Etiket arxivi: TARİX

General-polkovnik Nikolay Puxov (1895 – 1958)

General-polkovnik Nikolay Puxov (1895 – 1958)

1943-cü ildə Kursk döyüşləri başlanmazdan əvvəl Baş Qərargahda əməliyyat planı hazırlanarkən Mərkəzi cəbhədə dislokasiya olunan ordu komandanları da əməliyyat müşavirələrinə dəvət ediliblər. Onlardan biri də 13-cü ordunun komandanı Nikolay Puxov olub. Kurskun şimal istiqamətindən hücum planı məhz onun komandan olduğu orduya həvalə edilib. Bu təklif isə müşavirədə iştirak edən Ali Baş Komandan İosif Stalin tərəfindən irəli sürülüb. Qısa müzakirələrdən sonra general-leytenant Puxov ayağa qalxaraq Stalindən söz istəyib:

Yoldaş Stalin, mən sizin əmrinizi icra etməkdən imtina edirəm. İndi hazırlanan əməliyyata görə Kurskun şimal istiqamətindən hücum planı minlərlə döyüşçünün və çoxsaylı hərbi texnikanın məhvinə səbəb olacaq. Mən peşəkar hərbçi kimi buna yol verə bilmərəm. İmtinaya görə istənilən cəzanı çəkməyə hazıram.

Sözsüz ki, Stalinin əmrini icra etməkdən boyun qaçıran generalı nə gözlədiyini hamı yaxşı anlayıb. Müşavirə zalına sükut çöküb. Zalda gəzişən Stalin də bir neçə dəqiqə bu sükutu pozmayıb. Nəhayət, Ali Baş Komandan üzünü generala tutub:

Siz böyük bir əməliyyatdan əvvəl bu cür fikirlərinizlə şəxsi heyətin mənəvi-psixoloji durumuna zərbə vurursunuz. Məğlubiyyətə əminliyinizin səbəbi isə mücərrəddir. Qırmızı orduda sizin kimi özünə güvənməyən generallara yer olmamalıdır. Zalı tərk edin. Haqqınızda müvafiq qərar veriləcək.
Həmin müşavirədən sonra Baş Qərargahın rəisi marşal Aleksandr Vasilevski Stalinlə təkbətək qalaraq məsələyə aydınlıq gətirməyə çalışıb. Qeyd edək ki, Vasilevski Stalinin hərbi məsələlərdə ən çox güvəndiyi şəxslərdən biri sayılıb. Marşal general Puxovun haqlı olduğunu Stalinə anlatmağa cəhd edib:

Yoldaş Stalin, əslində, general Puxovun dediklərində və əməliyyatla bağlı verdiyi təkliflərdə böyük həqiqət var. Kursk əməliyyatı təkcə şimaldan deyil, bir neçə istiqamətdən başlanılmalıdır. Belə olan halda Vermaxt qoşunlarının ərazidəki qüvvələrini bir neçə istiqamətə yönəltməklə parçalamaq mümkün olar. Kəşfiyyat məlumatları da Puxovun əməliyyat təklifinin daha məqsədəuyğun olduğunu göstərir.
Təxminən bir həftədən sonra Kurs əməliyyatının birinci mərhələsi başlanıb. Əməliyyat marşal Vasilevskinin göstərişi ilə Puxovun düşündüyü kimi həyata keçirilib. İlkin əməliyyatların uğurlu keçirilməsi sayəsində Kursk döyüşləri sovet qoşunlarının qələbəsi ilə yekunlaşıb.

1944-cü ildə Kremldə hərbçilərin növbəti təltif mərasiminə hazırlıq görüləndə Stalin Vasilevskiyə siyahıya bir nəfərin adının salınmasını da göstəriş verib:

Aleksandr Mixayloviç, o “yaramaz”ın (Puxovu nəzərdə tutub) adını da siyahıya salın.
Təltif mərasimində Stalin general-leytenant Puxova general-polkovnik rütbələrini təqdim edib:

İkinci dəfə bağışlamayacağam, ömrünün sonuna qədər Sibirdə ağ ayıların yanında yaşayacaqsan.
Qeyd edək ki, 1895-ci ildə Kaluqada, Qrişovo kəndində anadan olan Puxov ilk təhsilini ruhani məktəbində alıb. Yeniyetməlik illərində o, ağlına belə gətirməyib ki, nə vaxtsa hərbçi olacaq, general rütbələrini daşıyacaq, Stalinlə üz-üzə dayanacaq. Puxov valideynləri kimi müəllim olmaq istəyib. O, Moskva İmperator Universitetində iki il təhsil aldıqdan sonra tarix və ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Hərbi xidmətə çağrıldıqdan sonra isə Puxov fəaliyyət istiqamətini dəyişib, praporşiklər məktəbini bitirərək gələcəyini hərb sənətinə bağlayıb.

Sovet-alman müharibəsinə qədər Puxov ayrı-ayrı hərbi dairələrdə diviziya qərargahının rəisi, hərbi akademiyalarda kafedra rəisi vəzifələrində xidmət edib. Müharibə başlananda o, Müdafiə Komissarlığına (nazirliyinə) rəsmi müraciət edərək cəbhəyə göndərilməsini xahiş edib.

Müasirləri tərəfindən Puxov son dərəcə peşəkar və təcrübəli hərbçi kimi xarakterizə edilib. Marşal Georgi Jukov öz memuarlarında Puxovu aşağıdakı kimi xatırlayıb:

“General Puxov ilk baxışdan mülayim xarakterli bir insan kimi görünürdü. Hətta ilk tanışlıqda onun hərbçi olması hiss edilmirdi. Amma bu, onun görünən tərəfləri idi. Puxov döyüşlərdə olduqca sərt və tələbkar hərbçi, ən çətin və mürəkkəb situasiyalarda düzgün qərar çıxarmağı bacaran komandir idi. Onun ən üstün cəhətlərindən biri şəxsi heyətlə işləmək bacarığı idi ki, bu müharibə şəraitində ən vacib amillərdən biri sayılırdı. Puxov yeganə hərbçilərdən biri idi ki, yuxarı instansiyaların qarşısında öz fikrini söyləməyi, əməliyyat təkliflərini əsaslandırmağı bacarırdı. Çünki öz hərbi səriştəsinə əmin idi və bu əminlik heç vaxt onu çətin vəziyyətə salmırdı. O cümlədən Stalinin əmrini icra etməkdən imtina edəndə də, Puxov öz hərbi biliyinə güvənmişdi və sonda haqlı çıxmışdı. Stalinlə aralarında insident olsa da, Puxov Ali Baş Komandanın sevimli sərkərdələrindən biri sayılırdı…”

Müharibədən sonra Puxov təhsilini Voroşilov adına Ali Hərbi Akademiyada davam etdirib. Sonra Odessa, Şimali Qafqaz, Sibir Hərbi Dairələrində komandan vəzifəsində xidmət edib.

Ömrünün son illərində general “Sınaq illəri” adlı kitabını yazıb. Kitab onun vəfatından bir il sonra işıq üzü görüb.

General-polkovnik Nikolay Puxov 1958-ci ildə, 63 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbiristanlığında hərbi şərəflə dəfn edilib.

Müəllif və mənbə: İlham Cəmiloğlu

İlham Cəmiloğlunun digər yazıları

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

filosof, tarixçi, hərbçi

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>>>Mustafa Müseyiboğlu adına kitabxana<<<I

Azərbaycanın müstəqillyinin lehinə səs verənlərin siyahısı

Bu gün 18 oktyabr Dövlət Müstəqilliyi Günüdür

1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər.

Müstəqilliyimizin lehinə səs verənlərin siyahısını sizə təqdim edirik:

İsa Qəmbər
Füzuli Axundov
İxtiyar Şirinov
Əyyam Musayev
Vaqif Novruzov
Vahid Əhmədov
Ramiz Fətəliyev
Cümşüd Nuriyev
Məmməd Xələfov
Etibar Məmmədov
Nəriman Həsənzadə
Firudin Cəlilov
Sabir Rüstəmxanlı
Tofiq Bağırov
Mürşüd Məmmədli
Şadman Hüseynov
Faiq Baxşəliyev
Mirmahmud Fəttayev
Ədalət Rəhimov
İsgəndər Həmidov
Mətləb Mütəllimov
Tahir Əliyev
Rəhim Qazıyev
Tamerlan Qarayev
Eldar Bağırov
Tofiq Qasımov
Məryəm Həsənova
Arif Hacılı
Tahir Kərimli
İsmayıl Şıxlı
Yusif Səmədoğlu
Maşallah Abdullayev
Hacıbaba Əzimov
Bayram Bayramov
Hicran Kərimli
Heydər Əliyev
İbrahim İbrahimli
Allahverdi Həsənov
Sülhəddin Əkbər
Şahmərdan Cəfərov
Fərəc Quliyev

Mənbə: Modern.az 

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>>>Mustafa Müseyiboğlu adına kitabxana<<<I

Azərbaycan ədibləri Moskvada – 1950

Xalq şairi Səməd Vurğun, skripkaçı Azad Əliyev, vokalist, pedaqoq Rauf Atakişiyev, operanın solisti Firəngiz Əhmədova, professor Əziz Şərif, Xalq yazıçısı Süleyman Rəhimov, Xalq şairi Süleyman Rüstəm, pianoçu Çingiz Sadıqov və gənc şair Nəbi Xəzri 1950-ci illərin əvvəllərində Moskvada Azərbaycan ədəbiyyatı dekadası zamanı “Ukrayna” mehmanxanasının qarşısında.

Mənbə və müəllif: Məcid Rəşadətoğlu

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac yaradıcılığında tarixin izləri

Zaur Ustac yaradıcılığında tarixin izləri
(“Övladıyam” şeiri əsasında tarixə qısa ekskurs)
       Azərbaycan poeziyasında milli yaddaşın, tarixi şüurun və vətənçilik düşüncəsinin bədii ifadəsi hər zaman xüsusi yer tutmuşdur. Bu ənənə klassik ədəbiyyatdan başlayaraq müasir dövrə qədər müxtəlif sənətkarların yaradıcılığında davam etmiş, hər dövr öz tarixi hadisələrini, qəhrəmanlarını və mənəvi dəyərlərini poeziyanın dili ilə gələcək nəsillərə çatdırmışdır. Müasir Azərbaycan poeziyasında bu xətti uğurla davam etdirən qələm sahiblərindən biri də tanınmış hərbçi-şair Zaur Ustacdır.
      Onun 13 noyabr 2020-ci ildə – Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərdən dərhal sonra qələmə aldığı “Övladıyam” şeiri yalnız poetik nümunə deyil, həm də milli kimliyin, tarixi yaddaşın və dövlətçilik ideyasının bədii manifestidir. Şeir Azərbaycan tarixinin müxtəlif dövrlərini, qəhrəmanlarını, mənəvi dəyərlərini və milli ideallarını vahid poetik sistemdə birləşdirərək oxucunu minilliklər boyunca davam edən milli mübarizə yoluna aparır.
      Şeir ilk misralardan etibarən müəllifin kimliyini fərdi yox, milli məzmunda təqdim edir:
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!

Bu misralarda “mən” anlayışı bütöv xalqın simvoluna çevrilir. Şair özünü yalnız bir insan kimi deyil, qalib ordunun döyüşçüsü, Azərbaycanın qəhrəmanlıq ənənələrinin davamçısı kimi təqdim edir. Burada “övlad” sözü bioloji yox, mənəvi və tarixi məna daşıyır. O, xalqın tarixinin, mədəniyyətinin və dövlətçilik ənənələrinin varisi olduğunu bəyan edir.
       Şeirin diqqət çəkən əsas xüsusiyyətlərindən biri tarixi şəxsiyyətlərin ardıcıl və sistemli şəkildə poetik mətnə daxil edilməsidir. Bu şəxsiyyətlər sadəcə ad olaraq çəkilmir, hər biri müəyyən ideyanın rəmzi kimi təqdim edilir.
İlk növbədə Babək obrazı ön plana çıxır:
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!

Babək Azərbaycan tarixində azadlıq ideyasının, mübarizənin və əyilməz iradənin simvoludur. Şair Babəkin adını çəkərkən onu keçmişdə yaşamış tarixi şəxsiyyət kimi deyil, bu gün də yaşayan ruhun daşıyıcısı kimi təqdim edir. Burada “hürr övladıyam” ifadəsi milli istiqlal düşüncəsinin poetik ifadəsinə çevrilir.
      Növbəti bənddə müəllif Azərbaycanın böyük mütəfəkkirlərinə üz tutur:
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü…

Burada İmadəddin Nəsimi sadəcə klassik şair deyil, həqiqətin və cəsarətin rəmzidir. Nəsimi ömrü boyu söylədiyi həqiqət uğrunda ölümə gedən mütəfəkkir idi. Zaur Ustac həmin mənəvi xətti davam etdirərək göstərir ki, həqiqət uğrunda mübarizə Azərbaycan insanının xarakterinə çevrilmişdir.
Eyni bənddə yer alan “Mövlalar yurdunun nur övladıyam” misrası isə Azərbaycanın yalnız qəhrəmanlar deyil, həm də müdriklər, sufilər və mənəviyyat sahibləri yetişdirən məkan olduğunu vurğulayır.
     Şair üçün tarix yalnız döyüş meydanı deyil. Tarix həm də mənəviyyat tarixidir.
Dərviş obrazı bunun parlaq nümunəsidir:
Dərvişəm, müqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm.

Bu misralar insanın daxili kamilliyini ifadə edir. Əsl qəhrəman yalnız qılınc tutan deyil, öz nəfsinə qalib gələn insandır. Burada Azərbaycan sufilik məktəbinin mənəvi dəyərləri poetik dillə təqdim olunur.
Ardınca gələn:
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam.

misraları Azərbaycanın qədim odlar ölkəsi kimi tanınmasına işarə edir. Od burada yalnız təbii sərvət deyil, həyat enerjisinin, milli ruhun və əbədi dirçəlişin rəmzidir.
      Şeirin kulminasiya nöqtələrindən biri Azərbaycan dövlətçiliyinin böyük simaları olan Şah İsmayıl Xətai və Nadir şahın yada salınmasıdır.
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı…

Burada Xətai yalnız hökmdar deyil, Azərbaycan dövlətçilik tarixinin memarı kimi təqdim olunur. Nadir şah isə sarsılmaz iradənin, güclü dövlət idarəçiliyinin rəmzidir.
     Müəllif bu tarixi silsiləni müasir dövrə gətirərək yazır:
İlham, nə keçilməz sədləri aşdı…
Beləliklə, şeir tarixdə qalmır. Keçmişlə bu gün arasında ideoloji körpü qurulur. Müəllif göstərmək istəyir ki, Azərbaycan dövlətçiliyinin inkişaf xətti fasiləsiz davam edir və müasir Zəfər həmin tarixi yolun məntiqi nəticəsidir.
       Növbəti bənd xalq qəhrəmanlığı ideyasını daha da genişləndirir:
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar…

Burada xalq qəhrəmanı Koroğlu ilə dini-mənəvi qəhrəmanlıq eyni mətn daxilində birləşdirilir. Şair göstərir ki, xalqın qəhrəmanlıq ənənəsi yalnız saraylardan deyil, xalqın öz bağrından doğmuşdur.
“Düşmən qarşımızda yenə oldu xar” misrası isə Vətən müharibəsində qazanılmış tarixi Zəfərin poetik ümumiləşdirilməsidir.
      Şeirin son iki bəndi artıq fəlsəfi xarakter daşıyır.
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam…

Burada insan kainatın ayrılmaz hissəsi kimi təqdim olunur. Günəş, Ay və ulduz obrazları milli ruhun əbədiliyini ifadə edir.
Ən maraqlı misralardan biri isə budur:
Ən parlaq ulduzdan törəyən boyam…
Bu poetik fikir qədim türk mifologiyasındakı göy mənşəli xalq ideyasını xatırladır. Türk xalqlarının mənəvi yaddaşında göy, ulduz və Günəş müqəddəslik rəmzləri hesab olunur. Zaur Ustac həmin qədim mifoloji qatları müasir poetik düşüncə ilə sintez edir.
     Şeirin finalı müəllif yaradıcılığının fəlsəfi mahiyyətini əks etdirir:
Min bir anlamı var adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

Bu misralar təsəvvüf fəlsəfəsinin əsas ideyalarından biri olan “heçlik” anlayışını yada salır. Burada “heç” yoxluq deyil; kamilliyə aparan mənəvi mərhələdir. Şair özünü yalnız tarixin deyil, həm də hikmət məktəbinin davamçısı kimi təqdim edir.
       “Övladıyam” şeirində diqqət çəkən əsas cəhətlərdən biri tarixin xronologiya şəklində deyil, milli yaddaş sistemi kimi təqdim olunmasıdır. Babəkdən Nəsimiyə, Xətaidən Nadir şaha, Koroğludan müasir Azərbaycan Ordusuna qədər uzanan xətt vahid ideyanın – milli varlığın və dövlətçilik ruhunun ifadəsinə çevrilir.
     Bu əsərdə tarix sadəcə keçmiş hadisələrin xatırlanması deyil. Tarix yaşayan ruhdur, danışan yaddaşdır, bu günün mənəvi dayağıdır. Müəllif keçmişi nostalji hisslərlə deyil, gələcəyin quruculuğunun ideoloji təməli kimi təqdim edir.
      Zaur Ustacın poetik üslubunda diqqət çəkən digər mühüm xüsusiyyət tarixi faktlarla poetik emosiyanın harmoniyasıdır. Şair nə tarixçiyə çevrilir, nə də tarixi yalnız bədii bəzək elementi kimi istifadə edir. Tarix onun üçün milli xarakteri formalaşdıran canlı məktəbdir.
Bu baxımdan “Övladıyam” müasir Azərbaycan poeziyasında milli özünüdərkin poetik nümunələrindən biri hesab oluna bilər. Şeir oxucuda həm fəxr hissi oyadır, həm tarixi yaddaşı yeniləyir, həm də gələcək nəsillərə mənəvi məsuliyyət hissi aşılayır.
    Nəticə etibarilə demək olar ki, Zaur Ustac yaradıcılığında tarix keçmişə aid anlayış deyil, bu günü yaşadan və gələcəyi istiqamətləndirən mənəvi qüvvədir. “Övladıyam” şeiri bu baxımdan milli tariximizin, dövlətçilik ənənələrimizin, qəhrəmanlıq salnaməmizin və mənəvi dəyərlərimizin poetik ensiklopediyası təsiri bağışlayır. Burada hər misra Azərbaycanın minillik tarixindən gələn bir səs, hər bənd isə xalqın milli yaddaş kitabının yeni səhifəsi kimi səslənir.
       Məhz buna görə də “Övladıyam” təkcə Zaur Ustac yaradıcılığının deyil, müasir Azərbaycan vətənpərvərlik poeziyasının da diqqətəlayiq nümunələrindən biri kimi qiymətləndirilə bilər. Şair tarixi yalnız xatırlatmır; onu yenidən yaşadır, milli ruhun ayrılmaz hissəsinə çevirir və oxucuya bir həqiqəti xatırladır: tarixini yaşadan xalq gələcəyini də özü yazır.

05.07.2026. Bakı şəhəri.

Müəllif: Tuncay ŞƏHRİLİ
Hərbçi, tarixçi-filosof

HACI ƏLƏKBƏR ŞƏHRİLİ

ARAZ ŞƏHRİLİNİN YAZILARI

TUNCAY ƏHRİLNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sergey Borodin və Əliş Kərəmli

Sergey Borodinin “Dmitri Donskoy” romanındakı bədii təsvirlər və Kremlin inşasının tarixi xronologiyası iki fərqli, lakin bir-birini tamamlayan mənbə qrupundan — rəsmi tarixi salnamələrdən və müəllif təxəyyülü ilə zənginləşmiş ədəbi qaynaqlardan qaynaqlanır. [1]

Bu məlumatların real və bədii kökləri aşağıdakı mənbələrə əsaslanır:

1. Tarixi Xronologiyanın Mənbəyi: Rus Salnamələri (Letopislər)

Kremlin 1367-ci ildə taxta divarlardan ağ daş divarlarla əvəz olunması xronologiyası tamamilə real tarixi sənədlərə söykənir. Yazıçı Sergey Borodin romanı yazarkən bu arxiv sənədlərini dərindən öyrənmişdir. Əsas tarixi qaynaqlar bunlardır: [1, 2, 3]

  • “Böyük Knyaz Dmitri İvanoviçin həyatı haqqında söz” (Повесть o житии…): XIV əsrə aid bu anonim rus ədəbi-tarixi abidəsi Dmitri Donskoyun hakimiyyətini, o cümlədən Kremlin inşasını və Kulikovo döyüşünü ətraflı təsvir edir. [1]
  • Rogojkin və Voskresensk salnamələri: Bu rəsmi orta əsr dövlət qeydlərində dəqiq tarix göstərilir: 1367-ci ilin qışında, knyaz Dmitrinin əmri ilə Moskvada daş qalanın əsası qoyuldu və daşları Moskva ətrafındakı Myaçkovo kəndindən gətirməyə başladılar. [1, 2]

2. “Əliş Kərəmli” Obrazının Qaynağı: Sergey Borodinin Romanı

Tarixi salnamələrdə tikintinin xronologiyası və knyazın fəaliyyəti dəqiq əks olunsa da, “Əliş Kərəmli” adında bir azərbaycanlı memarın adı rəsmi rus dövlət sənədlərində keçmir. Bu xəttin qaynağı birbaşa Sergey Borodinin “Dmitri Donskoy” (1941) tarixi romanıdır. Yazıçı bu obrazı yaradarkən aşağıdakı amillərdən qaynaqlana bilərdi: [1, 2]

  • Şərq mədəniyyətinə bələdlik və rəmzi obraz: Sergey Borodin (əsl təxəllüsü Amir Sarqican olmuşdur) Özbəkistanda yaşamış, Şərq və İslam mədəniyyətini, eləcə də Qızıl Orda dövrü tarixini çox yaxşı bilən bir yazıçı idi. O, orta əsrlərdə rus knyazlıqları ilə Şərq dövlətləri (məsələn, Şirvanşahlar) arasındakı mədəni-ticarət əlaqələrindən ilhamlanaraq romanda belə bir güclü Şərq memarı obrazı yaratmışdır. [1, 2, 3, 4]
  • “Kreml” sözünün etimologiyası: Dilçilikdə “Kreml” sözünün mənşəyi barədə müxtəlif fərziyyələr var (məsələn, qədim rus dilində quru meşə mənasını verən “kremnik” sözü). Lakin yazıçı xalq etimologiyasına və bədii bənzetməyə əsaslanaraq, bu adı türk mənşəli “Kərəmli” nəsli və ya qalanın “kərəm” (böyük sənət, lütf) silsiləsi ilə əlaqələndirmiş, bunu bədii süjetə çevirmişdir. [1]

3. Azərbaycan Publisistikasının Qaynaqları: Şifahi Rəvayətlər və Alternativ Tarix

Azərbaycan mənbələrində (məsələn, Zaur Ustacın yaradıcılığında və publisistik məqalələrdə) Əliş Kərəmlinin 5 yanvar 1367-ci ildə Şamaxıya gələn elçilərlə getməsi, Moskvada müqavilə bağlaması və faciəvi ölümü barədə olduqca detallaşdırılmış məlumatlar yer alır. Bu detallar iki mənbədən qidalanır: [1, 2, 3]

  • Bədii təxəyyülün tarixiləşməsi: Sergey Borodinin romanındakı bədii lövhələr zaman keçdikcə oxucular və bəzi publisistlər tərəfindən “unudulmuş rəsmi tarix” kimi qəbul edilmiş və üzərinə yeni şifahi rəvayətlər əlavə olunmuşdur.
  • Alternativ tarix və məxfilik fərziyyəsi: Azərbaycan araşdırmaçılarının bir qismi iddia edir ki, rus şovinizmi və çar/sovet tarixşünaslığı müsəlman bir memarın Kremli tikməsi faktını qəbul etmədiyi üçün onun haqqındakı sənədləri arxivlərdə məhv etmiş və ya “məxfi” qrif altında gizlətmişdir. Bu səbəbdən, bu məlumatlar rəsmi elmi kitablarda deyil, daha çox xalq yaddaşında və publisistik mənbələrdə qorunub saxlanmışdır. [1]

Nəticə etibarilə; xronologiya tamamilə real orta əsr rus salnamələrinə, Əliş Kərəmli obrazı və sevgi hekayəsi isə Sergey Borodinin bədii dühasına və sonradan bu obrazı mənimsəyib inkişaf etdirən Azərbaycan ədəbi mühitinə əsaslanır. [1]

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

HACI ƏLƏKBƏR ŞƏHRİLİ

ARAZ ŞƏHRİLİNİN YAZILARI

TUNCAY ƏHRİLNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Tarix – Остров «самоваров»

Остров «самоваров»

Остров «самоваров»: как империя убрала ветеранов с улиц.
Это одна из самых позорных страниц в истории России и СССР. Это история о том, как империя «отблагодарила» людей, которые ради её спасения оставили на фронте части своего тела и здоровье. Представьте: парады Победы, ордена, крики «ура!» и на этом фоне тысячи людей, которых в народе с издёвкой называли «самоварами», потому что у них не было ни рук, ни ног.

Məlumatı hazıladı: Amina

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Azerbaycan’da yaşayan Türk boyları

Azerbaycan’da yaşayan Türk boyları

Azerbaycan’da yaşayan Türk boyları 3-4 bin yıl önce çeşitli kollara ayrılmış, bir kolu Türkistan’a göç etmiş, diğer kolu ise Urmiye Gölü havzasında kalmıştır. Doğuya göç eden Türkler, 5. yüzyıldan sonra Büyük Göktürk İmparatorluğu’nu kurdular. Bu Türkler hakkında Çin kaynaklarında, Orhun-Yenisey anıtlarında ve diğer kaynaklarda yeterli bilgi bulunmaktadır. Eski Azerbaycan’da Türk adı verilen boylar, M.Ö. 3. binyılda kurulan Aratta, Guti ve Lullu devletlerinin kuruluşunda diğer boylarla birlikte yer aldılar.
Akad yazıtlarında adları “turukki” olarak okunan toplulukların Türk olduğu düşüncesi doğrudur. Dicle Nehri’nin yukarı kolunda Subariler’e ait Turkhu adlı bir kentten daha sonraki Asur yazıtlarında da söz edilmektedir. Mari topraklarında adı geçen Türkler, Urmiye Gölü yakınlarında Dicle’nin sol kıyısında yaşıyorlardı. Guti Devleti’nin yıkılmasından sonra Türk adı verilen kavimler, Guti, Lulu, Subar ve Kuman adlı diğer Türk kavimleriyle birlikte 2. bin yıl boyunca bu topraklarda Asur, Hurri-Mitanni, Kassit, Babil ve Elam devletlerine karşı mücadele ettiler.
Z. Yampolski, Azerbaycanlı tarihçiler Yusif Yusifov ve S. Alyarov da Asur metinlerinde adı geçen Turukku veya Turukki boyunun Türk olduğunu kabul etmişler ve bu ismin farklı zamanlarda ve farklı dil yazılarında türük//török//turuk//türki şeklinde kullanıldığını ispatlamışlardır.

Fotoğraf: Azerbaycan Türklerin yoğun olarak yaşadığı bölgeler. Batı Azerbaycan’dan (şimdiki Ermenistan) Azerbaycan Türklerinin zorla çıkarılması nedeniyle bu bölgeler haritada gri renkle gösterilmiştir.

Kaynaklar:

^ Fritz Hommel – Geschichte Babyloniens und Assyriens, 2016 (ilk yayınlanma tarihi: 1885)
^ F. Jalilov – Azer Halkı, II. Bakü’de yayınlandı, 2006
^ G. Geybullayev – Azerbaycan Türklerinin oluşum tarihinden, Bakü, 1994
^ Z. Bunyadov, Y. Yusifov – Azerbaycan Tarihi, Bakü, 2006
^ Azerbaycan Tarihi, Bakü, 1994, s.80.
^ Ziyafet Eyvazova – “LATİN ALFABESİNDEN KİRİL ALFABESİNE, KİRİL ALFABESİNDEN LATİN ALFABESİNE GEÇİŞ SÜRECİNDEKİ AZERBAYCAN BASINI” – Ankara-2008. s.26.
^ Ziyadhan Nyabibyayli – “ЗЯАНЕЯЗУРУН АЛТУН ТАЪЫ ЛАЧYN” – Bakü – 2009. s.156, 253.
^ Azerbaycan Milli İlimler Akademisi El Yazmaları Enstitüsü ve “İlim ve Eğitim” yayınevi – Filoloji yayınları No. 8. Bakü – 2013. ISSN 2224-9257. s.6-13.
^ Kazymov G.Ş. Çağdaş Azerbaycan dili. Morfoloji. Bakü, “Nurlan”, 2010. s. 4-6.
^ Alman Arkeoloji Enstitüsü. Tahran Bölümü, Archaeologische Mitteilungen aus Iran, Cilt. 19, Dietrich Reimer, 1986, s. 90
^ F. Jalilov – Azer Halkı, 2. baskı Bakü, 2006, s. 40 – 46
^ Y. Yusifov – Eski Doğu Tarihi, Bakü, 1994.

GÖKTÜRK QRUPU

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

YERİNDƏ DEYİLMİŞ “YOX”

YERİNDƏ DEYİLMİŞ “YOX”

Bir insanın “yox” deməsi hər şeyi dəyişdirdi. 1940-cı ilin aprelində Norveç Kralı VII Haakon müharibənin xaosu içində sakit gəzintiləri üstün tutan yaşlı bir baba idi.
O nə bir əsgər, nə də diktator idi. O, xalqına qarşı vəzifələrini çox ciddi qəbul edən konstitusiyalı monarx idi.
Amma dünya parçalandıqda, bu 67 yaşlı kişi müqavimətin nəhənglərindən birinə çevrildi. Onun qərarı yalnız bir hökuməti xilas etmədi; bütöv bir millətin ruhunu xilas etdi.
9 aprel 1940-cı ildə Nasist Almaniyası Norveçə qəfil hücum etdikdə vəziyyət xaotik idi. Alman hərbi gəmiləri ölkəyə daxil oldu, paraşütçülər isə göydən endi. Norveç hökuməti və kral ailəsi işğalçılar gəlməzdən cəmi bir neçə saat əvvəl Oslo şəhərindən qatarla qaçmağa məcbur oldu.
Onlar soyuqda, yorğun halda, qarda canlarını xilas etmək üçün qaçırdılar. Bu panika içində alman rəhbərliyi asan olacağını düşündükləri bir addım atdı. Almanlar Kral Haakondan yerli nasist tərəfdarı Vidkun Quislingi yeni Baş nazir təyin etməsini tələb etdilər.
Almanlar işğala “qanuni” əsas yaratmaq istəyirdilər. Əgər kral sənəd imzalasa idi, müharibə texniki olaraq bitəcək və işğal dünyanın qalan hissəsinə qanuni görünəcəkdi. Onlar yaşlı kralın özünü və ailəsini xilas etmək üçün təslim olacağını düşünürdülər. Amma yanıldılar.
10 apreldə Elverum adlı kiçik bir qəsəbədə kral kabineti ilə görüşdü. O, qətiyyətli, amma təvazökar idi. Nazirlərə bildirdi ki, alman tələblərinə boyun əyə bilməz və əyməyəcək. O, Quislingin Norveç xalqı arasında heç bir dəstəyi olmayan bir xain olduğunu bilirdi. Ona görə də hökumət üzvlərinə baxaraq dedi:
“Xalqımızın etibarını qazanmayan Quislingi təyin edə bilmərəm. Əgər hökumət alman şərtlərini qəbul etməyə qərar verərsə, mən özüm və sülaləm üçün taxtdan imtina etməkdən başqa yol görmürəm”.
Bu, böyük bir risk idi. Kral “yox” deməklə əslində öz ölüm hökmünü imzalamış və ölkəsini illərlə davam edəcək müharibəyə sürükləmişdi. Amma o inanırdı ki, şərəfsiz bir ölkə sahib olunmağa dəyməz.
Onun cəsarəti hökumətə mübarizəni davam etdirmək gücü verdi. Onlar alman ultimatumunu rədd etdilər və kralın “yox”u bütün Norveç üçün birləşdirici şüara çevrildi.
Nasistlər qəzəblənmişdilər. Artıq yalnız kralı tutmaq yox, onu öldürmək istəyirdilər. Növbəti iki ay ərzində Kral Haakon və vəliəhd Şahzadə Olav qaçaq həyatı yaşadılar. Dərin meşələrdə hərəkət etdilər, alman qoşunlarından qaçmaq üçün daim yerlərini dəyişərək sadə kənd evlərində qaldılar.
11 apreldə alman bombardmançı təyyarələri kralı Nybergsund kəndində tapdı. Onu dağıntılar altında basdırmaq ümidi ilə bütün qəsəbəni yerlə-yeksan etdilər. Pulemyotlar ətrafı atəşə tutarkən Haakon ağacların arxasında gizlənərək meşəyə qaçmaqla canını qurtardı. O sağ qaldı, amma üzərindəki paltardan başqa hər şeyini itirdi.
1940-cı ilin iyununa gəldikdə, hərbi vəziyyət ümidsiz idi. Qanuni hökuməti qorumaq üçün kral Norveçi tərk edib Böyük Britaniyaya getməli oldu. Bu, ürək parçalayan ayrılıq idi. Beş uzun il ərzində Londonda sürgündə yaşadı. Amma susmadı.
O, “Norveçin səsi” oldu.
Hər ay evlərinə qapanmış norveçlilər kralın Londondan etdiyi çıxışları dinləmək üçün qeyri-qanuni radioların ətrafında toplaşır, həbs və ya ölüm riskini gözə alırdılar. O, onlara unudulmadıqlarını və davalarının haqlı olduğunu xatırladırdı.
Haakon istefa verməyi rədd etdiyi üçün Oslodakı nasist nəzarətində olan hökumət heç vaxt həqiqi Norveç kimi qəbul olunmadı. Həqiqi Norveç kralın olduğu yer idi. Onun Londondakı varlığı Norveçin böyük ticarət donanmasının Müttəfiqlərin tərəfində qalmasını təmin etdi və müharibənin qazanılmasına kömək edən həyati təchizatların daşınmasını mümkün etdi.
7 iyun 1945-ci ildə, qaçdığı gündən düz beş il sonra, Kral VII Haakon azad edilmiş Osloya geri döndü. Küçələr sevinc göz yaşları tökən insanlarla dolu idi. O, qaçaq kimi getmiş, əfsanə kimi qayıtmışdı. O sübut etdi ki, bir liderin ən böyük gücü silah deyil, dürüstlükdür.
Kral Haakonun hekayəsi bizə öyrədir ki, liderlik yalnız güclə bağlı deyil, xarakterlə bağlıdır. İnsanları əmr verərək idarə etməzsiniz; onların yükünü paylaşaraq və təhlükəli olsa belə dəyərlərinizin arxasında duraraq idarə edərsiniz.
Mənbə və müəllif: Həqiqət İbrahimova

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Воздушный десантник Михаил Кокеткин

Воздушный десантник Михаил Кокеткин

Воздушный десантник Михаил Кокеткин, Москва В результате тяжелого ранения лишился обеих ног. Но не смирился с инвалидностью, окончил институт и долгие годы работал в Центральном статистическом управлении РСФСР. За героизм на фронте был награжден тремя орденами, за мирный труд у него тоже орден – «Знак почета».

Генадий Добров


Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Azərbaycan

AZƏRBAYCAN

“Azərbaycanlıların bir hissəsinin yaşadığı Cənubi Qafqaz, ümumiyyətlə, iki böyük türk qövmünün vətəni olub. Bunlardan biri Oğuz, ikincisi isə Qıpçaq türkləridir. Qıpçaq türkləri tariximizə daha çox ərmənlər kimi daxil olublar. Dinləri xristianlıq olduğu üçün onlardan qalan məbədlər xristian məbədləridir. Hər iki türk tayfasının böyük hissəsi İslamı qəbul edərək Azərbaycan xalqının etnogenezində iştirak edib, xristianlıqlarını saxlayanlar isə tədricən erməniləşiblər və bu proses 19-cu əsrin ortalarında başa çatıb. “Kitabı-Dədə Qorqud” dastanı həmən dövrü özündə əks etdirən möhtəşəm mənbədir. Həmin dastanda Qərbi Azərbaycan ərazisinin oğuzlaşdırılması — müsəlmanlaşdırılması prosesindən bəhs edilir. Fikir versəniz, “Kitabı — Dədə Qorqud”da oğuz türkləri ilə Qıpçaq türkləri arasındakı mübarizə təsvir edilir. Hardasa XII-XIII əsrlərdə İslamı qəbul eləmiş oğuzlar tərəfindən kafir kimi bilinən Qıpçaq türkləri sıxışdırılaraq çıxarıldı.Qıpçaqların bir hissəsi İslam dinini qəbul edərək Azərbaycan xalqının etnogenezində iştirak etsə də, digər hissəsi Şimalı Qafqaza daşınaraq bu gün erməni əlifbası adlanan əlifbanı da özləri ilə apardılar və Oğuz türkləri olan Xəzər xaqanlığını devirib, yerində Qıpçaq xaqanlığını yaratdılar.

XV əsrdən əvvəl ümumiyyətlə Cənubi Qafqazda erməni deyilən şey olmayıb. İndiki Eçmiədzin ərazisinin 1/3-ini və bir neçə ətraf kəndi 1431-ci ildə İranın Maku şəhərindən olan erməni Qriqor Makulu 540 min dinar Təbriz gümüş puluna alıb.Bu torpaqları o Qaraqyounlu hakimi Cahanşahın vaxtında Əmir Rüstəmdən alıb. 1441-ci ildə isə qalan hissə alınıb və 1443-cü ildə erməni dini kafedrası indiki Türkiyənin Aralıq dənizi sahillərindəki Sis şəhərindən bura köçürülüb. Bundan sonra bütün Cənubi Qafqazın erməniləşdirilməsi də Eçmiədzin kilsəsi tərəfindən aparılıb. Bu kilsə də türk-qıpçaq kilsəsi olub. Onların Qərbi Azərbaycan ərazisindəki türk-xristian abidələrini mənimsəməsi isə daha çox XVI-XVII əsrlərdən başlayıb.

Göyçə gölünün ortasında bir Sevan kilsəsi var, əslində, onun adı bütün mənbələrdə Sivəng məbədi kimi gedir. XVI əsrdə Eçmiədzin kilsəsi tərəfindən bu məbəddə “bərpa” işləri aparılıb. Təmirdən sonra erməni katolikosunun açılışa gəlişi münasibətilə kilsədə erməni xalqına və erməni kilsəsinə ziyanlı olan bütün arxiv, kitabxana və materiallar, o cümlədən Mesrop Maştotsun arxivi gölə tökülərək məhv edilib. Bu barədə erməni mənbələri özü yazır. Sual olunur, XVI əsrdə qriqorianlaşdırılan Sivəng məbədində hansı arxiv materialları vardı ki, onlar “erməni xalqına və erməni kilsəsinə” ziyanlı idi, həm də o qədər “ziyanlı” idi ki, ermənilər onları Göyçə gölünə töküb məhv ediblər? Görünür o kilsənin türk kilsəsi olması ilə bağlı kifayət qədər material varmış. Bu cür çox fakt göstərmək olar”.

Əziz Ələkbərli,

tarixçi alim

ƏZİZ ƏLƏKBƏRLİNİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I