TƏHSİLDƏ MİLLİ KİMLİK VƏ DƏYƏRLƏR Dünyada sürətlə dəyişən sosial, iqtisadi və texnoloji münasibətlər cəmiyyətin bütün sahələrində, xüsusilə təhsildə yeni yanaşmaların tətbiqinə ehtiyac yaratmışdır. Artıq ənənəvi pedaqoji metodlar qlobal çağırışların təzyiqi altında yenilənməli, müxtəlif elmi sahələrin inteqrasiyası, fərqli mədəniyyətlər və yenilikçi texnologiyalar ilə vəhdətə gətirilməlidir. Bu şəraitdə, yalnız biliklərin ötürülməsi deyil, həm də mənəvi, əxlaqi, sosial və emosional bacarıqların formalaşdırılması təhsil prosesinin əsas məqsədinə çevrilir. Milli və bəşəri dəyərlərə əsaslanaraq, müasir dövrün tələblərinə cavab verən çevik zəkalı, yaradıcı və bacarıqlı insanlar yetişdirməyi hədəfləyən bir təhsil modeli həmişə diqqət mərkəzində dayanır. Dəyərlər təhsil prosesinin fəlsəfi əsasını və təhsil siyasətini müəyyən edən mühüm faktordur. Dəyərləri yalnız bir ölkənin təhsil sisteminin məqsədini deyil, eyni zamanda həmin ölkənin gələcəkdəki sosial və mədəni inkişafını müəyyən edir. Artıq 10 ildir ki, təcrübədən keçirdiyimiz “Hədəf Konsepti” beş əsas prinsipə (özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq və bilik) əsaslanır ki, onlardan biri də özünüdərkdir. Bu prinsiplər birgə insanın daxili dünyasını və onun sosial mühitlə əlaqəsini hərtərəfli inkişaf etdirməyi nəzərdə tutur. Müasir tədqiqatlar (P.Gardner, 2010; M.Asad, 2015) göstərir ki, əgər təhsil yalnız biliklərlə məhdudlaşırsa, bu, uşaqların psixoloji və sosial tələbatlarını yetərincə ödəyə bilmir. Nəticədə, innovasiya, komanda işi, tənqidi düşüncə və ən əsası mənəvi bütövlük kimi keyfiyyətlər arxa planda qalır. Bu sahədə biz zəruri olan bilik və texniki bacarıqları, milli, mənəvi və bəşəri dəyərlər kontekstində formalaşdıran bir yanaşma təklif edirik. Həmçinin “Təhsildə Beşlik” konsepti adlandırdığımız bu yanaşma məhz bu çağırışlara cavab olaraq, təhsil prosesində özünüdərk anlayışını milli və bəşəri dəyərlərin inteqrasiyası əsasında daha geniş şəkildə təqdim edir. Özünüdərk insanın kimliyini anlama və dərk etmə prosesidir. Bu proses, tarixi, psixoloji və mədəni kontekstlərdə araşdırılaraq, şəxsin həm özünə, həm də ətrafına qarşı daha sağlam və məsuliyyətli mövqe tutmasına kömək edir. Özünüdərk prosesi, ilkin olaraq milli və bəşəri dəyərlərdən başlayır, çünki dəyərlər bizim düşüncə və davranışlarımızın etik çərçivəsini formalaşdırır. Bizə görə, özünüdərk edən insan vicdanlı, ədalətli, humanist və öz hüquqlarını bilən, daim özünü təkmilləşdirən fərddir. Bu xüsusiyyətlər insanın mənəvi sütunlarını gücləndirir və cəmiyyətin inkişafına zəmin yaradır. Elmi araşdırmalar ( Toker-Gökçe, 2021: Öngider, 2013: Yüksel,2009 ) göstərir ki, insanların dəyərlər sistemi erkən uşaqlıq dövründə formalaşır. Uşaqların ətraf mühitdən, ailə və məktəb mühitindən aldıqları mənəvi mesajlar, sosial qaydalar və mədəni örnəklər onların şəxsiyyət quruluşunu müəyyən edir. Azadlıq, cəsarət, güc, novatorluq və özünəinam kimi dəyərlər insanın özünüdərk səviyyəsini formalaşdırır. Beləliklə, özünüdərk yalnız şəxsi inkişafın deyil, eyni zamanda mədəniyyətə və tarixi mirasa bağlılıqdan törəyən kompleks bir prosesdir. Milli kimlik və bəşəri dəyərlər Özünüdərk prosesi, bir qanadı milliliyə, digər qanadı isə bəşəri dəyərlərə bağlı olan şəxsiyyətin möhkəm və tarazlı şəkildə yetişməsinə kömək edir. İnsan milli olduğu qədər bəşəri də ola bilər və olmalıdır. Milliliyi olmayanın bəşəriliyi də möhkəm təməl üzərində dayana bilməz. Məsələn, Hallın (1992) “Mədəniyyət və Kimlik Nəzəriyyəsi” insan kimliyinin formalaşmasında qlobal dəyərlər qədər milli dəyərlərin də həlledici rol oynadığını vurğulayır. Müxtəlif ölkələrdə aparılan sorğular (PISA, TIMSS və s.) göstərir ki, öz mədəni və tarixi köklərinə sahib çıxan, lakin qlobal dəyərlərə də açıq olan şagirdlər, tənqidi düşünmə və yaradıcı tətbiq kimi bacarıqlarda daha yüksək nəticələr əldə edirlər. Sosioloji araşdırmalar da (Hofstede 2009) sübut edir ki, milli kimlik və bəşəri dəyərləri bir arada yaşadan toplumlar daha dayanıqlı sosial inkişafa nail olur. Bir gəncin özü haqqında “Mən kiməm?” sualına aydın cavab tapa bilməsi üçün, ona həm milli köklərini, həm də dünya mədəniyyətinin universal dəyərlərini tanıdacaq mühit qurmaq lazımdır. Bu sual daima mütəfəkkirləri düşündürmüş, bunula bağlı məqalə və kitablar yazmış, hər bir insanın öz kimliyini dərk etməsinin önəmini vurğulamışdır. Təsadüfi deyil ki, Əhməd bəy Ağaoğlunun “Mən kiməm?” kitabı, Əhməd Cavadın “Mən kiməm?” şeiri, Cəlil Məmmdəquluzadə Azərbaycan məqaləsində “Mənim anam kimdir?” sualını verir və ürək yanğısı ilə insanın özünüdərkin vacibliyindən danışır. Bununla bağlı təhsil müəssisələri müxtəlif mədəniyyətlərə dair layihələr həyata keçirməli, şagirdləri həm yerli, həm də qlobal kontekstdə fəal iştirakçı olmalarına təşviq etməlidir. Bu, şagirdlərdə ətraf mühitə qarşı empati, tolerantlıq və sosial məsuliyyət hissini gücləndirir. Milli kökləri tanımaq üçün nə edilməlidir? Ailəsini, məhəlləsini, kəndini, şəhərini, rayonunu, ölkəsini sevmək və tanımaq üçün uşaqlara doğma mühitlərinin tarixi, mədəniyyəti, folkloru öyrədilməlidir. “Hədəf konsepti”nin ana xəttində qeyd olunur ki, insan məhsuldar bir özünüdərk üçün millətinin tarixini, elm adamlarının uğurlarını, sərkərdələrinin cəsarətini, rəvayət və nağıllarını, ədəbi irsini dərindən öyrənməlidir. Tarixi araşdırmalar (Təhlükəsizlik nəzəriyyəsi, Kimlik Nəzəriyyəsi və s.) sübut edir ki, xronoloji faktlar və tarixi şəxsiyyətlərlə tanışlıq, gənclərin şəxsiyyət kimi inkişafına iki şəkildə təsir edir. Birincisi gənclərdə özünəinam yaradır. Öz tarixi qəhrəmanlarını, məşhur alimlərini, ixtiraçılarını, sənətkarlarını tanıyan gənc, “Mənim millətim bunları bacarıb!” duyğusu ilə böyüyür. Bu “Millətin bir parçası olmaq” hissi insanın ruhunda mənlik dəyərini artırır, öz imkanlarına inamı qüvvətləndirir. İkincisi isə gəncləri əzilmişlik kompleksindən xilas edir. Tarixdə parlaq şəxsiyyətlər, uğurlar və nailiyyətlər görməyən cəmiyyətlərdə “özünə güvənsizlik” sindromu yaranır. Bu sindrom zamanla həm fərdi, həm də sosial həyatda passivliyə, fatalizmə gətirib çıxarır. Şagirdlər Tonyukukdan, Bilgə Kağandan, Orxon-Yenisey kitabələrindən, Nəsirəddin Tusidən, Əl-Fərabidən, Əl-Xarəzmidən, Piri Rəis və Həzərfan Əhməd Çələbidən, Yusif Məmmədəliyevdən, Lütfi Zadə və Əziz Sancardan xəbərdar olduqca, onların elmi və mədəni fəaliyyətinə dərin maraq göstərdikcə, onlarda “mən də bacararam” düşüncəsi formalaşır. Özünüdərk, həmçinin psixoloji bir prosesdir. İnsan özünü tanıdıqca daxili motivasiya, emosional idarəetmə və mənəvi dəyərlərlə bağlı daha sağlam mövqe qazanır. Erik Eriksonun psixososial inkişaf mərhələlərinə əsasən, yeniyetməlikdə formalaşan kimlik qazanma prosesi yetkinlik dövründə özünüdərk səviyyəsini müəyyən edir. Yəni gənc nəyə inandığını, kimə dəyər verdiyini və öz rolunu dəqiq müəyyən edir. Maslovun “özünü-gerçəkləşdirmə” nəzəriyyəsi də göstərir ki, şəxsin özünə dəyər verməsi, bacarıqlarını tanıması və məqsədlərini formalaşdırması onun tam şəkildə inkişaf etməsi üçün vacibdir. Bu mərhələdə məktəbin rolu əvəzsizdir. Divarlardakı plakatlardan tutmuş, zənglər üçün seçilmiş musiqilərə qədər, şagirdin cəlb olunduğu hər bir nüans onun emosional fonuna və özünüdərk səviyyəsinə təsir edir. Məktəbin dizaynından dərs prosesinin sonuna qədər sistemli yanaşma vacib şərtdir.
“Son on il müddətində informasiya texnologiyaları bizim gündəlik həyatımızın tərkib hissəsinə çevrilmişdir. Artıq bugünkü gündə gündəlik həyatımızı internetsiz, e-mailsiz və qlobal rabitənin imkanları olmadan təsəvvür etmək mümkün deyildir. Azərbaycanda informasiya texnologiyalarının yaradılmasına və eyni zamanda, informasiya texnologiyalarının infrastrukturunun qurulmasına böyük əhəmiyyət verilir. Bizim ölkədə həm elmi potensial mövcuddur, həm də texnoloji nailiyyətlər imkan verir ki, Azərbaycan bu yöndə regionda aparıcı ölkə olsun”. İlham Əliyev
Gözümüz önündə dünya dəyişir. Dünya təcrübəsində həyata keçirilən müasir təhsil proqramlarına müvafiq müasir təhsilin tələblərinə cavab verən və bu tələblərin ödənilməsinə xidmət edən müasir təhsil “öyrədənlərin öyrədilməsi” proqramının reallaşdırılması, məsafədən informasiya ötürülməsi – distant təhsil mexanizminin tətbiqi; internetdən istifadənin genişləndirilməsi, informasiya və kommunikasiya texnologiyalarından müasir tələblərə cavab verən səviyyədə istifadə edilməsi məsələlərini əsas məqsəd kimi nəzərdə tutur. Distant təhsil sintetik, inteqral, humanist təhsil forması olmaqla bütün tədris növlərinə təbii şəkildə inteqrasiya edir, müxtəlif təhsil strukturlarının inteqrasiyasının gücləndirilməsində və vətəndaşların müntəzəm təhsilinin inkişafı prosesində mühüm yer tutur. XXI əsrdə əhalinin geniş dairələri üçün ən pespektiv, cəmiyyətin tələbatına ən çevik şəkildə cavab verən və ölkənin hər bir vətəndaşının təhsilə olan konstitusiya hüququnu daim təmin edən təhsil növü olan distant təhsilin həyata keçirilməsi aşağıdakı vacib şərtlərdən asılıdır: Məlumati: informasiya bankının yaradılması, distant təhsilin xüsusi proqramlarla və dərs vəsaitləri ilə təmin edilməsi;
Metodiki: metodiki təminat elə bir səviyyədə olmalıdır ki, konkret fənn müstəqil şəkildə, hər suala görə müəllimə müraciət edilmədən mənimsənilsin;
Təşkilati: distant təhsil almaq istəyənlərin qəbulu, onların tədris prosesində iştirakının qeydiyyatı, lazım gələn təqdirdə distant məsləhətləşmələrin təmin olunması, distant təhsilə cəlb olunanların konkret tələbatlarının öyrənilməsi, buraxılış testinin keçirilməsi, eləcə də buraxılış işlərinin təşkil edilməsi;
4.Texniki: Bütün tədris-metodiki materialların əvvəlcədən hazırlanması, tədris-metodiki vəsaitlərdən istifadə etmək məqsədilə təhsil alanların istənilən vaxt kompüter şəbəkəsinə daxil olmasının təşkili, təhsil alanlarla məsləhətləşmə keçirmək üçün operativ əlaqələrin təşkili. Qoyulan məqsədlərə tam şəkildə cavab verən distant təhsil sisteminin yaradılması ümumdövlət məsələsi olmaqla, mürəkkəb bir prosesdir. Bu məsələnin həllində tədris müəssisələrində toplanmış tədris-metodiki, kadr və istehsal potensialından, informasiya vasitələri və texnologiyalarından, distant təhsilin aparılma təcrübəsindən, mövcud olan telekommunikasiya infrastrukturundan və təlim-tərbiyə müəssisəsinin, o cümlədən ixtisasartırma və yenidənhazırlanma tədris müəssisələrinin təşkilati strukturundan geniş istifadə olunmalıdır. İlkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma sistemində distant təhsil zaman və məsafə baxımından uyuşqanlığı nəzərdə tutur və təhsilin fərdiləşdirilməsinin müstəqilliyini təmin edir. O, öyrənənlər tərəfindən yeni tədris materiallarının istifadəsində qarşılaşan tələbatlar üzərində cəmləşir. Burada əsas məqsəd distant təhsilə yalnız texniki yanaşma deyil, həm də yüksək özünütəhsil səviyyəsində nəticələrini texnoloji prosesin tələb etdiyi tapşırıqların tərtib edilməsinə və psixoloji möhkəmliyə keyfiyyət yanaşmasıdır. Distant təhsil nizamlı, təminatlı, maddi-texniki, elmi-metodiki, strateji və kadrların toplanmasını təmin edən prosedurdur və uzunmüddətli tətbiq üçün nəzərdə tutulur. Texnoloji tərəqqinin təsiri altında təhsil prosesi təkcə texnologiya və bilik mübadiləsi üçün deyil, eləcə də sərmayə qoyulması və bazar münasibətlərinin həyata keçirilməsi üçündür. Məhz bu mənada distant təhsilin prioritetləri açıq-aşkardır, onun inkişafı aşağıdakı proseslərlə əks olunan təhsil sistemi üçün xüsusi əhəmiyyət kəsb edir:
təhsil prosesində yeni münasibətlər yaradan iqtisadi islahatların davamlılığı;
yeni texnologiyalar və müasir təhsil kontekstində əhalinin yeni tələbatlarının formalaşması;
təhsil prosesinin iştirakçıları arasında verilənlərin mübadiləsini təmin edəcək yeni texniki imkanların yaradılması və inkişaf etdirilməsi.
Fasiləsiz təhsilin daha yüksək uyuşqanlıq sisteminin mövcudluğu, ilkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma qısa dövrdə cəmiyyətin tələbatları ilə qarşılaşa bilər. O, yeni şəraitə uyğun pedaqoji fəaliyyətdə kadrların treninqi və müəllimlərin peşə bacarığına aid olan krizislərin aradan qaldırılmasına kömək etməyə qabildir. İxtisasartırma təhsilində distant təhsil müxtəlif pilləli tədris müəssisələrinin, müntəzəm ixtisasını artırmağa imkanı olmayan, uzaq region və kəndlərdə yaşayan, yeni açılmış ixtisasları tədris edən, vaxtilə müvafiq ixtisasa yiyələnmiş, lakin müxtəlif səbəblərdən uzun müddət əmək fəaliyyətinə başlamayan, yaşadığı və işlədiyi yerdə ixtisasını artırmağa və ya müntəzəm özünütəhsilə ehtiyac duyan pedaqoji kadrlara qabaqcıl psixoloji-pedaqoji, elmi-metodiki informasiya, kommunikasiya və digər texnologiyalardan istifadə etməyi mənimsətməklə kompleks təhsil proqramlarını həyata keçirir. Internet şəbəkəsi və ondan istifadənin genişlənməsi, məlumatların verilməsində texniki imkanların daha da artması nəticəsində müasir dövrdə distant təlimin həyata keçirilməsi daha aktual görünür. Təlim prosesində, eləcə də praktik və laboratoriya işlərinin yerinə yetirilməsində müdavimlər bu və ya digər problemləri kurs müəllimləri ilə məsləhətləşir, öz həmkarları ilə mübahisəli məsələləri müzakirə edirlər. Real olaraq, əlaqə üçün onlar bütün texniki imkanlardan istifadə edə bilirlər. Bu, telefon, e-mail, onlineregimində diskussiyalarda iştirak, interaktiv telekommunikasiya texnologiyaları və hal-hazırda daha geniş texniki imkanları olantelekonferensiya, telekörpü, tekst və qrafik informasiyaları, səsli, video (multimedia) informasiyaları vasitəsilə həyata keçirilir. Məlim olduğu kimi, Təhsil Nazirliyi tərəfindən 10 illik Təhsil Islahatı Strategiyası (2003-2013-cü illər) hazırlanmışdır. Bu strategiyanın əsas məqsədi təhsil sektoru ilə bağlı bir çox mühüm məsələləri müvəffəqiyyətlə həll etmək, təhsilin keyfiyyətini yüksəltmək, təhsil sektorunun fəaliyyətini tədricən formalaşan bazar iqtisadiyyatı tələblərinə, sosial vəziyyətə uyğunlaşdırmaqdan ibarət olmuşdur. Dünya bankının yardımı ilə reallaşan Təhsil Sektorunun Inkişaf Layihəsi beş komponentdən ibarətdir. Bu komponentlərdən biri də “Ümumi təhsilin keyfiyyəti və real tələbatlara uyğunluğu” problemidir. “Ümumi təhsilin keyfiyyəti və real tələbatlara uyğunluğu” komponentinin tərkib hissələrindən biri “Müəllim hazırlığı alt komponent”dir. Həmin alt komponent çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu tədbirlərdən biri də “Müəllimlərin peşəkarlıq səviyyəsinin fasiləsiz yüksəldilməsinin strategiyası və konsepsiyası (ilkin pedaqoji təhsil, ixtisasartırma və yenidənhazırlanma təhsili)” istiqamətində araşdırmaların aparılması, bu əsasda pedaqoji təhsilin modernləşdirilməsi və ən nəhayət müəllim hazırlığı prosesini dünya standartları səviyyəsinə qaldıraraq son nəticədə keyfiyyət göstəricilərinin yüksəldilməsidir. İnformasiya resurslarının intensiv şəkildə inkişaf etdirildiyi bir şəraitdə əhalinin artan təhsil tələbatları artıq ənənəvi təhsil formaları ilə tamlıqla təmin edilə bilmir. Cəmiyyətin informasiyalaşması, dünyada gedən qloballaşma prosesləri yeni təhsil modeli – Distant Təhsil (DT) modelini formalaşdırır. Bu modelin əsasını dünya, cəmiyyət, insan idrakı və təhsilin dinamikliyi, “ömürlük təhsildən” “ömürboyu təhsil” prinsipinə keçid ideyası təşkil edir. DT modeli informasiya cəmiyyətinin inkişaf və təkamülünün tarixi mərhələsi olub, hər hansı dövlətin təhsil siyasətindən asılı olmayaraq, qloballaşma şəraitində informasiya cəmiyyətinin təhsil sistemi qarşısında qoyduğu təxirə salınmaz tələblərdən biridir. İnkişaf etmiş ölkələrdə ənənəvi təhsil formaları sürətlə DT sisteminə inteqrasiya olunur, vahid təhsil məkanı yaranır, müasir modellərin prosesə tətbiqi günün tələbinə çevrilir. Azərbaycan Respublikasında Distant Təhsil Sisteminin (DTS) yaradılması və inkişafı təhsil sahəsində dövlət siyasətinin öncül istiqamətlərindən biridir. 1999-2004-cü illər ərzində qəbul edilmiş bir çox dövlət sənədlərində bu məsələlər öz əksini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Təhsil Sisteminin Təkmilləşdirilməsi” fərmanı, “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları inkişafının milli strategiyası” Dövlət Proqramı, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” və sairə bu kimi mühüm dövlət sənədlərində DT-nin yaradılması, inkişafı, onun vacib atributları olan informasiya-təhsil məkanın, “İNTERNET” məktəbin, elektron kitabxanaların, elektron dərsliklərin yaradılması zərurəti və s. bağlı vacib və aktual məsələlər öz əksini tapmışdır. Qeyd edilən bu amillər “Müəllimlərin peşəkarlıq səviyyəsinin fasiləsiz yüksəldilməsinin strategiyası və konsepsiyası (ilkin pedaqoji təhsil, ixtisasartırma və yenidənhazırlanma təhsili)” müəllim hazırlığı sisteminin real praktikasında DT texnologiyalarınin tətbiqini aktuallaşdırır. Bu qabaqcıl texnologiyadan müəllim hazırlığı prosesində geniş istifadə həm təlim prosesinin keyfiyyətini yüksəldməsinə, gələcəkdə informasiya cəmiyyətində yaşayıb yaradan müəllimləri ən müasir təlim texnologiyaları ilə daha yaxından tanış etməklə yanaşı, DT sahəsində müəllimləri məlumatlandırmaq, onların diqqətini XXI əsrin təhsil texnologiyası olan DT-ə cəlb etməkdir. Bu məqsədlə 2006-cı ildə AMİ-nin “Müasir təlim və Distant təhsil” kabinetinin müdiri Əməkdar müəllim Z.Ə.Vəliyeva, kabinetin metodistiAvropa Şurası Regional və Yerli Hakimiyyətlər Konqresinin üzvü Əhməd Məmmədov tərəfindən respublikada ilk olaraq pedaqoji kadrların maarifləndirilməsi, onların informasiya texnologiyaları sahəsində bilik və məlumatlıq səviyyəsinin yüksəldilməsi, kadr hazırlığının təmin edilməsi və insanın inkişafı üçün yeni imkanların yaradılması məqsədilə hazırlanmış “DİSTANT TƏHSIL TEXNOLOGİYALARI” (pedaqoji işçilərin özünütəhsilinə kömək üçün) vəsait, “DİSTANT TƏHSİL TEXNOLOGİYALARI” (ilkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma təhsili üçün (24 saatlıq))Treninq proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının 22.12. 2006-cı il tarixli iclasında müzakirə edilərək (protokol №_18_) çap olunmuşdur. Müasir dövrdə keyfiyyətli təhsil verilməsi ənənəvi təlim metodları ilə onlayn təlim vasitələrinin optimal (uğurlu) vəhdəti hesabına mümkündür.Bu gün müəllim elektron tədris texnologiyalarını tətbiq etməyi bacarmalı, elektron təlimin təşkilinin əsaslarını mənimsəməklə özünün rəqabətə davamlılığınıartırmalı, müasir ünsiyyət üsullarında mobilliyin olması səbəbi ilə tələbələr üçün maraqlı və arzu ediləndir. Bu tip bilik, bacarıq və motivasiyaya sahib olmayan bir müəllim təhsil alanlarla qarşılıqlı ünsiyyət üçün virtual tədris mühitini qurmaq imkanlarından məhrumdur. Müasir müəllim qabaqcıl tədris təcrübələrini, elmi nailiyyətləri və pedaqoji təcrübəsini əsas götürərək elektron tədris texnolologiyalarından istifadə etməklə təlim prosesinin təşkili xüsusiyyətlərini, elektron təlimin didaktik funksiyalarını və metodikasını bilməlidir. Müəllimlərə kömək məqsədlə hazırlanmış vəsaitdə qeyd edildiyi kimi Distant Təhsil – təhsil müəssisəsindən istənilən məsafədə olan öyrənənlərə xüsusiləşdirilmiş informasiya-təhsil mühiti vasitəsi ilə göstərilən təhsil xidmətləri kompleksidir. İnformasiya-təhsil mühiti öyrənənlərin təhsil ehtiyaclarının təmin edilməsinə yönəlmiş, verilənlər, informasiya resursları, qarşılıqlı əlaqə protokollarının ötürülmə vasitələri, aparat-proqram, metodik-təşkilati təminat və s. vasitələrin sistemli təşkilidir. DT öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirən texnologiyadır. Distant Pedaqoji Təhsil (DPT) dedikdə fasiləsiz müəllim hazırlığı (ilkin pedaqoji, ixtisasartırma və yenidənhazırlanma) prosesində DT texnologiyalarının tətbiqi nəzərdə tutulur. DPT texnologiyasından fasiləsiz müəllim hazırlığının bütün səviyyə və formalarında istifadə edilə bilər. DPT ənənəvi pedaqoji təhsilin elektron variantı və ya mövcud təlim formalarının telekommunikasiya üçün uyğunlaşdırılması deyil. DPT ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluluğunu, yaradıcılığını optimal inkişaf etdirməklə, informasiya cəmiyyətində müasir müəllim hazırlığı qarşısında duran strateji məsələləri səmərəli həll edir. DPT-nin əsas texnologiyaları aşağıdakılardır:
Keys texnologiyası. Tədris metodik materiallar ciddi strukturlaşdırılır, xüsusi “keys” formasında komplekləşdirilir, müstəqil mənimsənilməsi üçün öyrənənə göndərilir. Öyrənənlə məsləhətçi-müəllim, tyutor arasında müntəzəm məsləhətləşmə aparılır.
TV texnologiyası. Tədris prosesi telemühazirələr əsasında həyata keçirilir, müəllim və tyutorla sistematik məsləhətləşmələr aparılır.
Şəbəkə texnologiyası. Öyrənənləri tədris metodik materiallarla təmin etmək, həmçinin öyrənən və öyrədən arasında interaktiv əlaqə yaratmaq məqsədi ilə İnternet şəbəkəsindən istifadə edilir. Şəbəkə texnologiyasında lokal (İntranet) və qlobal (İnternet) şəbəkə texnologiyalarından istifadə edilir.
Sonuncu halda distant dialoq İnternet resursları vasitəsilə həyata keçirilir. Təlim ünsiyyətinin əsasını xüsusi hazırlanmış və distant təhsil kursu şəklində tərtib edilmiş vasitələr təşkil edir. DPT sistemində bu texnologiyaların hər üçünün tətbiqi mümkündür. Azərbaycan Respublikasında DPT sisteminin inkişafının ilkin mərhələsində əsasən keys texnologiyasının tətbiqi nəzərdə tutulur. DPT sisteminin keys texnologiyasının tətbiqi üzrə təcrübə topladıqdan sonra, bu əsasda DPT Internet və TV texnologiyasınınyaradılması və inkişafı daha asan olar. Təhsil sistemi üçün Vahid İnformasiya-Təhsil Mühitinin (məkanının) yaradılması prosesi (vahid DT platformasının – xüsusi hazırlanmış proqram kompleksinin formalaşması) tədris müəssisələrində zəruri maddi-texniki bazanın təminatı, müxtəlif ixtisaslar üzrə elektron kursların tərtibi və onların eksperimental sınağının təşkili, bu sahə üzrə kadrların hazırlanması, zəruri hüquqi-normativ bazanın yaradılması, beynəlxalq təcrübəninin daha da ətraflı öyrənilməsi və yerli təhsil sistemi xüsusiyyətləri nəzərə alınmaqla adaptasiyası, DT texnologiyalarının cəmiyyətdə geniş təbliği işinin aparılması, bu problem üzrə elmi-tədqiqat işlərinin təşkili və aparılması və s. kimi məsələlərin müvəffəqiyyətli həlli reallaşar. DT-nin mövcud texnologiyalarının (keys, Internet, TV texnologiyaları) hər biri ilkin müəllim hazırlığında müvəffəqiyyətlə istifadə edilə bilər. Lakin Internet texnologiyası və TV texnologiyalarının real tətbiqi üçün respublikada xeyli hazırlıq işləri görülməlidir (xüsusən də sistemli hüquqi-normativ bazanın yaradılması, maddi-texniki bazanın gücləndirilməsi, elektron kursların hazırlanması, DT üzrə kadrların kompleks hazırlanması və s.). Keys texnologiyası isə az vaxt ərzində, az məsrəflə, az resurs sərf etməklə reallaşa bilər. Bu səbəbdən “Müəllimlərin peşəkarlıq səviyyəsinin fasiləsiz yüksəldilməsinin strategiyası və konsepsiyası çərçivəsində DT və əlaqədar sahələr” alt komponentin hazırlanması və praktik tətbiqi məqsədilə ilkin mərhələdə keys texnologiyasından istifadə nəzərdə tutulur. Bu texnologiyanın tətbiqinə hazırlıq mərhələsi nisbətən asan olub, praktik tətbiqi ciddi çətinliklər törətmir. Bu texnologiyanın tətbiqi zamanı toplanmış təcrübə digər texnologiyaların tətbiqi zamanı fundament ola bilər, sonrakı mərhələdə daha da inkişaf etdirilə bilər. DT keys texnologiyasi tələbələrə keys formasında təqdim edilən çap və multimedia tədris-metodik materiallarin müstəqil surətdə öyrənilməsini nəzərdə tutur, bu zaman əyani məşğələ formaları üstünlük təşkil edir. Müəyyən kurs üzrə bu məşğələlər başlanğıc mühazirə, fəal seminar, treninq, məshələt, nəzarət yoxlama formalarını əhatə edir. Əsas diqqət xüsusi hazırlanmış müəllim-tyutorla tələbələrin qrup halinda məşğələlərinə yetirilməlidir. Ilkin müəllim hazırlığında DT keys texnologiyaları əyani, qiyabi və DT formalarında tətbiq edilə bilər. Tədris müəssisəsinin imkan və məqsədlərindən asılı olaraq təhsil sistemində bu texnologiyan az və ya çox istifadə oluna bilər. Tədris planında olan bir və ya bir neçə kurs tam distant formada (bu halda ixtisas Distant formada müəllim hazırlığında isə DT həm forma, həm texnologiya ola bilər. Ümumiyyətlə, yenidənhazırlanma və ixtisasartırma kursları şəraitində DT texnologiyalarının tətbiqi yaxşı səmərə verə bilər. Çünki, bu kateqoriya öyrənənlərin dünyagörüşü, həyat və peşə təcrübəsi, müstəqil işləmək vərdişləri, peşə seçimində qətiyyət və məsuliyyəti, ilkin müəllim hazırlığına cəlb edilmiş tələbə kateqoriyasına nisbətən daha yüksəkdir. Yenidənhazırlanma və ixtisasartırma kursları şəraitində DT texnologiyalarının tətbiqi bu sistemdə oxuyan müdavimlər üçün çox əlverişlidir, onlar ailələrindən, yaşadığı bölgədən, əmək fəaliyyətindən ayrılmadan, əlavə xərclər çəkmədən, rahat şəkildə öz həyat ahəngini pozmadan keyfiyyətli təhsil ala bilər. Müəllimlərin yenidənhazırlanmasını tam distant formada həyata keçirmək mümkündür. Bu iş bir çox cəhətdən ilkin müəllim hazırlığında tətbiq edilən DT formasına uyğun həyata keçirilə bilər. Təşkilatı baxımdan uyğunluq çox olsa da, məzmun baxımından müəyyən fərqlər özünü göstərə bilər. Belə ki, öyrənilən materialların məzmununda, sturukturunda müəyyən fərqlər özünü göstərə bilər. Digər tərəfdən burada müdavim şüurlu şəkildə, öz professional ehtiyaclarına uyğun olaraq, fərdi tədris planı (fərdi təhsil trayektoriyası) tərtib etməklə, özəl kurs keçmək imkanına malikdir. Beynəlxalq təcrübə göstərir ki, bu kateqoriya müdavimlərin təhsil keyfiyyəti daha yuksək olur. Müəllimlərin yenidəhazırlanmasını qismən DT-nin keys texnologiyası əsasında həyata keçirmək mümkündür. Bu, bəzi cəhətdən ilkin müəllim hazırlığında tətbiq edilən analoji işə uyğun həyata keçirilə bilər.Müəllimlərin ixtisasartırma kursunda da DT-nin keys texnologiyaları uğurla tətbiq edilə bilər. Bu məqsədlə tədris edilən qısamüddətli kurslar üzrə xüsusi tədris materialları, test tapşırıqları, audio-vidio materiallardan istifadə edilə bilər (yenə də xüsusi keys tərtib edərək müdavimlərə göndərməklə). Müəllimlərin elektron poçtun imkanlarından maksimum istifadəsi də əhəmiyyətli ola bilər. Bu zaman hər bir müəllim il boyu işlədiyi məktəbin və ya dayaq məntəqəsi olan hər hansı məktəbin kompüter sinfindən sistematik olaraq, distant formada zəruri tədris-metodik, elmi əhəmiyyətli informasiya resusları əldə edə bilər. Təbii ki, əvvəlcədən zəruri ”INTERNET” resusları hazırlanmalıdır. Burada icmal şəklində (lakonik formada), müəllim hazırlığında DT-nin keys texnologiyalarının bəzi imkanlarını sadaladıq. Bütün dünyada olduğu kimi respublikamızda da pandemiya şəraitində bütün təhsil müəssisələrində o cümlədən , Azərbaycan Dövlət Pedaqoji Universitetində tədrisin təşkili onlayın formada davam etdirilir. İnformasiya texnologiyaları öz inkişafı ilə bəşəriyyətin sahib olduğu zaman və məkan kimi fiziki məhdudiyyətlərini ortadan qaldıraraq mövcud dünyamıza paralel yeni bir dünya , dəyişərək bu anlayışlara yeni bir məna gətirdi. Bu gün istənilən yerdə və istənilən zamanda müasir kommunikasiya vasitələrindən istifadə edərək çalışmaq və fəaliyyət göstərmək mümkündür. İnformasiya texnologiyaları nəinki insanın həyat tərzini, həm də onun düşünmə tərzini də köklü şəkildə dəyişdi. Bəşəriyyətin inkişafı boyu yaradıb ortaya çıxartdığı bəzi texnologiyalar, sonradan bəşəriyyətin özünün inkişafını, insanın həyatını, düşüncə tərzini, onun ətraf aləmin reallıqlarını dərketməsini və ətraf mühitə qarşı davranışını köklü surətdə dəyişmişdir. Bu isə müasir dövrdə müəlliminin əsas vəzifəsinin tədris prosesini müasir tələblərə və bəşəriyyətin inkişaf meylinə uygunlaşdırmaq, təhsilalanın diqqətini cəlb edə, o cümlədən onu öyrənməyə və inkişafa motivasiya edə bilmək kimi mühüm elementləri ehtiva edir. Şübhəsiz bu gün ali məktəbin tədris resurslarının zamandan və məkandan asılı olmayaraq əlçatan olması günün tələbidir. ADPU-nun Elmi Şurasında qəbul etdildiyi kimi , müasir dövrün tələblərinə cavab verən, fəaliyyətini müxtəlif elektron tədris-metodiki platformalar vasitəsilə qura bilən, yüksək peşəkarlığa malik müəllim kadrlarının hazırlığı günümüzün tələbidir və 100 illiyi yubileyi ərəfəsində pedaqoji kadr hazırlığını həyata keçirən ilk ali məktəb olan ADPU-nun yeni missiyasıdır. Müəllif: Zülfiyyə VƏLİYEVA
ADPU-nun ETM-nin elmi işçisi, Müəllimlərin Peşəkarlıq səviyyəsini İnkişaf etdirilməsi Layihəsi üzrə Milli məsləhətçi, Əməkdar müəllim.
Bu gün dünyada baş verən sürətli dəyişiklik və informasiya bolluğu insanlara həm müsbət, həm də mənfi təsirlər göstərir. Bir çox insanlar psixoloji, fizioloji və sosial yöndən çətinlik çəkirlər. Məhz buna görə də cəmiyyətdə yaxşı təhsil almış, təcrübəli və peşəkar psixoloqlara ehtiyac yaranır. Psixoloqlar insanların zəka, təfəkkür, təxəyyül, motivasiya və emosiya kimi bir sıra sahələrini öyrənir, gündəlik həyatda insan davranışları ilə əlaqədar problemləri həll etməyin və aradan qaldırmağın yollarını axtarırlar. Bu səpkidə olan bir çox problemlərin həlli üçün insanlara yol göstərir və kömək edirlər.
Qeyd edək ki, insanların problemlərinin böyük əksəriyyəti tibbi deyil, məhz psixoloji xarakter daşıyır. Ona görə də, dünyada psixoloqlara ehtiyac gündən-günə artmaqdadır.
Bu səbəbdən də, ölkənin bir çox universitetləri “Psixologiya” ixtisasından bakalavr səviyyəsi üzrə kadr hazırlayır. Respublikanın aparıcı universitetlərindən biri olan Naxçıvan Dövlət Universitetində də 2021-2022-ci tədris ilindən etibarən əyani və əlavə təhsil üzrə baklavr səviyəsində “Psixologiya” ixtisasından kadr hazırlığına başlanılacaqdır. Dərslər Pedaqoji fakültədə elektron kürsülü, geniş və səliqəli auditoriumlarda təcrübəli müəllimlər tərəfindən keçiriləcəkdir.
Universitetin bu ixtisas üzrə kadr hazırlamaqda əsas məqsədi Azərbyacanda psixologiya elminin inkişafına təkan verimək, psixologiya sahəsində kadr hazırlığının keyfiyyətini yüksəltmək, vətəndaşlara peşəkar psixoloji xidmət göstərən psixoloqlar yetişdirmək, elmi psixoloji ekspertizalar təşkil etmək və həyata keçirməkdir.
Qeyd edək ki, “Psixologiya” ixtisası üzrə təhsil alan tələbələr psixologiyanın aşağıdakı sahələri üzrə elmi biliklərə yiyələnəcəklər:
1. Təhsil psixologiyası
2. Klinik psixologiya;
3. Sosial psixologiya;
4. Təcrübi psixologiya:
5. Fizioloji psixologiya;
6. İnkişaf psixologiyası;
7. Sənaye və təşkilat psixologiyası;
Həmçinin bu ixtisası üzrə təhsil alacaq tələbələr aşağıdakı imkanlardan da istifadə edə biləcəklər:
1. Məzunların ixtisasları üzrə gələcəkdə təhsilini xaricdə davam etdirmə imkanı;
2. Klinikalarda və xəstəxanalarda təcrübə keçmək;
3. Beynəqlxalq təlimlərdə, treninqlərdə, kurslarda, konfrans və simpoziumlarda iştirak etmək;
Qeyd edək ki, “Psixologiya” ixtisası üzrə dərin biliyə yiyələnmiş tələbələrdə aşağıdakı keyfiyyətlər formalaşacaqdır:
1. Düşüncələrini yazılı və sözlü ifadə etmək;
2. Yaradıcı və analitik düşüncə qabiliyyətli olmaq;
3. Səbirli və təmkinli olmaq;
4. Dinləmək və ünsiyyət qurmaq;
5. Diqqətçil və özgüvənli olmaq.
Belə ki, “Psixologiya” ixtisasını bitirən məzunlar gələcəkdə əmək fəaliyyətlərini aşağıdakı sahələr üzrə davam etdirə bilərlər:
1. Xəstəxana və klinikalarda;
2. Elm və təhsil müəssisələrində;
3. Özəl şirkətlərdə;
4. Psixoloji xidmət mərkəzlərində;
5. Sənaye sahələrində.
“Psixologiya” ixtisasını bitirmiş məzunların peşə fəaliyyəti isə aşağıdakılardan ibarətdir:
1. İnsanların davranışlarını incələmək və davranışlarının səbəblərini araşdırmaq;
2. İnsanların düşüncə formalarını, reaksiyalarını, duyğularını və bütün bunların qaynaqlarını analiz etmək;
3. Müxtəlif tipli test və dəyərləndirmə vasitəsi ilə problem və ya problemlərin qaynağını aradan qaldırmağa çalışmaq;
4. Psixoloji problemlər yaşayan insanlarla tez-tez görüşlər təşkil etmək;
5. Psixoloji inkişafdakı yayınmaların qarşısını almağa yönəldilmiş profilaktik işlər aparmaq;
6. İnsanların müəyyən təbəqələri ilə işləməkdə həkimlərə köməklik etmək;
7. Psixoloji problemləri olan insanlar üçün sosial inkişaf proqramları tərtib etmək;
8. Psixologiya sahəsində yeni biliklərin inkişafına yönəlmiş psixoloji tədqiqat və təcrübələr aparmaq;
9. Özəl və dövlət şirkətlərində çalışan vətəndaşlara psixoloji xidmətlər göstərmək.
Əziz gənclər! Sizləri 2021-2022-ci tədris ilində Naxçıvan Dövlət Universitetində yeni fəaliyyətə başlayacaq “Psixologiya” ixtisası üzrə ali təhsil almağa dəvət edirik.
TƏHSİL SAHƏSİNDƏ BAŞ VERƏN DƏYİŞİKLİKLƏR, İSLAHATLAR:
bioloji tənsilin inkişaf perspektivləri
Yeni dövr – yeni format, yeni metod və vasitələr tələb etməkdədir. Artıq qloballaşan dünyada hər bir inkişaf kimi, problemlər də tez bir zamanda bütün dünyanı əhatə etməklə səfərbərlik diktə edir. Tədris sahəsi də baş verən dəyişiklik fonunda artıq dünyada baş verən dəyişikliklərə səmərəli cavab vermək məcburiyyətində. Bunun üçün dünyada gedən yeniliklərə inteqrasiya etmək üçün istər təhsil, istər də texnologiyalar sahəsində kadr potensialı zənginləşdirilməlidir. Buraya həmçinin təhsil ocaqlarının maddi-texniki bazasının yenilənməsi də daxildir. Hazırda biologiyanın tədrisində istifadə etdiyimiz metod və üsullar tədrisin səmərəliliyinə təsir göstərməkdə davam edir. Lakin çalışıb fərqli, yeni imkanlar da tapılmalıdır. Dünyada istifadə olunan yeni vasitələr, İKT-dən istifadənin fərqli metodikasını tədrisə gətirməklə öyrənənlərdə marağı artırmaq tədrisin keyfiyyətini artıracaq amildir. Deyildiyi kimi: “Məsləki inkişaf mütləqdir”. Bir çox metodistlərin fikrincə təhsil sistemi memarlığa bənzəyir. Bu sistemə içəridən baxdıqda nələri dəyişəcəyimizi düzgün qiymətləndirməliyik. Əslində təhsil sahəsindəki memarlıq sosial memarlıqdır: öyrənmə mədəniyyəti, qarşılıqlı müəllim-tələbə, müəllimlərin öz aralarındakı münasibətlərində keyfiyyət dəyişikliklərinə ehtiyac vardır.
Bundan başqa, təhsil müəssisələrinin rəhbərləri də öz işlərində islahat aparmalı, təhsilverənlərin işində, sosial həyatında rəğbətləndirmələredilməli, ehtiyaclarının öyrənilib təmin edilməsi, qayğısına qalınması ilə təhsil sahəsində yüksək səmərəliliyə nail olmaq mümkündür. Təhsil sistemində xarakter də mühüm rol oynayır: burada əsasən öyrədənlərin qətiyyəti, tədris prosesinə güvəni, məktəbdə müəllimlərlə münasibəti nəzərdə saxlanmalıdır. Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı təbiət elmlərinin qiymətləndirilməsi zamanı əsasən müəllimlərin performansını qiymətləndirir. Buraya onların işə – dərsə hazırlığı və işdən məmnunluğunun araşdırılması, müəllimlərin psixoloji vəziyyəti, şəraiti, maaşı, motivasiyası nəzərə alınması, müəllimlərin profesional potensialı və s. daxildir. Məlumdur ki, müəllimin sosial rifahı təhsilin səviyyəsinin yüksəlməsinə təsir edən başlıca amillərdəndir. Bu zaman hər iki tərəf bir-birindən razı qalmaqla prosesin, fəaliyyətin keyfiyyəti yüksəlir ki, bundan udan da yenə cəmiyyətlərdir. Təhsil müəssisələrində mütəşəkkillik, yekdillik, səfərbərlik, bir-birini dəstəkləmək, müəllimlərin işbirliyi labüddür.
Təhsil sisteminin strukturunun yenidən qurulması ilə öyrənənlərdə səriştələrin, imkan-bacarıqların, fiziki mühitin düzgün təşkili vasitəsilə istər öyrədən, istərsə də öyrənənlərin iş qabiliyyətini artıra bilərik. Hesablamalar göstərir ki, yaranmış bəzi problemlər öyrənənlərdə iki səbəbdən tədris prosesindən uzaqlaşma istəyi yaradır: öyrənənlərin prosesə marağının sönməsi, tədris prosesinin 75%-i cəlbedici olmaması. Bəs yeni sistemi yaratmaqla nəyə şərait yarada bilərik? XXI əsr öyrədici mühiti ənənəvi təhsildən, yeni keyfiyyət göstəriciləri ilə fərqlənməlidir: tədris prosesinin maraqlı təşkili, öyrənənlərin yeni biliklərin kəşf etmələrinə, analiz-sintez qabiliyyəti, məntiqi təfəkkürünün formalaşması, səriştəli, yaradıcı olması və s. Həmçinin müəllimlərin işbirliyi, bacarıqların artırılmasına, fənlərin inteqrasiyasına, differensisaiyasına nail olunarsa məktəbdə təhsilin keyfiyyətini artıra bilərik. Yəni öyrənmə formal xarakter daşımamalı, bu zaman dərin öyrənmə, tətbiqetmə bacarıqlarının, düşünmə vərdişlərinin yaranmasına xüsusi fikir verilməlidir. Təhsil sisteminin nailiyyətlərinin zaman-zaman yoxlanması, yerli imkan və şəraitə uyğunlaşdırmaq da tədrisin səviyyəsini yüksəltməyə xidmət edir. Buraya müəllimlərin professionallığını da daxil etmək lazımdır. Həmçinin müəllimlər məmnunsa işinə də təsir edir və tələbəyə keçir. Həm müəllim, həm tələbə təhsil proseslərindən razı qalmalıdır ki, işin keyfiyyəti yüksəlsin. Müəllimlər eyni bir məqsədə xidmət etməlidir. Məqsəd – vahid məqsəd, yekdillik deməkdir. Mütəşəkkillik, yekdillik, səfərbərlik bir-birini dəstəkləməli, bir sözlə, müəllimlərin işbirliyi əsas şərtdir.
Dünyanın inkişafı, yaxşılaşdırılması – hər zaman təhsilin məqsədi və vəzifəsidir. Yeni öyrənmə – yeni təhsil sistemi – dünya ilə əlaqə; dünyada baş verən proseslərə töhfə vermək, dünyanı dəyişmək – 4 xüsusi meyar – islahatlarda əsas tutulur. Bəs pandemiya dövründə hansı dəyişikliklər tələb olunur? 4 əsas element: rifah, sosial intellekt, keyfiyyət investisiya, sistemlilikdən ibarətdir. Müasir təhsil yeniliklərə cavab verən nəsil yetişdirməli, təhsilli olmaq, problemləri həll etməyi bacarmaqla cəmiyyətlərin rifahını yüksəltməyə xidmət etməlidir. Əslində özünə təhsil lideri deyənlər başqa təhsil müəssisələrindən də məsul olmalıdır. Bəs əməkdaşlıq edərək rəqabət etmək necə mümkündür? Belə hesab edilir ki, başlıca olaraq: müəllimlər siniflə məhdüdlaşmamalı, digər müəllimlərlə əlaqəli əməkdaşlıq, təcrübə mübadiləsi, təhsil konfransları təşkil edilməlidir. Rəqabət isə – digər məktəblərlə əməkdaşlıq, təcrübə mübadiləsi, məktəblilərin iş birliyi, müəllimlərin əməkdaşlığı, bir-birinə dəstək olmaq və sairdən ibarətdir. Təhsildə bu yeni dalğadır və təhsilin səmərəliliyini artırmaqdadır (Prof. Michael Fullan).
Konfusinin fikrinə görə: “oxumaq, oxumaq və tərəddüd etmədən təkrar etmək” daha səmərəli təlim hesab edilirdi. Hazırda isə o təlim səmərəli hesab olunur ki, nəinki elmi bilikləri öyrənmək, həmçinin öyrədilənlərin yaradıcı tətbiqinə nail olunsun. Müasir dövrdə öyrənənləri biliklərin saxlanıldığı papka formatından çıxarıb tədris prosesinin fəal iştirakçılarına çevirmək, biliklərin tətbiq etmə bacarıq-vərdişləri perspektivli hesab edilir. Xüsusilə də canlı müşahidədən mücərrəd təfəkkürə, sonra təcrübə, müşahidə, eksperimentdə yoxlama biologiyanın tədrisində xüsusi əhəmiyyət kəsb edir. Təhsilalma və təhsilvermə elə bir prosesdir ki, burada bir neçə komponent birlikdə iştirak etməlidir: bilik, bacarıq, vərdiş. Bunların bir-biri ilə əlaqəsi isə nəticədə arzuolunan təhsili formalaşdırır. Xüsusi bir məqam da vardır ki, əvvəla müəllim ixtisasını yaxşı bilməli, auditoriyanı sevməli, yeniliklərə açıq olmalıdır. Təhsil sahəsində son illər baş verən dəyişikliklər, islahatlar, təlim texnologiyaları, müasir təlimlər, metod, üsul və vasitələr yalnız yerində və səviyyəsində tətbiq olunarsa səmərə verir. Qeyd edək ki, istifadə olunan hər hansı metod və imkanlar etalon kimi qəbul edilməməli, auditoriyanın yaş və bilik səviyyəsini nəzərə alınmalı, yerli şəraitə uyğunlaşdırılmalıdır. Son illər anlaşılır ki, baza təhsili artıq tələbatı ödəyə bilmir. Bu səbəbdən təhsil sahəsinin müasir çağırışlara yaxınlaşması, çatması vacibdir. Bu günün aktual problemlərindən olan təhsilin yeni qayəsi, məqsədi müasir tələbləri, yeni dünya standartlarını ödəməyə hesablanmalıdır. Əslində öyrənənlər üçün həyat məktəbdən sonra başlayır fikri yanlışdır. Onlar həyatı hərtərəfli şəkildə məktəbdə yaşamalıdır. Bu zaman səriştəli, yaradıcı, bilikli, məntiqli düşünməyə qadir olan təhsilalanların formalaşması baş verər. Biologiyanın tədrisində bioloji anlayışlar təlim prosesinin əsasını təşkil edir. Nəticədə təlimin üç başlıca vəzifəsi: öyrətmək, tərbiyələndirmək və inkişaf etdirmək həyata kecirilir. Anlayışların bacarıqlara keçməsi bütün biologiya kurslarında mümkündür. Bacarıqların inkişafı anlayışların inkişafı ilə əlaqəlidir. Bilik, bacarıq və vərdişləri inkişaf etdirmək üçün onların məzmununu inkişaf etdirmək, əvvəlcə sadə bacarıqlar, sonra isə daha mükəmməl və mürəkkəb bacarıqlar formalaşdırılmalıdır. Hazırda təhsil sahəsində kurikulum islahatları sayəsində tədris prosesində keyfiyyət dəyişiklikləri aparılmaqdadır. Fənyönümlü kurikulum məzmun etibarilə elm sahəsini, onun mükəmməl anlayışlar sistemini əhatə etməklə bu anlayışların mənimsənilməsinə istiqamətləndirilir. Bütün praktik bacarıqların yerinə yetirilməsində məqsəd biliklərin möhkəmliyini, davamlılığını artırmağa xidmət göstərir.
Ümumiyyətlə, biologiyanın tədrisində istər tələbə, istərsə də müəllim ölkədə və dünyada baş verən yenilikləri izləməli, təhsil islahatlarını müzakirə edib tədris üçün ən səmərəlilərini seçməyi bacarmalıdır. Həmçinin öyrəndiyi hər hansı bilik, bacarıq və metoda etalon kimi baxılmamalıdır – deyə düşünür və daim auditoriyalarda təkrarlayırıq. Hər şeyə tənqidi yanaşma bacarığı həm öyrənilənin mahiyyətinə varmağa, həm də yaradıcı tətbiqetməyə imkan yaradır. Həmçinin təlim fəaliyyət prosesi olduğu üçün bu prosesdə öyrədən və öyrənən arasında xüsusi ünsiyyət modelləri yaranmalıdır. Buraya 3 A texnikasını aid etmək olar:
Anlamaq; Anlatmaq; Anlaşmaq.
Yəni hər bir fəaliyyət prosesində anlaşmaq üçün ilk növbədə anlatmaq istədiklərimizi özümüzün anlaması əsas şərtdir. Təhsil; Tərbiyə – nəticə; İnkişaf. Yəni – təlim – təhsil – tərbiyə = inkişafdır. Biologiyanın tədrisi prosesində hərtərəfli dünyagörüşü formalaşdırmaq üçün pedaqoji və dialektik prinsiplər əsas götürülməlidir. Əsasən biologiyanın tədrisində dünyagörüşün üç istiqamətli əsas götürülməlidir: dünyagörüşün maddiliyi və vahidliyi, dialektika qanunlarının ümumi xarakter daşıması. Ümumiyyətlə, dünyagörüşü təlim və tərbiyə vəzifəsini görür, dolayısı ilə şəxsiyyətin formalaşmasına xidmət edir. Məktəb biologiya kursunda canlı orqanizmlərə daim hərəkətdə, inkişafda olan materiya kimi baxılmalı: ibtidaidən aliyə, sadədən mürəkkəbə hərəkət – inkişaf prinsipi əsas götürülməlidir. Mövcud təlim, metod və üsullardan başqa daha düşündürücü, cəlbedici, fərqli vasitələrdən istifadə də təlimin keqfiyyətini artırmağa kömək edir. Məsələn hər hansı bir mövzunun tədrisində izahın balığın quruluşu üzərində verilməsi həm xüsusi marğa, həm də diqqətin artması ilə yüksək mənimsəməyə səbəb olacaqdır. Bəs bunu necə həyata keçirə bilərik? Balıq sümüyü – elmdə problemlərin həlli üçün yaxşı bir yanaşma olan tənqidi düşüncənin təşkili üçün vizual bir vasitədir. Balıq sümüyünün diaqramı şagirdlərə problemə səbəb olan və təsir ilə səbəb arasındakı əlaqəni ölçən, kök səbəbləri barədə öyrətməyə kömək edir. Bu bir qrupa dərs deyəndə daha təsirli olur. Bu diaqram yanaşmasında, balığın başı dəyişikliyi təmsil edir, qabırğalar bunun səbəbini göstərir və lentlərdə dəstəkləyici dəlillər yazılır.
Bəs biologiyanın tədrisində interaktiv, konstruktiv təlimdən başqa, texnologiyanı zəruri edən amillər hansılardır? Müxtəlif səbəblərdən müşahidəsi mümkün olmayan bəzi obyekt və hadisələrin gostərilməsində kompyuter texnologiyaları əvəzsiz rol oynayır. Məsələn:
izah edilməsi, daha doğrusu başa düşülməsi mürəkkəbbdirsə (zülal sintezi)
nümayiş etdirilməsi mümkün deyilsə (dərin su heyvanları, alp çəmənlikləri) və s.
Artıq həyatımızın bütün sahələri rəqəmsallaşdığı üçün müasir texnoloji bacarıqlarsız heç bir fəaliyyət mümkünsüz hala gəlmişdir. Tədrisin belə onlayn rejimə möhtac qalması dijital fəaliyyətin təkmilləşdirilməsini tələb edir. Lakin dünyada baş verən problemləri nəzərə alaraq bilməliyik ki, cəmiyyətlərə “bilgili canavarlar” lazım deyil!!! İnsanlar arasında ayrı-seçkilik edilməməli, ədalətli, dünyanı qurtarmağa çalışan nəsillər yetişdirməyə çalışılmalıdır. Lakin bərabərlik də hər zaman adil olmaya bilər. Bunun üçün təhsil sahəsində çalışanlar daha duyarlı, ədalətli, bilikli, müasir dünyaya uyumlu, gələcəyə sevgi ilə baxan, zəngin dünyagörüşlü olmalıdır. Çünki öyrədən öyrənməyi buraxırsa, o adi bir lövhəyə çevrilir və bunun kimsəyə faydası olmaz.
Təhsildə innovasiyalar, Yeni Dünya Düzəni, Yeni Tədris Formatı
XXI əsr bizi təəccübləndirməyə davam edir. Yaşadığımız son dövrlər öz yeni formatı, fərqli problemləri ilə seçilir. Artıq 2020-ci ilin əvvəlindən başlayaraq həyatın tamamilə yeni istiqamətdə dəyişilməsi ilə barışmalıyıq. Qəbul etməliyik ki, dünyamız köklü şəkildə dəyişdi və əvvəlki münasibətlər yeni keyfiyyət dəyişikliyinə uğramışdır. Artıq yeni dünya insanı cəmiyyətini, dövlətini əvvəlki şərtlərlə idarə etmək, yeniliklərə anında cavab verməkdə çətinlik çəkir. Bu gün hansı cəmiyyət elminə, təhsilinə, insanına, torpağına, toxumuna sahib çıxar, yatırım edərsə, yeniliklərə açıq olub dünya təcrübəsindən faydalanmaqla yaradıcılığa üstünlük verərsə o da yarışdan qalib çıxacaqdır. Məqsəd açıq və aydın olmalıdır. Təbiətdə belə bir qanun var – güclülər qalib gəlir. Yəni müasir dunyamızda yaşamaq uğrunda mübarizədə qalib gəlmək üçün də cəmiyyətlərdə güclü-gücsüz qarşıdurması gedir. İnsanlığın sınağa səkildiyi son illərdə bütün sahələrdə olduğu kimi tədris-təhsil sahəsində də problemlər, mübahisəli məqamlar yaranmışdır.
Öyrədən-öyrənən arasındakı fərqli formatda fəaliyyətlərin gündəmə gəlməsi ilə ali və orta məktəblərdə tədrisin idarə edilməsinin dövrün problemlərinə müvafiq şəkildə təşkili zərurətə çevrilmişdir. Əslində dünyanı saran problemlər bu gündən gələcəkdə də yarana biləcək qarışıqlıqlara hazırlıqlı olmağımızı şərtləndirir. Müasir texnologiyalar sayəsində düçar olduğumuz karantin şəraitində fəaliyyətimizi davam etdirsək də – onlayn, virtual format, a-sosial mühit, məsafələrin uzanması cəmiyyətlərdə bəzi ruhsal, psixoloji problemləri də yaratmışdır. Ümumiyyətlə, həyatın müxtəlif sahələrində nailiyyət hər bir fərdin fəal iştirakından asılıdır. Belə ki, yaradıcı, fərdi yanaşma, təfəkkürün istiqamətləndirilməsi, şəxsiyyətin problemə yanaşması, həyata baxışı, dünyağörüşünün zənginləşdirilməsi əsas şərtlərdəndir. Təhsil sahəsi bu işlərdə əsas yerlərdən birini tutur. Cəmiyyət həyatında köklü dəyişiklik etmək əsasən təhsilə qoyulan yatırımdan çox asılıdır. Bunun üçün nəzərə alınmalı məqamlar çoxdur:
Müəllimlərdə tədrısə sahiblik prinsipi
Öyrədən-öyrənənin maraq, təşəbbüs və istəklərinin ön plana çəkilməsi
Təhsildə qloballaşmanın qarşısının alınması
Fərqli təhsil formatının yaradılması
Tədris prosesində motivasiya, iki tərəfin də maraqlarının təmin edilməsi
Müəllim-tələbə sintezi
Təhsilin, məktəbin dövrün tələbinə uyğun təşkili
Fikir mübadiləsi, birlikdə fəaliyyət və s.
Təcrübələr göstərir ki, təhsildə istənilən səviyyəyə çatmaq üçün öyrənənlərdə aşağıdakı bacarıqların formalaşdırılması vacib sayılmalıdır: Yeni biliklərə məntiqi, tənqidi yanaşmaq, təxəyyülə sahib olmaq, yaradıcı tətbiqetmə, fərqli tədris formatı, dinləmə, kommunikasiya, təhlil, analiz-sintez, düşündürücü sual vermək bacarığı və s. Bütün bunlar təhsildə, dolayısı ilə cəmiyyət həyatında innovasiyalardan istifadəni təmin edəcəkdir:
Təhsildə nələri dəyişək? – öyrənənlərin müstəqilliyinə, sərbəstliyinə imkan yaradıb həvəsləndirmək, vaxt vermək. Gənc nəslin suallarına ciddi yanaşıb birlikdə tədqiqat aparmaq, gələcəyin məsuliyyətini dərk etdirmək.
Yeni dövrdə təhsil necə olmalı? – Bacarıqları inkişaf etdirməklə. Gənclər fundamental bacarıqlarını təkmilləşdirməklə yeni dövrdə yer tuta bilərlər. Artıq dünyada ixtisaslaşmış təhsil geri qalmış təhsil sayılır. Fərdi yanaşma və müşahidə ilə öyrənənləri dəyərləndirməliyik. Yəni bu əsrdə insanın qəlbinin, ruhunun bacarıqları da önə çəkilməli, empatiya qurularaq qarşıdakının fikirlərinə önəm verilməlidir.
Dünyanı dəyişmək üçün müəllimlər nə etməli? – Məlumatların canlı, öyrənənlərin yaradıcı olmalarına diqqət yetirilməli, tədris edilən fənlərin önəminə diqqət edilməli; Dünyagörüşün zənginliyi, yaradıcı işə xüsusi fikir verilməlidir. Xüsusilə son illər tənhalaşmaq, təcridolunmaq işin keyfiyyətinə mənfi təsir etmişdir. Bu baxımdan cəmiyyətlərin və dövlətlərin müəllimlərin problemləri ilə maraqlanması, həyat şəraitlərinin yaxşılaşdırması qayğısına qalması işin xeyrinə olardı.
Yeni dünyada yeni məktəb modeli necə olmalı? – Tələbələrin yaradıcılığı, gördüyü iş qiymətləndirilməli; Biliklərin yaradıcı tətbiqi; Müəllimlər kollektiv şəkildə fəaliyyət göstərməlidir. Bu həm motivasiya edici təsir edər, həm də yaradıcılıq, tədqiqatçılığa meyli artırardı.
Təhsildə hesabatlılq bacarığı nədir? – Tələbələrin ən nümunəvi işlərinin nümayişinin, süni zəkanın təhsilə təsiri imkanlarının qiymətləndirilməsinin fərdi inkişafa təsiri daha çox olacaqdır. Texnologiyaların tətbiqi zərurəti bu sahəyə diqqətin artırılmasını diktə etməkdədir. Ölkə, dövlət, müəssisələr arasında cəmiyyətin inkişafı qiymətləndirilməlidir. Dünyanın necə dəyişdiyini anlamaq; Birlikdə öyrənməni dəqiqləşdirmək, şərait yaratmaq, dəyişməyə hazır olmaq. Gənc nəslin təkmilləşməsi, yeni dünyaya hazırlanması, fərqli formata istiqamətləndirilməsi.
Bu gün dünyada artan işsizlik, maddi problemlər, gərginləşən münasibətlər fonunda sağlam düşüncə ilə davranmağa borcluyuq. Hər kəsin stresli zaman keçirməsini nəzərə alaraq qayğını, mərhəməti, məhəbbət hissini bir-birimizdən əsirgəməməliyik. Cəmiyyətin ziyalısı, ali məktəb müəllimi olaraq məruz qoyulduğumuz bu problemlərdən az itki ilə çıxa bilməyin yollarını da araşdırmalıyıq. Gənclərimiz gələcəyimizdir və müxtəlif sahələrdə cəmiyyətin inkişafında mühüm rol oynayacaqlar. Bu səbəbdən onlarla apardığımız işlər üçün də məsuliyyət bizim üzərimizdədir.
Yenicə qazandığımız Qarabağ zəfəri də bizi bundan sonrakı möhtəşəm nailiyyətlərə ruhlandırır. Şahidi olduğumuz Vətən müharibəsi göstərdi ki, qan yaddaşı bələkdə Qarabağı tərk edən körpələri 30 il sonra tanklarla, İnsansız Hava Araçları (İHA) və qırıcı təyyarələr, müxtəlif hərbi texnika ilə doğma torpaqlarını mənfur düşmənlərdən təmizləmək üçün ayağa qaldırdı. Bu, XXI əsrdə dünyaya səs salan müasir Vətən Muharibə formatı Azərbaycanın yetişdirdiyi tələbələr, mühəndislər, həkimlər, müəllimlər,…., Zabit və Generallar sayəsində qələbə çalaraq Böyük Qələbə, Böyük Qayıdış idi. Bütün Azərbaycan cəmiyyəti olaraq Qarabağ Şəhid, Qazi, Əsgər, yüksək rütbəli hərbiçilərinə, şəxsi heyətinə minnət duyur, şəhid və qazi ailələrinə səbr diləyirik. Ən ali səviyyədə dövlət qayğısı ilə əhatə olunmuş müharibə iştirakçıları yetişməkdə olan gənc nəsil üçün də layiqli nüminədir. Cəmiyyətlər və dövlətlər eyni amal uğrunda çalışdıqca görülən işlər hər bir fərdi məmnun edəcəkdir. Ümid edirik ki, insani sevgi, mərhəmət, elmi nailiyyətlər sayəsində Dünyamız yaşamaq üçün öz əhəmiyyətini artıracaqdır.
Yaşadığımız günlərdə cəmiyyətlər, dövlətlər arasında açıq şəkildə qüvvələrin toqquşması baş verdiyinin şahidi oluruq. Tədris sahəsində də bütün baş verənləri nəzərə alaraq köklü dəyişikliklər etməyin tam zamanıdır. Bu gün bizə müxtəlif elmi bilikləri əzbərləyən şagird, yaxud tələbə kifayət eləmir. Öyrənənləri biliklərin saxlandığı “papka” formatından çıxarmaq zamanı çoxdan çatmışdır. Öyrəndiyi biliyi yaradıcı tətbiq edə bilən, təklif olunan hazır biliklərə tənqidi yanaşan, konstruktiv düşünən gənc nəsil sayəsində yaxın gələcəkdə texnologiyaların, robotların üstünlük təşkil etdiyi dünyada yaşamağa uyğunlaşmalıyıq. Anlamalıyıq ki, artıq ən böyük “silah” Elmdir. Köhnə dünya standartları ilə yeni dünyada rəqabətə dayanmaq üçün çalışmalıyıq. Biologiya elmi, tibb sahəsi, kimya, fizika, kosmonavtika və digər elm sahələrində əldə edilmiş yeni nailiyyətlər insanlığa fərqli yanaşmalara görə cəmiyyətlərin lehinə və əleyhinə tətbiq edilməkdədir. Elmi insanlığın lehinə işlədən kadrlar, mütəxəssislər yaratmaq müasir dövrün zərurətinə çevrilmişdir. Məhz yaradıcı, yenilikçi, müasir texnologiyalara yiyələnmiş gənclik, hazırkı kadr potensialının təkmilləşməsi ilə güclü rəqabətə dayana biləcəyik. Son bir ildə bütün dünyada “pandemiya, karantin, virus, məsafə, maska, təmizlik” məfhumları həyatımızın reallığına çevrilmişdir. İnanırıq ki, cəmiyyətlərin sağlam düşüncəli ziyalılarınin birgə səyi ilə XXI əsrdə cəmiyyətlər istər Təhsilinə, istərsə də İnsanına sahib çıxaraq qarşıya çıxan çətinlikləri aşacaqdır.
Dövri mətbuatda müntəzəm çıxışları ilə tanınan “Yazarlar” jurnalının redaksiya heyətinin ən gənc üzvü Nərgiz Mirzəyeva “Qarabağ uşaqların gözü ilə onlayn videoçarx” müsabiqəsində uğurla iştirak etdiyinə görə “RÖVŞƏN HÜSEYNOV” diplomu ilə təltif olunub. Laureatı bu münasibətlə təbrik edir, eyni zamanda layihdə iştirak etdiyi videoçarxı və “Şuşam” şeirini sizlərə təqdim edirik:
“QARABAĞ UŞAQLARIN GÖZÜ İLƏ” LAYİHƏSİ – NƏRGİZ MİRZƏYEVA “ŞUŞAM” ŞEİRİ
ŞUŞAM
Səni yağı düşmən qəsb edən gündən, Yaralı vətəndik, sənsiz, ay Şuşam. Solmuşdu büsbütün Xarı bülbülüm, Çiçəksiz çəməndik, sənsiz, ay Şuşam. Sən bizim döyünən ürəyimizsən, Ürəksiz bədəndik, sənsiz, ay Şuşam.
Artıq ötüb-keçdi o çətin anlar, Axır ki, tapıldı dərdin əlacı, Sən artıq bizimsən, bizimsən indi Sevin, əziz Şuşam, vuran ürəyim, Sevin, əziz Şuşam, başımın tacı.
Nəhayət yetişdi o tarixi gün, Müzəffər ordumuz ayağa qalxdı, Üçrəngli bayrağı, öz əlləri ilə Şuşa qalasının başına taxdı.
Şuşam azad oldu ağrı-acıdan Şuşam azad oldu qəmdən, kədərdən, Açıldı qaralmış göylərin üzü Yurdum işıqlandı nurlu səhərdən.
İllərdir yarımçıq qalan arzular, Bu gün nəhayətçi kamına yetdi. Bağrı dağa dönmüş Şuşamız bu gün Sevincli alqışlar, səslər eşitdi.
Bu səs qazanılan zəfər müjdəsi, Bu bir türk səsi idi, sevinc səsi idi, Bu səs buxovların qırılan səsi, Azad Şuşamızın qələbəsi idi.
Allahım, günlərdən nə gözəl bir gün, Ali Baş Komandan, eşq olsun sizə. Qələbə sevinci yaşadı xalqım, Sonsuz bir səadət bəxş etdin bizə.
8 noyabr-tarixi bir gün, Müzəffər ordumuz, görüm var olsun. Hər bir əsgərimi Allah qorusun, Hər bir əsgərimə Allah yar olsun.
Biz iki millətik, birgə dövlətik, Nə olursa, olsun ayrılmaz Turan. Var ulu Turanın iki lideri, Birisi İlhamdır, biri Ərdoğan.
Təhsil sisteminin sürətli informasiyalaşdırılması prosesi təhsildə elektron dərsliklərin istifadəsinə həm geniş imkanlar açmış, həm də zərurət yaratmışdır. Elektron dərsliklər öyrənənlərə təhsil prosesində fəal iştirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək, yeni bilik əldə etmək və öz imkanlarını qiymətləndirmək imkanı verir. Elektron dərslik həmçinin böyük həcmdə tədris və təlim materiallarını əhatə edərək yeni tədris metodlarının inkişafına təkan verməklə ənənəvi öyrənmə formalarını zənginləşdirir. Zaman keçdikcə cəmiyyətdə, ictimaiyyətdə olduğu kimi tədris sahəsində də zəruri keyfiyyət dəyişiklikləri baş verir. Yaşadığımız pandemiya səbəbindən həyatın bütün sahələrində olduğu kimi, təhsil sahəsində də fəaliyyətin yalnız texnologiyalardan istifadə sayəsində davam etdirilməsi zərurəti artıq yeni dünya formatına uyğunlaşmağı diktə edir. Hesab edirik ki, ali və orta məktəblər üçün hazırlanan dərsliklərin formatını da dəyişməyin vaxtı çatmışdır. Fikrimizcə, artıq ali məktəblərdə metodik, dərs vəsaitləri və dərsliklərin hazırlanmasında elektron və interaktiv formatlara da keçməyin vaxtıdır. Bu gün informasiya və rabitə texnologiyalarının istifadəsi sahəsində aparıcı istiqamətlərdən biri təlim fəaliyyətində kompüter texnologiyalarından effektiv istifadə edilməsidir. Bu fəaliyyətin həyata keçirilməsində əsas məsələ təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına imkan yaradan elektron dərs resurslarının yaradılması və mövcud mənbələrin modernləşdirilməsindən ibarətdir.
Hazırda həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmiş informasiya texnologiyaları bir çox elm sahələri kimi, biologiya elmində də böyük kəşflərə, nailiyyətlərə gətirib çıxarmışdır. Biologiyada gen mühəndisliyi sahəsində aparılan işlər informasiya texnologiyalarının günümüzdəki dəyərini qiymətləndirməyə imkan verir. Tədqiqatlar göstərir ki, təhsilin modernləşdirilməsinin əsas məqsədi ona yeni keyfiyyət qazandırıb yeni nəticələr almaqdır. İKT əsasında yeni təhsil mühitinin formalaşdırılması və biologiyanın tədrisində onun metodik əsasının aydınlaşdırılması yeni nəsil müəllimlərin hazırlanmasında peşəkarlığın atırılmasına hesablanmışdır. Elektron təhsil resurslarının didaktik imkanlarının analizi informasiya təlim mühitinin həyata keçirilməsi probleminin həllinə istiqamətlənmişdir. Elektron cihazların köməyi ilə istifadə olunan dərs materiallarına elektron dərs resursları deyilir. Elektron dərsliklərin üstünlükləri onların müxtəlif istifadə formatlarıdır – onlayn və ya offlayn rejimdə; kompüter, planşet, mobil telefon vasitəsilə dərsliklərin istifadə imkanının olması; əyani vəsaitlərin mövcudluğu – qrafika, animasiya, interaktiv fəaliyyət və digər multimedia xüsusiyyətləri; böyük həcmli məlumatların saxlanması; mətnlər üzərində qeydlərin aparılması mümkünlüyü; rahat istifadə – axtarış sisteminin mövcudluğu; mobillik – hər yerdə və hər zaman. Elektron dərsliklərin üstünlükləri onların müxtəlif istifadə formatlarıdır – onlayn və ya offlayn rejimdə; kompüter, planşet, mobil telefon vasitəsilə dərsliklərin istifadə imkanının olması; əyani vəsaitlərin mövcudluğu – qrafika, animasiya, interaktiv fəaliyyət və digər multimedia xüsusiyyətləri; böyük həcmli məlumatların saxlanması; mətnlər üzərində qeydlərin aparılması mümkünlüyü; rahat istifadə – axtarış sisteminin mövcudluğu; mobillik – hər yerdə və hər zaman. Elektron dərsliklər istifadəçilərin təhsil prosesində fəal iştirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək üçün optimal şərait yaradır. Dünyada çoxdan təsdiqini tapmış onlayn və offlayn universitetlərin yaradılması, kadr potensialı ilə təmin olunması problemləri artıq qarşıda həllini gözləyən aktual problemlərə çevrilmişdir. 2014-cü ildə Cənubi Koreya universitetləri ilə tanışlığımız universitetlərdə gələcəyin kadrlarını yetişdirməkdə gecikməməyi öyrətdi. Bunun üçün müxtəlif beynəlxalq səviyyəli kurs və treyninqlərdə iştirak edilməsi perspektivləri dəyərləndirilməlidir.
Düşünürük ki, fənlər üzrə elektron kitabların hazırlanması eyni zamanda bir neçə kitabın bir arada istifadəsinə, anında istənilən məlumatın təkrar edilməsinə imkan yaradar. Xüsusilə, biologiya fənlərinin tədrisi və öyrənilməsi zamanı bu cür E-bookların istifadəsi yüksək səmərə verər. Artıq interaktiv, elektron dərs və metodik vəsaitlərin, dərsliklərin tərtibi zamanı bu faktorlar nəzərə alınmalıdır. Belə olduqda təbiətşünaslıqdan tutmuş, ümumi biologiyaya qədər elm sahəsini təşkil edən bu cür elektron kitablarda öyrənənlər istənilən bioloji fakt və hadisəni təkrar öyrənə, yaxud müqayisə edə bilmək imkanına malik olacaqdır. Yaxın gələcəkdə elektron kitabların tədris sahəsinə geniş şəkildə daxil olacağına inanırıq. Çünki, bütün bu imkanları tədris prosesinə qazandıran YTT (yeni təlim texnologiyaları) səmərəsini get-gedə artırmaqda və zərurətə çevirməkdədir. Ənənəvi kagız kitablarla elektron kitabları müqayisə etsək: «1.Elektron kitabda mətndə axtarış, böyük istinadlara keçid, qeyd və seçmə təsvir edilə bilər; 2.Bir qurğuda 1000-dən artıq kitab saxlanıla bilər; 3.Kiçik həcm və ölçüyə malik olduğu üçün daşınması asandır; 4.Şriftin formasını və ölçüsünü dəyişmək mümkündür; 5.Animasiyalı şəkillərə, multimediyalı təqdimatlara baxmağa imkan verir; 6.Elektron kitabın kağız kitabdan baha olmasına baxmayaraq, elektron mətn kağız mətndən xeyli ucuzdur; 7.Daxili proqramlar, nitq sintezatorları, mətni səsləndirməyə imkan verir və s. Elektron kitabların digər özəlliyi isə oxucunu dinləyiciyə cevirmək xüsusiyyətidir ki, bu da müxtəlif varianlarda öyrənənin işini yüngülləşdirməyə xidmət edir. Bu vasitə ilə XXI əsr insanını daha çox elmi və bədii ədəbiyyatların oxunmasına istiqamətləndirmək mümkündür. Həqiqətən də internetdən, elektron resurslardan istifadə edənlər üçün elektron kitablar daha cəlbedici hesab olunur.
Məlumdur ki, Elektron Təhsil Resursları (ETR) – tədris məzmunlu elektron formadır və onları səsləndirmək üçün müxtəlif elektron mexanizm və maşınlardan istifadə edilir. ETR-lər adi dərslikdən fərqlənir və interaktivliyi isə şagirdin müstəqil işləməsini təmin edir. ETR – mətn, tekstoqrafik və multimediaya ayrılır. Elektron resursların müxtəlif istifadə formaları keçiləcək materialın həm mətn variantını, həm eyni zamanda mətn və diaqram, şəkil, cədvəl şəklində, həm də multimedialı təqdimat kimi, illüstrasiyalar, səsli, tərkibində video, animasiya, audio, məzmun və interaktiv üsullardan istifadəsinə imkan yaradır. Təlim məqsədlərinin yerinə yetirilməsində vacib şərti təlimin məzmununun uyğun olmasının təmin edilməsi və yeni standartların qəbul olunması, informasiya texnologiyalarının öyrənilməsinə geniş yer verilməsidir. Təlim texnologiyalarının durmadan təkmilləşməsi tədris prosesinə hər keçən gün yeni imkanlar yaradır. Yaxın illərdə kütləvi xarakter daşıyacağına inandığımız «Elektron kitab və ya E-book – 16 Mb elektron kitab fləş-yaddaşın köməyi ilə 3200 mətn səhifəsini və ya 10-a qədər orta həcmli kitabı yaddaşda saxlamağa qadirdir. Microsoft Word mətn redaktorlarında yaradılan DOC formatında, HTML və ya ZIP, RAR, ARJ mətnləri HTML dilinin vasitəsilə müxtəlif freym strukturların yaradılması, mətn və şəkillərin formalaşdırılması, siyahı və cədvəl strukturlarının təşkil edilməsi, şərh və istinadların daxil edilməsi əsasında yaradılır. İKT-nin sürətlə inkişaf etdiyi bir dövrdə hər bir müəllim daha da keyfiyyətli, səmərəli dərs təşkil etmək üçün texnologiyalardan istifadəyə üstünlük verməlidir. Eyni zamanda elektron dərslərin gerçəkləşməsi bir çox layihələrin yaranmasına səbəb olmuşdur. Buna misal olaraq qeyd edə bilərik ki, hal-hazırda elektron kitabxanalar, elektron test sistemi, elektron təhsil və s. elektron xidmətlər bu günki təhsil sistemimizin əsasını təşkil edir. Bu dərslər vasitəsilə uşaqlarda informasiyanın əhatəsi daha da genişlənir və əlçatmaz obyektlər öyrənənlərin canlı müşahidəsinə çevrilir. Elektron tədris vasitələrindən istifadə zamanı sinfə gətirilə bilməyən, yaxud tapılmayan əyani vəsaitləri asanlıqla izləmək mümkündür. Mənfi cəhətlərindən biri isə isə tez-tez hazır materiallardan istifadə edildikdə yaradıcı təxəyyülün inkişafını ləngitməsidir. Bu baxımdan dərs prosesinin təşkilində mövzuya uyğun metod və üsulların seçilməsi, dəyişdirilməsi, əyani vəsaitlərdən istifadə, interaktiv rejimin yaradılması vasib şərtlərdəndir.
Elektron, yoxsa ənənəvi kitab? İnternetin geniş imkanları artıq ənənəvi kitablara da təsir göstərmişdir. Belə ki, müasir dövrdə internetin zəngin informasiya ehtiyatları ilə yanaşı, kağız kitabları əvəzləyən elektron formatda kitabların, elektron kitabxana və ensiklopediyaların meydana gəlməsi həyatın bütün sahələrinə təsir etməkdədir. Xüsusən də yeni nəslin adi kitablardan daha çox elektron kitablara üstünlük verməsi internetin müəyyən qədər kitabların yerinə keçəsəyi ehtimalını artırır. Hazırda planşet və digər mobil cihazlardan elektron kitab oxuyanların sayı kitabxanalarda kitab axtaranlardan çoxdur.
Bəs elektron kitablar həqiqətən də ənənəvi kitabları əvəz edə bilərmi? Və nə üçün gənclər elektron kitablara daha çox üstünlük verirlər? Əksəriyyət belə hesab edir ki, məhsul olaraq elektron və kağız kitabın fərqi yoxdur. Lakin elektron kitablar daha rahat və münasibdir. Əlbəttə zaman keçdikcə elektron cihazlarla kitab oxunması rahat olduğundan bəziləri üçün kağız kitabları əvəzləyəcəyi mümkündür. Bəzi tədqiqatçılar isə hesab edir ki, dünyada olduqca aktual olan elektron kitablar elektron qurğular vasitəsilə daha da geniş yayılmaqdadır. Bütün bunlar ölkəmizdə də elektron kitablara tələbatı artırdığından bu sahədə müəyyən çatışmazlıqlar nəzərə çarpır. Bu boşluğu aradan qaldırmaq üçün ali məktəblərdə professor-müəllim heyəti hazırladıqları dərslik və dərs vəsaitlərini elektron formata keçirmək üzərində düşünməlidirlər. Bəzi mütəxəssislər iddia edir ki, elektron kitabların çoxalması, kağız nəşrlərin sayının azalması isə ağacları kəsilməkdən qoruyacaqdır.
Bundan başqa, elektron dərsliklərdə axtarış funksiyaları mövcuddur ki, bu da xüsusi məlumatların axtarılması prosesini sürətləndirir və asanlaşdırır. Elektron dərsliklər asanlıqla daşınan cihazlarda, o cümlədən kompüterdə, leptop, planşet və mobil telefonlarda istifadə oluna bilir. Elektron kitabda fayl dedikdə oraya – şəkil, qrafik, diaqram, səs də daxil edilə bilər. Elektron kitabları planşet kompüter sinfinə daxil etmək olar. Planşet fərdi kompüterin adi kompüterdən fərqi onun məhdud funksiyaları avtonom iş zamanı geniş vaxta malik olmasıdır. Müasir elektron kitablar adətən, sensorlu ekran ilə təchiz edilirlər və geniş funksiyalar toplusuna malik olurlar ki, bu da istifadəçinin təlabatlarını daha çox ödəyir. Ali məktəblərdə tələbələrin seminara hazırlıq, sərbəst işlərin hazırlanması zamanı verdiyimiz tapşırıqlar nəticəsində multimedialı təqdimatların hazırlanması və nümayişi bacarıqlarının formalaşdırılması onların orta məktəb təcrübələrində pedaqoji prosesin interaktiv üsul və texnologiyalarla təşkilində mühüm rol oynayır.
Artıq elektron təlim resurslarının (ETR) didaktik imkanlarının analizi informasiya təlim mühitinin həyata keçirilməsi probleminin həllinə istiqamətlənmişdir. Bu sahədə rəqəmsal kitabxanaların, elektron ensiklopediyaların da rolu böyükdür. Qloballaşma şəraitində təhsilin ən yeni və effektiv texnologiyalarına, o cümlədən bu istiqamətdə potensiallı kadrlara da ehtiyac yaranmışdır. Bu səbəbdən istər ali təhsil müəssisələrində tələbələrin, istərsə də orta məktəblərdə şagirdlərin müasir təhsil standartlarına uyğun hazırlanması qarşıda duran əsas vəzifələrdən biridir. Həmçinin öyrənənlərin tədqiqatçılıq meyllərinin və yaradıcılıq potensialının inkişafı da nəzərdən qaçırılmamalıdır. Cəmiyyətlərin inkişafı təhsilə qoyulan yatırımlardan asılıdır. Bu işdə professor-müəllim heyəti yenilikləri izləyən, müasir, dünya təcrübəsindən xəbərdar, ən yeni texnologiyalardan istifadə etmək potensialına malik olmalı və buna xüsusi səy göstərməlidirlər. Son aylar yaşadığımız problemlər bütün dünyada modern texnologiya və proqramlardan istifadənin zərurətini dərk etdirməklə yanaşı, müxtəlif sahə mütəxəssislərinin öz sahəsində yeniliklər etmək məcburuyyəti yaratmışdır. Qədəm qoyduğumuz yeni dünyada bizi hansı sürprizlərin gözlədiyini bilməsək də perspektiv planların hazırlanmasına başlamalıyıq. Bunun üçün də yeni formatda yaşamağa uyğunlaşmaq tələbinə şəxsi fəaliyyətlə cavab verilməlidir. Bu səbəbdən Azərbaycan dövləti istifadəmizə geniş imkanlar vermişdir. Naxçıvan MR və Naxçıvan Dövlət Universiteti, bütövlükdə Azərbaycan cəmiyyəti bütün dövrlərdə müxtəlif sahələrdə ilklərə imza atmışdır. Ümidvarıq ki, XXI əsrin təhsil sisteminə də öz töhfələrimizi verəcəyik.
«Mənim dilim -Ana dilim» layihəsinin bu dəfəki qonağı xalq yazıçısı Çingiz Abdullayev olub. Dedektiv janrda yazan Ç. Abdullayevin əsərləri Azərbaycanla yanaşı,dünyanın bir sıra ölkələrində xaric dillərə tərcümə edilərək, geniş bir oxucu sevgisi qazanıb. Belə ki, Ç. Abdullayevin əsərləri Norveçdə də oxucuların rəğbətini qazanıb və sevilib. İki dəfə Norveçə səfər edən Ç. Abdullayev Osla və Bergen şəhərlərində oxucularla görüş keçirib və imzalı kitablarını onlara təqdim edib. Yazıçının dediyinə görə Skandinaviya ölkələri əsərlərinin çox oxunduğu ölkələr sırasındadır.
Bu dəfə isə Ç. Abdullayevin Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbinin şagirdləri ilə zoom görüşü olub. Qeyd edək ki, bu görüş Novruz bayramı günü məktəbin şagirdlərinə və valideynlərə dəyərli və gözəl bir hədiyyə olub. Ç.Abdullayev Osloda dahi şairimiz Nizami Gəncəvinin adını daşıyan həftəsonu məktəbində ana dilinin tədris edilməsini müsbət qiymətləndirib və bilirib ki, ana dilini uzaq Skandinav ölkəsində uşaqlara öyrədilməsi, onlarda ana dilinə olan sevginin artmasına səbəb olacaqdır. Ç.Abdullayev müasir dövrdə dünyaya çıxmaq ,müəyyən bir mövqey və status əldə etmək üçün uşaqların ana dili ilə yanaşı, bir neçə xarici dil bilməsinin vacib olduğunu söyləyib. Kitabların uşaqlar üçün zəngin bir bilik mənbəyi olduğunu deyən yazıçı,anacq kitabların köməyi ilə uşaqların lazımi bilikləri əldə edə biləcəyini qeyd edib. Bu gün artıq Avropa ölkələrində olduğu kimi Azərbaycanda da müasir kitab evlərinin olduğunu deyən Ç. Abdullayev valideynləri uşaqları bu cür məkanlara tez-tez aparmağa və kitabları onlara kiçik yaşlarından sevdirməyə səsləyib.
Ç.Abdullayev ölkəmizdə Vətən Müharibəsi getdiyi bir vaxtda Rusiyanın müxtəlif telekanallarında dəfələrlə çıxışlar edib,Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb və erməni yalanlarını ifşa edib.
Görüşdə vətənpərvərlik mövzusuna da toxunan Ç.Abdullayev ölkəmizin 44 günlük Vətən Müharibəsində sonra qazandığı böyük qələbənin xalqımızın tükənməz vətən sevgisinin,fədakarlığının və əzimkarlığının nəticəsi olduğunu bildirib. Yazıçı qeyd edib ki, Azərbaycandan kənarda yaşayan uşaqlarımızla yazıçı və şairlərimizin görüşünün təşkili onlarda vətnpərvərlik hissinin və Vətən sevgisinin güclənməsi üçün əsas vasitə və zəmin ola bilər.
Aysel İsazadə Ç. Abdullayevin portretini çəkib.
Görüşdə iştirak edənOsloda Nizami Gəncəvi adına həftəsonu məktəbinin və Yevlax rayonu Nizami Gəncəvi adına Malbinəsi tam orta məktəbinin şagirdləri söylədikləri, şeir, mahnı və çəkdikləri rəsmləri ilə görüşə xüsusi bir rəng qatıb və onların çıxışları maraqla qarşılanıb.Beşinci sinif şagirdi Aysel İsazadə Ç. Abdullayevin portretini çəkib və görüşdə yazıçıya təqdim edib. Və digər beşinci sinif şagirdi Nuran Həsənzadə ifa etdiyi “ Bayram axşamları” mahnısı ilə görüşə xoş əhval-ruhiyyə qatıb. Milli geyim ilə görüşümüzə qatılmış birinci sinif şagirdi İnci Əliyeva geyimi və söylədiyi şeiri ilə həftəsonu məktəbinin şagirdlərinin marağına səbəb olub. Aylan Süleymanlı,Rəhimli Miran,Əli Vəlizadə və digər uşaqlarda görüşdə maraqlı çıxışları ilə yadda qalıblar. TƏDBİRDƏN FOTOLAR:
Ayətxan Xiyad – İsgəndərov “Ziyadar” Mükafatına layiq görülüb – N: 066 25.03.2021.
Azərbaycan Yazıçılarvə Jurnalistlər birliklərinin üzvü,yazıçı-jurnalist, tədqiqatçıAyətxan Ziyad (İsgəndərov)un şair-publisist Zaur Ustacın yaradıcılığında uşaq şeirlərinin yeri, onun uşaq dünyası və yaratdığı uşaq obrazları haqqında təhqiqat materiallarından ibarət “Zaur Ustacın uşaq dünyası” adlı yeni kitabı işıq üzü görüb. “Yazarlar” jurnalı ənənəyə sadiq qalaraq müəllifi yeni kitabların nəşrinə görə verilən “Ziyadar” Mükafatı ilə təltif edib: AYƏTXAN ZİYAD N: 066 25.03.2021. – BAKI.
Vəliyev İlham Əli oğlu – İqtisad elmləri namizədi, dosent.
ON İKİNCİ YAZI
Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, Sizinlə növbəti görüşə şans verdi. Bugünkü söhbətimizin mövzusu çox ciddi və yaşam boyu həmişə aktual olmuş və belə görünür ki, hələ bizi, bizdən sonrakıları da narahat edəcək bir məsələdir. Yəqin ki, hamımız bu sözü ya çox işlədirik, ya da heç olmasa eşidirik: – “əşşi biz düzələn deyilik…”, “belə gəlib belə də gedəcək…” və s. buna oxşar kəlmələr demək olar ki, addımbaşı; işıq idarəsində, su idarəsində, qaz idarəsində, təhsil və uşaq müəssisələrində, nəqliyyat vasitələrində bir sözlə hələlik ASAN xidmət ofislərindən başqa hər yerdə istər dövlət, istərsə də, özəl təşkilatlarda qulağımızı deşir… Belə məqamlarda kimi haqq qazandırır, kimi qınayır. Adətən bu cür hallarda hansısa bir yarıtmaz fərdə görə bütün bir kollektivi – özümüzü – “əşşi biz düzələn deyilik…”, “belə gəlib belə də gedəcək…”- deyib qınayırıq. Sözsüz ki, məsələn, bütün sürücülər və ya satıcılar kobud deyil… Biz isə birinə görə hamımızı qınayırıq. Şübhəsiz ki, məntiqi olaraq vəzifəsinin öhdəsindən bacarıqla gələn xidmətçilər, qulluqçular, operatorlar, tərbiyəçilər, müəllimlər çoxdur. Lap əvvəldən ənənəvi mətbuatı (1987- ci ildən üzü bəri), son zamanlar isə texnologiyanın sürətli inkişafından bəhrələnərək elektron kütləvi informasiya vasitələrini müntəzəm izləyən bir şəxs kimi onu da xüsusi qeyd etmək istəyirəm ki, xırda bir nöqsanı böyütməkdə, – qarışqa fil məsələsi – yaymaqda peşəkar olub, canfəşanlıq göstərsək də, yaxşı hallara, müsbət keyfiyyətlərə qarşı belə həssaslıq göstərmirik. Əksinə görməzdən gəlirik. Halbuki, tam tərsi olmalı, yaxşıları nümunə üçün yazmaq, yaymaq lazımdır. İndi gələk əsas məsələyə hər hansı bir kollektivdə vicdanlı işçilər olsa da, rəhbərlikdə bacarıqlı, peşəkar, qətiyyətli, iradəli, tələbkar şəxs olmadıqda istər-istəməz biz yuxarıda sadalanan hallarla rastlaşırıq. Yəni, bir təşkilatda istər on müdir və ya menecer dəyişsin hər gələn öz iradəsini, qətiyyətini ortaya qoymayıb, “belə gəlib belə də gedəcək…” prinsipinə əsasən sadəcə işə gəlib – getsə, əlbətdə, hər şey olduğu kimi köhnə qayda ilə davam edəcək. Ancaq, həmişə belə olmur. Ellə hallar var ki, onunla rastlaşan kimi mütləq yazmaq və yaymaq lazımdır. Belə halların biri ilə mən may, iyun ayları Şamaxıda olarkən rastlaşdım. Söhbətin məğzinə birbaşa səksən üç yaşlı Qulu babadan sitat gətirməklə keçmək istəyirəm: – “A kişi, 58 – dən (1958-ci il nəzərdə tutulur) bu məktəb bura köçüb, hələ belə şey olmamışdı. Mən özüm də burda aqranomluğu (1963 -1968) oxumuşam, dövlət imtahanında direktor Mayis (Səfərov) müəllim dedi ki, Fərəqə müəllim danış Qulu eşitsin… Oxumaq nə gəzirdi, dəftər idi pulla alıb, uşaqlara yazdırıb aparıb verirdik… İndi belə deyil, hamı təzə direktoru tərifləyir. Camaat başına and içir… “ Onu qeyd edim ki, Qulu babanın evi mənim üçün də doğma olan Şamaxı Dövlət Regional Kolleci ilə düz üzbəüz yerləşir. Qulu baba da yay – qış həmişə küçədə görərsən. Soruşanda da deyir ki, məni belə gümrah saxlayan havadır. Mənə məlum olanlardan əlavə, Qulu baba və bir neçə tələbə ilə söhbətdən sonra məlum oldu ki, bu ilin yanvar ayından sonra kollecə yeni təyin olunan direktor – İlham müəllim ilk gündən öz iradə və qətiyyətini ortaya qoyaraq, Qulu baba demişkən 58 – dən (1958-ci il nəzərdə tutulur) bu yana hökm sürən adət-ənənəni bir kəlmə – “OLMAZ “ ilə aradan qaldırmışdır. Onu qeyd edim ki, Qulu baba ilə, tələbələrlə hər söhbətdə yazı beynimdə formalaşır, İlham müəllim haqqında, axına qarşı üzən, illərdən bəri formalaşmış stereotipləri qırıb, məhv edən adam obrazı gözüm önündə canlanırdı. Odur ki, mütləq İlham müəllimlə şəxsən görüşmək, kəlmə kəsmək qərarına gəldim. Ancaq, görüşdən əvvəl bu il məzun olacaq əyani şöbənin tələbələrindən Nofəllə, Nemətlə, qiyabiçilərdən Elgün, Sədayə, Fariz, Fəridə, Nərmin, Paşa, Fatimə, İbrahimxəlil, Zöhrə və başqaları ilə maraqlı söhbətlərim oldu. Tələbələr də, Qulu baba deyənləri təsdiqləyirdi. Əyani şöbədən məzun olacaq Nofəl deyir ki, İlham müəllim özü şəxsən dəfələrlə siniflərə girib, akt zalına iclaslara toplayıb bildirib ki, heç kim oxumaqdan başqa yol fikirləşməsin. Qiymət almağın bir yolu var, o da oxuyub cavab vermək. Biz sonuncu dəfə söhbət edəndə Nofəl artıq dövlət imtahanların da verib qurtarmışdı. O, imtahanlardan, yaradılmış şəraitdən ağızdolusu, böyük razılıqla danışırdı. Qiyabiçi Paşa bildirdi ki, yay sessiyasına gələn kimi İlham müəllim onları da şəxsən akt zalında iclasa toplayıb, vaxtdan səmərəli istifadə etməyi, fənn müəllimləri ilə əlavə məşğul olmağı tövsiyə edib və müəllimlərə tapşırıqlar verib. Nəticə göz qabağındadır. İndi onlar sessiya və dövlət imtahanlarını müvəffəqiyyətlə verib, məzun olacaqları günü gözləyirlər. Bütün bu xoş, sevindirici xəbərlərdən sonra 22 iyun 2017-ci il tarixində İlham müəllimlə görüşdüm.
Qısa arayış:
Vəliyev İlham Əli oğlu, 7 oktyabr 1959 –cu ildə Tovuzu rayonunun Əlibəyi (yəqin ki, bu kəndi hamı tanıyır) kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda özündən söz etdirən Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir.
Görüş və söhbətimiz çox səmimi alındı. İlham müəllim olduqca xoşxasiyyət və mehriban bir şəxsdir. Eyni zamanda olduqca təvazökardır. Söhbəti əsasən Qulu babadan eşitdiklərim, tələbələrin razılıqları, ümumilikdə camaatın fikri üzərində qurdum. Xüsusi ilə Qulu babanın 58 – dən (1958-ci il nəzərdə tutulur) bu yana hökm sürən adət-ənənə məsələsinin üstünə gələndə xəfifcə gülümsəməklə kifayətləndi. Bunula belə İlham müəllim xüsusi heç nə qeyd etmədi. Söz hər dəfə görülən işlərdən düşəndə sadəcə onu deməklə kifayətlənirdi ki, biz öz vəzifəmizi yerinə yetiririk. Narazılıqla onu da qeyd etdi ki, siz camaat danışana çox da fikir verməyin hələ görüləsi o qədər iş var ki… Biz yalnız vəzifəmizi yerinə yetiririk, xalqa xidmət edirik… Məncə hamı dayandığı mövqedə öz işinin öhdəsindən layiqincə gəlməyə çalışsa nəticələrimiz daha ürəkaçan olar… İlham müəllim danışdıqca öz-özümə deyirdim, nə yaxşı ki, Sizin kimi ziyalılarımız var. Nə yaxşı Sizi tanıdım. Nə yaxşı Sizinlə həmsöhbət oldum. Sonda İlham müəllimə bütün bunlar barədə kiçik bir yazı yazmaq fikrim olduğunu bildirdim və materiala əlavə kimi bir foto çəkmək üçün icazə istədim. Sağ olsun təklifimi isti qarşıladı, etiraz etmədi. Bir-neçə sual verib, fotonu çəkib, sağollaşıb ayrıldıq. Qəbul etməyindən, yola salana qədər, bütün söhbətimiz boyu İlham müəllim o qədər xoş təsir bağışladı ki, istər-istəməz deyilənlərin çox az olduğu qənaətinə gəldim. Ani olaraq söhbətimizin əvvəlindəki müxtəlif təşkilat, xidmət sahələrindəki problemlər yadıma düşdü və onların hamısına sidqi – ürəkdən uca Yaradandan İlham müəllim kimi bacarıqlı, qətiyyətli, iradəli ortaya iş qoymağı bacaran bir təşkilatçı, rəhbər arzu etdim. Yolboyu Bakıya qədər düşünmüşəm, bir yandan asandır, bir yandan çətin. Zarafat deyil dayanmadan hərəkətdə olmalı axına qarşı üzməlisən. Qətiyyət və iradə rəhbər işçi üçün vacib şərtdir. Özün də bilirsən ki, bu, illərdir belədir, necə deyərlər hamının canına-qanına hopub. Bilirsən ki, belə olmaz, desən ya sənə inanmayacaqlar, ya inanmaq istəməyəcəklər, ya inana bilməyəcəklər… Ancaq, sən bu gündən “bu”, “belə olacaq” deyirsən və irdə, qətiyyət göstərərək sübut edirsən ki, bəli “belə eləmək” olur… BU HƏQİQƏTƏN DƏ BELƏDİR.
27.06. 2017. Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında ON BİRİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Bundan əlavə “Stereotipləri yox edən adam”, “Təzadlar”, 04.07.2017, say: 23 (2119), s.14.dərc olunub.