Etiket arxivi: TƏƏSSÜRATLAR

QALİB NURİ ARİF – Şuşa təəssüratlarım

Həsrət zəngi
(Şuşa təəssüratlarım)

Avqustun 10 da Sumqayıtda qohumlarımın qonağı idim. Dünyaya təzə gəlmiş nəvəm Toğrul bəyin tədbiri idi. Babası Elşad müəllim qurban kəsmişdi Sevincimizin həddi hüdudu yox idi. Gecə saat 23 30da telefonuma zəng gəldi. Zəng edən AYB nin və AJB nın üzvü, Yurd jurnalının şöbə müdiri PÜSTƏ xanım idi.

– Salam Qalib müəllim, necəsiniz?

– Salam Püstə xanım. Yaxşıyam, siz necəsiniz

– Təşəkkür edirəm, yaxşılıqdır. Bağışlayın ki, sizi bu vaxt narahat edirəm. Şuşaya sabah səfərimiz var, Balayar müəllim sizin getməyinizi məsləhət bildi. Mən tutuldum, axı, Şuşaya getmək mənim ən böyük arzum idi. Mən :

– Püstə xanım axı mən hazır deyıləm, necə gedim?
-Balayar müəllim Sizin getməyinizi bildirib. Yolun xərci ödənilib. Səhər saat 5 də 20 yanvar metrosunun çıxışında gözləyin, şəxsiyyət vəsiqəsini unutmayın
Sevinc sevincə qarışdı, uçmağa qanadım yox idi. Nə isə Sumqayıtdan gecə yarısı qayıtdıq. Gecə namazını və sübh namazını qıldım, bir tikə çörək yeyib 20 yanvar stansiyasına getdim. Deyilən ünvanda məni “Həkəri ” qəzetinin baş redaktoru şair Rauf İlyasoğlu və Solmaz xanım adlı qazi xanım qarşıladı. Qazi xanım Rauf müəllimə öz döyüş tarixini danışırdı. Ermənilərə təslim olmamaq üçün özünü Ağdam döyüşlərində sıldırım qayadan atan bu cəsur xanım,22 yaşlı gözəl qızı ilə gəlmişdi. Bir azdan müqəddəs Şuşaya yollanacaq “Sprinter” markalı mikroavtobus göründü. Püstə xanım və bacısı Sədaqət xanım avtobusda idilər. Səfərə gedəcək adamlar 05 30 a qədər yığıldı. Səfərə gedənlərin arasında xeyriyyəçi Hacı İntiqam Atayev də var idi.
05 35 də” Sprinter “markalı avtobusumuz müqəddəs Şuşa istiqamətinə hərəkət etməyə başladı. Qrupun rəhbəri gözəl insan kimi yaddaşıma həkk olan Bəxtiyar Rzayev idi.
Bir neçə saatdan sonra Sprinterimiz Kürdəmirdə “Uğur ” otel- restoranının qarşısında dayandı. Səhər yeməyini yedikdən sonra,Püstə xanım “Uğur market ” dən böyük bir tort aldı, düzü ağlıma heç nə gəlmədi. Yenidən yola çıxdıq. Bərdədə inzibati yoxlama postundan keçdikdən sonra Sprinterimiz müqəddəs Qarabağ torpaqlarını öpməyə başladı. Nəhayət gəlib Şuşaya yetişdik.
” İsa bulağı” nın buz kimi suyundan içən hər kəs, şəhidlərimizin müqəddəs ruhuna rəhmət oxudu. Birdən telefonuma zəng gəldi. Ekranda çox hörmətli şairə bacım Adilə Nəzərin adı göründü. Telefonu açdım. Adilə Nəzər xanım məni təbrik etdi. Sən bu səfərə çoxdan layiq idin. Uğurlar dilədi. Sevincimin həddi hüdudu yox idi.
“Cıdır ” düzünə qalxdıq. Birdən qazi Solmaz xanım bizdən aralanıb ağlaya ağlaya sıldırım qayaları öpməyə başladı. Daşların üstündə şəhidlərimizin mübarək qan izləri var idi. Qrupumuzda olan iki şəhid xanımı da ağlamağa başladılar. Rauf İlyasoğlu üzünü məğrur qayalara tutub yazdığı” şəhidim ” şerini söyləməyə başladı. Bəxtiyar Rzayev mənə, Qalib müəllim neçə ildir qrup rəhbəriyəm, hələ belə vətənpərvər insanlara rast gəlməmişəm
Bu arada Qrup üzvlərindən bir nəfər mənə konfetə bənzər ürək dərmanı verdi, sizin ürəyinizdə problem var, bu dərmanı qəbul edin. Bu gözəl insan həkim Ağagül həkim idi. O, bu səfərə öz həkim həyat yoldaşı Məhsəti həkimlə gəlmişdi.Məhsəti xanım qardaşı şair Rəhman Babaxanlının “Şuşa” şerini üz tutub əzəmətli Şuşa dağlarına oxuyurdu.
Cıdır düzündən Şuşa məscidinə getdik. Zöhr namazı yetişdiyindən namaz qılan yoldaşlar Şuşa məscidində namaz qıldılar. Məsciddən çıxıb Qarabağ xanı ibrahimxəlil xanın vəziri şair Vaqifin məqbərisini ziyarət etdik. Burda məqbərəyə girməmiş İlyas müəllim Vaqifə həsr etdiyi şerini söylədi. Məqbərəyə daxil olub şəkil çəkdirdik. Sonra Sprinterimiz bizi “Qala qapısı”na gətirdi.” Qala qapıs”ını ziyarət etdikdən sonra, qalanın kənarındakı cığırla Xan qızı Natəvanın çəkdirdiyi “Xan qızı” bulağından doya doya su içdik. Bir az aralıda Üzeyir Hacıbəyovun, Xurşibanu Natəvanın, Bülbülün büstlərini ziyarət etdik. Mən Xan qızı Natəvanın əllərindən öpdüm. Ona,haqqında yazdığım Xan qızı Natəvan kitabımdan danışdım. Üzeyir bəyə və Bülbülə isə bu gün torpağa tapşırılacaq olan Göyçayın ziyalısı, Azərbaycan musiqisinə öz töhvəsini verən tarzən Rövşən Zamanovun ruhunun onların ruhlarına qovuşduğunu çatdırdım.
Birlikdə xatirə şəkilləri çəkdirdik.
Qrup rəhbərimiz səfərimizin sona çatdığını söylədi. Sprinterimiz yenidən yola çıxdı. Xankəndinə gedən yolda dağların ətəyində otlayan yanında dayçası olan gözəl bir at gördüm. Bu arada yadıma ustad şairimiz Yusif Nəğməkar ın bu şeri düşdü.

Bədöy köhlən ayağının
Uçmağa qatlanmağı var.
Bəslə ki, day oyağını,
Ruhin da atlanmağı var…

Qayalar bələklərimdir,
Olumum çoxda tək olub…
Kişnəyən diləklərimdir;
Səsim dağlara həkk olub.

Ürək döyüntüm-şəlalə,
Nəbzim-bulaq çıppıltısı…
Yal-yamac getmiş xəyalə,
Oyadar nal tappıltısı…

Saat 16 00da Sprinterimiz bizi Xankəndinə gətirdi. Şəhər boş idi. Küçələrdə ziyarətçilərin şəkil çəkdirməkləri adamı sevindirirdi. Park ziyarəçilərlə dolu idi. Sprinterimiz ” Xan mat ” restoranının qarşısında dayandı. Biz restorana daxil olduq. 20 nəfərlik süfrə açılmışdı. Kabab olmadığından İlyas müəllim başqa yerə getməyi məsləhət bildi.
Sprinterimiz yola düzəldi. Bir neçə dəqiqədən sonra Xocalıda gözəl bir restoranın yanında dayandıq. Yenidən 20 nəfərlik süfrə açıldı. Süfrəyə təamlar düzüldü. Yeməyi qurtardıqdan sonra Püstə xanımın aldığı tort süfrəyə gətirildi. Püstə xanımın bacısı Sədaqət xanım tortu kəsib birinci İlyas müəllimlə Bəxtiyar müəllimə verdi. Ad gününüz mübarək olsun, dedi. Hamı bir ağızdan günün qəhramanlarını təbrik etdilər. Sonra, Xocalı Şəhidlər xiyabanına getdik. Püstə xanım və mən” Şəhidlər “şerimizi oxuduq, hamılıqla şəhidlərimizə rəhmət dilədik.
Sprinterimiz yenidən yola düzəldi. Və biz Bakıya yollandıq. Fotolar:

QALİB NURİ ARİFPÜSTƏ RƏVAN

Müəllif: QALİB NURİ ARİF

QALİB NURİ ARİFİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – 25-Cİ YAZI

PDF KİTABI:  >>>>> qelemder-2

ULUSUN ULUSU – TURAN YOLÇUSU

   İYİRMİ BEŞİNCİ YAZI

Ataların bir sözü var, “dost dar gündə bəlli olar”. Bu misalı dosta, qardaşa, lap elə ailə üzvülərinə də aid etmək olar.

Məlum hadisələrlə əlaqədar son günlərdə (Gəncədə baş verən xain düşmən saldırısını da nəzərə almaqla) baş verən hadisələr bir daha göstərdi ki, yaman gündə xalqımız, millətimiz daha da sıx birləşməyi bacarır. Bu nəinki ölkəmizin hüdudları çərçivəsində belədir, hətta onun xaricində də özünü bu soydan bilən hər bir fərdin mənəvi qardaşlıq borcuna çevrilmişdir. Bu baxımdan, artıq uzun illərdir ki, “bir millət – iki dövlət” anlayışı ilə yaşayan Azərbaycan və Türkiyə son günlər sanki “bir millət – bir dövlət” kimi yaşamağa başlayıb. Bu qardaşlıq dövlət başçıları səviyyəsindən tutmuş hər iki ölkənin sıravi vətəndaşlarına kimi dövlətlərimizin mücadilə etdiyi ən müxtəlif cəbhələrdə özünü məhz belə göstərir.

Şübhəsiz ki, qələm adamları bu baxımdan həmişə ön sıralarda olub və olmaqda davam edirlər. Belə ki, son günlər Azərbaycan professoru Ramiz Həsənlinin tanınmış Türkiyə yazarı Yahya Azəroğlu haqqında nəşr etdirdiyi “Turan yolçusu” kitabı təqdirəlayiq hadisədir və bu qardaşlığı möhkəmləndirən addımlardan biri kimi qiymətləndirilməlidir. Kimdir Yahya Azəroğlu? Professor Ramiz Həsənlinin “Turan yolçusu” adlandlrdığı kitabda haqqında bəhs etdiyi şəxs həqiqətən Turan yolçusu, bir ulusun Ulusudur.

Hər yeri gəldikcə amalından, məqsədindən, yolçusu olduğu yolundan oxucusuna sevə-sevə böyük fəxarət hissiylə, özünəməxsus xüsusi pafosla anladan Yahya Azəroğlu yaradıcılığı boğazdan yuxarı populizmdən uzaq, mayası haqdan gələn səmimi, təbii bir ustad – ozan sözüdür. Belə ki, o, lazımi məqamda nə qədər arzu – istəyindən hayqıraraq söhbət açırsa, yeri gələndə o qədər də hüznlü tonda, acılar içində qıvrıla-qıvrıla nalə çəkən misralarla oxucusuna, soydaşına, qardaşına ümumi dərdimizdən söhbət açır, çıxış yolu göstərməyə çalışır:

Yüreğim kann ağlar yurdun haline,
Hayalim uzanır Oğuz eline,
Maruz kalmış Türk milləti zulüme…

– deyə, ümumi Türk ellərinin Doğudan Batıya, Güneydən Quzeyə mücadilə, arayış içində olduğunu və bu yolda böyük əngəllərlə üz-üzə qaldığını qəlb ağrıları ilə anladır. Ayrı-ayrı yüz bölük olmuş böyük Türk yurdunun dərdi bir xalq ozanı kimi onun hər kəlməsində hiss olunur, duyulur. Doğu Türküstana cıları, Kərkük mücadiləsi, Qarabağ yarası, şanlı Türk Əsgərinin “yurdda sülh, cahanda sülh” şüarı ilə girdiyi savaşlar, bütün bunlar hamısı Yahya Azəroğlunun qələmindən ağ kağızlar üzərinə köçüb, oradan dünyaya boylanır. Bəzən qəh-qəhələrlə gülür, bəzən için-için ağlayır… Bura qədər yazdıqlarımdan oxucuda belə təsəvvür yarana bilər ki, Yahya Azəroğlu tipik bir tribuna şairi, təbliğatçıdır. Xeyir, bu, əsla belə deyil, o, nə qədər emosianal, çağırış şairi olsa da, o qədər də bədii cəhətdən zəngin, poetik duyğular yüklü misraların müəllifidir:

Azer oğlu hayat oldu derbeder,
Yaralı gönlümü yıktı bu haber.
Pencereden bakanlarla beraber
Perdeler ağladı, tüller ağladı…”

– el ozanı vəzifəsini üstlənmiş şair yurda düşmüş şəhid xəbərini bax belə anladır öz yurddaşına…

Zəngin dünyagörüşünə və eyni zamanda, rəngarəng bədii yaradıcılıq imkanlarına malik olan Yahya Azəroğlu bütün yaradıcılığı boyu ciddi bir arayış içindədir. Demək olar ki, onun bütün yaradıcılığının leykmotivini Vətən, Bayraq, Millət məsələləri təşkil edir. Ulusun ulusu tez-tez xəyaləndə də – babaların yaşadıqları dönəmlərə səyahət edir, təklənmiş oxşar misali ayrılıqda Türk ellərinə çətin olduğunu artıq, hansısa bir ümumi çatı altında birləşməyin zamanı gəldiyini anlayır və soydaşlarına çatdırmağa çalışır.

Ancaq bütün bunlara baxmayaraq, biz qələm adamları, xüsusilə son dövrlərdə qardaş Türk dövlətlərinin başçılarının tez-tez bir araya gəlmələrini, hər dəfə müxtəlif formalarda birlikdən, bərabərlikdən, qardaşlıqdan danışmalarını yüksək qiymətləndirir, gələcəyə nikbin baxışlarla baxır və artıq üfüqdə arzularımızın parıltısını görürük. Uca Yaradan bu ulusun yar və yardımçısı olsun! Tanrı Türkü qorusun! Amin! Belə bir müqqədəs amala xidmət edən, müasir dövrümzüdə olduqca mühüm tərbiyəvi əhəmiyyətə malik kitabın Azərbaycanda, Bakı şəhərəndə geniş oxucu kütləsi qarşısında nəzərdə tutulmuş təqdimat mərasimi məlum məhdudiyyətlərlə əlaqədar hələlik təxirə salınıb. Gələcəkdə bu barədə mətbuat və elektron kütləvi informasiya vasitələri ilə əlavə məlumat veriləcək.

19.10.2019. Bakı.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ BEŞİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunub:

1.“Ulusun ulusu – Turan yolçusu”, “Təzadlar”, 13.10.2020, say: 34 (2275) s.15.
2.“Ulusun ulusu – Turan yolçusu”, “Kredo”, 13.11.2020, say: 41 (1021) s.15.

PDF KİTABI:  >>>>> qelemder-2

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru