AYNI OYUN BU GÜN DE TEKRARLANIYOR SÜMERLİ LUDİNGİRRA’NIN MEKTUBU
Üç bin altı yüz yıl öncesinden size bir mektup var deseler tepkiniz ne olurdu?
Sümerli bir şair ve öğretmen olan Ludingirra binlerce yıl öncesinden bize bir mektup yazmış.
Mektubunda şunları söylüyor;
“Ben bir Sümerli öğretmen, şair ve yazarım.
Yaşım yetmiş beşi bulduğundan öğretmenliği bıraktım fakat şairlik ve yazarlık ölünceye kadar sürecek.
Bu yaşam öykümü daha çok gelecek kuşaklar için yazmaya başladım.
Bizim ulusumuz, dilimiz, geleneklerimiz, sosyal yaşantımız, sanatımız unutuluyor artık.
Bu güzel ve uygar ülkemize heryerden göz diktiler.
Göklere uzanan basamaklı kulelerimizin, görkemli tapınaklarımızın, arı gibi çalışan çarşılarımızın, her tarafa ulaşan kervanlarımızın, dümdüz uzanan yollarımızın, bol ürün veren tarlalarımızın, nehirlerimizde ve açtığımız kanallarda salına salına yüzen teknelerimizin, her türlü bilgiyi veren okullarımızın ünü uzak ülkelere kadar yayıldığından; ilkel olan bu ülkelerin halkı kıskandı bizi.
Biz yaptık, onlar yıktılar; biz yaptık, onlar yaktılar. Halkımız hatta krallarımız tutsak oldu.
Ailelerimiz dağıldı. Tarlalarımız, bahçelerimiz bakımsızlıktan kurudu; hayvanlarımız açlıktan öldü ve böylece kökü binlerce yıl önceye dayanan ulusumuz yoruldu, dayanamayacak hale geldi ve içimize yavaş yavaş sızıp bizi yiyen yabancıların kucağına bırakıverdi kendini.
Onlar yönetiyor bizi şimdi. Topraklarımıza ilkel geldiler; sayemizde uygar olmaya başladılar. Ne yazıdan, ne tarımdan, ne sanattan, ne dinden, ne okuldan, ne attan, ne arabadan, ne aydan, ne yıldan haberleri vardı.
Hepsini bizden öğrendiler. Sonra da “biz yaptık, biz bulduk” diye övünmeye başladılar.
Hep korkuyorum, bir gün gelecek, adımız da uygarlığımız da unutulacak. Biz ne yaptık, ne başardıysak hepsini onlar üstlenecekler.
Bu durum beni yıllardan beri üzüyordu. Ben küçük bir adamım, bunu önlemek elimden gelmez diye yakınıyordum. Bir gün aklıma geldi.
Ben bir yazar olduğuma göre; ulusumuzun bulduklarını, başardıklarını, geçmişini, geleneklerimizi yazmaya karar verdim. Böylece herkese ulaşacağını umut ediyorum.
Bizim uygarlığımız belki binlerce yıl sonra yaşayan insanlara da geçecek. Bizim attığımız temeller üzerine yenilerini koyacaklardır.
Ah! Onlar da bizi hatırlayıp bıraktığımız kültür mirasları için teşekkür edebilseler!..”
Muazzez İlmiye Çığ
Şairin asıl adı Lu-diĝira . Tableti ilk okuyan Civil, Miguel, “The ‘Message of Lú-dingir-ra to His Mother’ and a Group of Akkado-Hittite ‘Proverbs'”, Journal of Near Eastern Studies 23 (1964), 1-11. Teşekkürler Sebahattin Karaçay
Bu gün sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi, Şuşa şəhərinin qurucusu Pənahəli xanın nəticəsi, əsərləri Azərbaycan Respublikasında dövlət varidatı elan edilən görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın doğum günüdür.
Mehdiqulu xan qızı Xurşidbanu Natəvan Cavanşir (06.08.1832 – 01.10.1897) Şuşada dоğulub. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını verib. Xurşidbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlığının sоnuncu vərəsəsi оlduğu üçün, оnu sarayda “Dürrü yekta” (“Tək inci”), el arasında isə “Xan qızı” çağırıblar.
Xurşidbanu ana tərəfdən Gəncə hakimi Cavad xanın nəslindəndir; anası Bədircahan bəyim Cavad xanın nəvəsi, Uğurlu bəyin qızıdır.
Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri оlub. Məktəb yaşına çatdıqda isə evdə, dövrün alim və sənətkarlarından dərs almağa başlayıb. Məşğələ zamanı Xurşidbanu “Quran” ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış оlub. XIX yüzildə kübar ailələrin uşaqlarına bir qayda оlaraq dоğma dillə yanaşı, ərəb və fars dili də öyrədildiyindən, Xan qızı da bu dilləri öyrənib, оnların vasitəsi ilə klassik şeirin qayda-qanunlarını mənimsəyib. О, gərəkən dərəcədə bilik əldə etdikdən sоnra, ardıcıl surətdə mütaliə ilə məşğul оlub. Dahi Şərq şairlərin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları Xurşidbanunu klassik ədəbiyyata bağlayıb.
Natəvanın dünyagörüşünün, bədii zövqünün fоrmalaşmasında yaxın və uzaq qоhumlarının əməyi az оlmayışb. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşidbanuda şeir-sənətə marağı qüvvətləndiriblər.
Xarici və daxili durumun ciddi surətdə gərginləşməsi ilə bağlı, xan ailələri üzərində nəzarətin gücləndirildiyi bir vaxtda Xurşidbanu, Vоrоntsоvun şəxsi yavəri kumık türklərindən Xasay bəy Usmiyevlə ailə həyatı qurub. 1850-ci ilin payızındakı toylarından sonra, Xasay bəy Xurşidbanunu Dağıstana öz doğma kəndinə, оradan da Tiflisə aparıb.
Həyatının çiçək açdığı bir dövrdə Xurşidbanu Tiflisdə yaşamalı olub. Şəhərin səfalı yerləri, mənzərələri ona xoş gəlsə də, burada yaşamağa məcbur olduğu və çox vaxtları tək qaldığı üçün sıxılıb, Şuşanın qəribliyini çəkib. Natəvan bu şəhərdə rus, gürcü mədəni cəmiyyətləri ilə tanış olub, özü də milli ənənəsi, kübarlara xas davranışı və üç dildə sərbəst danışması ilə cəmiyyətlərdə maraq oyadıb. Bir sıra vilayət və şəhərlərə səyahətə çıxması Xurşidbanunun təfəkkür dairəsinin genişlənməsinə, dünyagörüşünün yeni çalarlar qazanmasına təkan verib. Vladiqafqaza, Dağıstana, Bakıya, Naxçıvana və b. şəhərlərə səfəri zamanı, o, yüksək rütbəli dövlət qulluqçuları, yazıçı, alim və səyyahlarla görüşüb, fikir mübadiləsi aparıb.
Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik şəxsiyyət olub. O, “Məclisi-üns” ədəbi məclisinin başçısı olub, Azərbaycan mədəniyyətində və ictimai həyatında özünəməxsus izlər qoyub. Bu fenomenin meydana gəlmə¬sinin bir neçə əsas səbəbi vardır. Bunlardan biriincisi, şairin soy köküdür. Yəni, Natəvanda iki böyük nəslin Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı vardır. Adlarını çəkdiyimiz bu iki böyük və şərəfli nəslin hər biri dünyaya bir sıra görkəmli ziyalı gətirib (məsələn, Cavanşir nəslindən Əbülfət xan Tutinin, Qasım bəy Zakirin, Ziyadoğlu Qacar nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və başqa şairlərin adlarını çəkmək olar). Maraqlıdır, ki, Ziyadi Qarabaği və Musahib Gəncəvi vaxtilə Qarabağ bəylərbəyisi olublar. Natəvan yaradıcılığının böyük tədqiqatçısı Bəylər Məmmədov “Natəvanın şair qohumları” kitabında (B., 1989) bu məsələni geniş açıqlayıb. Eyni zamanda, Ziyadoğlu Qacar nəslindən çıxan şairlərdən başqa kitablarda da söz açılıb. M.Füzuli adına Respublika Əlyazmalar İnstitutunun fondunda Müsahib Gəncəvinin “divan”ı saxlanılır və bu əsərin üzərində institutun əməkdaşları elmi tədqiqatlar aparır.
Natəvanın qızı Xanbikə xanım da anasının yolunu davam etdirərək, qəzəllər və rübailər yazıb; onun bir neçə qəzəli Vasif Quliyevin “Dünənə uzanan cığır” (B., 2000) kitabında çap olunub.
Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olub, təkcə Azərbaycanda deyil, bütün Önqafqazda xeyirxahlığı ilə tanınıb. O, kasıblara əl tutub, Şuşaya su kəməri çəkdirib.
Natəvan yaradıcılığa təxminən XIX yüzilin 50-ci illərindən başlayıb. İlk vaxtlar onun “Xurşid” imzası ilə yazdığı şeirlərin çoxu itib-batıb, yalnız az bir bölümü bizə gəlib çatıb.
Natəvanın həzin lirikasında sevimli oğlu Mir Abbasın vaxtsız ölümündən sonra kədərli motivlər daha da güclənib. 1870-ci ildən etibarən şair özünə (köməksiz, kimsəsiz, dayaqsız… anlamında işlənən) “Natəvan” təxəllüsü götürərək, dərin məzmunlu qəzəllərini yaradıb. Onun şeirləri hələ sağlığında dildən-dilə düşüb, əlyazma şəklində yayılıb. Xurşidbanunun şeirlərini məzmun cəhətdən şərti olaraq dörd qismə ayırmaq mümkündür:
-aşiqanə şeirlər, -təbiət gözəlliklərinə həsr edilən şeirlər, -çağdaşlarına yazdığı mənzumələr, -hüznlü şeirlər.
Natəvanın fitri istedadının üzə çıxması və çiçəklənməsinin səbəblərindən biri, Şuşanın təkraredilməz yaradıcı iqlimi və mədəniyyət iqlimi, kübar yaradıcılıq mühiti olub.
Xan qızının poeziyası Azərbaycan xanəndələrini də ruhlandırıb. Böyük sənətkarımız Seyid Şuşinskinin Natəvan haqqında xatirəsində qeyd olunur ki, o, şairin qəzəllərini “Segah” üstündə oxuyarmış; və ondan bəri, demək olar ki, bu günə kimi tanınmış Azərbaycan xanəndələri şairin qəzəllərini oxuyub, ilham alırlar.
Natəvanın yaradıcılıq fəaliyyəti təkcə şeirlə bitmir; o, rəssamlıqla da məşğul olub, həmçinin, onun nəfis əl işləri, müxtəlif türdə tikmələr bacarığı da olub. Onun bədii tikmələri “Gül dəftəri” (1886) adı ilə ün qazanıb.
Əsərləri (“Ağlaram”, “Olaydı”, “Getdi”, “Sənsiz”, “Ölürəm” və b.) dərin səmimiyyəti, incə lirizmi ilə seçilir. Yüksək sənətkarlıq örnəyi olan şerlərində təkrir, qoşma, rədif, məcaz və s. bədii vasitələr məharətlə işlənib.
M.N.Nəvvab, S.Ə.Şirvani və başqaları ona şer həsr edib.
1858-ci ildə xoşbəxt bir təsadüf Bakıda ünlü fransız yazıçısı Aleksandr Düma ilə Xurşidbanunu rastlaşdırıb. Natəvanın həyat yoldaşı Xasay bəyin fransız dilini yaxşı bilməsi onların arasında dostluq telləri yaradıb. Onlar Abşeronda birgə gəzintiyə çıxıb, ayrılarkən bir-birinə qiymətli hədiyyələr təqdim ediblər. Natəvanın Bakıdan Şıx kəndinə daş yol çəkdirməsi haqqında ilk bilgi də, A.Dümanın “Qafqaza səyahət” kitabında öz əksini tapıb.
Şəxsi həyatındakı problemlər, dövranın haqsızlığı, zalımların sitəmi şairi vaxtsız qocaldıb, onu həyat işığına həsrət qoyub. Ağlamaqdan gözlərinin nuru gedib, bədəni taqətdən düşüb və nəhayət həyata gözlərini əbədi yumub… Xurşidbanu Natəvan Ağdamın İmarət qəbristanlığında dəfn olunub. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və müzeylərimizdə saxlanılır.
Əsərləri dəfələrlə kütləvi tirajlarla nəşr edilib.
Xurşidbanu Natəvana, fərqli sənət sahələrinə aid bir çox əsərlər həsr olunub. Xurşidbanu Natəvan poeziyası peşəkar Azərbaycan bəstəkarların əsərlərində öz əksini tapıb. Bunun parlaq misalı kimi, tanınmış bəstəkar, Xalq artisti, professor Vasif Adıgözəlovun Natəvanın sözlərinə yazılmış ünlü “Qərənfil” mahnı-romansını göstərə bilərik. Bəstəkar “Xan qızı Natəvan” operasını da yazıb.
Həmçinin digər əsərləri göstərə bilərik:
Məmməd Rahim – “Natəvan” poeması, İlyas Əfəndiyev – “Xurşidbanu Natəvan” pyesi, Əzizə Cəfərzadə – “Natəvan haqqında hekayələr”, Məmmədov B. “Xurşidbanu Natəvan”, “Natəvanın şair qohumları” və s… Adına küçə, klub, kitabxana və məktəb, paytaxt Bakının mərkəzi yerində heykəli var. Xan qızı Natəvanın (eləcə də, Üzeyir Bəy Hacıbəyli və BÜLBÜLün) Şuşadakı büstləri ermənilər tərəfindən gülləylə deşik-deşik edilib, sonra başqa metal məmulatlarla birgə Gürcüstanda satışa çıxarılıb. Həmin büstlər Azərbaycan maddi mədəniyyət nümunəsi olmaq etibarı ilə Azərbaycana gətirilib və hazırda Ramiz Mustafayev adına İncəsənət Muzeyinin həyətində saxlanılır. (İnşallah Şuşa azad edildikdən sonra, yenidən öz həqiqi yerinə bərpa olunacaq). 2016-cı il fevralın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsinin açılış törəni keçirilib. (Abidənin müəllifi heykəltəraş İmran Mehdiyevdir). RUHU ŞAD OLSUN!
Neçə gündü vətənim, vətənimiz Tovuzda baş verənlərə görə qürbətdə özümə yer tapa bilmirəm. Əslində ölüm yaşında olduğumu da bilirəm, mən ölməliydim, amma amansız ölüm nə yaşa, nə başa baxır… “Kahramanlar can verir yurdu yaşatmak üçün.” Orda Tovuz torpağında neçə-neçə genc əsgərimiz vətən uğrunda can verdi.Onların hər biri bizim üçün əsl qəhrəmanlıq nümunəsi göstərdi. Amma aralarında adı çəkilən birsi vardı: Polad Həşimov! Arxasında buraxıb getdiyi örnək izləri ilə elə bilirəm ki, hər kəsə dürüstlük, qəhrəmanlıq dərsi verdi. Məzarın nurla dolsun, içinin sönməz işığı üzünə yansıyan igidim! Ölümünlə bir nəfərə deyil, milyonlara çox gerçəyi bir daha təsdiqlətdin. Şəhadətinlə sadəcə Azərbaycanı deyil, bütün Türk Dünyasını riqqətə və hərəkətə gətirdin. Ötən gecə gənclərin Azərbaycanın bütün bölglərini bürüyən hayqırışları sənin ölümünlə ölümsüzlük ismarıcının təntənəsi idi. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət elesin.
Bu Vәtәnın nәyi var azı-çoxu döyüşәr, Dağı, daşı, torpağı, varı, yoxu döyüşәr. Neçә şәhid iğidin nakam ruhu döyüşәr, Bir әsgәrә çevrilәr burda hәr mәzar daşı, Yetәrki ayağa qalx, sәn başla bu savaşı!
Ocağının başına çıxmağa yad gözlәmә, Dur, ayaqdan başa çıx, başdan imdad gözlәmә. Andın vәtәnin andı, başqa bir and gözlәmә,- Adın vәtәn adıyla çәkilәrsә yanaşı, Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı!
Bu insan dәnizindә hәr insan bir adacıq, Doğmaca yurdumuzu viran qoydu yad açıq. Haqdı sәni sәslәyәn haqq üçün cihada çıx! Yürü, iğid sәfinin nә arxası, nә başı, Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı!
Beşcә kәlmә sözüm var: Dayan, ey cavan әsgәr! Yoluna uğur deyim, Xan Eyvazım , xan әsgәr! Boyuna göz dikmişәm, boyuna qurban әsgәr! Bu hücumun sonunda ölüm var uzaq başı, Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı!
Ağzımda haqq deyirәm, bu haqq sәsi sәnindir! Hәlә haqqın nahaqla bәhsəbәhsi sәnindir! Dünyanın әn mübarәk qәlәbәsi sәnindir! Bu qәlәbә yolunda nә dayan, nә yavaşı! Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı!
9 iyul yazıçı-publisist, geoloq, böyük yazıçımız Süleyman Rəhimovun oğlu Şamo Rəhimovun doğum günüdür. Xatırlayaq. Ruhu şad olsun.
O, 1931-ci ilin aprelində Xalq yazıçısı Süleyman Rəhimovun ailəsində anadan olmuşdu. Ömrü çox qısa olub – cəmi 34 il! Arzuları içində vulkan kimi püskürsə də, ömrü şeh kimi qısa oldu…
Flora XƏLİLZADƏ, Əməkdar jurnalist:
Orta məktəbdə oxuduğu illərdə şeirə maraq göstərər, ara-sıra ürəyindən keçənləri misraların dili ilə qələmə alardı. Amma atası sevimli oğlunun ədəbiyyat sahəsinə gəlməsini istəmirdi. Süleyman Rəhimov Şamonun fizika-riyaziyyat kimi dəqiq elmlərdə böyük qabiliyyəti olduğunu hiss etdiyindən, təbliğatını həmişə bu istiqamətə yönəldirdi. Şamo atasını eşitdi, amma ilhamına da biganə qalmadı. Hələ məktəbli vaxtlarından şeirlər yazan Şamo Rəhimov gəncliyində də bu sevimli vərdişini davam etdirib. Təqribən 2.000 misradan çox şeir yazmışdı. Bəzən də şeirlərini Kəskin təxəllüsü ilə qələmə alırmış. İndi ondan yadigar qalan şeir dəftərçələrini və vəfatından bir neçə il sonra çap edilmiş “Ayrılıq” adlı kitabını vərəqlədikcə, məni ən çox heyrətləndirən məktəbli gəncin ölüm barəsindəki düşüncələridir: “Ayrılıq nə vaxtdandır oxuyur nəğməsini”. “…Zamanın əsən küləyi ömür çəmənimi tapdayıb biçir” söyləyən xiffətli Şamonun 24 yaşında yazdığı şeirdən bir parçaya diqqət edək:
İstərəm qəlbimə səs verə-verə, Dilim öz halını desin bəşərə. Halım elə səda salsın hər yerə, Nəhrlər, dalğalar, sellər ağlasın, Tufanlar, ormanlar, göllər ağlasın!!.
Həyat eşqli, yaşamaq arzulu bir gəncin şeirlərindəki ölüm hökmünün addımları nədən belə tez görünüb, məni xeyli düşündürdü. Bu dərəcədə hər şeyi əvvəlcədən duymaq hansı hissin təsiridir? Şamonun şeirlərində həm də sevən bir gəncin duyğuları da dil açır, amma bütün sonluqlarda əbədi ayrılığın rüzgarı əsməkdədir:
Yer fırlanır, günəş batır, dayanmadan külək əsir, Kainatı dərk etməyə insan oğlu hey tələsir. Karvan gəlir, karvan gedir, təbiət şən, zaman yorğun, Əlvidalıq yeli əsir, insan isə ömrə vurğun.
Onun erkən yaşlarında yazdığı şeirlərdə zamanın, quruluşun gerçək sifəti də görünür. Çox güman ki, bu da ailə mühitindən, atasının söhbətlərindən, ətrafda olan müzakirələrdən yaranırmış. Cəmi 14 yaşında yazdığı misralara fikir verin: Xalqın mərd oğulları zindanlarda çürüyür, Ölüm vəhşi qurd kimi insanlığa yüyürür.
Məşhur alimlərin səhv etdiklərini aşkarladı Şamo Rəhimov orta məktəbi qızıl medalla bitirdikdən sonra Moskvada M.V. Lomonosov adına Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb. Sonra SSRİ Elmlər Akademiyasının Fizika İnstitutunun seysmologiya üzrə aspiranturasına daxil olub. 1958-ci ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb Onun haqqında çox mükəmməl bir məqalənin müəllifi olan profesdor Qulu Xəlilov yazırdı: “Hələ ali məktəbdə ikən öz parlaq istedadı və cəsarətli mühakimələri ilə fərqlənən Şamonu akademik Otto Yulyeviç Şmidt və professor Yevgeni Fyodoroviç Savaranski kimi görkəmli alimlər yüksək qiymətləndirmiş və xəbərdarlıq etmişlər ki, Qafqaz oğlu, böyük bir döyüşə atılırsan”.
Yer quruluşunun və qabığının öyrənilməsi sahəsində tədqiqatlar aparmaq üçün böyük ingilis fiziki Reley tərəfindən kəşf edilmiş metod uzun illər (80 ildən çox) əsas götürülürdü. Şamo Rəhimovun seysmologiya sahəsinə gətirdiyi yeniliklər nəticəsində isə bir çox məşhur alimlərin səhv etdikləri də aşkarlandı. Gənc seysmoloqun şöhrəti təkcə Qafqaza, Rusiyaya deyil, bütün dünyaya yayıldı. Şamo Rəhimov seysmologiyaya yeni anlayış- “qlobal dalğalar anlayışı” gətirmişdi. Bu qlobal dalğalar bu gün də bütün dünyanaın seysmik stansiyalarında qeyd edilir. Azərbaycan aliminin elmi kəşfi dünya alimlərinin diqqətini çəkirdi. Hətta onu Amerikaya da dəvət etmişdilər. Sovet hakimiyyətinin qadağaları nəticəsində Şamo Rəhimov okeanın o tayında keçirilən konfransa buraxılmadı… Doğrudur, Şamo Rəhimovun əsərləri xarici ölkələrdə çap olunurdu, məşhur alimlər tərəfindən yüksək qiymətləndirilirdi. Amerikalı professor Elvari Filin Şamoya yazırdı: ” Çox təəsüf ki, Sizin dili bilmirəm, Lakin mütləq öyrənəcəyəm. İstəyirəm Sizə doğma dilinizdə təşəkkür edəm. Tədqiqatlarınız gözəl nəticə vermişdir. Bundan sonra Yer qabığının quruluşunu daha asanlıqla öyrənmək olar.”
“AZƏRBAYCANIN SEYSMİK ULDUZU” Azərbaycan seysmoloji elminin banilərindən sayılan Şamo Rəhimovun bu istiqamətdəki axtarışları, tapıntıları barəsində dünya mətbuatında maraqlı məqalələr də dərc edilirdi. Hind mətbuatında Şamo Rəhimovu “Azərbaycanın seysmik ulduzu” adlandırırdılar. Onun 40-dan artıq elmi əsərinin şöhrəti sərhədləri çoxdan aşıb və müxtəlif dillərə tərcümə edilərək bu gün də qiymətli kəşf kimi istifadə olunur. Onun seysmologiya elmindəki kəşfləri ildırım sürətilə bütün dünyanı dolaşdı . Azərbaycanlı alimin kəşfindən sonra bir sıra xarici ölkə alimləri də istifadə etdikləri metodlara tənqidi yanaşmağa başladılar. Uzun illər bütün dünya tərəfindən qəbul olunmuş, ötən əsrin ortalarına qədər də tətbiq edilmiş və Amerika alimi M. Yunq tərəfindən irəli sürülmüş faza sürətlərinin təyinetmə metodundakı yanlışlıqları elmi dəlillərlə əsaslandıran Şamo Rəhimova ABŞ prezidentinin elmi katibi , professor Fyodr Press tərəfindən dəvətlər, məktublar gələrdi. Hətta öz kitablarını da Şamoya hədiyyə göndərərdi. Bundan başqa, seysmologiya ilə bağlı çap etdikləri bülletenləri də Azərbaycana – Şamo Rəhimova göndərərdi. Şamonun ölümündən sonra da bu ənənənə 11 il davam etmişdir. Amerikada elmi problemləri öyrənən cəmiyyətin orqanı “Nauka” jurnalının naşiri Filip Eybelsonun məktubundan: ” Əziz həmkar! Bizim jurnalımız… elmin və texnikanın, həmçinin elmi cəmiyyətlərin qarşılıqlı əlaqə və problemlərinin müzakirəsi üçün Beynəlxalq forum rolu oynayır. Sizi bu cəmiyyətin üzvü olmağa və bizim elmi səylərimizə kömək etməyə ürəkdən dəvət edirik. Əgər siz bizim jurnalın səhifələrində dünyanın bir sıra, eləcə də Amerika alimlərilə elmi əlaqə saxlasaydınız, çox şad olardıq.” Arxivində dünyanın bir çox ölkələrindən gəlmiş belə məktublar çoxdur.
“Şamo Rəhimov respublikanın geniş seysmostatistika məlumatına əsaslanaraq, Yer qabığını öyrənmək üçün yeni metod hazırlayıb tətbiq etmişdir. Yeni metod zəlzələnin əhatə etdiyi sahədə zəlzələ gücünün dəyişilməsi qanunauyğunluqlarını öyrənmək əsasında Yer qabığındakı yarıqları və eyni tipli sahələri ayırmağa imkan verir. Müəllif geologiyanın bir çox məsələlərini də tədqiq etmiş, yeni söz demişdir. O, qeyri-adi güclü zəlzələlərin nəticələrinə görə, ərazilərin seysmik mikrorayonlaşdırılması metodunu irəli sürmüşdür. Bu seysmik mikrorayonlaşdırma metodu seysmologiyada indi mövcud olan bütün metodlardan daha səmərəli və daha sərfəlidir. ” ( “Kommunist” qəzeti,21 iyul 1966).
Ermənilərin xisləti heç xoşuma gəlmədi Yer qatının xüsusiyyətlərini öyrənmək üçün Şamo Rəhimov Qafqazın bütün yaşayış sahələrində tədqiqatlar aparardı . Belə elmi araşdırmaların növbəti ünvanı İrəvan şəhəri olub. Oradan qayıtdıqdan sonra hansı elmi nəticəyə gəlib? Bu barədə elmi bülletenlərdə rəylər var. Diqqətimi çəkən Şamonun dəftərçəsinə yazdığı qeydləri oldu: “Ermənilərin xisləti heç xoşuma gəlmədi. Onlar əhalidən pul toplamaqla məşğuldurlar. Silahlanırlar. Ürəklərindən Dağlıq Qarabağ keçir. “Bizimdir” deyirlər…” Şamo Rəhimov tərəfindən bu xəbərdarlıq diqqət edin, görün nə vaxt -1960-cı ildə qələmə alınıb. Təəssüf ki, amansız əcəlin qara caynaqları Şamonun başının üstünü çox tez aldı. Neçə-neçə arzusu yarımçıq qaldı. Şamo ailə də qurmamışdı. Cəmi 34 il yaşadı. Bütün ömrünü elmə həsr edən bu istedadlı alim neçə kəşfini, yaradacaqlarını özü ilə apardı. Şamodan sonra nələr baş verdi?. Qardaşı adının əvvəlinə onun ismini yazaraq doğmasını bu şəkildə yaşatmağa çalışdı: Şamo Arif. Cild-cild romanların müəllifi Şamo Arif. Atası Süleyman Rəhimov ömrünün sonuna kimi “Şamo” epopeyasının üzərində işlədi. Yoxluğu onu tanıyanları yandırıb-yaxdı. Toy üstündə olan oğlunu itirən Aşıq Şəmşir görün Dədə Süleymana nə yazırdı:
Yanmalıdır yaralıya yaralı Ürəyim alışdı ürəyin kimi. Uzaq olsun qalanların canından, Dirəyim çəkildi dirəyin kimi.
“Biləyim sınıbdır biləyin kimi” deyən Şəmşirin şərikləri çox olub. Məmməd Rahim, Ramiz Heydər, Feyruz Məmmədov kimi şairlər məhz öz sarsıntılarını şeirlə dilə gətiriblər. Şamo Rəhimov Azərbaycanın seysmorayonlaşdırılmasının xəritəsini yaradan əsas müəlliflərdəndir. Şamo Rəhimov seysmologiyaya yeni anlayış “qlobal dalğalar” gətirməklə, bunun əsasında Yer quruluşunun bütünlüklə öyrənilməsinin son dərəcədə səmərəli üsulunu kəşf etmişdir. Mütəxəssislər dəfələrlə qeyd və etiraf edirlər ki, gənc Azərbaycan aliminin bu elmi kəşfi daha dəqiq və sabit elmi nəticələr çıxarmağa imkan yaratmış, Yer kürəsinin quruluşunu daha dərindən öyrənilməsi işinə təkan vermişdir. Onun gördüyü məhsuldar və faydalı işlər müasir seysmologiya elminin inkişafına səbəb olmuşdur. 2 aprel Şamo Rəhimovun doğum günüdür. Heykəltəraş Ömər Eldarovun böyük ustalıqla yaratdığı qəbirüstü abidə elə canlı və mükəmməldir ki…Bir qədər diqqətlə baxdıqda, sanki Şamonun öz səsini eşidirsən: Qəlblərdə sönməyən xatirə qoydum İndi xumar-xumar rahat uyuyum.
Günaydın əziz, dəyərli Dostlarım! Bu gün ulu babamız- klassik şair M.V.Vidadinin övladları, nəvələri və nəticələri haqqında uzun zaman öncə araşdırdığım və özümdə əxz etdirdiyim məlumatları Sizlərin nəzərinə çatdırmağı mənəvi borc bildim. Görən gözləriniz var olsun! Öncədən hər birinizə dərin təşəkkürümü bildirirəm!
_//
Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Molla Vəli Vidadi 1709-cu ildə Şəmkirdə dünyaya göz açmışdır. Şairin uşaqlığı və ilk gənclik illəri Şəmkirdə keçmişdir. Atası Məhəmməd ağa, babası Alı ağa zəmanəsinin qabaqcıl və savadlı adamlarından idilər. Məhəmməd ağa Səfəvilər dövründə İranda yaşayan Həmzə sultanın nəslindən idi. Belə ailədə böyüyən Vidadi kiçik yaşlarından mükəmməl təlim-tərbiyə almışdır. Atasının ölümündən sonra Şəmkiri tərk edib, təhsil almaq məqsədilə Qazağa köçmüşdür. İlk təhsilini Şəmkirdə almışdır. Amma ərəb, fars dillərini mükəmməl öyrənmək üçün bir müddət Qazağın Poylu kəndində yaşamışdır. Təhsil aldıqdan sonra Şıxlı kəndində mirzəlik, katiblik və məktəbdarlıqla məşğul olmuşdur. Məhz buna görə də o, Molla Vəli adı ilə tanınmışdır. Qıraq Salahlı kəndində yaşayan Molla Cəbrayıl Qayıbovun qızı Tükəzban xanımla evlənmiş, Şıxlı kəndində məskən salmışdır. Bu nigahdan şairin altı oğul və iki qız övladı dünyaya gəlmişdir. Ömrünün müəyyən qismini Tiflisdə yaşamış, gürcü çarı II İraklinin katibi vəzifəsində çalışmışdır. 1809- cu ildə doğma kəndi Şıxlıda vəfat etmişdir. Kəndin Gəmiqaya adlanan ərazisində dəfn olunmuşdur.
//
General Əliağa Şıxlinski (1865-1943) “Xatirələrim” əsərində yazır ki, anam Şahyəmən xanım Qayıbova Azərbaycan şairi Molla Vəli Vidadinin qız nəvəsi idi. M.V. Vidadinin qızı Cəvahiri xanım anasının qohumu Mirzə Məhəmməd Qayıbovla ailə qurmuşdur.
//__
Şair və araşdırmaçı Salman Mümtaz ( 1884- 1941) yazırdı: “Molla Pənah Vaqif ilə Molla Vəli Vidadi qohum (quda) idilər. Mərhum Abbas ağa Nazir Qayibov vaxtı ilə mənə demişdir ki, şair M.P.Vaqifin iki qızı – Pəri-Soltan xanım və Mələk-Cahan xanım M.V. Vidadinin oğulları ilə ailəli idilər. Böyük oğlu Müfti Osman Əfəndi Pəri-Soltan xanımla, kiçik oğlu Molla Ömər isə Mələk-Cahan xanımla evlənmişdir. Mələk- Cahan xanım klassik şair Yəhya bəy Qazağinin anası idi. Bu məlumat M.V. Vidadinin nəticəsi general Əliağa Şıxlinski tərəfindən də təsdiq olunmuşdur.”
__//
Müfti Osman Əfəndi Qazax qəzasının Birinci Şıxlı kəndində dünyaya göz açmışdır. XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan şair Molla Vəli Vidadinin oğlu idi.
İlk təhsilini atasından almışdır. Ənənəvi şərq elmlərinə və rus dilinə dərindən yiyələnən Osman Əfəndi gənclik illərində Qazax, Borçalı, Tiflis mühitində mötəbər alim və müdərris kimi tanınmışdır. Qafqazda Öməriyyə (sünni) məzhəbi üzrə ali ruhani – müfti olmuşdu. Qafqaz müsəlmanlarının I müftisi Tacuddin Mustafin vəzifəsindən azad edildikdən sonra, 1842-ci ildə general Yevgeni Qolovinin təklifi ilə Osman Əfəndi Qafqazın (Zaqafqaziyanın) Il müftisi təyin edilir. 1847-ci ilin dekabrında Tiflisdə ilk şiə mədrəsəsi açıldıqdan sonra müfti Osman Əfəndi canişin Mixail Vorontsovun qarşısında oxşar əsasnamə ilə sünni mədrəsəsinin də açılması məsələsini qaldırmışdır. Məhz onun təklifi ilə 1848-ci ildə sünni mədrəsəsinin nizamnaməsi təsdiq edilmişdir.
1849-cu ildə məktəbin təntənəli açlışı olub. Osman Əfəndi həmin məktəbin fəxri hamisi idi. Bu məktəbdə din ilə bərabər dünyəviliyə daha çox üstünlük verilirdi. Tələbələr təhsilə görə vəsait ödəməkdən azad idilər, başqa yerlərdən gələnlər isə mədrəsənin nəzdindəki pansionda məskunlaşmışdılar. Məktəb özü isə məscidin vəsaiti hesabına saxlanılırdı. Qafqazın Avropa ruhlu ilk türk ziyalıları dəstəsinin yetişməsində Osman Əfəndinin böyük rolu olmuşdur. 0, 1850- ci ildə vəfat etmişdir.
//___
Mötəbər din xadimlərindən biri olan Səadəddin Əfəndi Molla Vəli Vidadinin oğul, Molla Pənah Vaqifin qız nəvəsi idi. Atası Osman Əfəndi Qafqazın II müftisi idi. Səadəddin Əfəndi dini təhsilini Şamaxı mədrəsəsində almışdır. 1868- ci ildə Şuşa qəzasına sünni qazisi vəzifəsinə təyin edilmişdir. On il Şuşada fəaliyyət göstərdikdən sonra 1878- ci ildə Qazax qəzasının qazisi vəzifəsinə təyin edilmişdir. Yerli əhalini çəyirtkə ilə mübarizəyə səfərbər etdiyinə görə 1882- ci ildə ll dərəcəli Müqəddəs Anna gümüş medalı ilə təltif edilmişdir. 1888- ci ildə vəzifəsindən istefa etmişdir. 1894- cü ildə Yelizavetpol (Gəncə) qubernatorunun təkidlərindən sonra yenidən Qazağın qazisi vəzifəsini icra etmişdir. Səadəddin Əfəndi Qazağın varlı şəxslərindən biri idi. Birinci Şıxlı və Kəmərli kəndlərində mülkləri, torpaq sahələri, naxırları və qoyun sürüləri var idi. O, 1916- cı ildə vəfat etmişdir. İkinci Şıxlı kənd qəbristanlığında dəfn edilmişdir. Qəbri qardaşı Məhəmməd ağanın qəbrinin yanındadır.
Ailəsi haqqında: Qızı Güləndam xanım Alay bəy Şıxlinski ilə ailə qurmuşdur. Kiçik qızı Badisəba xanım Alay bəyin əmisi oğlu Qiyas bəy Şıxlinski ilə nigahda idi.
Qeyd: Hal-hazırda Qazi Səaddədin Əfəndinin adını onun nəvəsi – BDU- nin müəllimi, fizika- riyaziyyat elmləri namizədi, dosent Səadəddin Əfəndiyev (1952) yaşadır.
__//
Qafqazın din xadimlərindən olan Məhəmməd Əfəndi Molla Vəli Vidadinin oğul, Molla Pənah Vaqifin isə qız nəvəsi idi. İlk təhsilini əvvəl öz atası Müfti Osman Əfəndidən almışdır. Sonralar isə Qafqazın müftisi Taciddin Əfəndidən İslam elmlərinin sirlərini öyrənmişdir. O, 1838- ci ildə Qafqaz Ordusunun Baş Qərargahına işə qəbul edilmişdir. Həmin il ordunun Dağıstan yürüşündə iştirak etmiş və yürüşdə fərqləndiyinə görə 1859- cu ildə ona gizir hərbi rütbəsi verilmişdir. Dağıstan qoşunlarının komendantı general Fezin tabeliyində xidmət edən Məhəmməd Əfəndi Samur, Axta əhalisinə və çərkəzlərə qarşı ordunun apardığı əməliyyatlarda fəal iştirak etmişdir. Buna görə də ona ömürlük təqaüd kəsilmişdir.
Məhəmməd Əfəndi 1845- ci ildə Qafqaz canişini Knyaz Mixail Vorontsov tərəfindən Tiflis cümə məscidinin imamı təyin edilir. O, 1847- ci ildə canişin tərəfindən Qazax qəzasının baş qazisi vəzifəsinə göndərilir.
1852–ci ildə İmperator Coğrafiya Cəmiyyətinə əməkdaş üzv, 1857-ci ildə isə həqiqi üzv seçilmişdir. Knyaz Aleksandr Baryatinski tərəfindən qızıl zəncirli qızıl saatla və brilliant üzüklə mükafatlandırılmışdır. Məhəmməd Əfəndi 1857- ci ildə Qafqazın Öməriyyə məhzəbli (sünni) əhalisinin müftisi təyin olunmuşdur.
İmterator 1861-ci ildə Kutaisiyə gələrkən Məhəmməd Əfəndi ilə görüşmüşdür. Bu görüş imperatorda dərin təəssürat oyatmışdır və ayrılarkən ona gümüş tütünqabı və brilliant üzük bağışlamışdır. 1871- ci ildə imperator tərəfindən qeyri- xristianlar üçün nəzərdə tutulmuş II dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur. Məhəmməd Əfəndi 1872-ci ildə martın 27-də vəfat etmişdir. Məzarı İkinci Şıxlı kəndinin qəbirstanlığındadır.
__//
Abbas ağa Nazir 1849-cu il oktyabrın 9-da Qazax qəzasının Salahlı kəndində maarifçi ailəsində doğulmuşdur. Atası Mirzə Nəbi əfəndi Qayıbov (1810–1869) dövrünün görkəmli maarifçisi idi. “Bəyani-hal” poemasında klassik şair Molla Vəli Vidadinin qız nəvəsi olduğunu nəzmə çəkmişdir. İlk təhsilini məşhur din alimi, əmisi oğlu Mirzə Hüseyn Əfəndi Qayıbzadədən (1830–1917) almışdır. On dörd yaşınadək kənd məktəbində oxumuşdur. Dayısı oğlu Məhəmməd ağanın məsləhəti və köməyi ilə Tiflisdəki “Məvariyi-Qafqaz ruhani idarəsi”nin nəzdində açılmış altı sinifli (üç illik) məktəbə daxil olmuşdur. Üç illik təhsilini bitirdikdən sonra doğma kəndi Salahlıya qayıtmış, 1873-cü ilədək müəllimlik etmişdir. Sonra Tiflisə dəvət olunmuşdur. Zaqafqaziya Ruhani İdarəsində baş katib köməkçisi, baş katib vəzifəsində otuz beş il çalışmışdır. 1910-cu ildən Tiflisdən doğma kəndi Salahlıya qayıdıb məktəbdarlıqla məşğul olmuşdur. 30 dekabr 1919- cu ildə Salahlıda vəfat etmişdir.
//_
Xədicə (Müftizadə) Qayıbova 1893-ci il mayın 24-də Tiflisdə Qafqazın ll müftisi Osman bəy Müftizadənin oğlunun ailəsində dünyaya göz açmışdır. Babası Osman bəy Müftizadə Azərbaycan şairi M.V.Vidadinin oğlu idi. Anası Züleyxa xanım isə XIX əsrdə Tiflisdə məskunlaşan tatar əsilli Terequlovlar nəslinin nümayəndəsi idi. Xədicə xanım ilk təhsilini Müqəddəs Nina Qızlar məktəbində almışdır. 1911-ci ildə Tiflisdə yayılan vərəm xəstəliyi səbəbindən Xədicə xanım atasını, bacısını, və qardaşını erkən itirir. Ona görə də təhsilini yarımçıq qoymağa məcbur olur. Ailəsini itirən Xədicə Müftizadə 18 yaşında ikən Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin oğlu – Nadir Qayıbzadə ilə ailə həyatı qurur. Onlar bir müddət Tiflisdə yaşadıqdan sonra 1919-ci ildə Bakıya köçürlər. X.Qayıbova cümhuriyyət illərində ictimai həyatda çox fəal idi. O, qadınlara təhsil verilməsi ilə bağlı keçirilən layihələrdə iştirak edir, qadınları təhsil almağa yönləndirirdi. H.Z.Tağıyevin X.Qayıbovaya xüsusi hörməti və rəğbəti var idi.
X. Qayıbova sovet ordusunun Bakını işğal etməsindən sonra Azərbaycan SSRİ Xalq Təhsil Komissarlığında Şərq Musiqisi şöbəsinə rəhbər təyin edilir. Həmin illərdə yaradılan Şərq konservatoriyasının banilərindən sayılan Xədicə xanım fortepianoda ifa etdiyi klassik muğam əsərləri ilə qısa zamanda şöhrət qazanır. Şərq və Avropa musiqisinin gözəl bilicisi kimi o, respublikanın mədəni həyatında fəal iştirak edir. Ü. Hacıbəyov, R.M. Qliyer (sovet bəstəkarı), Bülbül, H. Sarabski, M.L. Presman, L. Rudolf, Q. Primov kimi sənətkarlarla əlaqə saxlamış, Azərbaycan musiqi folklorunun toplanmasında böyük xidmətləri olmuşdur.
Cümhuriyyətin süqutundan sonra Azərbaycanın müstəqilliyinə söz verilmişdir, hər kəs öz sahəsində fəaliyyətlə məşğul idi. Bir müddət sonra repressiyalar, təqiblər başlandı. Bu dalğanın içində X. Qayıbova da vardı.
Həyat yoldaşı Nadir Qayıbov repressiya qurbanı olduqdan sonra X. Qayıbova ikinci dəfə ailə həyatı qurur. Lakin bu dəfə də tale onun üzünə gülmür. İkinci həyat yoldaşı Rəşid Qayıbov 1933-ci ildə həbs edilir ancaq təqsiri sübuta yetirilmədiyindən azad edilir. Təqiblər səngimir. Bu dəfə də sovet hüquq-mühafizə orqanları şübhəli şəxs qismində X.Qayıbovanı 3 ay müddətinə həbs edirlər. O, da həyat yoldaşı kimi casusluqda ittiham olunurdu. Onu əks-inqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırırlar, amma heç bir sübut, dəlil olmadığına görə həbsdən azad edirlər.
1934-ci ildən Xədicə xanım Dövlət Konservatoriyasında elmi fəaliyyətlə məşğul olmağa başlayır, konservatoriyanın tədqiqat heyətində çalışır. Missiyası Azərbaycanın musiqi mirasının araşdırılması idi.
Çox keçmir ki, 1937-ci ildə X.Qayıbovanın həyat yoldaşını yenidən həbs edirlər. Rəşid Qayıbov bu dəfə geri qayıtmır. 1938-ci ildə qətlə yetirilir.
16 mart 1938-ci il tarixində Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsinin lll şöbə rəisinin müavini leytenant Tevosyan belə bir sənəd tərtib edir:
“Türk və İngilis qərargahları Bakıda olduqları zaman X.Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra X.Qayıbova evində Müsavat partiyasının başçılarından olan Mustafa Vəkilovu gizləmiş və onun qaçması üçün şərait yaratmışdır. M. Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-ci ildə X.Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. O, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edir. X.Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatın üzvü kimi həbs edilmişdir. Göstərilənlərə əsasən, X.Qayıbova həbs edilib, Azərbaycan SSR CM-nin 68 maddəsinə əsasən istintaqa cəlb edilməlidir.”
X. Qayıbova həbs olunan zaman oğlu Abdulkərimin 23, qızı Alanqunun 12 yaşı var idi.
1938-ci ildə 9 dəfə dindirilən Xədicə Qayıbova dindirilmə zamanı heç kimin əleyhinə ifadə verməyib və güllələnməyə rəvac verən heç bir ifadəsi olmayıb. Ancaq mayın 8-də müstəntiq Tevosyan 23311 nömrəli istintaq işi üzrə ittihamnamə tərtib edir. X.Qayıbova Azərbaycan SSR CM-nin 68-ci maddəsi ilə müqəssir sayılır.
Altı aydan sonra belə qərar çıxarılır: “Qayıbova Xədicə Türkiyə konsulxanası ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə güllələnsin, şəxsi əmlakı müsadirə edilsin.” Xədicə Qayıbova 1938-ci il oktyabrın 27-də Türkiyə konsulluğu ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnib. 1956-ci ildə X.Qayıbova ölümündən sonra bəraət almışdır.
Türk aviasiya tarixinin qeyri-adi siması – Vecihi Hürkuşun ruhuna sayğı və ehtiramla.
Vecihi Hürkuş 6 yanvar 1896-cı ildə İstanbulda gömrük müfəttişi Faham bəyin ailəsində dünyaya göz açmışdır. Atası gənc yaşlarında vəfat etdiyindən kiçik Vecihini anası Zeliha xanım böyüdür. Tophanə Sənət Məktəbində təhsil alır..
Məktəbi bitirdikdən sonra könüllü olaraq Balkan savaşlarında iştirak edir. V. Hurkuş Birinci Dünya Müharibəsi dövründə döyüşlər zamanı Bağdad cəbhəsində yaralanır. Sağaldıqdan sonra İstanbula dönərək Yaşılköydəki Təyyarə Məktəbinə daxil olur. O, 1917-ci ildə təyyarəçi brövesi alaraq Aviasiya bölükləri tərkibində 7-ci Təyyarə bölüyündə çalışır. Qafqaz cəbhəsində ruslara qarşı könüllü hərakata qoşulan Vecihi Hurkuş uğurlu kəşfiyyat və bombardıman uçuşları keçirir , girdiyi hava savaşında rusların təyyarəsini vurur. Vecihi Hürkuş savaşda təyyarə vuran ilk türk təyyərəçisidir. Savaşda yaralanaraq ruslara əsir düşən Hürkuş Xəzər dənizinin Nargin adası qismindən (Böyük Zirə) Bakıyadək üzə bilir, sonra İran vasitəsi ilə Türkiyə sərhədlərini keçməyə nail olur.
O, 1918-ci ilin yay aylarında Yaşılköydə yerləşən 9-cu Hərbi Təyyarə bölüyündə vəzifəyə başlayır. Bu bölükdə çalışarkən qırıcı təyyarə layihəsini hazırlayan V. Hurkuşun bu layihəsi Mudros müqaviləsinin imzalanması ilə yarımçıq qalır. Könüllü olaraq Qurtuluş Savaşında iştirak edən V. Hürkuş xüsusilə İnönü və Sakarya savaşı müddətində mükəmməl kəşfiyyat və dəstək uçuşları keçirir. Uçuşlar zamanı bir yunan təyyarəsini endirir. O, Qurtuluş Savaşının ilk və son uçuşunu edən təyyarəçidir. Həmçinin İzmirin (Qaziəmir – Seydiköy) hava məkanını düşmən işğalından azad edən və nəzarətə alan şəxs olmuşdur. Bu hadisədən sonra V. Hurkuş qırmızı lentli “İstiqlal” medalı ilə təltif edilən, həmçinin Türkiyə Böyük Millət Məclisi tərəfindən üç dəfə təqdirnamə verilən tək şəxsdir.
Savaşdan sonra İzmirdə yeni təyyarəçilər yetişdirməyə başlayır. Edirnəyə sıhvən enən bir yolçu təyyarəsini götürdüyünə görə vəzifələndirilir. Xidməti qarşılığında təyyarəyə “Vecihi” adı verildikdən sonra təyyarə emalı ilə məşğul olmaq qərarını verir. İzmir Seydiköy Hava məktəbində – bugünkü Qaziəmir Hava məktəbi komandanlığında təyyarə emalı layihəsinə başlayır. 1923-cü ildə qənimət olaraq yunanlardan ələ keçirilən mühərriklərdən yararlanaraq ilk türk təyyarəsini istehsal edir. 28 yanvar 1925-ci ildə “Vecihi K-VI” adlı təyyarəsi ilə ilk uçuşunu həyata keçirir. Ancaq təltif əvəzinə onu cəzalandırırlar. Vecihi Hürkuşun təltif gözləyərkən cəza almasının səbəbi Türkiyədə həmin dövrdə aviasiyadan anlayan və onu müdafiə edəcək mütəxəssislərin olmaması idi. Ona icazə verəcək qanun olmadığı üçün icazəsiz uçmuş və bu səbəbdən də cəza almışdır.
Bu hadisədən sonra hərbi aviasiyadan ayrılaraq mülkü təyyarələrin hazırlanması layihələrində çalışmalarına davam edir.
***
Vecihi Hürkuş təkcə türk aviasiya tarixinin deyil, bəlkə də dünya aviasiya tarixinin qeyri-adi simalarından biridir.
O, 1930-cu ildə Kadıköydə bir dülgər dükanını icarəyə götürərək 3 ay müddətində orada ilk türk mülki təyyarəsini, əslində isə ikinci təyyarəsi olan Vecihi XIV-ü inşa edir. İlk uçuşunu 27 sentyabr 1930-cu ildə Kadıköy Fikirtəpədə böyük izdiham və mətbuat qarşısında keçirir. Bu uçuşdan sonra “Vecihi XIV” təyyarəsi ilə əvvəlcə Yaşılköyə, sonra Ankaraya uçur. Uçuş sertifikatı üçün bakanlığa müraciət edir. 14 oktyabr 1930-cu ildə “Təyyarənin texniki vasitələrini təyin edəcək kimsə olmadığından lazımi vəsiqə verilməmişdir” cavabını aldıqdan sonra bakanlığın tələb etdiyi texniki baxış haqqında vəsiqəni almaq üçün təyyarəni sökərək icarəyə götürdüyü vaqonla Çexoslovakiyaya göndərir. Hürkuş 6 dekabr 1930-cu ildə Praqaya çatdığı zaman hələ təyyarəsi gəlməmişdi. Təyyarəyə aid texniki hesabat kimi rəsmi sənədi öncə çex dilinə tərcümə etdirir. Təyyarə gəldikdən sonra təyyarəni təkrar yığaraq, detalların hər cür texniki yoxlamaları keçirildikdən sonra uçuşu üçün icazəsi istənilir. Uçuş üçün təyyarənin yoxlamaları tamamlanır. V.Hürkuş 23 aprel 1931-ci ildə çexoslavakiyalı yetkililər tərəfindən düzənlənən bir tədbirdə şərəfləndirilərək uçuş uzni alır.
25 aprel 1931-ci ildə təyyarəsi ilə Çexoslovakiyadan uçaraq 5 may 1931-ci ildə Türkiyəyə çatır.
***
Vecihi Hürkuş 1931-ci ildə Mustafa Kamal Atatürk tərəfindən TTC-nin ( Türk Təyyarə Cəmiyyəti) yaranmasından sonra qurum adına ilk Türkiyə turu keçirir. Birinci tur (2 sentyabr 1931): Qızılcahamam, Bolu, Zonquldak, Cide, Sinop, Samsun, Trabzon, Rizə, Gümüşxana, Bayburt, Suşəhri, Sivas, Şarqışla, Ağdağmədəni, Sunqurlu, Qalacıq, Ankara turu idi. İkinci tur (9 noyabr 1931): Ankara, Gölbaşı, Bağla, Şərəfliqoçhisar, Ağsaray, Konya, Bəyşəhər, Seydişəhər, Alanya, Manavqat, Antalya, Fəthiyə, Köycəğiz, Muğla, Göytəpə, Qala, Tavas, Qaracasu, Babadağ, Dənizli, Çal, Qarahallı, Ulubəy, Uşak, Kütahya, Əskişəhər, Çuxurhisar, İnönü, Bozüyük, Qaraköy, Söyüd, Adabazarı, İzmit və Istanbulda keçirilir.
***
1932-ci ildə Vecihi Hurkuş Mülki Təyyarə Məktəbi adlı ilk Türk Mülki Aviasiya məktəbini yaradır. Məktəbdə ilk türk qadın pilot Bədriyə Göymən ilə birlikdə 12 təyyarəçi hazırlayır. Vecihi Hürkuş Qalamış-Kadıköydə ilk mülki təyyarə Vecihi XIV, ilk təlim və idman təyyarəsi, Vecihi XV, 160 at güclü Mersedes təyyarə mühərrikli və dəniz xizəyi olan Vecihi SK-X-i hazırlamışdır.
Nuru Dəmirağ adlı şəxsin maliyyələşdirməsi hesabına 1933-cü ildə Vecihi Hürkuş tərəfindən Vecihi XVI təyyarəsi hazırlanmışdır. Vecihi bəy çətin şəraitdə dərs keçərkən bəzi qurumların, TEKEL idarəsinin və İş Bankının reklamlarını təşkil etmiş, bəzi vətənsevər qurumların köməyindən yararlanmışdır. Lakin bir müddət sonra maddi çətinliklər səbəbindən təyyarə məktəbi bağlanmışdır.
1937 -ci ildə M.K.Atatürkün göstərişi ilə Türk Hava Qurumu V. Hurkuşu mühəndislik təhsili almaq üçün Almaniyaya göndərir. 1939-cu ildə məzun olaraq geri dönən Hurkuşa 2 il ərzində təyyarə mühəndisi ola bilməsinin imkansızlığı səbəbindən fəaliyyət göstərməsinə icazə verilmir.
V. Hurkuş 1954-cü ildə ilk mülkü hava yolu şirkəti olan Hürkuş Hava yollarını qurur. Fəqət təyyarələrinin uçuşlarına düzənlənən ardıcıl bürokratik maneələr səbəbindən , uçuşlarının gərəksiz yerə ibtal edilməsindən fəaliyyətini davam etdirə bilmədi.
Türk aviasiya tarixinin ən önəmli simalarından olan Vecihi Hürkuş həyatının son illərini maddi ehtiyac və ağır sıxıntı içində yaşadı. O, 16 iyul 1969-cu ildə beyin qanaması səbəbindən Gülhanə Hərbi Tibb Akademiyasında vəfat etmişdir. Allah rəhmət eləsin. Amin.
Mən uşaqlıq, yeniyetməlik, ilk gənclik illərindən ədəbiyyata vurğun idim. Yazıçılarımızı, dünya ədəbiyyatını oxuyurdum. Qələm adamları haqqında metafora ilə düşünürdüm. Məsələn, Seyran Səxavət məndə həmişə dəli-dolu dağ çayı ilə assosiasiya olunub. Elə alimlər, yazıçılar, şairlər var idi ki, torpağın bağrından qopub Göy üzünə ucalan dağa bənzədirdim. Sonra Bakıya gəlib, burda yaşayıb, o insanları həyatda gördükcə, bəziləri kiçilib gözümdə təpə oldu, amma dağ ucalığını saxlayanlar da vardı. Hətta təsəvvür etdiyimdən daha uca olanlar da. Məsələn, Xudu Məmmədov, Aydın Məmmədov, Məmməd Araz…
Heç şübhəsiz, İsmayıl Şıxlı da öz qürurlu əzəməti ilə bu sırada dayanır. Mən İsmayıl müəllimin, demək olar, bütün əsərlərini oxumuşam. Bəli, “Dəli Kür” İsmayıl Şıxlının şah əsəri kimi qəbul olunub. Ancaq bu, çoxumuzun “Ölən dünyam” romanından hələ xəbərsiz qaldığımızdandır. Yaxud hələ alıb oxumamış olmağımızdan. Bu roman heç də “Dəli Kür”dən geri qalmır. Əsər 20-ci əsrin əvvəlində bolşevik-rus işğalının Qazax mahalında və ətraf civarlarda törətdiyi faciəvi hadisələrdən və ən başlıcası Gəncə üsyanından bəhs edir. Biz Gəncənin işğala, yadelli zülmə qarşı dirənişi deyəndə, göz önünə çox hadisələr, çox şəxsiyyətlər gəlir. Əlbəttə, qəhrəman Cavad xanı rəhmətlə, ehtiramla və qürurla xatırlayırıq.
Ancaq başqa tarix də var: 1920-ci il aprelin 28-də Bakıda milli hökumət devrildikdən sonra Gəncə rus-bolşevik işğalçılara təslim olmurdu və az qala bir aya yaxın – mayın 25-dək düşmənə müqavimət göstərdi. Gəncəlilər sözün tam anlamında son damla qanına qədər dəfələrlə üstün rus qoşunlarına və erməni silahlı dəstələrinə qarşı vuruşdu. Bu, Azərbaycan tarixində çox ağır, qanlı hadisələrdən, eyni zamanda Gəncənin və bütün millətimizin qürurvericu qəhrəmanlıq örnəklərindən biri idi. İsmayıl Şıxlı bu faciəli və qürurlu tarixi özünə xas olan ustalıqla elə təsvir edib ki… Bu əsəri oxumağı bütün dostlara tövsiyə edirəm.Başqa romanlarını, povestlərini, hekayələrini də.
Gənclərimiz İsmayıl Şıxlını oxumalıdır. Mütləq oxumalıdır. Elə yazıçılar, elə əsərlər var ki, onları oxumadan özünə intellektual, hətta zəngin dünyagörüşü olan insan deyə bilməzsən. İsmayıl Şıxlı həmin qələm ustalarından biridir. Millətin içindən çıxmış və millətinə həmişə bağlı olmuş, özünə hər zaman sadiq qalmış nəhəng ziyalımızdır. Fiziki olaraq yaşasaydı, 105 yaşı olardı. Ancaq təəssüf ki, bu yubileyini onsuz qeyd edirik. Millətimizi İsmayıl Şıxlı münasibətilə təbrik edirəm.Allah İsmayıl müəllimdən rəhmətini əsirgəməsin. Amin.