sözündəndir.Dilimizdəki ərəb mənşəli “feil” sözü də “hərəkət” mənasını bildirir.”Hərəkət” sözü də qibti mənşəli olub, “Hor” tanrısının adından yaranmadır. Sözün tarixi semantikası Fironla bağlıdır.Firon Musanın adamlarını “Günəş Tanrısına” biət etmədikləri üçün onları Misirdən qovmuşdur.Lakin Musanın adamları Fironun qisasını duyaraq onlar yol boyu piyada qaçmışlar.”Parade” sözü Fironun dövründən latın dilinə Fironun adının “far” şəklindən “par” şəklini almış yüzlərlə adlarından biridir. Bu gün moda sərgilərinin nümayiş etdilməsinə ingilis dilində “fair” deyilir.Bu sərgidə geyimləri yeriyərək nümayiş etdirirlər.(Görəsən dünyanın ən varlı milyarder modelyerləri bu sözün mənasını bilirlər?) Ingilis dilində “fare” sözü “gediş haqqı”; arxaik mənada “səyahət etmək” kimi mənalanır.(Ingilislər bunu haradan bilərlər?) Hətta ingilis dilində olan “following” -“ardınca getmək” sözü də buradandır.(Sözdə r-l samit əvəzlənməsidir.)
“Qaçmaq” sözü istər latın mənşəli olsun, istər Qədim Oğuz mənşəli dillərdə eyni paralellikdədir.Yəni latın mənşəli dillərdə “pair”-“qoşa” sözü və oğuz dillərində “qoşa” cüt mənasında “ayaq” mənasını bildirir. Maraqlıdır, dilimizdə olan “piyada” sözü yəqin ki, yunan-roma dövründən dilimizə keçmədir.Rus dilindəki “пешком” sözü də buradandır. Ərəb dilindəki “fərari” – “qaçqın düşmək” sözü də fironizmlə bağlıdır. Araşdırmadan aydın olur ki, “parad” sözü həm semantik, həm də tarixi mənada fironizmdən gəlir.Onun tarixi terminologiyası Fironun keçirdiyi müxtəlif tədbirlərin nümayişlərindən formalaşmışdır.Rus dilindəki “парадный” sözü də “keçid” mənasındadır.”Keçmək” sözü də dilimizə “qoşa” sözündən törəmədir.Sözün ən ilkin mənası “qoç” inamından yaranmadır.Yəni “qoç” inancımızın “qoşa buynuzlu” olmasından yaranmadır.Yəni ayağın qoşa olması(iki).Əslində bizlərə verilən “köçəri” adı bizim inancımızın adı olan “qoç+lar” terminin təhrif olunmuş nominatividir. Tarixdəki “ağ qoyunlular” və “qaraqoyunlular” soyları da “qoç” heyvanının adı ilə tayfanın inanc adı ilə adlanmasındandır. Latın mənşəli dillərdə “keçmək” sözü də türk dillərinin paralelliyindədir.”Cross” sözü bu gün də idman yarışlarının bir növü kimi adlanır.”Cross” sözünün özü Latın dilindəki “cornu”-“buynuz” sözündəndir.Yəni dilçilərin aça bilmədiyi C+C –dir.Ayağın qoşa(iki) mənasındandır.Türklərin “koşmak” sözü daha əski türk formasını özündə saxlamışdır. Nəticə olaraq “PARAPET” sözünün əsl mənası dilimizdə olan onun jarqonik mənadan təmizlənmiş “Nümayiş keçidi, rəsmi keçid” mənası daşıması dilçiliyin tarixi və müqayisəli təhlili əsasında ən doğru yekunudur. P.S.Hərdən fikirləşirəm “yazım, yazmayım?”Mənə elə gəlir ki, “yazmaq” yaxşıdır.”Oxumaq” olsa daha da yaxşıdır.
Bu şəkilçi hansı hallarda -çı⁴ və -lıq⁴ hissələrinə ayrılır, hansı hallarda bütöv şəkildə götürülməlidir?
Xoşbəxtçilik, tələbəçilik, müsəlmançılıq kimi sözlər Orfoqrafiya lüğətində düzgün olaraq xoşbəxtlik, tələbəlik, müsəlmanlıq şəklində verilib.
Bu sözlərin əsasən şifahi nitqdə, bəzən də yazıda yanlış olaraq xoşbəxtçilik, tələbəçilik, müsəlmançılıq şəklində işləndiyini müşahidə edirik.
-çılıq⁴ şəkilçili bütün sözləri -lıq⁴ şəkilçisi ilə əvəz etmək mümkün olmur, çünki bu zaman sözün mənasında fərq yaranır.
Məsələn, əkinçilik sözü sənət, məşğuliyyətlə bağlı olduğu halda, əkinlik (ərazi) sözü əlamət, xüsusiyyət bildirir. Lakin biabırçılıq sözü biabır+çı+lıq şəklində kök və şəkiçiyə ayrılsa da, onu “biabırlıq” şəklində işlədə bilmirik.
Düşmənçilik, kasıbçılıq, nigarançılıq kimi sözlərdə isə -çılıq⁴ şəkilçisini hissələrə ayırmaq olmur, çünki ədəbi dilimizdə düşmənçi, kasıbçı, nigarançı sözləri yoxdur.
-lıq⁴ şəkilçisi -çılıq⁴ şəkilçisini o zaman əvəz edə bilir ki, bu və ya digər bir leksik vahidin ifadə etdiyi əvvəlki və sonrakı məna eyniyyət təşkil etsin: kasıbçılıq – kasıblıq, nigarançılıq – nigaranlıq, avaraçılıq – avaralıq və s.
Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü! Hüseyn Cavid
İnsanın ürəyində elə hisslər, elə duyğular var ki, sözlə izhar olunmur. Noyabrın 8-dən – Azərbaycanın incisi Şuşanın qayıdışından sonra həmin ovqatda, həmin vəziyyətdəyəm… İllərdi 8 rəqəmi ağrıya dönmüşdü ürəyimdə. Şuşadan başladı bu ağrı – 1992-ci ilin 8 mayından. 2001-ci ilin 8 sentyabrında qayınanam bu dünyayla vidalaşdı. 2011-ci ilin 8 avqustu qardaşım Yusifi ayırdı bizdən. 8 noyabr ömrümüzə elə gəldi, sevinci yazılara, kitablara sığmaz…
Televiziyanın bütün kanallarında yayımlanan Ali Baş Komandanın Şəhidlər Xiyabanında üçrəngli bayrağımızın qarşısında əsgər formasında çıxışı, sinəsində “ŞUŞA İŞĞALDAN AZAD EDİLDİ” sözləri… Nə hala düşdüyümü xatırlaya bilmirəm. Hönkürdümmü, qışqırdımmı – bilmirəm. Bildiyim odur ki, Xan Şuşinskinin məşhur “Şuşanın dağları” şərqisini “Şuşanın dağları başı bayraqlı” kimi oxumağa başladım. Diqqətim yenə televizora yönəldi. Ali Baş Komandanın Ulu Öndərin məzarı önündə hesabat verirmiş kimi söylədiyi “MƏN XOŞBƏXT ADAMAM Kİ, ATAMIN VƏSİYYƏTİNİ YERİNƏ YETİRDİM” kəlmələri.
Demə, həmin gün Heydər Əliyevlə Zərifə xanımın toy günü imiş. Ata-anaya bundan böyük hədiyyə nə ola bilər?! – Qarabağın şah tacı Şuşamızın azadlığı xəbəri… Heydər Əliyevin də tam əminliklə söylədikləri öz həllini tapdı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ananın südü, atanın nəsihəti halal olsun Sizə Ali Baş Komandan! Başqa nə deyə bilərəm?!
İLHAM ƏLİYEV – Qarabağ boyda problemin QARABAĞ adlı zəfər müjdəli Qələbənin memarı, müəllifi, adı tariximizə qızıl hərflərlə düşəcək şanlı sərkərdə! “İlk gündən söz vermişdim ki, düşməni sonacan qovacağıq. Dedim və elədim. Biz tarixi ədaləti bərpa edirik. Bizim işimiz haqq işidir. Biz qalib gələcəyik.” deyən Kişi oğlu Kişi. Ali Baş Komandan savaş başlayan gündən – sentyabrın 27-dən yeni tarix yazırdı. Hər gün ordumuzun qələbə xəbərilə bizi müjdələyirdi. Mən isə həmin gündən hər günün uğurlarını qeyd edərək bir növ gündəlik yazırdım. Son nöqtəni Şuşa işğaldan azad olunan gün, tam qələbə günü qoyacağıma söz vermişdim. Nə edim ki, əhdimə hələ əməl edə bilmirəm. Şiddətlə vuran ürəyim sanki ovcumun içindədir. Hələ ki, həyəcandan sevincin böyüklüyünü qədərincə həzm edə bilmirəm. Tanıyanlar bilir ki, nə pafoslu danışmağı sevirəm, nə də yazmağı. Amma indi ən təmtəraqlı sözlərlə yazıb ürəyimi boşaltmaq istəyirəm. Etiraf edirəm ki, bacarmıram. Yazı-pozu adamları sevdiyin insan barədə söz deməyin çətinliyini yaxşı bilirlər. Həmin çətinlik qarşısında qalmışam. Sevgim, sevincim – QƏLƏBƏ! Bu QƏLƏBƏni bizə yaşadan fateh sərkərdə İLHAM ƏLİYEV və rəşadətli, müzəffər AZƏRBAYCAN ORDUSU! Deyirlər, əsl məhəbbət şərh olunmur. Elə bu səbəbdəndir ki, fikirlərimin şərhini verə bilmirəm… Amma bir kitab yazacaq qədər doluyam. 200 ildi Azərbaycan xalqı torpaq verirdi. Bu müddətdə ilk dəfə öz tarixi yerlərini geri aldı. 30 ildi bu günü gözləyirdik. I Qarabağ müharibəsində şəhid olanların qisasını elə onların öz övladları aldılar. Həmin illərdə doğulanların əksəriyyəti oğlan uşaqları idi. Məlumdur ki, böyük qələbənin önündə Ali Baş Komandan gedirdi. 44 günlük savaş günlərində Azərbaycan xalqı rəhbərini sanki kəşf etdi, yenidən tanıdı. Ölkə başçısı Azərbaycan tarixini necə dərindən bilirmiş. Hərtərəfli intellekt səviyyəyə malik, mükəmməl diplomatik savada, məntiqi düşüncəyə malik müdrik şəxsiyyət. Dünyanın aparıcı telekanallarının, media nümayəndələrinin qərəzli suallarına rus, ingilis, türk dillərində səlis, sərrast, cəsarətli cavabları adamı heyrətləndirirdi. Lider-xalq sevgisi, birliyi olmasaydı, qələbə də bizdən uzaq olardı. “Hər bir insan olduğu yerdə əsgərdir” deyən sərkərdə öz haqqı uğrunda döyüşən ölkənin, rəşadətli ordunun baş əsgəri idi. Düşünürəm, 44 gündə normal yuxuya getdiyi oldumu? Qələbə çalacağını dünyaya bəyan etmək əlbəttə, asan məsələ deyildi. Şükür, Allah-təala haqq işimizdə sərkərdəmizə və xalqımıza yardımçı oldu. Bilmirəm, fikir vermisiniz, ya yox – tanıdığım ölkə başçıları arasında ən ucaboylu bizim Prezidentdir. Nə xoş ki, haqq işində qalib gəlməklə başı da uca oldu.
“Hər kəs bizim gücümüzü gördü. Həm döyüş meydanında, həm siyasət müstəvisində. Yumruğum yalnız düşmənin bağrını yarmaq üçün deyil. Yumruğum birliyimizdir. Alınmaz qala sayılan mədəniyyət beşiyi Şuşanı qısa müddətdə və az itkiylə almaq yalnız rəşadətli ordumuzun fədakarlığı sayəsində oldu”. Fikirlərimi yazarkən müxtəlif telekanallar fateh sərkərdəmizin müdrik fikirlərini təkrar-təkrar səsləndirir. Vətənə sevgi bu insanın ən böyük məziyyətlərindəndir və qətiyyətlə deyirəm ki, onun bu məziyyəti qanla, südlə gəlmədir. Kadrları dəyişir. Ulu Öndərlə bağlı süjetlər göstərilir. “Azərbaycanın möcüzəli gözəli Şuşanın işğal altında qalması mənim üçün əzabverici haldır. Azərbaycan tarixinin ən parlaq qələbəsi Qarabağımıza qayıtmaq olacaqdır”.
Bu sözləri Ulu Öndər çox böyük ağrıyla söyləyir. Bu vəsiyyəti təkcə övlad yox, siyasi varis kimi yetirməsi İlham Əliyev yerinə yetirəcəkmiş. Nə xoş!!! Sonra qədim Şuşanın bəxtəvər günlərindən süjetlər… Vaqifin məqbərəsi açılır. Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət adamları Ulu Öndərin ətrafında tarixi bir gün yaşayırlar… Xalq şairi Nəriman Həsənzadə şeir oxuyur… Şuşaya qar yağır… Yaxşı ki, lent yazılarının ömrü insan ömründən etibarlıdır. Dünənə qədər o süjetə baxanda ürəyimə qar yağırdı. İndi isə… bəxtəvər günlərin qabaqdadır, Şuşam mənim! Ayın 8-dəki yaşantılarımı indi nisbətən ayıq başla çözələyirəm. Əməkdar həkim Sevda Nəsrullayeva, şair-publisist Zakirə Allahverdiyeva, tələbə yoldaşlarım – Borçalıdan Yetər Əsgərova, Beyləqandan Ramella Orucova, Qəbələdən Bibixanım İsayeva, Kürdəmirdən Yaqut Bahadurqızı, Lənkərandan bacım Aliyə, gəlinimiz Aytən, qardaşım Yusifin tələbə oğlanları Bəhram və Mehdi… dedikləri yadımda deyil. Çünki üzümdə göz yaşları, ürəyimdə həyəcanlı döyüntülər… İradə bacım İstanbulda qələbə şərəfinə açdığı süfrəyə bütün türkdilli xalqların nümayəndələrini dəvət etmişdi. Videolentdə qonaqlarının xoş təəssüratlarını göndərmişdi. Qazaxıstandan dayım qızı Məlahət Səfərovanın sevinc həyəcanı isə məni də üstələmişdi. Elə bilirəm qürbətdə yaşayan soydaşlarımızın Vətənə sevgisi bir ayrı cürdür… 1991-ci il noyabrın 2-dən 12-dək orda olduğumdan bunun canlı şahidiyəm. Məlahət Lənkərandan Cambul vilayətinin Çu şəhərinə gəlin köçdü. Mən də, bacısı Gülnaz da onunla bərabər toyuna getdik. Orda yaşayan azərbaycanlıların əksəriyyətilə görüşdüm. Qayıdandan sonra görüş təəssüratlarımı yazıb, müxtəlif mətbu orqanlarda dərc etdirdim. Sonra kitabıma saldım. Telefon danışığımızdan sonra kitabımı götürüb vərəqlədim… Biz Qazaxıstanda olanda 20 Yanvar hadisələrindən 2 ilə yaxın vaxt keçmişdi. Soydaşlarımız Vətəndən ötrü çox nigaran və narahat idilər. Bunu yazıdakı başlıqlardan da aydın görmək olar: “Qanlı Yanvarın uzaq sədası”, “Qarabağ həsrəti, Qarabağ dərdi”, “Qəribə talelər, oxşar talelər”, “Bizim ellər yerindəmi?”, “Mirxan babanın qəmli hekayəti”, Cümşüd kişinin “Segah” yanğısı” və s. Məlahət sevincək bildirdi ki, 1991-ci ilin 9 noyabrı – toy günüm təqvimin adi günlərindən biri idi. Sonralar isə müstəqil Azərbaycanın Bayraq günü oldu. 8-dən sonra isə Bayraq günü əsl bayrama çevrildi. Məlahət sonbeşik qızı Esmiranın milli paltarda, nəvəsi Ramazanın üçrəngli bayraqlı şəkillərini göndərdi. 30-32 il öncə yaxın tarixdir. Mən də, həyat yoldaşım da həmin ağrılı günlərin canlı şahidləriyik. 20 Yanvar qırğınının deyərdim ki, iştirakçılarıyıq. Yəqin ki, yaşamaq qismətimiz, bu günlərin sevinclərini görmək qismətimiz olduğundan sağ qalmışıq. Arzularımızın çin olacağı günləri görəcəyimizə görə Tanrıya şükürlüyük. Rəfiqələrim hər zaman yarıciddi-yarızarafat deyirdilər ki, sən əvvəllər qarabağlı olduğunu bunca bəyan etmirdin. Söyləyirdim ki, nə qədər Qarabağsızıq, hamımız QARABAĞlı olmalıyıq.
Həmin gündən – sentyabrın 27-dən 50 milyonluq azərbaycanlının hamısı QARABAĞlı, QARABAĞçı idi. Dünya gözəli Şuşa azadlığa çıxan gündən, Qələbə xəbərini eşidən gündən dünyanın bütün azərbaycanlıları zəfər yürüşünə çıxdılar. Gecə-gündüz bilmədən ölçüyəgəlməz sevinci ayaqüstə alqışladılar. Jurnalist həmkarım İltifat Əhmədov Moskvada yaşayan qızı Məhəbbətin uşaqlarının şəkillərilə məni təbrik etdi. Ailədə milli ruh hakimdir, islami dəyərlər hifz olunur. İltifat müəllim nəvələri Kərbəlayi Məhəmmədəli Hacı Pərvin oğlunun və Rüqəyya Mehdiyevanın bayraqlı şəkillərilə məni sevindirdi. Var ol, Ali Baş Komandan! Var ol, Azərbaycan Ordusu! Ruhunuz şad olsun, qanı yerdə qalmayan əbədiyaşar şəhidlərimiz! Biz sizin hamınızı tanımırıq. Amma hər birinizə bütün ömümüz boyu borcluyuq. Hər birinizin qəhrəmanlığı bir həyat hekayətidir. Bu qəhrəmanlıqlar yazılıb gələcək nəsillərə çatdırılmalıdır. Şəhid anaları, analıq haqqınızı bizə halal edin. Qələbə sevincini bizə yaşadan cəsur əsgər! Sənin şücaətin Qərb mətbuatının nümayəndələrini də heyrətləndirib: “Belə döyüş, belə dövlət, belə Vətən sevgisi görən olubmu – demək çətindir. Dağ yuxarı şəhid olmuş yoldaşı çiynində, döyüşə-döyüşə, qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralını, nə öləni əldən buraxmırdılar. Nəfəs almadan Şuşaya çatdılar…” Şuşaya belə nail olduq – qan bahasına! Azərbaycan əsgərisə dünyaya bəyan edir: “BİZ AZƏRBAYCANLIYIQ! BİZ QARABAĞLIYIQ! BİZ BÜTÖVLÜKLƏ TÜRKÜK! KİŞİLİK ALNIMIZA YAZILIB”. İzaha ehtiyacı olmayan min faizli həqiqət!
Mehriban xanım! Dünyamızın “Qızıl ürək”li, Xoşməramlı səfiri, ölkəmizin I Vitse Prezidenti! İlham Əliyevin hərtərəfli sirdaşı və mənəvi silahdaşı. Qoşa qanadınız xalqımızın üstündən əskik olmasın. Humanistliyinizin sorağı dünyanı dolaşır. A qızım, Millət də mehribanlaşır, Mehriban dedikcə sənin adına. N.Həsənzadə (Amma Paşinyanın arvadı özü kimi quldurbaşıları ətrafına yığıb onlara insan öldürməyi məşq elətdirir.) Ötən həftə Azərbaycan Radiosunun “Gəl səhərim” verilişinin canlı bağlantısındakı müsahibədə söylədim ki, bu gün Azərbaycan xalqı bütövlükdə bir ordudur – cavanlı-qocalı, kişili-qadınlı… Sərkərdəsi – Ali Baş Komandan – İlham Əliyev! Lənkəranda doğulsam da, ata babam şuşalıdır. Talış xanlığının dəvətilə Lənkərana gələn Sadiq bəy Mehmandarovdan sonra babamgil – iki qardaş Lənkərana köçüb. Tarixi saxtalaşdıra bilmərəm – qohum olublar, dost olublar, deyə bilmərəm. Ümumiyyətlə, Mehmandarovların Lənkərana gedişindən sonra xeyli şuşalı ora köçüb. Mətləbdən çox uzaqlaşdım.
Mehmandarovların soyadını təsadüfən çəkmədim. I Dünya müharibəsinin komandanı, artilleriyanın atası adlandırılan, müstəqil Azərbaycanın ilk Hərbi naziri Səməd bəy Mehmandarov Lənkəranda dünyaya göz açıb. Ümumiyyətlə, Cənub bölgəsi tarixən hərb xadimlərilə məşhur olub. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov! Amma bu şəxs ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı almasının sevincini yaşaya bilməyib. Kimdi səbəbkarı? – xain ermənilər tarix boyu xalqımızın düşməni olub. Nə xoş ki, Azərbaycan əsgəri bütün bunların da qisasını alıb… Deyirlər, aslan olan yerdə çaqqal qaçıb gizlənər. Amma öz millətinin düşməni olanlar çaqqal qədər də deyil. Ordusu ordumuzla deyil, mülki əhali ilə döyüşür. Amma bizim Prezidentin reytinqi bu gün yüz faizdir. İnanmıram, dünyanın hansı ölkəsindəsə bunca lider-xalq birliyi ola. Prezident xalqın ən sevimli insanıdır. O bəxtəvər tarixi günü adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq sərkərdə gözlədiyimizdən də tez yaşatdı bizə. Əlbəttə, müdrikliyi sayəsində, qətiyyəti sayəsində, diplomatik savadı, ən başlıcası sağlamlığı bahasına.
Bütün dünya qarşısında qələbə çalacağını bəyan etmişdi. Sözünü kişi kimi dedi və nail oldu. çünki nəfəsi haqqdan gəlirdi. 2019-cu ilin oktyabr ayında cənab Prezident Soçi şəhərindəki Valday beynəlxalq diskussiya klubundakı iclasda çox böyük inamla “Qarabağ Azərbaycandır! Nida!” söyləmişdi. Böyük inamla söylənilən bu sözləri həmin ayda çapa imzaladığım “Söz” jurnalının manşetinə çıxardım.
Gümanımda yanılmadım. İnamım çin oldu. İndisə uca səslə deyirəm – Zəfərin mübarək, Azərbaycan! Nida!!!
Bu yaxınlarda Şəkər Aslanın arxivinə baxarkən iki məktub diqqətimi cəlb etdi. Hər ikisi əbədiyaşar Xalq şairi Məmməd Arazın imzası ilə. Biri 1967-ci ildə Şəkər Aslana ünvanladığı cavab məktubudur. Yəqin ki, Şəkər Aslanın məktubu da Məmməd Arazın arxivində qorunur və ya heç qalmayıb…
İkinci məktubun yazılmasının isə canlı şahidiyəm. Lənkərandan Bakıya gələndə Şəkər Aslan “Evə məktub” adlı kitabını Məmməd Araza çatdırmağımı xahiş etdi. Məmməd Araza çatdıranda şair kitabın bəzi səhifələrinə “quş” qoyaraq vərəqlədi. Bildim ki, nəsə yazacaq. Növbəti həftə “Azərbaycan” nəşriyyatına gedəndə Məmməd müəllim makinadan çıxmış yazını mənə oxutdu. Kövrəldiyimdən təşəkkür etməyə söz tapmırdım. Və yazını zərfə qoyub Şəkər Aslana ünvanladıq. “Sən bölgə şairi deyilsən, ölkə şairisən”.
Bu həmin dövr idi ki, Şəkər Aslan 22 il işlədiyi doğma “Lənkəran” qəzetindən uzaqlaşdırılmışdı. “Söz” jurnalının təsis olunmasına isə aylar qalırdı.
Məmməd Arazın qayğısı, xeyirxahlığı sayəsində çoxlarının taleyinə işıq düşüb. Bunun şahidi çox olmuşam. Əksəriyyəti bu xeyirxahlıqları unutsa da, Şəkər Aslan bu təmənnasız qayğını, diqqəti ömrünün sonunadək minnətdarlıqla yad edirdi.
Bu gün dönə-dönə oxuduğum məktubların müəlliflərinin heç biri həyatda yoxdur. Amma hərarət dolu, səmimi məktublar qalır. Nə xoş ki, yazılanların ömrü onları yazanların cismani ömründən uzundur. Bir də ki, bu məktublarda onların xətti, yazı üslublarıyla yanaşı, həmin anlardakı ovqatları da aydın seçilir. Bu məktublar o zaman üçün iki şəxs arasında olan söhbət idi. İndi isə o məktublar, o yazılı söhbətlər hamıya ünvanlana bilər. Məktublarda ötən əsrin həmin dövrünün ab-havası var, tarixi var. Şəkər Aslan Məmməd Arazın Lənkəran Dövlət Dram Teatrında keçirilən 60 illik (1993) yubileyində çıxış edib və yubilyara həsr etdiyi şeirini oxuyub. Fikirlərini çıxışında ürək genişliyilə əks etdirərək şairə minnətdarlığını bildirib.
Haqq dünyasında olan hər iki şairin doğum günü oktyabr ayındadır. Hər ikisinin ruhuna rəhmət diləyərək məktubları oxucuların ixtiyarına veririk.
Sevda Əlibəyli
Şəkərcan, salamlar!
Məktubunu alıb sevindim. Mən yaza bilməyəndə, yazmağa vaxtım olmayanda, istəyimcə yazmayanda çox bədbin oluram, yata bilmirəm, əsəbi hal keçirirəm. Belə vaxtlarda dostların məktubu məni tərpədir, düşünürəm ki, heç olmasa bir adamın yadında varam, bir adam üçün yaşayıram, bir adama təsəlli verə bilirəm.
Həm məktubun, həm qəzetdəki rəyin məni sevindirdi. Təşəkkür edirəm. İndi gənclər şöbəsi “Azərnəşr”dən ayrılıb ayrı nəşriyyat olduğundan bizdən (bizim şöbədən) bir sıra əlyazmalar ora verilib (siyahı ilə). Vəziyyəti öyrənərəm (mən bu gün evdəyəm, odur ki, doğru məlumat verə bilmirəm), bizdə qalıbsa özüm məmnuniyyətlə redaktə edərəm; ora da verilsə, yenə narahat olmaya bilərsən, hamısı öz yoldaşlarımızdır. Bir də, sənin kimi şairi hər vicdanlı kəs ürəklə redaktə etməyə sevinər.
Bakının havası çox bulanıqdır: yağır, kəsir, gün düşür, külək qopur və s. (elə ədəbi havası da ondan betərdir).
Arzu edirəm ki, yeni şeirlərlə Bakıya gələsən, bizi sevindirəsən. Mən də ara-sıra yazıb-pozuram. Ancaq istədiyim yazıları çap eləmirlər. Mən isə istəyimi ütüləyə bilmirəm. Belə gedişlə də bir yana çıxmaq çətindir. Nə isə, sağlıq olsun. Nə yaxşı ki, sabaha ümid var.
Hörmətlə: qardaşın Məmməd Araz.
30.I.67
bəxtəvərliyə qovuşan şairlərdənsən. Sənin arxanda böyük xalq dayanır, sən bölgə şairi deyilsən, sən ölkə şairisən. Vaxtı ilə Sovetlər birliyi adlanan respublikaların əksər xalqlarının dilində sənin şeirlərin səslənib, dünya dillərinin çoxunda şeirlərin ünvan tapıb, hələ bundan sonra sənin şirin dilin yeni-yeni ünvanlar tapacaq.
“Şəki” şeirində yazırsan:
Abidə yazıdır daşın, divarın,
Demə saralacaq, demə solacaq.
Belə bir dünəni olan diyarın
Gör indi sabahı necə olacaq!
olan səadət deyil. Neçə illərdir ki, sənin təptəzə poeziyandan zövq alan, onu ürəkdən təbliğ edən qələm dostlarından biri də mənəm.
“Daş” şəkilçisi ilə yaranan və əsasən, birgəlik bildirən xeyli söz var: “vətəndaş”, “yoldaş”, “qardaş”, “sirdaş”, “tərəfdaş”, “yurddaş”, “yandaş”… Bu şəkilçinin imkanından daha yaxşı istifadə edə bilərik. Tənqid və təklifləriniz üçün bir neçə yeni söz yazıram:
1. Ömürdaş: “Arvad”, “həyat yoldaşı” sözünə xeyli irad görürük. Anadolu türklərinin işlətdiyi “eş” də gözəl sözdür, xüsusən də qadınlarla kişilərin bərabərliyi baxımından. Qəbul etsək, təəssüf ki, [“eş”in məlum sözlə assosiasiyası bu sözün işləkliyinə əngəl olacaq” – N.M.].
2. Gündaş: Ad(d)aş sözümüz var, eyni adı daşıyanlara deyirik. Eyni gündə doğulanlara «gündaş» deyə bilərik. Bu qəlibdən istifadə edib, “aydaş”- eyni ayda doğulanlar”, “ildaş” – eyni ildə doğulanlar sözlərini yaratmaq olar. Şühbəsiz, bu sözlərin işləkliyi dar olacaq, amma bədii mətndə hərdən lazım olur.
3. Işdaş: “Həmkar”, “iş yoldaşı”, “kolleqa” – heç birinə etirazım yoxdur, əksinə, sinonimlərin çoxluğuna sevinirəm. (Bu sözü artıq hər yerdə işlədirəm, məncə, adamlar vərdiş edir)
4. Ruhdaş: Eyni ruhlu adamlar, ruh əkizləri. “Ruh” sözünün ərəbcə olduğuna irad bildirən olsa, “tindaş” variantni müzakirə edə bilərik. “Tin” – qədim türkcədə “ruh” deməkdir.
5. Nurdaş – “nur” (işıq, şölə) ərəb sözüdür, ehtimal ki, ərəblər də şumerlilərin “inuri” (işıq, aydınlıq) sözündən götürüblər. “Nurlanma, aydınlanma dostları” mənasında işlənə bilər. Söz sufilər, buddistlər, krişnaitlər üçün maraqlı ola bilər.