Etiket arxivi: TƏRXAN PAŞAZADƏ

Tərxan Paşazadə: – “Fəridi tam dəstəkləyirəm!”

Fəridi tam dəstəkləyirəm!

Vikipediyadakı mövcud vəziyyətlə bağlı müxtəlif dost-tanışla müzakirələrimdə də qeyd etdiyim kimi bir daha vurğulamağı zəruri hesab edirəm ki, Farid Pardashunas müvafiq mövzuda tam haqlıdır. O heç də şəhidlər üzərindən xal qazanmağa çalışmır.

Doğrudur, onun bir qrup vikipediyaçı ilə uzun illərdir çox ciddi problemləri var idi. Bəllidir ki, alverçiliklə məşğul olan müəyyən maraq qrupları AzVikini özlərinin gəlir mənbəyinə çeviriblər. Onlar orada özlərinə sərf etməyən və ya sifariş aldıqları bütün məqalələri silməklə, maraqlarına uyğun məqalələr yaratmaqla məşğuldurlar. Elə mənim də çox sayda məqaləmi siliblər. Konkret orada “at oynadırlar”. Gec-tez o problemi kökündən həll etmək lazım idi. Fərid uzun müddət idi ki, onlarla vuruşurdu. Sadəcə şəhid məqalələrinin silinməsi cəmiyyətin də diqqətini bu məsələyə yönəltdi.

İndi baxıram ki, Vikipediyaya ən çox zərər vuranların özləri da bir-bir bəyanat verib, özlərini süddən çıxmış ağ qaşıq kimi təqdim etməyə, Fəridi isə müxtlif üsullarla söyüb-təhqir etməyə, qaralamağa çalışırlar. Amma silinən məqalələrin bərpası üçün operativ olaraq hər hansısa addım atmayıblar! Özləri də bildirirlər ki, məqalələr tam konsensus olmadan silinib. Əgər elədirsə, o zaman istənilən inzibatçının o məqalələri qeyd-şərtsiz bərpa etməyə tam səlahiyyətləri çatır.

Fəridə qarşı əks-təbliğat aparmaqdansa, məqalələri bərpa etməyə cəhd göstərsəydilər, daha urvatlı olardılar. Hətta “Fərid Pərdəşünas” məqaləsini də bərpa etsəydilər, yüksək şüur və peşəkarlıq nümunəsi göstərmiş olardılar.

Heç kəs vikipediyaçılara nifrət yaratmır. Sadəcə AzVikini işğalçılardan təmizləmək lazımdır. Və təmizlənəcək!

Müəllif: Tərxan Paşazadə

Tərxan Paşazadənin yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Vikipediyada şəhidlər haqqında məqalələrin silinməsi barədə

Vikipediyada şəhidlər haqqında məqalələrin silinməsi barədə

Bəri başdan qeyd edim ki, artıq 5 ildən çoxdur ki, mən Cekli829 olaraq, Vikipediyadan uzaqlaşmışam. Bir zamanlar sevə-sevə təbliğ etdiyim o layihədən son illər ümumiyyətlə danışmaq istəməmişəm. Vikipediyaya ayırdığım zamanı öz fərdi inkişafıma yönəltdim. Bu mənim üçün daha effektli oldu…

Bəs indi niyə bu mövzuda yazıram? Çünki hələ də mənim Vikipediyada aktiv olduğumu düşünən dost-tanışlar var, müraciət edib dəstək istəyirlər. Amma təbii ki, hamısına mənfi cavab verməli oluram. Ona görə ki, AzVikiyə qayıtmaq niyyətim yoxdur. Əslində belə bir niyyətim ola bilərdi; amma oraya qayıdıb, oradakı alverçi-işğalçılarla mübarizə aparmaq üçün kifayət qədər resurslara malik deyiləm. Ona görə də nə əsəblərimi korlamağa dəyməz, nə də zaman itirməyə dəyməz!

Şəhidlər haqqında məqalələrin silinməsi barədə ilk olaraq, qeyd edim ki, müvafiq məqalələrin hər birini vikiqaydalara uyğunlaşdırıb, vikiləşdirmək mümkündür. Amma bu hazırda AzVikidə at oynadan müəyyən qrupların maraqlarına uyğun deyil. Ona görə də əsas məqsədləri həmin məqalələri silməkdir. Əslində sildikləri şəhid məqalələri son illərdə sildikləri məqalələrin cüzi hissəsidir. Onlar son illərdə AzVikidə illərlə mövcud olmuş çox sayda məqaləni vikiqaydalara deyil, sırf öz maraqlarına uyğun olmadığı üçün siliblər… Nəticədə də AzViki qeyri-ciddi bir layihəyə çevrilib. Şəxsən mənim üçün ChatGPT, Copilot kimi layihələr daha etibarlı görünür, nəinki AzViki…

Xüsusi vurğulayım ki, AzViki lokal bölmə olduğu üçün şəhidlər haqqında məqalələrin bu dil bölməsində olub-olmaması bilavasitə yerli icmanın qərarından asılıdır. Yerli icma isə belə qərarlar verərkən, toplumun həssas məqamlarından tutmuş, ölkə qanunvericiliyinə qədər hər şeyi nəzərə almalıdır. EnViki, RuViki, FrVikidə belə məqalələrə icazə verməyə bilərlər, amma AzVikidə lokal toplumun maraqları mütləq nəzərə alınmalıdır. Ancaq görünən odur ki, indi AzViki alverçilərin işğalı altındadır…

Bəs bu alverçilər kimlərdir? Konkret olaraq, Vikipediyanı özlərinin gəlir mənbəyinə çevirənlər. Pul qarşılığında məqalələr yaradıb, sonra o məqalələri hər vəchlə qorumaq üçün əlbir olurlar və yaxud da mövcud məqaləni silib, sonra onun bərpası üçün maraqlı şəxslərdən pul alırlar… Şəhid məqalələri ilə bağlı da yəqin ki, belə bir niyyətləri olmamış-olmaz…

O alverçilərin hər birini pulla satın almaq olar. Çünki onlar milli-mənəvi dəyərləri məhz pul ilə ölçürlər.

Müəllif: Tərxan Paşazadə

Tərxan Paşazadənin yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

TƏRXAN PAŞAZADƏ TƏLTİF OLUNUB

Cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Yazarlar.az-ın məlumatına görə, Sərəncama əsasən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə və dövlət–din münasibətlərinin tənzimlənməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bir qrup əməkdaşları təltif olunub. Onlardan biri də “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə mükafatlandırılan Paşazadə Tərxan Əlhəddin oğludur.

Tərxan Paşazadəni bu uğuru münasibəti ilə təbrik edir, yeni-yeni nailiyyətlər arzu edirik! Uğurlarınız bol olsun, Tərxan müəllim!!!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru